Məhkəmə qərarları › İş №1(060)-203/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-203/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-203/2023 09.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 04 (dörd) ədəd bükümlərdə ümumi təmiz çəkisi 1,615 qram ağ rəngli, kristallşəkilli kütlələr kustar üsulla hazırlanmış tərkibindəki komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində idarə etdiyi “Mercedes Benz E220” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə Çerkassi küçəsi kəsişməsində yol hərəkəti qaydalarını pozduğuna görə Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibində saxladığı 04 (dörd) ədəd bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,398 qram, 0,385 qram, 0,388 qram, 0,444 qram, ümumilikdə ümumi təmiz çəkisi 1,615 qram ağ rəngli, kristallşəkilli kütlələr kustar üsulla hazırlanmış tərkibindəki komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə tanışı Elçin ilə görüşüb, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən kafelərdən birinə gedərək çay içmişlər. Təxminən saat 02-03 radələrində o, Elçinlə birlikdə kafedən qalxıb idarə etdiyi “Mercedes E 220” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişlər. Onun avtomobilində köhnə iş paltarları olduğundan onları yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində yerləşən fərdi evinə qoymalıydı. Bu səbəbdən də o, Elçindən onunla gəlməsini və daha sonra onu yaşadığı evə gətirib düşürəcəyini bildirmiş, Elçin də onunla razılaşmışdır. O, Elçinlə birlikdə qeyd etdiyi fərdi evinə gəlib əşyaları qoyduqdan sonra yenidən Sumqayıt şəhəri istiqamətində idarə etdiyi avtomobili ilə hərərkət etmişdir. Təxminən 03:30 radələrində tanışı Elçin ilə birlikdə idarə etdiyi avtomobili ilə Sumqayıt şəhəri, Sülh küçəsi ilə Çekassi küçələrinin kəsişməsində yolhərəkəti qaydalarının pozulmasına görə YPX-nin əməkdaşları dur əmri vermişlər və o, da avtomobili kənarda saxlayıb yerə enmişdir. YPX əməkdaşları özlərini təqdim edərək, avtomobilin sənədlərini yoxalamağa başlamışlar. Daha sonra polis əməkdaşları onahər hansı psixotrop maddələrin və ya alkoqol içkinin qəbul edib etmədiyini soruşub həkim müayinəsinə aparacaqlarını ona deyən zaman o, ilkin olaraq qorxduğu üçün narkotik vasitələrin istifadə etməsini bildirməmişdir. Polis əməkdaşları ona şübhəli davranışlarına görə təkrar sual verən zaman o, onlara üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. YPX əməkdaşları da onu və tanışı Elçini idarə etdiyi avtomobil ilə şübhəli kimi Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə həmin bölməyə getmişlər. Orada xidməti otaqların birində videokamera işə salınaraq üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin bölmənin təhqiqatçısı Ramal Eminli özünü ona təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Daha sonra polis əməkdaşları da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Ramal Eminli hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Nizami Salamovu təqdim etmiş, o bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli idman gödəkçənin sol yan cibində saxladığı “Rothmans” markalı siqaret qutusunun içərisində olan 01 (bir) ədəd kibrit qutusunun içərisində olan 04 (dörd) ədəd şəffaf sellofana bükümü təqdim etmişdir. Daha sonra həmin siqüaret qutusunun içərisindəki kibrit qutusu açılan zaman qutunun içərisindən 04 (dörd) ədəd ayrı-ayrı şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin vaxt qara rəngli idman gödəkçəmin sol yan cibindən aşkar edilmiş 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin tərəziyə qoyulub çəkilmiş və həmin maddələr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı o üzərindən aşkar edilmiş maddələri bir müddət əvvəl Bakı şəhəri, 20 yanvar dairəsi ərazisində tanımadığı şəxsdən 01 (bir) bükümü 50 (əlli) manat olmaqla, 04 (dörd) büküm, şəffaf ağ sellafona bükülmüş “patı” olan narkotik vasitəni ümumilkdə 200 (iki yüz) manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Üzərinə şəxsi axtarış davam etdirilən zaman üzərindən qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan başqa, o ona məxsus “Mercedes E 220” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyi üçün videoçəkilişlə avtomobilinə baxışa başlanmadan əvvəl ona avtomobilində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif olunmuş, o da avtomobildə hər hansı bir qanunsuz əşya və yaxud maddi sübut saxlamadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmişdir. Üzərində 04 (dörd) bükümdə metamfetaminin olması barədə Elçinin ümumiyyətlə heç bir məlumatı olmamış, bu barədə ona heç nə deməmişdir. Narkotik vasitədən hər gün olmasa da ara-sıra istifadə etmiş və həmin narkotik vasitəni də bir dəfəlik əldə etmişdir ki, bir müddət ondan rahat istifadə edə bilsin. Ona polis əməkdaşları tərəfindən saxlanılarkən, 5-ci PB-yə gətirilərkən, habelə həmin PB-də olan zaman polis əməkdaşları tərəfindən hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Ümumiyyətlə narkotik vasitə alqısatqısı ilə məşğul olmamışdır. Sumqayıt ŞPİ-nin 5-cü PB-də polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə və avtomobilinə saxlanıldığı yerdə baxış keçirməmişdir. O, üzərindən aşkar olunmuş metamfetamini aldığı şəxsi tanımamış, onun yaşadığı ünvanı, adını, eləcə də mobil telefon nömrəsini bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuşdur. Əməlindən peşman olmasını və himayəsində 03 (üç) azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid1 Nizami oğlu ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində postaçı yoldaşı polis baş leytenantı Sahib Əkbərovla birlikdə **-YP-*** saylı avtopatrulda xidmət apararkən «Mersedes» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazlarından istifadə etmədiyi üçün tərəfindən saxla işarəsi verilmiş, sürücü onları görərəkdən və bilərəkdən saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirmiş, Sülh küçəsi ilə Çerkassi küçələrinin kəsişməsində «Lukoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında həmin avtomobil sürətini endirərək saxlanılmışdır. Onlar avtomobilə yaxınlaşıb sürücüyə özlərini təqdim etmişlər, avtomobilin sənədlərini yoxlamağa başlamışlar. Daha sonra onlar sürücünün psixotrop maddə altında olmasından şübhələnib ondan hər hansı psixotrop maddələrin və ya alkoqol içkinin qəbul edib etmədiyini soruşub həkim müayinəsinə aparacaqlarını ona deyən zaman həmin şəxs ilkin olaraq narkotik vasitələrdən istifadə etdiyini bildirməmiş, onlar ona təkrar sual verən zaman sürücü üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Onlar da həmin şəxsi və avtomobildə olan digər oğlanla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər, həmin şəxslər etiraz etmədən onlarla birlikdə həmin bölməyə getmişlər. Bölmədə onlara məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və Həbibli Elçin Hafis oğludur. O bu barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin rəisinə raportla müraciət etmişdir. Belə ki, orada xidməti otaqların birində videokamera işə salınaraq əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin bölmənin təhqiqatçısı Ramal Eminli özünü ona təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmiş, daha sonra onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Ramal Eminli ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Nizami Salamovu təqdim etmiş, Taleh bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə Talehin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, Taleh də əynində olan qara rəngli idman gödəkçənin sol yan cibində saxladığı “Rothmans” markalı siqaret qutusunun içərisində olan 01 (bir) ədəd kibrit qutusunun içərisində olan 04 (dörd) ədəd şəffaf sellofana bükümü təqdim etmişdir. Daha sonra həmin siqaret qutusunun içərisindəki kibrit qutusu açılan zaman qutunun içərisindən 04 (dörd) ədəd ayrı-ayrı şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qara rəngli idman gödəkçəsinin sol yan cibindən aşkar edilmiş 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin elektron tərəziyə qoyulub çəkilmiş və həmin maddələr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Taleh üzərindən aşkar edilmiş maddələri bir müddət əvvəl Bakışəhəri, 20 yanvar dairəsi ərazisində tanımadığı şəxsdən 01 (bir) bükümü 50 (əlli) manat olmaqla, 04 (dörd) büküm, şəffaf ağ sellafona bükülmüş “patı” olan narkotik vasitəni ümumilkdə 200 (iki yüz) manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Üzərinə şəxsi axtarış davam etdirilən zaman üzərindən qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan başqa, Taleh ona məxsus “Mercedes E 220” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyi üçün videoçəkilişlə avtomobilinə baxışa başlanmadan əvvəl ona avtomobilində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif olunmuş,o da avtomobildə hər hansı bir qanunsuz əşya və yaxud maddi sübut saxlamadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilmişdir. Baxış zamanı onun avtomobilindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmişdir. Bundan başqa, Talehlə birlidə bölməyə gətirilmiş Elçin Həbiblinin üzərinə də baxış keçirilmişdir. Belə ki, xidməti otaqda videokamera işə salınaraq Elçinin üzərinə baxış keçirilməzdən əvvəl həmin bölmənin təhqiqatçısı Ramal Eminli özünü ona təqdim edərək, ona özünü təqdim etməyini xahiş etmiş, Elçin də özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Ramal Eminli ona üzərinə baxış keçiriləcəyini bildirmiş, o da etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və Elçin Həbibli saxlanılarkən onlara qarşı heç bir təziq göstərilməmiş, konkret olaraq Təqsirləndirilən şəxs Sülh küçəsi ilə Çerkassi küçələrinin kəsişməsində saxlanılmış, həmin yolun əks istiqamətində, yəni Sülh küçəsinə düşən hissəsində “Lukoil” yanacaq doldurma məntəqəsi də yerləşdiyi üçün o, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanıldığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 da ifadəsində Şahid1 Nizami oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişməsində Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olduğunu bildirən həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və onun yanında olan Həbibli Elçin Hafis oğlu Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə gətirildiyi üçün üzərlərinə şəxsi axtarış keçirilməyə başlanılır. Belə ki, orada xidməti otaqların birində videokamera işə salınaraq əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin bölmənin təhqiqatçısı Ramal Eminli özünü ona təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı X7 hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Nizami Salamovu təqdim edir, o bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə Talehin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Taleh də əynində olan qara rəngli idman gödəkçənin sol yan cibində saxladığı “Rothmans” markalı siqaret qutusunun içərisində olan 01 (bir) ədəd kibrit qutusunun içərisində olan 04 (dörd) ədəd şəffaf sellofana bükümü təqdim edir. Daha sonra həmin siqaret qutusunun içərisindəki kibrit qutusu açılan zaman qutunun içərisindən 04 (bir) ədəd ayrı-ayrı şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilir. Həmin vaxt Təqsirləndirilən şəxs qara rəngli idman gödəkçəsinin sol yan cibindən aşkar edilmiş 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisi 1,9 qram olduğu müəyyən olunur və həmin maddələr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılır və DİN-nin 242 nömrəli möhürü ilə möhürlənir. Sorğu zamanı Taleh üzərindən aşkar edilmiş maddələri bir müddət əvvəl Bakı şəhəri, 20 yanvar dairəsi ərazisində tanımadığı şəxsdən 200 (iki yüz) manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Üzərinə şəxsi axtarış davam etdirilən zaman üzərindən qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmet aşkar olunmur. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş 01 (bir) qutu “Rothmans” markalı siqaret və 01 (bir) ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən Talehin özünə geri qaytarılır. Bundan başqa, Taleh ona məxsus “Mercedes E 220” markalı, **-DA- *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyi üçün videoçəkilişlə avtomobilinə baxışa başlanmadan əvvəl ona avtomobilində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif olunur. Taleh də avtomobildə hər hansı bir qanunsuz əşya və yaxud maddi sübut saxlamadığını bildirir. Bundan sonra avtomobilə baxış keçirilir. Baxış zamanı onun avtomobilindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilmir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5647 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR Din «Zərflər üçün №242» möhür əksi və «şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərindən...» və s.yazılar, imzalar olan kağız paketdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,398 qram, 0,385 qram, 0,388 qram, 0,444 qram ümumi təmiz çəkiləri 1,615 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Qeyd: metamfetaminin təmiz çəkisi – 1,615 qram, tədqiqata sərf edildi - 0,12 qram, qalıq – 1,495 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X8" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli, 7046 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulatorların birgə qəbulu nəticəsində yaranana Asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,615 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 1,495 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan nikah şəhadətnaməsinin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 03 (üç) azyaşlı uşaq vardır (xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3). İş materiallarında olan 15 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 1.615 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 1,495 qram psixotrop maddə metamfetamin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,495 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar