Məhkəmə qərarları › İş №1(060)-200/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-200/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-200/2021 30.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Sumqayıt şəhəri, 9-cu mkr, ev 53, mənzil 97-də qeydiyyatda olan və Sumqayıtm şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 26.10.2020-ci il tarixdə saat 20:30-da X2 yaşadığıyaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evinin həyətinəhasarından aşma yolu ilə daxil olub,evin giriş qapısının qıfılını həyətdən götürdüyü dəmir parçası ilə qıraraq qanunsuz içəriyə daxil olubiçəridən 60 (altmış) manat dəyərində01 ədəd “Kenvood” markalıətçəkən maşını, 50 (əlli) manat dəyərində diametrləri 25 sm, 20 sm, 15 sm olan 3 qazandan ibarət 01 ədəd “Millerhaus” markalı qazan dəstini, 15 (on beş) manat dəyərində “Philips” markalı işlənmiş 01 ədəd ütünü, 60 (altmış) manat dəyərində istifadə edilmiş 4 gözlü 01 ədəd qaz “Bosch” markalı peçini, 15 (on beş) manat dəyərində 01 ədəd “Kemel” markalı üzqırxanı, hər birinin qiyməti 3 (üç) manat olan ümumilikdə 60 (altmış) manat dəyərində 20 ədəd gümüşü rəngli çəngəli, hər birinin qiyməti 5 (beş) manat olan ümumilikdə 85 (səksən beş) manat dəyərində 17 ədəd qızıl uclu çəngəli, hər birinin qiyməti 5 (beş) manat olan ümumilikdə 75 (yetmiş beş) manat dəyərində 15 ədəd qızıl uclu qaşığı, hər birinin dəyəri 2 (iki) manat olan ümumilikdə 8 (səkkiz) manat dəyərində 4 ədəd qızıl uclu kiçik ölçülüçəngəli, hər birinin dəyərin 3 (üç) manat olan ümumilkdə 30 (otuz) manat dəyərində 10 ədəd qızıl uclu kiçik ölçülü qaşığı, 10 (on) manat dəyərində 01 ədəd mantirovkanı, 500 (beş yüz) manat dəyərində 01 ədəd “Biomak EO300” markalı epilyatoru, 100 (bir yüz) manat dəyərində 01 ədəd 50x150 sm ölçüdə olan xalçanı, hər birinin dəyəri 15 (on beş) manat olan ümumilikdə 30 (otuz) manat dəyərində 2 cüt kişi ayaqqabısını, 15 (on beş) manat dəyərində 1 cüt qadın ayaqqabısını, 30 (otuz) manat dəyərində “Giza” markalı qadın gödəkcəsini, 20 (iyirmi) manat dəyərində “Misa Graf” markalı qadın gödəkcəsini, 25 (iyirmi beş) manat dəyərində 01 ədəd qadın gödəkcəsini, 30 (otuz) manat dəyərində 1 ədəd kişi gödəkcəsini, 10 (on) manat dəyərində qara 01 ədəd iki tutacaqlı qadın çantasını, 05 (beş) manat dəyərində 1 ədəd bir tutacaqlı qadın çantasını, 03 (üç) manat dəyərində qadın çantasını, 25 (iyirmi beş) manat dəyərində 01 ədəd “Rayban” markalı qadın eynəyini, 15 (on beş) manat dəyərində 01 ədəd 2x3 metr ölçüdə qızılı rəngli yataq örtüyünü, 650 (altıyüz əlli) manat dəyərində təzə vəziyyətdə olan 01 ədəd ağ rəngli “Samsung BA01” markalı 107 dioqanallı televizoru, 400 (dörd yüz) manat dəyərində işlənmiş olan 01 ədəd nar çəkən aparatını, ümumilkdə 1600 (bir min altı yüz) manat dəyərində işlənmiş olan 02 ədəd meyvə qablarını, 25 (iyirmi beş) manat dəyərində işlənmiş olan 01 ədəd “Tp-link” modelli wifi aparatını, 200 (iki yüz) manat dəyərində işlənmiş olan 01 ədəd maşın monitorunu, 100 (bir yüz) manat dəyərində işlənmiş olan 01 ədəd şirəçəkən aparatını, 500 (beş yüz) manat dəyərində işlənmiş olan 01 ədəd kosmetika komplektini, 100 (bir yüz) manat dəyərində işlənmiş olan 01 ədəd yun yataq ortüyünü, 100 (bir yüz) manat dəyərində işlənmiş olan 01 ədəd güllü yataq örtüyünü, 50 (əlli) manat dəyərində işlənmiş olan 01 ədəd fenini, 50 (əlli) manat dəyərində işlənmiş olan 01 ədəd saçütüsünü, 200 (iki yüz) manat dəyərində işlənmiş olan 01 ədəd qab dəstini, 90 (doxsan) manat dəyərində işlənmiş olan 01 ədəd bilender aparatını, 3000 (üç min) manat dəyərində işlənmiş olan 01 ədəd qara rəngli kürkü, ümumilikdə 1700 (bir min yeddi yüz) manat dəyərində işlənmiş olan 05 ədəd qadın ayaqqabılarını, 90 (doxsan) manat dəyərində işlənmiş olan 01 ədəd su nasosunu, 300 (üç yüz) manat dəyərində işlənmiş olan 01 ədəd mikrodalğalı sobanın, ümumilikdə 2000 (iki min) manat dəyərində işlənmiş olan 16 ədəd yataq dəstinin, hər birinin dəyəri 1 (bir) manat olan ümumilikdə 22 (iyirmi iki) manat dəyərində 22 ədəd əl-üz dəsmalını, 60 (altmış) manat dəyərində işlənmiş olan 01 ədəd ağ rəngli mikserin, hər birinin dəyəri 7 (yeddi) manat olan ümumilikdə 49 (qırx doqquz) manat dəyərində təzə vəziyyətdə olan 07 ədəd 1 l-lik Restorex markalı saçşampununu, 80 (səksən) manat dəyərində işlənmiş olan 01 ədəd “Tefal” markalı su qızdıran aparatı, 300 (üç yüz) manat dəyərində işlənmiş olan 01 ədəd qırmızı rəngli tozsoranı, 600 (altı yüz) manat dəyərindəişlənmiş olan 01 ədəd dreli, 200 (iki yüz) manat dəyərində işlənmiş olan 100 metr uzunluğunda kabeli gizli talayaraq zərərçəkmiş X4 ümumilikdə 13742 (on üç min yeddi yüz qırx iki) manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək vermiş olduğu ifadəsində göstərdi ki, o, əvvəllər də Azərbaycan Respublikası CM-nin 177 və 234cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş və 2020-ci ilin yanvar ayında cəzası bitdiyi üçün azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra Abşeron rayonunda yerləşən təkər təmiri plafaktoriyasında işləyərək pul qazanıb ailəsini saxlamışdır. X7 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi fərdi evdə yaşayır və o, tez tez qardaşının yanına gedərək başçəkir. 26.10.2020-ci il tarixdə işdən çıxdıqdan sonra saat 19 radələrində qardaşının yaşadığı evə getmişdir. Evə girməmişdən öncə həmin evlə üzbəüz olan qonşu evin işıqlarının tamamilə sönülü olduğunu görmüşdür. Evdə bir müddət oturduqdan sonra çöləçıxmışdır. Çölə çıxanda təkrar həmin evə nəzər yetirmiş və evin işıqlarının yenə də sönülü olduğunu görmüşdür. Bundan sonra oradan uzaqlaşmışdır və Sumqayıt şəhərində yerləşən bazar tərəfə getmişdir. Orada olanda özü üçün iki ədəd şirniyyat alıb yemişdir. Bundan sonra avtovağzal istiqamətində gəlmiş, avtobusa minib Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində yaşayan anasının evinə getmişdir. Avtovağzalda marşrut gözləyən zaman qardaşının yaşadığı evin qarşısıdakı evin işıqlarının yanılı olmaması yadına düşmüşdür. Bundan sonra o, həmin evin qarşısına qayıtmış və yenidən işıqların yanmadığını görmüşdür. Daha sonra evin qapısına baxmışdır və bağlı olduğunu görmüşdür. Saat təxminən 20:30 radələrində həmin evin arxa tərəfinə keçib hasardan qanunuz olaraq həyətə daxil olmuşdur. Evdə kiminsə olmasını yoxlamaq məqsədi ilə evin damına 2-3 dəfə daş atmışdır. Evdən heç kimin olmadığına əmin olduqdan sonra həyətdə olan dəmir parçası ilə həyətdə yerləşən evin qapısının qıfılını sındırıb içəri daxil olmuşdur. Evin içərisindən otaqlardan qadın və kişi paltarları, ayaqqabılar, qazan dəsti, mikser, ətçəkən maşın, televizor, qaz sobası, 2 ədəd meyvə qabı, maşın üçün nəzərdə tutulmuş manitor, epilyator aparatı, xalça və digər ev əşyası oğurlamışdır. Oğurladığı əmlakları evdə olan mebelin dolabından götürdüyü sellofan torbalara yığaraq yaşayış evinin çölündə gizlətmişdir. Sonra işini bitirib oğurladığı əmlakı bir bir evə yaxın olan qamışlıqda gizlətmişdir. Sonra bütün gecəni qamışlıqda gizlənmişdir. Səhər alatoranlıq vaxtı oğurladığı əmlakı bir bir qardaşının yaşadığı evin arxa tərəfinə yığmışdır. Səhər açıldıqdan sonra evdən çıxıb avtovağzala getmiş və orada tanımadığı taksi sürücüsü ilə əşyaların daşınması ilə bağlı 5 manata razılaşmış və taksi ilə birlikdə qardaşının yaşadığı evə gəlmişdir. Sonra o, oğurladığı əmlakı maşına yükləmişdir. Taksi sürücüsü ilə birlikdə həmin əmlakı tanışı olan və Sumqayıt şəhəri, 2-ci mikrorayon, 13 saylı yataqxanada yaşayan Şahid2 həyətinə gətirmişdir. Yolda taksi sürücüsünün əmlakın kimə məxsus olması ilə bağlı maraqlanmadığını bildirmişdir. Sonra taksiyə onu gözləməsini bildirmişdir. Yuxarı qalxıb Teymurun yaşadığı otağın qapısını döymüş və Teymura ailəsi ilə mübahisə etdiyini və evdən bəzi əşyaları götürdüyünü demişdir. Həmin əşyaları Teymurun evində satacağı müddətə kimi saxlamaq istədiyini qeyd etmişdir. Teymur onunla razılaşmış və onlar birlikdə oğurladığı əmlakı Teymurun yaşadığı evə yerləşdirmişdir. Təxminən bir saat sonra o, Teymurun evindən çıxmışdır. Çölə çıxıb yemək yedikdən sonra geriyə Teymurun yaşadığı evə qayıtmışdır. Sonra oğurladığıəmlaka baxmışlar və bir ədəd ətçəkən maşını, bir ədəd fen və bir ədəd ütünü satmaq üçün götürmüşlər. Sonra ətçəkən maşını Teymurun yaşadığı həyətdə olan mağazaya Teymur onun iştirakı ilə 20 manata satmışdır. Teymur alqı-satqı zamanı ətçəkən maşının onun olmasını dediyini bildirmişdir. Bundan sonra Sumqayıt şəhəri Dejurnu deyilən yerdə binanın birinci mərtəbəsində yerləşən gözəllik salonunda işləyən lakin, adını bilmədiyi və tanımadığı şəxsə feni 5 manata, mikseri 15 manata satdıqlarını qeyd etmişdir. Həmçinin həmin salonda yenə alqı satqını Teymurun etdiyini və əşyanın ona məxsus olmasını dediyini bildirmişdir. Bundan sonra əldə etdikləri 40 manat pulu yarı yarıya böldüklərini qeyd etmişdir. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərclədiklərini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, o, evdən çox əşya oğurladığı üçün dəqiq hamısını adını deyə bilmir, onunla oğurluq zamanı heç kim olmamış və hadisəni tək törətmişdir. Törətdiyi əməldən peşmandır və Məhkəmədən cəza təyin edərkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş X5 ifadəsində göstərdi ki, o, Şahid3 ilə ailə qurduqdan sonra Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşamağa başlamışdır. Əri Şahid3 cinayət törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Həmin gündən sonra o, Kimyaçılar qəsəbəsində yerləşən evlərində deyil, qaynatası və qaynanasının yanında qalır. Onların yaşadıqları ev isə boş qalmışdır. Lakin, arada bir o, qaynatası və ya qaynanası ilə gedib evi yoxlayıb gəlirdilər. 31.10.2020-ci il tarixdə yaşadığı evə qaynı Emin Ağayev ilə birlikdə gəldikdə həyətə giriş qapısının içaridən bağlı olduğunu görüb qaynı Emin hasar hissəsindən həyətə daxil olaraq qapını içəridən açdıqdan sonra həyətə daxil olmuşdur. Bundan sonra yaşayış evinin qapısına yaxınlaşdıqda yaşayış evinin giriş qapısının üst hissəsində olan açarın qırıq olduğunu görüb içəriyə daxil olmuşlar. Bundan sonra evin içərinə daxil olduqda evin içərisinin dağınıq olduğunu, ona və ərinə məxsus olan əşyaların oğurladığını gördüyünü bildirmişdir. Bundan sonra cəld bu barədə polisə məlumat vermişdir. Polisə məlumat verən zaman hadisəni törədən şəxslərin tez bir zamanda tapılması üçün yalandan 5000 manat pulununda oğurlandığını dediyini qeyd etmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları hadisə yerini müayinə etdikdən sonra ona məlum olmuşdur ki, yaşadığı evdən 300 (üç yüz) manat dəyərində 01 ədəd “Kenvood” markalı işlənmiş işlək vəziyyətdə olan ətçəkən maşının, 300 (üç yüz) manat dəyərində diametrləri 25 sm, 20 sm, 15 sm olan 3 qazandan ibarət 01 ədəd qazan dəstinin, 50 manat dəyərində “Philips” markalı işlənmiş 01 ədəd ütünün, 150 manat dəyərində istifadə edilmiş 4 gözlü 01 ədəd qaz peçinin, 30 manat dəyərində 01 ədəd “Kemel” markalı istifadə edilmişüzqırxanın, 90 manat dəyərində təzə vəziyyətdə olan boz rəngli 20 ədəd çəngəlin, 90 manat dəyərində təzə vəziyyətdə olan 17 ədəd qızıl uclu çəngəlin, 90 manat dəyərində təzə vəziyyətdə olan 15 ədəd qızıl uclu qaşığın, 50 manat dəyərində təzə vəziyyətdə olan 4 ədəd qızıl uclu kiçik ölçülü çəngəlin, 50 manat dəyərində təzə vəziyyətdə olan 10 ədəd qızıl uclu kiçik ölçülü qaşığın, 10 manat dəyərində 01 ədəd işlənmiş mantirovkanın, 2000 manat dəyərində 01 ədəd işlənmiş vəziyyətdə olan “Biomak EO300” markalı epilyatorun, 250 manat dəyərində 01 ədəd işlənmiş 50x150 sm ölçüdə olan xalçanın, 300 manat dəyərində istifadə edilmiş 2 cüt kişi ayaqqabısının, 300 manat dəyərində istifadə edilmiş 1 cüt qadın ayaqqabısının, 300 manat dəyərində 3 ədəd işlənmiş qadın qış gödəkcəsi, 120 manat dəyərində 1 ədəd işlənmiş kişi gödəkcəsi, 150 manat dəyərində 3 ədəd işlənmiş qadın çantasının, 60 manat dəyərində işlənmiş 1 ədəd “Rayban” markalı qadın eynəyinin, 300 manat dəyərində 01 ədəd 2x3 metr ölçüdə qızılı rəngli yataq örtüyünün, 3000 manat dəyərində təzə vəziyyətdə olan 01 ədəd ağ rəngli “Samsung BA01” markalı 107 dioqanallı televizor, 400 manat dəyərində işlənmiş olan 01 ədəd nar çəkən aparatın, 1600 manat dəyərində işlənmiş olan 02 ədəd meyvə qabının, 100 manat dəyərində işlənmiş olan 01 ədəd “Tp-link” modelli wifi aparatının, 200 manat dəyərində işlənmiş olan 01 ədəd maşın monitoru, 100 manat dəyərində işlənmiş olan 01 ədəd şirəçəkən aparatının, 500 manat dəyərində işlənmiş olan 01 ədəd kosmetika komplektinin, 100 manat dəyərində işlənmiş olan 01 ədəd yun yataq ortüyünün, 100 manat dəyərində işlənmiş olan 01 ədəd güllü yataq örtüyü, 50 manat dəyərində işlənmiş olan 01 ədəd fen, 50 manat dəyərində işlənmiş olan 01 ədəd saçütüsü, 200 manat dəyərində işlənmiş olan 01 ədəd qab dəsti, 90 manat dəyərində işlənmiş olan 01 ədəd bilender aparat, 3000 manat dəyərində işlənmiş olan 01 ədəd qara rəngli kürk, 1700 manat dəyərində işlənmiş olan 05 ədəd qadın ayaqqabısı, 90 manat dəyərində işlənmiş olan 01 ədəd su nasosu, 300 manat dəyərində işlənmiş olan 01 ədəd mikrodalğalı soba, 2000 manat dəyərində işlənmiş olan 16 ədəd yataq dəsti, 300 manat dəyərində işlənmiş olan 22 ədəd əl-üz dəsmalı, 60 manat dəyərində işlənmiş olan 01 ədəd ağ rəngli mikser, 80 manat dəyərində təzə vəziyyətdə olan 07 ədəd 1 l-lik Restorex markalı saçşampunu, 80 manat dəyərində işlənmiş olan 01 ədəd “Tefal” markalı su qızdıran aparat, 300 manat dəyərində işlənmiş olan 01 ədəd qırmızı rəngli tozsoran, 600 manat dəyərində işlənmiş olan 01 ədəd drel, 200 manat dəyərində işlənmiş olan 100 metr uzunluğunda olan kabel oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona dəqiq olaraq nə qədər ziyan dəydiyini bilməsə də təxminən hesab edir ki, 17290 manat maddi ziyan dəymişdir. Ziyan ödənilmədiyi üçün şikayətçidir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq cinayət törətdiyinə görə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra özünə iş tapıb işləmiş və heç bir cinayət əməli törətməmişdir. 27.10.2020-ci il tarixdə səhər saatlarında 08-09 arası mənzilin qapısının döyüldüyünü bildirmişdir. Qapını açdıqda təxminən 1 ay olar ki, tanıdığı Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Ramil ona ailəsi ilə ayrıldığını, özünə məxsus olan əmlakı götürərək evdən çıxdığını və iki günlük onun evində yerləşmək istədiyini dediyini bildirmişdir. O, Ramilə icazə vermiş və Ramilə əmlakın yuxarı qaldırılmasında köməklik göstərmişdir. Təxminən yarım saat sonra Ramil evdən çıxıb getmişdir. Bir saatdan sonra geri qayıtmış və əmlakın içərisindən bir ədəd fen, bir ədəd mikser, bir ədəd ətçəkən maşın və qaz piltəsini götürmüşlər. Sonra həmin əmlakları satmaqda Ramilə köməklik göstərməyini istədiyini bildirmişdir. O, Ramillə razılaşmışdır. Yaşadığı yataqxananın həyətində yerləşən mağazaya ət çəkən maşını 20 manata, Sumqayıt şəhəri, “Dejurnu” deyilən yerdə yerləşən gözəllik salonunda feni 5 manata, mikseri 5 manata satdıqlarını bildirmişdir. Qaz piltəsini isə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində tanıdığı Mehralı adlı şəxsə 15 manata satdıqlarını göstərmişdir. Əmlakın oğurluq olmasını bilməmişdir. Əldə olunan puldan Ramilin ona pul verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, o, 4 ildir ki, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən 6 saylı MKS-də süpürgəçi işləyir. 30.10.2020-ci il tarixdə 2-ci mikrorayon ərazisində olan zaman o, ərazini təmizləyirdi. Sonra orada yerləşən mağazaların birinə girib nəvələri üçün yumurta aldığını bildirmişdir. O, mağazada olan zaman iki nəfərin içəri girdiyini bildirmişdir. O, onlardan uca boy olanı tanıdığını bildirmiş və adının Teymur olduğunu qeyd etmişdir. Teymurun yanında olan balaca boylu kişi əlində olan ətçəkən maşını göstərib özünə məxsus olduğunu, halhazırda evinin əşyalarını və evini satdığıüçün bunu da satdığını və 50 manata satdığını deməsini qeyd etmişdir. O, həmin ət çəkən maşına 50 manat baha olduğunu bildirdiyini və 20 manata olarsa birtəhər alacağını dediyini qeyd etmişdir. Bundan sonra Teymurun yanındakı oğlana onu tanıdığını və həyətin qadını olduğunu bildirdiyini və 20 manata satmasını deməsini qeyd etmişdir. Bundan sonra o, iyirmi manat verib həmin şəxsdən ətçəkən maşını aldığını qeyd etmişdir. Həmin ətçəkən maşının markasını belə bilmədiyini göstərmişdir. Həmin günün səhəri ərazidə olan polis əməkdaşları aldığı ətçəkən maşının oğurluq olduğunu bildirdikləri üçün o dərhal ətçəkən maşını PB-ə verdiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X8 ifadəsində göstərdi ki, Şahid3 onun doğma qardaşı, X6 Loğmanın arvadıdır. Qardaşı Şahid3 cinayət törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra qardaşının arvadı Fatima Aqaeva öz əri ilə yaşadığı Suqmayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə deyil onun valideynləri ilə birgə yaşamağa başladığını göstərmişdir. Lakin, evdəəşyalar olduğu üçün o, arada qardaşının evinə gedib başçəkdiyini qeyd etmişdir. 31.10.2020-ci il tarixdə gəlinləri Fatima ilə birlikdə evə baş çəkmək üçün getdiklərini qeyd etmişdir. Evin həyət qapısının içəridən bağlı olduğunu görüb həyətə tullandığını və qapını açıb, sonra evin qapısının üst açarının qırıq olduğunu görüb hadisə barədə polisə məlumat verdiklərini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 yanvar 2021-ci il tarixli 9/5481 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların (nəzəri qaydada) 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: Sıra Ümumi Bir Ümumi ədədinin №- Malların adı və markalanma göstəriciləri miqdar qiyməti dəyəri si ı (manat) (manat) (qutu) Təqdim edilmiş mallar 1 “Kenwood” markalı, Pro 1600 model boz rəngli 1 60 60 ətçəkən maşın 2 “Millerhaus” markalı, 25 sm, 20 sm, 15 sm 1 dəst 50 50 diametrləri olan qazan dəsti 3 “Philips” markalıütü 1 15 15 4 “Bosch” markalı, 4 gözlü qaz peçi 1 60 60 5 “Kemel” markalıüzqırxan dəst 1 15 15 6 təzə vəziyyətdə olan gümüşü rəngli çəngəl 20 3 60 7 təzə vəziyyətdə olan qızıl uclu çəngəl 17 5 85 8 təzə vəziyyətdə olan qızıl uclu qaşıq 15 5 75 9 təzə vəziyyətdə olan qızıl uclu kiçik 4 2 8 ölçülüçəngəl 10 təzə vəziyyətdə olan qızıl uclu kiçik ölçülü qaşıq 10 3 30 11 Polşa istehsalı olan “Biomak EO300” markalı 1 500 500 epilyator 12 Göy rəngli mantirovka 1 10 10 13 50x150 sm ölçüdə olan xalça 1 100 100 14 Markalanmasına dair üzərində məlumat 2 cüt 15 30 olmayan istifadədə olmuş, süni dəri materiallı, qara rəngli kişi ayaqqabısı 15 Qara rəngli, üzərində qızılı düymələri olan, 1 cüt 15 15 dabanlı, parça materialından olan qadın ayaqqabısı 16 Qara rəngli üzərində“Giza” yazıları olan, XXL 1 30 30 ölçülü qadın üçün gödəkçə 17 Qara rəngli üzərində“Misa Graf” yazıları olan 1 20 20 qadın üçün gödəkçə 18 Qara rəngli süni dəri materialından olan qadın 1 25 25 üçün gödəkçə 19 Qara rəngli kişi üçün gödəkçə 1 30 30 20 Qara rəngli, süni dəri materiallı iki tutacaqlı 1 10 10 zəncirbəndlə açılıb-bağlanan qadın çantası 21 Qara rəngli, parça materiallı, 1 tutacaqlı, 1 5 5 kənarları kiçik qaşlarla bəzədilmiş, dairə formalı ziyafət çantası 22 Qara rəngli kiçik ölçülü, zəncirbəndlə açılıb- 1 3 3 bağlanan parlaq süni dəri materiallı qadın çantası 23 Üzərində“Rayban” yazıları olan qadın gün 1 25 25 eynəyi 24 2x3 metr ölçüdə qızılı-ağ rəngli yataq örtüyü 1 15 15 25 “Samsung” markalı“UE49K5510” model, ağ 1 650 650 rəngli, 49 düymlü, 107 dioqanallı təzə vəziyyətdə olan televizor CƏMİ 1926,00 Təqdim edilməmiş mallar nəzəri qaydada 1 işlənmiş olan 01 ədəd “Tp-link” modelli wifi 1 25 25 aparatı 2 işlənmiş olan 22 ədəd əl-üz dəsmalı 22 1 22 3 təzə vəziyyətdə olan 07 ədəd 1 l-lik Restorex 7 7 49 markalı saçşampunu CƏMİ: 96,00 Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiymətiləümumi dəyəri təxminən 1926,00 manat, təqdim edilməyən müxtəlif adda malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 96,00 manat müəyyən edilir.Digər mallar haqqında ətraflı məlumat (marka, model, texniki vəziyyəti və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 1926,00 manat, təqdim edilməyən müxtəlif adda malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiymətiləümumi dəyəri nəzəri qaydada təxminən 96,00 manat müəyyən edilir.Digər mallar haqqında ətraflı məlumat (marka, model, texniki vəziyyəti və s.) olmadığıüçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarından görünür ki, iş üzrə təqdim edilmiş, 01 ədəd “Kenvood” markalı işlənmiş işlək vəziyyətdə olan ətçəkən maşının, diametrləri 25 sm, 20 sm, 15 sm olan 3 qazandan ibarət 01 ədəd qazan dəstinin, “Philips” markalı işlənmiş 01 ədəd ütünün, istifadə edilmiş 4 gözlü 01 ədəd qaz peçinin, 01 ədəd “Kemel” markalı istifadə edilmişüzqırxanın, təzə vəziyyətdə olan boz rəngli 20 ədəd çəngəlin, təzə vəziyyətdə olan 17 ədəd qızıl uclu çəngəlin, təzə vəziyyətdə olan 15 ədəd qızıl uclu qaşığın, təzə vəziyyətdə olan 4 ədəd qızıl uclu kiçik ölçülüçəngəlin, təzə vəziyyətdə olan 10 ədəd qızıl uclu kiçik ölçülü qaşığın, 01 ədəd işlənmiş mantirovkanın, 01 ədəd işlənmiş vəziyyətdə olan “Biomak EO300” markalı epilyatorun, 01 ədəd işlənmiş 50x150 sm ölçüdə olan xalçanın, istifadə edilmiş 2 cüt kişi ayaqqabısının, istifadə edilmiş 1 cüt qadın ayaqqabısının, işlənmiş qadın qış gödəkcəsi 3 ədəd, işlənmiş kişi gödəkcəsi 1 ədəd, işlənmiş 3 ədəd qadın çantasının, işlənmiş 1 ədəd “Rayban” markalı qadın eynəyinin, 01 ədəd 2x3 metr ölçüdə qızılı rəngli yataq örtüyünün, təzə vəziyyətdə olan 01 ədəd ağ rəngli “Samsung BA01” markalı 107 dioqanallı televizorun sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 06.01.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143cü maddəsinin 4-cü hissəsinin 40-cı bəndi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09.09.2000-ci ildə cəzasının sonu ilə azad olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 21.01.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmş, Sumqayıt şəhər Məhkəməsinin 03.08.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 67.1, 68-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.09.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29, 177.3.3, 67-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 28.10.2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 06.05.2016-cı il tarixli dəyişikliklər nəzərə alınaraq əməli dekremellaşmış və dərhal cəzadan azad edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 01.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29.01.2020-ci ildə cəzasının sonu ilə azad olunub. Sumqayıt şəhər Məhkəməsinin 21 avqust 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, ********** saylı cinayət işi 02.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-cü maddəsinin əlamətləri ilə başlanmışdır. Cinayət işinin materiallarından görünür ki, 31.10.2020-ci il tarixində zərərçəkmiş şəxsin iştiakı ilə hadisə yerinə baxış keçirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs olaraq tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəlii 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 18 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və 19 yanvar 2021-ci il tarixdə ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, müvafiq ekspertiza rəyi əsasında bəzi malların orta bazar qiyməti nəzərə alınmaqla hesablandıqda zərərçəkmişə dəymiş ziyanın 13742 manat olması müəyyən edilmişdir. Həmçinin sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsinə dair həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1 və 180.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yaşayış yeri üzrə müsbət xarakterizə olunması və törətdiyi əməldən peşman olmasıdır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu müddətdən yəni 02 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Kenvood” markalı işlənmiş işlək vəziyyətdə olan ətçəkən maşının, diametrləri 25 sm, 20 sm, 15 sm olan 3 qazandan ibarət 01 ədəd qazan dəstinin, “Philips” markalı işlənmiş 01 ədəd ütünün, istifadə edilmiş 4 gözlü 01 ədəd qaz peçinin, 01 ədəd “Kemel” markalı istifadə edilmişüzqırxanın, təzə vəziyyətdə olan boz rəngli 20 ədəd çəngəlin, təzə vəziyyətdə olan 17 ədəd qızıl uclu çəngəlin, təzə vəziyyətdə olan 15 ədəd qızıl uclu qaşığın, təzə vəziyyətdə olan 4 ədəd qızıl uclu kiçik ölçülüçəngəlin, təzə vəziyyətdə olan 10 ədəd qızıl uclu kiçik ölçülü qaşığın, 01 ədəd işlənmiş mantirovkanın, 01 ədəd işlənmiş vəziyyətdə olan “Biomak EO300” markalı epilyatorun, 01 ədəd işlənmiş 50x150 sm ölçüdə olan xalçanın, istifadə edilmiş 2 cüt kişi ayaqqabısının, istifadə edilmiş 1 cüt qadın ayaqqabısının, işlənmiş qadın qış gödəkcəsi 3 ədəd, işlənmiş kişi gödəkcəsi 1 ədəd, işlənmiş 3 ədəd qadın çantasının, işlənmiş 1 ədəd “Rayban” markalı qadın eynəyinin, 01 ədəd 2x3 metr ölçüdə qızılı rəngli yataq örtüyünün, təzə vəziyyətdə olan 01 ədəd ağ rəngli “Samsung BA01” markalı 107 dioqanallı televizorun sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 04.02.2021-ci il tarixli (iş № 1(060)- 200/2021) qərarını icra edərək, 04.02.2021-ci il tarixli 95/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsə X3 mülki iddia qaydasında Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Kenvood” markalı işlənmiş işlək vəziyyətdə olan ətçəkən maşının, diametrləri 25 sm, 20 sm, 15 sm olan 3 qazandan ibarət 01 ədəd qazan dəstinin, “Philips” markalı işlənmiş 01 ədəd ütünün, istifadə edilmiş 4 gözlü 01 ədəd qaz peçinin, 01 ədəd “Kemel” markalı istifadə edilmişüzqırxanın, təzə vəziyyətdə olan boz rəngli 20 ədəd çəngəlin, təzə vəziyyətdə olan 17 ədəd qızıl uclu çəngəlin, təzə vəziyyətdə olan 15 ədəd qızıl uclu qaşığın, təzə vəziyyətdə olan 4 ədəd qızıl uclu kiçik ölçülüçəngəlin, təzə vəziyyətdə olan 10 ədəd qızıl uclu kiçik ölçülü qaşığın, 01 ədəd işlənmiş mantirovkanın, 01 ədəd işlənmiş vəziyyətdə olan “Biomak EO300” markalı epilyatorun, 01 ədəd işlənmiş 50x150 sm ölçüdə olan xalçanın, istifadə edilmiş 2 cüt kişi ayaqqabısının, istifadə edilmiş 1 cüt qadın ayaqqabısının, işlənmiş qadın qış gödəkcəsi 3 ədəd, işlənmiş kişi gödəkcəsi 1 ədəd, işlənmiş 3 ədəd qadın çantasının, işlənmiş 1 ədəd “Rayban” markalı qadın eynəyinin, 01 ədəd 2x3 metr ölçüdə qızılı rəngli yataq örtüyünün, təzə vəziyyətdə olan 01 ədəd ağ rəngli “Samsung BA01” markalı 107 dioqanallı televizorun saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsə X3 hökm qanuni qüvvəsini aldıqdan sonra mülki iddia qaydasında Məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar