Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-2/2024 03.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1987-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2016-cı ilin oktyabr ayında təsadüfən Bakı şəhərində yerləşən X5rşısında tanış olduğu Qarabağ müharibəsi veteranı olan, ərinə mənzil alınmasında köməklik göstərilməsi məqsədi ilə gəldiyini bildirən X6 özünün Fondun işçisi kimi təqdim edib həmin məsələdə ona köməklik göstərəcəyi barədə söz verib aldadaraq 18 dekabr 2016-cı il tarixdə saat 20:00 radələrində Xurma Məsimovanın kirayə yaşadığı ünvan 3 ünvanında 600 (altı) manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş Xurma Məsimovaya ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə ağ ciyər xəstəyindən əziyyət çəkən Zərərçəkmiş şəxs1 Bakı şəhərində yerləşən X1 tanışlarının olduğunu və həmin tanışlarından istifadə edərək həmin xəstəxanada dövlət hesabına müalicəsinə kömək edəcəyi barədə söz verib aldadaraq, vahid qəsdlə 25 dekabr 2016-cı il tarixdə saat 16:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri, 20-ci məhəllə, Köhnə Kotec qəsəbəsi, fərdi evində sonuncunun 350 (üç yüz əlli) manat, 27 yanvar 2017-ci il tarixdə saat 19:00 radələrində Xurma Məsimovanın kirayə yaşadığı ünvan 3 ünvanında 1000 (bir min) manat məbləğində pulu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1350 (bir min üç yüz əlli) ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, X7 bir neçə ildir tanıyır, Xurma ilə onun tanışlığı 2016-cı ilin oktyabr ayında olmuşdur. Belə ki, o ev məsələsi ilə əlaqədar olaraq Heydər Əliyev adına Fonda getmiş, həmin vaxt Xurma da ora ev məsələsi ilə əlaqədar gəldiyindən oradan Xurmanı tanımışdır. Qızı ilə birlikdə kirayədə yaşadığı üçün mənzil və ya ev tikmək üçün torpaq sahəsi verilməsinə kömək üçün tez-tez Heydər Əliyev adına Fonda gedib müraciət etmişdir. Ona görə də, orada işləyən işçilərin bəziləri ilə münasibəti yaranmışdır. 2016-cı ilin oktyabr ayında yenə X4rkən orada Xurma ilə tanış olmuş, söhbət zamanı Xurma ona ərinin Qarabağ veteranı olduğunu, kirayədə yaşadıqlarını və ərinin adına ev almaq üçün fonda gəldiklərini bildirmişdir. O da Xurmaya fonda ev məsələsi ilə əlaqədər tez-tez gəldiyindən burada onun tanışlarının olduğunu və çətinliyi olduğu ona müraciət etməsini bildirmişdir. Xurma isə cavabında hörmət edəcəyi halda ərinə Qarabağ veteranı kimi ev verilməsinin mümkün oldüğünü bildirdikdə maraqlanıb xəbər edəcəyi cavabını verərək Xurmanın mobil telefonun nömrəsini almışdır. İrandan Azərbaycana mal gətirib satdığı üçün ona pul lazım olduğundan Xurmadan alver etmək üçün pul götürüb sonra əlinə pul gələndə həmin pulu qaytarmaq qərarına gələrək bir neçə gündən sonra Xurmaya zəng vuraraq yalandan Fonddan ərinə ev verilməsinə razılıq verildiyini və buna görə də, gəlib evinə baxmaq istədiyini söyləmişdir. Xurma da razılıq verdiyindən sonuncunun yaşadığı mənzilə baxaraq bir neçə günə cavab veriəcəyini deimşdirdir. 2016-cı ilin noyabr ayında Xurmanın evinə gedərək ev məsələsi üçün dövlətə 600 (altı yüz) manat pul ödənməli olduğunu demişdir. Xurma da ona hazırda imkanı olmadığını, ancaq bir aya həmin pulu verə biləcəyini demişdir. 18 dekabr 2016-cı ildə saat 20:00 radələrində Xurmanın evinə gedərək müəyyən adamlara söz verdiyindən ev məslələsinin həll edilməsi üçün 600 (altı yüz) manat həmin şəxslərə verilməli olduğunu bildirmişdir. Xurma da 600 (altı yüz) manat pul ona vermiş, o da həmin pulu alıb Xurmanın evindən uzaqlaşıb getmiş, həmin vaxtlar qızı xəstə olduğu üçün alverə gedə bilməmiş və Xurmadan aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Xurma da hər dəfə ondan ev məsələsini soruşanda o müxtəlif bəhanələr gətirmişdir ki, bir az gözləməsini xahiş etmişdir. Həmin vaxtlarda o, Xurmanın qonşusu Cəmilə ilə də tanış olmuşdur. Cəmilə ilə söhbət zamanı sonuncu ağciyər xəstəsi olduğundan dövlət hesabına müalicə almaq istəyini, ona köməklik olunacağı halda hörmətini də edəcəyini bildirmişdir. O da həmin xəstəxanada həkimlərin biri ilə danışıb Cəmilənin məsələsini həll etməyi və veriləcək puldan ona da qalacağını fikirləşərək Cəmiləyə yalandan həmin xəstəxanada tanışı olduğunu söyləmişdir. Bu məqsədlə də o Bakı şəhərində yerləşən Ağciyər xəstəlikləri xəstəxanasına getmiş və həmin xəstəxanada müalicə almaq pulsuz olduğunu öyrənmişdir. İrandan mal alıb Azərbaycanda satmaq istəmiş, lakin onun əlində pul olmadığından alver edə bilmədiyindən Cəmiləni aldadaraq xəstəxana pullu olduğunu bildirib Cəmildən bu adla pul almaq qərarına gəlmişdir. Buna görə də, 2016-cı ilin dekabr ayının 25-də Cəmiləyə zəng vuraraq işinin düzəldiyini deyərək Xurmagilə gəlib orada söhbət etməyi təklif etmişdir. Cəmilə ilə həmin gün saat 16:00 radələrində Xurmanın evində görüşmüşlər. Orada pulsuz dövlət hesabına müalicə almağın məsələsini həll etdiyini və buna görə 350 (üç yüz əlli) manat pul verilməli olduğunu Cəmiləyə demişdir. Pulun evdə olduğunu bildirən Cəmilə ilə birlikdə sonuncunun yaşadığı evə getmiş və Cəmilə oğlunun yanında ona 350 (üç yüz əlli) manat pul vermişdir. Lakin həmin pula alver etmək mümkün olmadığı üçün 2017-ci ilin yanvar ayının 27-də o, Cəmiləyə zəng vuraraq Xurmanın evində görüşmək istədiyini demişdir. Cəmilə ilə Xurmanın evində saat 19:00 radələrində görüşmüş və Cəmiləyə müalicəsinin 350 (üç yüz əlli) manata iş həll olunmadığını və əlavə olaraq 1000 (bir min) manat da lazım olduğunu demişdir. Cəmilə onunla razılaşaraq evinə gedərək araq evdən 1000 (bir min) manat götürüb oğlu ilə birlikdə gələrək ona 1000 (bir min) manat pulu vermişdir. Lakin bəzi borcları olduğundan və İrandan gətirdiyi malları sata bilmədiyi üçün Cəmilədən və Xurmadan aldığı pulları qaytara bilməmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəmişdir, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən ağciyər xəstəliyindən əziyyət çəkməklə öz hesabına müalicə alır. 2017-ci ilin fevral ayında onunla qonşuluqda yaşayan X8 vasitəsi ilə Aynurə adlı qadınla tanış olmuş, belə ki, Aynurə tez -tez qonşusu Xurmanın evinə gəlib getdiyi üçün oradan tanımışdır. Aynurə 2016-cı ilin əvvəllərində yenə də qonşu Xurmanın evinə gəldiyindən Xurmanın evinə getmiş, Xurmanın evində Aynurə ilə söhbət zamanı Aynurəyə bronxlarından əziyyət çəkdiyini, hər gün həkimlərə pul verməkdən və dərman almaqdan bezidiyini və özünü müalicə etdirməyə maddi imkanı olmadığını demişdir. Aynurə ona Bakı şəhərində yerləşən X1 tanışı olduğünu və onun dövlət hesabına pulsuz müalicəsi ilə bağlı həmin tanışı ilə danışacağını bildirmişdir. O da razılaşmış və bir neçə gündən sonra 2016-cı ilin dekabr ayının 25-də Aynurə ona zəng vuraraq onun işinin düzəldiyini, Xuramanın evinə gəldiyini deyərək söhbət etmək üçün onu Xurmanın evinə çağırmışdır. O da Xurmanın evinə getmiş, orada Aynurə ona pulsuz dövlət hesabına müalicəsi alması məsələsini həll etdiyini və buna görə 350 (üç yüz əlli) manat pul verilməli olduğunu deişdir. O da razılaşaraq Aynurə ilə bərabər yaşadığı Sumqayıt şəhəri, Köhnə Kotec, fərdi tikilmiş evə gedərək orada oğlu Eminin yanında 350 (üç yüz əlli) manat pulu Aynurəyə vermişdir. Aynurə də pulu götürüb getmiş, 2017-ci ilin yanvar ayının 27-də Aynurə ona özünə məxsus ***-***-**-** nömrədən onun mobil telefonuna zəng vuraraq Xuramanın evində onunla görüşmək istədiyini demişdir. O da Xuramanın evinə getmiş, Aynurə saat 19:00 radələrində Xuramanın evinə gəlmiş və orada Aynurə 350 (üç yüz əlli) manata işin həll olunmadığını və əlavə olaraq 1000 (bir min) manat da lazım olduğunu demişdir. O da evə gedib oradan 1000 (bir min) manat götürüb oğlu Eminlə birlikdə Xurmanın yaşadığı ünvan 4 ünvanına gedib Xurmanın yanında 1000 (bir min) manat pulu Aynurəyə vermiş, Aynurə də pulu alıb getmişdir. Həmin gündən bir neçə gün keçsə də, Aynurədən bir xəbər çıxmadığı üçün o Aynurəyə zəng vurmuş, Aynurə müxtəlif bəhanələr gətirmişdir. Aynurə bir neçə ay onları aldatdığı üçün onunla oğlu X3 getmiş və orada onlara həmin inistitutda müalicə pulsuz olduğu və Aynurənin onları aldatdığı məlum olmuşdur. O bir neçə dəfə Aynurəyə zəng etsə də, Aynurə sonradan telefonunu bağlamış və onunla əlaqəsini kəsmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilən zərərçəkmiş şəxs Əliyeva (Məsimova) Xurma Əli qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Qarabağ veteranı olan əri Şahid1 ilə birlikdə kirayə yaşadıqlarından ərinin adına ev almaq məqsədi ilə 2016-cı ilin oktyabr ayında X11 getdiyi zaman Fondun həyətində sonradan tanış olduğu Aynurə ilə qarşılaşmışdır. Aynurə ona Fondda işləməklə şikayətlərə baxdığını deyərək hansı məsələ ilə bağlı gəlməyini ondan soruşmuş, o da Aynurəyə gəlişinin məqsdəini demişdir. Aynurə da ona ev məsələsini həll etmək imkanının olduğunu demişdir. O da Fondun adına yazdığı ərizəni orada Aynurəyə vermiş, Aynurə də onun mobil nömrəsini götürərək bir neçə günə onunla əlaqə saxlayacağını bildirmişdir. Aynurə onunla tez-tez mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq sənədləşdirmə apardığını bildirdiyindən sonuncuya tam şəkildə inanmışdır. Aynurə bir neçə gündən sonra ona zəng vuraraq gəlib onun kirayə yaşadığı evə baxmaq istədiyini demiş, o da razılaşmış və Aynurə tək gəlib onun yaşadığı evə baxaraq ev şəraiti yaxşı olmadığını bildirmişdir. Bundan sonra Aynurə tez-tez onlara gəlmiş və hər dəfə də ona zəng vururaraq Sumqayıt şəhərində işi olduğunu və çay içmək üçün onlara gəldiyini demişdir. Beləcə Aynurə bir neçə dəfə onun yaşadığı evdə qonaq olmuşdur. 2016-cı ilin noyabr ayında Aynurə onların evinə gələrək ev məsələsi üçün dövlətə 600 (altı yüz) manat pul ödənilməli olduğunu bildirmişdir. O isə Aynurəyə hazırda imkanı olmadığı üçün pulu verə bilməyəcəyini dedikdə Aynurə ona bir ay vaxt verdiyini, bir aya gəlib pulu götürəcəyini bildirmişdir. 2016-cı ilin dekabr ayının 18-də saat 20:00 radələrində Aynurə onlara gəlmiş və müəyyən adamlara söz verdiyindən təcili pulun çatdırılmalı olduğunu söyləmişdir. O da məcbur olub qonşusu Cəmilədən borca 600 (altı yüz) manat pul alıb yaşadığı evdə əri Maarifin yanında Aynurəyə 600 (altı yüz) manat pulu vermiş, Aynurə də ondan pulu alıb gedəndən bir neçə gün sonra o Aynurəyə zəng vuraraq işlərin nə yerdə olmasını soruşanda Aynurə hər dəfə onu hər şey yaxşı olduğuna inandırmışdır. Aynurə ondan başqa qonşusu Cəmiləni də aldadaraq X2 İnistitunda pulsuz müalicəsi üçün 1350 (bir min üç yüz əlli) manat pulunu alıb bu vaxta kimi Cəmilənin pulunu qaytarmamışdır. O Aynurun Cəmiləni də aldatdığını öyrənəndən sonra Aynurənin onu da aldatdığı ona məlum olmuşdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Əliyeva (Məsimova) Xurma Əli qızının xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət şi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X8 ********* nömrəli cinayət şi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-24/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxış iclaslarına gəlmədiyi üçün barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirildiyinə görə barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2018-ci il tarixdə 731781 nömrəli axtarış işi açılmış, keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixli 1(060)- 24/2018 nömrəli axtarış qərarına əsasən xx.xx.2018-ci il tarixdə 731781 nömrəli axtarış işi açılaraq icraatı Sumqayıt şəhər Pl-nin 4-cü PB-nə həvalə olunmuşdur. Axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasa sərəddini Şıxlı NBM-dən keçərək ölkə hüdudlarını tərk etmiş və onun barəsində dövlətlərarası axtarış elan olunmuşdur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 6121 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişlərə dəyən zərər və dəymiş zərərin 25 % məbləğində, yəni 500 (beş yüz) manat məbləğində cəriməni dövlət büdcəsinə ödənilmişdir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, həbsdən dərhal azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayıət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməklə, dərhal həbsdən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-2/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-2/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver