Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-205/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, Sumqayıt şəhəri, 26-ci məhəllə, bina 3/7, otaq, 14 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2020-ci il tarixdə Sumqayıt şəhəri 26-ci məhəllə ərazisindəki parkda on altı yaşına çatmayan 05.07.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə tanış olduqdan onun on altı yaşına çatmadığını yəqinliklə bilib yaxınlıqda yerləşən Sumqayıt şəhər vərəm əleyhinə xəstəxanasının həyətindəki sıx ağaclıq olan sahəyə aparıb orada əvvəl təbii yolla, daha sonra cinsi ehtirasını pozğun formada təmin edərək Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli hərəkətlər törədib bu kimi əməlini 31.07.2020-ci il tarixədək dəflərlə təkrar etməklə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, son iki-üç il ərzinində Sumqayıt şəhər daxili 7 saylı marşrutu üzrə günəmuzd kassir vəzifəsində işləmiş, hər iş gününə 10-15 manat pul almış, işə səhər saat 08:00 –da başlamış saat 20:00 radələrində bitirmiş. İşlədiyi **-AE-*** dövlət nömrə nişanlı AKEA markalı avtobusa təhlükəsizlik kamerası quraşdırılmışdır. Vəzifəsi avtobusa minən və düşən sərnişinlərə nəzarət edib təhlükəsizliyini qorumaq, eyni zamanda gediş haqqının ödənilməsinə nəzarət etmək olmuşdur. Təxminən 2020-ci ilin iyul ayının sonlarında təxminən səhər saat 08 radələrində X16 idarə etdiyi **-AE-*** dövlət qeydiyyat nişanlı AKEA markalı sərnişin avtobusunda xidmətə başlamış, axşam saat 22:30 da işini bitirmiş Sumqayıt şəhəri 26-cı məhəllə ərazisində yerləşən Simurq parkına keçib orada oturub pivə içərkən bu vaxt ona sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 yaxınlaşaraq özünü Ulduz adı ilə təqdim edərək ondan pul istəmiş, səbəbini soruşanda Bakı şəhəri Binə qəsəbəsində nənəsi və babası ilə yaşadığını, bir qardaşı olduğunu, ata və anası kiçik yaşlarında olarkən vəfat etdiyini, ana nənəsinin himəyəsində yaşadığını, nənəsi və babası onu döyərək incitdiyindən evdən qaçmışdır. Ona görə də ona beş manat pul vermiş və o oda oradan getmiş, pul verməzdən əvvəl onun adını təvəllüdünü soruşmuş, özünü Ulduz kimi təqdim edərək 15 yaşı olduğunu demiş, həmçinin sosial şəbəkədə Sumqayıt şəhərində yaşayan oğlan ilə tanış olduğunu, həmin oğlanın dəvəti ilə bir necə gün əvvəl Sumqayıt şəhərinə gəlib həmin oğlanla görüşüb və oğlan onu tanışının evinə aparıb orada iradəsi əlehinə cinsi əlaqədə olub qızlıq bəkarətini pozmuş, sonra əlində olan planşeti alaraq onu evdən qovduğunu, hal hazırda qalmağa yeri olmadığı üçün hazırki parka gəlmiş, şam etməyə pulu olmadığını demişdir. Həmin qız onun adını və yaşını soruşmuş və onun otuz yaşı olduğunu, evli olduğumu deyərək yeddi saylı marşrutda konduktor işlədiyini bildirmişdir. İki gün sonra axşam tərəfi həmin parkda oturub pivə içərkən özünü Ulduz kimi təqdim edən Arifə ona yaxınlaşaraq iki manat pul istəmiş, ona həmin pulu vermiş, pulu alıb onun yanımdakı stolların birində oturmuş, orada yanında olan Renat adlı tanışı da otumuşdur.5-10 dəqiqədən sonra oradan getmiş və o Renatla parkda qalmış. Bundan yenə iki gün sonra Simurq parkda axşam saat 10 radələrində Arifə ilə görüşmüş və o ondan yeməyə dönər istəmiş, oda yaxınlıqda yerləşən Göyçay marketin yanından iki ədəd dönər, bir ədəd ayran alıb Arifəyə vermiş. Birlikdə 26 –cı məhəlləyə gəlmiş, doğum evinin yanından keçərkən Arifə doğum evinin həyətinə olan oturacaqların birində oturarak dönər yeməyə başlamış, o isə oradan evinə gəlmişdir. Zərərçəkmiş şəxs1 evdən qaçdığı üçün və gecələməyə yeri olmadığına görə onun üçün döşək getirib yerə salmışdır. Eləcə də, təxminən 2020-ci ilin iyul ayının sonlarında Arifə bir neçə dəfə ona Sumqayit şəhəri Vərəm Dispanserin yanında olan kolların arasında cinsi əlaqədə olmağa təklif etmiş lakin o Arifənin bu təklifi ilə razılaşmamışdır. Təxminən 2020-ci ilin avqust ayının ilk günlərində tanışı Renat onun mobil telefonuma zənq edərək Bakıdan gələn polis əməkdaşları onu axtardığlarını demişdir. Simurqun yanında parkda olarkən polis əməkdaşları gələrək orada onu tapmışlar, parkda şəklini çəkmişlər. Daha sonra Renatla birlikdə gələn polis əməkdaşları Arifənin qaldığı həmin kolluğa getmişlər, lakin Arifəni orada tapmamışlar. Arifənin daim gəzdiyi Heydər parkına getmişlər, polis əməkdaşları onun şəkilini təqdim edərək ətrafdakı şəxslərdən soruşduqda onlar təxminən saat 16 radələrində namləm olmayan istiqamətdə getiyini demişdir. Bundan sonra polis əməkdaşları Arifəni axtarmağa yollanmış o, isə işə getmiş, Zərərçəkmiş şəxs1 ilə aralarında sevgi münasibəti yaranmış ona görə də onunla cinsi əlaqədə öz razılığı əsasında olmuşdur. Həmçinin əvvəlki ifadəsində Arifənin 18 yaşına çatdığını özünü müdafiə etmək üçün dediyini qeyd etmiş, lakin əslində Arifə onunla cinsi əlaqədə olmamışdan əvvəl 15 yaşı olduğunu demişdir. Zərərçəkmiş şəxs1 ilə onun öz razılığı əsasında cinsi əlaqədə olmağını cinayət olması barədə bilməmiş, artıq onun nənəsi Zərxanımla da və Arifənin özü ildə münasibətimiz yaxış oldğunu və onların heç bir şikayətləri olmadığını demişdir. Renat Zərərçəkmiş şəxs1 öz yaşadığı evə aparmış, lakin onunla orada cinsi əlaqədə olmub-olmamağını görməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Renat Arifənin nənəsinin mobil nömrəsinin onda olduğunu və Arifəni görmək üçün Binə qəsəbəsinə qetməyni ona təklif etmiş, o isə Arifə üçün darıxdığını ona söyləmiş və onu yenidən görmək istədiyini bildirmiş, lakin sonra Arifənin yaşadığı evə getməmişdir. Məhkəmədə elan olunmuş Təqsirləndirilən şəxs ifadəsindən görünür ki,o ibtidai istintaq zamanı da oxşar məzmunlu ifadə versə də ifadəsində 2020-ci ilin iyul ayının sonlarında Arifə bir neçə dəfə ona Sumqayit şəhəri Vərəm Dispanserin yanında olan kolların arasında cinsi əlaqədə olmağa təklif etmiş və o da razılaşmış və onunla cinsi əlaqədə cəmi bir dəfə təbii yolla həmin döşəyin üzərində olduğunu, Zərərçəkmiş şəxs1 ilə aralarında sevgi münasibəti yarandığını, ona görə də onunla cinsi əlaqədə öz razılığı əsasında olduğunu, Arifə onunla cinsi əlaqədə olmamışdan əvvəl 15 yaşı olduğunu dediyini göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri, Binə qəsəbəsində nənəsi Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamış, anası X5 2010-cu il tarixdə baş vermiş ailə münaqişəsi zamanı atası Əsədullayev Rövşən tərəfindən qətlə yetirilmiş və atası həmin cinayətə görə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş və cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən 03.07.2011-ci il tarixdə orada sanitar qovşağında özünü asaraq intihar etmişdir. Özündən yaşca kiçik olan 03.07.2007-ci il təvəllüdlü qardaşı X9 ilə birlikdə nənəsi birlikdə yaşamış, məktəbdə mütamadi olaraq nizam-intizamsızlıq etdiyinə görə 2019-cu ildə məktbdən xaric edilmiş və bütün günü evdə olumuş, nənəsi ona “Samsung Tap 4” markalı planşet aldığından bütün günü planşetlə müxtəlif sosial şəbəklərdə müxtəlif, o cümlədən kişi cinsli şəxslərlə danışmış, nənəsi sonradan onun müxtəlif kişi cinsli şəxslə telefonda danışdığını görüb planşeti əlindən almış və onu danlayaraq tənbeh etmiş, o da nənəsinə qəzəblənmiş və evdən qaçmaq qərarına gəlmiş və bu barədə heçkəsə, qardaşına belə bildirməmiş, 01.07.2020-ci il tarixdə səhər saat 06 radələrində evdə həçkəs yatmış, “mən yaxşı adam olmadım, onsuzda düzələsi deyiləm, məndən adam olmaz, onsuzda allah mənə cəza verir, qollarım keyiyib qalır, mən bura qayıtsam yenə belə şeylər olacaq, adam olmayacam, məni axtarmayın, mən sizə lazım deyiləm artıq, bağışlayın, çox böyük səhvlər etmişəm, məni axtarmayın artıq, unudun məni, mən sizə lazım deyiləm” məzmunda məktub yazaraq onu nənəsina ünvanldıraq mətbəxdə stolun üzərinə qoymuş, özü ilə paltar və sənəd götürməyərək, bircə nənəsinin pul kisəsindən 1(bir) manat pul götürmüş və yaşadığı evdən çıxaraq piyada yaşadığı yerə yaxınlıqda yerləşən “Aviasiya” akademiyasının yanında olan dayanacağa gəlmiş və oradan 136 nömrəli marşurut avtobusuna minərək ”Koroğlu” metrostansiyasına gedərək orada avtobusdan düşmüş, daha sonra “Koroğlu” metrostansiyasından metro ilə “20 Yanvar” metrostansıyasına getmiş, oradan 144 B nömrəli marşuruta minərək biraz avtobusla gəzmiş, sonra tanımadığı ərazidə avtobusdan düşmüş, artıq pulu qurtardığından avtobuslardan düşdükdə pulu olmadığını deyərək düşmüş və sürücülər də heçnə ona deməmişlər. Ordan yoldan keçən 501 nömrəli marşurut avtobusuna minmiş, əvvəlcədən hara gedəcəyini planlaşdırmamış, lakin heçkəsin tapmaması üçün uzaq yerə getmək istəmiş, ona görə də avtobus hara gedirdisə oraya gedəcəyinə qərara gəlmiş, daha sonra Sumqayıt şəhərinin girəcəyində Sumqayıt yazısını oxuduqda Sumqayıtda olduğunu anlamış və orada heçkəsin tapmayacağını fikirləşmiş və avtobusdan yerə düşmüş, sonra piyada gəzmiş, daha sonra oradan yenidən 7A nömrəli marşuruta minərək Sumqayıt şəhərini dövrə vurmağa başlamışdır. Sonra tanımadığı yerdə avtobusdan düşmüş və piyada gəzməyə başlamışdır, 7 mömrəli avtobusa minərək əvvəl gəzdiyi “Heydər” parkı deyilən ərazidə avtobusdan düşmüş, orada bir qədər gəzib sonra axşam tərəfi yenidən 7 nömrəli marşuruta minmiş və şəhəri gəzərək “Simurq” şadlıq sarayı deyilən yerdə avtobusdan düşmüş, orada park görüb ora tərəf getmiş, orada gəzdikdən sonra daşın üzərinə oturmuş, həmin vaxtı adının sonradan Anar olduğunu bildiyi, təxminən 28 yaşı olan, nisbətən kök, üzü tüklü, əynində göy rəngli cins şalvar, göy rəngli qısa qol köynək, ayağında tünd sarı rəngdə ayaqqabı olan oğlan ona yaxınlaşmış və ona tanış olmaq istədiyini bildirmiş və onunla taış olmuş, o, söhbət əsnasında hərbiçi olduğunu, 28 yaşı olduğunu bldirmiş və onunla piyada oralarda gəzmiş, o, piyada Sumqayıt şəhəri, “Vərəm” əleyhinə xəstəxananın yaxınlığında yerləşən kolluğa gətirmiş, o orada onunla cinsi əlaqədə olmaq istədiyini demiş, ona 15 yaşının olduğunu, evdən qaçdığıı, artıq bezərək Bakı şəhərinə evə qayıtmaq istədiyimi demiş, o isə ondan xoşu gəldiyini, onu görən kimi sevdiyini demiş, onun sözlərinə inanaraq onunla cinsi əlaqədə olmağa razılıq vermiş, Anar hardansa çirkli döşək taparaq ora gətirmiş və onunla iki dəfə təbbi yolla fasilərlə cinsi əlaqədə olmuşdur.Könüllü olaraq Anarla cinsi əlaqədə olmuşdur. Anar həmin ərazidə onunla cəmi 5-6 dəfə intim münasibətdə olduğunu bildirmişdir.Təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərdi ki, Qubadlı rayon Mazahr kənd orta məktəbinin 8-ci siniflində oxuyarkən törətdiyi oğurluq cinayətinə görə Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətində azadlıqdan məhrum etmə cəzasında məhkum edilmiş, 2015-ci ildə cəzasını çəkib azadlığa buraxılmış təhsilimi davam etdirilməmiş, fərdi əməklə məşğul olmuş, əvvəllər Bakı şəhər sakini yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 tanımamış onunla heç bir münasibəti olmamış, yaşadığı ərazinin yaxınlığında, 26-ci məhəllə deyilən yerdə park var, boş vaxtlarımda həmin parka gedirmiş, həmin məhəllənin 3/7 saylı evinin 14Nli mənzilində yaşayan Təqsirləndirilən şəxs tanımımaş, münasibəti onunla normal olmuş, onunla ədavatı və düşmənçilyi olmamış, Anar şəhər axili 7N-li sərənişin daşıyan avtobusda pul yığan işləmiş, tarixini dəqiq xatırlamamış, təxminən iyul ayının sonları 2020-ci il tarixdə saat 19-20 radələrində 26-ci məhəllədəki parka gedərəkən Təqsirləndirilən şəxs əvvələr görüb tanımadığı 14-15 yaşlarında qızıla birlikdə görmüş, Anardan həmin yanında olan qızın kim olduğunu soruşmuş, 15 (on beş) yaşı oldunu, onunla 15 iyul 2020-ci il tarixdə tanış oluduğunu, ata anası olmamış, onların hər iksi vəfat etdiyini demiş, Bakı şəhərində yaşadığını, ona nənəsi baxdığını, evdən qaçıb Sumqayıt şəhərinə gəlmiş, qalmağa yeri yeməyə pulu olmamış, onunla işlədiyi avtobusda tanış olmuş, onu hazırda yaxınlıqda yerləşən “Vərəm xəstaxanasının arxasında kolluq sahədə saxlamış, qız azyaşlı olduğu sonra onunla problemin yarana bildiyini demiş, Anar da o evdən qaçıb, qalmağa yeri olmadığını demiş, Anardan həmin qızıla cinsi əlaqədə olubolmadığını soruşmuş onunla qeyri təbii və adi formada həmin qızıla cinsi əlaqədə olduğunu demişdir. Həmçinin Sumqayıt şəhəri, Vərəm Dispanserin yanında olan sıx ağaclıq olan yer olduğunu və orada yerə döşəkcə gətirərək yerə sərmiş və həmin qızıla cinsi əlaqədə olmuşdur, Həmin qızın adını Ulduz olduğunu, lakin sonradan ona onun əsil adı Arifə olduğu müayyən edilmiş, Arifənin Anardan xoşu gəldiyini və sevdiyini görürmüş, lakın maraq üçün Anarın dediyi sözləri yoxlamaq üçün hətdə onu görüb arxası ilə izləmiş və Sumqayıt şəhəri Vərəm dispanserin yanında olan kolluğunda təxminən 2020-ci ilin iyul ayında Anarın onunla birlikdə gördmüş, Arifə ilə kolluğunda cinsi əlaqədə olduğunu görmüş və Anarda onu görmüş, lakin heçnə deməmiş, daha sonra Anarla söhbət edəndə bu barədə müzakirə etmişlər və Anar gülə-gülə “Ulduzu yatızdırmağa aparardım ” demiş,. bundan başqa da, 2020-ci ilin iyul ayında Anarı Arifə ilə birlikdə Sumqayıt şəhəri, 26-ci məhəllənin parkında görmüş həmin vaxt ona yaxınlaşmış, daha sonra biraz söhbət etdikdən sonra Anar onun yanında olan Arifəni əlidən tutaraq onu Vərəm Dispanserin yanına aparmış. oda izləmək üçün onların arxası ilə getmiş, həmin vaxt Anar Arifəni xəsatxananın həyətində olan kollğa aparıb təbii yolla cinsi əlaqədə olduğunu bir daha da şahidi olmuşdur. Arifəyə yazığı gəldiyi üçün anası xəsatə olduğunu və ona quluq etmək lazım olduğunu demiş, Arifə isə Anardan icazəsi alacağı təqdirdə onunla gedə biləcəyini demiş, daha sonra onun küçədə yaşamağı barədə danışmış və o daha çöldə yaşamaq istəmədiyini ona görə də Arifə onunla razılaşmış və birlikdə yaşadığı ünavna getmiş, Arifə onun evində bir gün qalmış və anasına quluq etməyə bacarmadığını demiş və evdən çıxıb qaçmışdır. İki gün sonra 31 iyul 2020-ci il tarixdə anası Nailəni həmin parka gəzməyə aparmış Arifəni parkda məyus oturduğunu görmüş, həmin vaxt Arifə onlara yaxınlaşmış və telefonla danışmaq istədiyini demişdir. Ona öz mobil telefonumu vermiş və danışdaqdan sonra zəng etdiyi ***-***-**-** saylı mobil nömrə telefonun yadaşında qalmışdır. Oda istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan onun verdiyi ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, telefona yaşlı qadın cavab vermiş, həmin qadın aralarında olan söhbət əsasında Arifənin nənəsi olduğunu və nəvəsinin evdən qaçdığını demişdir. Həmin qadın adı Zərxanım olduğunu və nəvəsi Arifə Əsədullayevə evdən qaçdığını və tapılmadığını demişdir. Bu barədə Anara demiş və o onunla mübahisə etməyə başlamış və yanında Arifəni parkda olduğları zaman qorxuzmağa başlamış və ona “sən heç hara getmiyəsən” deyərək üstünə qısqırmışdır Daha sonra Xəzər rayonun polis əməkdaşları yaxınlaşmış və onlara Arifənin olduğu yeri və Anarla harada cinsi əlaqədə olduğu yeri demiş, Arifə ilə cinsi əlaqədə olmamış onun barəsində yazdığı yalan oldğunu onu yalnız evə kömək etmək üçün anasına quluq etmək üçün gətirməşdir.Zərərçəkmiş şəxs1 15 yaşı olduğunu ona və Təqsirləndirilən şəxs demiş və bunuda Anar öz təklikdə bildirmişdir. Anar və Arifə bir birlərini sevdikləri üçün Arifə onunla öz xoşu ilə cinsi əlaqədə olmuş, Zərərçəkmiş şəxs1 yalnız öz xoşu ilə Təqsirləndirilən şəxsla cinsi əlaqədə olurmuş və başqa şəxslə onu görməmiş, həmçinin Zərərçəkmiş şəxs1 kiminsə tərəfindən zorla cinsi əlaqədə olmağı barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin İŞ-nin müsğəntiqi X11 cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə aralarında sevgi münasibətinin olmasına, onunla intim münasibətdə olmasına və onun yaşı barədə məlumata malik olmasına dair sərbəst ifadəsini verdiyini,ona heç bir təzyiq edilmədiyini göstərmişdir. İş üzrə təyin edilmiş 10.08.2020-ci il tarixli 383 saylı ekspert rəyindən görünür ki,2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda, qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:Zərərçəkmiş şəxs1 qızılıq pərdəsini tamlığı pozulmuşdu, pozulma müddəti 2 (iki) həftədən artıqdır. A.R.Əsədullaevada arxa keçəməkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçmək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edir. İş üzrə təyin edilmiş 07.08.2020-ci il tarixli 1462 saylı məhkəmə-psixoloji rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişaf, intellektual-mnestik imkanları normaya uyğundur, gərilik əlamətləri aşkar olunmur. Məsuliyyətsizlik, səthhilik, başqalarının diqqətini öz üzərinə çəkməyə meylilik, sərəstliyə və müstəqiliyə can atmaq, kobudluq kimi xarakterlik xüsusiyyətlərə malikdir. Arifə. Əsədullayeva yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərkətlərin xarakteri və mənasını anlıya bilər. Zərərçəkmiş şəxs1 ona qarşı edilən hüquqazidd hərəkələrdən əvvəl hansı psixi-emosional halda olması müəyyən etmək mümkün olmadı. A.R..Əsədullayevanın ona qarşı edilən hüquqazidd hərəkətlər zamanı və bundan sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəs edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Qeyd : Zərərçəkmiş şəxs1 qolunda özü tərəfindən yetirilmiş xəsarətlər, hərəkət və davranışında isterik əlamətlər (bir neçə dəfə evdən qaçması ictimai yerdə tanımadığı şəxslərlə cinsi əlaqəyə girməsi, etdiyi hərəkətdən xoşlaması və s) müşahidə edildiyindən məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi məqsədə müvafiqdir. Cinayət işi üzrə təyin edilmiş 28.12.2020-ci il tarilxi 2520 saylı Ambulator Məhkəmə psixiatrik-ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hal-hazırda hər hansı psixi xəsətlik aşkar olunmur. Zərərçəkmiş şəxs1 davranış və emosiyaların qarışıq pozuntusu müayyən edilir. Bunu uşaq yaşlarından davranış pozuntularının qeyd olunması, xassiyətcə əsəbiliyi, inadkarlığı, münaqişələrə meyilli, əsəbi gərginlik anlarında özünə xəsarət yerirməsi, tez-terz evdən qaçmaq üçün asosial həyəat tərzi kçirməsi, həmçini hazırıkı müayyinə zamanı aşkar olunan əlamətlər təsdiq edir. Qeyd olunan pozuntu psixi xəstəlik olunmur və “ Xəstəliklərin və Sağlamlıqla Bağlı Prpblemlərin Beynaxalq Təsifatlarda (10-cu baxış) F92 kodu altında psixolojii inkşaf pozuntuları rubrikasına aid olur. Zərərçəkmiş şəxs1 hal-hazırda hər hansı pxsi (ruhi) xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs1 davranış və Emosiyonal qarışıq pozuntusu müayyən olunur. Qeyd olunan pxisi pzontu X3 öz hərəkətlərinə cavab vermək iqtidarından məhrun etmir. A.R. Əsəddullayeva təsvir olunan cinayət hadisəsi dövründə ona qarşı edilən hərəkətlərin mənası dərk etmək iqtidarında olmuşdur. X6 cinayət işi üzrə zərərçəkmiş şəxs qsiimndə keçdiyindən onun amlaqı olub-olmaması sualının cavablandırılması mümkün deyil. X8 iş umub əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliiyətinə malikdir. Cinayət işinin materiallarında olan 28.12.2020-ci il tarixli DİN-nin BƏSİ-dən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olamadığı görülür. Ona görə də, Təqsirləndirilən şəxs əvvəllər məhkum olamayan şəxs kimi hesab edilir. Cinayət işinin materiallarından görünür ki,200736358 saylı cinayət işi 02 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsi üzrə başlanmışdır. Hadisə yerinə baxış keçirilməsinə dair 05 avqust 2020-ci il tarixli protokoldan görünür ki, X1 Anar Ramiz oğlu ilə tanış olduğu yeri və onunla intim münasibətdə olduğu yeri göstərir. Cinayət işinin materiallarında olan AZ İİ №765096 saylı doğum haqqında şəhadətnamənin və AZE №11991240 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 05 iyul 2005-ci il tarixində anadan olmuşdur. Cinayət işinin materiallarından görünür ki, 19 noyabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 cinayt işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, 19 noyabr 2020-ci il tarixli qərarla X4 zrərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi kimi tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar çıxarılmış, həmin tarixdə barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. 14 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunmuş və ona CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat Sumqayıt şəhər Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 1 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmamışdır. 2 nömrəli şəhər poliklinikasından daxil olmuş 30 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetinə müraciət etməyib. Cinayət işinin materiallarında olan 16 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmasına dair protokoldan görünür ki,Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə tanış olduğu və onunla intim münasibətdə olduğu yeri göstərir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 150,151,152.2,153 və 171.1-ci maddəsinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanmasının rədd olunmasına dair qərar çıxarılmışdır. Beləliklə də Təqsirləndirilən şəxs cinayəti törətməməsinə dair məhkəmədə verdiyi ifadəsi iş üzrə şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi,ifadənin yerində yoxlanmasına dair protokollar, ekspertiza rəyləri, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrlə və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi izahatı alınarkən, ifadəsində, təqsirləndirilən şəxs kimi istintaqda ifadə verərkən və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sumqayıt şəhər Məhkəməsində təqdimata baxılarkən təqsirini səmimi olaraq etiraf etmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı verdiyi ifadəsi özünümüdafiə xarakteri kimi qiymətləndirilməli və sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki,o Təqsirləndirilən şəxs şikayətçidir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o məhkəmə iclas zalından həbs olunmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli (iş № 1(060)205/2021) qərarını icra edərək, 17 fevral 2021-ci il tarixli 135/2021 saylı orderə əsasən vəkil X22 onun vəkili təyin etmişdir. Müdafiəçi X24 məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X20 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-205/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-205/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver