Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-20/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Atçılıq qəsəbəsimdə fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs nəvəsi X6 barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən tanışı vasitəsi ilə xitam verdirəcəyi barədə sonuncunun atası Şahid2 həqiqətə uyğun olmayan məlumatlar verib aldatmaqla həmin işin görülməsi müqabilində Şahid2 01 iyul 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında yerləşən Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin yaxınlığında Zərərçəkmiş şəxs məxsus 4000 manat, bir gün sonra 02 iyul 2022-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, Səməd Vurğuıı küçəsində yerləşən “Simurq” restoranının qarşısında 800 manat, ümumilikdə 4800 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 4800 (dörd min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Novxanı kəndində doğulmuşdur. Uşaq olarkən valideynləri yol-nəqliyyat hadisəsi zamanı həlak olmuş, bundan sonra ana nənəsi onu böyütmüşdür. 7 yaşı olan zaman nənəsi də rəhmətə getmişdir. Bundan sonra Maştağa qəsəbəsində yerləşən 1 nömrəli internat məktəbinə verilmişdir. 12 yaşı olarkən Gəncə şəhər sakini İsmayılov Fazilin övladlığına verilmiş və Fazilin evində yaşamışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2021-ci ildə amnistiya qərarı ilə cəzadan azad olunmuşdur. 2016-ci ildən vərəm və qiçs xəstəliyindən əziyyət çəkir. Hazırda Respublika “QİÇS” mərkəzində qeydiyyatda olmaqla orada müalicə olunur. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin iyun ayının axırlarında Sumqayıt şəhərində yaşayan narkotik aludəçisi olan Vüqar adlı tanışının yanına gəlmişdir. Vüqar Sumqayıt şəhərində Tağıyev qəsəbəsində Xəzri yaşayış massivində yaşayırmış. Bundan sonra bir neçə dəfə Vüqar ilə birlikdə Tağıyev qəsəbəsində yerləşən sahibsiz tikilidə narkotik vasitə istifadə etmişlər. Həmin tikilinin içərisində köhnə çarpayı olduğuna görə orada gecələyirmiş. Həmin ərəfələrdə tikilidə yatdığı zaman səhər tezdən sonradan adını öyəndiyi Bəxtiyar adlı şəxs gələrək onu oyadıb nə səbəbə orada yatdığını bildirmişdir. O da Bəxtiyar qalmağa yerinin olmadığını və ona görə də gecələri orada qaldığını bildirmişdir. Bəxtiyar ilə söhbət zamanı onun da narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. Həmin vaxtı Bəxtiyar orada narkotik vasitə qəbul etmişdir. Bəxtiyar bir nəfər tanışı olduğunu və ondan narkotik vasitə ala biləcəyini bildirmişdir. Bəxtiyar həmin şəxsə zəng edərək danışmışdır. Bundan soma Bəxtiyar ilə birlikdə sonradan adını bildiyi Ramil adlı şəxslə görüşmüşdür. Ramilə 10 manat pul verib ondan bir ədəd bükümdə narkotik vasitə heroin almışdır. Bundan sonra Bəxtiyar ona demişdir ki, Ramilin oğlunun barəsində Sumqayıt ŞPİ-də cinayət işi var, oğlunun işini həll etməsi üçün adam axtarır və buna görə pul da verməyə hazırdır. Bəxtiyar həmçinin bildirmişdir ki, bu işi həll edəcəyi ilə bağlı Ramilə vəd verməklə pul ala bilər. Bunun üçün birlikdə Ramilin yanına getsinlər, Ramili inandıracaq ki, guya bu işi pul müqabilində həll edə bilərlər. Lakin, Ramilin inanması üçün söhbət vaxtı o da yanlarında olmalı və onun dediklərini təsdiq etməlidir. O, Bəxtiyarla razılaşmış və birlikdə Ramilin yanına getmişlər. Bəxtiyar əvvəlcədən danışdıqları kimi Ramilə bildirmişdir ki, guya onun yaxın tanışı DTX-da işləyir, həmin şəxsin vasitəsi ilə Bəxtiyarın oğlunun işini 5000 manata həll edə bilərlər. O, da həmin vaxtı Bəxtiyarın sözünü təsdiq edərək həqiqətən də DTX-da işləyən tanışının olmasını və həmin şəxsin vasitəsi ilə bu işi həll edə biləcəyini bildirmişdir. Bundan sonra Ramil onlara inanmışdır. Lakin, qeyd ediyi kimi bu işi Bəxtiyar planlaşdırmışdır. O, sadəcə Bəxtiyarın dediklərini Ramilin yanında təsdiq etmişdir və Ramil də buna görə Bəxtiyara inanmışdır. Bir gün sonra Ramil ailə üzvləri ilə danışdığını və pul verməyə razı olduğunu bildirmişdir. 01 iyul 2022-ci il tarixdə Ramil ona zəng edərək pulu düzəltdiyini bildirmişdir. Bundan sonra Ramilin yaşadığı evin yaxınlığında yerləşən Simurq restoranının yanına getmişdir. Həmin vaxtı Bəxtiyar da onunla birlikdə olmuşdur. Orada görüşdükdən sonra Ramilə bildirmişdir ki, oğlunun işini həll edəcək adamla danışmış və Bakı şəhərində onu gözləyir. Bundan sonra üçü, yəni Bəxtiyar, Ramil və o, birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində 28 may metrostansiyasının yaxınlığında yerləşən 22-ci polis bölməsinin yanına getmişlər. Ramilə həmin şəxslə yaxınlıqda yerləşən restoranda görüşəcəyini bildirmişdir. Həmin vaxt Ramil 4000 manat pul çıxarıb ona vermişdir. Bundan sonra pulu zərfin içərisinə qoymuş, Ramilə bildirmişdir ki, pulu verəcəyi adam onlarla görüşmək istəmədiyinə görə özü tək getməlidir. Ona görə də Ramil və Bəxtiyarı orada qoyaraq onlardan aralaşaraq yaxınlıqda olan restorana daxil olmuşdur. Restoranın içərisində Ramildən aldığı 4000 manat pulu Bəxtiyarın dediyi yerdə gizlətmişdir. Çünki, Bəxtiyar oan öncədən demişdir ki, pulu orada gizlətsin, sonra özü gedib götürəcək. Bir neçə dəqiqə sonra restoranda oturduqdan sonra təkrar bayıra çıxaraq Ramil və Bəxtiyarın yanına gəlmişdir. Ramil getdikdən sonra Bəxtiyar restorana daxil olaraq pulu saxladığı yerdən götürmüş və ona üzərindən 100 manat vermişdir. Ramil qalan 1000 manat pulu isə səhəri gün verəcəyini bildirmişdir. Səhəri gün, yəni 02 iyul 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərinə Ramilin yaşadığı evin yaxınlığında yerləşən Simurq restoranının qarşısına gəlmişdir. Orada saat 11 radələrində Ramil ilə görüşmüş, Ramil cəmi 800 manat pul düzəldə bildiyini deyərək həmin pulu ona vermişdir. O, 800 manatı götürmüş və əmin pulu da əvvəlcədən danışdıqları kimi Bəxtiyara vermişdir. Həmçinin bildirmişdir ki, Ramil ayrıca evdə tək yaşdığı üçün bir müddət onun evində də qalmışdır. Bu hadisədən bir xeyli vaxt sonra 2023-cü ilin mart ayının ortalarında QİÇŞ xəstəliyi ağırlaşdığından Respublika QİÇS-lə mübarizə mərkəzinə gedərək oraya yerləşmiş və müalicə olunmağa başlamışdır. 2023-cü ildə həmin mərkəzdə olan zaman Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşları oraya gələrək barəsində Sumqayıt ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlandığını və axtarışa verildiyini bildirmişlər. Həmin vaxtı ona məlum olmuşdur ki, Ramilin anası Səadət onun barəsində polisə şikayət ərizəsi yazdığına görə barəsində cinayət işi başlanmış və axtarışa verilmişdir. Şahid2 oğlunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı konkret olaraq heç bir şəxslə danışmamışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələri ilə məhkəmə iclasında verdiyi ifadələri arasında qismən ziddiyyət yarandığı üçün onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o istintaq zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Novxanı kəndində doğulmuşdur. Uşaq olarkən valideynləri yol-nəqliyyat hadisəsi zamanı həlak olmuş, bundan sonra ana nənəsi onu böyütmüşdür. 7 yaşı olan zaman nənəsi də rəhmətə getmişdir. Bundan sonra Maştağa qəsəbəsində yerləşən 1 nömrəli internat məktəbinə verilmişdir. 12 yaşı olarkən Gəncə şəhər sakini İsmayılov Fazilin övladlığına verilmiş və Fazilin evində yaşamışdır. Ata adı Fazil, soyadı isə İsmayılovdur. Bundan sonra Fazil ilə birlikdə Rusiya Federasiyasına getmiş və Fazil ilə birlikdə bir neçə il Rusiya Federasiyasında yaşamışdır. Rusiya Federasiyasında olan zaman Fazil ilə münasibətləri pisləşdiyindən ondan ayrılmış və Azərbaycana qayıtmışdır. Bir neçə il Azərbaycanda yaşadıqdan sonra təkrarən Rusiya Federasiyasına qayıtmış və orada işləmişdir. 2010-cu ildə Rıısiya Federasiyasında olan zaman quldurluq cinayəti törətdiyinə görə Moskva şəhəri Ostankino Rayon Məhkəməsinin hökmü ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonradan Rusiya Federasiyasından deport olunmuşdur. Bundan bir neçə il sonra Bakı şəhərinin müxtəlif rayonlarından oğurluq cinayəti törətdiyinə görə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25 noyabr 2021-ci il tarixdə amnistiya qərarı ilə cəzadan azad olunmuşdur. 2016ci ildən vərəm və qiçs xəstəliyindən əziyyət çəkir. Hazırda Respublika “QİÇS” mərkəzində qeydiyyatda olmaqla orada müalicə olunur. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, narkotik vasitənin “kakos” adlandırılan heroin növündən istifadə edir. Heroini yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. 2022-ci ilin iyun ayının axırlarında Sumqayıt şəhərində yaşayan narkotik aludəçisi olan Vüqar adlı tanışının yanına gəlmişdir. Vüqar Sumqayıt şəhərində Tağıyev qəsəbəsində Xəzri yaşayış massivində yaşayırmış. Bundan sonra bir neçə dəfə Vüqar ilə birlikdə Tağıyev qəsəbəsində yerləşən sahibsiz tikilidə narkotik vasitə istifadə etmişlər. Həmin tikilinin içərisində köhnə çarpayı olduğuna görə orada gecələyirmiş. Həmin ərəfələrdə tikilidə yatdığı zaman səhər tezdən sonradan adını öyəndiyi Bəxtiyar adlı şəxs gələrək onu oyadıb nə səbəbə orada yatdığını bildirmişdir. O da Bəxtiyar qalmağa yerinin olmadığını və ona görə də gecələri orada qaldığını bildirmişdir. Bəxtiyar ilə söhbət zamanı onun da narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. Həmin vaxtı Bəxtiyar orada narkotik vasitə qəbul etmişdir. Bədənində ağrılar olduğuna görə Bəxtiyardan onun üçün narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Bəxtiyar bir nəfər tanışı olduğunu və ondan narkotik vasitə ala biləcəyini bildirmişdir. Bəxtiyar həmin şəxsə zəng edərək danışmışdır. Bundan soma Bəxtiyar ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Simurq” restoranın yaxınlığındakı “Energetika sanatoriyası” adlandırılan yataqxananın yaxınlığına gəlmişlər. Həmin vaxtı orada sonradan adını bildiyi Ramil adlı şəxslə görüşmüşdür. Ramilə 10 manat pul verib ondan bir ədəd bükümdə narkotik vasitə heroin almışdır. Bundan soma Ramil, Bəxtiyar və o birlikdə bir qədər söhbət etmişlər. Daha sonra narkotik vasitəni istifadə etmək istədiyindən sakitlik yer axtarmağa başlamışdır. Ramil ona yaxınlıqda yerləşən Sumqayıt şəhər Travmatologiya xəstəxanasının həyətində heç kimin gedib gəlmədiyi tikili olduğunu və oraya gedərək orada narkotik vasitə qəbul edə biləcəyini bildirmişdir. Bundan sonra üçü birlikdə oraya gəlmişlər. Həmin tikilinin içərisinə keçərək oradan narkotik vasitə heroini qəbul etmişdir. Daha sonra birlikdə Ramilgilin məhəlləsinə qayıtmışlar. Yolda getdikləri zaman Ramil qəfildən ona tərəf dönərək bayaqdan onu xatırlamağa çalışdığını və onu xatırladığını deyərək birlikdə 16 saylı cəzaçəkmə müəssəsində cəza çəkdiklərini demişdir. Həmin vaxt danışıqlardan sonra o da Ramili xatırlayaraq birlikdə cəza çəkdikləri yadına düşmüşdür. Ramilin məhəlləsində olan zaman Ramil bir neçə gün əvvəl azyaşlı oğlunun bir nəfəri bıçaqladığına görə Sumqayıt polis idarəsinin istintaq şöbəsində cinayət işi başlandığını və işin ağır cinayətlər məhkəməsinə göndəriləcəyini bildirmişdir. Ramil oğlunun işinə xitam verilməsinə görə 15.000 manata qədər pul vermək istədiyini, lakin heç kimin bu işi boynuna götürmədiyini bildirmişdir. Başa düşmüşdür ki, Ramilin oğlunun işinin xitam olunması üçün pul verməyə razıdır. Ona görə də ondan pul ələ keçirməyi planlaşdırdmışdır. Ramilə yalandan bir nəfər DTX-da işləyən yaxın tanışının olduğunu və onun vasitəsilə oğlunun barəsində olan cinayət işinə xitam verdirə biləcəyini bildirmişdir. Ramilə 5000 manat pul versə həmin şəxslə danışıb oğlunun işinə xitam verdirə biləcəyini bildirmişdir. Ramil də ailə üzvləri ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bir gün sonra Ramil ailə üzvləri ilə danışdığını və ona pul verməyə razı olduqlarını bildirmişdir. Həmin ərəflərdə Bəxtiyara da Bakı şəhərində olan tanışının gündəlik taksi avtomobili icarəyə verdiyini demişdir. Bəxtiyar da taksi avtomobili icarəyə götürmək istədiyini bildirdiyindən Bəxtiyarı da həmin şəxslə görüşdürə biləcəyini bildirmişdir. 01 iyul 2022-ci il tarixdə Ramil ona zəng edərək pulu düzəltdiyini bildirmişdir. Bundan sonra Ramilin yaşadığı evin yaxınlığında yerləşən Simurq restoranının yanına getmişdir. Həmin vaxtı Bəxtiyar da onunla birlikdə olmuşdur. Orada görüşdükdən sonra Ramilə bildirmişdir ki, oğlunun işini həll edəcək adamla danışmış və Bakı şəhərində onu gözləyir. Bundan sonra üçü, yəni Bəxtiyar, Ramil və o, birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində 28 may metrostansiyasının yaxınlığında yerləşən 22-ci polis bölməsinin yanına getmişlər. Ramilə həmin şəxslə yaxınlıqda yerləşən restoranda görüşəcəyini bildirmişdir. Həmin vaxt Ramil 4000 manat pul çıxarıb onun və Bəxtiyarın yanında sayaraq ona vermişdir. Bundan sonra yaxınlıqda olan dəftərxana ləvazimatları satlılan dükana gedərək oradan bir ədəd zərf almışdır. Ramildən aldığı 4000 manat pulu zərfin içərisinə qoymuşdur. Bundan sonra Ramil və Bəxtiyara bildirmişdir ki, pulu verəcəyi adam onlarla görüşmək istəmədiyinə görə özü tək getməlidir. Ona görə də Ramil və Bəxtiyarı orada qoyaraq onlardan aralaşaraq yaxınlıqda olan restorana daxil olmuşdur. Restoranın içərisində Ramildən aldığı 4000 manat pulu zərfin içərisindən çıxarıb şalvarının arxa cibinə qoyaraq həmin puldan 100 manat pul ayırmışdır. Bir neçə dəqiqə sonra restoranda oturduqdan sonra təkrar bayıra çıxaraq Ramil və Bəxtiyarın yanına gəlmişdir. Həmin vaxt Ramil ona tam inansın deyə həmin şəxsin ona yol pulu və yemək yeməyi üçün 100 manat pul qaytardığını bildirmişdir. Ramilə bildirmişdir ki, görüşdüyü şəxs qalan 1000 manat pulun da qısa zaman ərzində ona çatdırmağını demişdir. Ramil də qalan 1000 manat pulu isə səhəri gün verəcəyini bildirmişdir. Bundan sonra Bəxtiyar və Ramil ilə birlikdə 20 Yanvar metrostansiyasının yaxınlığına gəlmişlər. Oradan Ramili Sumqayıt şəhərinə yola salmışlar. Bundan sonra Bəxtiyara gündəlik taksi kimi avtomobil verəcək şəxsə zəng etsə də həmin şəxs işləri olduğuna görə görüşə bilməyəcəyini bildirmişdir. Ona görə də Bəxtiyarı da Sumqayıt şəhərinə yola salmışdır. Həmin günü Ramildən əldə etdiyi pulun bir hissəsini öz şəxsi ehtiyaclarına və əyləncəyə xərcləmişdir. Səhəri gün, yəni 02 iyul 2022-ci il tarixdə səhər saatlarında Ramilə zəng edərək qalan 1000 manat pulu da düzəltməsini bildirmişdir. Ramil pulu düzəltdiyini və Sumqayıt şəhərinə gələrək ondan görtürməyini bildirmişdir. Ona görə də taksi ilə Sumqayıt şəhərinə Ramilin yaşadığı evin yaxınlığında yerləşən Simurq restoranının qarşısına gəlmişdir. Orada saat 11 radələrində Ramil ilə görüşdükdə Ramil cəmi 800 manat pul düzəldə bildiyini deyərək həmin pulu ona vermişdir. Ramilə qalan 200 manat pulu da qısa zaman ərzində düzəltməsini bildirmişdir. Bundan sonra Ramildən ayrılaraq Bakı şəhərinə qayıtmışdır. Səhəri gün Ramilə zəng edərək qalan 200 manatı da kart hesabına göndərməyini bildirsə də Ramil həmin pulu düzəldə biləməyəcəyini və ona başqa pul verməyəcəyini bildirmişdir. Ramilin danışıqlarından ona pul verdiyinə görə narahatlıq keçirdiyini hiss etdiyinə görə ona tam inanması üçün iki-üç gün Ramilin evində qalaraq bir neçə gün ərzində oğlunun işinə xitam veriləcəyini bildirmişdir. Həmin vaxtı Ramil evində tək yaşayırmış. Ramil oğlunun işi ilə bağlı maraqlandıqda ona işin qısa zaman ərzində həll olunacağını demişdir. Sonradan Ramilin artıq çox narahatlıq keçirdiyini, ailə üzvlərinin ondan işlə bağlı maraqlandığını deyərək tez-tez ondan oğlunun işi ilə bağlı maraqlandığını gördüyündən Ramilin evindən çıxmışdır. Daha sonra Ramil ona tez-tez zəng eləyərək işin nə yerdə qalmasını maraqlanaraq pulu qaytarmağını, əks halda anasının polisə şikayət eləmək istədiyini dediyinə görə telefonunu söndürmüş, nə Ramil, nə də ki, Bəxtiyarla əlaqə saxlamamamışdır. Ramildən aldığı 4800 manat pulu Bakı şəhərində öz şəxsi ehtiyaclarına və əyləncələrə xərcləmişdir. Bu hadisədən bir xeyli vaxt sonra 2023-cü ilin mart ayının ortalarında QİÇŞ xəstəliyi ağırlaşdığından Respublika QİÇS-lə mübarizə mərkəzinə gedərək oraya yerləşmiş və müalicə olunmağa başlamışdır. 18 mart 2023-cü il tarixdə həmin mərkəzdə olan zaman Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşları oraya gələrək barəsində Sumqayıt ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlandığını və axtarışa verildiyini bildirmişlər. Həmin vaxtı ona məlum olmuşdur ki, Ramilin anası Səadət onun barəsində polisə şikayət ərizəsi yazdığına görə barəsində cinayət işi başlanmış və axtarışa verilmişdir. Şahid2 oğlunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı konkret olaraq heç bir şəxslə danışmamışdır. Söhbət vaxtı Ramil özü oğlunun barəsində olan cinayət işinə xitam verilməsi üçün 15000 manat pul təklif elədiyini, lakin bu işi xitam eləmək üçün heç kimin boynuna götürmədiyini dediyindən Ramilin əlində pul olmasına əmin olmuşdur. Ona görə də onu aldadaraq 5000 manat pulunu ələ keçirməyi planlaşdırmışdır. Bu şəbədən ona yalandan özünün DTX-də işləyən tanışı olduğunu və onun vasitəsilə oğlunun barəsində olan cinayət işinə xitam verdirə biləcəyini demişdir. Həmin vaxtı da Ramil onun dediklərinə inanmışdır. Əvvəllər də oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş və azadlıqdan məhrum etmə yerində cəza çəkmişdir. Həmin vaxtdan bilir ki, 5000 manatdan yuxarı pul ələ keçirilməsi daha da ağır cinayət məsuliyyətinə səbəb olur. Bu səbəbdən Ramilə 5000 manat pul qarşılığında oğlunun işinə xitam veriləcəyini bildirmişdir ki, gələcəkdə də əgər tutulsa belə daha yüngül cinayətə görə məsuliyətə cəlb olunsun. Bəxtiyarın onun Ramilin pulunu ələ keçirəcəyindən məlumatı olmamışdır. Bəxtiyar ilə birlikdə Ramildən narkotik vasitə almaq üçün getmişdir. Həmin vaxtı söhbət əsnasında Ramil özü oğlunun adam vurduğuna görə barəsində cinayət işi başlandığını və oğlunun işinə xitam verilməsi üçün pul vermək istədiyini bildirdiyindən həmin an onda Ramilin pulunu aldadaraq ələ keçirmək niyyəti yaranmışdır. Həmin vaxtı da Ramilə DTX-da işləyən tanışının bu işə xitam verdirə biləcəyini bildirmişdir. Bu əməli törədəcəyi ilə bağlı Bəxtiyar ilə heç ilə razılaşması olmamışdır. Aldığı puldan Bəxtiyara heç bir məbləğdə pul verməmişdir. Ramildən ələ keçirdiyi pulların hamısını öz şəxsi ehtiyaclarına və əyləncələrinə xərcləmişdir. Şahid2 əldə etdiyi narkotik vasitəni həmin gün istifadə etmişdir. Ramili ilk dəfə kafedə deyil, onun yaşadığı məhəllədə narkotik vasitə alan zaman görərək tanış olmuşdur. Həmin vaxtı Bəxtiyar onu Ramilə əmisi oğlu kimi təqdim etməmişdir. Ramil ilə söhbət əsnasında ilk dəfə o, özü oğlunun adam bıçaqlamağı barədə söhbət açmışdır. Həmin vaxtı o, DTX-da işləyən tanışı olduğunu bildirsə də konkret olaraq kiminsə adını çəkib-çəkmədiyini xatırlamır. Təqsirləndirilən şəxs təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs Vəiiqulu qızı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 1-ci mikrorayon bina 4/31, mənzil 36-da yaşayır. X9 nəvəsidir. 08 iyun 2022-ci il tarixdə nəvəsi Ayxan Sumqayıt şəhəri ərazisində bir nəfər şəxsə xəsarət yetirdiyinə görə onun barəsində Sumqayıt şəhər polis idarəsinin X4 Respublikası CM-ııin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Nəvəsi azyaşlı olduğuna görə onun barəsində valideyn nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Nəvəsinin barəsində isə cinayət işinin istintaq davam edirmiş. 2022-ci ilin iyun ayının axırlarında oğlu Ramil evə gələrək bir nəfər Bəxtiyar adlı tanışının Nəsir adlı qohumu olduğunu, Nəsirin DTX-da yüksək vəzifədə işləyən tanışları olduğunu və onun vasitəsilə Ayxanın işini həll eliyə biləcəyini demişdir. Ramil ona nəvəsinin işinin bağlanmasına görə külli miqdarda pul lazıım olsa da Nəsir Ayxanın işinə görə şirinlik olaraq 5000 manat pul lazun olduğunu ona dediyini bildirdi. Nəvəsinin işinə görə Ramilin dedikləri ilə razılaşaraq Nəsir ilə danışmasını bildirmişdir. Ramildən həmin Nəsir adlı şəxsi tanıyıb-tanımadığını soruşduqda Ramil ona Nəsirin tanışı Bəxtiyarın əmisi oğlu olduğunu, ona görə də onu aldatmayacaqlarını demişdir. Ona görə də qohumlarından 4000 manat borca pul tapıb Ramilə vermişdir. Ramil 01 iyul 2022-ci il tarixdə Bəxtiyar və Nəsir ilə birlikdə nəvəsinin işinin həll olunması üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində olan zaman Ramil 4000 manat pulu Bəxtiyarın yanında Nəsirə vermişdir. X8 inanıb inanmayacağını soruşduqda X10 tam arxayın olmasını demişdir. Ramil 4000 manat pulu Nəsirə verdikdən sonra sonuncu dükandan zərf alaraq pulu həmin zərfə qoymuşdur ki, pulu verəcəyi adam yüksək vəzifəli şəxs olduğuna görə açıq şəkildə ona verməsin. Pulu verdikdən sonra Nəsir onlardan uzaqlaşıb getmişdir. Az sonra Nəsir geri qayıdaraq pulu işi düzəldəcək həmin şəxsə verdiyini və həmin şəxsin qalan 1000 manat pulu da qısa zaman ərzində verməli olduğunu Ramilə demişdir. Ramil də qalan pulu da qısa zaman ərzində verəcəyini bildirmişdir. Bundan sonra Nəsir və Bəxtiyar Ramili 20 Yanvar metrostansiyasının yaxınlığından Sumqayıt şəhərinə yola salmışlar. Özləri isə Bakı şəhərində qalmışdır. Səhəri gün Ramil Sumqayıt şəhərində Simurq şadlıq sarayının yaxınlığında təkrarən Nəsir ilə görüşüb ona 800 manat pul vermişdir. Nəsir 800 manat pulu aldıqdan sonra çıxıb getmişdir. Həmin ərəfələrdə Ramilin arvadı onunla qaldığına görə Ramil evdə tək qalırmış. Ona görə də Nəsir Ramilin evinə gələrək onunla birlikdə qalırmış ki, guya ki, nəvəsinin işini tam həll eləyib işi xitam elətdirdikdən sonra çıxıb gedəcək. Bir həftə ərzində nəvəsinin işindən bir xəbər olmadığına görə şübhələnmişdir ki, Bəxtiyar və Nəsir oğlu Ramili aldadaraq onun pulunu almışdır. Ona görə də Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gedərək onların barəsində şikayət ərizəsi yazmışdır. Polis bölməsində şikayət etdikdən sonra Bəxtiyar Ramilə zəng edərək ona demişdir ki, pulun yarısı da ona çatmışdır. Ona görə də ondan şikayət etməsinlər. Ramil də bu barədə ona demişdir. Sonradan özü Bəxtiyar ilə mobil telefonda danışanda ona bildirmişdir ki, özü Nəsiri tapıb 4800 manat pulunun qaytarılmasına köməklik edəcəkdir. Lakin, sonradan nə Bəxtiyar nə də ki, Nəsir pulu qaytarmamışdır. Ramilin Nəsirə verdiyi 4800 manat pulu özü qohumlarından borc olaraq almışdır. Sonradan qohumlarının borcunu özü qaytarmışdır. Ramilin Nəsirə verdiyi pullar ona məxsus olmuşdur. Həmin pulların Ramilə heç bir aidiyyatı olmamışdır. Ramil pulları ondan alaraq aparıb Nəsirə vermişdir. Özü 4800 manat pulun verilməsində iştirak etməmiş, pulu Ramilə vermişdir. Ramil də ilk dəfə 01 iyul 2022-ci il tarixdə 4000 manat pulu Bəxtiyarın yanında Nəsirə vermişdir. Qalan 800 manat pulu isə səhəri gün 02 iyul 2022-ci il tarixdə özü tək Nəsirə vermişdir. Bu hadisələrin hamısını Ramilin ona danışdıqlarından bilmişdir. X11 ilə tanış edərək Nəsirin əmisi oğlu olduğunu demişdir. Ramil də Bəxtiyarı tanıdığına görə onun sözünə arxayın olaraq ilk dəfə 4000 manat, sonra isə 800 manat pulu Nəsirə vermişdir. Hər dəfə də Nəsirə pul verdikdə Bəxtiyar ona Nəsirə tam arxayın olmasını və əmisi oğlu olduğunu deyərək onu heç bir halda aldatmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Rzayev Ayxan onun oğludur. Oğlu Ayxan 08 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində bir nəfər şəxsə xəsarət yetirdiyinə görə onun barəsində Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Sonradan oğlunun barəsində olan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. X2 bir neçə ildir ki, tanıyır, aralarında səmimi münasibətləri olmuşdur. Bəxtiyar Sumqayıt şəhəri Tağıyev qəsəbəsi Xəzri yaşayış massivində yaşayırmış. Bəxtiyar ilə yaxın münasibətdə olduğundan Ayxanın adam bıçaqlamağından Bəxtiyarın da məlumatı olmuşdur. 26 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri 26-cı məhəllədə yerləşən Simurq restoranının yaxınlığında kafedə olmuşdur. Bir qədər sonra Bəxtiyar həmin kafeyə gəlmişdir. Bəxtiyarın yanında bir nəfər şəxs olmuşdur. Bəxtiyar həmin şəxsi Nəsir adlı əmisi oğlu kimi təqdim edərək onunla tanış etmişdir. Söhbət zamanı Bəxtiyar Nəsirə oğlunun adam bıçaqladığını və Sumqayıt ŞPİ-də oğlunun barəsində cinayət işi açıldığını bildirmişdir. Nəsir ona oğlunun işinə köməklik edə biləcəyini bildinnişdir. Nəsir Bakı şəhərində DTX-də yüksək vəzifədə işləyən İslam adlı qohumu olduğunu, onun vasitəsilə oğlunun barəsində olan cinayət işinə xitam verdirə biləcəyini və oğlunun adına hər hansı bir məhkumluq olmayacağını bildirmişdir. Nəsir buna görə nə qədər pul verə biləcəyini soruşduqda oğlunun işinin həll olunması üçün 5000 manat pul verə biləcəyini bildirmişdir. Nəsir həmin məbləğə işin həll olunmayacağını bildirərək həmin pulu verəcəyi şəxsə şirinlik olaraq verəcəyini və oğlu Ayxanın işini həll etdirəcəyini bildirmişdir. Bundan sonra Nəsir onun yanında kiməsə telefonda zəng edib danışmışdır. Lakin, onun kiminlə danışmasından məlumatı olmamışdır. Nəsir danışdıqdan sonra ona bildirmişdir ki, oğlunun işini həll edəcək olan şəxs ondan pulu götürmək üçün kimisə göndərəcəkdir. Bundan sonra bu hadisə barədə evlərinə gələrək ailə üzvlərinə danışmışdır. Ayxanın işini həll etməsi üçün anası ona 5000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra anası öz qohumlarından borc alıb ona 4000 manat pul vermişdir. 01 iyul 2022-ci il tarixdə “Simurq” restoranının yaxınlığında gözləmişdir. Az sonra Bəxtiyar və Nəsir oraya gəlmişdir. Nəsir ona bildirmişdir ki, birlikdə Bakı şəhərinə gedib oğlunun işini həll edəcək adamın göndərdiyi şəxslə görüşərək pulu verməlidir. Ona görə də üçü birlikdə yəni, Bəxtiyar, Nəsir və o, birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhəri 28 may metro stansiyasının ətrafında yerləşən Nəsimi RPİ-nin 22-ci polis bölməsinin yaxınlığına getmişlər. Nəsir yaxınlıqda olan dəftərxana ləvazimatları satılan dükandan zərf alaraq pulu həmin zərfə qoyacağını bildirmişdir. Bundan sonra özündə olan 4000 manat pulu Bəxtiyara vermis, Bəxtiyar da həmin pulu onun yanında Nəsirə vermişdir. Nəsir də həmin pulu sayaraq zərfin içərisinə qoymuşdur. Bir qədər gözlədikdən sonra Nəsirin telefonuna zəng gəlmişdir. Nəsir zəng edən şəxsin onu gözlədiyini demişdir. Bundan sonra Nəsir onun Bəxtiyar ilə birlikdə orada gözləməyini, özünün isə həmin adamla görüşüb pulu verib qısa vaxt ərzində qayıdacağını bildirmişdir. Nəsir yaxınlıqda olan kafeyə daxil olmuş, az sonra geri qayıdaraq pulu verdiyini və həmin şəxsin ona yol pulu olaraq 100 manat qaytardığını bildirmişdir. Nəsir qalan pulu da qısa zaman ərzində ona çatdırmalı olduğunu bildirmişdir. Bundan sonra üçü də birlikdə Bakı şəhəri 20 Yanvar metrostansiyasının yanına gəlmişlər. Bəxtiyar ona Nəsir ilə işi olduğunu, ona görə də Bakı şəhərində qalacaqlarını deyib onun tək Sumqayıt şəhərinə qayıtmağını bildirmişdir. Ona görə də onlarla sağollaşıb Sumqayıt şəhərinə gəlmişdir. 02 iyul 2022-ci il tarixdə Nəsir onunla əlaqə saxlayaraq qalan pulu da çatdırmalı olduğunu demişdir. Ona görə də həmin tarixdə saat 11 radələrində “Simurq” şadlıq sarayının qarşısında Nəsir ilə görüşərək 800 manat pulu Nəsirə vermişdir. Nəsir qalan 200 manatı da istədikdə cəmi 800 manat düzəldə bildiyini demişdir. Nəsir qalan pulu da kart vastəsilə göndərməyini bildirmişdir. Bundan sonra Nəsir 800 manat pulu alıb oğlunun işini qısa zaman ərzində xitam veriləcəyini bildirmişdir. Bundan sonra Nəsir ilə sağollaşmışdır. Nəsirə 800 manat pul verdikdən sonra Bəxtiyara zəng edərək bu barədə məlumat vermişdir. Bəxtiyar yenə də onu arxayın edərək heç bir problem olmayacağını Nəsirin oğlunun işini həll edəcəyini bildirmişdir. Nəsir bir gün sonra onunla təkrar əlaqə saxlayaraq qalan 200 manatı da kart hesabına göndərməyini bildirmişdir. Lakin, Nəsirin hərəkətlərindən şübhələndiyinə görə həmin pulu ona göndərməyərək onunla üzbəüz görüşməsini tələb etmişdir. Nəsirin danışığından şübhlənərək onu aldatdığını başa düşmüşdür. Bundan sonra Nəsir telefonu söndürdüyünə görə tam arxayın olmuşdur ki, Nəsir onu aldadaraq pulunu ələ keçirmişdir. Bəxtiyara Nəsirin telefonlarını söndürməsini bildirdikdə Bəxtiyar ola bilsin ki, Nəsirin işi olduğuna görə telefonu söndürdüydünü, lakin onu aldatmayacağını bildirmişdir. Bir neçə gün sonra anası Səadət Vəliyeva Sumqayıt ŞPİnin 4-cü polis bölməsinə gedərək şikayət ərizəsi yazmışdır. 01 iyul 2022-ci il tarixdə saat 17 radələrində 4000 manat pulu Bakı şəhəri Nəsimi rayonu ərazisində 22-ci Polis Bölməsinin yaxınlığında Nəsirə vermişdir. Qalan 800 manat pulu da 02 iyul 2022-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri 26-cı məhəllədə yerləşən “Simurq” restoranının qarşısında Nəsirə vermişdir. Onu Nəsir ilə Bəxtiyar tanış etmiş, Bəxtiyarın onu arxayın edərək Nəsirin onun doğma əmisi oğlu olduğunu və oğlunun işinin həll olunmasına köməklik edəcəyini bildirmişdir. Pulu verməzdən əvvəl Bəxtiyarla danışıb pulu veribverməməyini soruşduqda Bəxtiyar onu arxayın etmişdir. O da Bəxtiyarın dediklərinə inanaraq Nəsirə pul vermişdir. X3 aldatdığını dedikdə Bəxtiyar bunun ona heç bir aidiyyəti olmadığını deyərək pulu gərək Nəsirə verməməyini demişdir. Lakin, Bəxtiyar ilə bir neçə dəfə mübahisə etdikdən sonra Bəxtiyar Nəsirin ondan aldığı pulun yarısının ona çatdığını etiraf etmişdir. Nəsirə verdiyi pulun 4000 manatını anası öz qohumlarından borc alıb ona vermişdir. Həmin borcu da sonradan anası özü ödəmişdir. Qalan 800 manat pul da evlərində olmuşdur. Həmin pul da anasına məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi Xəmsə küçəsi ev 101 -də yaşayır. Əvvəllər məhkum olunmamışdır. Bir neçə vaxtdır ki, narkotik vasitənin “kakos” adlandırılan heroin növündən istifadə edir. Belə ki, heroini yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. Belə kt, narkotik vasitəni Sıımayıt şəhəri ərazisində müxtəlif şəxslərdən əldə edir. 2022-ci ilin may aylarında Sumqayıt şəhəri 26- ci məhəllədə yerləşən Energetika sanatoriyasında yaşayan Ramil adlı şəxslə tanış olmuşdur. Belə ki, ona narkotik vasitə lazım olduqda Ramilin yaşadığı evin yaxınlığına gedərək ondan narkotik vasitə götürürmüş. Beləliklə Ramil ilə arasında səmimi münasibət yaranmışdır. 2022-ci ilin iyun ayının axırlarında Xəzri yaşayış massivində yerləşən sahibsiz tikiliyə narkotik vasitə istifadə etmək üçün getmişdir. Həmin vaxtı bir nəfər şəxsin orada olan köhnə çarpayıda yatdığını görmüşdür. Həmin şəxsi yuxudan oyadaraq kim olmasını və orda niyə yatdığını soruşduqda həmin şəxs qalmağa yeri olmadığına görə gecəni orada yatdığını bildirmişdir. Söhbət əsnasında onun da narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Həmin şəxs adının Nəsir olduğunu, əslən Gəncə şəhərindən olduğunu, valideynlərinin olmadığını və bir neçə vaxtdır ki, Bakı şəhərində yaşadığını bildirmişdir. Həmin şəxs bir gün əvvəl Sumqayıt şəhərinə gəldiyini və qalmağa yeri olmadığına görə həmin tikilidə yatdığını bildirmişdir. Nəsir bədənində ağrılar olduğunu bu səbəbdən onun üçün də narkotik vasitə təşkil etməyini xahiş etmişdir. Nəsirə narkotik vasitə tapmaqda köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Nəsir ilə birlikdə Ramilin yaşadığı ünvana gedərək Ramili çağırmışdır. Həmin vaxtı Nəsir Ramilə 10 manat pul verərək bir büküm də narkotik vasitə almışdır. Bundan sonra Sumqayıt şəhər travmatologiya xəstəxanasının yaxınlığında sahibsiz bir yerə tapıaraq Nəsir orada narkotik vasitə qəbul etmişdir. Həmin vaxtı Ramil də yanlarında olmuşdur. Nəsir narkotik vasitə istifadə etdikdən sonra birlikdə piyada gedən zaman Ramil qəfildən Nəsirə tərəf dönərək bayaqdan onu yadına salmağa çalışdığını və xatırladığını deyərək birlikdə 16 saylı cəzaçəkmə müəssəsində cəza çəkdiklərini bildirmişdir. Bundan sonra onlar keçmişdə türmədə baş verən xatirələrini xatırlayaraq bir birilərinə türmədə baş verən hadisələri danışmağa başlamışlar. Bundan sonra üçü birlikdə Ramilgilin məhləsinə getmişdir. Orada həyətdə söhbət edərək danışmağa başlamışlar. Söhbət zamanı Ramil azyaşlı oğlunun adam bıçaqladığına görə Sumqayıt şəhər polis idarəsində cinayət işi başlandığını və oğlunun işinə köməklik olunması üçün adam axtardığını bildirmişdir. Ramil oğlunun barəsində olan işin bağlanması üçün 15000 manata qədər pul təklif etdiyini, lakin heç kimin bu işi boynuna götürmədiyini bildirmişdir. Həmin vaxtı Nəsir Ramilə bildirmişdir ki, bir nəfər tanışı var həmin işi 5000 manat pul müqabilində həll eləyə bilər. Nəsir həmin tanışının DTX-da işlədiyini bildirmişdir. Bundan sonra Ramil ailə üzvləri ilə danışıb Nəsirə xəbər edəcəyini bildirmişdir. Bundan sonra Nəsir ilə Ramilin münasibətləri daha da səmimiləşmişdir. Həmin vaxtdan sonra Nəsir Ramilin evində qalmağa başlamışdır. Həmin ərəfələrdə Nəsir ona bildirmişdir ki, Bakı şəhərində gündəlik taksi kimi istifadə etmək üçün maşın tapa bilər. O da Nəsir ilə razılaşmışdır. 01 iyul 2022-ci ilin tarixdə Nəsir, Ramil və o hər üçü Bakı şəhərinə getmişlər. Belə ki, həmin günü Nəsir həm Ramilin oğlunun işini danışacaq adamla görüşəcəyini, həm də ki, onun taksi işimi həll edəcəyini bildirmişdir. Bakı şəhərində 28 may metrostansiyasının yaxınlığına gedərək orada yerləşən 22-ci polis bölməsinin yaxınlığında dayanmışlar. Nəsir oradakı restoranlardan birində Ramilin oğlunun işini düzəldəcək adamla görüşəcəcəyini bildirmişdir. Həmin vaxtı Ramil 4000 manat pulu sayaraq Nəsirə vermişdir. Bundan sonra Nəsir telefonla danışaraq pulu verəcək adamla görüşəcəyini bildirmişdir. Bundan sonra Nəsir yaxınlıqda olan dəftərxana ləvazimatı dükanına girərək oradan bir ədəd zərf alıb pulu zərfin içərisinə qoymuşdur. Nəsir həmin adam onları görməsin deyə özünün tək gedib həmin şəxslə görüşəcəyini bildirmişdir. Bundan sonra Nəsir onu və Bəxtiyarı orada qoyaraq çıxıb getmişdir. Nəsir getdikdən sonra Ramil ona bildirmişdir ki, “Bəxtiyar görəsən Nəsir mənim pulumu aldadıb ələ keçirməz”. O da “siz ki, bir-birinizin türmə yoldaşı çıxdınız və bir-birinizi daha əvvəlcdən tanıyırsınız” demişdir. Ramil isə bu sözdən sonra ona heç bir söz deməmişdir. Az sonra Nəsir qayıdıb gələrək pulu işi düzəldəcək adama verdiyini və həmin şəxsin ona yol və yemək üçün 100 manat pul qaytararaq ona verdiyini bildirmişdir. Nəsir Ramilə həmin şəxsin qalan 1000 manat pulu da qısa zaman ərzində çatdırmalı olduğunu bildirmişdir. Ramil də Nəsirə qalan pulu da qısa zaman ərzində verəcəyini bildirmişdir. Bundan sonra 20 Yanvar metrostansiyasının yaxınlığına gəlmişlər. Oradan Ramili Sumqayıt şəhərinə yola salmışlar. Bundan sonra Nəsirin ona taksi kimi tapacağı avtomobilin sahibi ilə görüşməliymiş. Həmin vaxtı Nəsir kiməsə zəng edib danışdıqdan sonra avtomobilini taksi kimi verəcək şəxsin hal-hazırda başqa işləri olduğuna görə onlarla görüşə bilməyəcəyini bildirmişdir. Bundan sonra o da 20 Yanvar melrostansiyasımn yaxınlığından Sumqayıt şəhərinə gəlmişdir. Bu hadisədən bir neçə gün sonra Ramilin anası Səadət adlı qadın onların evinə gələrək oğlu Ramilin Nəsirə 4800 manat pul verdiyini və onun onları tanış etdiyini bildirərək Nəsir ilə əlbir olduğunu bildirmişdir. O isə Səadətə oğlu ilə Nəsirin bir-birlərini ondan əvvəlcədən türmədən tanıdıqlarını, Nəsir ilə birlikdə onun oğlu Ramildən narkotik vasitə almaq üçün gedərək görüşdüklərini bildirərək oğlu Ramilin özünün Nəsirə aldanaraq ona pul verdiyini, onun bu işdə heç bir iştirakının olmadığını və Nəsirin ona bir qəpik də pul vermədiyini bildirmişdir. Bundan sonra molum olmuşdur ki, Ramilin anası Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsinə şikayət ərizəsi yazmışdır. O da 4-cü Polis Bölməsində izahat yazaraq Nəsirin Ramildən aldığı puldan ona bir manat da olsun belə vermədiyini və Nəsirin Ramili aldadacağından məlumatının olmadığını bildirmişdir. Nəsirin Ramili aldadaraq onun pulunu ələ keçirəcəyindən məlumatı olmamışdır. Nəsir çox arxayın formada Ramil ilə danışan zaman ona DTX-da tanışı olduğunu bildirmişdir. Onun sözlərinə o qədər inanmasa da Ramil oğlunun işini düzəlməsini israrla istədiyinə görə onların söhbətinə qarışmaq istəməmişdir. Nəsir adlı şəxsi yaxından tanımamışdır. O, yalnız adının Nəsir olduğunu, əslən Gəncə şəhərindən olduğunu, valideynlərinin olmadığını və bir neçə vaxtdır ki, Bakı şəhərində yaşadığını bildirmişdir. Nəsirin ikinci dəfə Ramildən 800 manat pul almasından məlumatı olmamışdır. Ramilə Nəsirin onu aldatmayacağı barədə heç bir söz deməmişdir. Heç vaxt Nəsiri Ramilə əmisi oğlu kimi təqdim edərək onu arxayın etməmişdir. Cinayət işinin 1-ci cild 152-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 195-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin 2-ci cild 25-27-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə əthvil verilmişdir. Cinayət işinin 1-ci cild 267-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli amnistiya qərarının 2.4-cü bəndində əsasən 25 noyabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. Cinayət işinin 1-ci cild 192-ci vərəqəsində olan Respublika QİÇS-lə Mübarizə Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən həmin mərkəzdə qeydiyyata götürülmüşdür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CMnin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini və QİÇS xəstəliyinin olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasənı yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 18 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 18 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, ümumilikdə 03 gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-20/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-20/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver