Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-200/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “Santral” şirkətində satış üzrə menecer işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 13-cü mikrorayon ev 2A mənzil 10-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin sifarişi ilə Sumqayıt şəhəri ərazisində inşa edilmiş yaşayış binasından güzəştli şərtlərlə iki ədəd üç otaqlı mənzil satılacağında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, 2020-ci ilin avqust ayının əvvəlində yaşadığı ünvan 1 ünvanında Şahid6 vasitəsilə 500 (beş yüz) manat, 2020-ci ilin avqust ayının sonlarında ünvan 2 ünvanında yerləşən yaşayış binasının yaxınlığında 7000 (yeddi min) manat, 2020-ci ilin sentyabr ayının əvvələrində 4000 (dörd min) manat və 2020-ci ilin sentyabr ayının sonlarında 5000 (beş min) manat, cəmi 16500 (ona altı min beş yüz) manat pulunu vahid qəsdlə alıb ələ keçirməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurub dələduzluq edilmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib ona xəstəliyi ilə əlaqədar təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq 07 noyabr 2020-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Lombard” bankın qarşısında 1300 (bir min üç yüz) manat, 29 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Sülh Plaza”nın inzibati binasındakı gözəllik salonunda 700 (yeddi yüz) manat, 2020-ci ilin dekabr ayının əvvəllərində ardıcıl olaraq bir neçə gün fərqlə Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində yerləşən “Vüqar” marketin qarşısında 500 (beş yüz) manat, Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Sülh Plaza”nın inzibati binasındakı gözəllik salonunda 300 (üç yüz) manat, Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində yerləşən “Vüqar” marketin qarşısında 300 (üç yüz) manat və 17 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində yerləşən yaşadığı evin yaxınlığında 50 (əlli) manat, cəmi 3150 (üç min bir yüz əlli) manat pulunu vahid qəsdlə alıb ələ keçirməklə, zərərçəkmiş şəxsə zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, 07 aprel 2021-ci il tarixdə saat 20:30-da ünvan 3 ünvanında yerləşən yaşayış binasının dəhlizində tanışı Zərərçəkmiş şəxs3 istifadə etməsi üçün verdiyi “İphone 8 X7” markalı mobil telefonunu geri qaytarmasını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif nahiyələrinə, daş parçası ilə ayaq nahiyəsinə vurub ona başın sol təpə nahiyəsinin şişkinliyi-hematoması, sol gözaltı nahiyənin qançırı kimi sağlamlğa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməyən, sağ baldırın aşağı 1/3-nin topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi, qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 xeyli müddət əvvəl tanımış, əvvəllər aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamışdır Şahid6 təxminən 2020-ci ilin mart ayından tanımışdır, o Zərərçəkmiş şəxs1 qardaşıdır. Nazimlə aralarında şəxsi münasibətləri olmuş, Nazim bu səbəbdən müxtəlif vaxtlarda ona borca və əvəzsiz pullar vermişdir. Zərərçəkmiş şəxs1 qardaşı Şahid6 vasitəsilə tanımış, Nazimlə tanış olduqdan sonra ondan borca pul istədikdə, o özündə pul olmadığını, istədiyi pulun bir hissəsini bacısı Sevdadan alıb ona verə biləcəyini demiş, onunla razılaşmışdır. Bundan sonra Nazim “sənə Sevda zəng etsə onunla danışarsan, bildirərsən ki, ona mənzil verilməsində köməklik göstərə bilərsən” sözlərini dediyindən, Nazimlə razılaşmışdır. Bundan sonra Nazimin bacısı Sevdanın oğlu Araz “Qərb” şadlıq sarayının yanında 4000 manat pulu gətirib ona vermiş, bundan başqa nə Sevda ilə görüşmüş, nə də ondan başqa hər hansı məbləğdə pul almamışdır. Sevda barəsində qərəzli şikayət ərizəsi yazmış, bundan başqa Sevdaya Azərbaycan Respublikası Qaçqın və X4 Üzrə Dövlət Komitəsinin sifarişi ilə inşa edilmiş yaşayış binalarından mənzil ayrılmasında köməklik göstərilməsi üçün ona köməklik göstərib ərizə yazmış, amma Zərərçəkmiş şəxs1 müraciətinə nə cavab verilməsindən məlumatsız olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 tanışı Mətanətin vasitəsilə tanımışdır. Təxminən 2020-ci ilin sonlarında Sumqayıt şəhəri ərazisində yerləşən “Sülh” Plazada Mətanətlə birlikdə massajda olduğu zaman Əfruzun ağladığını görmüş, Əfruz lazer recepcionda kassir işləmişdir. Ondan niyə ağladığını soruşduqda, Əfruz kiməsə özünə təqaüd düzəltməsi müqabilində 5000 manat pul verdiyini, bir müddət təqaüd alsa da, sonra təqaüdünün kəsildiyini bildirmişdir. Həmin vaxt Mətanət tanış vəkili varsa, Əfruzun adından ona köməklik edilməsi üçün ərizə yazdırmasını xahiş etmişdir. Bəlkə bunun ona nəsə köməyi dəyə biləcəyini bildirmiş, ilkin olaraq onunla razılaşmasa da, aradan təxminən bir həftə keçəndən sonra Əfruz ona mesaj yazaraq onunla görüşüb Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt filialına gedib işi ilə maraqlanmasını xahiş etmişdir. Növbəti gün Əfruzu yaşadığı evin qarşısından götürüb Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt filialına aparmış, Şahlar adlı tanışından isə həmin Əfruz adlı qadının təqaüd sənədinin kötüyünün tapılmasında köməklik etməsini xahiş etmişdir. Şahlar isə onun xahişi ilə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt filialına daxil olub Zərərçəkmiş şəxs2 əvvəllər aldığı təqaüdün kötük sənədlərinin surətini almış və ona vermişdir. Bundan sonra Əfruz ona yenidən təqaüdünün düzəldilməsində köməklik göstərməsini xahiş etmiş, hətta bunun üçün ona pul da verə biləcəyini demişdir. Əfruzun təqaüdünün düzəldilməsi üçün pul verməyə hazır olduğunu gördükdən sonra ondan bu məqsədlə bir miqdar pul alıb şəxsi ehtiyacları üçün xərcləmək, imkanı olanda isə onun pulunu qaytarmaq qərarına gəlmişdir. Bundan sonra hissə-hissə Zərərçəkmiş şəxs2 təxminən 3000 manat pul almış və şəxsi ehtiyacları üçün xərcləmiş, sonradan isə maddi imkanı olmadığından ondan aldığı pulu geri qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 bacısı qızı Aygün ilə rəfiqə olmuş, Aygün bir neçə müddət xalası Sevdanın evində yaşamışdır. Özü də əvvəllər bir neçə dəfə Sevdanın evinə qonaq kimi getmiş və hətta bəzən gecəni də onun evində qalmışdır. Əvvəllər münasibətləri yaxşı olmuş, sonradan Aygünün anası Mətanətin onu aldadaraq pulunu əlindən aldığından və yalandan guya ona olunan “cadunu” açdığını deyərək aldatdığını hiss etdiyindən bundan sonra onlarla münasibəti pisləşmişdir. Əlavə telefonu olduğundan və həmin telefonu çox istifadə etmədiyindən, Sevda telefonlarını dəyişmələrini təklif etmiş, lakin buna razı olmamışdır. Sonradan çantasındakı telefonunun yerində olmadığını gördükdə ilk əvvəl Aygündən telefonunu onun götürüb-götürmədiyini soruşmuş, lakin o telefonu götürmədiyini demişdir. Sevdadan da telefonunu götürüb götürməməsi barədə soruşduqda o, telefonunu götürdüyünü, öz telefonu xarab olduğundan, telefonunu düzəltdirdikdən sonra telefonunu qaytaracağını bildirmişdir. Sonra birlikdə telefon ustasına getmişlər, Sevda telefonunu təmir etdirmiş, bu səbəbdən Sevdadan telefonunu istədikdə, o, içində ona aid şəkillərin olduğunu demiş və həmin şəkilləri silib sonra telefonunu qaytaracağını bildirmişdir. Ona inandığından çıxıb getmiş, həmin söhbətlərindən bir müddət keçsə də Sevda telefonunu qaytarmamışdır. xx.xx.2021-ci il tarixdə saat 20:30-da Zərərçəkmiş şəxs3 istifadə etməsi üçün verdiyi “İphone 8 X7” markalı mobil telefonunu geri qaytarmasını tələb etmək üçün onun yaşadığı evə getmiş, ondan telefonunu geri qaytarmasını tələb etdikdə Sevda telefonunu qaytarmaqdan imtina etmiş, buna görə də əsəbləşərək, Sevdanın yaşadığı evin qapısına təpiklə bir neçə dəfə vurmuşdur. Daha sonra binadan çıxaraq əlinə daş götürüb yenidən geri qayıtmış, həmin daşla Sevdanın evinin qapısını vurmuş, qapının gözlük hissəsi qırılmış, bundan sonra Sevda qapını açmışdır. O, qapını açan kimi ünvanına nalayiq sözlər işlətdiyindən buna görə də Sevdanın yaxasından tutaraq onu yerə yıxmış, daha sonra saçından tutaraq dartmış, həmin vaxt yerdə olan, evin qapısına zərbə vurduğu daşı götürərək Sevdanın dizinə vurmuşdur. Sevda tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş bədən xəsarətlərini həmin vaxt almışdır. Zərərçəkmiş şəxs1 Qaçqın və X4 üzrə Dövlət Komitəsinin sifarişi ilə Sumqayıt şəhəri ərazisində inşa edilmiş binadan mənzil ayrılmasında köməklik göstərəcəyini söz verməmiş, ondan Şahid6 vasitəsilə 500 manat pul və hər hansı sənəd almamış, Nazimlə tanış olduqdan sonra ondan borca pul istədikdə, o özündə pul olmadığını, istədiyi pulu bacısı Sevdadan alıb ona verə biləcəyini demiş, onunla razılaşmışdır. Bundan sonra Nazim “sənə Sevda zəng etsə onunla danışarsan, bildirərsən ki, ona mənzil verilməsində köməklik göstərə bilərsən” kimi sözlər demişdir. Nazimlə razılaşmış, bundan sonra Nazimin bacısı Sevdanın oğlu Araz 4000 manat pulu gətirib ona vermişdir. Zərərçəkmiş şəxs2 təqaüd düzəldəcəyini söz verərək ondan müxtəlif vaxtlarda hissə-hissə təxminən 3000 manat pul almış və şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır, ona qarşı şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs3 onunla barışmamışdır. Məhkəmədən göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin yay aylarında qardaşı Şahid6 vasitəsilə tanımışdır. Qardaşı Nazimlə sözhbətlərinin birində o, Fatimə adlı tanışının olduğunu, Fatimənin jurnalistika fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini, Fatimənin ona Sumqayıt şəhəri ərazisində dövlət xətti ilə qaçqın və məcburi köçkünlər üçün, eləcə də Qarabağ müharibəsi iştirakçıları və veteranları üçün inşa edilmiş çoxmənzilli binadan iki ədəd üç otaqlı mənzil ayrılmasına köməklik göstərəcəyinə söz verdiyini bildirmişdir. Bundan sonra Nazimdən Fatimədən ona da həmin binadan mənzil alınmasında köməklik göstərməsini xahiş etməsini istəmişdir. Nazim isə Fatimə ilə danışıb ona xəbər edəcəyini bildirmiş, aradan bir neçə gün keçdikdən sonra Nazim onunla əlaqə saxlayıb Fatimə ilə danışdığını, Fatimənin ona köməklik göstərməyə razılıq verdiyini bildirmişdir. Bundan sonra Nazim dəqiq siyahısını xatırlamadığı sənədləri toplayıb, 500 manat pulla birlikdə Fatiməyə verməli olduğunu bildirmiş, həmin sənədləri toplamış, həmin sənədlərin arasında Qubadlı rayonundan məcburi köçkün düşməyi ilə bağlı Azərbaycan Respublikası Qaçqın və X4 üzrə Dövlət Komitəsindən, yaşayış yerindən, ailə tərkibi haqqında arayışlar, şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlər olmuşdur. Nazimin dediyi sənədləri toplayıb Fatiməyə çatdırması üçün 500 manat pulla birlikdə Nazimə vermiş, aradan təxminən 5-10 gün keçdikdən sonra yaşadığı ünvana Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsindən məktub gəlmiş, məktubda müraciətinə baxıldığı, Sumqayıt şəhəri ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün inşa edilmiş yaşayış komplekslərində ona verilməsi üçün hazırda boş mənzillərin olmadığı, ancaq gələcəkdə Sumqayıt şəhəri ərazisində inşa ediləcək yaşayış komplekslərindən ona mənzil ayrılması ilə bağlı müraciətinin qeydiyyata alındığı bildirilmişdir. Bu məktub Fatimənin ona mənzil ayrılmasında köməklik göstərəcəyinə onda inamı artırmış, Nazim isə onunla əlaqə saxlayıb Fatimənin Sumqayıt şəhəri ərazisində inşa ediləcək məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması üçün inşa ediləcək yaşayış kompleksindən bir ədəd üç otaqlı mənzil ayrılması üçün 7000 manat pul istədiyini bildirmişdir. 2020-ci ilin avqust ayının sonlarında yaşadığı evə məktub gəldikdən təxminən 10 gün sonra Fatimə yaşadığı evin yaxınlığına gəlmiş, onunla idarə etdiyi avtomobilin içində görüşüb 7000 manat pulu Fatiməyə vermişdir. Fatimə tezliklə işə başlayıb ilin sonunadək ona mənzil verilməsində köməklik göstərəcəyini bildirmiş, bundan təxminən 15 gün sonra onunla əlaqə saxlayaraq ona verilməsi üçün nəzərdə tutulan binada üç otaqlı mənzil olmadığını, üç otaqlı mənzillərin ayrı-ayrı şəxslərə ayrıldığını bildirib, əlavə olaraq ona 4000 manat pul verərsə ona həmin binadan iki ədəd iki otaqlı mənzil ayrılmasında köməklik göstərəcəyini bildirmiş, bununla razılaşmış və 2020-ci ilin sentyabr ayının əvvələrində yenidən yaşadığı evin yaxınlığında Fatimənin idarə etdiyi avtomobilin içərisində 4000 manat pulu Fatiməyə vermişdir. Aradan təxminən 15 gün keçdikdən sonra Fatimə bu dəfə onunla əlaqə saxalayaraq iki otaqlı mənzillərin artıq ayrıldığını, əlavə olaraq 5000 manat pul verərsə ona iki ədəd üç otaqlı mənzil ayrılmasında köməklik göstərəcəyini bildirmiş, bu dəfə Fatimənin danışığından şübhələnmiş, Fatimənin onu aldada biləcəyini fikirləşdiyindən qardaşı Nazimlə əlaqə saxlamış, Nazim isə Fatiməni yaxşı tanıdığını, Fatimənin onu aldada bilməyəcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin sentyabr ayının sonlarında 5000 manat pulu Fatimə ilə yenidən yaşadığı evin yaxınlığında görüşüb idarə etdiyi avtomobildə Fatiməyə vermişdir. 2020-ci ilin sentyabr ayında isə Azərbaycan Ordusunun İİ Qarabağ müharibəsi zamanı işğal edilmiş torpaqları azad etməyə başladıqdan sonra, mətbuatda qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün inşa edilmiş mənzillərin şəhid ailələri və müharibə iştirakçılarına ayrılacağını, qaçqın və məcburi köçkünlərə mənzil verilməyəcəyini eşitdiyindən Fatimə ilə əlaqə saxlayıb bu barədə ona bildirmiş və ondan aldığı pulu geri qaytarmasını xahiş etmişdir. O, isə hansısa adını ona demədiyi vəkillə işini danışdığını, həmin vəkillə bununla bağlı danışıb ona cavab deyəcəyini bildirmiş, hətta ona mənzil ayrılmasa, ondan aldığı pulu özünün qaytaracağını bildirmişdir. Sonradan isə Fatimə onunla əlaqə saxlayıb ondan pulunun qaytarılmasına da köməklik göstərməsinə söz vermiş şəxsə vermək üçün 300 manat pul istəmiş, ancaq pulu olmaması səbəbindən həmin pulu verməkdən imtina etmiş, Fatiməyə həmin şəxs kimdirsə pulunu alıb verməsini, bundan sonra ona 300 yox, 500 manat verəcəyini bildirmişdir. Fatimə isə bununla razılaşmayaraq pulunun qaytarılması üçün 300 manatı verməyini tələb etmiş, hətta 200 manat pul verərsə, həmin pulun üstünə özünündə 100 manat qoyub pulunun qaytarılmasında köməklik göstərilməsinə söz vermiş şəxsə verəcəyini bildirmişdir. Bundan sonra pulunun qaytarılmasa barəsində hüquq mühafizə orqanlarına müraciət edəcəyini Fatiməyə bildirmiş, sonradan isə daha Fatimə ilə əlaqə saxlaya bilməmiş, sonda isə məcbur hüquq mühafizə orqanlarına şikayət ərizəsi yazmış, Təqsirləndirilən şəxs ona dövlət xətti ilə inşa edilmiş qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaması üçün nəzərdə tutulmuş yaşayış kompleksindən mənzili ayrılmasında köməklik göstərəcəyinə söz vermiş şəxsin adını çəkməsə də, ona hansısa vəkilin vasitəsilə bu işləri gördüyünü bildirmiş, ancaq həmin vəkilin nə adını bilmiş, nədə özünü görməmişdir. Fatimə ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin oktyabr ayından tanımış, Fatimə bacısı qızı Aygünün rəfiqəsi olmuşdur. Aygün 2020-ci ilin sonlarında yaşadığı ünvanda onunla birlikdə yaşamağa başlamış, həmin vaxtlar Fatimə də mütəmadi olaraq Aygünün yanına gəlib getmiş, bir neçə dəfə hətta Fatimə gecəni də onun evində qalmışdır. “Gilan Tekstil” şirkətində işləmiş, oradan yataq dəstləri gətirib satmış, sonradan Fatimə ondan 1500 manat dəyərində mallar almışdır. Bunun müqabilində ona 200 manat dəyərində qızıl zinət əşyaları və 200 manat dəyərində televizor vermiş, lakin sonradan qalan pulu verməmiş və bununla yanaşı verdiyi televizoru da geri qaytarıb almışdır. Sonradan Fatimə ilə öz aralarında razılaşmışlar ki, o özünə məxsus “İphone-8” markalı telefonu ilə ona məxsus “İphone 6s” markalı telefonu ilə dəyişsin, telefonlarını dəyişmişlər, təxminən bir ay sonra yəni 2020-ci ilin dekabr ayında Fatimə yanına gələrək, ondan telefonunu geri qaytarmağını istəmiş və ona verdiyi telefonu 150 manata satdığını, tezliklə həmin pulu ona verəcəyini bildirmişdir. Lakin bununla razılaşmamış və telefonunu geri qaytarmağını tələb etmişdir. Həmin vaxtdan aralarında fikir ayrılığı yaranmış və söz mübahisəsi olmuş, o öz yaşadığı evə getmiş, sonradan bir neçə dəfə Fatimə ona zəng edərək, telefonunu geri qaytarmağını tələb etmiş, əks halda başına oyun açacağını deyib onu hədələmişdir. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində işdən yeni evə qayıtdığı vaxt yaşadığı evin qapısı döyülmüş, gözlükdən baxdıqda qapını döyənin Fatimə olduğunu görmüşdür. Ondan çıxıb getməsini istəsə də Fatimə getməmiş, qapını daşla vurmağa başlamış və yaşadığı evin giriş qapısının gözlük hissəsini sındırmışdır. Bundan sonra məcbur qalaraq qapını açmış, bu zaman Fatimə binanın dəhlizində əlində olan daş ilə sağ ayağına zərbə vurmuş, bundan başqa daşla və əli ilə başına zərbələr endirmiş, həmçinin Fatimə əlini əli ilə tutaraq burub onu yerində saxlamışdır. Fatimə daha sonra yaşadığı evin giriş qapısının üzərində olan açarı qapının üzərindən götürərək, qapını kilidləmiş, açarı isə özü ilə apararaq “qal çöldə” demiş və çıxıb getmişdir. Həmin vaxt Fatimə oraya qara rəngli **-UD-*** nömrə nişanlı markasını dəqiq bilmədiyi avtomaşının sürücüsü olan “Miri” adlı şəxslə gəlmiş, həmin şəxs onların mübahisəsini görmüş, bir qədər sonra anası və qardaşı gəlmiş, onlar nə olduğunu soruşduqda hadisəni onlara danışmışdır. Qardaşı binanın qarşısında qara rəngli avtomaşın olduğunu demiş və həmin istiqamətdə getmişdir. Qardaşı sonradan evin açarını onlardan alaraq geri qayıtmış, evə daxil olduqdan sonra DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermiş, aralarındakı mübahisə təxminən 20 dəqiqə davam etmiş, orada başqa heç kim olmamış, qonşulardan heç kim dəhlizə çıxaraq hadisənin şahidi olmamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs vurmamış, onu etməmiş, Təqsirləndirilən şəxs daşla yaşadığı evin qapısına vurması nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə barışmamış, ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, əvvəllər Sumqayıt şəhərində yerləşən “Sülh Plaza” estetik mərkəzində epilyasiya-lazer yerində reseptionda kassir işləmiş, Təqsirləndirilən şəxs da həmin lazer epilyasiya yerinə daima gəlib gedən müştəri kimi tanımışdır. Fatimə həmin yerə gələn zaman ara sıra onunla həmsöhbət olmuş, aralarında beləcə münasibətlər yaranmağa başlamışdır. Fatimə ona özünü iş adamı kimi təqdim edərək təqaüd düzəltmə ilə məşğul olduğunu bildirmiş, amma özünün heç bir yerdə işləmədiyini ona bildirmişdir. 2020-ci ilin noyabr ayında Fatimə yenə işlədiyi lazer epilyasiya mərkəzinə gələn zaman onunla söhbət etmiş və özünə təqaüd düzəltmək istədiyini bildirmiş, bu zaman Fatimə ona yaş həddinə çatmadığını söyləyib yalnız ona xəstəlik səbəbi ilə təqaüd düzəldə biləcəyini demişdir. Onunla razılaşmış, Fatimə ondan xəstəliyinə görə təqaüd düzəltmək üçün 1700 manat pul istəmiş, ona həmin pulu verəcəyini söyləmişdir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhərində yerləşən “Lombard” bankın qarşısında 1300 manat pulu təklikdə Fatimənin özünə şəxsən vermiş və yerdə qalan 700 manatı isə bir neçə günə düzəldib ona verəcəyini söyləmişdir. Bundan sonra 29 noyabr 2020-ci il tarixdə səhər radələrində yenə 400 manat pul tapıb həmin pulu işlədiyi Sülh Plazada iş yoldaşı Hicranın yanında Fatiməyə vermiş, Fatimə ona 5-6 gün ərzində təqaüd kartını verəcəyinə söz vermiş, aradan bir müddət keçdikdən sonra Fatimə yenə işlədiyi yerə gələrək təqaüd düzəltməkdə problemlərin yarandığını söyləyib ondan əlavə 500 manat da pul istəmişdir. Həmin pulu verdikdən dərhal sonra təqaüdünün düzəldəcəyini bildirmiş, Fatiməyə artıq pulunun olmadığını dedikdə o, yenidən yalan vədlər verərək guya təqaüd kartına əlavə pullarında yüklənəcəyini bildirmişdir. Bundan sonra məcbur olub borca 500 manat pul tapmış və 2020-ci ilin dekabr ayının əvvələrində yenə Fatimə ilə təklikdə yaşadığı evin qarşsında yerləşən “Vüqar” marketin qabağında görüşüb ona 500 manat pul vermişdir. Fatimə daha sonra ona artıq bir neçə günə təqaüd kartını verəcəyini söyləmiş, təxminən 2-3 gün sonra 2020-ci ilin dekabr ayının əvvələrində yenə Fatimə işlədiyi Sülh plazaya gələrək orada əlavə 300 manat da istəmiş, bundan sonra işinin düzəlməsi üçün 300 manat pulu iş yoldaşı Aytəndən alıb onun yanında Fatiməyə vermiş, həmin pulu da Fatiməyə verdikdən sonra Fatimə ona yenidən zəng etmiş və artıq bütün işlərin yekunlaşdığını söyləmiş, ancaq sonda əlavə 300 manat da pul lazım olduğunu bildirmişdir. Yenə 2020-ci ilin dekabr ayının ilk 15 günlüyündə yaşadığı evin yaxınlığında yerləşən “Vüqar” marketin qarşısında 300 manat pulu Fatimə ilə təklikdə görüşərək ona vermişdir. Bundan sonra Fatimə ona artıq sabahısı günü kartın hazır olacağını söyləmiş, yenə Fatiməyə inanmış, sabahısı günü yəni 17 dekabr 2020-ci il tarixdə Fatimə ilə görüşmüş və Fatimədən işinin nə yerdə olduğunu soruşanda o, əlavə 50 manat pul istəyib kartını gedib gətirəcəyini söyləmişdir. Çıxarıb 50 manat pulu da Fatiməyə vermiş, bundan sonra Fatimə ilə bir neçə gün sonra əlaqə saxlasa da o bir daha onu narahat etdiyi təqdirdə ondan polisə şikayət edəcəyini bildirməklə, onu hədələmiş, bu hadisədən təəccüblənib polisə Fatimənin onun aldatması ilə bağlı şikayət ərizəsi yazmış, 2020-ci ilin dekabr ayından sonra onunla əlaqə saxlamamışdır. Fatimə dələduzluq yolu ilə ondan ümumilikdə 3150 manat pulunu alıb ələ keçirmiş, ancaq pulunu qaytarmamış, Fatiməyə 700 manat pul verəndə iş yoldaşı Hicran yanında olmuş, bundan başqa 2020-ci ilin dekabr ayının əvvələrində yenidən Fatiməyə 300 manat pul verəndə də digər iş yoldaşı Aytən də orada olmuş, qalan pulları isə təklikdə Fatiməyə vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Bununla bağlı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Bununla bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 anasıdır. Təqsirləndirilən şəxs isə təxminən 2020-ci ilin yay aylarında dayısı Şahid6 vasitəsilə tanımışdır. Həmin ərəfədə dayısı yaşadıqları evdə qonaq olarkən Fatimə adlı tanışının olduğunu, Fatimənin jurnalistika fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini, Fatimənin ona Sumqayıt şəhəri ərazisində dövlət xətti ilə qaçqın və məcburi köçkünlər üçün, eləcə də Qarabağ müharibəsi iştirakçıları və veteranları üçün inşa edilmiş çoxmənzilli binadan iki ədəd üç otaqlı mənzil ayrılmasına köməklik göstərəcəyinə söz verdiyini bildirmişdir. Bundan sonra anası Sevda da dayısından Fatimənin onlara da həmin binadan mənzil alınmasında köməklik göstərməsini xahiş etmiş, dayısı Nazim isə Fatimə ilə danışıb onlara xəbər edəcəyini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra anası Sevda dayısı Nazimin onunla əlaqə saxlayıb Fatimə ilə danışdığını, Fatimənin onlara köməklik göstərməyə razılıq verdiyini bildirdiyini demişdir. O, həmçinin dayısı Nazimin onlardan hazırda dəqiq siyahısını unutduğu sənədləri toplayıb, 500 manat pulla birlikdə Fatiməyə verməli olduqlarını bildirmişdir. Fatimənin istədiyi sənədləri toplamaqda anasına köməklik göstərmiş, həmin sənədlərin arasında Qubadlı rayonundan məcburi köçkün düşmələri ilə bağlı Azərbaycan Respublikası Qaçqın və X4 üzrə Dövlət Komitəsindən, yaşayış yerlərindən, ailə tərkibləri haqqında arayışlar, anasının, onun, ailə üzvülərinin şəxsiyyət vəsiqələrinin surətləri və digər sənədlər olmuşdur. Dayısı Nazimin dediyi sənədləri toplayıb Fatiməyə çatdırması üçün 500 manat pulla birlikdə ona vermiş, aradan təxminən 5-10 gün keçdikdən sonra yaşadıqları ünvana Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsindən məktub gəlmişdir. Məktubda anası Zərərçəkmiş şəxs1 müraciətinə baxıldığı, Sumqayıt şəhəri ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün inşa edilmiş yaşayış komplekslərində ona verilməsi üçün hazırda boş mənzillərin olmadığı, ancaq gələcəkdə Sumqayıt şəhəri ərazisində inşa ediləcək yaşayış komlekslərindən anasına mənzil ayrılması ilə bağlı müraciətinin qeydiyyata alındığı bildirilmişdir. Dayısı Nazim isə onlarla əlaqə saxlayıb Fatimənin Sumqayıt şəhəri ərazisində inşa ediləcək məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması üçün inşa ediləcək yaşayış kompleksindən bir ədəd üç otaqlı mənzil ayrılması üçün 7000 manat pul istədiyini bildirmişdir. Ailə üzvləri arasında məsləhətləşib onlara mənzil ayrılmasında köməklik göstərməsi üçün həmin pulu Fatiməyə verməyi qərarlaşdırmışlar, Fatimənin dayısı Nazimin vasitəsilə onlardan istədiyi 7000 manat pulu toplamışlar, təxminən 2020-ci ilin avqust ayının sonlarında anası Fatimə ilə görüşüb pulu ona vermişdir. Sonradan isə onu da bu barədə məlumatlandırmış, bundan təxminən 15 gün sonra anası Sevda Fatimənin onunla əlaqə saxlayaraq onlara verilməsi üçün nəzərdə tutulan binada üç otaqlı mənzil olmadığını, üç otaqlı mənzillərin ayrı-ayrı şəxslərə ayrıldığını bildirib, əlavə olaraq ona 4000 manat pul verərlərsə onlara həmin binadan iki ədəd iki otaqlı mənzil ayılmasında köməklik göstərəcəyini bildirdiyini demişdir. Yenidən ailə üzvləri arasında məsləhətləşib həmin pulu da Fatiməyə verməyi qərarlaşdırmışlar. Fatimənin istədiyi pulu toplayıb hazırladıqdan sonra anası Sevda 2020-ci ilin sentyabr ayının əvvəllərində yenidən Fatimə ilə görüşüb pulu ona vermiş, sonradan bu barədə onu da məlumatlandırmışdır. Aradan təxminən 15 gün keçdikdən sonra anası Sevda Fatimənin onunla əlaqə saxlayaraq iki otaqlı mənzillərin artıq ayrı-ayrı şəxslərə ayrıldığını, əlavə olaraq 5000 manat pul verərlərsə onlara iki ədəd üç otaqlı mənzil ayrılmasında köməklik göstərəcəyini bildirdiyini demişdir. Yenidən ailə üzvləri arasında danışıb həmin pulu da Fatiməyə vermələrini qərarlaşdırmışlar, ancaq daha özlərində pul olmadığından bu dəfə anasının tanışı Rasimə adlı qadından 3300 ABŞ dolları borc almışlar. Bundan sonra anası Sevda 2020-ci ilin sentyabr ayının sonlarında Fatimə ilə görüşüb 5000 manat pulu Fatiməyə vermiş, ancaq sonradan Fatimə nə söz verdiyi kimi onlara dövlət vəsaiti hesabına inşa edilmiş binalardan mənzil ayrılmasında köməklik göstərməmiş, nə də onlardan aldığı pulu geri qaytarmamış, anası Sevda da bu səbəbdən şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Zərərçəkmiş şəxs1 iş yoldaşıdır. Təqsirləndirilən şəxs tanımamış, təxminən 2020-ci ilin sentyabr ayının sonlarında Sevda qardaşının vasitəsilə tanış olduğu Fatimə adlı qadının Sumqayıt şəhəri ərazisində dövlət xətti ilə qaçqın və məcburi köçkünlər üçün, eləcə də Qarabağ müharibəsi iştirakçıları və veteranları üçün inşa edilmiş çoxmənzilli binadan ona iki ədəd üç otaqlı mənzil ayrılmasına köməklik göstərəcəyinə söz verdiyini, bunun üçün ondan 5000 manat pul istədiyini, ona əvvəllər də bu məqsədlə pul verdiyini bildirmişdir. Həmçinin Fatimənin ondan istədiyi 5000 manat pulu verməyə imkanı olmadığını qeyd etmiş, həmin məbləğdə pulu ondan borc istəmiş, onun pulunu isə bir neçə aya qaytaracağını demişdir. Bundan sonra Sevdaya 3300 ABŞ dolları borc pul vermiş, aradan bir müddət keçdikdən sonra isə Sevdanın ondan aldığı borc pulu qaytaracağını vəd verdiyi müddət tamam olanda ondan pulunu istəmiş, Sevda isə ondan aldığı pulu geri qaytarmaq üçün əlavə vaxt istəmişdir. Həmçinin Fatimə adlı qadının onu aldatdığını, Fatimənin nə söz verdiyi kimi ona dövlət vəsaiti hesabına inşa edilmiş binalardan mənzil ayrılmasında köməklik göstərmədiyini, nə də aldığı pulu geri qaytarmadığını bildirmişdir. Sevda həmçinin bununla bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi yazdığını da bildirmiş, sonradan isə Sevda ondan aldığı pulu hissə-hissə geri qaytarmış, daha sonra olanlardan məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid6 göstərdi ki, Fatimə ilə gözəllik salonunda işləyən Sevda adlı qadının vasitəsilə tanış olmuş, aralarında yaxın münasibət olmuş, Sevdaya müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pullar vermişdir. Fatimə bacısı Zərərçəkmiş şəxs1 “Qaçqın və X4 üzrə Dövlət Komitəsinin sifarişi ilə inşa edilmiş yaşayış binasından mənzil satılmasında köməklik göstərəcəyinə söz verdiyindən bacısından müəyyən sənədlərlə birlikdə 500 manat pul alıb Təqsirləndirilən şəxs vermişdir. Bacısı Zərərçəkmiş şəxs1 Qaçqın və X4 üzrə Dövlət Komitəsinin sifarişi ilə inşa edilmiş yaşayış binasından mənzil satılmasında köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə təxminən 16500 və ya 16600 manat pul vermişdir. Məhkəmə iclasında şahid X2 göstərdi ki, Sumqayıt şəhəri ərazisində yerləşən “Sülh Plazada” yerləşən “LD” Studioda kosmotoloq həkim vəzifəsində işləyir, Zərərçəkmiş şəxs2 isə həmin estetik mərkəzdə onunla birgə işləmiş, onunla yaxın münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs isə həmin mərkəzə gələn müştəri kimi tanımış, hətta bir neçə dəfə Fatimənin seanslarına daxil olmuşdur. Əfruzun 2020-ci ilin noyabr ayında onunla birgə söhbət etdiyini görən zaman, Əfruzdan nə baş verdiyini soruşduqda, Əfruz Fatimənin ona xəstəliyinə görə təqaüd düzəldəcəyinə söz verərək ondan pul aldığını bildirmişdir. Həmin vaxt onların bu məsələsinə ona aidiyyatı olmadığından məhəl qoymamış, 2020-ci ilin dekabr ayında yenidən Fatiməni işlədiyi estetik mərkəzdə görmüşdür. Həmin vaxt hətta Əfruz ona yaxınlaşıb ondan 300 manat borca pul istəmiş, həmin pulu Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. Əfruzla münasibətləri olduğu üçün 300 manat pulu Əfruza vermiş, Əfruz bundan sonra həmin vaxt digər otaqda onu gözləyən Fatimənin yanına getmişdir. Əfruzun Fatiməyə 300 manat pulu verməsini görməsə də, 300 manat pulun Əfruz tərəfindən Fatiməyə verildiyini bilmiş, ancaq Əfruz tərəfindən Təqsirləndirilən şəxs digər məbləğdə pul verilməsindən məlumatsız olmuşdur. Buna baxmayaraq sonradan Əfruzla söhbətləri zamanı o Fatiməyə ona təqaüd düzəltməsi üçün ümumilikdə 3150 manat pul verdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Sumqayıt şəhəri ərazisində yerləşən “Sülh Plazadakı” estetik mərkəzdə işləmiş, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs xeyli müddət əvvəl tanımışdır. Onlardan Zərərçəkmiş şəxs2 əvvəllər onunla eyni estetik mərkəzdə kassir kimi işləmiş, Təqsirləndirilən şəxs isə işlədiyi estetik mərkəzə müştəri kimi gedib gələn şəxs kimi tanımışdır. Onların hər ikisi ilə münasibətləri normal olmuş, aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəstəliyi ilə əlaqədar təqaüd düzəldəcəyini söz verərək ondan hissəhissə ümumilikdə 3150 manat pul verməsindən məlumatı olmuş, bu barədə Zərərçəkmiş şəxs2 özü ona məlumat vermişdir. Hətta bir dəfə tarixi dəqiq xatırlamasa da Əfruz onunla birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən lombardlardan birinə getmələrini xahiş etmiş, orada Əfruzun deməsinə görə o öz yaxın qohumlarına məxsus qızıl zinət əşylarını lombarda girov qoyaraq lombarddan 1000 manat pul götürmüş, həmin pulu isə xəstəliyə görə ona təqaüd düzəldəcəyinə söz verdiyindən Fatiməyə verəcəyini bildirmişdir. Aradan bir müddət keçdiyindən Əfruzla söhbətləri zamanı o Fatimənin ona xəstəliyi ilə əlaqədar təqaüd düzəldəcəyini söz verərək hissə-hissə ondan ümumilikdə 3150 manat pul aldığını, ancaq nə vəd verdiyi kimi ona təqaüd düzəltmədiyini, nə də ondan aldığı pulu geri qaytarmadığını, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazdığını bildirmişdir. Bundan sonra olanlardan məlumatsız olmuş, Əfruzun Təqsirləndirilən şəxs ona təqaüd düzəltməsinə söz verməsi səbəbindən pul verməsindən məlumatı olsa da, Əfruzun yanında ona təqaüd düzəltməsi üçün Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməsini xatırlamır. Məhkəmə iclasında Şahid7 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin yay aylarından tanımış, həmin ərəfədə Elman adlı tanışı Fatimə adlı qadının Abşeron rayon Polis İdarəsində mülki mübahisə ilə bağlı işinin olduğunu bildirib, ona köməklik göstərməyini xahiş etmişdir. Bundan sonra Fatimə ilə görüşmüş, onunla görüşdükdə Təqsirləndirilən şəxs iki nəfər şəxsdən borc müqaviləsi bağlamaqla pul aldığını, sonradan həmin şəxslərin onu Sumqayıt şəhəri ərazisində maşından düşürərək idarə etdiyi avtomobili verdikləri pulun əvəzində girov kimi götürdüklərini, daha sonra həmin şəxslərin Abşeron rayonu Saray qəsəbəsi ərazisində ona məxsus avtomobillə yol nəqliyyat hadisəsi törədiklərini bildirmişdir. Abşeron rayonuna gedərək Abşeron rayon prokurorluğunda Təqsirləndirilən şəxs müraciətinin ədalətli araşdırılması üçün ərizə ilə müraciət etmələrini təklif etmişdir. Həmin vaxt Fatimə idarə etdiyi avtomobildə olan adının sonradan Zərərçəkmiş şəxs2 olduğunu bildiyi qadını ona təqdim edərək həmin qadına kiminsə təqaüd düzəltdiyini, ancaq sonradan təqaüdünün kəsildiyini bildirib, həmin qadının “Sobez” adlanan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fonundunun Sumqayıt şəhər Şöbəsindən ona təqaüd verilməsi ilə bağlı sənədinin götürülməsində köməklik göstərməyini xahiş etmişdir. Bunun elə bir çətin iş olmadığını bildirib həmin qadınla birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fonundunun Sumqayıt şəhər Şöbəsinin Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən inzibati binasına daxil olub, Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək orada işləyən əməkdaşlardan birindən ona təqaüd verilməsi ilə bağlı sənədinin vətəndaşa çatan surətinin verilməsində köməklik göstərilməsini xahiş etmiş, həmin sənədi aldıqdan sonra isə o qadın çıxıb getmiş, bundan sonra o Fatimə ilə birlikdə Abşeron rayon prokurorluğuna getmiş, daha sonra olanlardan məlumatı olmamışdır. Şahid5 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli müddət əvvəl qiyabi olaraq tanımışdır. Fatimənin anası Sevinc ilə onun anası Mətanət tanış olmuş, sonradan onlar yəni anası və Fatimə gözəllik salonunda qarşılaşmışlar. Həmin vaxt Fatimə anası Mətanətlə həmin vaxtlar onun müvəqqəti yaşadığı xalası Sevdanın evinə gəlmiş, bundan sonra yəni 2020-ci ilin oktyabr və ya noyabr aylarında Fatimə ilə münasibətləri yaranmışdır. Fatimə ilə tanış olduqdan sonra o arada bir xalası Sevdanın evinə gələrək onunla xalasının evində qalmış, əksər vaxtları isə Fatimə onunla xalasının evində qalmaq adı ilə ailə üzvülərindən icazə alıb, öz tanışları, yaxın münasibəti olan şəxslərlə görüşməyə getmişdir. Təxminən 2020-ci ilin dekabr ayının əvvələrində Fatimə istifadə etdiyi qızıl zinət əşyalarına baxıb çox bəyəndiyini, həmin qızıl zinət əşyalarını haradan aldığını soruşmuş, özünə də bu cür qızıl zinət əşyaları almaq istədiyini bildirmişdir. Aralarındakı söhbət zamanı həmin qızıl zinət əşyalarını Sumqayıt şəhəri ərazisində yerləşən “Karvan” Ticarət Mərkəzində qızıl zinət əşyalarının alqı satqısı ilə məşğul olan İlkin adlı tanışından aldığını bildirmiş, bundan sonra Fatimə İlkindən ona dəyərini sonradan ödəmək şərti ilə qızıl zinət əşyası satmasını xahiş etməsini istəmişdir. İlk olaraq razılaşmasa da, sonradan onun təkidindən sonra İlkindən ona dəyərini sonradan ödəmək şərti ilə qızıl zinət əşyası satmasını xahiş edəcəyini bildirmiş və bu barədə İlkinə məlumat vermişdir. İlkin isə həmin şəxsi tanıyıb-tanımadığını, aldığı qızıl zinət əşylarının pulunu ödəyəcək imkanda olub-olmadığını soruşmuş, ona Fatiməni tanıdığını, onun İlkini aldadacaq şəxs olmadığını bildirmişdir. Sonradan isə Fatimənin İlkindən 5100 manat dəyərində bir ədəd qızıl boyunbağı və bir ədəd üzük alıb, aldığı qızıl zinət əşyalarının pulunu isə bir ay müddətində ödəyəcəyinə söz verdiyini eşitmişdir. Daha sonra İlkin onunla əlaqə saxlayaraq Fatimənin aldığı qızıl zinət əşyalarının pulunu ödəmədiyini bildirmiş, ancaq həmin vaxt Fatimə ilə münasibətləri korlandığından, Fatimənin barəsində sosial şəbəkədə şəklini paylaşaraq üzərində əxlaqsız sözlər yazdığından onun barəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-nə şikayət ərizəsi yazdığından bu barədə İlkinə bildirmişdir. Daha sonra isə Fatimənin onun vasitəsilə İlkini aldadaraq ondan dəyərini sonradan ödəmək şərti ilə qızıl zinət əşylarını alaraq aldığı qızıl zinət əşyalarından ibarət əmlakı dələduzluq yolu ilə ələ keçirtməsi barədə şikayət ərizəsi yazmış, ancaq buna baxmayaraq hazırki müddətə qədər Fatimə aldığı qızıl zinət əşyalarının nə pulunu ödəmiş, nə də aldığı qızıl zinət əşyalarını geri qaytarmışdır. Daha sonralar Fatimənin tək İlkini deyil, xeyli sayda şəxsləri, o cümlədən xalası Sevdanı da aldadaraq onların puldan və digər əşyalardan ibarət əmlaklarını dələduzluq yolu ilə ələ keçirdiyini öyrənmişdir. Fatimə xalasıgildə yaşadığı vaxt xalasına özündə işlətmədiyi telefonu olduğunu, həmin telefonu işlətmədiyini bildirib, xalasında olan “İPhone 6s” markalı mobil telefonu istəmiş, qarşılığında xalasına özündə olan “İPhone 8 plus” markalı telefonunu verəcəyini demişdir. Onlar aralarında razılaşmış, Fatimə bunun qarşılığında əlavə olaraq xalasından heç nə istəməmişdir. 2021ci ilin aprel ayında Fatimə heç bir səbəb olmadan xalasının yaşadığı ünvana gedərək, orada mübahisə yaratmış və xalasına guya onun telefonunu oğurladığını bildirmiş, xalası ilə dalaşaraq xalasına xəsarət yetirmişdir. Həmin mübahisə və dava dalaşın şahidi olmasa da sonradan xalasının sifət və ayaq nahiyyələrində xəsarətlər olduğunu görmüş, xalası ilə olan mübahisələrinə görə Fatimə ilə onun da münasibətləri pisləşmişdir. İş materiallarında olan “Axtarışda olanın tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış ünvan 4 ünvanında olmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs3 məxsus olan mənzilin qapısının gözlük yerinin qırıq olması görünür. İş materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış 01 ədəd CD-R diskə keçirilmişdir. Baxış zamanı diskdə Zərərçəkmiş şəxs3 Fatimə adlı şəxslə telefon danışığının olduğu müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 374 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın sol təpə nahiyyəsinin şişkinliyi-hematoması, sol gözaltı nahiyyənin qançırı, sağ baldırın aşağı 1/3-nin topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi, qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 22/374 saylı, xx.xx.20221-ci il tarixli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:başın sol-təpə nahiyyəsinin şişkinliyi hematoması, sol gözaltı nahiyyəninn qançırı, saö baldırın aşağı 1/3-nin topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi, qançırı. Qeyd olunan xəsarətlərdən sağ baldırın aşağı 1/3nin topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi, qançırı-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Başın sol təpə nahiyyəsinin şişkinliyi-hematoması, sol gözaltı nahiyyənin qançırı birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi, yıxılarkən əmələ gəlməsi inkar olunur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 01/18936 saylı, xx.xx.2020-ci il tarixli, Zərərçəkmiş şəxs1 ünvanlanmış məktubundan görünür ki, Sumqayıt şəhəri ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə inşa edilmiş yaşayış kompleksinə təyinatı üzrə köçürülməsi nəzərdə tutulmuş ailələrin köçürülməsi başa çatmışdır. Hazırda isə həmin kompleksdə və yaxın ərazilərdə komitənin boş mənzil fondu yoxdur. Növbəti mərhələdə Sumqayıt şəhəri ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsəilə salınacaq qəsəbədə sizin mənzillə təmin edilməyiniz məsələsinə mövcud qaydalara əsasən baxılacaqdır. İş materiallarında “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadaraq onun pulunu mənimsəyərək dələduzluq etməsi təsdiq edilir. Məhkəmə iclasında da işdəki disklərdəki səs yazıları tədqiq edildi, həmin yazılarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 16000 manat almasını təsdiq edir. Həmin səs yazıları təsdiq edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu aldatmış, pulunu almış, qaytarılması ilə bağlı müraciət etdikdə də onu müxtəlif bəhanələrlə yenidən aldatmış, onun pullarını ələ keçirmişdir. İş materiallarında olan Azercell MMC-dən, Bakcell MMC-dən və Azerfon MMC-dən daxil olmuş disklərdə Təqsirləndirilən şəxs telefon danışıqları öz əksini tapmışdır, həmin danışıqlar işin hallarını təsdiq edir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.3.2 və 221.1.-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Şahid6 və X3 əmlaklarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. Cinayət işi materiallarına əlavə edilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, Şahid6 və Təqsirləndirilən şəxs oxşar şəxsin video görüntüləri olan bir ədəd disk, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC tərəfindən təqdim edilmiş 03 (üç) ədəd disk, Şahid6 tərəfindən ağ rəngli kağız qutusunda təqdim edilmiş, üzərində “KODAK” və sair markalanma yazısı olan, yaddaşında isə ümumilikdə 18 (on səkkiz) ədəd səz yazıları olan bir ədəd disk, Zərərçəkmiş şəxs1 tərəfindən ağ rəngli kağız qutusunda təqdim edilmiş, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında isə ümumilikdə 17 (on yeddi) ədəd, səz yazıları olan bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərəri ödəməsini, Zərərçəkmiş şəxs1 ilə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək tutulub saxlanmışdır. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, Şahid6 və Təqsirləndirilən şəxs oxşar şəxsin video görüntüləri olan bir ədəd disk, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC tərəfindən təqdim edilmiş 03 (üç) ədəd disk, Şahid6 tərəfindən ağ rəngli kağız qutusunda təqdim edilmiş, üzərində “KODAK” və sair markalanma yazısı olan, yaddaşında isə ümumilikdə 18 (on səkkiz) ədəd səz yazıları olan bir ədəd disk, Zərərçəkmiş şəxs1 tərəfindən ağ rəngli kağız qutusunda təqdim edilmiş, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında isə ümumilikdə 17 (on yeddi) ədəd, səz yazıları olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 03 (ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 6 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, Şahid6 və Təqsirləndirilən şəxs oxşar şəxsin video görüntüləri olan bir ədəd disk, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC tərəfindən təqdim edilmiş 03 (üç) ədəd disk, Şahid6 tərəfindən ağ rəngli kağız qutusunda təqdim edilmiş, üzərində “KODAK” və sair markalanma yazısı olan, yaddaşında isə ümumilikdə 18 (on səkkiz) ədəd səz yazıları olan bir ədəd disk, Zərərçəkmiş şəxs1 tərəfindən ağ rəngli kağız qutusunda təqdim edilmiş, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında ümumilikdə 17 (on yeddi) ədəd səz yazıları olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-200/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-200/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver