Məhkəmə qərarları › İş №1(060)-201/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-201/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-201/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.2000-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları massivində fərdi evdə yaşayan barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.2.1-ci maddələri və xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 talama məqsədi olmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, 22-ci məhəllə, 2 nömrəli yataqxananın qarışısında Zərərçəkmiş şəxs1 məxsus "VAZ-21063" markalı, **- DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs2 daxil olub avtomobilin sükanını sındırdıqdan sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin mühərrikini işə salaraq qanunsuz ələ keçirməklə qaçırıb idarə edərək Bakı-Qazax yolunun 4-cü kilometrliyində saxlayaraq oradan uzaqlaşmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 16 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən binanın qarşısına gələrək, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra hasarı aşıb keçmək yolu ilə həyətə daxil olaraq, orada olan yardımçı tikilidən 01 (bir) ədəd 250 (iki yüz əlli) manat dəyərində "Magmaweld Megastick 220" markalı qaynaq aparatını gizli yolla talayıb Zərərçəkmiş şəxs2 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə günorta saat 12 radələrində uşaqlıq dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə görüşmüş və Sumqayıt şəhər ərazisində gəzməyə başlamışdırlar. Sumqayıt şəhəri, 22 məhəllənin ərazisində həmin gün təxminən saat 14 radələrində keçdiyi zaman orada qapıları açıq vəziyyətdə olan “VAZ 2106” markalı, 50– DA-626 dövlət qeydiyyat nişanlı avtomaşını görmüşdür. Həmin avtomobili açıq olduğu üçün o, dostu Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, “gəl oturaq sürək sonra isə qaytararıq". Elvin onunla razılaşmış, avtomobilin qabaq qapısını açmış və içəri daxil olmuşdur. Avtomobilə daxil olduqdan sonra o, orada “rulun” altında keçən naqilləri birbirinə birləşdirmiş və avtomobilin mühərrikini işə salmışdır. Həmin vaxt Elvin avtomobilin sükanın qıfılını sındırmağa ona kömək etmişdir. Elvinlə birlikdə Sumqayıt şəhəri ərazisində həmin avtomobilə hər biri 4 manatdan olmaqla, ümumilikdə 8 manat məbləğində benzin vurmuşlar. Daha sonra onlar Bakı şəhəri istiqamətinə getmiş və orada olarkən müxtəlif yerlərdən keçmişlər, yolu yaxşı tanımadığı üçün avtomobili səhvən Lökbatan qəsəbəsinin ərazisindən Bakı-Qazax yoluna sürmüşdür. Həmin vaxt avtomobilin mühərrikində nasazlıq yaranmış və avtomobil yolda dayanmışdır. O avtomobilin qabaq mühərrik olan hissənin qapağını açmışdır . Təxminən 10 dəqiqə sonra tanımadığı “Mersedes-Benz” 190 minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil yanlarında saxlamışdır. Adını sonra bildiyi Şahid2 avtomobildən çıxmış və onlara köməklik etməyi təklif etmişdir. Şahid2 avtomobilə baxmış və onlara bildirmişdir ki, avtomobilin “starteri” nasazdır, ona görə də onu düzəltmək mümkün olmayacaqdır. Vüsal isə onlara usta gətirmək lazım olduğunu demişdir. Onlar isə pulları olmadığını, həmin avtomobili Bakı şəhərinə “Maşın bazarına” satmaq üçün apardıqlarını, lakin sata bilmədikləri üçün Saatlı rayonuna qayıtdıqlarını demişlər. Daha sonra onlar həmin avtomobili yaxınında olan transfarmatorun yanına, yolun qırağına itələmiş və orada saxlamışlar. O Elvinlə birlikdə həmin avtomobilin qabaq və arxa dövlət qeydiyyat nişanlarını çıxarmış və avtomobilin arxa saxlanc yerinə yerləşdirmişlər ki, birdən avtomobilin sahibi maşını axtarışa verər və polis əməkdaşları onu axtarmağa başlayarlar. Vüsal onları öz getdiyi yola kimi aparacağını demişdir. Onlar isə qalan yolu özləri yol maşını vasitəsi ilə Saatlı rayonuna çatacaqlarını demiş və sonra xalası oğlu Vüsal Əliyevin avtomobili ilə oradan qayıdanda yolüstü öz avtomobilini təmir edib oradan aparacaqlarını demişlər. Onlar yolda olarkən təxminən Sabirabad rayonu ərazisində olan YPX-nin stasionar postunda Şahid2 yolda qayda pozuntusu elədiyi üçün onları polis əməkdaşları saxlamış, Şahid2 postdakı otağa getmiş, Vüsalı bir müddət orada gözləmişlər, Vüsal gec gəldiyindən Elvinlə başqa yol maşınına minib Saatlı rayonuna getmişlər. Evə çatanda babası Ələmdar ona demişdir ki, Sumqayıt şəhər məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan cinayət işi ilə bağlı onu məhkəməyə çağırıblar. Ona görə də, onlar Elvinlə xalası oğlu Vüsal Əliyevin avtomobilində Sumqayıt şəhərinə geri qayıtmışlar. Daha sonra onu polis əməkdaşları Elvinlə birlikdə törətdiyi cinayət əməlinə görə polis bölməsinə dəvət etmişlər. Vüsalın yanında, həmin vaxt eşitdiyinə görə, onun qohumu Şahid1 da olmuşdur. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə gecə təxminən saat 01 radələrində oğurluq etmək üçün Sumqayıt şəhəri, Xəzər bağlar massivi ərazisində qonşuluqda yaşayan X3 yaşadığı evə hasardan aşma yolu ilə daxil olmuşdur. O hasardan keçən zaman həyətə daxil olmuş, orada quş damını görmüşdür. Həmin quş damının içərsində bir ədəd qaynaq aparatının olduğunu görmüşdür. Həmin qaynaq aparatını ordan gizli oğurlamış və gəldiyi yerdən həyəti tərk etmişdir. Daha sonra o qaynaq aparatını hissələrə sökərək tanımadığı şəxsə Sumqayıt şəhər ərazisində 30 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs2 ilə barışmışdır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə günorta saat 12 radələrində uşaqlıq dostu Təqsirləndirilən şəxs1 ilə görüşmüş və Sumqayıt şəhər ərazisində gəzməyə başlamışlar. Sumqayıt şəhəri, 22-ci məhəllənin ərazisində keçdiyi zaman, həmin gün təxminən saat 14 radələrində orada qapıları açıq vəziyyətdə olan “VAZ 2106” markalı, 50– DA-626 dövlət qeydiyyat nişanlı avtomaşını görmüşlər. Həmin avtomobil açıq olduğu üçün dostu Təqsirləndirilən şəxs1 ona təklif etmişdir ki, “gəl oturaq sürək, sonra isə qaytararıq”. Onunla razılaşmış və o, avtomobilin qabaq qapısını açmış Təyyarla içəri daxil olmuşlar. Avtomobildə Təqsirləndirilən şəxs1 rulun altından keçən naqilləri bir-birinə birləşdirmişdir və avtomobilin mühərrikini işə salmışdır. Təqsirləndirilən şəxs1 ilə birlikdə onlar Sumqayıt şəhəri ərazisində həmin avtomobilə hər biri 4 manatdan olmaqla, ümumilikdə 8 manatlıq benzin vurmuşlar. Bakı şəhəri istiqamətinə getmiş, müxtəlif yerlərdən keçmişlər. Təqsirləndirilən şəxs1 yolu yaxşı tanımadığı üçün səhvən Lökbatan qəsəbəsinin ərazisindən Bakı-Qazax yoluna çıxmış, orada avtomobili sürmüşdür. Həmin yolda avtomobilin mühərrikində nasazlıq yaranmış və avtomobil dayanmışdır. Təqsirləndirilən şəxs1 həmin vaxt həmin avtomobilin mühərrik olan yerinin qapağını açmışdır. Təxminən 10 dəqiqə sonra tanımadıqları “Mersedes-Benz” 190 minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil yanlarında saxlamışdır. Adını sonra bildiyi Şahid2 avtomobildən çıxmış və onlara köməklik etməyini təklif etmişdir. Şahid2 avtomobilə baxmış və onlara bildirmişdir ki, avtomobilin “starteri” nasazdır, ona görə də bunu düzəltmək mümkün olmayacaqdır. Vüsal onlara usta gətirmək lazım olduğunu demişdir. Onlar isə puları olmadığını, həmin avtomobili Bakı şəhərinə “Maşın bazarına” satmaq üçün apardıqlarını, lakin sata bilmədikləri üçün Saatlı rayonuna qayıtdıqlarını demişlər. Daha sonra onlar həmin avtomobili yaxınlıqda olan transfarmatorun yanına yolun qırağına itələmiş və orada saxlamışlar. O Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin avtomobilin qabaq və arxa dövlət qeydiyyat nişanlarını çıxarmış və avtomobilin arxa saxlanc yerinə yerləşdirmişlər ki, birdən avtomobilin sahibi maşını axtarışa verər və polis əməkdaşları onu axtarmağa başlayarlar. Vüsal onları öz getdiyi yola kimi aparacağını demişdir. Onlar isə qalan yolu özləri yol maşını vasitəsi ilə Saatlı rayonuna çatacaqlarını demiş və sonra xalası oğlu Vüsal Əliyevin avtomobili ilə oradan qayıdanda yolüstü avtomobili təmir edib oradan aparacaqlarını demişlər. Onlar yolda olarkən təxminən Sabirabad rayonu ərazisində olan YPX-nin stasionar postunda Şahid2 yolda qayda pozuntusu elədiyi üçün onları polis əməkdaşları saxlamışdırlar. Onlar Vüsalı bir müddət orada gözləmiş və Təqsirləndirilən şəxs1 ilə başqa yol maşınına minib Saatlı rayonuna getmişlər. Evə çatanda Təyyarın babası Ələmdar demişdir ki, Təyyarı Sumqayıt şəhər məhkəməsinə çağırıblar. Ona görə də, Təyyarla Təyyarın xalası oğlu Vüsal Əliyevin avtomobilində Sumqayıt şəhərinə geri qayıtmışlar. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 birlikdə onu törətdikləri cinayət əməlinə görə polis bölməsinə dəvət etmişlər. Vüsalın yanında həmin vaxt eşitdiyinə görə onun qohumu Şahid1 da olmuşdur. Etdiyi əmələ görə peşmandır, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən bunları nəzərə almağı xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, “VAZ-21063” minik Sedan markalı “**-DA-***” dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı X2 adına olsa da, özünə məxsudur. xx.xx.2021-ci il tarixdə o, işlədiyi Sumqayıt şəhəri ərazisində olan "xxxx" MMC-dən evə saat 09 radələrində “VAZ-21063” minik Sedan markalı, “**-DA-***” dövlət qeydiyyat nişanlı avtomobillə qayıtmışdır. Həmin vaxt o avtomobili yaşadığı Sumqayıt şəhəri, 22-ci məhəllənin SDK-nin 1-saylı yataqxanasının qarşısında saxlamışdır. Həmin gün saat təxminən 16 radələrində o evdə olduğu zaman istirahət etdikdən sonra pəncərədən çölə baxdıqda özünə məxsus “VAZ-21063” minik Sedan markalı “**-DA-***” dövlət qeydiyyat nişanlı avtomobilin saxladığı yerdə olmadığını görmüşdür. O dərhal məhəlləyə düşmüş və əmin olmuşdur ki, avtomobili naməlum şəxs qaçırmışdır, DİN-nin 102 xidmətinə zəng edərək “VAZ-21063” minik Sedan markalı “**-DA-***” dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə məlumat vermişdir. “VAZ-21063” minik Sedan markalı “**-DA-***” dövlət qeydiyyat nişanlı avtomobil həmin gün polis əməkdşaları tərəfindən tapılmışdır. O avtomobilə baxış keçirtdikdən sonra ona məlum olmuşdur ki, maşın nasaz vəziyyətə düşmüş, avtomobilin mühərriki sıradan çıxmış və nəticədə ona 700 manat məbləğində maddi ziyan dəymişdir. Amma avtomobildən heç bir əşya oğurlanmamışdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxslərdən şikayətçidir, onların qanunauyğun cəzalandırılmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci ldə məhkəməyə təqdim etdiyi ərizəsində ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, o, Kəlbəcər rayonunda tikinti bərpa işləri görən şirkətdə işlədiyini, məhkəməyə gələ bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, öz əli ilə yazdığını bildirdiyi ərizəsini wotsap vasitəsilə göndərmişdir. Zərərçəkmiş şəxs2 wotsap vasitəsilə göndərdiyi xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən Kəlbəcər rayonunda tikinti bərpa işləri ilə əlaqədar olaraq işləyir, məlumatlandırıldığı məhkəmə iclasında iştirak edə bilmir, istintaq zamanı verdiyi ifadəni təsdiq edir, Təqsirləndirilən şəxslə (Təqsirləndirilən şəxs1 ilə) barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Xəzər bağları massivində, yaşadığı evin həyətyanı torpaq sahəsində yerləşən yarımçıq tikilidə özünə məxsus əşyaları saxlamış, o cümlədən də, özünə məxsus 01 (bir) ədəd 450 (dörd yüz əlli) manat dəyərində "Magmaweld Megastick 220" markalı işlək vəziyyətdə olan qaynaq aparatını saxlamışdır. xx.xx.2021-ci il tarixdə tezdən saatlarında yaşadığı evin həyətyanı torpaq sahsinə çıxmış və həmin zaman orada olan yarımtikilidə bir ədəd özünə məxsus 450 (dörd yüz əlli) manat "Magmaweld Megastick 220" markalı qaynaq aparatının olmadığını aşkar etmişdir. Həmin vaxt ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gəcə həmin qaynaq aparatı naməlum şəxslər tərəfindən oğurlandığı məlum olmuşdur. Həmin cinayət əməlini qonşusu Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyinə şübhəlnmiş, ona görə onların evinə getmişdir. Təyyar bir qədər söhbətdən sonra ona məxsus qaynaq aparatını oğurladığını demiş və ondan şikayət etməməyini xahiş etmiş, həmçinin ona dəymiş ziyanı ödəyəcəyinə söz vermişdir. Lakin o, xx.xx.2021-ci il tarixdə Suqmayıt ŞPİ-nə ərizə ilə müraciət edərək, ona məxsus, 450 manat dəyərində olan 01 (bir) ədəd "Magmaweld Megastick 220" markalı qaynaq aparatının oğurlandığı barədə məlumat vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 anası Esmira Bayramova onun oğlunun oğurluq əməlini törətməsi barədə daha sonradan məlumatı olduğunu demiş və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci ildə istintaqa verdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs1 anası ona dəymiş 450 manat zərəri ödədiyi üçün onun Təyyara qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, xx.xx.2021-ci il tarixdə bacısı oğlu Şahid1 ilə Bakı şəhəri, Binə qəsəbəsinə qohumlarının evinə qonaq gəlmişdirlər, növbəti gün isə onlar Bakı şəhəri 8-ci mikrorayon ərazisində bazardan meyvə-tərəvəz alıb küçədə satmağa çalışmışdırlar, lakin ala bilmədikləri üçün Kürdəmirə getməyə qərara gəlmişdirlər, yolda ağ rəngli VAZ-2106 markalı avtomobilin yanında iki nəfər şəxsin dayandığını görmüşlər, onlara kömək etmək üçün o avtomobili saxlamışdır. Onlardan birinin adının Təyyar olduğunu bilmiş, digərinin isə adını soruşmamışdır. Təyyar özünə məxsus ağ rəngli VAZ-2106 markalı avtomobilin nasaz olduğunu demişdir. Təyyar adlı şəxs həmin avtomobilin özünə məxsus olduğunu, Saatlı rayonundan Bakı şəhərinə maşın bazarına satmaq üçün aparmış, lakin sata bilmədiyi üçün rayona apardığı zaman avtomobilin mühərrikində nasazlıq yarandığını ona demişdir. Ona görə də, Təyyar və yanında olan adını bilmədiyi şəxs avtomobili qırağa transformatorun yanına itələməyə kömək eləməyini onlardan xahiş etmişdir. Onlar da həmin ağ rəngli VAZ-2106 markalı avtomobili yolun kənarında olan transformatorun yanına itələyib saxlamağa kömək etmişlər. Təyyar avtomobilin radar cərimələri olduğunu deyərək avtomobilin arxa və qabaq dövlət qeydiyyat nişanlarını sökərək həmin avtomobilin arxa saxlanc yerinə yerləşdirmişdir və daha sonra avtomobili açarla bağlamışdır. Həmin vaxt Təyyar Saatlı rayonuna getdiyini bildirmiş və orada qardaşının avtomobili ilə həmin saxladığı ağ rəngli VAZ-2106 markalı avtomobilin yanına gəlib təmir edəcəklərini və yaşadığı Saatlı rayonuna aparacağını demişdir. O Kürdəmir rayonuna getdiyi üçün onu da Saatlı rayonunda düşürtməyə razılıq vermişdir. Onlar yolda olduğu zaman Sabirabad rayonu ərazisində YPX-nin stasionar postunun əməkdaşları onları saxlamışlar. Həmin vaxt o avtomobildən çıxaraq posta getmiş, Təyyar və yanında olan şəxs avtomobildən düşmüşlər və yoldan keçən yük avtomobilinə əyləşib getmişlər. Həmin şəxslərin ağ rəngli VAZ-2106 markalı avtomobili oğurluq etməsi barədə onun və Şahid1 heç bir məlumatı olmamışdır. Təyyar həmin avtomobilin özünə məxsus olduğunu ona demişdir. Şahid1 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Verilən məlumata görə o həqiqi hərbi xidmətə getmişdir. Ona görə də, məhkəmə iclasında onun istintaqa verdiyi ifadəsi tədqiq olunmuş, bununla bağlı suallar olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları massivi ünvanında yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı ünvanın həyətinə baxış keçirilmişdir. Baxış zamanı sonuncunun yaşadığı ünvanın 3,5 sot olduğu müəyyən edilmişdir. Baxış zamanı müraciət müəllifi qonşuluğunda yaşayan Təyyar adlı şəxsin hasardan aşma yolu ilə onun həyətinə daxil olub hasarın kənarında yerləşən quş damına bənzər saxlanc yerinin qapısının açıq olmağından istifadə edərək oradan 01 ədəd qaynaq aparatını oğurladığını bildirmişdir. Baxış zamanı ekspert-kriminalist tərəfindən tədqiqata yararlı ola biləcək əl-barmaq izləri araşdırılması üçün əhəmiyyətli ola biləcək digər sübutlar aşkar edilmədi. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Sumqayıt şəhəri, 22-ci məhəllə, YAT-2-nin qarşısıdır. Baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs1 də iştirak etmişdir. Yataqxananın qarşısı ilə avtomaşın hərəkəti yolu vardır. Avtomaşın yolunun sağ hissəsində səki yerləşir. Baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs1 avtomaşınını səkinin yanında olan iki ağacın ara hissəsində saxladığını bildirmişdir. Baxış zamanı araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut və əşya aşkar olunmamışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Bakı-Qazax yolu, 4-cü kilometri vətəndaş Zərərçəkmiş şəxs1 məxsus VAZ 2106 markalı avtomaşındır. Baxış zamanı hadisə yerində inspektor-kriminalist də iştirak etmişdir. Avtomaşın ağ rəngdədir. Avtomaşının nömrələri üzərindən çıxarılmışdır. Baxış zamanı avtomaşının üzərindən inspektor-kriminalistin iştirakı ilə əl-barmaq izi nümunələri aşkar edilmişdir. Avtomaşından “Redbull” adlı dəmir içki qabı aşkar olunmuşdur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 18:05-də Sumqayıt şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.20221-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-596/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 02 il 01 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs1 xx.xx.2022ci il tarixdə probasiya qurumunda qeydiyyata düşmüş, tutulduğu xx.xx.2022-ci il tarixədək 03 ay 01 gününü çəkmiş və çəkilməmiş cəzası 01 il 10 ay 21 gün təşkil edir. İşdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Polis İdarəsinin İŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 177.1.2, 177.2.3 və 177.2.4cü maddələri ilə istintaqı aparılan cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixdə tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-277/2022 saylı qərarı ilə həmin iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 3/1696 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş 4 saylı daktilolentin səthindəki ovuc izi, 9,11”a”, “b” və 18 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,22,3,5,7,8,9,10,11,12,13,14,15,16,17 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 9 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin orta barmağından qalmışdır. Təqdim edilmiş 4 saylı daktilolentin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8112 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Magmaweld Megastick 220” markalı qaynaq aparatının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyöun olaraq 2021-ci il avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 250,00 manat müəyyən olunur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 180, 185.2.4, 186 və 187-ci maddələrinin tərkib əlamətləri olmadığından, onlar barəsində həmin maddələrlə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məxsus avtomobili qarçırmaqla bağlı xüsusat üzrə barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qəbul edilmiş qərarın təsviri hissəsinə əsasən Şahid2 və Şahid1 əməllərində Azərbaycan Respublikası CM-nin 32, 177 və 185-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı MKS-nin xx.xx.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan N saylı hərbi hissə komandirinin verdiyi xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs2 təlim və məşğələlərdə əldə etdiyi yüksək nəticələrinə, ictimai-siyasi hazırlıq üzrə keçirilən tədbirlərdə fəal iştirakına və nümunəvi hərbi intizamına görə təltif edilmişdir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs2 SX ******* nömrəli hərbi biletindəki qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs2 44 günlük Vətən Müharibəsi dövründə N saylı hərbi hissədə xidmət etmiş və Vətən Müharibəsində iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 1772.3 və 185.2.1ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxsl Zərərçəkmiş şəxs2la barışıq əldə etməsi və ona dəymiş ziyanı tam ödəməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, 44 günlük Vətən Muharibəsində iştirak etməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir. Ona görə də, məhkəmə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.2.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(060)-596/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu üzrə toplanılmalı, əvvəlki hökmə əsasən çəkilən cəza qəti cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs1 10 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı 01 gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi 03 ay 01 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs2nın 10 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı 01 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq və Təqsirləndirilən şəxs1 əl-barmaq izlərinin məhkəmə daktiloskopik ekspertizası keçirilməsi ilə əlaqədar cəmi 201,11 (iki yüz bir manat on bir qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs2 oğurlanılmış "Magmaweld Megastick 220" markalı qaynaq aparatının Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, sahibinə qaytarılmış hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 24 (iyirmi dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 144 (bir yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(060)- 596/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 01 (bir) ay, 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası (azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla) ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı 01 gün müddət ona təyin edilən cəzadan çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(060)-596/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi müddət, yəni 26 yanvar 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək olan 03 (üç) ay 01 (bir) gün müddət, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində çəkəcəyi azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 04 (dörd) ay 13 (on üç) gün müəyyən edilsin. Cəzanın əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində bu iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənə qədər onun barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2nın 10 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı 01 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2nın yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2nın üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 24, ev 6/36-nı tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq və Təqsirləndirilən şəxs1 əl-barmaq izlərinin məhkəmə daktiloskopik ekspertizalarının dəyəri 201,11 (iki yüz bir manat on bir qəpik) Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs2 məxsus "Magmaweld Megastick 220" markalı qaynaq aparatının Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın, sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 144 (bir yüz qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətini aldığı vaxtdan) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar