Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-204/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,490 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, 25 oktyabr 2021-ci il tarixdə, saat 16:30-da, ünvan 2 ünvanının qarşısında saxlanılaraq 1-ci PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd şəffaf polietilen sellofan kəsiyinə bükülmüş vəziyyətdə 0,490 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 25.10.2021-ci il tarixdə, təxminən saat 16:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ərazisində, yaşadığı evin yaxınlığında olan zaman 3 (üç) nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə dəvət etmişdirlər. O, heç bir etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmiş, PB-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında olan X2 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X2 ona təqdim olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanılmışdır. Ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, 1 (bir) büküm şəffaf sellofana bükülmüş, tünd qəhvəyi rəngli kütləni təqdim edərək, təqdim etdiyi 1 (bir) büküm şəffaf sellofana bükülmüş kütlənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu və Bakı şəhəri 20 Yanvar küçəsi ərazisində tanımadığı şəxsdən 10 (manat) ödəyərək, öz istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş həmin büküm, polis əməkdaşı tərəfindən açıldıqda, bükümün içərisində tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Onun üzərinə şəxsi-axtarış zamanı aşkar olunmuş tündqəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə tərəziyə qoyulub çəkildikdə həmin kütlə şəffav polietilen sellofanla birlikdə 0,53 qram, olduğu müəyyən olunmuş, sonra onun üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, iştirakçlar və onun tərəfindən imzalanmışdır. O, hüquqlarını müdafiə edən vəkil Sahil Allahverdiyevin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təziq göstərilmədiyini bildirmiş, bundan sonra, onun üzərinə yoxlanış məqsədi ilə baxış keçirilmiş, ancaq onun üzərindən əlavə heç bir əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilərək götürülmüş, 1 büküm tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə narkotik vasitə olan “kakos” adlandırdığı kütlə, narkotik vasitə olan “heroin”dir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, atasının ankoloji xəstə olduğunu və ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, xx.xx.1996-cı il təvəllüdlü, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ, 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o da, əlavə edilmişdir. 25.10.2021-ci il tarixdə, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində əməliyyat qrupunun üzvləri tərəfindən pusqu qurulmuşdur. Onlar saat 16:30-da Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, ev 166B ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını Təqsirləndirilən şəxs bildirib, Təqsirləndirilən şəxs də, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmidir. Sonra onlar, yəni Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları özlərini təqdim edib, saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olacağını bildirmişdirlər. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra sonuncunu avtomobilə əyləşdirib, 1-ci PN-nə getmişlər. Bir neçə dəqiqəyə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının həyətinə çatıb, xidməti otaqlardan birinə daxil olduqdan sonra Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də, xidməti otaqlardan birində təhqiqatçı Pərvin Allahverdiyev özünü təqdim edərək, vəkil bürosunun siyahısını saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil Sahil Allahverdiyevi seçərək hüquqlarını müdafiə etməsini istədiyini bildirmiş, vəkil təmin edildikdən sonra Abdul Qulievin üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. öncə təhqiqatçı Pərvin Allahverdiyev özünü təqdim etmiş və sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu, Sumqayıt şəhəri Corat qəsəbəsi, ev 166Bdə yaşadığını və qeydiyyatda olduğunu bildirmişdir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şüphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən, ünvan 1 ünvanının qarşısında saxlanılaraq 1-ci PB-nə gətirildiyini izah etmişdir. Sonra təhqiqatçı, otaqda olan polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş etdikdə, o və digər polis əməkdaşları növbə ilə özlərini təqdim etmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını qoruyacaq vəkil X1 təqdim etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə yazılı bildirişlə tanış olduqdan sonra, təhqiqatçı, narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şüphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanıldığını Təqsirləndirilən şəxs bir daha xatırladaraq, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğunu soruşub, olduğu təqdirdə təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 büküm, polietilen sellofana bükülmüş kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuş, təhqiqatçı həmin bükümün nə olduğunu, haradan, nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs cibindən çıxardıb təqdim etdiyi həmin 1 büküm, polietilen sellofana bükülmüş kütlənin “kakos” olduğunu, öz istifadəsi üçün, “20 Yanvar” ərazisində, tanımadığı şəxsdən 10(on) manata aldığını bildirmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 1 ədəd polietilen sellofan bükümü açdıqda, bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin kütlə büküldüyü polietilen sellofanla birlikdə elektron tərəziyə qoyularaq çəkisi ölçülmüş və çəkisinin 0,53 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin, 1 büküm politilen sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə zərfə qoyuylaraq qablaşdırılmış, zərf təhqiqatçı, Təqsirləndirilən şəxs, vəkil, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülərək qablaşdırılmış həmin maddənin narkotik vasitə olub-olmamasının, xalis çəkisinin, növünün müəyyənləşdirilməsi məqsədi ilə Məhkəmə Ekspertiza Mərkəzinə göndəriləcəyini izah edib, Təqsirləndirilən şəxs şəxsi axtarışla bağlı hər hansı bir etirazının olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Vəkil Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı bir zor tətbiq edilib-edilmədiyini, şikayəti olubolmadığını soruşduqda Təqsirləndirilən şəxs heç bir zor və təziqlə qarşılaşmadığını, şikayəti olmadığını bildirmişdir. Sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə yoxlanış məqsədi ilə baxış keçirilsə də, üzərindən əlavə heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə ilkin olaraq əməliyyat məlumatı daxil olsa da, sonradan həmin məlumat öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmədə şahid Sumqayıt şəhər Pİ-nin 1-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 25.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan heroin və psixoturop maddə olan metamfetamin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.10.2021-ci il tarixli, 6/4748 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125”dairəvi möhür əksi olan və “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,490 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Heroinintəmiz çəkisi–0,490 qram, tədqiqata sərf edildi–0,05 qram, qalıq–0,440 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 06.11.2021-ci il tarixli, 4377 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan meamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 15.11.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olaraq törətdiyi cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27.10.2021-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,440 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 06.01.2022-ci il tarixli (iş № 1(060)-204/2022) qərarını icra edərək, 10 yanvar 2022-ci il tarixli 043/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 06:30-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,440 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-204/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-204/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver