Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-2/2025 10.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Qabaqdibi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,06 ha ölçüdə torpaq sahəsinin ona məxsus olması barədə həqiqətə uyğun olmayan məlumat verməklə həmin torpaq sahəsini ona sata biləcəyi barədə yalan vəd verib aldadaraq həmin işin müqabilində Zərərçəkmiş şəxs1 2021-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində, yaşadığı binanın yaxınlığında 2.000 (iki min) manat, 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrosu yaxınlığında 2.500 (iki min beş yüz) manat, 2021-ci ilin mart ayında Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində, yaşadığı binanın yaxınlığında 500 (beş yüz) manat və 2021-ci ilin mart ayında dəqiq ünvanı istintaqa məlum olmayan yerdə Təqsirləndirilən şəxs istifadəsində olan istintaqa məlum olmayan bank kart hesabına köçürülmüş 100 (bir yüz) manat, ümumilikdə 5.100 manat məbləğində pul vəsaitini ələ keçirdikdən sonra həmin torpağı zərərçəkmişə sata bilmədiyi üçün sonuncunun tələbi ilə 3000 manat pulu geri qaytararaq zərərçəkmiş Zərərçəkmiş şəxs1 2100 min yüz manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxslərə təqaüd düzəltməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs4 tərəfindən 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs istifadəsində olan istintaqa məlum olmayan bank kart hesabına Qusar şəhərində yerləşən “Lider” marketdə quraşdırılmış “eManat” ödəniş terminalından köçürülmüş 1000 (bir min) ıt, 2021-ci ilin noyabr-dekabr aylarında, sonuncusu xx.xx.2021-ci il tarixdə 1000 (bir min) manat olmaqla Qusar şəhərində yerləşən “Lider” marketdə quraşdırılmış “eManat” ödəniş terminalından hissə-hissə bir neçə dəfəyə köçürülmüş 12.250 (on iki min iki yüz əlli) manat, ümumilikdə 13.250 (on üç min iki yüz əlli) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxslərin dayandırılmış təqaüdlərini bərpa etdirməsi və təqaüd düzəltməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunun dayandırılmış təqaüdünü bərpa edəcəyinə və arvadı Şahid1 Atabala qızına təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 3-cü mikrorayon, 3/58 saylı binada yerləşən 4 saylı Notariat kontorunda 2000 (iki min) manat, təxminən 3 gündən sonra, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində tanışı Şahid2 idarə etdiyi avtomobildə 2700 (iki min yeddi yüz) manat, xx.xx.2022-ci il tarixdə Şahid2 yaşadığı ünvan 2 ünvanında 3300 (üç min üç yüz) manat, xx.xx.2022-ci il tarixdə Şahid2 vasitəsi ilə sonuncunun yaşadığı evdə 2000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Şahid2 vasitəsi ilə Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən Tibb Texnikomunun yaxınlığında 2000 (iki min) manat olmaqla, ümumilikdə 12.000 (on iki min) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxslərə təqaüd, sosial yardım düzəltməsi, həmçinin müxtəlif şəxsləri işə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə Aygün Abbasovaya təqaüd, qızı Şahid3 isə sosial yardım düzəldəcəyi, həmçinin oğlu Şahid4 Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixdə oğlunun vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan istintaqa məlum olmayan bank kart hesabına Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən “Şurabad” marketdə quraşdırılmış 'eManat” ödəniş terminalından köçürülmüş 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində Məhəməməd Abasovun avtomobilində 810 (səkkiz yüz on) manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə özünün yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pirəkişkül küçəsi, ev 68A-da 1.300 (bir min üç yüz) manat, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında ünvan 3 ünvanın qarşısında yerləşən "Bahar Lahmacun" kafesinin qarşısında 4250 (dörd min iki yüz əlli) manat olmaqla, ümumilikdə 7360 manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxsləri işə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində xx.xx.2022-ci il tarixdə səhər saatlarında ünvan 3 ünvanın qarşısında yerləşən "Bahar Lahmacun" kafesinin qarşısında Zərərçəkmiş şəxs6mn vasitəsi ilə 5000 (beş min) manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxslərə təqaüd düzəltməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona gözdən əllilliklə bağlı təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 18:07 radələrində Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a aid olan 4169 7387 3534 1020 nömrəli kart hesabına Sumqayıt şəhəri 6-ci mikrorayon, Kristal Abşeron yaşayış kompleksi, 35c saylı binanın altında yerləşən “Kristal» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından köçürülmüş 1500 (bir min beş yüz) manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxsləri işə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onu Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 2022-ci ilin iyun ayının sonlarında Sumqayıt şəhəri, 6-ci mikrorayon, «Kristal Abşeron» yaşayış kompleksinin qarşısında 2000 (iki min) manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 torpaq sahəsinin ona məxsus olması barədə həqiqətə uyğun olmayan məlumat verməklə həmin torpaq sahəsini ona sata biləcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 2100 min yüz manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs4 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxslərə təqaüd düzəltməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində ümumilikdə 13.250 (on üç min iki yüz əlli) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs5 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxslərin dayandırılmış təqaüdlərini bərpa etdirməsi və təqaüd düzəltməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunun dayandırılmış təqaüdünü bərpa edəcəyinə və arvadı Şahid1 Atabala qızına təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs5 ümumilikdə 12.000 (on iki min) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs6 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxslərə təqaüd, sosial yardım düzəltməsi, həmçinin müxtəlif şəxsləri işə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə Aygün Abbasovaya təqaüd, qızı Şahid3 isə sosial yardım düzəldəcəyi, həmçinin oğlu Şahid4 Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs6 ümumilikdə 7360 manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o,Zərərçəkmiş şəxs7 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxsləri işə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində xx.xx.2022-ci il tarixdə səhər saatlarında ünvan 3 ünvanın qarşısında yerləşən "Bahar Lahmacun" kafesinin qarşısında Zərərçəkmiş şəxs6mn vasitəsi ilə 5000 (beş min) manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxslərə təqaüd düzəltməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona gözdən əllilliklə bağlı təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 1500 (bir min beş yüz) manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxsləri işə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onu Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 2022-ci ilin iyun ayının sonlarında Sumqayıt şəhəri, 6-ci mikrorayon, «Kristal Abşeron» yaşayış kompleksinin qarşısında 2000 (iki min) manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmişlərə vurduğu ziyani tam ödəməsi, ona qarşı hər hansı şikayət və tələbin olmaması, azyaşlı övladının olmasını nəzərə alınmasını və ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsi ilə yanaşı, cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla onun təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, təxminən 6 aya yaxın bir müddət olar ki, «Tinder» sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs adlı qadınla tanış olmuşdur. Tanış olandan sonra o həmin qadınla Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" MTK-nın inşa etdiyi yaşayış kompleksinin həyətində bir neçə dəfə görüşüb söhbət etmişdir, söhbət zamanı Züleyxa ondan harada işləməsini soruşmuş, o isə Züleyxaya hazırda işsiz olduğunu demişdir. Züleyxa da bildirmişdir ki, onun yaxşı tanışları var, onu istədiyi işə düzəldə bilər. O Züleyxaya hərbi xidmətdə olmadığını desə də, Züleyxa heç bir problem olmayacağını ona demişdir. O Züleyxadan onu hansı işə düzəldə biləcəyini soruşmuş,o da ona onu FHN-nin Növbətçi Hissəsinə işə düzəldə biləcəyini, özünün də Gömrükdə işlədiyini demişdir. O işin qiyməti ilə maraqlanmış, Züleyxa bu işi 2000 manata həll edə biləcəyini demişdir. Bu söhbətdən bir həftə sonra o Unibankdan 2000 manat kredit götürmüş və Züleyxanın 099 *** ** ** mobil nömrəsinə zəng vurmuşdur. Züleyxa ona Sumqayıt şəhəri, 6-cı mikrorayon Kristal Abşeron yaşayış kompleksinin qarşısına gəlməsini istəmişdir. 2022-ci ilin iyun ayının axırlarında o oraya getmiş, binanın qarşısında Züleyxa ilə təklikdə görüşmüş və onu FHN-nin Növbətçi hissəsinə işə düzəlməsi üçün onun özünəşəxsən 2000 manat pul vermişdir. Züleyxa demişdir ki, ən uzağı 10 günə onun barəsində qərar çıxacaq və onu FHN-dan çağıracaqlar. Lakin bu günədək onu müxtəlif bəhanələrlə aldatmış və vaxt qazanmağa çalışmışdır. Züleyxa onu işə düzəltməmiş, ondan aldığı 2000 manat pulu da geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir iddia və ya şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o Züleyxa adlı qadını Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən «S.N» gözəllik salonunda saç ustası işlədiyi yerdən tanımış, Züleyxa ora gələrək onun daimi müştərisi olmuş, onlar rəfiqə olmuşlar. 2022-ci ilin iyun ayının əvvəlində o onunla gözündəki problemlə bağlı söhbət etdikdə Züleyxa bacısının sosialda işlədiyini və ona kömək edə biləcəyini və əlilliyə görə pensiyanın düzəltmək üçün 1500 manat pul lazım olduğunu demişdir. O da onunla razılaşmış və xx.xx.2022-ci il tarixdə saat 18:07-də Sumqayıt şəhər 6-cı mkr, "Kristal Abşeron", yaşayış massivi, ev 35c-nin altında yerləşən “Kristal market”də 1500 manat pulu Züleyxanın ona verdiyi hesab nömrəsini xatırlamadığı “Kapital Banka" məxsus kart nömrəsinə "E-manat” vasitəsilə onlayn formada köçürmüşdür. Daha sonra çeki Züleyxaya şəkil formasında göndərmiş və Züleyxa ona işinin yaxın zamanda alınacağını demişdir. Lakin danışıqlarından 20 gün keçsə də, Züleyxa ona bir xəbər deməmişdir. O onunla əlaqə saxlayan zaman isə ona müxtəlif bəhanələr gətirərək görüşməkdən imtina etmiş və daha sonra zənglərinə cavab verməmişdir. İş materiallarına əlavə edilmiş X2 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir iddia və ya şikayəti yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, X6 ailəvi tanışları olan Şahid2 vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin sonlarında Dilşad onlara qonaq gələn zaman söhbət əsnasında o ona 2-ci qrup əlliyinə görə təxminən 10 ildir ki, təqaüd alsa da həmin təqaüdünün 2021-ci ilin oktyabr ayından dayandırıldığını, həmin təqaüdünün bərpa olunmasına köməklik göstərə bilən adam axtardığını demişdir. Həmin vaxt Dilşad ona bu barədə maraqlanacağını demişdir. 2022-ci ilin fevral ayının əvvəllərində Dilşad ona zəng edərək bir nəfər tanışının onun dayandırılmış təqaüdünü bərpa etdirə biləcəyinə söz verdiyini, ona görə də həmin şəxslə görüşmələrini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Sumqayıt şəhərində "Dədə Qorqud" restoranının yaxınlığında Dilşad və onun dediyi, sonradan adını Züleyxa bildiyi qadınla görüşmüşlər. Söhbət əsnasında Züleyxa ona Dövlət Sosial Müdafiə Fondunda tanışlarının olduğunu, ona görə də 5000 manat müqabilində dayandırılmış təqüdünü yenidən bərpa etdirə biləcəyini demiş, Züleyxanın danışığına inanmış və dediyi məbləğ onu qane etmiş, razılaşdıqlarına görə həmin gün Sumqayıt şəhərində yerləşən 4 saylı Notariat kontorunda Züleyxa ilə aralarında borc müqaviləsi bağlayıb ona oradaca ilkin olaraq işlərin həllinə başlaması üçün 2000 manat vermiş, qalan 3000 manat pulu da qısa müddət ərzində verəcəyini bildirmişdir. 3-4 gündən sonra Dilşadla zəngləşib onlarla görüşmək üçün Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində görüşüb Dilşadın idarə etdiyi avtomobilində Dilşadın yanında Züleyxaya 2700 manat pul verərək qalan 300 manatı qısa zamanda verəcəyini demişdir.Həmçinin həmin vaxt söhbət əsnasında Züleyxaya həyat yoldaşı 1965-ci il təvəllüdlü Şahid1 Atabala qızının da hazırda ümumiyyətlə təqaüd almadığını, onun da təqaüdəçıxması üçün köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Züleyxa həyat yoldaşının təqaüdəçıxma məsələsini də 7000 manat müqabilində həll edə biləcəyini demişdir. Züleyxanın bu təklifi ilə razılaşıb bankdan pul götürərək ona verəcəyini demiş və ayrılmışlar.Bir neçə gündən sonra, xx.xx.2022-ci il tarixdə Dilşadın Abşeron rayonu, Masazır qəsəbəsi, 2-ci Araz marketin arxa tərəfində yerləşən evində Züleyxa ilə görüşüb ona həyat yoldaşı üçün təqaüd düzəltdirməsi üçün 3000 manat və özünün təqaüd işi üçün qalıq qalmış 3 manat, ümumilikdə 3300 manat pul vermiş, Züleyxa həyat yoldaşı ilə onun təqaüd məsələlərinin təxminən 2 ay müddətində həll olacağını demişdir. Bir neçə gündən sonra xatırlamır ya Züleyxa, ya da ki, Dilşad ona zəng edərək qalan 4000 manatı da verməsini bildirdiyi üçün o xx.xx.2022-ci il tarixdə Züleyxa ilə görüşüb ona 2000 manat da vermək üçün razılaşdıqları kimi Bakı şəhərinə getmişdir. Lakin həmin vaxt Züleyxanın mobil telefonuna zəng çatmadığına görə onunla əlaqə saxlaya bilməmişdir. Həmin vaxtı Dilşadla əlaqə saxlayıb Züleyxa ilə görüşə bilmədiyini demiş, Dilşad hazırda Quba rayonundan Bakı şəhərinə gəlməkdə olduğunu dediyi üçün o onunla Sumqayıt şəhəri, Yaşma qəsəbəsi ərazisində görüşüb 2000 manat pulu ona vermişdir ki, Züleyxaya versin. Həmin gün axşam saatlarında Züleyxa ilə telefon əlaqəsi saxladığı zaman Züleyxa Dilşaddan 2000 manat pulu götürdüyünü demişdir. Sonuncu dəfə də xx.xx.2022-ci il tarixdə o Dilşadın Masazır qəsəbəsində yerləşən evinə gedib orada ona 2000 manat vermişdir ki, Züleyxaya çatdırsın. Ertəsi gün xx.xx.2022-ci il tarixdə Züleyxa ilə əlaqə saxlayan zaman o, Dilşaddan sonuncu 2000 manat pulu da aldığını demişdir. Bundan sonrakı vaxtlarda Züleyxa ilə bir neçə dəfə telefon əlaqəsi saxladıqda o, işlərin getdiyini və narahat olmamasını demişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Züleyxa ilə telefon əlaqəsi saxlayıb işlərin nə yerdə olduğunu soruşanda o, hər dəfə müxtəlif bəhanələr gətirərək işlərini həll etməmiş, sonradan bilmişdir ki, Züleyxa onun işini həll etmək niyyətində deyil, ona görə də onun etibarından istifadə edərək dələduzluq yolu ilə ümumilikdə ondan aldığı 12.000 manat pulu ələ keçirməsinə görə barəsində şikayət etmişdir. X7 2000 manat pulu xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 4 saylı Notariat ofisində aralarında borc müqaviləsi bağlayaraq vermiş, bundan 3-4 gün sonra o Züleyxa ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində görüşüb tanışı Dilşadın avtomobilində 2700 manatı Züleyxaya vermiş, xx.xx.2022-ci il tarixdə Dilşadın Masazir qəsəbəsində yaşadığı evdə Züleyxaya 3300 manat vermiş, xx.xx.2022-ci ildə də Züleyxaya çatdırması üçün tanışı Dilşada Sumqayıt şəhəri Yaşma qəsəbəsi ərazisində, eləcə də xx.xx.2022-ci il tarixdə Dilşadın evində sonuncuya 2000 manat da erərək Züleyxaya çatdırmasmı xahiş etmişdir. O Züleyxaya hissə-hissə verdiyi bu pulları həyat yoldaşının təqaüdə çıxma məsələsini həll etməsi, həmçinin onun dayandırılmış təqaüdünün bərpa olunmasını həll etməsi məqsədilə vermişdir. O həmin pulları Züleyxaya tanışı Dilşadın yanında vermişdir. xx.xx.2022-ci-il tarixdə Dilşadın evində Züleyxaya 3300 manat pulu videoçəkiliş vasitəsilə vermiş, hazırda da həmin videoçəkilişi bir ədəd diskə köçürülmüş halda təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir tələb, iddia və ya şikayəti yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, Zərərçəkmiş şəxs5 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında videogörünütlü vasitəsi ilə əlaqə yaradılaraq dindirilmiş Türkiyə Respublikası ərazisində yaşayan zərərçəkmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Züleyxa əlillik təqaüdünü 2.500 manata həll edəcəyini demiş, həmin məbləğ onu qane etmiş, o ilkin olaraq Məhəmmədə Züleyxaya çatdırması üçün 500 manat vermiş, Züleyxaya onun əlillik təqaüd işini, qızı Səadətin sosial yardım işini, oğlu Məhəmmədin Fövqəladə HallarNazirliyinə sürücü və tanışı X10 Nazirliyinə zabit kimi işə düzəltməsi adı ilə ümumilikdə 12.360 manat pul vermişdir. Hazırda vurulmuş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir iddia və ya şikayəti yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs7 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, 2022-ci ilin yaz aylarında özünə iş axtardığı üçün bütün qohum-tanışlarına bu barədə müraciət etmişdir. Nəhayət 2022-ci ilin aprel ayının sonunda qohumları vasitəsi ilə Zərərçəkmiş şəxs6 ilə tanış olaraq onu Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsində yaşadığı evə atası Elxanla birlikdə getmişlər. Orada Aygün bildirmişdir ki, yaxın bir tanışı var, Züleyxa adlı xanımdır, onun özünün təqaüd məsələsini və oğlunun FHN-nə sürücü kimi işə götürülməsini boynuna götürüb və deyibdir ki, istənilən şəxsi 5000 manata həmin Nazirliyiə sıravi bir işə götüzdürə bilər. O görmüşdür ki, Aygün özü həmin xanıma inanır və əmindir ki, o da istəmişdir ki, Aygün onun işini həll etsin. Ona görə də may ayının 2022-ci ilin may ayının əvvəlində gedib «Bank of Bakudan» 5000 manat kredit götürərək xx.xx.2022-ci il tarixdə günorta saatlarında atası Elxanla birlikdə gedib Aygün ilə Binəqədi rayonu Ayna Sultanova parkında heykəlin yanında görüşərək 5000 manat pulu Aygünə vermişdir. Eyni zamandı o pul ilə birlikdə şəxsi sənədlərini də vermişdir. Bu zaman Aygün demişdir ki, pulu aparıb Züleyxaya verəck ki işlərini düzəltsin. Aygün öz şəxsiyyət vəsiqəsinin surətinin üzərində öz xətti ilə qəbz yazmışdır ki, 5000 manat pulu ondan götürübdür. 3-4 gün sonra Aygün zəng edərək Züleyxaya pulu çatdırdığını və sonuncunun onun işini bir həftəyə həll edəcəyini vəd etdiyini bildirmişdir. X12 mobil telefon nömrəsini də ona vermiş, o Züleyxayla əlaqə saxladıqda, onu tam əmin etmişdir ki, işini düzəldir, sənədlər var, fotoşəklidə lazımdır. O şəkilləri hazırlasa da, sonradan Züleyxa onunla əlaqə kəsib şəkilləri istəməmişdir. Bundan sonrakı dövrdə o Aygündən xahiş etmişdir ki, Züleyxadan tələb etsin ki, ya onun işini həll etsin, ya da ki pulunu qaytarsın. Aygün ona öz işlərinin də həll olunmadığını gözlədiyini demişdir. O da müəyyən müddət gözləyərək AR DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 5000 manat maddi ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir iddia , tələb və ya şikayəti yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, Zərərçəkmiş şəxs7 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin əvvəllərində iş yoldaşı Şahid6 vasitəsilə tanış olmuş, söhbət zamanı Züleyxa özünün Abşeron rayonu Saray qəsəbəsində 6 sot ölçüdə torpaq sahəsini 5100 manata satdığını bildirmiş, o da düşünmüşdür ki, övladlarına torpaq sahəsi alsın və Züleyxaya həmin torpaq sahəsini ona göstərməyini demişdir. Sonra Züleyxa ilə Saray qəsəbəsinə getmişlər, yeni salınmış yaşayış məntəqəsinin yaxınlığında boş torpaq sahəsini ona göstərmiş, o həmin torpaq sahəsini bəyənmiş və almaq qərarına gəlmişdir. Bu məqsədlə Züleyxaya ilk dəfə 2021-ci ilin fevral ayında yaşadığı Yasamal rayonu Ş.Mehdiyev küçəsində yerləşən binanın həyətində Vüqarın iştirakı ilə 2.000 manat, daha sonra isə 2021-ci ilin mart ayının əvvəllərində 20 Yanvar metrosunun yaxınlığında həyat yoldaşı Ulduzun iştirakı ilə Züleyxa ilə görüşərək ona 2.500 manat, bundan bir qədər sonra yaşadığı binanın həyətində Züleyxaya 500 manat və sonuncu dəfə Züleyxanın kart hesabına 100 manat - ümumilikdə 5100 manat pul vermişdir. Lakin buna baxmayaraq Züleyxa ona satacağı torpaq sahəsinin sənədlərini təqdim etməmiş, vədinə əməl etməmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir tələb, iddia və ya şikayəti yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. Həmin vaxt o Sumqayıt şəhərində yerləşən Karvan ticarət mərkəzində satıcı işləyirdi. Söhbət əsnasında Züleyxa ona demişdir ki, pensiya idarəsində pensiya, sosial yardım düzəldən vəzifəli tanışı var, sosial yardım, pensiya düzəldir, lazım olsa desin. O da onun bu işlə məşğul olduğunu bildiyi üçün və həmçinin heç yerdə işləmədiyindən pula ehtiyacı olduğundan həmin işdə ona kömək etməsini xahiş etmişdir. Züleyxa da ona demişdir ki, danışıb bir xəbər deyər. Daha sonra 2021-ci ilin oktyabr ayında o Züleyxa ilə telefonla danışarkən sonuncu ona pensiya məsələsini həll edə biləcəyini deyib ilkin olaraq 1000 manat pul lazım olduğunu deyib whatsapp proqramı vasitəsilə kartının şəklini Hamiyətə göndərmişdir. Həmin vaxt onun adına olan Yelobanka aid karta Qusar şəhərində yerləşən Lider Marketdə qoyulmuş “eManat” ödəniş terminalından 1000 manat pul göndərmişdir.Daha sonra 2021-ci ilin noyabr-dekabr aylarında o Qusar şəhərində eyni yerdən terminal vasitəsilə Züleyxanın adına olan kartına hissə-hissə olmaqla bir neçə dəfəyə 500, 1000 və 2000 manatlıqlarla ümumilikdə 13.250 manat pul köçürmüşdür. Sonuncu dəfə o 1000 manat pulu xx.xx.2021ci il tarixdə Qusar şəhərində yerləşən həmin Marketdə qoyulmuş “eManat” ödəniş terminalından Təqsirləndirilən şəxs dediyi həmin kartına köçürmüşdür. Göndərdiyi pulların çeklərini də tullamışdır. Züleyxa ona söz vermişdir ki, onun işini bir aya həll edəcək. Amma üzərindən neçə ay keçsə də, heç bir müsbət nəticə alınmamışdır. O ona zəng edib işi barədə maraqlandıqda o ona müxtəlif bəhanələr gətirərək aldadıb vaxtı uzatmışdır. O görəndə Züleyxa işini həll etmir, ondan verdiyi ümumilikdə 13.250 manat pulunu geri tələb etməyə başlamışdır. Lakin Züleyxa onun pulunu qaytarmadığı üçün onun barəsində polisə şikayət etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir tələb, iddia və ya şikayəti yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, "Bolt" şirkətində taksi sürücüsü işləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvəlində taksi şirkətində işləyən zaman tanış olmuş, Züleyxa özünü Sosial Müdafiə Fondunun işçisi kimi təqdim etmiş və müxtəlif şəxslər işə düzəlmə və ya təqaüdlə bağlı köməklik etdiyini demişdir. O da Züleyxa barədə anasına danışmış, anası həmin vaxtı özünə əlillik təqaüdü düzəltdirmək istədiyi üçün ona bu işlə maraqlanmasını demiş, o Züleyxaya zəng edərək soruşmuş, Züleyxa heç bir problem olmadığı bu işi 2.500 manata həll edəcəyini demiş, o da bunu anasına demiş, qiymət anasını qane etmiş, anası ilkin olaraq Züleyxaya çatdırması üçün ona 500 manat vermiş, o da həmin pulu xx.xx.2022-ci il tarixdə Züleyxa ilə əlaqə saxlayaraq hesab kartına göndərmişdir. Sonra anası Züleyxanı onunla tanış etməsini demişdir. Bir neçə gündən sonra xx.xx.2022-ci il tarixdə Züleyxa ilə Sumqayıt şəhəri, 6-cı mkr ərazisində onun avtomobilində görüşmüşlər, söhbət zamanı Züleyxa demişdir ki, əli hər yerə çatır, anası üçün əllilik təqaüdünü 1 ay müddətinə 2.500 manat müqabilində həll edəcəkdir, həmçinin onu da Fövqəladə Hallar Nazirliyinə sürücü kimi işə düzəldə bilər. Həmin vaxtı anası Züleyxaya 810 manat pul verərək qalan pulu da hissə-hissə verəcəyi ilə razılaşmışlar, Züleyxa anasının şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayış istədiyindən bir neçə gündən sonra anası Züleyxa ilə Sumqayıt şəhərində görüşüb həmin sənədləri və 500 manat pulu vermişdir. Bir müddətdən sonra bacısı Səadət də özü üçün sosial yardım düzəltdirmək istədiyini demiş, onlar Züleyxa ilə bu barədə maraqlanmışlar, Züleyxa həmin işi də 1.500 manata həll edəcəyini bildirmiş və həmin məbləğ Səadəti qane etmişdir. Bir neçə gündən sonra xx.xx.2022-ci il tarixdə Züleyxa onlara gəlmiş, anası Səadətin sosial yardım işini həll etmək üçün Züleyxaya 1.300 manat pul vermiş və qalan 200 manat pulu qısa müddətə verəcəyini demişdir. Bir müddətdən sonra Züleyxa 2.500 manat müqabilində onu Fövqəladə Hallar Nazirliyinə sürücü kimi işə və bundan başqa kim istəsə orada 5.000 manata zabit kimi işə düzəldə bilcəyini demişdir. Həmin vaxt tanışları Abşeron rayonu Goradil qəsəbə sakini Rəşid adlı oğlan da qohum-tanışlarından onların Züleyxa adlı iş düzəldən tanışlarının olmasından xəbər tutub onlara zəng edərək 5.000 manata Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsini istəmiş, anası da Rəşidin, həmçinin onun da Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsi ilə bağlı Züleyxaya zəng edərək demiş, Züleyxa heç bir problem olmadığını, hər ikisinin işə düzəldəcəyini deyərək ilkin yoxlama aparılması üçün Rəşid və onun təhsil sənədlərinin, sürücülük vəsiqələrinin surətləri və yaşadıqları yerdən arayışları istəmişdir. Bir müddətdən sonra Züleyxa anasının əllilik təqaüd işini, Səadətin sosial yardım işini, həmçinin Rəşid və onun da işlərini danışdığını deyərək əvvəlcədən deyib razılaşdıqları pulları ona çatdırmağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında anası ilə birlikdə Bakı şəhərində yaşayan bacısı Səadətin evinə gedib Səadətdən 4.250 manat pul almış, həmin anası Aygünə məxsus olmuşdur.Sonra həmin gün onlar Rəşid və atası ilə görüşmüşlər və Rəşid də anasına öz işi üçün 5.000 manat pul vermiş, sonra anası Züleyxaya zəng edərək Bakı şəhərinə gəlməsini demiş, bir qədər sonra Züleyxa ilə Bakı şəhəri Ayna Sultanova heykəlinin yaxınlığında, Atatürk prospektində yerləşən Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Miqrasiya idarəsinin yanındakı "Bahar Lahmacun++" kafesinin qarşısında görüşmüşlər, həmin vaxtı onun avtomobilində Züleyxaya özlərinin işlərinə görə 4.250 manat və Rəşidin işinə görə 5.000 manat-ümumilikdə 9.250 manat pulu Züleyxaya vermiş, Züleyxa demişdir ki, hamısının işləri 10 gün müddətinə həll olunacaqdır. Lakin Züleyxanın dediyi vaxt gəlib çatanda Züleyxa müxtəlif bəhanələr gətirərək işlərinin bu gün sabah həll olunacağını demişdir. Bir müddətdən sonra Rəşid işinin alınmadığını görüb anasına verdiyi 5.000 manatını tələb etməyə başlamış, onlar da Züleyxaya pulu qaytarmasını desələr də Züleyxa yenə də müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmış, sonda onlara məlum olmuşdur ki Züleyxa nə onların nə də ki Rəşidin işini həll etmək və ya pullarını qaytarmaq niyyətində deyil, ona görə anası onun barədə polisə şikayət etmişdir. Anası Züleyxaya nə vaxt və nə məbləğdə pul vermişdirsə sonuncunun özünə öz xətti ilə kağız parçalarına yazdırıb imza etdirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs5 təxminən 10 il olar ki, tanıyır. Elhamla ailəvi dost olduqlarına görə mütəmadi olaraq bir-birlərinin evinə gedib-gəlirlər. xx.xx.2022-ci ildə o, Elhamın Siyəzən rayonu, Qalaaltı kəndində yaşadığı evdə qonaq olarkən söhbət əsnasında Elham ona 2-ci qrup əlilliyinə görə təxminən 10 ildir ki, təqaüd alsa da həmin təqaüdünün bir neçə aydır ki, kəsildiyini bildirib təqaüdünün bərpa olunmasına köməklik göstərə bilən adam axtardığını demişdir. Həmin vaxt o Elhama bu barədə maraqlanacağına söz vermişdir. Bundan 2-3 gün sonra o tanışı Təqsirləndirilən şəxs ilə Sumqayıt şəhərində görüşən zaman söhbət əsnasında Züleyxa ona Sosial Müdafiə Nazirliyində tanışının olduğunu, Elhama da bu barədə köməklik edə biləcəyini, yəni dayandırılmış təqaüdünü bərpa etdirə biləcəyini bildirmişdir. Həmin vaxt o Elhama zəng edərək tanışı Züleyxanın onun təqaüdünün bərpa olunmasına köməklik edə biləcəyinə söz verdiyini demişdir. xx.xx.2022-ci il tarixdə Elham, Züleyxa və o Sumqayıt şəhərində "Dədə Qorqud" restoranının yaxınlığında görüşmüşlər. Söhbət əsnasında X13 Sosial Müdafiə Fondunda tanışlarının olduğunu, ona görə də 5000 manat müqabilində dayandırılmış təqüdünü yenidən bərpa etdirə biləcəyini demişdir. Elham Züleyxa ile razılaşdığına görə həmin gün Sumqayıt şəhərində yerləşən 4 saylı Notariat ofisində Züleyxa ilə aralarında borc müqaviləsi bağlayıb ona həmin yerdə ilkin olaraq işlərin həllinə başlaması üçün 2000 manat vermişdir. Elham qalan 3000 manat pulu da qısa müddət ərzində verəcəyini Züleyxaya bildirmişdir. Bundan 3-4 gün sonra Elham, Züleyxa vəo Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçesinde görüşmüşlər və Elham onun avtomobilində Züleyxaya 2700 manat vermiş,qalan 300 manatı da qısa vaxt ərzində verəcəyini demişdir. Həmin vaxt söhbet əsnasında Elham Züleyxaya həyat yoldaşıƏzizənin də hazırda teqaüd almağa yaşının çatmadığını, onu da xəstəliklə təqaüdəçıxara bilibbilməməsini soruşmuşdur. Həmin vaxt Züleyxa Elhama onun həyat yoldaşının təqaüdəçıxma məsələsini də hörmətə 7000 manat müqabilində həll edə biləcəyini demişdir. Elham da Züleyxanın bu təklifi ilə razılaşıb bankdan pul götürərək bu işlərin görülməsi üçün ona verəcəyini demişdir. xx.xx.2022 ci il tarixdə Elham yenə də onun ünvan 4 ünvanına gəlmişdir. O həmin vaxt Züleyxaya zəng edərək Elhamın onlara gəldiyini demişdir. Bundan bir qədər sonra Züleyxa da onlara gəlmiş və onun evində Elham Züleyxaya 300 manat vermişdir. Həmin vaxt Züleyxa Elhama həyat yoldaşı ilə onun təqaüd məsələlərinin texminən 2 ay müddətində həll olacağını demişdir. xx.xx.2022-ci il tarixdə Elham ona zəng edərək Züleyxa ilə görüşüb ona 2000 manat da vermək üçün Bakı şəhərinə gəldiyini, lakin Züleyxanın mobil telefonu sönülü olduğuna görə onunla əlaqə saxlaya bilmədiyini demişdir. O həmin vaxt Quba rayonundan Bakı şəhərinə gəlməkdə olduğu üçün Elhamla Sumqayıt şəhəri, Yaşma qəsəbəsi ərazisində görüşmüşdür. O evə çatdıqdan sonra Züleyxa telefon əlaqəsi saxlayıb Elhamın 2000 manat göndərdiyini bildirmişdir. Həmin gün axşam saatlarında Züleyxa yaşadığı evə gəlmiş və o, ona 2000 manat vermişdir. Sonuncu dəfə də xx.xx.2022-ci il tarixdə Elham yenə də yaşadığı evə gəlib ona 2000 manat vermişdir ki, Züleyxaya çatdırsın. Ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o, Züleyxa ilə telefon əlaqəsi saxlayıb Sumqayıt şəhəri, 26-cı məhəllədə onunla görüşüb sonuncu 2000 manat pulu da ona vermişdir. Lakin bundan sonrakı vaxtlarda Elham və o, Züleyxa ilə bir neçə dəfə telefon əlaqəsi saxladıqda o, işlərin getdiyini desə də sonradan onun Elhama qarşı dələduzluq etdiyi onlara məlum olmuş, bu səbəbdən də Elham Züleyxadan şikayət etmək qərarına gəlmişdir. O X1 2000 manat pulu xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən Tibb Texnikomunun yaxınlığında vermiş, həmin vaxt yanlarında başqa heç kim olmamış, həmçinin həmin 2000 manat pulu da Elhamın ve həyat yoldaşı Əzizənin təqaüd məsələlərinin həll olunması məqsədilə Züleyxaya vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, evdə olarkən yoldaşı Nüsrətdin evə gəlmiş və evdən özünə məxsus 2000 manat pulu götürərkən, ondan nə üçün pulu götürdüyünü soruşduqda demişdir ki, torpaq alır, iş yoldaşının tanışıdır. Nüsrətdin pulu götürüb həyətə düşmüş, 2 dəqiqə sonra evə qayıtmışdır. Ondan torpağı haradan alacağını soruşduqda, demişdir ki, Saray qəsəbəsində aldığını demişdir. Bin neçə güun sonra Züleyxa xanımla Bakı şəhəri 20 yanvar metrosunun yanında görüşüb pul verəcəyini bildirmiş,o onunla gedəcəyini bildirib evdən 2500 manat pul götürərək 20 yanvara gəlmişlər. Maşını Tblisi prospektinə döndərərək dairənin kənarında saxlamışdır. Nüsrətdin Züleyxa ilə zəngləşdikdən sonra Züleyxa onların yanma gəlmiş və Nüsrətdin 2500 manat pulu ona vermişdir. 3-4 gün sonra əri Nüsrətdin Züleyxaya əlavə olaraq 500 manat vermiş, səhərisi günü Züleyxa 100 manat pul da istədiyi üçün həmin pulu onlayn sistemi ilə ona atmış, Züleyxaya ümumilikdə 5100 manat pul vermişdir. Lakin Züleyxa vəd verdiyi işi həll etmədiyi üçün ondan pulları geri tələb etdikləri üçün Züleyxa 2021-ci ilin avqust ayında isə 500 manat onlayn sistemi ilə onun kartına atmış, sonra 2000 manat pul atmışdır. Lakin hal-hazıradək 2100 manat verəcəyi qalmışdır. Həmin pulu da qaytarıb verməmişdir. Həmin pul ərinə məxsus pul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, onun iş yoldaşıdır. Təqsirləndirilən şəxs da tanıyır, 2021-ci ilin əvvəllərində iş yoldaşı Nüsrətdinlə Züleyxanı o tanış etmişdir. O Züleyxanın Abşeron rayonu Saray qəsəbəsində 6 sot ölçüdə torpaq sahəsini 5100 manata satması barədə Nüsrətdinlə danışdıqlarını bilmişdir. Nüsrətdin də razılaşmışdır, gedib torpaq sahəsinə də baxmışdır. 2021-ci ilin fevral ayında Nüsrətdin həmin torpaq sahəsinə görə yaşadığı Yasamal rayonu Ş.Mehdiyev küçəsində yerləşən binanın həyətində onun iştirakı ilə ilk olaraq 2.000 manat pulu vermişdir. Qalan pul onun iştirakı ilə verməmişdir. Sonradan o bilmişdir ki, Nüsrətdin Züleyxaya torpaq sahəsinə görə ümumilikdə 5100 manat pul versə də, sonuncu onu aldatmışdır. Cinayət işinin 1-ci cild 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 43-44-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 123-124-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 54-55-ci vərəqəsində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilərək və əlavələr edilərək ona hımin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 221-222-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli cinayət əməlinin tövsif olunması barədə qərardan görünür ki, həmin cinayət işi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 133-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 267-268-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan olmuş və yeri müəyyən edilərək tutulmağı qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 65-66-cı vərəqəsində olan cinayət işinin icraata qəbul edilməsi və bir icraata birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü madələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. Cinayət işinin 1-ci cildinin 18-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 27-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 85-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 155-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 212-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 187-188-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X9 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 1-ci cildinin 191-192-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olduğu üçün rədd edilmişdir. Cinayət işinin 1-ci cildinin 97-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 103-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq Sumqayıt ŞPİ-ə gəlmişdir. Cinayət işinin 1-ci cildinin 104-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq gəlib özünün istintaqa təqdim etdiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli “eManat” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs kart hesabına 1500 manat pul ödəmişdir. Cinayət işinin 1-ci cildinin 146-149-cu vərəqələrində olan “eManat” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2022-ci ildə 500 manat ödəmişdir. Cinayət işinin 1-ci cildinin 145-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli baxış keçirilmə və götürmə haqqında protokoldan görünür ki, kağız parçalarında xx.xx.2022-ci il tarixdə 810 manat, xx.xx.2022-ci il tarixdə 1.300 manat və xx.xx.2022-ci il tarixdə 9250 manat alınması barədə yazı və imzaların, xx.xx.2022-ci il tarixdə eManatla göndərilən 500 manat qəbzi olması müəyyən olunmuşdur. Təqdim olunmuş üzərində yazılar olan vərəqlər və ödəniş qəbzinin surəti çıxarılaraq iş üzrə əhəmiyyət kəsb etdiyindən surəti çıxarılaraq götürülüb protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 37-38-ci vərəqələrində Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-də olan ********* saylı araşdırma materialı xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir, Qusar RPŞ-də barəsində olan ********* saylı araşdırma materialı xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin 2-ci cildinin 1-2-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 2-ci cildinin 7-8-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cildinin 6-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 31-32-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 86-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 102-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 216-218-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişikliklər edilməklə ona AR CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 138-140-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq müddəti 09 fevral 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinin 142-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə daxil olduqda müəyyən edilir ki, orada 01 dəqiqə 37 saniyədən ibarət videogörüntü var.Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, Dilşad Elhamın yanında Zülüyə deyir ki, 3000 Elham bu dəfə pul verir, 3000. o günkü, 2000, 2000-də, 10.000 səndə pul var düzdür, bunların pensiyası da tamamilə İnşAllah 1 ay ərzində pullarını alacaqlar, əgər bu da alınmasa pulu ikiqat qaytaracaqsan. Züleyxa həmin vaxt pulları sayaraq deyir ki, çaş-baş sayıram. Dilşad pulları onun əlindən alıb deyir ki, al sən məni çək pulları mən sayım. Dilşad pulları sayıb deyir ki, 3000 elədi, 3000 sənə bu gün verilir, 3000 sənə o gün verilib, 2000 bir, 2000-də bir 10000 pul eləyir, şərti şumda kəsək, Elhamla bizim aramızda münasibət o qədər varki istəmirəm sonra peşiman olsun oldu? 300 manatı gətirdin Elham? Cinayət işinin 2-ci cildinin 150-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli mülki iddiaçı qismində tanınma barədə qəradan görünür ki, Zərərçəkmiş şəxs5 maddi ziyan dəymiş və buna görə də mülki iddiaçı qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 193-212-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd disk, ödəniş qəbzi, Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı kağız parçaları maddi sübut kimi tanınmışdır. Cinayət işinin 3-cü cild 186-187-ci vərəqələrində olan mülki iddia verilməsi barədə ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 mülki iddiaçı qismində tanınmaqla Təqsirləndirilən şəxs 12000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 126 manat pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cinayət işinin 3-cü cild 283-285-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Sumqayıt şəhər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-2/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclasına könüllü olaraq gələcəyi ilə bağlı ərizəsinin və dəymiş ziyanların ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizələrin mövcudluğunu nəzərə alaraq cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə çəkilməmiş 360 (üç yüz altmış) saat ictimai işlər cəzası qalmışdır. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı il təvəllüdlü bir uşağı var, xx.xx.2023-cü il tarixindən başlanmaqla talessimiya xəstəsidir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir. Ondan şikayətçi deyil və onunla barışmışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş və barışıq əldə etmişdir. Həmin şəxslərin ona qarşı heç bir tələb və iddiaları yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxstörətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla və təkrarən törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdıırlması ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə əməlindən peşman olmasını, dəymiş ziyanları tam ödəməsini, 1 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı qismən ödəməsini nəzərə alaraq hesab edir ki, CMnin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 360 saat ictimai işlər cəzası, Azərbaycan Respublikası CM-in 68.3.2-ci maddəsinə əsasən 90 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq hazırkı hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evini tərk etməmək, Abşeron rayonu, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlığın məhdudlaşdıırlmasıyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlığın məhdudlaşdıırlmasıyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdıırlması müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk, cinayət işi materaillarına əlavə edilmiş 01 ədəd disk, ödəniş qəbzi, Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı kağız parçaları cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs 12000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 126 manat pulun alınaraq ona ödənilməsi barədə mülki iddiasına münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələbi, şikayəti olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Vəkil Müdafiəçi1 xx.xx.2025ci il tarixədək məhkəmə iclasılarında iştirak etdiyi və iş materialları ilə tanış olduğu 30 saata görə 180 manat, həmin tarixdən sonrakı dövrdə iştirak etdiyi, 12 saata 132 manat, ümumilikdə 312 manat ödənilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 360 saat ictimai işlər cəzası, Azərbaycan Respublikası CM-in 68.3.2-ci maddəsinə əsasən 90 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq hazırkı hökmlə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək tərk etməmək, Abşeron rayonu, Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd disk, ödəniş qəbzi, Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı kağız parçaları cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu ümumilikdə 42 (qırx iki) saata görə 312 (üz yüz on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-2/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-2/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver