Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-200/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aralarında tez-tez mübahisə yarandığından, ünvan 3 ünvanında yaşayan qonşusu, polis nəfəri Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb edilərək, Abşeron rayon mühafizə idarəsindəki iş yerindən çıxarılmasına nail olmaq üçün, guya Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təxminən saat 07:40 radələrində yaşadığı evin yaxınlığında bıçaqlanaraq xəsarət alması cinayətinin törədilməsinin görüntüsünü yaratmaq məqsədilə, istintaqa məlum olmayan şəraitdə, ekspert rəyinə əsasən özü-özünə yetirməsi inkar olunmayan döş qəfəsi və qarın nahiyyələrinin kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərəvurmaya aid xəsarətlərin Zərərçəkmiş şəxs tərəfindən ona bıçaqla yetirilməsi ilə əlaqədar süni ittiham sübutları yaratdıqdan sonra guya sonuncu tərəfindən bıçaqlanaraq xəsarət alması cinayətinin törədilməsi barədə DİN-nin 102 məlumat mərkəzinə məlumat verilməsinə nail olmuş, aidiyyəti üzrə Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırma zamanı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində göstərilən məsuliyyət barədə xəbərdar olunmasına baxmayaraq Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə, təxminən saat 07:40 radələrində yaşadığı evin yaxınlığında bıçaqlanması barədə rəsmi ərizə ilə müraciət edərək, izahat vermiş, lakin aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə təxminən saat 07:40 radələrində ümumiyyətlə onunla hər hansı bir təmasının olmaması, əldə olunmuş kamera görüntüləri və izahatlarla öz təsdiqini tapdığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyindən ibtidai istintaq orqanının normal fəaliyyətinin və Zərərçəkmiş şəxs əsassız cinayət təqibinə məruz qalmaqla əlaqədar rahatlığının pozulmasına səbəb olub süni ittiham sübutlarının yaradılması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2021-ci il tarixində səhər saat 07:40 radələrində o, həyəti təmizləmək üçün evdən çıxdığı zaman ilkin olaraq Əlinin atası Fəxrəddinin piyada olaraq evdən çıxdığını, daha sonra isə Əlinin maşınla çıxaraq yola tərəf getdiyini görmüşdür. Bu zaman Əlinin atası Fəxrəddin telefonla Əlini videoya çəkərək onun guya ərazidən uzaqlaşdığını göstərdikdən sonra kameranı bağlamış, bu zaman Əli maşını saxlayaraq geriyə vermiş və bundan sonra pəncərəni açaraq ona qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. O, isə Əliyə öz iradını bildirərək, 102 xidmətinə zəng vuracağını onu şikayət edəcəyini, öz vəzifəsindən sui-istifadə edərək ona qarşı belə hərəkətlər edə bilməyəcəyini bildirmişdir. Bundan sonra Əli hirslə maşından düşərək belindəki metal rəngli bıçağı çıxararaq onun üzərinə hücum çəkmişdir. Bu zaman Əlinin atası Fəxrəddin də onun üzərinə hücum çəkmiş, lakin Əlinin onu bıçaqladığını və üstünün qan olduğunu gördükdən sonra Əlini ondan aralamış, bundan sonra Əli cəld bıçağı bir əsgiyə bükərək maşına minmiş və ərazidən uzaqlaşmış, Fəxrəddin isə evinə getmişdir. Bundan sonra o, yerdə oturaraq zərbələrin ağrısından qışqırdığı üçün ilk öncə anası daha sonra isə bacısı qucağında uşağı ilə birgə küçəyə çıxaraq qaça-qaça üzərinə gəlmiş və onu yerdən qaldıraraq evə aparmışlar, orada onlar TTYX-nə zəng vuraraq hadisəni bildirmişlər və bundan sonra TTY avtomobili hadisə yerinə gələrək onu xəstəxanaya aparmışlar. Təxmini olaraq 07:40 radələrində evdən çıxmış və bu zaman Əlinin və atası Fəxrəddinin də avtomobil yolunun yanında olduğunu görmüşdür. X6 markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olmuşdur. Hadisə zamanı onun əynində polis geyimi olan göy rəngli uzun qol, düyməli, varatnikli köynək olmuşdur. Hadisə vaxtı onlardan başqa Əlinin atası Fəxrəddin də orada olmuş və Əli onun üzərinə hücum çəkdikdə Fəxrəddin də onu söyərək üzərinə gəlməyə başlamış, bundan sonra isə Fəxrəddin Əlinin onu bıçaqladığını və üzərinin qan olduğunu gördükdən sonra cəld Əlini ondan aralamış və daha sonra Əli bıçağı əsgiyə bükərək maşına minmiş, Fəxrəddin isə evinə getmişdir. Hadisə baş verən zaman onlar evdə olmuşlar, lakin Əli və Fəxrəddin hadisə yerindən uzaqlaşdıqdan sonra anası Şahid4 ardınca bacısı onun qışqırıqlarını eşidərək evdən çıxmış və həyəcanlı olduğunu, yerdə oturduğunu görüb qaçaraq ona yaxınlaşdıqdan sonra bıçaqlandığını başa düşüb ona yardım etmişlər. Bundan sonra anası onu yerdən qaldırıb evə getməyinə yardım etmiş, bu zaman o ağrılı olduğu üçün rahat yeriyə bilmədiyindən anasının qolundan tutaraq evə getmişdir. Bundan sonra onlar TTYX-nə zəng etmiş, lakin əlaqə saxlamaq mümkün olmadığından FHN-in qaynar xətti ilə əlaqə saxlamışlar. Əlinin onun üzərinə bıçaqla hücum çəkməsi və onu bıçaqlaması təxmini olaraq 3-4 dəqiqə davam eləmişdir. Zərərçəkmiş şəxs tərəfindən bıçaqlanaraq xəsarət almağı barəsində Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırma ilə əlaqədar olaraq izahat verərkən ona, bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsilə cinayət məsuliyyəti daşımağı barədə xəbərdarlıq edilmiş və bu barədə vermiş olduğu izahatda imza çəkmişdir. Buna görə də onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 2011-ci ildən hazırda tutduğu vəzifədə xidmət aparır. Təqsirləndirilən şəxs onun qonşusudur. Onun İlhamə ilə qonşuluqdan başqa münasibəti olmamışdır. Buna baxmayaraq davamlı olaraq İlhamə və anası Naxış ailəsi ilə, onunla və qonşularla daim mübahisələr yaşamış, hər hansı bir əsas olmadan şər böhtan xarakterli ittihamlar irəli sürmüşdür. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə xəbəri olmuşdur ki, İlhamə DİN-in 102 zəng xidməti ilə əlaqə saxlayaraq onun tərəfindən bıçaqlanaraq, xəsarət alması ilə bağlı şikayət eləmişdir. Bu isə tamamilə şər və böhtandır, belə ki, o, xx.xx.2021-ci il tarixdə nə İlhaməni, nə də anası Naxışı görməmiş, səhər saat 07:37-də evdən işə getmək üçün çıxmış və onları görmədən işə getmişdir. İlhamə və anası Naxış daimi olaraq ona şər böhtan atmaları və onu DİO-dan xaric etdirməklə hədələmələri ilə əlaqədar o, evdən çıxmamışdan öncə atası evdən çıxaraq İlhaməgilin məhəllədə olub-olmamalarına baxmış, bundan sonra onların orda olmadığını gördükdən sonra o, evdən çıxaraq işə getmək üçün hərəkət etmişdir. Buna baxmayaraq o, biraz aralandıqdan sonra atası ona onların evlərindən çıxıb arxasınca gəlmək istəmələrini, lakin gecikdiklərini gördükləri üçün geri döndüklərini bildirmişdir. O, həmin gün İlhaməgili evdən çıxarkən görməmiş, yalnız küçəni dönən zaman digər qonşuları Şahid3 anası ilə birgə görmüş, onlarla avtomobili saxlamadan salamlaşmış, daha sonra yoluna davam etmişdir. O, evdən çıxarkən onların idman günü olduğundan əynində idman forması hesab olunan göy idman şalvarı və arxası “polis” yazılı qara futbolka olmuşdur. O, işə gedərkən Mercedes E-220 markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil şəxsi idarə etməsində olmuşdur. O, evdən çıxdığı zaman nə İlhaməni, nə də anası Naxışı həyətdə görməmiş, qonşularından yalnız Şahid3 anası ilə birgə həyətin sonunda oturan vəziyyətdə görmüş və onlarla maşını saxlamamış salamlaşmış, daha sonra yoluna davam etmişdir. Təqsirləndirilən şəxs və anası Naxış yalnız onunla deyil digər qonşularla da mübahisə yaşayaraq ona qarşı əsassız ittihamlar irəli sürmüş və onlara şər və böhtan atmaqdan çəkinməmişlər. Bundan öncə də sonuncu dəfə 16 iyul 2021-ci il tarixində onun barəsində DİN-in 102 zəng xidmətinə zəng edərək onun İlhaməni döyməyi ilə bağlı şikayət etmişlər. İlhamə və anası Naxışın onlara şər atmaqda əsas məqsədləri onları ləkələmək və ən əsas da onu işlədiyi DİO-larından xaric etmək olmuşdur. Buna görə də təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid4 göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2021-ci il tarixində səhər saat 07:30 radələrində qızı İlhamə həyəti təmizləmək üçün evdən çıxmışdır. Adətən səhərlər İlhamə evdən çıxanda o da İlhamənin yanında olur, lakin həmin səhər İlhamə evdən çıxanda onun evdə işləri olduğundan İlhamə ilə birgə sahəyə çıxa bilməmişdir. İlhamə evdən çıxdıqdan təxmini olaraq 5-10 dəqiqə sonra onun qışqırdığını və kimləsə mübahisə etdiyini eşitdiyindən evdən çıxmış, bu zaman qızı Leyla da onun ardınca çıxdı və onlar İlhamənin yolun o biri başında ayaq üstə dayandığını və qışqıraraq ağladığını görmüşlər. Bundan sonra o, qaçaraq İlhamənin yanına yaxınlaşmış və yanına çatdıqdan sonra ondan nə olduğunu soruşmuşdur. İlhamə də ona Əli tərəfindən bıçaqlandığını, daha sonra Əlinin atası Fəxrəddinin araya girərək onları ayırdığını bildirmişdir. Bundan sonra o, İlhaməyə yardım edərək onu evə aparmış və orada onlar TTYX-nə zəng etdilər, lakin əlaqə saxlamaq mümkün olmadığından FHN-in qaynar xətti ilə əlaqə saxlamışlar. İlhamənin qışqırıqlarını və kiminləsə mübahisə etdiyini eşitdiyindən evdən çıxmışdır. İlhaməni gördüyü zaman İlhamə tək olmuş və yolun ortasında ayaq üstə dayanmışdı. İlhamə ona 2 yerindən bıçaqlandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 15 il bundan əvvəl Şahid4 ailəsi ilə birlikdə onların qonşuluqlarına köçmüş, Şahid4 oraya köçdükləri vaxtdan demək olar ki, bütün qonşularla mübahisə etməyə, əsassız olaraq qonşulardan hüquq-mühafizə orqanlarına şikayət etmiş, oğlu Zərərçəkmiş şəxs Daxili İşlər Orqanlarında işləməyindən istifadə edərək hər fürsətlə oğlunun işdən çıxarılmasına nail olmağa çalışmış, buna görə də oğlu Zərərçəkmiş şəxs Şahid4 və qızı Təqsirləndirilən şəxs şər böhtanlarından bezərək 2021-ci ilin iyun ayının axırlarından Bakı şəhərinə köçərək orada yaşamağa başlamışdır. xx.xx.2021-ci il tarixdə oğlu Əli valideynlərini çoxdandır görmədiyi üçün, həm də həmin tarixdə xəstəxanada ürəyin kardioqramasını çəkdirdiyindən və yoldaşı Mülayim Hilalbəyli həkim işlədiyindən, həmin kardioqramanı yoxlatdırmaq üçün onların evinə gəlmiş, axşam artıq gec olduğundan onların evində qalaraq, sabah işə oradan getmək qərarına gəlmiş, xx.xx.2021-ci il tarixində saat 07:40 radələrində Əli işə getmək üçün evdən çıxmağa hazırlaşdığı zaman o, Əlidən öncə həm Təqsirləndirilən şəxs və anası Şahid4 orada olub-olmamasına baxmaq üçün, həm də çörək almaq üçün evdən çıxmış, lakin mağazanın bağlı olduğunu gördüyü üçün geri qayıtmaq qərarına gəlmiş, bu zaman Əli avtomobili ilə evdən çıxaraq işə getmişdir. Əli təxminən 100-200 metr uzaqlaşdıqdan sonra, o da geriyə evə qayıtmış, evə çatan zaman döngədə Təqsirləndirilən şəxs görmüş, İlhamə də onu görüb arxaya çevrilərək anası Şahid4 qışqırıb “ay ana, yoxdur” deyərək yol istiqamətində hərəkət eləmiş, o, evə gəlib, həyətdə quraşdırdığı müşahidə kamerasından Təqsirləndirilən şəxs nə etmək istədiyinə baxmış, kameralara baxan zaman Şahid4 digər qızı Leylanın qucağında uşaq ilə yolu keçdiyini, təxmini olaraq 1 dəqiqə sonra da anası Naxış, ortada sonuncunun arxasında gizlənmiş halda İlhamə və bacısının evə qayıtdığını görmüşdür. Oğlu Zərərçəkmiş şəxs evdən çıxarkən əynində göy idman şalvarı və arxası "polis” yazılı qara rəngli qısaqol futbolka olmuş, xx.xx.2021-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs münaqişə etməmiş, həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə bıçaq çəkməmiş, Təqsirləndirilən şəxs və anası Naxış yalnız onunla deyil digər qonşularla da mübahisə yaşayaraq onlara qarşı əsassız ittihamlar irəli sürmüş, şər və böhtan atmaqdan çəkinməmiş, bundan öncə də sonuncu dəfə 16 iyul 2021-ci il tarixində oğlu Əli barəsində DİN-in 102 zəng xidmətinə zəng edərək Əlinin İlhaməni döyməyi ilə bağlı şikayət etmiş, İlhamə və anası Naxışın onlara şər ataraq onları ləkələmək və ən əsas da oğlu Zərərçəkmiş şəxs işlədiyi DİO-dan xaric olunmasına nail olmaq istəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 1991ci il tarixdən Stansiya Sumqayıt qəsəbəsində Zərərçəkmiş şəxs və Şahid1 ilə qonşuluqda yaşayır. Təxminən 15 il bundan əvvəl Şahid4 da onların qonşuluğunda yaşamağa başlamış, Şahid4 oraya köçdükləri vaxtdan demək olar ki, bütün qonşularla mübahisə etməyə başlamış, əsassız olaraq qonşulardan hüquq-mühafizə orqanlarına şikayət etmişdir. O, oğlu Elxan ilə birlikdə xx.xx.2021-ci il tarixində saat 07:35 radələrində evdən çıxaraq Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində yerləşən marketə həyətində saxladığı mal-qaradan əldə etdiyi südü aparmaq üçün avtobus gözlədiyi zaman, ilk öncə Əlinin atası Fəxrəddinin daha sonra isə Əlinin evdən çıxdığını görmüş, Əli də maşın ilə hərəkətdə olan zaman onların yanından keçərək pəncərəni açıb ona və oğlu Elxana salam vermiş, lakin maşını saxlamadan yoluna davam etmiş, bundan sonra o, yolun digər tərəfində İlhamənin anası ilə birgə yolu gözətlədiyinin, daha sonra isə İlhamənin anası ilə birgə gəldiyinin və geriyə qayıtdığının şahidi olmuş, təxminən 10 dəqiqə sonra avtobus gəldikdən sonra o, avtobusa minərək getmiş, həmin zaman orada Əli ilə İlhamənin münaqişə yaşadığını, ümumiyyətlə onların həmin zaman qarşılaşdığını görməmişdir. O, Zərərçəkmiş şəxs görən zaman Əlinin əynində qara rəngli, arxasında polis yazısı olan qısaqol idman köynəyi olmuş, xx.xx.2021-ci il tarixində saat 07:35 radələrində Zərərçəkmiş şəxs avtomobillə yanından keçərək ona salam vermiş, Təqsirləndirilən şəxsyla heç bir mübahisə etməmiş, İlhamənin üzərinə bıçaq çəkməmiş, Zərərçəkmiş şəxs onun yanından keçdikdən sonra o, təxminən 10-12 dəqiqə orada avtobus gözləmiş və bu ərəfədə Zərərçəkmiş şəxs geri qayıtmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, CD disk «HP» markalı kompyuterdə açıldı və müəyyən edildi ki, diskdə 7 ədəd fayl var. 1)“V1D_2O21O8O2_132145" adlı fayl 468816kb olmaqla 5 dəqiqə 27 saniyə, 2)“VİD_20210802_ 132721” adlı fayl 475358kb olmaqla 4 dəqiqə 57 saniyə, 3)”VİD_20210802_l 35000” adlı fayl 617905kb olmaqla 5 dəqiqə 42 saniyə, 4)“VİD_20210802_135106” adlı fayl 46567kb olmaqla 22 saniyə, 5)“VİD_20210802_l 35542” adlı fayl 479772 kb olmaqda 03 dəqiqə 56 saniyə, 6)“VİD_20210802_142425” adlı fayl 173165 kb olmaqla 1 dəqiqə 48 saniyə, 7)“VİD_20210802_142536” adlı fayl 29505 kb olmaqla 17 saniyə davam edir. Həmin video yazılardan birincisində xx.xx.2021-ci i! tarixində səhər saat 07:37:01 saniyəsində Şahid1 evdən piyada şəkildə çıxdığı onun ardınca isə saat 07:37:16 saniyəsində Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes-Benz markalı 99-HA 0768 dövlət nömrə nişanlı avtomobilin evdən çıxaraq yolun sol istiqamətinə doğru hərəkət etdiyi, daha sonra saat 07:38:16 saniyəsində Şahid1 evə doğru hərəkət etməsi, həmin ərəfədə Təqsirləndirilən şəxs yolda tək hərəkət etdiyi və 07:38:21 saniyəsində geriyə dönərək baxması daha sonra öz yoluna davam etməsi, 07:38:30 saniyəsində Şahid1 evə girməsi, 07:39:20 saniyəsində Şahid4 Təqsirləndirilən şəxs getdiyi istiqamətdə asta addımlarla hərəkət etməsi, 07:40:40 saniyəsində Şahid4 digər qızı olan Leylanın asta addımlarla qucağında uşağı ilə birgə Təqsirləndirilən şəxs olduğu istiqamətə hərəkət etdiyi, 07:41:20 saniyəsində sağda Şahid4, ortada Təqsirləndirilən şəxs sol əli ilə göbək hissəsini bağlamış formada və solda bacısı Leylanın qucağında uşağı ilə birgə evlərinə doğru hərəkət etdiyi müşahidə olunur. 2 nömrəsi ilə qeyd olunmuş videoyazıda 07:37:29 saniyəsində Təqsirləndirilən şəxs evdən çıxdığı, 07:38:08 saniyəsində geriyə dönərək baxması və daha sonra yoluna davam etməsi və yenidən 07:38:21 saniyəsində geriyə dönərək baxması daha sonra isə yoluna davam etməsi, 07:38:45 saniyəsində Şahid4 evdən çıxaraq Təqsirləndirilən şəxs hərəkət etdiyi istiqamətdə asta addımlarla getməsi, 07:39:50 saniyəsində Təqsirləndirilən şəxs bacısı Leylanın evdən çıxaraq eyni istiqamətdə qucağında uşaq ilə asta addımlarla hərəkət etməsi, 07:41:40 saniyəsində Şahid4 sağda, Təqsirləndirilən şəxs ortada əli ilə göbəyini bağlamış formada və solda bacısı Leyla solda olmaqla evə doğru hərəkət etmələri müşahidə olunur. 3 nömrəsi ilə qeyd olunmuş videoyazıda texniki səbəblərdən saat 1 saat 15 dəqiqə geridə qalmışdır, bu səbəbdən də digər video yazılarda göstərilən saatla uyğunlaşmamaqdadır. Həmin videoyazıya əsasən saat 06:21:59 saniyəsində Zərərçəkmiş şəxs idarəsində olan Mercedes markalı maşının yola çıxaraq hərəkət etdiyi və avtomobili saxlamadan hərəkət etdiyi, daha sonra Şahid1 geriyə dönərək evinə qayıtması, 06:23:30 saniyəsində Təqsirləndirilən şəxs yola çıxaraq ətrafı müşahidə etməsi, bundan sonra 06:24 radələrində Şahid4 həmin yerə gələrək onunla birgə ətrafı müşahidə etməsi və ikisinin birgə geriyə qayıtması müşahidə olunur. 4 nömrəsi ilə qeyd olunmuş videoyazıda hadisə üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir görüntüyə rast gəlinmədi. 5 nömrəsi ilə qeyd olunmuş videoyazıda 06:21:59 saniyəsində Zərərçəkmiş şəxs idarəsində olan avtomobilin yola çıxaraq maşını saxlamadan hərəkət etməsi, 06:23:30 saniyəsində Təqsirləndirilən şəxs yola çıxaraq ətrafı müşahidə etməsi müşahidə olunur. 6 nömrəsi ilə qeyd olunmuş video yazıda xx.xx.2021-ci il tarixində saat 06:35:08 saniyəsində Zərərçəkmiş şəxs idarəsində olan avtomobilin dayanmadan hərəkət etməsi müşahidə olunur. 7 nömrəsi ilə qeyd olunmuş videoyazıda xx.xx.2021-ci il tarixdə saat 06:35:08 saniyəsində Zərərçəkmiş şəxs idarəsində olan avtomobilin dayanmadan hərəkət etməsi müşahidə olunur. Diskdə iş üçün əhəmiyyət kəsb edən başqa hal aşkar olunmamışdır. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olunmuş və göstərilənlər öz təsdiqini tapmışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi məlumata əsasən onun xəsarət aldığı yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs xəsarət aldığı yer evindən təxminən 20-25 metr aralıda yerləşir. Ərazi məhlələrarası küçədir, hər iki ətrafda fərdi tikili evlər yerləşir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 992 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:döş qəfəsi nahiyyəsinin və qarın nahiyyəsinin kəsilmiş yaraları. Qeyd olunan xəsarət iti kənarlı əşyanın təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan azəl olmaqla qərarda göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Təqsirləndirilən şəxs həm özü tərəfindən, həm də kənra şəxs tərəfindən yetirilə bilərdilər. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xx.xx.2020-ci ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cümaddəsinə əsasən icraata xitam verilmişdir. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Bundan başqa, o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilərək təyin edilmiş cəza “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisi qərarının 5-ci maddəsi tətbiq edilərək cəzası müddətinə azaldılmaqla üzərində 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilmdən saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsindən CM-nin 296.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 arasında üzləşdirmə keçirilərkən sonuncular ifadələrində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxsnm üzünə qarşı da bildirmişlər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-65/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət rədd edilmiş, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 6(105)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-65/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 296.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş 02 avqust 2021-ci il tarixli elektron məlumat daşıyıcısına və şəkillərə baxış keçirilməsi haqqında protokoluna əlavə edilmiş CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 21-2/3-127779 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-91/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixə çəkilməmiş cəzası 04 ay 06 gün təşkil edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və onun yaxın qohumları olan (anası və bacısı) şahidlər Şahid4, Şahid5 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadələr verilməsi Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalması, zərərçəkmiş şəxsin məsuliyyətə cəlb olunub cəzalandırılması məqsədi daşıyır. Çünki onların göstərdikləri hallar həm istintaq zamanı, həm də məhkəmədə tam, obyektiv və hərtərəfli araşdırılmış, təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs ona isnad edilən əməli ittihamda göstərilən qaydada törətməsi isə qanuni yolla əldə edilmiş, mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq edilir. İş materiallarındakı və elektron məhkəmə sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs və onun yaxın qohumları olan (anası və bacısı) Şahid4 və Şahid5 Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin qarşılıqlı iştirak etdikləri çoxsaylı inzibati xəta, cinayət, xüsusi ittiham qaydasında şikayətə dair işlər olmuşdur və hələ də davam edir. Məhkəmə göstərilənləri, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CMnin 296.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən hal müəyyən edilməmişdir. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-91/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə toplanılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Ona görə və Təqsirləndirilən şəxs üzərində hazırda elektron nəzarət vasitəsi olması nəzərə alınmaqla cəzanın əvvəli 01 iyun 2023-cü ildən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut 02 avqust 2021-ci il tarixli elektron məlumat daşıyıcısına və şəkillərə baxış keçirilməsi haqqında protokoluna əlavə edilmiş CD disk iş materiallarında saxlanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş, 25 (iyirmi beş) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. İş ürə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan çəkilmiş 11 ay 24 gün müddəti təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxsnun üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 21:30-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsindəki fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 150 (bir yüz əlli) manat pul Müdafiəçi2 vəkil işlədiyi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut 02 avqust 2021-ci il tarixli elektron məlumat daşıyıcısına və şəkillərə baxış keçirilməsi haqqında protokoluna əlavə edilmiş CD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-200/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-200/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver