Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-206/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 28-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 396,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 26.11.2020-ci il tarixdə, saat 13:02 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol qoltuqaltı hissəsindən qara rəngli sellofan paketin içərisində olan 396,8 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 25 noyabr 2020-ci il tarixdə, səhər saatlarında Abşeron rayonu, Novxanı kəndində tanımadığı şəxsdən 65 manat məbləğə şəxsi istifadəsi üçün 400 qrama yaxın qurudulmuş marixuana almış, həmin qurudulmuş marixuananı əynində olan qara rəngli gödəkçənin qoltuqaltı hissəsində qara sellefon paketdə gizlətmiş və istifadə etmək üçün orada saxlamışdır. 26 noyabr 2020-ci il tarixdə, saat 13:00 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində “Möhtəşəm” şadlıq evinin yaxınlığında aldığı narkotik vasitə olan marixuanadan çəkmək üçün münasib yer axtaran zaman üç nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq saxlamış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını demişlər. Həmin vaxt ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, sonra polis əməkdaşları video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını söyləyib şəxsi axtarış aparılmasına etirazının olub-olmadığını soruşmuş, polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual edib, əgər varsa təqdim etməyini bildirmiş, o da elə əynində olan qara rəngli gödəkçənin sol qoltuq altı hissəsindən qara rəngli sellofan paketdə olan marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin marixuananı 25.11.2020-ci il tarixdə, səhər saatlarında Abşeron rayonu, Novxanı kəndində tanımadığı şəxsdən 65 (altmış beş) manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, sonra polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə gəlmiş, 1-ci PB-də xidməti otaqların birində üzərindən aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan qara rəngli bir ədəd sellofan torba tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu imzalamışlar. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin rəisi vəzifəsində işləyir. 26.11.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə həmin bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Fərid Əliyevdən, həmin bölmənin əməliyyat müvəkkili, polis kapitanı Həmzə Əzizovdan, 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Ruslan Vəliyevdən və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 12:40 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuş, daxil olmuş həmin məlumat əsasında 26.11.2020-ci il tarixdə, saat 13:00 radələrində təşkil olunmuş əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisinə gəlmiş və orada olan zaman inspektor-kriminalist Elnur tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, həmin vaxt əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin həmin ərazidə yerləşən “Möhtəşəm” şadlıq sarayının arxası ilə hərəkət etdiyini görmüş, onu saxlamış və özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmiş, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişdir. Bundan sonra ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək, ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuş. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsi xahiş edilmiş, Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli gödəkçənin sol qoltuqaltı hissəsindən qara rəngli sellofan paketi təqdim edərək içərisində yaşıl rəngli narkotik vasitə olan marixuana olduğunu demiş, həmin torbanın içərisinə baxılarkən orada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyə malik ot kütləsi aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni 25.11.2020-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı kəndində adını bilmədiyi və tanımadığı şəxsdən 65(altmış beş) manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, sonra müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə gəlmiş, bölmədə xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sellofanla birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, protokol tərtib olunaraq ucadan oxunmuş və həmin protokolu imzaları ilə ilə təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 26.11.2020-ci il tarixli, 7/823 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” əl yazıları olan polietilen bağlamadakı 01 ədəd qara rəngli polietilen bağlamanın içərisində təmiz çəkisi 396,8 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 396,8 qram, tədqiqata sərf edildi cəmi – 0,2 qram, qalıq 396,6 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10.12.2020-ci il tarixli, 3426 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticəsində Narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 396,8 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 396,6 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26.11.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 28.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26.11.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2007-ci il tarixdən “Narkomaniya” diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.05.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23.07.2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.05.213-cü il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residivi müəyyən edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 26.11.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 396,6 qram qalıq çəkisi qalmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 78,72 (yetmiş səkkiz manat, yetmiş iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26.11.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 396,6 qram qalıq çəkisi qalmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 78,72 (yetmiş səkkiz manat, yetmiş iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-206/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-206/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver