Məhkəmə qərarları › İş №1(060)-202/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-202/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-202/2025 15.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,261 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 15.30 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5\11-in qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,261 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,361 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12.40 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, Qarabağ deyilən ərazinin yaxınlığında yerləşən nömrəsiz fərdi evin yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,361 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadə verərək göstərdi ki, iki epizod üzrə ona ittiham verilsə də o polis əməkdaşlarından qorxduğu üçün danışa bilmir. Belə ki, evində oturub çay içən zaman, 10 nəfərə yaxın adam birdən içəri girmiş və ona “mal hardadır, tez yerin göstər” bildirilmiş və ona guya oğurluq etdiyin bildirərək bölməyə aparılmışdır. Oğurluq adıyla onu bölməyə gətirsələr də, bölmədə qarşısına “mal”, yəni narkotik maddə qoyulmuşdur ki, bu ona məxsusdur. O, saxlanıldıqdan sonra prokurorluğa aparılarkən orada məlumat vermiş və bundan sonra, buraxılmışdır. Əvvəllər narkotik vasitələrdən istifadə etsə də hazırda istifadə etmir. Sonuncu dəfə 2-3 ay əvvəl bundan əvvəl narkotik qəbul etmişdir. O, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün həbs edilmiş, sonuncu dəfə 2024-cü ilin fevral ayında azadlığa çıxmışdır. O, 5-6 il olar ki, narkotik vasitələrdən istifadə etmiş və təxmininən həftədə, ayda bir iki dəfə narkotik vasitə qəbul edirmiş. Narkotik vasitələrdən istifadəni tərgitmək istəsə də bacarmamışdır. Narkotik vasitəni isə narkomanlardan 10 manat müqabilində kakos alaraq istifadə etmişdir. Polis əməkdaşları ona psixoloji təsir göstərsə də fiziki güc tətbiq etməmiş və onu döyməmişlər. Onu birinci dəfə dəqiq tarixi xatırlamır, 1-ci və 2-ci mikrorayonun arasında yerləşən parkın içərisində saxlayıblar. Saxlanılarkən üzərindən narkotik vasitə aşkar edilməsə də, təxminən 1 həftə əvvəl narkotikdən istifadə etmişdir. İkinci dəfə, dəqiq tarixi xatırlamır, yaşadığı Qurd dərəsində yerləşən evdən gəlib aparmışlar. Polis əməkdaşları həmin vaxt ona bildirmişlər ki, qonşular ondan şikayət edib və onun oğurluq etdiyini bildiriblər. Bu səbəbdən də onu tutub bölməyə aparmışlar. Hər iki epizod üzrə narkotikləri bölmədə polis əməkdaşları verib və çəkiliş aparmışlar. Çəkiliş aparılarkən bu barədə vəkilə heç nə bildirməmiş və heç bir orqana şikayət etməmişdir. İstintaqda qorxduğu üçün etirafedici ifadə vermişdir. Polisdər onu döyməsə də o, döyülməkdən qorxmuşdur. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Məhkəməyə qədər icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir, narkotik vasitədən, psixotrop maddədən çəkməklə istifadə edir. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 15.30 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5\11-in qarşısında tək piyada hərəkət edən zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə bir yerdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Bundan sonra özü əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu bir ədəd qızılı rəngli kağız bükümü təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində spesifik iyə malik toz şəkilli qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş bükümdəki maddənin kakos olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsində tanımadığı bir şəxsdən bir bükümdə 10 manata əldə edərək şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd bükümdəki kütlə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,31 qram olması müəyyən olunmuşdur. Həmin büküm təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə saat 12.40 radələrində kirayə yaşadığı evin yaxınlığında küçədə tək piyada hərəkətdə olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə bir yerdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Bundan sonra özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş bükümdəki maddənin psixotrop maddə patı olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsində tanımadığı bir şəxsdən bir bükümdə 10 manata əldə edərək şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd bükümdəki kütlə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,54 qram olması müəyyən olunmuşdur. Həmin büküm təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, psixotrop maddə, narkotik vasitə istifadə etdiyini etiraf edir, həmin psixotrop maddəni, narkotik vasitəni almaqda məqsədi özü istifadə etmək olmuş, psixotrop maddə, narkotik vasitə satmaq niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbir keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5\11-in qarşısında küçədə hərəkət edən Təqsirləndirilən şəxs saxlayaraq ona psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hətta baxış keçirilməzdən əvvəl ona üzərində qeyri qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində spesifik iyə malik toz şəkilli qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki maddənin kakos olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində bir büküm əldə edərək şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş bükümdəki kütlə elektron tərəziyə qoyularaq çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş şahid X2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşı Şahid4 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbir keçirmişlər. Keçirilən tədbir nəticəsində xx.xx.2024-cü il tarixdə saat 12:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, Qarabağ deyilən ərazidə küçədə saxlanılaraq ona psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmişdir. Bölmədə xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hətta baxış keçirilməzdən əvvəl ona üzərində qeyri qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki maddənin psixotrop maddə patı olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata bir bükümdə əldə edərək şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş bir ədəd bükümdəki kütlə elektron tərəziyə qoyularaq çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq, möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 6/4610 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,261 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 oktyabr 2024-cü il tarixli 6/4773 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 125” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...”və s. yazılar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,361 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2024-cü il tarixli 6480 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay 02 (iki) gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) ay 07 (yeddi) gün müddətinə çəkilməmiş cəzasından vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30-da şübhəli şəxs qismində saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” qərardadan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin X1 azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:40-da şübhəli şəxs qismində saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” qərardadan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin X1 azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Məhkəmə X3 məhkəmə baxışında özünü təqsirli bilməməsinə dair ziddiyyətli ifadəsinin işin faktiki hallarına uyğun olmadığı üçün tənqidi yanaşaraq hesab edir ki, bu onun bu ifadəsi özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Ona görə də onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi işin faktiki hallarına daha uyğun olduğu üçün həmin ifadəni sübüt kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi şahidlərin ifadəsi, video görüntülər və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Həmçinin, təqsirləndirilən şəxsin sərbəst ifadəsindən görünür ki, sonuncu döyülməmiş və qeyri-insani rəftara məruz qalmamış, bundan əlavə, təqsirləndirilən şəxs narkotik maddələrdən daimi istiadə etmiş və polis əməkdaşları tərəfindən tutulduğu müddətlərdə də narkotik maddələr əldə edib istifadəni davam etdirmişdir. Bu halı sonuncunun narkomaniya xəstəliyindən əziyyət çəkməsi də təsdiq edir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,261 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 15.30 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5\11-in qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,261 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,361 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12.40 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, Qarabağ deyilən ərazinin yaxınlığında yerləşən nömrəsiz fərdi evin yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,361 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası həddi daxilində cəzalandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədərkən məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını, lakin cəzanı ağırlaşdıran halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə tutulduğu 4 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məhkəmə iclas zalından həbsə alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,211 qram təşkil edən narkotik vasitə heroin və 0,311 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 190 (yüz doxsan) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,211 qram təşkil edən narkotik vasitə heroin və 0,311 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 190 (yüz doxsan) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar