Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-204/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1985-ci ildə Füzuli rayonunun Zərgar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Füzuli rayonunun Zərgar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 12-ci mikrorayon, Yeni yaşayış kompleksi-1005, bina 736(11), mənzil 62-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 15 iyul 2019-cu il tarixdən başlayaraq 04.10.2013-cü il təvəllüdlü X1, 11.05.2015-ci il təvəllüdlü X2 və 10.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140,00 manat olmaqla, ümumilikdə 420,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(060)- 6694/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 14 fevral 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 oktyabr 2020-ci il tarixə kimi, cəmi 5930,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 21.09.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan 04.10.2013-cu il təvəllüdlü Dəniz adlı, 11.05.2015-ci il təvəllüdlü Ayaz adlı və 10.09.2016-cı il təvəllüdlü Araz adlı uşaqları anadan olmuş, 2019-cu ilin əvvəllərində arvadı Günay Nərimanovla münasibəti pozululmuş və aralarında mübahisə yarandığından ayrı yaşamasına qərara gəlmiş, bu səbəbdən valideyinlərinin evinə köçmüş, lakin Zərərçəkmiş şəxs həmin ilin yay aylarında məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb edərək məhkəməyə müraciət etmiş və nəticədə Sumqayıt Şəhər Məhləməsinin 14 avqust 2019-cu il tarixli, 2(060)-6694/2019 saylı qətnaməsinə əsasən, ondan 15 iyul 2019-cu il tarixdən başlayaraq 04.10.2013-cu il təvəllüdlü X1, 11.05.2015-ci il təvəllüdlü X2 və 10.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140,00 manat, cəmi 420,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün ilkin olaraq Füzuli rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, daha sonra yaşayış yerinə görə aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız günəmuzd usta kimi işləmiş, icra məmuru tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və sonuncu dəfə Sumqayıt Şəhər Məhkəmənin 14.02.2020-cu il tarixli qərarına əsasən İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati həbsdən sonra icra məmuru tərəfindən ona qətnamənin icrası üçün yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəyə bilməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən ona dəfələrlə xəbərdarlıq edilmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimat üzrə 15.10.2020-ci il tarixədək aliment borcu 5930,00 manat təşkil etmiş, lakin qətnamə üzrə noyabr ayında əlavə olaraq 400,00 manat və cari ilin yanvar ayının əvvəllərində əlavə 1800,00 manat, ümumilikdə 2200,00 manat məbləğində pulun ödənilməsini təmin etmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür, özünü təqsirli hesab edir. Hazırda aliment borcunu Zərərçəkmiş şəxs tam ödəmişdir. Bunları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(060)-6694/2019 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 15 iyul 2019-cu il tarixdən başlayaraq 04.10.2013-cü il təvəllüdlü X1, 11.05.2015-ci il təvəllüdlü X2 və 10.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140,00 olmaqla, ümumilikdə 420,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün ilk öncə aidiyyəti üzrə Füzuli rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, daha sonra Elvinin yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra idarəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib aliment üzrə cəmi 370,00 manat məbləğində ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimatla müraciət edərəkən Təqsirləndirilən şəxs tərəfindən 5930,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Lakin təqdimat İstintaq idarəsinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs aliment borcundan noyabr ayında əlavə olaraq 400,00 manat və daha sonra bu ilin yanvar ayının əvvəllərində əlavə olaraq 1800,00 manat məbləğində ödəniş etmişdir. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, özü ev ustasıdır və kifayət qədər gəliri vardır, sadəcə qərəzli olaraq alimenti ödəməkdən yayınır, Elvin bir ata kimi öz övladları ilə maraqlanmamış və evə heç bir köməklik göstərməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən aliment borcu tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 14.08.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 04.10.2013-cü il təvəllüdlü X1, 11.05.2015-ci il təvəllüdlü X2 və 10.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 420 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilmlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Məşğulluq” altsistemində qeydiyyata alınmışdır və ona aylıq əmək haqqı 250 manat olmaqla "xxxx" MMC-də vakant olan haqqı ödənilən ictimai işlər təklif olunmuşdur. Lakin vət. Təqsirləndirilən şəxs ona təklif olunan işdən imtina edərək işləmək istəmədiyini bildirmişdir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında 14 fevral 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(060)-6694/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Füzuli rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarından görünür ki, 16.01.2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt şəhər Məhkəməsinin 29.03.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs 04.08.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 15.10.2020-ci il tarixədək olan 5930 manat məbləğində aliment borcu tam ödənildiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Bunları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs aliment borcunu tam ödədiyindən onun heç bir şikayət və tələbi yoxdur. Bunları nəzərə alıb cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsə aliment borcunu tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 12 saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 16 saat vaxt sərf etmişdir. Ona görə də 96 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aliment borcunu tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməklə, məhkəmə iclas zalında dərhal azad edilməlidir. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməklə, məhkəmə iclas zalında dərhal azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 96 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-204/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-204/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver