Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-20/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz,məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 31/18, mənzil 1-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə 0,799 qram çəkidə psixotrop maddə olan metamfetamini və 0,794 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlamaqla üzərində daşımış, 05.04.2021-ci il tarixdə saat 17:50-də Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisizində yerləşən “Möhtəşəm” şadlıq sarayının yaxınlığında Sumqayıt ŞPİ-nin ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 0,799 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 0,592 qram çəkidə və 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 0,202 qram çəkidə ümumilikdə 0,794 qram çəkidə narkotik vasitə olan heroin və üzərində narkotik vasitə olan heroinin izləri olan 01(bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitələrin istifadəçisi olmuş, bununla bağlı olaraq da bir dəfə məhkum olunmuşdur. 05.04.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında olan zaman evin qapısı döyülmüş, qapını açdıqda evə təxminən 7-8 nəfər polis əməkdaşları daxil olmuşdur. Həmin zaman evdə təxminən 2 qram özünün şəxsi istifadəsi üçün saxladığı 2 bükümdə kakos olmuşdur. Polislər həmin “kakos”-u tapdıqları zaman polis əməkdaşlarına narkotik vasitələrin satışı ilə məşğul olmadığını desə də ona inanmamışdırlar. Bundan sonra, evdən aparılmış, sonra çəkilişin aparılması üçün onu “Möhtəşəm” Şadlıq Sarayının olduğu ünvana gətirilmişdir. Video çəkiliş aparılmamışdan əvvəl ona adını xatırlamadığı polis əməkdaşı tərəfindən ona narkotik maddələr və tərəzi verilmiş, çəkiliş zamanı üzərindən çıxdığını bildirməsini, bunu edəcəyi halda 48 saat müddətində buraxılacağını deyilmiş, o da bu təkliflə razılaşmış və müvafiq sənədləşmələr aparılmışdır. Bundan sonra, isə onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. Onun bədənindəki xəsarətlər isə Sumqayıt ŞPİ-nin MSY-də və 3 X3 aktlaşdırılmışdır. Üzərindən çıxan elektron tərəzi isə ona məxsus olmamışdır. İş materiallarında baxış keçirilmiş telefon ona məxsus olmuş, həmin telefonun kontaktında olan “Hindistan” adlı şəxs narkoman olsa da, ona narkotik vasitə verməmişdir. Telefonunda Əli adlı İran vətəndaşı ilə yazışmalar isə ona məxsus olmamışdır. Eyni zamanda polislər telefonu evindən götürmüş, sonradan polis bölməsində ona təqdim edilmişdir. Evindən aşkar edilən iki büküm heroin şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Ona elan edilmiş ittihamla razı deyil, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, əməlinin tövsif edilməsni xahiş edərək üzərində öz istifadəsi üçün iki büküm narkotik vasitə heroin olmuş və bununla bağlı əməlindən peşmandır və istifadəçi kimi cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi öz ifadəsinin qismən etirafedici hissəsi ilə bərabər, işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmədə elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ilkin izahatında özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində aşkar edilmiş narkotik vasitələri öz şəxsi istifadəsi üçün almışdır. Təxminən 02 aprel 2021-ci il tarixdə Bakı şəhəri, 20 yanvar deyilən ərazidə gəzən zaman tanımadığı şəxsdən ağrılarını kəsmək məqsədilə şəxsi istifadəsi üçün 2 (iki) büküm narkotik vasitə olan “heroin” və 01 (bir) büküm “metanfetamin” almışdır. Belə ki, 05.04.2021-ci il tarixdə evə gedən zaman Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Möhtəşəm” şadlıq sarayının yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra polis əməmkdaşları ondan özünü təqdim etməyini istəmiş, o da özünü polis əməkdaşlarına təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirərək polis bölməsinə aparılacağını, orada hüquqlarını müdafiə edəcək müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirilmişlər və etirazının olub-olmaması soruşmuşlar. O da öz növbəsində onlara heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirmişlər və videoçəkilişi dayandırmadan Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-yə aparmışlar. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də xidməti otaqların birində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 ilə tanış olmuş və onun iştirakı ilə ona üzərində qanunsuz saxladığı əşyaları təqdim etməyi xahiş olunmuşdur. O da bundan sonra əynində olan qırmızı rəngli idman gödəkcəsinin sağ yan cibindən 2(iki) büküm narkotik vasitə olan “heroin” və 1 (bir) büküm “metanfetamin” və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Orada bükülülərdə olan kütlələrin nə olduğu ondan soruşulmuş və o, həmin kütlələrin narkotik vasitə olan “heroin” və “metanfetamin” olduğunu, həmin maddələri Bakı şəhəri, 20 yanvar deyilən ərazidə tanımadığı şəxsdən 50(əlli) AZN-nə aldığını, xəstə olduğu üçün ağrılarını götürmək məqsədilə istifadə etməkdən ötrü üzərində gəzdirdiyini, başqa heç bir məqsədinin olmadığını bildirmişdir. Sonra həmin kütlələr onun və müdafiəçinin iştirakı ilə elektron tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılaraq tədqiq olunması üçün ekspertizaya göndərilmiş, sonra çəkiliş dayandırılmışdır. Şəxsi axtarış zamanı üzərində olan tərəzini öz şəxsi istifadəsi üçün gəzdirmiş, həmçinin cibindən həmin vaxt əməliyyat müvəkkillərinin avtomobilinə özünə məxsus içərisində "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəsi olan “SAMSUNG” markalı mobil telefon özünə məxsus olduğunu və orada “Eli” adlı şəxslə və digər şəxslərlə “Whatssapp Bussnes” proqram vasitəsi ilə şəxsən özü danışdığını və olan səsli və mətn yazışmaları özünə məxsus olduğunu demiş, lakin həmin xüsusatlar üzrə ifadə verməkdən imtina etmişdir. Həmin mobil telefonun gizli şifrəsini isə özü polis əməkdaşlarına dediyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 4- CAŞ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 bildirmişdir ki, Sumqayıt ŞPİnin CAŞ-nə “Rəşad” adlı şəxsin narkootik vasitələrin qanunsuz daşınmasında, satışında və saxlanılmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmçinin şəxs məhkəmə qərarı ilə axtarışda olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, “Rəşad” adlı şəxs Təqsirləndirilən şəxsdur. Ona görə də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 43-cü məhəllənin ərazisində “Möhtəşəm” adlı Şadlıq Sarayının yaxınlığında saxlanılaraq üzəridə şəxsi axtarış aparılması üçün ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona hüquq və vəzifələri izah edilməklə, vəkil təyin edilmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilən zaman buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya varsa, təqdim etmək təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən 03 ədəd sellofana bükülmüş kütlələri və bir ədəd elektron tərəzini çıxardaraq təqdim etmişdir. Həmin bükümlərin içərisində narkotik vasitə olan heroin və bir bükümdə psixotrop maddə olan metanfitaminin özünə məxsus olduğunu və tanımadığı şəxsdən ümumilikdə 50 manata aldığını demişdir. Həmçinin üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzi özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 1ci PB-nə gətirərkən ona məxsus “Samsung” mobil telefonu onunla birlikdə əyləşdikləri avtombilin arxa sərnişin oturacağına düşmüş və ona görə də CAŞ-nin əməliyyat müvəkkili Şahid2 həmin mobil telefonu taparaq ona şəxsi axtarışdan sonra təhvil vermiş və bu barədə raportla məruzə etmiş, o da öz növbəsində həmin telefonu müstəntiqə təhvil vermişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilmiş maddələr və bir ədəd elektron tərəzi rəsmi qaydada götürülmüş və bu barədə protokol tərtib edilmişdir.Şahid ibtidai istintaqdakı ifadəsini təsdiq edərək təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdiklərinin həqiqəti əks etdirmədiyini, özünü müdafiə xarakterli olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kişik əməliyyat müvəkkili vəzifəsində xidmət aparan Şahid2 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-na Rəşad adlı şəxsin narkotik vasitələri qanunsuz daşıması, satışı və saxlaması barədə məlumat daxil olmuşdur. Həmçinin, şəxs məhkəmə qərarı ilə axtarışda olmuşdur. Keçirilmiş əməliyyat axtarış zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində “Möhtəşəm” şadlıq sarayının yaxınlığında saxlanaraq üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və onu PB-də xidməti otaqların birində ona üzərində olan əşyaları təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli idman gödəkcəsinin sağ yan cibindən 3 ədəd salofana bükülmüş kütlələri və bir ədəd elektron tərəzini çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülülər barədə soruşulan zaman o, həmin bükümlərin ikisində narkotik vasitə olan heroin, birində isə psixotrop maddə olan metamfetaminin olduğunu, özünə məxsus olduğunu və tanımadığı şəxsdən ümilikdə 50 manata aldığını demişdir. Həmçinin üzərində aşkar edilmiş bir ədəd elektron tərəzinin də özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 1-ci PB-nə gətirilən zaman ona məxsus “Samsung” markalı mobil telefonu “Mitsubishi” markalı avtomobilin arxa sərnişin oturcağına düşdüyünü görmüş və bu səbəbdən həmin mobil telefonu təhqiqatçı Şahid1 təhvil vermişdir. Şahid ibtidai istintaqdakı ifadəsini təsdiq edərək təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdiklərinin həqiqəti əks etdirmədiyini, özünü müdafiə xarakterli olduğunu göstərmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kişik əməliyyat müvəkkili vəzifəsində xidmət aparan Şahid3 elan edilmiş ifadəsindən görünür ki, həmin ifadələr şahidlər Şahid1 və Şahid2 ifadəsi ilə oxşar məzmunludur. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi 02.11.2021-ci il tarixli yazılı vəsatəti əsasında əvvəlki məhkəmə iclasına şahid qismində dəvət edilib dindirilmiş X2 ifadəsindən görünür ki, onun tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı aparılmışdır. Cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs mobil telefonunu ona polis əməkdaşları təqdim etmişdir və həmin mobil telefonun şifrəsini ona Təqsirləndirilən şəxs özü demişdir. Sonuncunun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilən hallara nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisindən düzəliş, qeyd və etiraz daxil olmamışdır. Əgər şifrəni özü verməsə idi, cinayət işi ilə bağlı ekspertiza təyin ediləcəkdi. Həmin mobil nömrədə olan “Whatsapp” yazışmalarından görünür ki, narkotik vasitələrin alveri gedir. Təqsirləndirilən şəxs narkotik vasitələri satışı ilə bağlı məlumatlar sübutlarla öz təsdiqini tapmışdır. İş materiallarında olan protokoldan görünür ki, 05.04.2021-ci il tarixdə saat 17:50-də Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şahid1 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materillarından görünür ki, həmin cinayət işi 06 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CМ-nin 234.2-ci maddəsi ilə başlanaraq Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntəqi, polis baş leytenantı Əli Məmmədovun icraatına qəbul edilmişdir. İş materiallarında olan 05.04.2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən 03 (üç) ədəd sellofana bükülmüş kütlələri çıxardaraq təqdim etmişdir. Ondan bükülüdə olan kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlələrdən 2 (iki) ədədinin narkotik vasitə olan “heroin”, digərinin isə “metanfitamin” olduğunu, onu Bakı şəhəri, 20 Yanvar deyilən ərazidə tanımadığı şəxsdən ümumilikdə 50 (əlli) AZN-ə aldığını, xəstə olduğu üçün ağrılarını götürmək məqsədi ilə istifadə etmək üçün üzərində gəzdirdiyini, başqa məqsədi olmadığını bildirdi. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs telefonun mesajlar qutusuna baxdıqda orada Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəyə “Hacı “ adlı şəxsə “Səni axtarıb tapmayım sen gel yerim patı 1 kola ver qurtarsın yaxşı olmayacaq vallah sənə deyirəm yaxşı olmayacaq,,,,,,,,” mesajı elektron qutuya daxil olduğu görünür. ********** mobil nömrə ilə əlaqə saxladıqda həmin mobil nömrə işləmədiyi müəyyən edilir. Daha sonra “WhatsAap Business” adlı proqrama daxil olduqda orada +**********66 nömrə altında olan “Eli” adlı şəxslə Təqsirləndirilən şəxs proqram vasitəsi ilə danışdığı görünür. Həmin yazışma oxunduğu zaman orada Təqsirləndirilən şəxs “Eli” adlı şəxslə “pati, “ot” və “kakos” adlı maddələrin alıb satdığını və ona pulu bank vasitəsi ilə ödədiyi müəyyən olunur. PTT- 20210117 –WA008.OPUS adlı səs yazısına baxdıqda orada Eli adlı şəxs “Qardash qadan alım 20 patı bağlı, 50 ot və birəndə də 30 kakos bağla və rayondan kakos gələcək 30 kakos saat necədə Bakida olsun o bagladıqlarında deyəcəm saat 3-4 qoyarsan həmin yerə” PTT-20210117 –WA0015.OPUS adlı səs yazısına baxdıqda “ sabaha 50 dənə ot 20 dəndə patı bir yerdə olacaq və 30 dənə başqa olacaq sabah 1 de zəng edəcəm” Təqsirləndirilən şəxs isə 30 kola sabah güborta 3de Ssumqayitin girəcəyində “Azpetrolda” 20 patı 50 ot isə saat 5de Sumqaytının girəcəyində. Eli adlı şəxs səs yazısında “Xırdalanda olacaq həmin şəxs 30 pati ona veriləcək mən sənə xəbər edəcəm deyir. Rəşad Hünnbətov isə cavab olaraq səs yazısında “ sən ona dinə ki(yəni 30 pati Rəşadın vasitəsi ilə alan şəxsə) sabah saat 3den sonra gəlsin. Eli adlı şəxs isə PTT-20210117 – WA008.OPUS adlı səs yazısında “İranda manat düşüb həmin pulu(30 patini onlardan alan adam) mənim kartıma 700 manati yükleycek səndə kart tam qadan alım mənə sənə göndərəm həmin pulu” PTT-20210117 –WA00033.OPUS adlı faylda “ həmin adama gəlib gpzdüyür sən çəkişin at baxım göndərdiyini ona deyir”. Təqsirləndirilən şəxs isə ona tünd rəngli “patı” adlı maddəni çəkisi 30 qram olduğu görünür. Daha sonra Təqsirləndirilən şəxs həmin 30 patı adlı maddəni Sumqayıt şəhəri “Bravo” adlı marketinin yanında siqaret qutusuna qoyduğunu dedi. Daha sonra Eli adlı şəxs ona “qardaş götürdü 20 pati otu goy bir yere qadan alım kartıda göndər mənə pulu vurum” sözləri deyir. Daha sonra Eli adlı Rəşada səs mesajında “şəxs qardash qadan alım həmin adam Xırdalandan çatıb ela yerə qoy ki sənə həmişə demişəm ki, kamera olmasın” Daha sonra Təqsirləndirilən şəxs kofet qabında həmin maddələri “LASSA adlı dükanın yanına qoyduğunu deyir və foto şəkil ona göndərir. Daha sonra “Eli” adlı şəxs Rəşada yazır ki, “qardash qadan alım götürdü”. Sonra “Eli” səs yazısı göndərərək ”240 manatı otun üstünə başqa pulu karta at” sözlərini deyir. Eli adlı şəxs ona səs yazısı göndərir və bildirir ki o ot 47 qram çıxmışdır. Rəşad isə bildirir ki, yox 50. Eli isə deyir ki, ola bilər batreykasında problem var birdə belə səhv olmasın. Daha sonra Rəşad ona 850m azn 250 +600 ona göndərir və bildirir ki, çek yoxdu. Daha sonra Təqsirləndirilən şəxs “Eli” adlı şəxsə göndərdiyi pulu 850 manat pulun çekin şəkilini göndərir. Həmin çəkidə “kvitasniya nömrəsinin ********** , 20.01.2021 15:12-də 850 mant pul göndərilmişdir ” 21 yanvar 2021-ci il tarixdə saat 20:09 –da “Eli adlı şəxs Rəşada səs göndərir və bildirir ki, “bizim əmatatlarımzdan nə qalıb”, 22 yanvar 2021-ci il tarixdə Eli adlı şəxs Təqsirləndirilən şəxs yazır ki, 20 dənə patı hazır elə saat 4də qoy. Rəşad ona yazır ki “qaqa patı yoxdu verdim getdi qalan patıda getdi pulunu göndərəcəm sabaha zada” . 23 yanvar 2021-ci il tarixdə Eli adlı şəxs Təqsirləndirilən şəxs səs ataraq oğlu Elşad xəstə olduğunu və sonra Təqsirləndirilən şəxs ona yazır ki, Allah Elşadı qorusun 50 pati söz veribler görək nə olur pulunu sabah göndərəcəm. 24.01.2021-ci il tarixdə Eli Təqsirləndirilən şəxs yazır ki, sabaha 40 dənə hazırla özdə xanımdı gəlib götürəcək 20 yanvarda” Təqsirləndirilən şəxs isə ona şəkil atır tünd rəngli maddəinin elektron tərəzinin üzərində . Həmin tərəzinin ekranında 40 qram olduğu görsənir. Həmin foto şəkili isə Rəşad göndərir Eli adlı şəxsə göndərir. Eli adlı şəxs isə Təqsirləndirilən şəxs səs göndərir və deyir çalış qardaşına 2000 zad göndər deyir vəziyyət ağırdı” Təqsirləndirilən şəxs ona bildirir ki, Saray postunda araz marketi keçen kimi znakı görəcəy onun altına qara kent pacakında “ Daha sonra Təqsirləndirilən şəxs Eli adlı şəxsə foto şəklil göndəir və üzərind 90 yazısı olan yol nişanın altında ox şəkili çəkib həmin maddəni “ torpaqı” atdığı yeri göstərir. Eli adlı şəxs isə Təqsirləndirilən şəxs yazır ki, götürdü qardash”. 25 yanvar 2021-ci il tarixdə Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj ataraq kartı danışımışam vur qardaşına pulu deyir. Daha sonra Eli adlı şəxs səsli mesaj ataraq deyir o bacı oğlunun əmanəti 86 olur onu qoy bir yerə gəlsin götürsün və haçan deyim çıxışın. Təqsirləndirilən şəxs ona isə yazaraq bildir ki, “ gəldim evə götürüb çıxıram 1 dənə kart atda mənə pulluda götürüm indi göndərim ” Daha sonra Eli ona yadaşdan silinmiş kartı göndərir Rəşad isə ora 500 manat məbləğində pul köçürür və kvitansiyanı Eli adlı şəxsə göndərir.19:41-də Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj ataraq deyir ki o bacı oğlunun adamı Xırdalanın kruqundadı sen qoy deyim gəlsin ora. Daha sonra Təqsirləndirilən şəxs Eli adlı şəxsə foto şəkil atır orada tünd adlı maddə sellofan kulokda elektron təzəsinin üzərində 85,39 qram olduğunu görmək olur.Həmin tərəzinin üzərində olam tünd maddənin şəkilini Təqsirləndirilən şəxs Eli adlı şəxsə gönədir.26.01.2021-ci il tarixdə saat 23:30-da Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj ataraq “30 dənə ot hazır edərəsən mən deyəndə atarsan, otumzdan isə 40 dənə qalır, istiyən olsa sən onu sat istəməyən olmasa o qardaş var verərik ona”.Daha sonra Eli ona deyir ki, götürdüyüm, yolun bir getdi birde gedəcək əmanati yola salacam (X11 Respublikasından Azərbaycan Respublikasına) deyəcəm nə qədə bağılyasan. Təqsirləndirilən şəxs Eli adlı şəxsə “50 dənə 10 ot nə vaxt hara qoyacam yazarsan azpetrolun yanına Sumqayıt qoyacam saat 6da”Eli isə sonra səsli məsajda “qadan alım ne vaxt istəsən Saryda qoy , ela Azpetrolda qouarsan, birdə o əliin üstundə ikidənə bir qram ayır”. Daha sonra Təqsirləndirilən şəxs iki ədəd foto şəkil Eli adlı şəxsə atmışdır. Həmin foto şəkildə elktron tərəzinin üzərində sellofan bükümdə 50,29 qram çəkidə maddə olduğunu görmək olur. Digər foto şəkildə 10,26 qram çəkidə elektron tərəzində çəkilmiş tünd rəngli maddə görmək olur. Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazır ki “ mən çıxdım azpetrola gedtim” Eli adlı şəxs isə ona səsli mesaj atır ki, “20 dəqiqə azpetroldadı”Təqsirləndirilən şəxs ona səsli mesaj atır mən çıxıdım Eli 5 dəqiqə orada olacam. Daha sonra Təqsirləndirilən şəxs Eli adlı şəxsə foto şəkil atır və orada oxnan həmin maddənin atdığı yeri göstərir. Təqsirləndirilən şəxs sonra Eli adlı şəxsə yazır ki, “Bakidan gələndə Sumqayıta 2-ci fenarın dibində kağızın icində.” Daha sonra Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli məsaj atarq “götürdü qardaş qadan alıdı” bildirir. 30 yanvar 2021-ci il tarixdə Eli adlı şəxsə sesli mesaj ataraq bildirir ki, “Salam qardaş axşamın xeyir 40 dənəni sabaha bağla sabah saat 3 de qoy bir yerə qadan alım onu gəlsinlər götürsünlər, o kakosdan özüvə götürcəksən, götürmüysən adam var gəlib götürəcək. Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazır ki, oldu hazırdı maşın ustada mən onu Sumqayıtda yerbe yer edcem kakos her biri 40 dənə götürəcəm özümə ola bilsin 50 sabah axşam dəqiq deyəcəm. Sabah axşam Sumqayıtda 3-4 de yerbəyer edəcəm. Daha sonra Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj ataraq “sabah o 40 deni otu gəlib götürcək yerbə yer ela. Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazır ki, 40 dəqiqə oradayam. Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj ataraq onun 40 deiqiqe yolu var deyirəm çıxışın. Təqsirləndirilən şəxs Eli adlı şəxsə səsli mesaj ataraq deyir ki, “ sən ona dine ki həmin adam Sumqayıta gəlsin köhnə traleybus parkın yanı tərəfə”. Eli adlı şəxs ona Təqsirləndirilən şəxs səsli mesaj ataraq həmin adam öz maşını ilə gəlmiyib taksi ilə gəlib orada düşür. Təqsirləndirilən şəxs Eli adlı şəxsə səsli mesaj ataraq 40 dənə ot olamdığını deyir daha az qaldığını bildiri..Eli adlı şəxs isə Təqsirləndirilən şəxs sesli mesajda bildirir ki, “ mən hər şeyi yazıram , bax 50 dənə qardaş var idi Ceyranbatndan götürdü verdik ona , 30 ot özün götürdün satın pulunu mənə verdi, 10 dənə mənə verdi, mən bilirdim 40 dənə qalıb məncə 30 qalıb. Təqsirləndirilən şəxs isə Eli adlı şəxsə bildirir ki, bizim 10 dənə otumuz qalıb. Eli adlı şəxs isə R.Hübətova bildirir ki, bizim otumuz 120 qram idi.Təqsirləndirilən şəxs ona deyir ki, sənin 10 dənə otun qalıb bu başqa gedəsi yer yoxdu bunda qoyuram seyfə. Eli adlı şəxs Təqsirləndirilən şəxs sesli mesaj yazır ki, 120 dənə ot sənə vermişəm sən qəşənq bax 30 qalmaldı..Təqsirləndirilən şəxs isə ona deyir 10 dənə ot var başqa ot yoxdu. Eli adlı şəxsə ona deyir sən yaxşı bax 120 qram ot bağlamışam” Təqsirləndirilən şəxs Eli adlı şəxsəsə səsli mesaj göndərək deyir ki, mən ot cəkən deyiləm ki, deyəm çəkim qurtarmışam qalanı isə qoymuşam gəlsin götürsün 200 qoyşuam 10 dənidi gəlsin götürsün” . Eli adlı şəxs isə ona yazır ki, sən yaxşı bax. Eli şəxs Təqsirləndirilən şəxs səsli mesaj ataraq “qardaş o binanı tapa bilmir şəkilini çək at” Daha sonra Təqsirləndirilən şəxs ona foto şəkil ataraq Eli adlı şəxsə çatası otu 5 mertebenin 2ci podyezdi 4-cü mertbesinde küncde. Domun nömrəsi 28/15 olduğunu yazır.Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj ataraq “ qadan alım sen seyfə qeşnq bax 30 ot qalmalı idi”. 31.01.2021-ci il tarixdə Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj ataraq , “ bir iki güne yol gedəcək dəqiqdi, torpaqdan sən nə qədər götürəcəksən, 220 dənə kaosdan sənə qalır 30 dənə patıdan isə 500 manat pul vurmusan. , qardaş 15 manat istiyən olsa ver getsin. Mən göndərəcəm əlin boş qalmasın. Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazaraq, “yaxşı 1 saata sene konkret cavab verəcəm, 50 dənə götürəcəm qaqa” daha sonra Təqsirləndirilən şəxs səsli mesajda bildirir ki, “qardaş sən orada dəqiq hesabla mən düz adamam mən burda bir manat yemirəmsə mən düzəm yazmıram, 120-130 dənə şey qalıb onu 20sini özümə götürəcəm” Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj ataraq “ mən bilirəm sən düz adamsan mən dəftərə yazmışam hamsını mən demərəm ki, sən mənə xəyanət etmisən o çəkilərdə mənə göndərmisən hamısı telefonumda qalıb, mən indi evdəyəm dəftərə baxıram sənə etibarım var. Təqsirləndirilən şəxs ona səsli mesaj ataraq deyir “Eli mən 50 dəndən özümə götürmüşəm onun sənə pulunu verəcəm, bunu çəkməmişik bu izim guhamızdı, 80 dəndən 25 dənəsini götürdüm 50 sin pulu verəcəm, 30 şeydən mənə sənə 660 göndərməliydim 500 göndərdim.qalan 50 denini normalniy qiymətə beş-beş on on satmalıyam ,o pulu sənə verəcəm 50 dənəsində pulunu sənə verəcəm. Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj ataraq, o patidan mənə 500 verdin mən sən deyənlə razı atanda salam dinə” 02.02.2021-ci il Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, o torpaqgmızdan bacı oğlu istiyir 10 dənə torpaq at. Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazaraq “2 saata Sumayıtayam” yazaraq bildirmişdir. Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərk, 10 qram olacaq o, 100 dənənidə qaradş var ö götürcək, sen hazır olanda mənə deyərəsən ondan sonra aprıb qoyarsan.Təqsirləndirilən şəxs isə bildirir ki, 10 nu “götürdüm çıxıdım”. Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək,” yaxşı qadanalım, yarım saat yolu var dedim çıxıdı, çatıb o girişdədi”. Daha sonra Təqsirləndirilən şəxs Eli adlı şəxsə foto şəkil göndərir həmin foto şəkildə elektron tərəzidə 11,85 qram çəki olduğu görünür. Daha sonra Təqsirləndirilən şəxs Eli adlı şəxsə “Bir az nəm olduquna görə artıq qoydum” və səsli mesaj ataraq, qaqa biraz nəm idi artıq qoydum ki klientlər qaçmasın”, Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “neyniyək qadanalım bundan sonra artıq qoyma nədi onu qoy çəkidə”, “Qardaş Sevgilimin yanındadı onu ela qoy səni görəməsin aa”, Daha sonra Təqsirləndirilən şəxs Əli adlı şəxsə foto şəkil atır və bildir ki,” Sevgiliminen üzbe uz dursun sol tərəfdə qaraj var onun qapısının ağzında qara kent paclasında”. Elİ adlı şəxs sesli mesaj göndərək, “ deyirdim seni gösrməsin”, “ götürdü birdə qadam alım nə vaxt qardaşına pul vurursan”. Reşad Hünbətov isə Eli adlı şəxsə “ qaqqa sabah düzüb qısacam elə axşama düzüb qoşmalıyam” 03.02.2021-ci il tarixdə Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək,“salam qardaş qadan alım torpağımızdan yüz dənə idi torpağımızdan 110 dənəyidi o yüzdəndin 30 qram sabahlar bağlayarsan onu 4-de zada Sarayda bir yerdə qoyarsan, Bakıdan gələcəklər onun yarım sat yolu var, gəlib götürələr” , “ qardaş qadan alım birdənə 20 bağla birdə otuz saat 5de atarsan” , “Bakidan gəlcək necede gəlsin” , Təqsirləndirilən şəxs oan səsli mesaj ataraq “ mən ustadyam dine saat 9a gəlsin”, Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “Neynək deyərik saat 9a gəlsin,birdə qardşıva nə vaxt pul göndərəsən ?”. Təqsirləndirilən şəxs Eli adlı şəxsə səhər duran kimi göndərəcəm onunda sabah yerbə yer edəcəm. 04.02.2021-ci il tarixdə Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “salam qardaş necəsən yuxdan durmusan” Təqsirləndirilən şəxs Eli adlı şəxsə “Eli mənə kart göndər malıda özüm göütrəcəm hamasını, kartı göndər”.Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “ 160 patıdan qalıb yerdən qalanıda götürsən götür onu həll edək camaatında pulun verərək, Allah canını sag elasin indi mal tutuldu eybi yox, alınmırsa istiyən var malı verək pulumu alım işimiz qabağa düşsün. Təqsirləndirilən şəxs isə Eli adlı şəxsə yazaraq “20 dənə verməli idin, o adama , gözduyub deyə istəsən 10 verək, 10 qram istəsən verək day gozduyub, mən sənə indi 600 manat göndərəcəm, 3-4 günə göndərəcəm. Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “qardaş mən onları gözlətirirəm optovoy öz admlarına verir, sabah yox bir günə yol çıxacaq, ona görə verək mən bu işdə ziyan getmişəm məndə gərək malı bağlıyam pul lazımdı 3-4 gün olmaz çünki yol çıxır, öz işimizin xeyrinədi, yol çıxacaq malımı bağlıyım, 24 saatlıq yoldu, fikrim çatdı sənə, indi əlində nə var göndər indi o 50də götür göndər mənim fikrim zikrim yoldu”,Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazaraq və səsli mesaj göndərək, Malda çoxun cəkmişəm gedib pulu verəckələr satdıqca sənə sabaha pul lazımdsa verəcəm”, “qardaş bidim indi kartva 600 atıram karta prosto vermişəm gecə gedib indi həmin adamla işliyirəm, məndə qısa zamanda verəcəm, ayın 6sı imkan olsa göndərcəm” Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “Rəşad biz qardaşıq bizim qardaşlığımız pulnan ölçülmür”,“ ayıbda sən məni başa düş mənim əvvəllər verdikləimdə göndər”. Təqsirləndirilən şəxs Eli adlı şəxsə sesli mesaj ataraq , sənə sabah babat pul göndərəcəm biz gədə güdə ada deyilik”, Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “qardaş iş dəftərdə haqq hesab olub, Elşadımın canı deyirəm sabah yol çıxacaq istiyirəm ki əlimzdə pul olsun zərərldən çıxaq” , Təqsirləndirilən şəxs ona yazaraq “ sabah göndərəcəm sənə normalnıy bir şey mən düz adamam” Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “məndə duz adamam biz bu işi görürük görmürük düzəm mən həmişə”, “ Oğlum Elşadın canı, biz halal qardaşıq sən bilrəsən mən düz adamam”. Təqsirləndirilən şəxs Eli adlı şəxsə səs göndərək, “ səndən mən bir dəfə kömək istədim sən kömək elədin məndə bunu itirməyəcən, nə qədər birlikdə iş görürük düz olacam” Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “Sabaha yola çıxır paltarımız olsun istəyirəm, əgər qardaş demişiksə axıra kimi qardaşıq, qardaş qardaşın arxasında durmaldır mən öz barəmdə deyirəm məndə həmişə kişi kimi hərəkət etmişəm camahtdan mal götürmüşəm malım tutulub necə dəfə evimidə satmışam torpağımda camahtın pulun vermişəm bu söhbəti deyirəm ki, məndə yalan yoxdu” Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazaraq “sabah axşam saat 7de qədər vaxt ver göndərəcəm, imkan etsəm 6da,rahat ol hələlik” “ qaqa onu 15 manatdan dedin ver 15 den vermişəm , 15 manat hesablıyarsan.(söhbət otdan gedir),05.02.2021-ci il tarixdə Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “salam qardaş necdəsən pulu həll edə bilim qadan alım”, Təqsirləndirilən şəxs Eli adlı şəxsə atzaraq “Göndər katı “ yazır. Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “Qardaş sebirli ol nə qədər göndərirsən kartı təzə acıblar nə qədər göndərirsən mən şirkətə deyim” Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazaraq “1200 day and olsun ikimizn canına dost qardaşa yarısına borcluyam” Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “ indi mən kartı atıram sən 1200 vur, and olsun bu haqq hesabda mən 13 min manat ziyan etmişəm” , “ Bizim kartlar dəyşilir indi 5 dəqiqə kartı atıram sənə”,Təqsirləndirilən şəxs Eli adlı şəxsə “1185 manat axrıncı 3 manat qalıb cibimde”, Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “qadan alaram məni düz başa düş səndədi elabir məndədi”, “kartlar bağlanır sabahda təzə kartar çıxacaq deyrəm atarsan”, telfondan vur at mənə çeki, Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazaraq , “gəl mənə sənə belə göndərim belə tez olur”, Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “Həmzəyev Taleh “. Daha sonra “**********“ Təqsirləndirilən şəxs Eli adlı şəxsə 1180 manat kvitansiya göndərir. Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək,“atım şirkətə ortamızda 1230 manat qalıb, paltar zad götürürəm, yaxşı olar 5min pul verəcəm” Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazaraq “ məndə çətinliyə girmişəm 30 dənin pulu edir 2000 min ondan da 1185 ni sənə göndərdim” Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “balamın canına mən bu işdə 3 min manat ziyan etmişəm”, “sən mənə 1180 manat göndərmisən heç o pulu vurmasan da olar, mənim yaramı sağldan deyil ki, durub mən 100 manat söhbəti etmiyəcəm”, R.Hübətov Eli adlı şəxsə yazaraq, “Gozdüyremde satılsın yavaş yavaş satılsın göndərəcm narahat olma, alver prostu zəyfdi bela qaqa məndə istəyirəm gələn partiya nə var gələr”, Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “bilərəm zəyifdi satarsan verərsən” 10.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazaraq “nə vaxta gəlir bizim ayın oyun?” Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “qardaş bir 4 günə zada getmişim əmanatları bağladım verdim, indi qardaşıva nə vaxt göndərirsən?”11.02.2021-ci il tarixdə Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “salam qardaş necəsən nə var nə yox, mənə pul göndər söz vermişəm” 12.02.2021-ci il tarixdə Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, “ gör nə edirəm paltar götürmüşəm ona söz vermişəm”13.02.2021-ci il tarixdə Eli adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək, qardaş neyliyrsən paltar götürmüşəm adam məni diriyir”18 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Eli adlı şəxsə yazaraq ”uşaq xəstədi pulun haqq hesabını itirmişəm, satıb puluvu verəcəm” Daha sonra “Whatsapp Business” adlı proqrama daxil olduqda orada +99450 ***-**- ** nömrə altında olan “Zaur hidistan” adlı şəxslə Təqsirləndirilən şəxs proqram vasitəsi ilə danışdığı görünür. 20 mart “ZAUR “ adlı şəxs Rəşda, , 22.03.2021-ci il tarixdə “Rəşad nətərsən?,” Salamatcılıqdı ay yetim? ”, Reşad isə həmin şəxsə: Qaqa salam brat yoxdu e hecne, hər gün zəng edirsən yoxdu, olanda özüm xəbər edəcəm, Zaur : yaxşı, qaqa pati duzələr yarı? Rəşad: “Yarım patı isətsən 1-2 qram varımdı xəbər edərsən vatsapa evdə olanda işdiyir işdəmir internetim yoxdu colde.26.03.2021-ci il tarixdə Rəşad: Pati kola var esli cto zəng ela amma day sənən başqa heç kəs bilməsin. Zaur Hindistan : Yaxşı brat, Rəşad.Daha sonra “WhatsAap Business” adlı proqrama daxil olduqda orada +99450 ***- **-** nömrə altında olan “Zaur hidistan” adlı şəxslə Təqsirləndirilən şəxs proqram vasitəsi ilə danışdığı görünür. Həmin yazışmalar və səsli mesajlar mobil telefondan götürülərək, foto şəkillər cinayət işinin materiallarına əlavə edilmiş və CD diskə köçürülmüşdür. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri zamanı saxlanan zaman üzərində qanunsuz əşya olması barədə soruşduqda o, əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibində iki büküm icərisində narkotik vasitə olan heroin, bir büküm metafetamin və tərəzi olduğunu bildirmişdir. Sumqayıt şəhər Pİ-nin CAŞ-nin kişik əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkilləri Şahid3 və Nahid Razimli ilə birlikdə keçirilmiş əməliyyat tədbiri zamanı Sumqayıt şəhəri 43-cü məhəllənin ərazisində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq üzərinə şəxsi axtarış aparılması məqsədi ilə “Mitsubishi” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə mindirilmiş və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilən zaman Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonu avtomobilə düşmüşdür. Sonradan əməliyyat müvəkkili Şahid2 tərəfindən həmin telefon aşkar olunaraq 1-ci PB-nini təhqiqatçısı Şahid1 icraatında olan materiala əlavə edilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06.04.2021-ci il tarixli,6/1346 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125 ” möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,799 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfitamindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,592 qram, 0,202 qram ümumi təmiz çəkisi 0,794 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görü eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən etmək mümükün olmadı. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 03.06.2021-ci il tarixli 1728 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kamil oğlunda TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə nəticəsində yaranan NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur. Narkomaniyadan müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs Kamil oğlunun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 27.05.2021-ci il tarixli, 1916 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Kamil oğlu Sumqayıt şəhər Narkoloji Dispanseridə “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ümumilikdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,694 qram heroin, 0,749 qram metamfetamin və 01 (bir) ədəd elektron tərəzi, üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı Whatsaap Business” adlı proqram vasitəsi ilə aparılan yazışmalar, səsli mesajlar və foroşəkillər köçürülmüş CD, maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 14.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 20.12.2011-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 02.10.2012-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.12.2014-ci il tarixli hökmünə əsasən CM-nin 126.2.4-cü maddəsi ilə bilinərək 07 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.bilinərək əməyə mütləq cəlb olunmaqla 01 il 02 ay şərti cəzaya məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24.12.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 126.2.4-cü maddəsi CM-nin 126.1-ci maddəsinə tövsif edilərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi 03.11.2020-ci il tarixdə Məhkəməyə göndərilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-91/2021 saylı, 25 avqust 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə üzərində qəti olaraq 01 il 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 25.08.2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunması və yenidən qəsdən cinayət törətməsinə görə Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residivi olan şəxs hesab edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı MSK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsabət xarakterizə olunur. İş materiallarında olan , Sumqayıt şəhər məhkəməsinin 07.04.2021-ci il tarixli, 4(060)-149/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 05 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş 02.11.2021-ci il tarixli vəsatət əsasında məhkəmənin məlumatı ilə Təqsirləndirilən şəxs barəsində toplanılmış 207c-21№-li rədd materailı məhkəməyə göndərilmişdir. 25.05.2021-ci il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində istintaq edilən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən döyülməsi ilə bağlı müraciətə əsasən cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işi materillarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən 03.11.2021-ci il tarixli məhkəmə iclasında verilən şifahi vəsatət əsasında Sumqayıt şəhər Məhkəməsinin 1(060)-463/2021 saylı, 03.11.2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-**, ***-***- **-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin kimə məxsus olmasına həmin şəxslərin anket məlumatlarının, həmin nömrələrə 04 aprel 2021-ci il tarixdən, 06 aprel 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, sms mətnlərinin, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** və ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin 04 aprel 2021-ci il tarixdən, 06 aprel 2021-ci il tarixədək hansı anten əhatə dairəsində işlənilməsinə dair məlumatlar, X5 (FİN: 3YCX933) və X4 (FİN: 1RCVN5M) adına olan nömrələrin siyahısı, həmin nömrələrə 04 aprel 2021-ci il tarixdən, 06 aprel 2021-ci ilo tarixədək daxil olan və çıxan zınglərin siyahısı, sms mətinlərini, onların adına müəyyən edilmiş mobil telefon nömrələrinin 04 aprel 2021-ci il tarixdən, 06 aprel 2021-ci il tarixədək hansı anten əhatə dairəsində işlənilməsinə dair məlumatlların Sumqayıt şəhər Məhkəməsinə təqdim edilməsi Qərara alınmışdır. İş materillarında olan "xxxx" MMC tərəfindən ünvanlanmış 03.12.2021-ci il tarixli məktubdan görünür ki, X4 adına sorğulanan müddətdə "xxxx" şəbəkəsində hər hansı nömrə qeydə alınmamışdır. Eyni zamanda digər məlumatlar məktuba əlavə edilmiş qoşama CD şəklində təqdim edilmişdir. İş materillarında olan "xxxx" MMC tərəfindən ünvanlanmış 10.12.2021-ci il tarixli məktubdan görünür ki, X5 və X4 adına "xxxx" şəbəkəsində aktiv nömrə qeydə alınmamışdır. ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Eyni zamanda digər məlumatlar məktuba əlavə edilmiş qoşama CD şəklində təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı mobil operatorlar tərəfindən təqdim edilmiş CD disklərdə olan məlumatlar tədqiq edilmiş və Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan xüsusatlar öz əksini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik maddələrin satış məqsədi olmadan narkotik vasitə əldən edib üzərində daşımasına dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun bu hissəsdə göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış, şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə ittihamda qeyd edilən kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən bükümlərdə və çəkidə olan narkotik vasitə heroin, psixotrop maddə olan metafetamin və tərəzi üzərində aşkar edilmiş və istifadəsində olan telefonunda olan “Whatsaap” yazışmalarına baxış protokolun görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşqul olur. Bundan başqa ibtidai istintaq zamanı şəxsi axtarış zamanı üzərində olan tərəzini öz şəxsi istifadəsi üçün gəzdirdiyini, həmçinin cibindən həmin vaxt əməliyyat müvəkkillərinin avtomobilinə özünə məxsus içərisində "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəsi olan “SAMSUNG” markalı mobil telefon özünə məxsus olduğunu və orada “Eli” adlı şəxslə və digər şəxslərlə “Whatssapp Bussnes” proqram vasitəsi ilə şəxsən özü danışdığını və olan səsli və mətn yazışmaları özünə məxsus olduğunu demiş, lakin sonradan ifadə verməkdən imtina etmişdir. Məhkəmədə ona məxsus olan telefon vasitəsi ilə dostu tərəfindən “Eli” adlı şəxslə yazışdığına dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üzərindən 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metanfitaminin və 02 (iki) ədəd bükümdə narkotik vasitə olan heroinin aşkar olunması, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması, telefonda olan sms və səs yazışmaları onun satış məqsədini təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,799 qram psixotrop maddə metafetamin, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,592 qram, 0,202 qram olan, ümumi təmiz çəkisi 0,794 qram qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq, üzərində eyni zamnda elektron tərəzinin saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, narkotik vasitəni qanunsuz əldə edib saxladığına və daşıdığına görə peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 05.04.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs 25.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserində qeydiyyatı nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 65,00 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 694 qramı, psixotrop maddə metanfitaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,749 qramı və elektron tərəzi məhv edilməli, beş ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs 25.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05.04.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,694 qramı, psixotrop maddə olan metanfitaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,749 qramı və elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə operatorlardan əldə edilmiş 3 ədəd disklər, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk və Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-20/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-20/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver