Məhkəmə qərarları › İş №1(060)-203/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-203/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-203/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı: X4, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Embopanel” mağazasında satıcı işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 47-ci məhəllə ev 14 mənzil 40-da qeydiyyatda olan, Sumqayıt şəhəri Qurd Dərəsi bağlar massivi fərdi evdə yaşayan, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 07:20 radələrində “BC” kateqoriyalı, AF 712608 seriyalı sürücük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Hyundai Sonata YF Minik” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Sumqayıt şəhəri Yaşma bağlar massivi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını görüdükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək Bakı-Quba yolunun 36-cı km-də Sumqayıt şəhəri ərazisində yerləşən «STP» zavodunun yaxınılığında yolu sağdan sola keçən xx.xx.1988-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq, ölümünə səbəb olan beyin maddəsinə və mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, sol baldır sümüklərinin açıq sınığı, sol budun baldırı tutan qançırı, sol baldırın yuxarı 1/3-nin yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, «Hyundai Sonata YF Minik» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2020-ci il tarixdə saat 07:10 radələrində o idarə etdiyi avtomobillə, tək Sumqayıt şəhəri Yaşma bağlar massivinə gedərkən saat 07:20 radələrində Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “STP” zavodunun yanında saatda 70-80 km/saat sürətlə hərəkətdə olarkən 6-7 metr ondan aralıda bir nəfər piyadanın yolun sağ kənarındakı metal çəpərin yanında dayandığını görmüşdür. Həmin piyadaya yaxınlaşanda piyada iti addımlarla 2 metr yola girdiyi üçün ilk növbədə tormoz əyləcinə basaraq maşını saxlamaq istəmiş, təxminən maşının surəti 40 km/saat surətə düşmüşdür. Piyada 2 saniyə ərzində geri qayıtmaq istəsə də, fikrindən yayınaraq getdiyi istiqamətə hərəkət etmək istəyəndə hadisənin qarşısını ala bilməyəcəyini görərək avtomobili sola tərəf istiqamətləndirmişdir. Buna baxmayaraq o piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurmuş və idarəetməni itirərək yolun sol tərəfindəki təpəciyə dəyib dayanmışdır. O maşından düşərək yerdə uzanılıqlı vəziyyətdə olan piyadaya yaxınlaş və dərhal təcili tibbi yardıma və DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra təcili-tibbi yardım maşını gələrək piyadanı maşina qoyub aparmışlar. Özü isə hadisə yerində qalmışdır. Az sonra polis əməkdaşları da hadisə yerinə gələrək, hadisə yerinə baxış keçirtmişlər. Hadisə vaxtı avtomobilində yük və ya sərnişin olmamışdır. Avtomobili texniki vəziyyətdən saz vəziyyətdə olmuşdur. Avtomobil idarə edərkən spirtli içki və ya narkotik maddə qəbul etməmişdir. Piyadanı yolun sağından soluna doğru öz hərəkət hissəsində, yolun kənarından təxminən 2 metr məsafə qət etdiyi hissədə vurmuşdur. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma oğludur. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə, saat 07:20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata YF Minik» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Sumqayıt şəhəri Yaşma bağlar massivi istiqamətində hərəkətdə olarkən Bakı-Quba yolunun 36-cı km-də «STP» zavodunun yaxınılığında, yaşadıqları evin yaxınlığında yolu sağdan sola keçən xx.xx.1988-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş və nəticədə Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. xx xxxxx 2021-ci ildə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərdi ki, məhkəmə baxışı gedən ərəfədə Təqsirləndirilən şəxs tərəfindən ona maddi ziyan olaraq 12000 manat pul verilmişdir. Bu səbəbdən məhkəməyə verdiyi mülki iddiadan imtina edir və iddia tələbi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı iddiası və tələbi yoxdur, cəza təyini zamanı nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid göstərdi ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nın baş inspektoru vəzifəsində xidmət edir, polis serjantıdır. xx.xx.2020-ci il tarixdə, səhər saat 07:30 radələrində Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Bakı-Quba yolunun 36-cı km-də Sumqayıt şəhəri ərazisində yerləşən «STP» zavodunun yaxınılığında yolnəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal o idarə etdiyi xidməti avtomobil ilə hadisə yerinə getmişdir. Hadisə yerinə gedəndən sonra ona məlum olmuşdur ki, bir az əvvəl Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata YF Minik» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Sumqayıt şəhəri Yaşma bağlar massivi istiqamətində hərəkətdə olarkən Bakı-Quba yolunun 36-cı km-də «STP» zavodunun yaxınılığında yolu sağdan sola keçən xx.xx.1988-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş və piyada hadisə yerində ölmüşdür. X8 isə hadisə yerində qalmışdır. Bundan sonra hadisə yeri sürücünün, hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri, hadisə yerinin sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra Rüsif Zülfiqarovu Sumqayıt şəhər Narkoloji Dispanserə dəvət edərək o, orada sərxoşluq müayinəsindən keçirilmişdir. «Hyundai Sonata YF Minik» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisə yerindən qaçması halı baş verməmişdir. O yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə gedən zaman sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi yeri Bakı-Quba yolunun 36cı km-dədir, yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 12 metr, hərəkət hissəsinin eni 6 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti vardır. (i.v. 4-10) İş materiallarında olan xx xxxxxx 2020-cu il tarixli, 6573 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. (i.v. 16) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 42) İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/2336 saylı rəyindən görünür ki, «Hyundai Sonata» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 73-76) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 131 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində beyin maddəsinə və mədəciklərinə qansızma, kəllə qapağı və əsas sümüklərinin sınığı, sol baldır sümüklərinin açıq sınığı, sol budun baldırı tutan qançırı, sol baldırın yuxarı 1/3-nin yarasından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarıq təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilməsi inkar olunmur, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. İlkin zərbə sol baldır-bud nahiyyəsinə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində nəqliyyat travması ilə əlaqədar olmayan xəsarətlər, avtomobilin şinlərinin izləri aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə qapağı və əsas sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. (i.v. 60-66) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 104-105) İş materiallarında olan AD № 254513 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Hyundai Sonata YF Minik» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. (i.v. 17) İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-İmtahan və X9 xx.xx.2020-ci il tarixli, 302-4963-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il AF712608 saylı «BC» kateqoriyalı 10 illik sürücülük vəsiqəsi verilmişdir. Kompyuter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. (i.v. 28) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 71) Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2013-cü il, xx.xx.2017-ci il, xx.xx.2021-ci il təvəllüdlü, ikisi azyaşlı olmaqla 3 uşağı vardır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” xx xxxxxx 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görməşəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəliliyik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşaqları olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən X7 təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 Rusif Soltanhəmid oğluna qarşı mülki iddia verərək Təqsirləndirilən şəxs mərhum oğlunun dəfn, hüzn və qəbir üstünün götürülməsinə çəkilməş xərclərə görə ümumilikdə 10100 manat məbləğində pulun, 2020-ci ilin dekabrından başlayaraq mərhum oğlunun kiçik qızı, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi ondan hər ay üçün 500 manat vəsaitin tutularaq ödənilməsi və 200 manat hüquqi yardıma, 30 manat dövlət rüsumuna ödənilən pulun ondan tutlmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X4 xx.xx.2021-ci il tarixli ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi ziyan olaraq 12000 manat pul verilmişdir. Ona görə də X6 mülki iddiadan imtina edir və iddia tələbi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı iddiası və tələbi yoxdur, cəza təyini zamanı nəzərə alınmasını xahiş edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X6 oğlunun iddiadan imtinası qanunidir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, onun iddiadan imtina etməsi qəbul edilərək mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X4 mülki iddiadan imtina etməsi qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar