Məhkəmə qərarları › İş №1(060)-201/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-201/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-201/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X2, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Cəbrayıl rayonu, Minbaşılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaqda elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, 2021-ci ilin yanvar ayının axırlarında Zərərçəkmiş şəxs2 özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsilə sonuncunun qardaşı Şahid3 Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə idarəsinə işə düzəldəcəyinə yalan vəd verib inandırmaqla, işə düzəlmək üçün komissiyadan keçmək və sənədlərin təsdiqlənməsi adı ilə ilkin olaraq 7.000 manat, 2021-ci ilin fevral ayının əvvəllərində müəyyən vəzifəli şəxslərdən müsbət rəy almaq adı ilə 5.500 manat, 2021-ci ilin fevral ayının axırlarında isə işə təyin olunma barədə əmrin alınması adı ilə 4.500 manat pulu Sumqayıt şəhəri 5-ci məhəllə ərazisindəki ayaqqabı təmiri köşkündə aldatma yolu ilə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 vahid niyyətlə xeyli miqdarda- 17.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 özünü bank sistemində işləyib hal-hazırda internet vasitəsi ilə “BİTCOİN”-də elektron qaydada birjaya pul vəsaiti yatırmaqla qazanc əldə etdiyini deyib, kriptovalyutaya yatırım edərsə, böyük məbləğdə gəlir əldə edəcəyinə inandırmaqla, sonuncunun 6.000 manat məbləğində pulunu Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən “Ziraat Bank”-ın qarşısında aldatma yolu ilə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, ittiham aktına əsasən o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 keçmiş X4 bacısı oğlu İlkin adlı şəxsin ona olan borcunun əvəzinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazində yerləşən 10 hektar torpaq sahəsi verdiyini deyib, həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün tələb olunan 4.000 manatı verərsə, bunun müqabilində ona 10.000 manat pul qaytaracağı, kriptovalyutaya yatırdığı 6.000 manat pulu isə dividentləri ilə birlikdə qaytaracağı barədə yalan vəd verib inandırmaqla, sonuncunun 4.000 manat məbləğində pulunu Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Mərkəzi poçtun qarşısında aldatma yolu ilə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 torpaq sahəsi ilə bağlı tanımışdır. Belə ki, o, “A Alyans” şirkətində parnik sahəsi üzrə işləmişdir. Cəlal ona Yardımlı rayonunda torpaq sahəsinin olduğunu demiş və onlar orada parnik qurulması ilə bağlı danışmış, 2021-ci ilin yay aylarında Yardımlı rayonuna getmiş və o, Cəlala torpaq sahəsinin parnik üçün yararsız olduğunu söyləmişdir. 2021-ci ilin qış aylarında o, Cəlaldan 1000-1500 manat borc pul istəmiş, Cəlal də vəziyyətinin yaxşı olmadığını, amma başqa şəxsdən tapsa verəcəyini bildirmişdir. Cəlal ona 1500 manat pul tapmış, 200 manatını özü əlaqə yaratdığına görə götürmüş və ona 1300 manat pul vermişdir. O, atasının pensiya kartını borc pula görə Cəlala vermişdir. Hər dəfə borc yekunlaşdıqca Cəlaldan yenidən hissə-hissə pul götürmüşdür. Pensiya kartının müddəti bitənədək kart onlarda qalmışdır. Ümumilikdə, Cəlaldan 8500 manat borc almışdır. Sonra Cəlal 4-cü Polis Bölməsinə ondan şikayət etmişdir ki, guya o, işə düzəltmək adı altında Cəlaldan pul almışdır. Lakin, o, Cəlaldan işə düzəltmək üçün pul almamış və buna görə də ona heç bir sənəd təqdim edilməmişdir. O, 2021-2024-cü illər ərzində Cəlaldan borc pul almış, həmin borca müvafiq olaraq da fazilər ödəmişdir. O, polis idarəsində təzyiq altında ifadə vermişdir. Bundan başqa, Cəlalın da ifadələrinin təzadlı olduğunu, özü işsiz oldu halda başqasına iş düzəldə bilməyəcəyini bildirmişdir. Onun üzərinə şər atdıqlarını, onun Cəlala 17000 manat məbləğində borcunun olmadığını qeyd etmişdir. Cəlala təxminən faizlərlə birlikdə 13000 manat məbləğində borcu olduğunu, həmin borcu qaytarmağa çalışdığını bildirmişdir. Zərərçəkmiş şəxs1 münasibətdə isə qeyd etmişdir ki, o, birja sahəsini yaxşı bilir və birja ilə məşğul olmuşdur. O, “steemcoin” işlətmiş, “steemcoin”i 170 manata almışdır. Elə vaxt olub ki, “steemcoin”in qiyməti 28-30 sent olmuş və o həftəyə ən çox 500 dollar məbləğində gəlir götürmüşdür. O, “steemcoin”dən əvvəllər qazanc əldə etdiyi üçün, 2500 manatlıq steemcoin almış, lakin, satışı aşağı düşüdüyü üçün sata bilməmişdir. Belə ki, “steemcoin”i aldıqdan sonra onun qiyməti 8 sentə düşmüşdür. O, Mirqasımı Seyid adı ilə tanımışdır. Mirqasım onun birja ilə məşğul olduğunu bildikdə özünün də yatırım etmək istədiyini söyləmişdir. O isə bu işdə hər şeyin ola biləcəyini, özünün udduğunu və ya uduzduğu vaxtlar da olduğunu, udmasının daha üstünlük təşkil etdiyini demişdir. O, Mirqasımı aldatmamışdır. Ondan ilkin olaraq 1000 manat pul almış və 400 manat xeyri ilə “Ziraat Bank”-ın qarşısında Mirqasıma qaytarmışdır. Mirqasım ona 5000 manat məbləğində pul vermişdir. Lakin, elə alınmışdır ki, o, birjada 70 faiz civarında pul itirmişdir. Mirqasımla danışıb bu işi toparlaya biləcəklərini, onun “A Alyans” şirkətində yatırımının və torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin sənədlərinin qaydasında olmadığını, sənədlərini düzəldib satıb vəziyyətdən çıxa biləcəyini bildirmişdir. Torpağın satılması üçün də o, əvvəldən tanıdığı bir şəxslə görüşmüş və həmin şəxs ona kömək edəcəyini, lakin, pul lazım olduğunu bildirmişdir. O, Mirqasımdan həmin şəxsə vermək üçün pul istəmiş, Mirqasım da avtomobilini girov qoyaraq başqa bir nəfərdən borc pul götürüb Bakı şəhəri 20 yanvar ərazisində ona 2960 manat pul vermişdir. O, Mirqasımın yanında həmin pul məbləğini torpaqla bağlı işini düzəldəcək şəxsə vermişdir. Ümumilikdə Mirqasımdan 9000 manat pul almışdır. Mirqasımın ondan 10000 manat tələb etməsinin səbəbi ödədiyi faizləri də istəməsi olmuşdur. Müstəntiq ona ifadəsində Mirqasımdan pulu Sumqayıt şəhəri ərazisində almasını yazmağını bildirmiş və o da pulu Sumqayıtda aldığını yazmışdır. Zərərçəkmiş şəxs2 mülki iddiasını qismən qəbul etdiyini, ona 10000 manat pul verməli olduğunu bildirmişdir. O, məsələnin bu yerə gəlib çıxacağını bilmədiyini və məhkəmədən ona zərərin ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq ibtidai araşdırma zamanı müstəntiqin ona təzyiq etdiyini, ifadəni onun istədiyi kimi yazmayacağı və imzalamayacağı halda onu tutduracağı ilə hədələdiyini, məhkəmə istintaqında verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Bundan başqa, istintaq zamanı müdafiəçini görmədiyini, ona edilmiş təzyiqlə bağlı heç bir hüquq mühafizə orqanına şikayət etmədiyini qeyd etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Sumqayıt şəhəri, 2-ci məhəllədə yaşadığı dövrdə ayaqqabılarını adətən 5-ci məhəllədə fəaliyyət göstərən ayaqqabı təmiri köşkündə usta işləyən Zərərçəkmiş şəxs2 təmir etdirmiş, sonradan Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisinə köçsə də, ayaqqabılarının təmiri üçün Zərərçəkmiş şəxs2 yanına gedib-gəlmiş, bu müddətdə aralarında yaxın ünsiyyət yaranmışdır. 2017-ci ilin yay aylarından 2023-cü ilin oktyabr ayına kimi işsiz qaldığı dövrlərdə, müəyyən tanışlardan qısa müddətdə qaytarmaq şərti ilə borc almış, amma qaytarmaq imkanı olmadığından xeyli borcu əmələ gəlmişdir. Təxminən 2021-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs2 da borc pul istəmiş, Calal Abbasov ona hal-hazırda dəqiq xatırlamadığı məbləğdə borc pul vermiş, həmin məbləğin müəyyən hissəsini az-az qaytarsa da, pulun qalanını qaytarmağa maddi imkanı olmamışdır. Halhazırda Zərərçəkmiş şəxs2 təxminən 13-14 min manat məbləğində borcu qalmışdır. Daha sonra ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 birinci dəfə təxminən 2015-ci ildə Bəxtiyar adlı yaxın münasibətdə olan tanışının təklifi ilə Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində yerləşən çayxanaya gedərkən görmüş, Bəxtiyar COVİD-19 dövründə xəstələnib vəfat etmişdir. İşsiz qaldığı illərdə o, internet vasitəsi ilə “BİTCOİN” və “ATCOİNTda elektron qaydada birjaya pul vəsaiti qoyaraq müəyyən məbləğdə ABŞ dolları yatırım edib, yatırım etdiyi şirkətlərin aksiyalarının enib qalxmasından asılı olaraq gəlir əldə etməyə və ailəsini bu yolla dolandırmağa çalışmışdır. Təxminən 2023-cü ilin yanvar-fevral aylarında Elman adlı şəxslə Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində görüşərkən, Zərərçəkmiş şəxs1 sonuncunun yanında görmüş, söhbət əsnasında onunla ilk dəfə tanışlıqlarının 2015-ci ildə işlətdiyi çayxanada olduğunu xatırlatmış, Mirqasım ondan nə ilə məşğul olduğunu soruşub maraqlandıqda, o, sonuncuya Avstriyada ali təhsil aldığını və uzun illər bank sistemində işlədiyini, indi isə internet vasitəsi ilə “BİTCOİN’’da elektron qaydada birjaya pul vəsaiti yatırıb pul qazandığını bildirmiş, Zərərçəkmiş şəxs1 onun birja barədə söhbətləri ilə maraqlandığını görəndə, onu şirnikləndirmək və bundan faydalanaraq ondan alacağı pullarla öz problemlərini həll etmək qərarına gəlmiş, bu məqsədlə sonuncuya məşğul olduğu işdə yaxşı gəlir olduğunu deyib, əgər istərsə, onu da bu işə cəlb edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 yatırım üçün nə qədər pul lazım olduğunu soruşanda o, nə qədər böyük məbləğdə pul yatırılarsa, bir o qədər böyük məbləğdə qazanc əldə etmək mümkün olduğunu bildirərək, sonuncuya 6.000 manat pul müqabilində hər ay birjadan 1.000 manat məbləğində əlavə qazanc əldə edəcəyini demişdir. Zərərçəkmiş şəxs1 onun sözlərinə inanıb, 2024-cü ilin mart ayında evində olan 12.000-13.000 manat dəyərində qızıl-zinət əşyalarını Sumqayıt şəhərində lombarda girov qoyaraq, ayda 580 manat pul ödəmək şərti ilə 6.000 manat pul götürmüş və onunla Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən “Ziraat Bank”ın qarşısında görüşüb həmin 6.000 manatı ona vermişdir. Pulu alanda o, Mirqasımı inandırmaq üçün yalandan ona birjaya qoyduğu puldan ayda ən azı 3 dəfə divident əldə edəcəyini bildirmiş, Zərərçəkmiş şəxs1 aldığı 6.000 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bir ayın tamamında Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayıb, lombardın aylığını ödəməli olduğunu deyərək, vəd etdiyi pulu ona nə vaxt verəcəyini soruşmuşdur. O, Mirqasımdan aylığını özünün ödəməsini xahiş edərək, əvəzində ona olan borcunun 3 misli miqdarında pul qaytaracağına vəd vermiş, may ayında lombarda ikinci ayın ödəniş vaxtı çatanda Mirqasım təkrar onunla əlaqə saxlayıb, lombarda olan borcunu artıq ödəyə bilmədiyini bildirmiş və verdiyi 6.000 manatı geri qaytarmağı tələb etmişdir. O, sonuncunun şikayət edə biləcəyindən qorxub, 1.500 manat pul düzəldərək Zərərçəkmiş şəxs1 lombarda iki aylıq ödəniş edə bilməsi üçün vermiş, pulun qalan hissəsini isə aybaay xeyri ilə birlikdə ona verəcəyini vəd etmişdir. Zərərçəkmiş şəxs1 bu yolla inandıraraq bir qədər sakitləşdirmiş, müəyyən müddət keçdikdən sonra yenidən pula ehtiyacı yarandığı üçün Mirqasımla əlaqə saxlayıb, keçmiş X4 bacısı oğlu İlkin adlı şəxslə yaxın münasibətinin olduğunu, onunla xeyli müddət birgə iş gördüklərini, hal-hazırda İlkinin ona 630.000 manat borcu olduğunu, həmin pulu ödəyə bilmədiyi üçün sonuncunun borcuna qarşılıq olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən 10 hektar torpaq sahəsi verdiyini, həmin torpağ sahəsinə müştəri tapdığını, amma sənədləşmə işlərinin aparılması üçün təcili olaraq 4.000 manat pula ehtiyacının olduğunu bildirərək, əgər həmin torpaq sahəsini sənədləşdirib satarsa, 4.000 manata görə ona 10.000 manat pul verəcəyinə, əvvəl verdiyi 6.000 manat pulu isə dividentləri ilə birlikdə qaytaracağına söz vermişdir. O, Zərərçəkmiş şəxs1 inandırmaq üçün əvvəlcə həmin torpaq sahəsinin sənədlərini və fotoşəkillərini, sonra isə həmin torpaq sahəsinin özünü ona göstərmişdir. Bu yolla Zərərçəkmiş şəxs1 inandıra bilmiş və sonuncu 2024-cü ilin mart ayında özünə məxsus “Nissan Qaşqai” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərində yaşayan Elsevər adlı qohumunun adına keçirməklə girov qoyub, 4.000 manat pul götürmüş və 18 mart 2024-cü il tarixdə həmin 4.000 manat pulu Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində ona vermişdir. O, həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Halhazıra kimi Zərərçəkmiş şəxs1 aldığı cəmi 10.000 manat pulun 1.500 manatını qaytarmış, 8.500 manat borcu qalmışdır. O, törətdiyi əməldən peşman olduğunu və Zərərçəkmiş şəxs2, eləcə də Zərərçəkmiş şəxs1 vurmuş olduğu maddi ziyanı ödəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ayaqqabı təmiri köşkündə işlədiyi müddətdə müştəri olaraq tanımış, o, əvvəllər Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yaşamış və Kapital Bankda işləmişdir. Sonradan Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisinə köçüb getsə də, ayaqqabılarının təmiri üçün onun yanına gəlmişdir. Onun kiçik qardaşı Şahid3 hərbi xidməti yüksək idman göstəriciləri ilə bitirdiyi üçün onu güc strukturlarından birinə işə düzəltmək arzusunda olmuş, 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs yanına ayaqqabılarını təmir etdirmək məqsədilə gələrkən, söhbət əsnasında qardaşı Məhərrəmin işə düzəltmək istədiyini, lakin bunun həlli yolunu bilmədiyini deyəndə, Təqsirləndirilən şəxs ona tanıdığı vəzifəli dostlarının olduğunu deyib, lazım olarsa, qardaşı Məhərrəmin işi ilə əlaqədar maraqlana biləcəyini söyləmişdir. Bunu eşidəndə o, ondan bu işlə ciddi maraqlanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs onun mobil nömrəsini götürüb, bir neçə gün sonra zəng vuraraq, qardaşı Şahid3 Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Yanğından mühafizə idarəsinə işə düzəltmək imkanının olduğunu dedikdə, o, İsanı ətraflı söhbət etmək üçün iş yerinə çağırmışdır. Təqsirləndirilən şəxs onun qardaşı Məhərrəmin vəd verdiyi vəzifəyə təyin olunması üçün 17.000 manat pul tələb olunduğunu bildirmişdir. Onun əlində həmin məbləğ olmasa da, düzəldib verəcəyini demişdir. 2021-ci ilin yanvar ayının axırlarında Təqsirləndirilən şəxs onun iş yerinə gəlmiş, FHN-nə işə düzəlmək üçün ilkin olaraq 7.000 manat ödəniş etmək lazım olacağını bildirmişdir. O da ailəvi dostluq münasibətlərində olduğu Şahid4 müraciət etmiş, qardaşı Məhərrəmin işini danışdığını, ilkin olaraq 7.000 manat ödəniş etmək lazım gəldiyini söyləyib, beş-altı ay müddətinə qaytarmaq şərtilə ona borc verməsini xahiş etmişdir. Şahid4 əlində 4.600 manat olduğunu, həmin məbləği verə biləcəyini bildirmişdir. Ertəsi gün Şahid4 onun iş yerinə gəlmiş, 4.600 manat pulu ona vermişdir. Şahid4 aldığı 4.600 manatın üstünə özündə olan 2.400 manatı qoyaraq, 7.000 manat düzəltmiş və zəng vurub Təqsirləndirilən şəxs ayaqqabı təmiri köşkünə çağırmışdır. Təqsirləndirilən şəxs onun dükanına gəlmiş və o, 4600 manatın üstünü də düzəldib 7000 manat pulu İsaya vermişdir. Bundan başqa, o, İsaya qardaşına məxsus şəxsiyyət vəsiqəsi və hərbi biletin surətlərini də vermişdir. Təqsirləndirilən şəxs qısa müddətdə işin həll olunacağını və qardaşı Məhərrəmin əmrini verdirəcəyini deyib, məbləğin qalan 10.000 manatını öncədən hazırlamağı məsləhət görmüşdür. O, qonşusu Şahid1 qardaşı Məhərrəmi FHN-nə işə düzəltmək istədiyini, bu məsələnin həll olunma mərhələsində olduğunu, işin həllini 17.000 manata danışdığını və pulun 7.000 manatını artıq verdiyini deyib, bu iş üçün 10.000 manat məbləğində pulunun çatışmadığını bildirmiş və ona həmin məbləğdə borc verməsini xahiş etmiş, borcunu 4-5 ay ərzində qaytaracağına söz vermişdir. 2021-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs zəng vurub, bütün işlərin qaydasında olduğunu, Fövqəladə Hallar Nazirliyində müəyyən vəzifəli şəxslərdən müsbət rəy alması üçün ümumilikdə 5.500 manat pul lazım olduğunu bildirmiş, o da Şahid1la əlaqə saxlayaraq, 5.500 manatı ondan götürmüş, ayaqqabı təmiri köşkündə sayıb Təqsirləndirilən şəxs vermişdir. Təxminən 2021-ci ilin fevral ayının axırlarında Təqsirləndirilən şəxs zəng vurub, pulun qalan 4.500 manatını təcili ona çatdırmağı xahiş etmiş və həmin pul verildikdən sonra bir ay ərzində, 2021-ci ilin mart ayının sonuna kimi qardaşı Şahid3 əmrinin veriləcəyini bildirmişdir. O, dərhal Adillə telefon əlaqəsi saxlayıb 4.500 manatı götürmüş və ayaqqabı təmiri köşkündə Təqsirləndirilən şəxs vermişdir. Lakin, mart ayının sonu çatdıqda İsa bayram günləri ilə əlaqədar FHN-nin əməkdaşlarının istirahətdə olduqlarını deyib, həmin məsələnin aprel ayı ərzində həll etdirməyə çalışacağını bildirmiş, aprel ayının sonlarına doğru İsanın işə təyinat məsələsini uzatmağa çalışdığını görəndə, onun bəhanələr gətirərək yalan danışdığını başa düşmüş və verdiyi məbləği qaytarmasını tələb etmişdir. İsa ona verilən pulları qardaşı Məhərrəmin işə düzəlməsi üçün müəyyən şəxslərə verdiyini deyib, həmin pulları hansı yolla geri alacağını bilmədiyini bildirəndə, sonuncunun aldığı 17.000 manatı geri qaytarmaq fikrində olmadığını başa düşmüşdür. O, pulunu qaytarmağını qəti şəkildə tələb etmiş, pulları ayrı-ayrı şəxslərdən faizlə borca götürdüyünü və əgər pulunu qaytarmazsa, hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir O, hətta 2022-ci ildə İsanın evlərinə getmiş, atası ilə danışmışdır. Təqsirləndirilən şəxs isə ona yalvararaq, pulu qaytara bilməsi üçün möhlət istəmiş, lakin onun istədiyi möhlət illərlə davam etmiş, o da ərizə yazaraq, onun hərəkətlərindən şikayət etmək qərarına gəlmişdir. İsanın ondan pulu borc götürməsi barədə dediklərinin yalan olduğunu, İsaya qardaşını işə düzəltmək üçün verdiyi puldan əlavə arada borca da pul verdiyini, votsap tətbiqində olan yazışmalarda İsanın yalnız özünə aid olan mesajları saxladığını bildirmişdir. İsa ona dəymiş 17000 manat ziyandan heç bir ödəniş etməmişdir. O, İsanın ona müəyyən məbləğdə ödəniş etməsiylə razılığa gələ biləcəyini bildirsə də, yenə də ziyandan ödəniş etməmişdir. Məhkəmədən təqsirləndirilən şəxsin tutulmasını, ona dəymiş ziyanın ödənilməsini, mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Sumqayıt şəhərində çayxanada tanış olmuş, söhbət əsnasında İsa özünü keçmiş bank müdiri kimi təqdim etmişdir. O, internet vasitəsi ilə “BİTCOİN”da elektron qaydada birjaya pul vəsaiti yatırıb pul qazandığını bildirmiş və istəsə onu da bu işə cəlb etməyi təklif etmişdir. O, nağd pulunun olmadığını bildirmiş, İsadan yatırım üçün nə qədər pul lazım olduğunu soruşduqda, İsa nə qədər böyük məbləğdə pul yatırılarsa, bir o qədər böyük məbləğdə qazanc əldə etmək mümkün olduğunu deyib, ona faizlə hardansa 6.000 manat borc pul tapıb birjaya yatırarsa, hər ay 1.500 manat məbləğində əlavə qazanc əldə edə biləcəyini, pulun batmaq ehtimalının olmadığını, nə vaxt istəsə pulu götürə biləcəyini söyləmişdir. O da Təqsirləndirilən şəxs inanaraq, 2023-cü ilin mart ayında evində olan təxminən 12.000-13.000 manat dəyərində qızıl-zinət əşyalarını Sumqayıt şəhərində yerləşən "xxxx" MMC adlı lombardda girov qoyub ayda 580 manat ödəniş şərti ilə 6.000 manat pul götürmüş və Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən “Ziraat Bank”-ın qarşısında Təqsirləndirilən şəxs vermişdir. İsa ona ən azı ayda 3 dəfə qoyduğu puldan gəlir götürəcəyini desə də, bir ayın tamamında İsadan hər hansı bir xəbər çıxmadığını görüb, onunla əlaqə saxlayaraq lombardın aylığının vaxtı çatdığını və ona pulu nə vaxt verəcəyini soruşmuşdur. İsa lombardın aylığının özü tərəfindən ödəniləcəyini, pulu da 3 misli miqdarında qaytaracağına söz vermişdir. Həmçinin, ona pulunun yerində olduğunu, satış üçün gözlədiyini bildirmişdir. O, girova qoyduğu qızıl-zinət əşyaları üçün aprel ayında 580 manat məbləğində ödəniş etməsinə baxmayaraq, növbəti may ayında ödəniş vaxtı çatanda yenidən İsaya müraciət edib lombarda ödəməyə pulunun olmadığını bildirmiş və ondan verdiyi 6.000 manatı geri qaytarmasını tələb etmişdir. İsa iki ay sonra gətirib ona 1000 manat pul vermişdir. Həmin pulla lombardın iki aylıq pulunu ödəməyi xahiş etmiş və qalan pulu xeyri ilə birlikdə aybaay qaytaracağına vəd vermişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs zəng vurub onunla görüşərək, ona əvvəl işlədiyi yerdəki tanışının ona borclu olduğunu, borcun əvəzində ona Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 10 hektar torpaq sahəsini satmaq üçün verdiyini, həmin torpaq sahəsinə müştəri tapdığını, lakin sənədləşdirmə işlərinə pul lazım olacağını demişdir. İsa torpaq sahəsini satarsa, onun pulunu qaytara biləcəyini, həmçinin də bitkoinlə bağlı söz verdiyi gəlirləri də verəcəyini bildirmişdir. İsa onun avtomobili ilə bir neçə dəfə torpaq sahəsinə müştəri ilə baxmaq üçün getmişdir. O, İsaya inanaraq 2023-cü ilin mart ayında özünə məxsus “Nissan Qaşqai” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərində yaşayan Elsevər adlı şəxsin adına keçirməklə girov qoyub 4000 manat məbləğində pul götürmüş, 2960 manat məbləğində pulu İsaya vermişdir. İsa da öz növbəsində həmin pulu onun yanında başqa bir şəxsə vermişdir. Həmin pul məbləğini o, Bakı şəhəri 20 Yanvar ərazisində vermişdir. Lakin, müstəntiq ona istintaq zamanı ifadəsində pulun verilmə yeri kimi Sumqayıt şəhərini qeyd etməsini bildirmişdir. Həmin pulu İsa görüşdükləri İsanın tanıdığı başqa bir şəxsə vermişdir. Həmin adam da pulu aldıqdan sonra, İsanın ona borcu olduğunu və pulu həmin borca çıxdığını bildirmişdir. İsa yenə də onu aldatmış, o, İsadan dəfələrlə pulunu istəmiş, İsa ona pulu qaytaracağını bildirsə də, vədinə əməl etməmişdir. Ona vurulmuş ziyandan İsa bir dəfə 1000 manat, 400 manat da ilk dəfə gəlir götürəndə qaytarmışdır. O, məhkəmədən Təqsirləndirilən şəxs tutulmasını istəmədiyini, ona dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, İsa ona birjada qiymətlərin düşməsi ilə bağlı heç nə deməmiş, onların ortaq tanışı İsaya pulu qaytarmasını bildirmiş, İsa isə narahat olmamağını, nəsə olsa da əsas pula problem olmayacağını bildirmişdir. O, pulu verdikdən üç ay sonra İsadan pulunu qaytarmağını istəmiş, İsa isə hər dəfə bir bəhanə ilə qaytarcağına söz versə də, əməl etməmişdir. Belə ki, İsa gah xəstə olduğunu, gah da “bitcoin”i satıb pulu verəcəyini söyləmişdir. Onun lombardda olan qızılları da pulunu ödəyə bilmədiyi üçün batmışdır. Daha sonra suala cavab olaraq bildirmişdir ki, növbəti dəfə İsa torpağın sənədlərini düzəltmək üçün ondan 3000 manat istəmiş, o da avtomobilini girov qoyaraq 4000 manat məbləğində borc pul götürmüş və 2960 manat İsaya vermişdir. İbtidai araşdırma zamanı ifadəsində İsaya 4000 manat məbləğində pul verməsini ona görə söyləmişdir ki, o, həmin pulu avtomobili girov qoyub götürmüş və avtomobilini girovdan çıxarmaq üçün onun 4000 manatdan da artıq xərci çıxmışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən Şahid1 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2ı on ildir ki tanıyır. Təxminən 2021-ci ilin fevral ayında Cəlal ona qardaşını işə düzəltdiyini və bunun üçün 10000 manat pul lazım olduğunu, əgər verərsə 4-5 aya pulu qaytaracağını demişdir. O, Cəlala ilk əvvəl 5500 manat, təxminən bir ay sonra isə qalan 4500 manatı vermişdir. Həmin vaxtdan bir neçə il keçsə də, pulunu Cəlaldan ala bilməmişdir. O, Təqsirləndirilən şəxs şəxsən tanımadığını və istintaq zamanı Cəlalın pulu işə düzəltmək üçün İsaya verməsini dediyini xatırlamadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında votsap tətbiqi vasitəsilə videogörüntülü dindirilən şahid X3 ifadəsində bildirmişdir ki, o, hazırda Rusiya Federasiyasında olduğu üçün məhkəmə iclasında şəxsən iştirak edə bilmir. Zərərçəkmiş şəxs2 onun qardaşıdır. O, 2016-cı ildən Rusiyada işlədiyini, 2021-ci ilin yanvar ayında Azərbaycanda olduğunu və Azərbaycanda olarkən qardaşı Cəlal ona bir nəfərin onu FHN-ə işə düzəldəcəyini bildirmişdir. Onun işə düzəlməsi üçün Cəlal İsaya 17000 manat pul vermişdir. İsa Cəlala qohumunun səfirlikdə işlədiyini bildirmişdir. O, İsanı Cəlalın dükanında görmüş və İsanın qardaşı ilə normal münasibətləri olmuşdur. İsa Cəlala onu FHN-də yanğından mühafizəyə işə düzəldəcəyini və 700-800 manat məbləğində maaş alacağını demişdir. O, işlə bağlı İsayla şəxsən danışmamışdır. Qardaşı pulu İsaya verdikdən sonra, onlar xeyli müddət 2022-ci iln aprel ayınadək gözləmişlər, lakin, heç bir nəticə olmamışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən Şahid4 bildirmişdir ki, özü 2-ci Qarabağ müharibəsi qazisi, müharibə veteranıdır. Zərərçəkmiş şəxs2 uşaq vaxtından tanıyır və uşaq vaxtlarından ailəvi gediş-gəlişləri vardır. 2021-ci ildə Cəlal ona müraciət edərək qardaşını FHN-ə düzəltməyə adam olduğunu, ona pul lazım olduğunu, hazırda 4600 manat pulunun çatmadığını bildirmişdir. O maşın almaq üçün yığdığı puldan 4600 manat götürüb Cəlalın işlədiyi çəkməçi dükanında Cəlala vermişdir, Cəlal onun yanında İsaya zəng vurmuş və onu dükana çağırmışdır. Cəlal pulu İsaya vermək üçün onlar qırağa çəkilmişlər. Cəlal pulu onun yanında yox, qıraqda vermişdir. Pulu verdikdən sonra Cəlal ona üzərinə də pul qoyub 7000 manat pul verdiyini bildirmişdir. O, Cəlala demişdir ki, əgər İsa onun qardaşını işə düzəldərsə, daha sonra onu da işə düzəltməyini istəyir. Bir müddət sonra o, Cəlaldan pulunu istəsə də, Cəlal İsanın pulu qaytarmadığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, istintaq zamanı da ifadəsində Cəlalın İsaya pulu onun yanında vermədiyi bildirmişdir. O, Cəlala pulu verdikdən sonra Cəlal onun yanında İsaya zəng etmiş və İsa Cəlalın dükanına gəldikdən sonra, onlar, yəni İsa və Cəlal qırağa çəkilmişlər. Sonra isə Cəlal ona verdiyi pulun üstünü düzəldib İsaya 7000 manat məbləğində pul verdiyini söyləmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Mirqasımın ona uzaqdan qohumluğu da çatır. 2023-cü ilin mart ayında Mirqasım ona müraciət edərək təcili olaraq 4000 manata ehtiyacı olduğunu bildirib, ona həmin məbləğdə borc pul verməsini xahiş etmişdir. O, Mirqasıma pul verməkdən imtina edərək həmin məbləğdə pulunun olmadığını bildirsə də, Mirqasım yalvararaq 4000 manat pul tapmaqda ona kömək etməsini xahiş etmişdir. Onun Mirqasıma yazığı gəlmiş, bir neçə dost-tanışdan bir qədər pul aldıqdan sonra öz pulunu da üstünə qoyub 4000 manat pul düzəltmiş və Mirqasıma pulu bir şərtlə verəcəyini bildirmişdir ki, borcu qaytarana kimi özünə məxsus “Nissan Qaşqai” markalı avtomaşını onun adına keçirsin. Mirqasım yaşlı olduğundan pulun batmasından qorxmuşdur. Mirqasım razılaşmış və xx.xx.2024-cü il tarixdə o, Mirqasıma məxsus avtomobili öz adına keçirmiş və Mirqasıma 4000 manat pul vermişdir. Lakin, Mirqasımdan pulun nəyə görə lazım olduğunu soruşmamışdır. Daha sonra Mirqasım ona məxsus pulu qaytarmış və avtomobilini öz adına keçirmişdir. O, Mirqasıma pulu təmənnasız olaraq vermiş və əvəzində ondan artıq heçnə almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onun qardaşını FHN-ə işə düzəltmək üçün 17000 manat pul alması, lakin düzəltməməsi, onun pul vəsaitini ələ keçirməsini bildirmişdir. (i.v. 10) Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək, ona kriptovalyutaya pul qoyub aylıq divident əldə etməyi vəd edərək pul vəsaitini ələ keçirməsinə dair ərizə ilə müraciət etmişdir.(i.v. 29) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınaraq, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v.59-66) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınaraq, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v.83-91) xx.xx.2024-cü il üzləşdirmədə dindirmə protokoluna əsasən Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. (i.v. 119-121) Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il bank və maliyyə sistemində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökm dəyişdirilərək, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 08 il azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti ilə əvəz edilmiş, xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. (i.v 122-123) Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 1778.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v 124-126) Təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 1778.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə də ittiham elan edilmişdir. (i.v 135-137) Təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (i.v 143-145) Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 146-147) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham və barəsində həmin tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. (i.v 153-160) Zərərçəkmiş Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə cinayət nəticəsində vurulmuş ziyana görə cavabdeh Təqsirləndirilən şəxs 17000 manat maddi zərərin və ödədiyi 141,40 manat dövlət rüsumunun tutulub ona ödənilməsi ilə bağlı mülki iddia ərizəsi vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(060)-110/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə istintaq müddətinin sonunadək, yəni 15 iyul 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun qardaşını FHN-ə işə düzəltmək adı ilə pul almadığı, ibtidai araşdırma zamanı təqsirini etiraf etməsi üçün ona qarşı təzyiq göstərildiyi barədə qeyd etdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq üçün belə ifadə vermişdir. Ona təzyiq edilməsi halı ilə bağlı hər hansı sübut məhkəmə iclasında təqdim edilməmiş və qeyd edilən hal təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi ziddiyyətli ifadələri ilə yanaşı, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları, üzləşdirmə protokolu və dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə də təsdiq edilir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ona “müstəntiq tərəfindən təzyiq edilməsi, onu tutdurması ilə hədələməsinə” dair verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini söyləmiş, Zərərçəkmiş şəxs2 qardaşını düzəltmək adı ilə pul almadığını, ehtiyacı olduğu üçün borc pul aldığını bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs ona təzyiq edildiyini qeyd etsə də, o özünü tam təqsirli bilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, cinayət işinin materialları ilə tanış etmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olmuş, həmin protokolda “Cinayət işinin istintaq materialları ilə tanış oldum, işin mahiyyəti mənə tam aydındır, heç bir şikayətim və tələbim yoxdur.” qeydini yazmış və imzalamışdır. Qeyd edilən hallardan da aydın olur ki, təqsirləndirilən şəxsin təzyiq altında ifadə verdiyini bildirməsi qeyri-səmimi olmaqla, məsuliyyətdən yayınmaq məqsədi güdür. Eyni zamanda, təqsirləndirilən şəxs tərəfindən təzyiq altında ifadə verməsinə dair məhkəməyə heç bir sübut da təqdim edilməmişdir. Daha sonra məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 17000 manat məbləğində pul almadığını, ondan yalnız borc olaraq 8000 manat məbləğində pul aldığını və həmin pula görə atasının pensiya kartını Zərərçəkmiş şəxs2 verdiyini, faizlərlə birlikdə ona təxminən 13000 manat borcunun olduğunu bildirmişdir. Daha sonra isə növbəti məhkəmə iclasında təqsirləndirilən şəxs mülki iddiaya münasibətdə iddianı qismən qəbul etdiyini qeyd etmiş və Zərərçəkmiş şəxs2 10000 manat məbləğində borclu olduğunu bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilkin ifadəsində özünü təqsirli bilmədiyini və təxminən ona 13000 manat borclu olduğunu söyləsə də, sonrakı məhkəmə iclasında mülki iddianı qismən qəbul etdiyini, Zərərçəkmiş şəxs2 10000 manat məbləğində pul verməli olduğunu bildirmiş, ona ziyan məbləğinin ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, həmçinin, ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadələri (ona qarşı müstəntiq tərəfindən təzyiq edilməsi, müdafiəçinin olmaması, Zərərçəkmiş şəxs2 borc alması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə, həmçinin, Zərərçəkmiş şəxs1 dəymiş zərərlə bağlı qeyd edir ki, ittiham aktına əsasən zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləği 6000 manat və 4000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində qiymətləndirilsə də, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 6000 manat, daha sonra isə 2960 manat məbləğində pul verildiyini bildirmiş, ibtidai araşdırma zamanı borcunu qaytarmaq üçün çəkdiyi xərclərini də hesablayaraq ziyanın 4000 manat həddində olduğunu qeyd etdiyini söyləmişdir. Qeyd edilən hal Təqsirləndirilən şəxs tərəfindən də təsdiqlənmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məbləği ümumilikdə 8960 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermiş, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin əmlaklarının (pullarının) əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi cinayət əməlinə münasibətdə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür və buna görə də onun ibtidai istintaqdakı ifadəsinin etirafedici hissəsini işin faktiki halları ilə daha uyğunluq təşkil etdiyindən onu sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünü ziddiyyətli ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs1 ziyandan qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, vurulmuş zərərin həcmini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məsuliyyətini yüngülləşdirən halı, yəni zərərçəkmiş şəxsə qismən ödəniş etməsini, məsuliyyətini ağırlaşdırıcı halların olmamasını, onun vurduğu ziyanın həcmini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs islah edilməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin (əmlakın) qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həm də nəzərə alınsa ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam aradan qaldırmamışdır, bu da bir daha həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun başqa cinayət işi üzrə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilməli, vurulmuş maddi ziyana görə 17000 (on yeddi min) manat, ödənilmiş dövlət rüsumuna görə 141 (bir yüz qırx bir) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Bu Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə edən vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə olması nəzərə alınsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin, vurulmuş maddi ziyana görə 17000 (on yeddi min) manat, ödənilmiş dövlət rüsumuna görə 141 (bir yüz qırx bir) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 06 (altı) saat hüquqi yardıma görə 06 (altı) manatdan hesablanmaqla cəmi 36 (otuz altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar