Məhkəmə qərarları › İş №1(060)-20/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-20/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-20/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.2001-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Astara şəhəri, S.Vurğun küçəsi, ev 215-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 13 saylı ünvanda kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 yaşına çatmayan şəxslə seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədilə 2023-cü ilin noyabr ayının ortalarında saat 10 radələrində günlük kirayə götürdüyü Sumqayıt şəhəri, 1ci mikrorayon, ev 15/35, mənzil 54-də aralarında səkkiz il yaş fərqi olan, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, Sumqayıt şəhər sakini, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra cinsi ehtirasını təmin etmək məqsədilə 01 dekabr 2023-cü il tarixdə saat 10 radələrində yuxarıda göstərilən ünvanda Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı qeyritəbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsini bitirmişdir. Belə ki, 2023-cü ilin sentyabr ayında instaqramda "mehdiyeva.14" istifadəçisi özünü Ayan kimi təqdim edən qızla yazışıb tanış olmuş, Ayan ilk əvvəl ona otra məktəbin sonuncu sinfində oxuduğunu, həmin il universitetə imtahan verəcəyini, Sumqayıt şəhərində yaşadığını bildirmişdir. Bundan sonra bir-biri ilə yazışıb münasibətləri yaranmışdır. Qeyd edir ki, ilk dəfə dəqiq tarixi xatırlamadığı 2023-cü ilin noyabr ayının əvvəlində Sumqayıt şəhəri, Nəsimi parkında gündüz görüşüb bir-birlərini üzdən tanımış, həmin gün parkda biraz gəzinib ayrılmışlar. Danışıqları zaman Ayanla birlikdə görüşməklə bağlı razılığa gəlmişlər. Belə ki, Ayana görüş təklif etmiş, sonuncu etiraz etməmişdir. O, Ayana Sumqayıt şəhərində günlük kirayə mənzil götürüb orada görüşəcəklərini dedikdə, Ayan onunla razılaşmışdır. 2023-cü ilin noyabr ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Sumqayıt şəhəri Göyərçin parkında səhər saat 10-da Ayanla görüşmüş, bir gün əvvəl Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən yaşayış binasında günlük 40 manata kirayəyə ev götürmüş və həmin evə getmiş, o, mənzildə Ayanın dodağından öpüb sevişməyə başlamışlar, sonra Ayana qeyri təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu onunla razılaşmışdır. Bundan sonra, onlar qarşılıqlı razılıq əsasında qeyri təbbi yolla cinsi əlaqədə olmuş, daha sonra evdən çıxaraq taksi sifariş etmiş və Ayan Nəsimi parkında taksidən düşərək evlərinə getmişdir. Ayanla bundan sonra da, əlaqələrini davam etmişdir. Bir müddətdən sonra Ayanın anası ona Ayanın “İnstaqram” hesabı vasitəsilə yazaraq Ayanla əlaqəni kəsməsini ona tapşırmışdır. Ayanın anası “Ayan azyaşlıdır, 14 yaşı var, ağlı kəsmir” deyə ona tələb və iradlar bildirmişdir. Bundan sonra, Ayan başqa səhifədən ona yazmış, o, Ayana anasının ona yazdığı smsləri göndərmiş, Ayan əhəmiyyət verməmiş və onunla əlaqəni davam etdirməsini istəmişdir. Həmin vaxt Ayandan bu barədə soruşmuş, Ayan ona əhəmiyyət verməməsini demişdir. Bir neçə gündən sonra ona başqa instaqram səhifəsindən zəng edən qadın Ayanınn nənəsi olduğunu “Ayanın 15 yaşı olduğunu, Ayanla əlaqəni kəsməsini” tələb etmiş, o, Ayanın nənəsinə nəvəsi ilə əlaqəni kəsəcəyini və Ayanın da ona yazmamağı üçün nəzarət etmələrini demiş və Ayanla əlaqəni kəsmişdir. Lakin, bir müddətdən sonra Ayan başqa instaqram səhifəsi ilə ona yazmağa, səs göndərməyə və zəng etməyə başlamış, o, Ayana azyaşlı olduğunu, onunla görüşə bilməyəcəyini, 18 yaşı tamam olsaydı əlaqələrinin davam etdirəcəyini demiş, lakin Ayan təkidlə onunla görüşmək istədiyini bildirmişdir. O, Ayanla əlaqə saxlasa da görüşdən yayınmışdır. Lakin, Ayanla yenə də görüşmək qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Ayanla Sumqayıt şəhəri, Göyərçin parkında görüşmüş, taksi ilə birinci dəfə kirayə götürdüyü evə getmişlər. Orada Ayanla 2 dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuş və həmin vaxt o, Ayanla sonuncunun razılığı ilə seksual xarakterli hərəkətlər etmiş, sevişmişlər. Ayan ona ilk görüşdən əvvəl otra məktəbin sonuncu sinfində oxuduğunu demiş, lakin Ayanın 16 yaşı tamam olub-olmadığını dəqiq bilməmiş, özlüyündə Ayanın 16 yaşı tamam olduğunu düşünmüşdür. Həmçinin, Ayan zahiri görünüş və bədən quruluşu baxımından da 16 yaşına çatmış qıza bənzəmişdir. Qeyd edir ki, Ayanla təbii yolla cinsi əlaqədə olmamış, o cümlədən Ayanın iradəsinə zidd olaraq onunla heç vaxt qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Ayanla qarşılıqlı istək və razılıq əsasında onunla qeyri təbii yolla cinsi əlaqəyə girmiş və seksual xarakterli digər hərəkətlər etmişdir. Ayana heç vaxt zor tətbiq etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış sullara cavab olaraq bidirmişdir ki, Ayanla tanışlıqları ilk dəfə Ayanın “instagram” sosial şəbəkəsində ona yazması ilə başlamışdır. O, Ayandan ilk əvvəl yaşını soruşmuş, ona yaşının 17 olduğunu demişdir. Sosial şəbəkədə istifadəçi adındakı “14” rəqəminin nə olduğunu soruşduqda, Ayan həmin rəqəmin yaşıyla bağlı olmadığını, kollece hazırlaşdığını, daha sonra ali məktəbə sənədlərini verəcəyini bildirmişdir. Hətta Ayanın ona göndərdiyi şəkillərdə də geyimi fərqli olmuş, yəni əslində 14 yaşlı qızın görünüşü olmamışdır. Belə ki, birdəfə 2023cü ilin noyabr ayının ortalarında Ayanla ilk görüşlərindən, yəni qeyri təbii yolla cinsi əlaqədə olmalarından sonra gece yarısı saat 3-4 radələrində Ayanın istagramının aktiv olduğunu görmüş “Ayana bu vaxt burda nə gəzirsən?” sualını vermiş, həmin vaxt Ayanın anası həmin profildən ona “utanmırsan bura yazırsan?. O “azyaşlıdır, başa düşmür, sənə nə olub.?” cavabını yazmışdır. O, qadına geri cavab yazmamış, bir-birlərini qarşılıqlı bloka atmışlar. Mesajları yaddaşda saxlayıb növbəti gün Ayana göndərmiş, bundan sonra Ayan başqa profildən ona “fikir vermə, valideynləri seçmək olmur, onlar belədir” məzmunlu mesaj yazmışdır. O, Ayandan “siz tərəfdə bu yaş azyaşlı sayılır.?” sualını vermiş, Ayan anasına fikir verməməsini ona bildirmişdir. Bu məsələdən təxminən 5 gün keçəndən sonra başqa profildən ona yenə mesaj gəlmiş, həmin mesajı yazan Ayanın nənəsi olmuşdur. O, da Ayanın azyaşlı olmasını bildirərək ondan uzaq durmasını tələb etmişdir. O, qızın nənəsindən “Ayana ona yazmaması ilə bağlı nəzarət etməyi” xahiş etmişdir. Qeyd edir ki, Ayanla növbəti ikinci görüşü 15-20 gün sonra xx.xx.2023-cü il tarixdə eyni mənzildə saat təxminən 10:30-da olmuşdur. Onlar birlikdə 2-3 saat zaman keçirmiş, həmin vaxt da o, Ayanla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, digər seksual xarakterli hərəkətlər etmişdir. Bundan sonra, təxminən 2024-cü ilin yanvar ayının əvvəlində Ayan yenə onunla görüşmək istəməsi ilə bağlı başqa profildən mesajlar yazmış, əgər onunla görüşməzsə özünü öldürəcəyi barədə təhdid etmişdir. Həmin vaxt artıq qızın yaşının az olduğun bildiyi üçün görüşməkdən imtina etmişdir. Bildirir ki, Ayan onunla görüşən zaman bəzək-düzəkli olmuş, o, azyaşlı kimi deyil, 17 yaşlı bir qız kimi görünmüşdür. Sonuncu dəfə görüşlərində Ayan idman şalvarında, ağ qısaqol köynəkdə olmaqla əlində çanta ilə gəlmişdir. O, Ayandan bunun nə olduğunu soruşduqda, Ayan məktəbdən götürdüyünü, çantasında paltarları olduğunu, üzərini dəyişəcəyini demişdir. Ayanla 2 dəfə evdə görüşmüş, hər iki görüşdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Qeyd edir ki, Ayana azyaşlı olmasını, yaşının hər ikisi üçün problem yaratmasını dəfələrlə izah etsə də, Ayan hər dəfə ona eyni məzmunlu cavablar vermişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Amidlə “instagram” sosial şəbəkə vasitəsilə tanış olmuşdur. O, Amidə özünün fotolarını və videolarını göndərmiş, bundan sonra, Amid onu bəyənmiş və onunla görüşmək istəmişdir. Amid ona intim xarakterli videolar göndərmiş və videolarda olanları onunla reallıqda yaşamağı istədiyini ona bildirmişdir. Qeyd edir ki, o, Amidə azyaşlı olmaqla, qız uşağı olduğunu əvvəlcədən bildirmiş, Amid də bundan məlumatlı olmuşdur. Qeyd edir ki, ilk görüşü Amid təklif etmiş, o, Amidə qız uşağı olduğundan, onunla bu cür münasibətdə ola bilməyəcəyini bildirmişdir. O, Amidə ailəsinin ciddi olduğunu, çölə çıxa bilməyəcəyini bildirmiş, Amid isə ona 1 gün məktəbə getməməsini təklif etmişdir. Lakin Amidi sevdiyinə görə onun şirin vədlərinə aldanmışdır. İlk dəfə dəqiq tarixini xatırlamadığı 2023-cü ilin noyabrın ayının əvvəli Amidlə görüşmüşdür. Bildirir ki, Amidlə görüşlərindən öncə sonuncu ona məktəbli forması və çantası ilə gəlməməsini tapşırmışdır. Birinci dəfə görüşən zaman ev sahibi onu məktəbli formasında görməsin deyə Amid onu aşağıda gözlədərək ev sahibindən açarı götürüb gəlmişdir. Hər iki görüşdə Amidlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Qeyd edir ki, Amidlə görüşlərindən öncə sonuncu onun çantasında 9-cu sinif kitabların görmüşdür. Bildirir ki, Amidlə birinci dəfə evdə görüşəndən sonra telefonu unutduğundan evdə qalmış, anası da Amidlə olan yazışmalarını oxuyub, Amidlə arasında olanlardan xəbər tutmuşdur. Bundan sonra, anası Amidlə danışıb onun azyaşlı olmasın bildirmişdir, lakin bu xəbərdarlıqdan sonra Amid ikinci dəfə xx.xx.2023-cü il tarixdə həmin mənzildə onunla yenidən qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Qeyd edir ki, görüşlərin birində onun 9-cu sinif kitabları evdə qalmış, Amid ona kitablarını gətirib verəcəyini bildirmişdir. Nəsəsi və Anası Amidə onun azyaşlı olması barədə məlumat vermişdir. Amidi sevmiş, ona inanmışdır. Sona kimi ona dayaq duracağını düşünmüşdür. Amidlə gələcəkdə ailə qurmaq xəyalları olmuşdur. Könüllü olaraq onunla qeyri təbii yolla cinsi əlaqədə omuşdur. Amid onun 9-cu sinif kitablarını, 14 yaşının olmasınından xəbərdar olmuşdur. Onu qeyd edir ki, ilk dəfə Nəsimi parkında axşam saatlarında görüşmüşlər. İkinci dəfə Göyərçin parkında görüşmüş, həmin vaxt əynində məktəbli köynəyi, qara şalvar olmuşdur. Göyərçin parkında görüşən vaxt o, məktəbli köynəyi ilə gedən zaman Amid onun pencəyinin qabağın bağlamışdır ki, onun məktəbli olduğun ətrafdakılardan bilən olmasın. Qeyd edir ki, bütün görüşlərə məktəbli çantası ilə getmişdir. Aralarındakı əlaqə 2023-cü ilin 23 noyabr və 1 dekabr tarixlərində olmuşdur. Məhkədən Təqsirləndirilən şəxs sərt şəkildə cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona ünvanlanmış suallara cavab olaraq Təqsirləndirilən şəxs öz yaşının 17 yaş olduğunu dediyini bildirmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun qızıdır. Ayan Sumqayıt şəhəri 18 nömrəli tam orta məktəbin 9B sinif şagirdidir. 2023-cü ilin noyabr ayının ortalarında Ayanın “instaqram” profilində Amid adlı şəxslə yazışmalarını görmüş və bu barədə anası Maisəyə demişdir. Anası da həmin vaxt Amidlə əlaqə saxlayıb Ayanın azyaşlı, yəni 15 yaşda olduğunu və Ayanla əlaqəsini kəsməsini tələb etmişdir. O, özü də Amidlə Ayanın instagram səhifəsində yazaraq “Ayandan uzaq durmasını, əlaqəni kəsməsini, Ayanın azyaşlı olduğunu” bildirmiş və Ayanın özünə də Amidlə əlaqəni kəsməsini tapşırmışdır. Bundan sonra 2024-cü ilin fevral ayının əvvəllərində bir neçə gün Ayanın halsız olduğunu və özünə qapandığı görüb ondan təkidlə nə baş verdiyini soruşmuşlar. Ayan Amidin onu ələ alıb 2023-cü ilin noyabr və dekabr ayında onu kirayə tutduğu Sumqayıt şəhəri, 1-ci mkr-da yerləşən mənzilə aparıb orada onunla qeyri-təbii yolla cinsi əlaqədə oduğunu və başqa ədəbsiz hərəkətlər etdiyini bildirmişdir. O, da Amid barəsində polisə şikayət etmişdir. Ayanla bu barədə sorğu-sual edərkən Amidin onu öz danışığı ilə ələ aldığını, ona qarşı heç bir zor tətbiq və məcbur etmədiyini, onu aldadaraq ələ alıb istifadə etdiyini bildirmişdir. Ayanın heç bir fiziki və psixi qüsuru olmamışdır və yoxdur Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənilməklə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 2 ünvanda yerləşən mənzil anası X2 adınadır, həmin evdə əvvəllər birlikdə yaşamışlar, sonradan Masazır qəsəbəsinə başqa ünvana köçmüş, Sumqayıt şəhərində yerləşən evi kirayəyə vermişlər, kirayəçi olmayanda orada özü yaşamışdır. Evi həmişə aylıq 250-270 manat arası kirayə vermişlər. Evi kirayəyə internetdə Lalafo saytında elanını və öz mobil nömrəsini qoymuşdur. Təxminən 4 ay əvvəl, 2023-cü ilin noyabr ayında dəqiq xatırlamadığı gün ona zəng edən özünü Amid kimi təqdim edən şəxs kirayəyə verdiyi evi internetdə gördüyünü və evin kirayə şərtləri ilə maraqlanmış, o, da Amidə izah etmiş və münasibətləri yaranmışdır. Təxminən 2023-cü ilin noyabr ayında Amid ona zəng edərək evi günlük kirayəyə istəmiş, maddi vəziyyətinə görə o, 40 manat olduğunu demiş və hesab kartının fotoşəklini Amidə göndərmişdir. Amid ona 40 manat pul göndərmiş, Amidə olduğu yerə gəlməyini demiş və evin açarını vermiş, Amid demişdir ki, evdə bir günlük ailə qalacaqdır. Amidin danışığı və davranışı heç bir şübhə yaratmamışdır. Ertəsi gün Amid ona zəng edərək evin açarını qapının aşağı hissəsində ayaqaltının altına qoyduğunu demişdir. Təxminən 2 aydır ki, evi kirayə götürən olmamış, evdə özü qalıram. Amidə evi günlük kirayə qalmağa vermiş, Amid ona evdə ailə qalacağını demişdir. Amidin ikinci dəfə onun mənzilini günlük kirayəyə götürməsini dəqiq xatırlamır. Amidin onun mənzilində Zərərçəkmiş şəxs adlı qızla qeyritəbii yolla cinsi əlaqədə olduğu barədə məlumatı yoxdur və olmamışdır, Amid onun yanına tək gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, toplanılmış materialda CM-nin 152.1-ci maddəsinin əlamətləri olduğundan, həmin maddə ilə cinayət işi başılanılmışdır. (i.v.) “Şübhəli olan şəxsin tutulması haqqında” 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v.25) “Şübhəli şəxsin tutulmadan azad edilməsi, şübhəli şəxs qismində statusuna və müdafiəçinin statusuna xitam verilməsi haqqında” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmiş, sonuncunun şübhəli şəxs qismində statusuna xitam verilmişdir. (i.v. 33-34) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əmlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 84-90) “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 102-103) “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 16 fevral 2024-cü il qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 48) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da təqsirləndirilən şəxs qismində dindirilmişdir.(i.v. 99-101) 18 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs günlük kirayəyə götürdüyü Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 15/35, 1 otaqdan ibarət 54 saylı mənzildəki otaqda ilk dəfə 2023-cü ilin noyabr ayının ortalarında saat 10 radələrində Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğu, bundan sona xx.xx.2023-cü il tarixdə smaat 10 radələrində həmin otaqda və hamamda Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu yerində göstərərək istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (i.v.54-58) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertizası və X5” X8 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 56 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Mehtiyevanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, müddət haqqında fikir söyləmək mümkün deyildir. (i.v. 73-76) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 376 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Zərərçəkmiş şəxs əqli-intelektual inkişafı normaya uyğundur, o, baş vermiş hadisələri adekvat qavramaq qabiliyyətindədir. O, ünsiyyətçilik, həssaslıq, emosionallıq, tez qərar vermək, inadkarlıq, səthilik, ola biləcək nəticələri düşünmədən davranmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. O, onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq (yaş xüsusiyyətləri çərçivəsində) iqtidarındadır. Belə qənaətə gəlinir ki, Zərərçəkmiş şəxs fərdipsixioloji xüsusiyyətləri, həmçinin emosional vəziyyətinə görə, qərarın təsviri hissəsində qeyd olunan, ona qarşı edilmiş hüquqazidd hərəkətlər zamanı təqsirləndirilən şəxsə müqavimət göstərə bilərdi. (i.v.80-83) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 61) “Üzləşdirmə haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs ilə üzləşdirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir. (i.v. 106-108) “Götürmə və baxış keçirilməsi haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş "Redmi Note 8" markalı mobil telefona baxış zamanı telefonun "İnstagram" sosial şəbəkəsindəki "amid_tyev" profilinə daxil olduqda "Genel 1" hissəsində "İnstagram Kullanıcısı" adlı 2 ədəd işarələnmiş profillərə daxil olduqda xx.xx.2024-cü il tarixdən "İnstagram Kullanıcısı" profili istifadəçisi ilə qarşılıqlı yazışma(əvvəlki görüşləri və intim əlaqələri barədə xatırlamalar və s.) və səs yazıları göndərilmələri müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, "İnstagram Kullamcısı" profili istifadəçisi olan şəxs Zərərçəkmiş şəxsdır, Zərərçəkmiş şəxs onunla yenidən görüşmək və cinsi əlaqədə olmağını istəsə də, o, sonuncuya azyaşlı olduğunu bildirərək rədd cavabı vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonunda "İnstagram" sosial şəbəkəsindəki "amid_tyev"profılində "İnstagram Kullamcısı" adlı profil istifadəçisi ilə aralarında olan yazışmaların fotoşəkilləri çəkilərək və protokola əlavə edilmişdir. (i.v.114-123) 16 oktyabr 2024-cü il tarixə olan smslərin ekran çəkilişindən Ayan Mehdiyevanın “Ən başınnan məni isdəmirdinsə niə hisslərimlə oynadın?” sualına Amid Tarvediyev “Hislərinlə oynamadım, sadəcə özn görsən, bizim danşmağmız problemdi, + yaşında az, mənədə çox demişdin yaşını” deyə cavab vermişdir. (i.v.116) Smslərin ekran çəkilişindən X9 Tarverdiyevə “İlk səndən toxundun mene Amid Geln il daha Doğrusu Bu il 9dan çıxacam” deyə sms yazmışdır. (i.v.121) “sübutların qiymətləndirilməsi haqqında” 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 149, 150 və 151-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 152.2 və 152.4.2-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, cinayət işi üzrə dindirmə protokolları, məhkəmə-tibbi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyləri, üzləşdirmə protokolu, zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması protokolu, baxış və götürmə haqqında protokol və protokola əlavə edilmiş özündə yazışma və səs yazıları əks olunmuş mobil telefon, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində özünü qismən təqsirli bildiyini, Ayan ona orta məktəbin sonuncu sinfində oxuduğunu, 17 yaşı olduğunu dediyini, lakin Ayanın 16 yaşı tamam olub-olmadığım dəqiq bilmədiyini, 16 yaşı tamam olduğunu özündə düşünüdyünü, həmçinin Ayanın zahiri görünüş və bədən quruluşundan da 16 yaşına çatmış şəxsə oxşadığı ilə bağlı göstərdiyi dəlillər məsuliyyətini yüngülləşdirmək məqsədilə özünümüdafiə xarakteri daşıması kimi tənqidi qiymətləndirilməklə rədd edilməsi və ifadələrinin həmin hissələri iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş “Redmi Note 8" markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edildiyindən həmin telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (i.v.129-135) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsi vasitəsilə Ayan Mehdiyeva ilə tanış olarkən sonuncunun yaşının 17 olmasını düşünsə də, ona sonuncunun yaxın qohumları Şahid1 və Şahid2 Ayanın yaşı barədə verilmiş dəqiq məlumatlara baxmayaraq, buna əhəmiyyət vermədən Ayanın yaşının ona deyilən yaşdan böyük olduğunu düşünərək, Ayanın razılığı ilə 2023-cü ilin noyabr ayında özünün Sumqayıt şəhəri ərazisində kirayələdiyi mənzildə Ayanla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Ayanın, anası qızı ilə onun arasında baş verənlərdən xəbər tutub bu barədə həm Ayanın anasının, həm də Ayanın nənəsinin ona irad bildirib “Ayanın azyaşlı olduğunu, ondan əl çəkməsini” tələb etsələr də o, yenidən xx.xx.2023-cü il tarixdə aşkar surətdə 14 yaşı tamam olmuş, lakin 16 yaşına çatmayan Ayan Mehtiyave ilə qeyri təbii yolla cinsi əlaqədə olmuş, onunla seksual xarakterli digər hərəkətlər etmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anası Şahid1 və nənəsi Şahid2 Ayanın az yaşlı olması, sonuncunun 16 yaşına çatmadığı barədə ona verilmiş xəbərdaredici məlumatlara, Ayanla görüşən zaman sonuncunun üzərində olan məktəb formasına, Ayanın çantasında olan və gördüyü 9-cu sinif dərsliklərinə baxmayaraq sonuncu ilə qeyri təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli hətəkərlət etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını olmasını, ilk dəfə cinayət əməli törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, qarşı tərəfin ondan şikayətçi olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi maddələrin sanskiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 27 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut – iş materialarında saxlanılan bir ədəd "Redmit Note 8" markalı mobil telefon iş materiallarında saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdən 09 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir ) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut mobil telefon iş materiallarında saxlanılsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar