Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-201/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 01 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində ictimai yer olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, Yusif MTK, 27A saylı binanın həyətində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əvvəllər qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs2 onun iradəsinə zidd olaraq avtomobilə əyləşdirərək özü ilə aparmaq istəmiş, Zərərçəkmiş şəxs2 etiraz edərək onunla getmək istəmədiyindən, qolundan tutaraq zorla avtomobilə əyləşdirmək istədikdə Zərərçəkmiş şəxs2 anası müdaxilə etmiş, bu vaxt avtomobilinə əyləşərək oradan silah qismində istifadə etdiyi bıçağı götürüb Zərərçəkmiş şəxs1 öldürəcəyi ilə hədələyərək bıçaqla onu vurmağa cəhd etmiş, hadisə yerinə gələn Şahid1, digərləri ilə bərabər onun qolundan tutub Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsinə imkan verməmiş sonra o, Zərərçəkmiş şəxs2 saçından tutub sürüyərək ona sağ dirsək oynağında qançırla nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, əli ilə Zərərçəkmiş şəxs1 sağ bazu nahiyəsinə və yumruqla sifətinə bir dəfə zərbə vuraraq ona sağ bazunun körpücükaltı nahiyəni tutan və bazu oynağında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, sağ yanağın qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs2 təxminən 5 ildir ki tanıyır, onunla təxminən 2018-ci ilin yay aylarından başlayaraq qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs2 ilə münasibətləri dövründə dəfələrlə ayrılıb-barışmışlar. Sonuncu dəfə 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 Türkiyəyə getmiş, o, Türkiyədə olarkən bir-biriləri ilə telefon əlaqəsi saxlamışlar. Təxminən 2 ay sonra isə yenidən ayrılmışlar. 2020-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs2 Türkiyədən qayıtdığını öyrənmişdir. Təxminən 1 il bundan qabaq Zərərçəkmiş şəxs2 borca verdiyi 3000 manat pulu ondan almaq üçün 01.09.2020-ci il tarixdə saat 19-20 radələrində Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi saxlayıb onunla görüşməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmış və anasının da evdə olduğunu, yaşadığı məhəlləyə gəlməməyini, onu evlərindən təxminən 300-400 metr kənarda olan “Heydər Park”da gözləməyini bildirmiş, lakin buna baxmayaraq idarə etdiyi Vaz 21010 markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, Yusif MTK, 27A saylı binanın qarşısına gedərək avtomobili saxlamışdır. Bu zaman binanın qarşısında dayanmış digər maşından Ceyranın anası Zərərçəkmiş şəxs1 düşərək onun yanına gəlib nə üçün yaşadıqları binanın qarşısına gəldiyini soruşmuş, o, Zərərçəkmiş şəxs2 ilə görüşüb söhbət etmək istədiyini bildirdikdə Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq söyüşlər söyərək çıxıb getməyini bildirmişdir. Sonra Ceyran binadan çıxdıqda onu görüb avtomobildən düşüb Zərərçəkmiş şəxs2 avtomobilə əyləşməsini bildirmişdir. Həmin vaxt isə Zərərçəkmiş şəxs1 onun sinəsindən itələyib çıxıb getməyini bildirmişdir. Zərərçəkmiş şəxs2 avtomobilə minmədiyi üçün onun qolundan tutub avtomobilin arxa sol oturacağına otuzdurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 onun avtomobilin qapısını bağlamağına mane olduğu və Zərərçəkmiş şəxs2 avtomobildən düşürmək istədiyi üçün Zərərçəkmiş şəxs1 saçından tutub yolmuş, qollarından tutub dartmış, Zərərçəkmiş şəxs2 da avtomobildən düşmüşdür. Zərərçəkmiş şəxs1 ona mane olduğuna görə əsəbləşib onu qorxutmaq üçün avtomobildə olan dırnaqtutanı götürüb Zenfiranın üzərinə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 vurmamış, onu qorxutmaq istəmişdir ki, Zərərçəkmiş şəxs2 onunla getməsinə mane olmasın. Sonradan dırnaq tutanı kimsə onun əlindən almış və ona qaytarmamışdır. Həmin dırnaqtutanın harada olmasını bilmədiyi üçün polisə təqdim edə bilməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs2 halsızlaşaraq yerə yıxılmış, o, Zərərçəkmiş şəxs2 ayağa qaldırmaq istəmiş, lakin Zərərçəkmiş şəxs1 və hadisə yerinə gələn tanımadığı şəxslər ona imkan verməmişlər. Buna görə də əsəbləşib yumruqla Zərərçəkmiş şəxs1 sifətindən bir zərbə vurmuşdur. Sonra ora təxminən 10 nəfər tanımadığı şəxslər də gələrək onları aralaşdırmağa çalışmışlar. Lakin, o həmin şəxslərin əhatəsindən çıxıb Zərərçəkmiş şəxs2 biləyindən tutaraq qaça-qaça binanın qarşısında olan qarajlara tərəf aparmışdır. Sonra tanımadığı şəxs Zərərçəkmiş şəxs2 onun əlindən alıb harasa aparmış, o isə yenidən binanın qarşısına qayıdıb avtomobilinə əyləşib çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs1 saçını yolmuş, yumruqla sifətindən vurmuş, qollarından tutub dartmış, başını avtomobilin qapısına çırpmamışdır. Həmin ünvana getməkdə məqsədi Zərərçəkmiş şəxs2 ilə söhbət etmək, eləcə də ona verdiyi 3000 manat borc pulu geri istəmək olmuşdur. Baş vermiş mübahisəni Zərərçəkmiş şəxs1 başlatmışdır. O, Zərərçəkmiş şəxs1 ilə dava-dalaş etmək fikrində olmamışdır. O, binanın həyətində idarə etdiyi avtomobildə əyləşib Zərərçəkmiş şəxs2 gəlməsini gözləyərkən Zərərçəkmiş şəxs1 onun yanına gəlib çıxıb getməyini bildirmiş, ünvanına nalayiq söyüşlər söymüş, onu itələmiş və Zərərçəkmiş şəxs2 onunla getməsinə mane olmuşdur. Buna görə də əsəbiləşib Zərərçəkmiş şəxs1 vurub ona bədən xəsarəti yetirmişdir. O, hadisə yerinə tək getmiş, Zərərçəkmiş şəxs1 ilə aralarında olan dava-dalaşdan sonra hadisə yerinə təxminən 10-15 nəfər tanımadığı şəxslər yığışmışdır. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. O, 01.09.2020-ci il tarixdə Zenfiragilin yaşadığı binanın qarşına getdiyindən bir neçə gün öncə həmin binanın qarşısına tanışı Nigar Əsgərova ilə getmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 verdiyi 3000 manat borc pulu Nigar Əsgərovadan alıb vermişdir. Nigar Əsgərovanı da özü ilə aparmışdır ki, Zərərçəkmiş şəxs2 pula ehtiyacının olduğunu bildirsin. Zərərçəkmiş şəxs2 da pulu qaytarsın. Lakin həmin gün Ceyran onunla görüşməmişdir. 01.09.2020-ci il tarixdə isə Nigar Əsgərova onun yanında olmamışdır. O, 3-cü polis bölməsinə izahat verərkən Zenfira və Zərərçəkmiş şəxs2ları vurmağını, eləcə də dırnaqtutan çıxarıb Zərərçəkmiş şəxs1 qorxutmağını etiraf etməmişdir. Bunu təsdiq etmək üçün yalandan yanında Nigar Əsgərovanın olduğunu bildirmişdir. Hadisə zamanı dırnaqtutanı kimsə onun əlindən almış, hazırda dırnaqtutanın harada olmasını bilmir. O, dırnaqtutanla Zenfira və Zərərçəkmiş şəxs2lara bədən xəsarəti yetirməmiş, eləcə onlara bədən xəsarəti yetirmək məqsədi olmamış, həmçinin Zərərçəkmiş şəxs1 öldürməklə hədələməmişdir. O, Zərərçəkmiş şəxs2 məcbur aparmaq istəməmiş, Zərərçəkmiş şəxs2 özü onunla telefonla danışarkən onunla görüşməyə razı olmuşdur. O, Ceyran Novruzovanın saçından tutub yolmuş, qollarından tutub sıxmış, saçından tutub sürüməmişdir. Zərərçəkmiş şəxs2 sağ dirsək oynağında olan xəsarəti ürəyi gedib yıxılarkən almışdır. Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi düzgündür. Belə ki, şahid qismində ifadə verərkən əlində bıçaq olduğunu, Zərərçəkmiş şəxs1 başını avtomobilin qapısına vurduğunu və Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarəti onun yetirdiyini bildirməyinə səbəb o olmuşdur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrinə uyğun ifadə versin. Çünki o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmaq istəmişdir. Hadisədən sonra işin istintaqı getdiyi dövrdə 2ci Qarabağ müharibəsi başladığından könüllü olaraq döyüş bölgəsinə getmiş, Fizuli rayonu və Laçin rayonunun Güləbird kəndi istiqamətlərində düşmənə qarşı gedən döyüşlərdə iştirak etmişdir. Müharibə bitəndən sonra tərxis olunaraq Sumqayıta qayıtmışdır. Hazırda müharibədə iştirak etməsi barədə ona müharibə veteranı vəsiqəsi verilməsi ilə bağlı sənədləri Müdafiə Nazirliyinə göndərilib. 2-ci Qarabağ müharibəsində iştirak etməsi ilə bağlı hərbi biletində qeydlər vardır. Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını və Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə hadisədən 4 il əvvəl tanış olmuş, bir-birilərini sevmiş və həmin vaxt evlənmək qərarına gəlmişlər. O və Təqsirləndirilən şəxs valideynləri buna razı olmadıqları üçün 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məcburən qaçırmışdır. Bununla bağlı şikayət etdiyi üçün 1-ci Polis Bölməsində araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə ailə həyatı quracaqlarını vəd verdiyi üçün Zərərçəkmiş şəxs2 1-ci PB-də ərizə yazaraq Təqsirləndirilən şəxslə öz razılığı ilə qoşulub qaçdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan sonra bir ay müddətində münasibət saxlamasalar da sonradan onun da razılığı ilə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 birlikdə kirayə ev tutaraq yaşamağa başlamış və dini nikah bağlamışlar. Rəsmi nikaha daxil olmaq üçün ərizə versələr də nikah günü Təqsirləndirilən şəxs evlənməkdən boyun qaçırmışdır. Buna görə də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ayrılmış və 2019-cu ilin yay aylarında Zərərçəkmiş şəxs2 Türkiyədə işləyən atasının yanına getmişdir. Zərərçəkmiş şəxs2 orada olarkən Təqsirləndirilən şəxslə telefonla danışıb yenidən barışmışlar və Təqsirləndirilən şəxs də Türkiyəyə getmişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 təxminən 1 ay müddətində Türkiyədə yaşamış, 2019-cu ilin sentyabr ayının sonlarında birlikdə Azərbaycana qayıtmışlar. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 arasında çoxlu mübahisələr olduğuna görə Zərərçəkmiş şəxs2 yenidən Təqsirləndirilən şəxs ayrılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 narahat etməyə başlamışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bu cür hərəkətlərindən bezdiyi üçün 2020-ci ilin yanvar ayının 15-də yenidən Türkiyəyə getmiş, 12.08.2020-ci il tarixdə Türkiyədən qayıdıb gəlmişdir. 01.09.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 bacısı qızı Röya İsrafilova ilə Sumqayıt şəhər 12-ci mikrorayonda görüşmək üçün, o isə işə getmək üçün birlikdə həyətə düşmüşlər. Onunla birlikdə işləyən və onu avtomobili ilə işə aparıb-gətirən Şahid1 binanın qarşısında olmuşdur. O, avtomobilə əyləşmiş, telefonu evdə qaldığı üçün Zərərçəkmiş şəxs2 telefonu götürmək üçün mənzillərinə geri qayıtmışdır. Həmin vaxt binanın həyətinə qara rəngli avtomobil gəlmiş, o, sürücünün Təqsirləndirilən şəxs olduğunu görüb avtomobildən düşüb Təqsirləndirilən şəxs yanına gedərək nə üçün gəldiyini soruşmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aparmaq üçün gəldiyini bildirdikdə ona çıxıb getməsini bildirmişdir. Sonra qızı Zərərçəkmiş şəxs2 binadan çıxdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 görüb avtomobildən düşmüş və Zərərçəkmiş şəxs2 üstünə qışqıraraq avtomobilə əyləşməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs getməsini bildirərək sinəsindən itələmiş, Təqsirləndirilən şəxs isə təkidlə Zərərçəkmiş şəxs2 avtomobilə əyləşməsini bildirib qolundan tutub sıxaraq avtomobilə əyləşdirmək istəmişdir. O, Təqsirləndirilən şəxs itələyərək Zərərçəkmiş şəxs2 əl çəkməsini bildirsə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qolunu sıxmağa davam edərək onu zorla avtomobilin arxa sol oturacağına otuzdurmuşdur. O, Təqsirləndirilən şəxs avtomobilin qapısını bağlamasına mane olduğu və Zərərçəkmiş şəxs2 avtomobildən düşürmək istədiyi üçün Təqsirləndirilən şəxs onun saçından tutub yolmuş, qollarından tutub dartmış, başını avtomobilin qapısına çırpmış, Zərərçəkmiş şəxs2 da avtomobildən düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilə qaçıb bıçaq götürdüyü üçün Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs yanından 1-2 metr kənarlaşmışlar. Təqsirləndirilən şəxs avtomobildən düşüb əlində bıçaqla onun üzərinə gəlmişdir. Orada olan şəxslər Təqsirləndirilən şəxs mane olmuşlar. Sonradan bıçağı Təqsirləndirilən şəxs əlində görməmişdir. Həmin vaxt orada olan şəxslər bıçağı Təqsirləndirilən şəxs əlindən almışlar. Qızı Ceyran zəif olduğundan halsızlaşaraq yerə yıxılmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dartıb ayağa qaldırmaq istəmiş, o və orada olan tanımadığı şəxslər Təqsirləndirilən şəxs imkan verməmişlər. Təqsirləndirilən şəxs yumruqla onun sifətindən bir zərbə vurmuş, sonra ora təxminən 10- 15 nəfər tanımadığı şəxslər də gələrək Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs həmin şəxslərin əhatəsindən çıxıb Zərərçəkmiş şəxs2 biləyindən tutaraq qaça-qaça binanın qarşısında olan qarajlara tərəf aparmış, o da onların dalınca qaçmış, ancaq qarajların arasına girdikləri üçün çata bilməmişdir. Bir qədər sonra tanımadığı bir oğlan Ceyranı gətirib onlara mağazaya girib gizlənməklərini bildirdiyi üçün mağazaya girmişlər. Təqsirləndirilən şəxs isa hara getdiyini bilməmişdir. Hadisənin əvvəlindən axırına kimi Cavid ucadan onun və Zərərçəkmiş şəxs2 ünvanına, eləcə də ünvansız olaraq nalayiq söyüşlər söymüşdür. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 saçını yolmuş, qollarından tutub sıxmış, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş sağ dirsək oynağında olan xəsarəti isə həmin vaxt yetirmişdir. Hadisə zamanı Cavid onun saçından tutub yolmuş, əli ilə bədəninin müxtəlif nahiyələrinə və sifətinə vurmuşdur. Sağ bazunun körpücükaltı nahiyəni tutan və bazu oynağında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı xəsarətlərini Təqsirləndirilən şəxs əli ilə vurub yetirmiş, sağ yanağın qançırı xəsarətini isə yumruqla vurub yetirmişdir. Hadisə zamanı orada təxminən 15-20 nəfər olmuş, onlardan yalnız Şahid1 və binanın gözətçisini tanımışdır. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə vaxtı nə ona, nə də Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirilməmişdir. Baş vermiş mübahisəyə səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 özü ilə aparmaq istəməsi və onun və Zərərçəkmiş şəxs2 buna etiraz etməyi olmuşdur. Təqsirləndirilən şəxs onlara 3000 manat pul verməmiş, həmçinin, hadisə yerinə tək gəlmiş, avtomobilində kənar kimsə olmamışdır. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisədən 4 il əvvəl Təqsirləndirilən şəxs ilə tanış olmuş, bir-birilərini sevmişlər və həmin vaxt evlənmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs və onun valideynləri buna razı olmadığı üçün 2019-cu ilin iyun ayında Cavid onu qaçırmışdır. O ailə quracaqları üçün üçün 1-ci PB-də ərizə yazaraq Təqsirləndirilən şəxslə öz razılığı ilə qoşulub qaçdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan sonra bir ay müddətində münasibət saxlamasalar da sonradan anası Zərərçəkmiş şəxs1 da razılığı ilə Təqsirləndirilən şəxslə birlikdə kirayə ev tutaraq yaşamağa başlamışlar. Onlar dini nikah bağlamışlar. Rəsmi nikahdan Təqsirləndirilən şəxs boyun qaçırdığından ondan ayrılaraq 2019-cu ilin yay aylarında Türkiyədə işləyən atasının yanına getmişdir. Orada olarkən Təqsirləndirilən şəxslə telefonla danışıb yenidən barışmışlar və Təqsirləndirilən şəxs Türkiyəyə gəlmişdir. Onlar təxminən 1 ay müddətində Türkiyədə yaşamışlar. 2019-cu ilin sentyabr ayının sonlarında birlikdə Azərbaycana qayıtmışlar. Təqsirləndirilən şəxslə aralarında mübahisələr olduğuna görə yenidən ondan ayrılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onu narahat etməyə başlamışdır. O 2020-ci ilin yanvar ayının 15-də yenidən Türkiyəyə getmişdir. Türkiyədə olarkən Təqsirləndirilən şəxslə telefonla danışmışdır. 12.08.2020-ci il tarixdə Türkiyədən qayıdıb gəlmiş, bir neçə gün sonra Təqsirləndirilən şəxs ona mesaj yazaraq dostlarının onu gördüyünü bildirmiş, o Təqsirləndirilən şəxs yalandan Türkiyədə olduğuna inandırmaq istəsə də Təqsirləndirilən şəxs ona inanmamış və mütəmadi olaraq ona zəng edib mesaj yazaraq onunla barışmaq istədiyini, görüşüb söhbət etmək istədiyini bildirmişdir. 01.09.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən Cavid ona mesaj yazaraq məhlələrində olduğunu, çölə çıxıb onunla görüşməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs onun çıxıb getməsi üçün yalandan ona məhlələrindən getməsini, anası işə getdikdən sonra görüşəcəklərini bildirmişdir. Sonra saat 20 radələrində xalası qızı Röya İsrafilova ilə Sumqayıt şəhər 12-ci mikrorayonda görüşmək üçün, anası Zərərçəkmiş şəxs1 isə işə getmək üçün birlikdə həyətə düşmüşlər. Zərərçəkmiş şəxs1 ilə birlikdə işləyən və onu avtomobili işə aparıb-gətirən Şahid1 binanın qarşısında olmuşdur. Zərərçəkmiş şəxs1 avtomobilə əyləşmiş, Zenfiranın telefonu evdə qaldığı üçün telefonu götürmək üçün mənzillərinə geri qayıtmış, telefonu götürüb geri qayıtdıqda məhlədə qara rəngli avtomobil olduğunu, Zərərçəkmiş şəxs1 həmin avtomobilin sürücüsü ilə mübahisə etdiyini görmüş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu başa düşmüşdür. Cavid onu görən kimi avtomobilin sürücü oturacağından düşüb üstünə qışqıraraq avtomobilə əyləşməyini bildirmiş, o, Təqsirləndirilən şəxs getməsini bildirmiş, Zərərçəkmiş şəxs1 isə Cavidin sinəsindən itələyərək çıxıb getməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə təkidlə avtomobilə əyləşməyini bildirib onun qolundan tutub sıxaraq avtomobilə əyləşdirmək istəmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs itələyərək ondan əl çəkməsini bildirsə də Təqsirləndirilən şəxs qolunu sıxmağa davam edərək onu zorla avtomobilin arxa sol oturacağına otuzdurmuşdur. Həmin avtomobildə heç kim yox idi. Zərərçəkmiş şəxs1 Cavidin avtomobilin qapısını bağlamağına mane olduğu və onu avtomobildən düşürmək istədiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 saçından tutub yolmuş, qollarından tutub dartmış, başını avtomobilinin qapısına çırpmışdır. O isə avtomobildən düşmüşdür. Həmin vaxt Cavidin avtomobilə qaçıb bıçaq götürdüyünü görüb Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yanından 1-2 metr kənarlaşdırmışdır. Hadisə yerinə toplaşanlar Cavidin əlindən bıçağı gütürmüşlər. O sonradan bıçağı Təqsirləndirilən şəxs əlində görməmişdir. Həmin vaxt o güclü həyəcan keçirdiyi üçün halsızlaşaraq yerə yıxılmış, Təqsirləndirilən şəxs isə onu ayağa qaldırmaq istəmiş, tanımadığı şəxslər Cavidə imkan verməmişlər. O yerdə olarkən Cavid yumruqla anası Zərərçəkmiş şəxs1 sifətindən bir zərbə vurmuş, Sonra təxminən 10-15 nəfər tanımadığı şəxslər də gələrək Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışlar. Lakin Təqsirləndirilən şəxs həmin şəxslərin əhatəsindən çıxıb onun biləyindən tutaraq qaça-qaça binalarının qarşısında olan qarajlara tərəf aparmışdır. Arxadan gələn tanımadığı oğlan Təqsirləndirilən şəxs adı ilə çağıraraq onu buraxmasını bildirmişdir. Təqsirləndirilən şəxs qolunu buraxıb saçından tutub onu sürüyəsürüyə aparmışdır. O da qışıqırıb onu buraxmasını demişdir. Təqsirləndirilən şəxs qarajların arasında onu döyə-döyə apararkən tanımadığı oğlanlar onu Təqsirləndirilən şəxs əlindən almışlar. O da anası Zərərçəkmiş şəxs1 yanına gəlmişdir. Tanımadığı şəxslər Zərərçəkmiş şəxs1 ilə onu orada olan mağazaya aparmışlar. Təqsirləndirilən şəxs isa hara getdiyini bilməmişdir. Hadisənin əvvəlindən axırına kimi Təqsirləndirilən şəxs ucadan onun və anası Zərərçəkmiş şəxs1 ünvanına, eləcə də ünvansız olaraq nalayiq söyüşlər söymüşdür. Sağ dirsək oynağında olan xəsarəti Cavid onu sürüyərkən yetirmişdir. Hadisə zamanı Cavid anası Zenfiranın saçından tutub yolmuş, başını avtomobilin qapısına çırpmış, əli ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Hadisə zamanı orada təxminən 15-20 nəfər olmuş, onlardan yalnız Şahid1 və gözətçini tanımışdır. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə vaxtı Cavid nə anasına, nə də ona bıçaqla xəsarət yetirməmişdir. Mübahisəyə səbəb Təqsirləndirilən şəxs onu özü ilə aparmaq istəməsi və onun buna etiraz etməyi olmuşdur. Təqsirləndirilən şəxs ona 3000 manat pul verməmiş, həmçinin, hadisə yerinə tək gəlmiş, onu avtomobilinə əyləşdirdikdə avtomobildə heç kim olmamışdır. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun iş yoldaşıdır, işlədikləri “Gəmi” restoranının rəhbərliyinin tapşırığı ilə qadın işçiləri işə aparıb gətirirdi. 01.09.2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 işə aparmaq üçün idarə etdiyi avtomobillə onun yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, Yusif MTK, 27A saylı binanın həyətinə getmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs1 gəlib avtomobilə əyləşərək bir qədər gözləməyini, qızının onun telefonunu gətirəcəyini bildirmişdir. Onlar həyətdə avtomobilin içərisində gözləyərkən həyətə qara rəngli avtomobil gələrək yanlarında dayanmışdır. Sonra Zərərçəkmiş şəxs1 avtomobildən düşüb həmin avtomobilin sürücüsünün yanına gedərək ona çıxıb getməsini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs1 qızı Zərərçəkmiş şəxs2 binadan çıxdıqda qeyd etdiyi avtomobilin sürücüsü, adının sonradan Cavid olduğunu bildiyi şəxs Ceyranı görüb avtomobildən düşmüş və Ceyranın üstünə qışqıraraq avtomobilə əyləşməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs getməsini bildirərək sinəsindən itələmişdir. Təqsirləndirilən şəxs isə təkidlə Zərərçəkmiş şəxs2 avtomobilə əyləşməsini bildirib qolundan tutub sıxaraq avtomobilə əyləşdirmək istəmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs itələyərək Ceyrandan əl çəkməsini bildirsə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qolunu sıxmağa davam edərək onu zorla avtomobilin arxa sol oturacağına otuzdurmuşdur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs avtomobilin qapısını bağlamasına mane olduğu və Ceyranı avtomobildən düşürmək istədiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 saçından tutub yolmuş, qollarından tutub dartmış, başını avtomobilin qapısına çırpmış, Zərərçəkmiş şəxs2 da avtomobildən düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilə qaçıb bıçaq götürdüyü üçün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Cavidin yanından 1-2 metr kənarlaşmışdır. Orada olan şəxslər Təqsirləndirilən şəxs mane olduqlarına görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vura bilməmişdir. Sonradan bıçağı Cavidin əlində görməmişdir. Sonra Ceyran halsızlaşaraq yerə yıxılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dartıb ayağa qaldırmaq istəmiş, o, Zərərçəkmiş şəxs1 və orada olan tanımadığı şəxslər Cavidə imkan verməmişdir. Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs1 sifətindən bir zərbə vurmuş, sonra təxminən 10-15 nəfər tanımadığı şəxslər də hadisə yerinə gələrək Cavidi sakitləşdirməyə çalışmışlar. Lakin Təqsirləndirilən şəxs həmin şəxslərin əhatəsindən çıxıb Zərərçəkmiş şəxs2 biləyindən tutub qaça-qaça binanın qarşısında olan qarajlara tərəf aparmışdır. Zenfira və həyətə toplaşmış şəxslər onların arxasınca getmişdir. O, isə avtomobilin yanında qalmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs gəlib avtomobilinə minərək çıxıb getmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs ucadan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına, eləcə də ünvansız olaraq nalayiq söyüşlər söymüşdür. Hadisə vaxtı Cavid nə Zenfiraya, nə də Ceyrana bıçaqla xəsarət yetirməmişdir. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, 2018-ci ilin may ayının 1-dən Yusif- 214 MTK-da mühafizəçi işləyir. Yusif-214 MTK-nın hazırda yalnız 27A saylı binası vardır. Zərərçəkmiş şəxs1 tanıyır, Zenfira 27A saylı binanın sakinidir. 01.09.2020-ci il tarixdə saat 19-20 radələrində Yusif-214 MTK, 27A saylı binadan çölə çıxarkən binanın qarşısında qara rəngli avtomobil dayandığını, Zərərçəkmiş şəxs1 həmin avtomobilin sürücüsü ilə mübahisə etdiyini görmüşdür. O, binadan çıxarkən binadan onun yanından bir qız da çıxaraq Zərərçəkmiş şəxs1 yanına getmişdir. O, sonradan həmin qızın adının Ceyran olduğunu, onun Zenfiranın qızı olduğunu, avtomobil sürücüsünü adının isə Cavid olduğunu bilmişdir. Zərərçəkmiş şəxs2 binadan çıxdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 görən kimi avtomobilin sürücü oturacağından düşüb Zərərçəkmiş şəxs2 üstünə qışqıraraq avtomobilə əyləşməyini bildirmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs çıxıb getməsini bildirmiş, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs sinəsindən itələyərək çıxıb getməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə təkidlə Zərərçəkmiş şəxs2 avtomobilə əyləşməyini bildirib qolundan tutub sıxaraq avtomobilə əyləşdirmək istəmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs itələyərək Ceyrandan əl çəkməsini bildirsə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qolunu sıxmağa davam edərək onu zorla avtomobilin arxa sol oturacağına otuzdurmuşdur. Həmin avtomobildə heç kim olmamışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs mane olduğu üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 saçından tutub yolmuş, qollarından tutub dartmış, başını avtomobilinin qapısına çırpmış, Zərərçəkmiş şəxs2 isə avtomobildən düşmüşdür. Sonra hadisə yerinə təxminən 10-15 nəfər tanımadığı şəxslər yığılmışdır. Həmin şəxslərdən bir neçəsi Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, bu zaman Zərərçəkmiş şəxs2 yerə yıxılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzərinə gedərkən Zenfira ona mane olduğu üçün Cavid yumruqla Zenfiranın sifətindən bir zərbə vurmuşdur. Sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ayağa qaldırıb onu məcburi şəkildə qaça-qaça binanın həyətindən çıxartmış, təxminən 2-3 dəqiqə sonra Cavid yenidən tək geri qayıdıb avtomobilinə əyləşib çıxıb getmişdir. Hadisənin səbəbinin nə olduğunu bilməmiş, o binadan çıxarkən Zenfira ilə avtomobildə əyləşən Cavid artıq mübahisə etmişdir. Hadisə təxminən 5-7 dəqiqə davam etmişdir. Cavidin ucadan Zenfiranın ünvanına nalayiq söyüşlər söyməsinə və dava-dalaş yaratmasına görə hadisə yerinə təxminən 10-15 nəfər tanımadığı şəxslər gəlmişdir. Hadisə zamanı Cavidin əlində bıçaq görməmişdir. İş materiallarına əlavə olunmuş üzərində CD markalı 01 (bir) ədəd diskə məhkəmə iclas zalında komputer vasitəsi ilə baxış keçirilmiş və həmin diskdəki video görüntüdən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək qərəzli xuliqanlıq hərəkətləri etməsi açıq-aydın görsənmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 09.09.2020-ci il tarixli, 1035 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazunun körpecekaltı nahiyəni tutan və bazu oynağında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, sağ yanağın qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti 01.09.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03.09.2020-ci il tarixli, 1036 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarət aşkar edilmişdir: sağ dirsək oynağının qançırı. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti 01.09.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26.09.2020-ci il tarixli, 47/1035 saylı əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazunun körpücükaltı nahiyəni tutan və bazu oynağında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, sağ yanağın qançırı. Qeyd olunan xəsarətlərdən sağ bazunun körpücükaltı nahiyəni tutan və bazu oynağında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sağ yanağın qançırı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən 09.04.2021-ci il tarixdə verilmiş vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs 14.10.2013-06.04.2015, 01.10.2020-18.12.2020-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin 22 aprel 2021-ci il tarixli 927 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikası səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən 01.10.2020-ci il tarixdə səfərbərliyə cəlb olunmuş, 18.12.2020ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və ehtiyyata buraxılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərbi biletinə baxış keçirilmiş və hərbi biletdə Təqsirləndirilən şəxs N saylı hərbi hissənin tərkibində 23.10.2020-ci ildən 10.11.2020-ci ilədək Laçın rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, hadisənin baş verməsinə görə peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikası səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən 01.10.2020-ci il tarixdə səfərbərliyə cəlb olunaraq 18.12.2020-ci il tarixədək həqiqi hərbi xidmət keçməsini, N saylı hərbi hissənin tərkibində 23.10.2020-ci ildən 10.11.2020-ci ilədək Laçın rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilib, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi qanuni, ədalətli və şəxsiyyətinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 05.02.2021-ci il tarixli (iş № 1(060)-201/2021) qərarını icra edərək, 10.02.2021-ci il tarixli 97 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə vəzifə qoyulsun ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-201/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-201/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver