Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-202/2022 04.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 09 ədədi 01 ədəd sellofan bükümə yerləşdirilmiş, 09 ədəd isə 01 ədəd qatlanmış kağız vərəqin içində olmaqla ümumilikdə 18 ədəd kağız bükümdə və 02 ədəd üzərləri kağızla sarılmış kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 0,246 qram, 0,301 qram, 0,292 qram, 0,290 qram, 0,269 qram, 0,276 qram, 0,251 qram, 0,291 qram, 0,500 qram, 0,403 qram, 0,322 qram, 0,343 qram, 0,313 qram, 0,304 qram, 0,402 qram, 0,310 qram, 0,253 qram, 5,415 qram, 5,460 qram olmaqla ümumi təmiz çəkisi 16,475 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə edib idarə etdiyi “BMW 540 minik” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturcağının qarşısındakı saxlanc yerində saxlamış və daşımış, həmin narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd sellofan bükümə yerləşdirilmiş 09 ədəd kağız bükümdə olan 2,450 qramını 24 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində qardaşı Abdulov Elnur Camal oğluna istifadə etməsi üçün sonuncunun xahişi ilə qazanc əldə etmədən əvəssiz olaraq vermiş, Elnur Abdulov 24 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt ŞPİ-nin CAŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşadığı binanın yaxınlığında piyada olarkən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən 01 ədəd sellofan bükümə yerəşdirilmiş 09 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 0,246 qram, 0,301 qram, 0,292 qram, 0,290 qram, 0,269 qram, 0,276 qram, 0,251 qram, 0,291 qram olmaqla ümumi təmiz çəkisi 2,450 qram narkotik vasitə qurudulmuş marixuana Elnur Abdulovun əynindəki gödəkcənin sol üst cibindən aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında qarajların qarşısında sonuncunun idarə etdiyi “BMW 540 minik” markalı, **- RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin ön oturacağının qarşısında yerləşən saxlanc yerindən 01 ədəd qatlanmış kağız vərəqin içində 09 ədəd kağız bükümdə və 02 ədəd üzərləri kağızla sarılmış kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,500 qram, 0,403 qram, 0,322 qram, 0,343 qram, 0,313 qram, 0,304 qram, 0,402 qram, 0,310 qram, 0,253 qram, 5,415 qram, 5,460 qram olmaqla ümumi təmiz çəkisi 14,025 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, fərdi əməklə məşğul olur, Bakı və sumqayıt şəhərlərində fəhləlik edərək qazanc əldə edir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitə əldə edərək istifadə edir. Narkotik vasitələri Sumqayıt və Bakı şəhərləri ərazisində şəxsən tanımadığı şəxslərdən əldə etmişdir. Özü narkotik vasitələrdən istifadə etdiyindən narkotik vasitə istifadəçilərini üzdən və hərəkətlərindən müəyyən edə bilir. Narkotik vasitəni əksərən Bakı şəhəri, 20 Yanvar dairəsində əldə edir. 23 sentyabr 2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq qardaşına məxsus olmaqla özünün istifadə etdiyi “BMW 540 minik” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə gəlmişdir. Həmin tarixdə saat 16 radələrində Sumqayıt şəhərinə qayıdarkən 20 Yanvar dairəsində avtomobili saxlayıb benzin pulu çıxartmaqdan ötrü oradan Sumqayıt şəhər istiqamətində gedəcək bir neçə nəfəri müştəri qismində götürüb hərəkəti davam etdirmək qərarına gəlmiş, avtomobili yol kənarında saxlayıb avtomobildən düşərək gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra bir şəxs ona yaxınlaşıb hansı istiqamətdə hərəkət edəcəyini soruşmuş, o da ona Sumqayıt şəhərinə gedəcəyini dedikdə o, həmin istiqamətdə getməyəcəyini, özünün Şirvan rayon sakini olduğunu, həmin rayona getmək istədiyini demişdir. O həmin istiqamətdə getməyə avtomobil tapması üçün gözləməli olacağını demiş və aralarında söhbət yaranmağa başlamışdır. O həmin şəxsin simasından narkotik vasitə istifadəçisinə oxşadığını görüb bu barədə ondan soruşduqda ilk əvvəl çəkinib heçnə deməmiş, lakin özünün narkotik vasitə istifadəçisi olduğunu dedikdən sonra o, narkotik vasitələrdən istifadə etdiyini, həmçinin istədiyi halda ona sata biləcəyini demişdir. O həmin zaman bədənində ağrılar olmadığından ondan narkotik vasitə almaq istəməsə də, daha sonra tapmağın çətin olacağını fikirləşib ondan narkotik vasitə almaq istədiyini demişdir. Adını ona deməyən həmin şəxs əynindəki gödəkcənin cibində ümumilikdə 02 ədəd kibrit qutusunda və 18 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni ona 200 manata verə biləcəyini demişdir. O üzərində 160 manat pul olduğunu həmin büküm və qutulardakı narkotik vasitə üçün 150 manat pul verə biləcəyini demiş və həmin şəxs onunla razılaşmışdır. Bundan sonra hər ikisi avtomobilə əyləşib, avtomobildə o 150 manat pul verib qarşılığında həmin şəxsdən 18 ədəd kağız bükümdə və 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin şəxs ona 18 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı 09 ədədini 01 ədəd sellofan bükümün içində, digər 09 ədədini isə 01 ədəd qatlanmış kağız vərəqin içində vermiş, həmçinin verdiyi digər narkotik vasitə qurudulmuş marixuana kütlələrinin olduğu kağız bükümün narkotik vasitəni kip formada saxlamadığını görüb, onları üzərində olan 02 ədəd kibrit qutularına, həmin qutuların kibritlərini çıxarıb içinə yerləşdirdikdən sonra, həmin qutuların üzərlərini kağızla sarılmış formada ona vermişdir. Həmin şəxs avtomobildən düşən kimi o dərhal həmin bükümləri və qutuları avtomobilin ön sərnişin oturacağının qarşısındakı saxlanc yerinə qoyub və şübhə çəkməmək üçün dərhal Sumqayıt şəhərinə, yaşadığı ünvanın yaxınlığında qarajlar adlanan əraziyə gəlmişdir. O narkotik vasitədən ağrıları olanda istifadə etdiyi üçün ağrıları olmadığından həmin gün istifadə etməmişdir. Növbəti gün, yəni 24 sentyabr 2021-ci il tarixdə avtomobilin təkərlərində nasazlıq olduğundan avtomobili təmirə aparmış, həmin zaman avtomobilin saxlanc yerində saxladığı narkotik vasitələrdən 01 ədəd sellofan bükümün içində olan 09 ədəd kağız bükümdəki narkotik vasitə qurudulmuş marixuananı istifadə etməyindən ötrü götürüb üzərində saxlamışdır. Avtomobilin təmirinin uzun müddətdə başa çatacağını müşahidə edib təmir yerindən aralanıb piyada hərəkət edərək saat 13 radələrində qardaşı Elnur Abdulovun işlədiyi avtoyuma yerinə gəlmişdir. Qardaşı ilə söhbətləşib avtomobilin təmirdə olmasından danışıb, təmirdən sonra avtomobilinin təmizlənməsindən ötrü onun yanına gətirə biləcəyini demişdir. Elnur Abdulovla söhbətləşdiyi zaman o ona üzərində narkotik vasitə olması barədə heç nə deməmişdir. Həmçinin onun narkotik vasitə istifadəçisi olmasını bilsə də ona istifadəsi üçün narkotik vasitə verməyi təklif etməmişdir. Elnur Abdulov onunla söhbətləşdiyi zaman üzərində narkotik vasitə olub-olmamasını soruşub, əgər vardırsa istifadə etməsi üçün ona verməyini istəmişdir. O əldə etdiyi narkotik vasitənin bir hissəsini avtomobildə saxladığından istifadə etməsi üçün üzərindəki 01 ədəd sellofan bükümü ona verib içində 09 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuananın olduğunu demiş və vermiş olduğu narkotik vasitə qarşılığında Elnur Abdulovdan heç nə istəməmiş və almamışdır. Elnur Abdulov ona çoxsaylı bükümdə narkotik vasitə verdiyini görüb, həmin bükümlərdən bir hissəni özünün istifadə etməyi üçün ona geri qaytarmaq istədikdə əlavə olaraq onda narkotik vasitə olduğunu demiş və vermiş olduğu narkotik vasitə bükümlərinin hamısı Elnurda qalmışdır. Daha sonra o avtomobilə nəzarət etməkdən ötrü təmir yerinə qayıtmışdır. Təmir yerində olarkən ətrafdakı şəxslərin Xızı rayon ərazisində, mərkəzi bazar yaxınlığında tikinti işləri aparılması, orada işləməyə işçilərin lazım olması barədə söhbətləşmişlər. O həmin şəxsləri şəxsən tanımadığından fikirləşib ki, onlardan iş yerini maraqlansa ona orada işləməyinə mane yaradarlar, həmçinin həmin zaman heç bir yerdə işləmədiyi üçün qazanc əldə etmək məqsədi ilə oraya getmək qərarına gəlmişdir. Bu səbəblə də həmin tarixdə, yəni saat 15 radələrində o avtomobili təmir yerindən götürüb Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində, yaşadığı binanın yaxınlığındakı qarajların qarşısında saxlayıb, evdəkilərin Xızı rayonuna getməyinə etiraz edəcəklərini fikirləşib onlara heç nə demədən qardaşı Elnur Abdulovun yanına gedib avtomobili qarajların yanında saxladığını, işləri ilə əlaqədar bir neçə günlük evə gəlməyəcəyini deyib, avtomobilə nəzarət etməsini istədikdən sonra oranı tərk edib Xızı rayonuna getmişdir. Mobil telefon işlətmədiyindən evdəkilərlə əlaqə saxlaya bilməmiş, fikirləşmişdir ki, haraya getməyi barədə dəqiq bir şey deməsə də qardaşına bir neçə günlük evə gəlməyəcəyini demiş və bu ailə üzvlərinin narahatçılığının qarşısını alacaqdır. Buna görə də idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilib narkotik vasitə aşkarlanmasından işlərini yekunlaşdırıb yaşadığı ünvana geri qayıtdıqdan sonra məlumatlı olmuşdur. Elnur Abdulovun üzərinə şəxsi axtarış və “BMW 540 minik” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar olunaraq götürülmüş 09 ədədi 01 ədəd sellofan bükümə yerləşdirilmiş, 09 ədəd isə 01 ədəd qatlanmış kağız vərəqin içində olmaqla ümumilikdə 18 ədəd kağız bükümdə və 02 ədəd üzərləri kağızla sarılmış kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 0,246 qram, 0,301 qram, 0,292 qram, 0,290 qram, 0,269 qram, 0,276 qram, 0,251 qram, 0,291 qram, 0,500 qram, 0,403 qram, 0,322 qram, 0,343 qram, 0,313 qram, 0,304 qram, 0,402 qram, 0,310 qram, 0,253 qram, 5,415 qram, 5,460 qram olmaqla ümumi təmiz çəkisi 16,475 qram narkotik vasitə-qurudulmuş marixuana 23 sentyabr 2021-ci il tarixdə 20 Yanvar dairəsində şəxsən tanımadığı, orta boylu, orta çəkili, qarabəniz, qısa saçlı, üzü tüklü şəxsdən aldığı, daha sonra bir hissəsini, yəni 01 ədəd sellofan bükümün içində 09 ədəd kağız bükümlərdə olan hissəsini qardaşı Elnur Abdulova pulsuz və qarşılıqsız olaraq verdiyi, digər 01 ədəd qatlanmış kağız vərəqin içində 09 ədəd kağız bükümlərdə və 02 ədəd kibrit qutularda olan hissəsini avtomobilin saxlanc yerində saxladığı narkotik vasitədir. Həmin narkotik vasitəni istifadə üçün əldə etmiş, satmaq niyyəti olmamışdır. Avtomobildə narkotik vasitə saxlamağı barədə nə Elnur Abdulovun, nə də digər şəxslərin, o cümlədən ailə üzvlərinin məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayoru rütbəsindədir. İcraatına Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 20, mənzil 176 ünvanında yaşayan Abdulov Elnur Camal oğlunun qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdu. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsini xahiş etmişdir. Rəhbərlik tərəfindən Elnur Abdulovun cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Belə ki, Elnur Abdulovu əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibəti də olmayıb. 24 sentyabr 2021-ci il tarixdə, saat 17:45 dəqiqədə Elnur Abdulovun Sumqayıt şəhəri, 6-cı mikrorayon, “qarajlar” adlanan ərazidə, yaşadığı binanın yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim ediblər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində, barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməli olduqlarını bildirib və onu idarəyə dəvət ediblər. Polis idarəsində Elnur Abdulova hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılıb. Şəxsi axtarış zamanı Elnur Abdulova üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunub. O da əynindəki gödəkcənin sol üst cibindən 01 ədəd sellofan bükümün içində 09 ədəd kağız bükümlər təqdim edərək içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, sonradan təhqiqatçı kağız bükümlərə baxıb özü həmin kütlələri aşkar etmişdir. Həmin təqdim edilmiş bükümlərdəki kütlələr götürülüb və götürülmüş kütlələr elektron tərəzidə çəkilərək ümumi çəkisi 2,308 qram olmuşdur. Daha sonra narkotik vasitə qurudulmuş marixuana ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq zərfə qoyulub və möhürlənmişdir. Şəxsi axtarış zamanı Elnur Abdulovun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmayıb və götürülməmişdir. Şəxsi axtarış zamanı Elnur Abdulov narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı özünə məxsus olduğunu, həmin narkotik vasitəni qardaşı Təqsirləndirilən şəxs pul vermədən, əvəssiz olaraq əldə etdiyini, Təqsirləndirilən şəxs həmin zaman harada olduğunu bilmədiyini, idarə etdiyi “BMW 540 minik” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sumqayıt şəhəri, 6-cı mikrorayonda, yaşadıqları binanın yaxınlığında qarajların qarşısında olduğunu bildirmiş və əməliyyat tədbirlərinin davamı olaraq Elnur Abdulovun, onun müdafiəçisinin onunla bərabər şəxsi axtarışda iştirak edən digər polis əməkdaşlarının, Elnur Abdulovun qardaşı, avtomobilin mülkiyyətçisi X2 iştirakı ilə sözügedən avtomobilə həmin tarixdə saat 20 radələrində baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön sərnişin oturacağının qarşısındakı saxlanc yerindən 02 ədəd kibrit qutuda və 09 ədəd kağız bükümlərin içində olmaqla narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı haradan və ya kimdən əldə etməsi barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid2 və polis serjantı Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İş materiallarında olan protokoldan görünür ki, Abdulov Elnur Camal oğlu 24 sentyabr 2021-ci il tarixdə, saat 17:45-də Sumqayıt Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 19) İş materiallarında olan qərardan görünür ki, 25 sentyabr 2021-ci il tarixdə, saat 18:40-da Abdulov Elnur Camal oğlunun “BMW 540 minik” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya aidiyyəti olmadığı, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan əldə etdiyi, lakin əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisinin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən şəxsi istehlak miqdarından artıq miqdarda olmadığı müəyyən edildiyindən Elnur Abdulovun cinayət işi üzrə şübhəli şəxs qismində iştirakına xitam verilməklə saxlanıldığı Sumqayıt ŞPİnin MSY-dən azad edilmişdir.(i.v 61) İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2021ci il tarixdə saat 16:08-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 83) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, saat 15:20-dən satt 16:25-dək dindirilmiş, sonra barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir, onun tutulub saxlandığı müddət bir gündən çoxdur.(i.v 99-100,110-111) İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması”, “baxış və götürmə aparılması” haqqında protokollardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixdə saat 17:45 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq polis idarəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sol üst cibindən 01 ədəd sellofan bükümün içərisinə yerləşdirilmiş 09 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş və həmin kütlələr elektron tərəzidə çəkilərək ayrı-ayrılıqda çəkiləri 0,264 qram, 0,251 qram, 0,251 qram, 0,244 qram, 0,264 qram, 0,264 qram, 0,264 qram, 0,212 qram, 0,225 qram olmaqla ümumi çəkisi 2,308 qram olmuşdur. Həmçinin şəxsi axtarış zamanı Elnur Abdulov polis əməkdaşlarının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün qardaşı Təqsirləndirilən şəxs əldə etdiyini, həmin zaman Təqsirləndirilən şəxs harada olduğunu bilməsə də, istifadəsində olan “BMW 540 minik” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sumqayıt şəhəri, 6-cı mikrorayonda, yaşadıqları binanın yaxınlığındakı qarajların qarşısında olduğunu bildirmiş, həmin tarixdə qeyd olunan ünvanda “BMW 540 minik” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin ön sərnişin oturacağının qarşısındakı saxlanc yerindən 01 ədəd qatlanmış kağız vərəqin içində 09 ədəd kağız bükümdə və 02 ədəd üzərləri kağızla sarılmış kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra avtomobildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana kütlələri elektron tərəzidə çəkilərək 09 ədəd kağız bükümlərdəki kütlələrin ayrı-ayrılıqda çəkiləri 0,276 qram, 0,296 qram, 0,276 qram, 0,289 qram, 0,334 qram, 0,276 qram, 0,405 qram, 0,334 qram, 0,251 qram, kibrit qutulardakı kütlələrin ayrı-ayrılıqdakı çəkiləri 5,594 qram və 5,569 qram olmuşdur.(i.v 26-27, 36-37) İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 25 sentyabr 2021-ci il tarixli 7/987 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs......... Abdulov E” yazılar və imza olan 09 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 0,246 qram, 0,301 qram, 0,292 qram, 0,269 qram, 0,276 qram, 0,251 qram, 0,291 qram olmaqla ümumi təmiz çəkisi 2,450 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Təqdim olunmuş 09 ədəd kağız bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidir.(i.v 41-44) İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 25 sentyabr 2021-ci il tarixli 7/988 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş” yazılar və imza olan 09 ədəd kağız bükümlərdə, 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,500 qram, 0,403 qram, 0,322 qram, 0,343 qram, 0,313 qram, 0,304 qram, 0,402 qram, 0,310 qram, 0,253 qram, 5,415 qram, 5,460 qram olmaqla ümumi təmiz çəkisi 14,025 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Onlar tərkiblərinə görə eynidir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından və Abdulov Elnur Camal oğlunun üzərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir.(i.v 45-49) İş materiallarına əlavə edilmiş 27 noyabr 2021-ci il tarixli 4742 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 131-132) İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olsa da onun satışı ilə məşğul olması müəyyən edilməmişdir.(i.v 114) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 04.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 68) İş materiallarında olan “Əşyaların maddi sübut hesab edilməsi haqqında” 05.11 2021-ci il tarixli qərardan görünür ki, Abdulov Elnur Camal oğlunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümə yerləşdirilmiş 09 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 0,246 qram, 0,301 qram, 0,292 qram, 0,290 qram, 0,269 qram, 0,276 qram, 0,251 qram, 0,291 qram olmaqla ümumi təmiz çəkisi 2,450 qram (qalıq 2,090 qram) narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd qatlanmış kağızın içində 09 ədəd kağız bükümdə və 02 ədəd üzərləri kağızla sarılmış kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,500 qram, 0,403 qram, 0,322 qram, 0,343 qram, 0,313 qram, 0,304 qram, 0,402 qram, 0,310 qram, 0,253 qram, 5,415 qram, 5,460 qram olmaqla ümumi təmiz çəkisi 14,025 qram (qalıq 13,805 qram) narkotik vasitə qurudulmuş marixuana və Elnur Abdulovun üzərinə şəxsi axtarış və götürmə, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış və götürmə aparılmasının videogörüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmiş, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra ayrı-ayrılıqda qalıq qalmış 2,090 qram və 13,805 qram çəkilərdə narkotik vasitə qurudulmuş marixuana Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarında saxlanmışdır.(i.v 118-119) İş materiallarında olan 13 saylı MKS-nin 820 saylı, 19.11.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 130) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 11.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Abdulov Elnur Camal oğlu barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Abdulov Elnur Camal oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat ayrılmışdır. Abdulov Elnur Camal oğlunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümə yerləşdirilmiş 09 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 0,246 qram, 0,301 qram, 0,292 qram, 0,290 qram, 0,269 qram, 0,276 qram, 0,251 qram, 0,291 qram olmaqla ümumi təmiz çəkisi 2,450 qram (qalıq 2,090 qram) narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd qatlanmış kağızın içində 09 ədəd kağız bükümdə və 02 ədəd üzərləri kağızla sarılmış kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,500 qram, 0,403 qram, 0,322 qram, 0,343 qram, 0,313 qram, 0,304 qram, 0,402 qram, 0,310 qram, 0,253 qram, 5,415 qram, 5,460 qram olmaqla ümumi təmiz çəkisi 14,025 qram (qalıq 13,805 qram) narkotik vasitə qurudulmuş marixuana və Elnur Abdulovun üzərinə şəxsi axtarış və götürmə, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış və götürmə aparılmasının videogörüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda qalıq qalmış 2,090 qram və 13,805 qram çəkilərdə narkotik vasitə qurudulmuş marixuana Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarında saxlanmışdır. Narkotik vasitənin çəkisindəki fərqin polis əməkdaşı tərəfindən həmin kütlələrin nasaz elektron tərəziyə qoyularaq miqdarının hesablandığı nəzərə alınmaqla daha yüksək dəqiqlikli ekspert tədqiqatları göstəricisi mötəbər sübut kimi qəbul edilmişdir.(i.v 144-154) Məhkəmə iclasında Abdulov Elnur Camal oğlunun üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə şəxsi axtarışı özündə əks etdirən bir ədəd DVD diskdəki görüntülər nümayiş olundu, Abdulov Elnur Camal oğlundan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş maddənin kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etməsi təsdiq edildi. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 16,475 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 132,92 (bir yüz otuz iki manat doxsan iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 2,090 qram və 13,805 qram çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuanalar məhv edilməlidir. Abdulov Elnur Camal oğlunun üzərində şəxsi axtarış keçirilməsi və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə axtarış aparılması barədə videogörüntülərin olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə tutulmuş, 15 oktyabr 2021-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 20-də yerləşən 176 saylı mənzili tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 132,92 (bir yüz otuz iki manat doxsan iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 2,090 qram və 13,805 qram çəkilərdə narkotik vasitə ola qurudulmuş marixuana məhv edilsin. Abdulov Elnur Camal oğlunun üzərində şəxsi axtarış keçirilməsi və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə axtarış aparılması barədə videogörüntülərin olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-202/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-202/2022
04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver