Məhkəmə qərarları › İş №1(060)-204/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-204/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-204/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1965-ci Sumqayıt şəhərində anadan olmuş, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri Qızıl- Qum məhəlləsi, 6-cı mikrorayon, ev 1, mənzil 12-də yaşayan və qeydiyyatda olan, barəsində “Başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, ona Sovet dövründə zavodlarda ev növbəsinə qeydiyyatda olan şəxslərə hal-hazırda yeni mənzillərin verildiyini, sonuncunun qaynatası Şahid4 keçmişdə Sumqayıt Aliminium zavodunda krançı işləməsi ilə əlaqədar onu köhnə tarixə zavodun siyahısında ev növbəsinə salmaqla yeni iki otaqlı mənzil almasını təşkil edəcəyini vəd verərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs1 2021-ci ilin mart ayının əvvəllərində həmin vaxtlar kirayədə yaşadığı Sumqayıt şəhəri Corat bağları yaşayış massivində yerləşən fərdi evin həyətində 2000 manat, 27 mart 2021-ci il tarixdə icarə qaydasında işlətdiyi Sumqayıt şəhəri 9-cu mikrorayon, “Şərq Bazarı” ərazisində yerləşən mağazada 16.000 manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə 18.000 (on səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə, ona Sovet dövründə zavodlarda ev növbəsinə qeydiyyatda olan şəxslərə hal-hazırda yeni mənzillərin verildiyini, sonuncunun qaynanası Şahid1nm keçmişdə Sumqayıt “Azərkimya” zavodunda rəngsaz işləməsi ilə əlaqədar onu köhnə tarixə zavodun siyahısında ev növbəsinə salmaqla yeni üç otaqlı mənzil almasını təşkil edəcəyini vəd verərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs2 2021-ci ilin aprel ayının əvvəllərində həmin vaxtlar kirayədə yaşadığı Sumqayıt şəhəri Corat bağları yaşayış massivində yerləşən fərdi evin həyətində 1.000 ABŞ dolları, (həmin dövrün məzənnəsi ilə 1700 manat), 2021-ci ilin iyun ayının əvvəllərində icarə qaydasında işlətdiyi Sumqayıt şəhəri 9-cu mikrorayon, “Şərq Bazarı” ərazisində yerləşən mağazada 10.000 ABŞ dolları, (həmin dövrün məzənnəsi ilə 17.000 manat), 2021-ci ilin oktyabr ayının əvvəllərində icarə qaydasında işlətdiyi Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən mağazada 3800 manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 vahid niyyətlə 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, icarəyə götürdüyü mağazalarda qadın-paltarlarının satışı ilə məşğul olsa da son zamanlar xeyli ziyana düşdüyündən maddi vəziyyəti çətinləşmiş və kəskin pula ehtiyacı yaranmışdır. Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır, belə ki, onlar ailəvi dost olmuşlar. Xəlilin ailəsinin böyüklüyü ilə əlaqədar onun yeni mənzilə ehtiyacı olduğunu bildiyindən 2021-ci ilin əvvəllərində icarə qaydasında işlətdiyi Sumqayıt şəhəri 9-cu mikrorayon ərazində yerləşən qadın geyimləri mağazasında Xəlillə söhbət edərkən ona köhnə zavodlarda qeydiyyatda olan evlərin olduğunu, hal-hazırda həmin vaxt mənzil növbəsinə dayanmış şəxslərə yeni mənzillərin verildiyini, əgər onun yaxınlarından kimsə əvvəllər zavodda işləyibsə həmin şəxsi həmin zavodda köhnə tarixlə mənzil növbəsinə salıb hal-hazırda həmin adamın adına yeni mənzil verilməsini həll edə biləcəyini bildirmiş, Xəlil onun dediklərinə inanmış, belə ki, onun qaynatası Şahid4 Sovet dövründə Sumqayıt aliminium zavodunda krançı işləmiş və bu səbəbdən Xəlil qaynatasının adına ona mənzil təşkil edə biləcəyini soruşduqda Xəlilə rahat şəkildə onun qaynatası Rasimi həmin dövrlərə mənzil növbəsinə salıb hal-hazırda yeni tikilmiş iki otaqlı mənzili təşkil edə biləcəyini, iki otaqlı mənzil üçün 22.000 manat, 3 otaqlı mənzil üçün isə 27.000 manat lazım olduğunu bildirmişdir. Xəlil fikirləşib ona cavab verəcəyini bildirmiş və bir neçə gündən sonra ona zəng vuraraq evin sənədləşməsinə başlamasını xahiş etmişdir. Xəlilə işə başlamaq üçün müəyyən qədər ilkin vəsait lazım olduğunu bildirdikdə Xəlil 2021-ci ilin mart ayının əvvəllərində həmin vaxtlar müvəqqəti yaşadığı Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən evinin həyətində görüşüb ona 2000 manat pul verib, qalan pulu tezliklə bankdan götürüb verəcəyini bildirmiş və daha sonra 27 mart 2021-ci il tarixdə ona əlavə olaraq 16.000 manat da pul vermişdir. Xəlil qalan 4000 manat pulu mənzilə görə order əlinə çatanda verəcəyini bildirmiş, o, razılaşaraq uzağı 6-7 ay ərzində sənədləşmənin başa çatacağını bildirmiş, Xəlildən aldığı pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin ərəfələrdə, Xəlil ona müraciət edərək yaxın dostu Xalid adlı şəxsin də evə ehtiyacı olduğunu, onun qaynanası Çimnaz Mahmudovanın “Azərkimya” zavodunda işlədiyini bildirib ona mənzil almaqda köməklik göstəməsini xahiş etmiş, Xəlilə ilk əvvəl Xalidin qaynanası Çimnaza ev düşüb-düşmədiyini yoxlatdırmaq lazım olduğunu, bunun üçün Çimnazın şəxsiyyət vəsiqəsini ona vermək lazım olduğunu bildirdikdə təxminən 1-2 gün sonra Xəlil onunla görüşərək Xalidin qaynanası Çimnazın şəxsiyyət vəsiqəsini ona vermişdir. Həmin şəxsiyyət vəsiqəsini heç yerdə yoxlatdırmadan Xəlilə zəng vurub Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən 73 saylı binadan Çimnaza 03 otaqlı ev düşdüyünü, evin həll olunması üçün 27.500 manat pul lazım olduğunu, sənədləşmə işlərini görmək üçün qabaqcadan 5000 manat pul vermək lazım olduğunu bildirmiş, 2021-ci ilin aprel ayının əvvəllərində Xalid Xəlillə birlikdə onun yaşadığı Sumqayıt şəhəri Corat bağlar massivindəki evin həyətinə gəlmiş, söhbət əsnasında Xalidə 27.500 manat müqabilində qaynanası Çimnazın adına 3 otaqlı mənzil təşkil edəcəyini, lakin bu barədə heç kəsin bilməməsinin vacib olduğunu, bazadan çıxarış edəcəyini, evin sənədləri tam hazır olunduqdan sonra pulu tam şəkildə qalan pulu Xalidin ona verəcəyini bildirmişdir. Həmin vaxt Xalid ona danışılan 5000 manatdan 1000 ABŞ dolları, yəni 1700 manat pulu özü ilə gətirdiyini bildirmiş, ona “çıxarış (order) məsələsi həll olunduqdan sonra 3300 manatı da verərsən, mən də aparıb lazımi yerlərə çatdıraram” demişdir. 2021-ci ilin iyun ayının əvvəllərində Xəlilə zəng vuraraq təcili olaraq Xalidin evin pulunun yarısının ona çatdırmasının lazım olduğunu, artıq sənədlərin hazırlanması üçün dövlət idarələrinə göndərildiyini bildirdikdə Xəlil bir neçə saatdan sonra onunla görüşərək Xalidin adından 10.000 ABŞ dolları pulu alaraq ona vermişdir. Xəlildən pulu alıb artıq Xalidə çatacaq mənzilin də sənədləşməsinin başlandığını bildirmiş, özü isə həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində ona yenə pul lazım olanda Xəlilə zəng vuraraq Xalidə çatacaq mənzilin pulunun yerdə qalan məbləğini də ona çatdırmağın lazım olduğunu, tezliklə mənzillərin çıxarışının hazır olacağını bildirdikdə Xalid 3800 manat pulu götürüb Xəlillə birlikdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində 3 saylı orta məktəbin yaxınlığında yerləşən onun işlətdiyi digər qadın paltarları dükanına gedərək orada həmin 3800 manatı ona vermiş və Xalidin ona verdiyi pulun ümumi məbləği 22.500 manata çatmışdır. Onlara bir neçə günə mənzillərin çıxarışını verəcəyini bildirmiş, 2021-ci ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhəri Şərq bazarının yaxınlığında Xalid və Xəlillə görüşərək onlara özünün kompyuter vasitəsi ilə hazırladığı mənzillərə dair orderləri təqdim etmiş, Xalidgil həmin orderlərin əsl olduğuna inanmış, lakin bir neçə gündən sonra Xəlil ona müraciət edərək Xalidin həmin orderləri yoxlatdırdığını və qeyd olunan orderlərin saxta olduğunu bildirdikdə özünü bilməməzliyə vuraraq Xəlilə verdiyi orderləri ona çatdırmağı tapşıraraq onları özü də yoxlatdıracağını bildirmiş, bundan sonra Xəlil və Xalid ona həmin saxta orderləri təqdim etdikdə onlara özünün də həmin orderləri yoxlatdıracağını bildirib onlardan aralanmış və daha sonra həmin orderlərin kiminsə əlinə düşməməsi üçün cırıb atmışdır. Xəlil və Xalid isə artıq onları aldadaraq pullarını ələ keçirdiyini başa düşüb ondan verdikləri pulları geri tələb etməyə başlamış, o isə qaytarmağa pulu olmadığından müxtəlif bəhanələr gətirərək onlarla görüşməkdən yayınmış, yalnız 2022-ci ilin əvvəllərində onların hərəsinə 2000 manat pul qaytarmışdır. Daha sonra isə Xaliddən almış olduğu pulun böyük hissəsini qaytarmışdır. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, belə ki, Maliklə həm qonşu olmuş, həm də ailəvi yaxın olmuşlar. 2021-ci ilin yanvar ayında təsadüfən Malikin işlədiyi Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən qadın geyimləri mağazasına gedib onunla görüşüb söhbət edərkən Malik ona köhnə zavodlarda qeydiyyatda olan evlərin olduğunu, hal-hazırda həmin vaxt mənzil növbəsinə dayanmış şəxslərə yeni mənzillərin verildiyini, əgər yaxınlarından kimsə əvvəllər zavodda işləyibsə həmin şəxsi həmin zavodda köhnə tarixlə mənzil növbəsinə salıb hal-hazırda həmin adamın adına yeni mənzil verilməsini həll edə biləcəyini bildirdikdə Maliki uzun illər tanıdığından onun dediklərinə inanmış, belə ki, onun qaynatası Şahid4 Sovet dövründə Sumqayıt aliminium zavodunda krançı işləmiş və bu səbəbdən Malikə bu barədə bildirdikdə o, rahat şəkildə qaynatasını həmin dövrlərə mənzil növbəsinə salıb halhazırda yeni tikilmiş iki otaqlı mənzili təşkil edə biləcəyini, iki otaqlı mənzil üçün 22.000 manat, 3 otaqlı mənzil üçün isə 27.000 manat lazım olduğunu bildirmişdir. Malikə fikirləşib cavab verəcəyini bildirmiş, daha sonra qaynatası Rasimlə də məsləhətləşdikdən sonra borc-xərc edib Malik vasitəsi ilə mənzil almaq qərarına gəlmişdir. Bu məqsədlə 2021-ci ilin mart ayının əvvəllərində Maliklə onun həmin vaxtlar müvəqqəti yaşadığı Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən evinin həyətində görüşüb ona 2000 manat pul verib, qalan pulu tezliklə bankdan götürüb verəcəyini bildirmiş və daha sonra Sumqayıt şəhəri ərazisində yerləşən “Baynəlxalq Bank" ASC-dən 27 mart 2021-ci il tarixdə 14.700 manat kredit götürüb elə həmin gün üstünə də 1300 manat öz vəsaiti hesabına pul qoyub qeyd olunan tarixdə Maliklə Sumqayıt şəhəri 9-cu mikrorayon “Şərq bazarı” deyilən ərazidə yerləşən mağazasında görüşüb ona 16.000 manat da pul vermiş və Malikə verdiyi pulların ümumi məbləği 18.000 manata çatmışdır. Malikə qalan 4000 manat pulu mənzilə görə order əlinə çatanda verəcəyini bildirmişdir. Malik razılaşaraq uzağı 6-7 ay ərzində sənədləşmənin başa çatacağını bildirmişdir. Həmin ərəfədə Malik ondan qaynatası Rasimin yaşayış yerindən arayış, həmçinin Sovet dövründə Sumqayıt Aliminium zavodunda işləməsi barədə sənədləri almışdır. Malikə 18.000 manat pulu verdiyi ərəfədə uzun illərdir ailəvi dostu olan Xalidlə görüşdükdə onun öz evini satıb kirayədə yaşadığını görüb ona Malik barədə danışıb onun da yaxın qohumlarından kimsə Sovet dövründə zavodda işləmişsə onun adına özünə Malik vasitəsi ilə mənzil təşkil etməsini məsləhət görmüşdür. Xalid qaynanası Çimnaz Mahmudovanın “Azərkimya” zavodunda işlədiyi üçün ona da ev düşə biləcəyini demiş və ona da mənzil almaqda köməklik göstərməsini xahiş etmişdir. Xalidə ilk əvvəl qaynanası Çimnaza ev düşüb-düşmədiyini yoxlatdırmaq lazım olduğunu, bunun üçün Çimnazın şəxsiyyət vəsiqəsini Malikə vermək lazım olduğunu bildirmiş, bundan təxminən 1-2 gün sonra Xalid onunla görüşərək qaynanası Çimnazın şəxsiyyət vəsiqəsini ona vermiş, o isə bu barədə artıq Malikə bildirdiyindən həmin şəxsiyyət vəsiqəsini Malikə vermişdir. Malik də ondan şəxsiyyət vəsiqəni götürüb aparıb yoxlatdıraraq ona Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən 73 saylı binadan Çimnaza 03 otaqlı ev düşdüyünü, evin qiymətinin 27.500 manata olduğunu, sənədləşmə işlərini görmək üçün qabaqcadan 5000 manat pul vermək lazım olduğunu bildirmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Xalidlə birlikdə Malikin yaşadığı Sumqayıt şəhəri Corat bağlar massivindəki həyət evinə getmiş, orada Xalid Maliklə görüşüb tanış olmuş, söhbət əsnasında Malik Xalidə 27.500 manat müqabilində qaynanası Çimnazın adına 3 otaqlı mənzil təşkil edəcəyini, lakin bu barədə heç kəsin bilməməsinin vacib olduğunu bildirmiş və bazadan çıxarış edəcəyini, evin sənədləri tam hazır olunduqdan sonra pulu tam şəkildə Xalidin ona verəcəyini qeyd etmişdir. Həmin vaxt Xalid Malikə danışılan 5000 manatdan 1000 ABŞ dolları, yəni 1700 manat pulu özü ilə gətirdiyini bildirdikdə Malik ona “Niyə az gətirmisən, eybi yox işlərə başlayarıq, çıxarış (order) məsələsi həll olunduqdan sonra 3300 manatı da verərsən, mən də aparıb lazımi yerlərə çatdırararam” demiş, bundan sonra Xalid 1000 ABŞ dollarını Malikə vermişdir. 2021-ci ilin iyun ayının əvvəllərində Malik ona zəng vuraraq təcili olaraq Xalidin evin pulunun yarısının ona çatdırmağın lazım olduğunu, artıq sənədlərin hazırlanması üçün dövlət idarələrinə göndərildiyini bildirdikdə Xalidə zəng vurub bu barədə bildirmişdir. Xalid hal-hazırda işdə olduğunu və işdən çıxa bilmədiyini bildirib ondan pulu onun evinə gedib anasından götürməsini xahiş etmişdir. Bundan sonra Xalidin həmin vaxtlar kirayadə yaşadığı ünvan 1 ünvanına gedərək anası Gülçöhrədən 10.000 ABŞ dolları pulu alaraq Malikin işlədəyi “Şərq bazarın”da yerləşən mağazasına gedib orada pulu tam şəkildə Malikə vermiş, Malik pulu alıb artıq Xalidə çatacaq mənzilin də sənədləşməsinin başlandığını bildirmiş, o və Xalid Malikə inanaraq onlar üçün nəzərdə tutulan mənzilləri təşkil edəcəyini gözləmişlər. 2021-ci ilin oktyabr ayının əvvəllərində Malik ona zəng vuraraq Xalidə çatacaq mənzilin pulunun yerdə qalan məbləğini də ona çatdırmağın lazım olduğunu, tezliklə mənzillərin çıxarışının hazır olacağını bildirdikdə bu barədə Xalidə məlumat vermiş və Xalid 3800 manat pulu götürüb onunla birlikdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində 3 saylı orta məktəbin yaxınlığında yerləşən Malikin digər qadın paltarları dükanına gedərək orada Maliklə görüşüb 3800 manatı Malikə vermiş və Xalidin verdiyi pulun ümumi məbləği 22.500 manata çatmışdır. Malik orada Xaliddən hansı səbəbdən evin pulunu tam vermədiyini soruşduqda Xalid ona maşınını satıb qalanını da verəcəyini bildirmiş, Malik isə onlara bir neçə günə mənzillərin çıxarışını verəcəyini bildirmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhəri Şərq bazarının yaxınlığında o və Xalid Maliklə görüşəndə Malik onlara alacaqları evlərə dair orderləri təqdim etmiş, Xalid hər iki sənədi Sumqayıt şəhər “Asan” xidmətə aparıb göstərəndə həmin sənədlərin saxta olduğunu bildirmişlər. Bu səbəbdən Maliklə görüşüb ona bu barədə deyəndə Malik müxtəlif bəhanələr gətirərək hər şeyin qaydasında olacağını bildirmiş və onlara təqdim etdiyi orderləri istəyərək özünü yoxlatdıracağını qeyd etmişdir. Malikə inanaraq həmin orderləri ona qaytarsalar da bundan sonra Malik qeyd olunan orderləri it-bata salaraq bir daha onlara qaytarmamış, ondan verdikləri pulları geri tələb edərkən Malik müxtəlif bəhanələr gəlirərək Xalid və ona verdikləri pulları geri qaytarmaqdan imtina etmişdir. Nəhayət 2022-ci ilin fevral ayında Xalid Malik barəsində Sumqayıt ŞPİ-nə şikayət ərizəsi ilə müraciət etmiş, lakin həmin dövrdə də Malik pulu qaytarmamış, yalnız 2022-ci ilin mart ayından, iyun ayınadək olan müddətdə Malik Xalidə 14500 manat qaytarmış, ona isə hal-hazıra kimi cəmi 2000 manat pul qaytarmışdır. Ona vururlmuş zərər tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən bunların nəzərə alınmasını xahiş etdi. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona dəyən zərərin təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid4 da Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 10 ilə yaxındır ki, tanıyır. O 2019cu ilin oktyabr ayının 27-də Sumqayıt şəhəri 47-ci məhəllə ev 10 mənzil 2-ni 47.000 manata satıb xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" MTK ev 44, mənzil 6-da aylığı 350 manata kirayə ev tutub yaşamağa başlamış, Xəlilin onun evini satmasından xəbəri olduğundan 2021-ci ilin mart ayının axırlarında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən H.Əliyev parkının yaxınlığında Xəlillə görüşərkən o, zavodda işləyənlər üçün ev düşdüyünü, qaynanası Çimnaz Mahmudova “Azərkimya” zavodunda işlədiyi üçün ona da ev düşə biləcəyini bildirmişdir. Xəlildən ona mənzil almaqda köməklik göstərməsini xahiş etmişdir. Xəlil bu işin onun yaxın tanışı olan Malik adlı şəxsin gördüyünü, ilk əvvəl qaynanası Çimnaza ev düşübdüşmədiyini yoxlatdırmaq lazım olduğunu, onun üçün də eyni qaydada Malikin mənzil təşkil edəcəyini, bunun üçün Çimnazın şəxsiyyət vəsiqəsinin ona vermək lazım olduğunu bildirmiş, təxminən 1-2 gün sonra Xəlillə eyni yerdə görüşərək qaynanası Çimnazın şəxsiyyət vəsiqəsini gətirib ona vermiş, Xəlil də ondan şəxsiyyət vəsiqəni götürüb Malik adlı şəxsə vermiş, o isə aparıb yoxlatdırıb Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən 73 saylı binadan Çimnaza 03 otaqlı ev düşdüyünü, evin qiymətinin 27.500 manat olduğunu, sənədləşmə işlərini görmək üçün qabaqcadan 5000 manat pul vermək lazım olduğunu, pulu ona vermək lazım olduğunu Xəlilə bildirmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Xəlillə görüşərək Malikin yaşadığı Sumqayıt şəhəri Corat bağlar massivindəki həyət evinə getmiş, orada Maliklə görüşüb tanış olmuş və söhbət əsnasında Malik Xəlilin dediklərini təsdiq edərək 27.500 manat müqabilində ona qaynanası Çimnazın adına 3 otaqlı mənzil təşkil edəcəyini, lakin bu barədə heç kəsin bilməməsinin vacib olduğunu bildirmişdir. Daha sonra bazadan çıxarış edəcəyini, evin sənədləri tam hazır olunduqdan sonra pulu tam şəkildə ona verəcəyini qeyd etmiş, həmin vaxt Malikə danışılan 5000 manatdan 1000 ABŞ dolları, yəni 1700 manat pulu özü ilə gətirdiyini bildirmişdir. Malik ona “Niyə az gətirmisən, eybi yox işlərə başlayarıq, çıxarış (order) məsələsi həll olunduqdan sonra 3300 manatı da verərsən, mən də aparıb lazımi yerlərə çatdırararam” demişdir. Bundan sonra Xəlilin yanında 1000 ABŞ dollarını Malikə vermiş, 2021-ci ilin iyun ayının əvvəllərində Xəlil ona zəng vuraraq təcili olaraq evin pulunun yarısının Malikə çatdırmağın lazım olduğunu, artıq sənədlərin hazırlanması üçün dövlət idarələrini göndərildiyini bildirdikdə Xəlilə hal-hazırda işdə olduğunu və işdən çıxa bilmədiyini bildirib pulu onun evinə gedib anasından götürməsini xahiş etmişdir. Bundan sonra anası Gülçöhrəyə zəng vuraraq evlərinə gələcək Xəlil adlı şəxsə 10.000 ABŞ dolları verməsini tapşırmış, elə həmin gün Xəlil həmin vaxtlar onun kirayədə yaşadığı ünvan 1 ünvanına gedərək anası Gülçöhrədən 10.000 ABŞ dolları pulu alaraq getmiş, deməsinə görə o, həmin pulu Malikə vermişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində Xəlillə görüşərkən o evin pulunun yerdə qalan məbləğini də Malikə verməsinin lazım olduğunu, tezliklə evin çıxarışının hazır olacağını bildirdikdə evdən 3800 manat pulu götürüb Xəlillə birlikdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində 3 saylı orta məktəbin yaxınlığında yerləşən Malikinin qadın paltarları dükanına gedərək orada Maliklə görüşüb Xəlilin yanında 3800 manatı ona vermiş və verdiyi pulun ümumi məbləği 22.500 manata çatmış və Malikin ondan əvəvlcədən istəmiş olduğu 27500 manata cəmi 5000 manat qalmışdır. Malik orada hansı səbəbdən evin pulunu tam vermədiyini soruşduqda ona maşınını satıb qalanını da verəcəyini bildirmişdir. Malik isə ona bir neçə günə mənzilin çşıxarışını verəcəyini bildirmiş, 2021-ci ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhəri Şərq bazarının yaxınlığında o, Xəlil və Maliklə görüşəndə Malik ona qaynanası Çimnazın adma olan evə dair order təqdim etmişdir. Daha sonra sənədi Sumqayıt şəhər “Asan” xidmətə aparıb göstərəndə həmin sənədin saxta olması ona bildirilmiş, ilk növbədə Xəlilə zəng edib bu barədə ona demiş, və ona verdiyi ümumilikdə 22.500 manat pulu geri qaytarmağı tələb etmişdir. Lakin uzun müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə Xəlil evə görə onun Malikə verdiyi puldan yalnız 2000 manatı alıb qaytarmış, qalan pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Nəhayət 2022-ci ilin fevral ayında Malik barəsində Sumqayıt ŞPİ-nə şikayət ərizəsi ilə müraciət etmiş, lakin həmin dövrdə də Malik pulu qaytarmamış, yalnız 2022-ci ilin mart ayından, iyun ayınadək olan müddətdə Malik ona əlavə olaraq 12500 manat da pulu hissə-hissə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Nümayəndə və Şahid3 da eyni ifadə verərək Zərərçəkmiş şəxs2 göstərdiklərini bir daha təsdiq etmişlər. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 nümayəndəsi (anası) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 dəyən zərərin təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, ona qarşı şikayəti yoxdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyevin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuşdur. İş materiallarında Azərbaycan Beynəlxalq Bankı ASC-nin ödəniş cədvəlindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdən 1647,28 manat ödəniş etmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 13 saylı MKS-nin 774 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamış, qonşular arasında böyük hörmət qazanmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Zərərçəkmiş şəxs2 aldadılaraq pulunun ələ keçirilməsi faktında Zərərçəkmiş şəxs1 iştirakı sübuta yetmədiyindən Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. MəmmədovMalik Kamran oğlu barəsində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxsnın ona isnad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən peşman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilmişdir. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və müsadirə olunası əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar