Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-207/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruDövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 05.06.1982-ci il tarixdə Ermənistan, İrəvan mahalı, Qızılşəfəq qəsəbəsi, evli, orta təhsilli, Abşeron rayonu Su Meliorasiya təsərrüfatında elektrik işləyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Beton Zavod ərazisi ev- 680A ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24.10.2020-ci il tarixdə qonşusu Şahid4 telefon vasitəsi ilə azyaşlı oğlu Həsənin barəsində xoşagəlməz sözlər dediyi üçün onun yaşadığı ünvana getmiş, Əliqismət evdə olmadığından onun çağırışına əsasən evinə gələn qohumu Zərərçəkmiş şəxs ilə həmin səbəbdən mübahisə etmiş və mübahisə zamanı əlindəki bel ilə onun sol qol və kürək nahiyyəsinə vuraraq Zərərçəkmiş şəxs sol bazu oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, döş qəfəsinin arxa sol hissəsinin qançırı, sol bazunun orta 1/3-nin bayır səthinin, sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığana yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin sentyabr ayında yaşadığı məhəllə ərazisində oğlu Həsənin qonşuluqda yaşayan Əliqismətin oğlu Nihata qarşı əxlaqsız hərəkətlər etməsinə dair söhbətlər yayıldığını, bu müddət ərzində ümumiyyətlə Əliqismət ilə aralarında bu məsələ ilə bağlı söhbət etməmişlər. 24.10.2020-ci il tarixdə Əliqismət ilə səhər-səhər evlərinin yaxınlığında rastlaşmış, Əliqismət ona yenə də heç nə deməmişdir. 24.10.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə olduğu zaman qonşuluqda yaşayan Əliqismət adlı şəxs ona zəng edərək, telefonda onu söyərək, “sənin uşağının başına gör nə oyun açacağam” demiş və oğlu Həsənin onun oğlu Nihata sataşdığını bildirmişdir. O, oğlu Həsən və həyat yoldaşı ilə birlikdə Əliqismətin yaşadığı ünvana getmiş, qapını Əliqismətin həyat yoldaşı açmışdır. Əliqisməti çağırdıqda həyat yoldaşı onun evdə olmadığını dediyindən, birlikdə evlərinə geri qayıtmışlar. Oğlu ilə yaşadığı evin qarşısında dayanmış, bu zaman Vaz-2107 və Qazel markalı avtomaşınlar yaşadıqları məhəlləyə daxil olmuşdur. Əliqismətin həyat yoldaşı onları qarşılamış, Vaz- 2107-dən bir nəfər düşərək yaxınlaşmış, ondan Əliqisməti tanıdığını soruşmuş, tanımadığını dedikdə, “biz sənə tanıdarıq” demişdir. Həmin şəxs Əliqismətin həyat yoldaşının yanına yaxınlaşmış, Əliqismətin həyat yoldaşı “bəli odur evimizə gələn” demişdir. Həmin şəxslərdən biri, adını sonradan bildiyi Eldəniz adlı şəxs onun yanında olmuş və onunla mübahisə etməyə başlamış, digər şəxslər də gəldiyi üçün evə daxil olaraq evin həyətindən bel götürmüş və çölə çıxaraq onlara gedib, bel ilə onlardan biri, adını sonradan bildiyi Eldəniz adlı şəxsi bir dəfə vurmuş, onlar qaçdıqda, qorxutmaq üçün bir dəfə də ağ rəngli Vaz-2107 markalı avtomaşının ön alın şüşəsinə vurmuşdur. Sonra həyat yoldaşı və oğlu ilə birlikdə yaşadığı evin həyətinə girmişlər, bir qədər keçdikdən sonra Əliqismət də gəlmiş, küçədə söyüş söymüş o da cavab qaytarmışdır. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək onları 4-cü Polis Bölməsinə aparmışlar. Mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, orada Əliqismətin qohumları olan şəxslər və Əliqismətin həyat yoldaşı olmuşdur. Mübahisə zamanı həmin şəxslər onu vurmamış, onlardan bir nəfər ona yaxınlaşaraq, “gör sənin başına nə oyun açacağıq” demiş və bu zaman digərləri də onun üzərinə gəlmişlər, lakin, vurmamışlar, o da həmin şəxslərdən başqa heç birini vurmamışdır. Eldənizin qardaşı olan şəxs onunla söyüşlə danışdığından və onlar çox olduğuna görə uşağının da qorxduğunu görüb əsəbləşib yerdə olan bel ilə həmin sonradan adanın Eldəniz olduğunu bildiyi şəxsi vurmuş və həmin vaxt bel onun avtomaşınının ön alın şüşəsinə də dəymişdir, lakin, sonradan Eldəniz ilə görüşərək onun avtomaşını təmir etdirmiş və ona dəymiş maddi ziyanı ödəmişdir.Hadisə 2-3 dəqiqə davam etmiş, mübahisəyə kənar şəxslər gəlməmiş və səs küy yaranmışdır. Odur ki, zərərçəkmiş şəxs ondan şikayətçi olmadığından barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 24.10.2020-ci il tarixdə qardaşı Mübariz ilə birlikdə dayısı Arzunun yaşadığı evə qonaq getmişlər. Orada olduqları zaman xalası oğlu Əliqismət qardaşına zəng edərək, bütün qonşularının onun üzərinə gələrək döydüklərini deyib, qardaşından gedib ona kömək etməsini xahiş etmişdir. Qardaşı “gedək görək nə üçün Əliqisməti qonşular döyür” demiş və bu zaman o da qardaşı ilə razılaşaraq, birlikdə Əliqismətin yaşadığı evin qarşısına getmiş, lakin, Əliqisməti görməmişlər. Bu zaman Əliqismətin həyat yoldaşı onlara yaxınlaşaraq Əliqismətin qonşu İlqar adlı şəxslə mübahisə etdiyini demiş və əli ilə İlqar adlı şəxsi göstərmişdir. Qardaşı İlqar adlı şəxsə yaxınlaşmış, onlar bir neçə dəqiqə söhbət etmişlər və bu vaxt aralarında mübahisə yaranmışdır. İlqar adı şəxs “gözləyin indi gəlirəm” deyərək yaşadığı evə girmiş və əlində bel ilə geri qayıtmışdır. Həmin anda qardaşı Mübariz artıq onun yanında olmuş, İlqar adlı şəxs yaşadığı evdən çıxaraq onların üzərinə gəlmişdir. Əvvəlcə İlqarın onu vuracağını güman etməmiş, lakin, İlqar beli əli ilə göyə tərəf qaldıraraq ona zərbə endirmişdir. Bel sifətinə dəyməsin deyə sol əlini sifət nahiyyəsinə tutmuş, İlqar belin arxa hissəsi ilə ona zərbə endirmişdir. Bel onun sol qoluna və kürək nahiyyəsinə dəymiş, o, kənara qaçmış, İlqar bel ilə ona məxsus Vaz-2107 markalı, **-DG-*** nömrə nişanlı avtomaşının alın şüşəsinə vuraraq onlardan çıxıb getmələrini tələb etmişdir. Bu zaman qardaşı Mübariz DİN-nin 102 xidmətinə zəng etmiş, polis əməkdaşları hadisə yerinə gəlmişlər. Mübahisə zamanı orada qardaşı, Mübariz, dayısı oğlu Orxan, Əliqismətin həyat yoldaşı olmuş, mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə yerində səs küy yaranmamış və kənar şəxslər gəlməmişdir.Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və bu səbəbdən də onun barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin avqust-sentyabr aylarında qonşuluqda yaşayan Samirə adlı qadının oğlu Turan onun yanıma qaçaraq yaxınlaşmış və qonşuluqda yaşayan İlqar adlı şəxsin oğlu Həsənin onun oğlu Nihata qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Buna görə də onun anası Samirənin yanına getmiş və o, “uşaq gördüyünü deyib də” demişdir. Elə bu səbəbdən də Həsənin anasına bu barədə iradını bildirmişdir. Bir müddət keçdikdən sonra qızı Ayan qonşuluqda yaşayan Həsənin Nihata “suxarı” alaraq nənəsinin həyətinə apardığını demişdir. Elə bu səbəbdən yenə də Həsənin anasına sonuncu xəbərdarlığını etmişdir. Bütün bunları həyat yoldaşı Əliqismətdən gizlədmişdir. 23.10.2020-ci il tarixdə qızı Ayan olanları atasına danışmışdır. 24.10.2020-ci il tarixdə Əliqismət işə getmiş, təxminən saat 21 radələrində evdə uşaqlarını yatırtdığı vaxt, qapı döyülmüş, o, çölə çıxdıqda qonşuluqda yaşayan İlqar və oğlu Həsən birlikdə onların qapısını döydüyünü görmüşdür. İlqar “çağır onu görüm mənə nə deyir” demiş və o, həyat yoldaşının evdə olmadığını demiş, bu zaman həyat yoldaşı gəlmiş, onu evlərinə aparmışdır. Təxminən 10 dəqiqə sonra həyat yoldaşının xalası uşaqları Eldəniz, Mübariz və dayısı oğlu Orxan gəlmişlər. X5 yanına getmiş, bu zaman İlqar qaçaraq öz yaşadığı evə gedərək bel götürüb onlar tərəfə qaçaraq yaxınlaşmış və əlində olan bel ilə Eldənizi daha sonra isə orada dayanmış Eldənizə məxsus Vaz-2107 markalı avtomaşına vurmuşdur. İlqarın həyat yoldaşı tez İlqara yaxınlaşaraq onu qolundan tutub evlərinə aparmışdır. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı qohumları Mübariz, Orxan, Eldəniz orada olmuş, sonradan İlqarın həyat yoldaşı da gəlib onu aralaşdırıb evlərinə aparmışdır. Onun Eldənizi bir dəfə vurduğunu görmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, 2020-ci ilin sentyabr ayında yaşadığı evdə olduğu zaman qonşuluqda yaşayan Ülviyyə onu çağıraraq çölə çıxmağını istəmiş, Ülviyyədən nə olduğunu soruşduqda o, oğlu Həsənin oğlu Nihata qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Ondan nə üçün belə dediyini soruşduqda o, qonşuluqda yaşayan Turan adlı azyaşlının ona belə dediyini bildirmiş və “gəl Nihatdan öyrənək” demişdir. Həmin gün Nihatdan nə qədər də soruşmağa çalışsalar da Nihat qaçmış cavab verməmişdir. Sonradan Ülviyyə uşağına baxdığını və onda heç nə olmadığını demiş və həyat yoldaşına bildirmək istəməmişdir. Bu haqda Ülviyyəyə Samirə adlı qonşuları demiş, Samirəyə isə azyaşlı oğlu Turan məlumat vermişdir. 24.10.2020-ci il tarixdə qoşuluqda yaşayan Ülviyyənin həyat yoldaşı onun həyat yoldaşı İlqara zəng edərək, onunla söhbət etmək istədiyini demiş və telefonda İlqara xoşagəlməz sözlər demişdir. Saat 22 radələrində İlqar oğlu Həsəni də özü ilə aparmış, onların dalınca getmişdir ki, mübahisə baş verməsin. İlqar Əliqismətin qapısını döydükdə Ülviyyə açmış və həyat yoldaşı Əliqismətin evdə olmadığını demiş, onlar evə geri qayıtmışdır. Evlərində olduqları zaman təxminən saat 22 radələrində İlqar çölə çıxmış, elə bir neçə dəqiqə keçdikdən sonra, oğlu İbrahim “atanı döyürlər” demişdir. O, tez çölə çıxmış, həmin vaxt, İlqarın əlində bel ilə ağ rəngli Vaz-2107 markalı avtomaşının ön şüşəsinə vuruduğunu görmüş və onu sakitləşdirərək, əlindən beli alıb və evə gətirmişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, o, evdə olduğundan heç nə görməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin avqust-sentyabr aylarında yaşadıqları ərazidə İlqar adlı şəxsin oğlu Həsənin 2016-cı il təvəllüdlü oğlu Nihata qarşı əxlaqsız hərəkətlər etməsinə dair söhbətin yayıldığını, bu barədə ona həyat yoldaşına qonşuluqda yaşayan Ülviyyə adlı şəxsin dediyini, 24.11.2020-ci il tarixdə qızı Ayan bu barədə ona dediyində İlqara zəng vuraraq işdən sonra onunla görüşmək istədiyini bildirmişdir.Səbəbini soruşduqda isə oğlunun onun oğluna qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra həyat yoldaşının zəng vuraraqİlqarın onların evlərinin qarşısına gələrək səs-küy saldığını bildirmişdir.Bu zaman xalası oğlu Eldənizə zəng edərək uzaqda olduğunu bildirərək evlərinə getməsini xahiş etmişdir.Bir neçə dəqiqədən sonra evə gəldikdə Eldənizin maşının alın şüşəsinin sındığını, Eldənizin isə qolundan xəsarət aldığını gördüyünü bildirdi,həyat yoldaşı ona İlqarın gələrək əlindəki bel ilə Eldənizi döydüyünü və maşının şüşəsini sındırdığını bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, 24.10.2020-ci il tarixdə saat 20 radələrində qardaşı Eldəniz ilə birlikdə dayısıgilə qonaq getmiş, orada olduğu zaman xalası oğlu Əliqismət ona zəng edərək, qonşuların onun üstünə düşdüyünü deyərək, ona kömək etməyə çağırmışdır. Dərhal Orxan və Eldəniz ilə birlikdə Əliqismətin yaşadığı yerə gemiş, oraya çatdıqda Əliqismətin həyat yoldaşı onları qarşılamış, ondan nə olduğunu soruşduqda sonradan adının İlqar olduğunu bildiyi şəxsi göstərərək, onun yaşadıqları ünvana gələrək, mübahisə yaratdığını demişdir. Elə bu səbəbdən o, İlqar adlı şəxsə yaxınlaşaraq və ondan nə olduğunu soruşmuş, o, “Əliqismət gəlsin söhbət edərik” demişdir. İlqara “yaxşı” deyib geri qayıtdıqda o, yaşadığı evin həyətinə girib əlində bel ilə çölə çıxmış, onlar tərəfə qaçaraq belin dəmir hissəsi ilə qardaşı Eldənizi bir dəfə qoluna və kürək nahiyyəsinə vurmuş, daha sonra Eldəniz kənara qaçdıqda isə həmin bel ilə Eldənizə məxsus hadisə yerində dayanmış, **-DB-*** dövlət nömrə nişanlı avtomaşının ön alın şüşəsinə və vurmuşdur. Mübahisə zamanı bir qadın onu sakitləşdirib, kənara çəkib, beli onun əlindən alıb apardı həyətə salmışdır. Dayısı oğlu Orxan polisə zənglə bu barədə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişdir. Mübahisə təxminən 2-3 qəqiqə davam etmiş, Əliqismətin həyat yoldaşı, dayısı oğlu Orxan orada olmuş, daha sonra bir qadın İlqara yaxınlaşıb onun qolundan tutub evə aparmışdır. Onlardan heç biri İlqarı vurmamış, təhqir etməmiş, İlqarın əlində bıçaq görməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsindən görünür ki, 24.10.2020-ci il tarixdə saat 20 radələrində qohumları Mübariz və Eldəniz birlikdə qonaq gəlmiş, bir qədər sonra qohumu Əliqismət Mübarizə zəng edərək, qonşuların onun üstünə düşdüyünü deyərək və ona kömək etməyə çağırmışdır. Onlar Mübariz və Eldəniz ilə birlikdə Əliqismətin yaşadığı yerə getmiş, oraya çatanda Əliqismətin həyat yoldaşı onları qarşılamış, nə olduğunu soruşduqda Ülviyyə sonradan adının İlqar olduğunu bildiyi şəxsi göstərərək, onun yaşadıqları ünvana gələrək, mübahisə yaratdığını demişdir. Elə bu səbəbdən Mübariz İlqar adlı şəxsə yaxınlaşıb ondan nə olduğunu soruşmuş, onunla bir qədər danışaraq, onlar tərəfə yaxınlaşanda digər şəxs öz yaşadığı evin həyətinə girib əlində bel ilə çölə çıxmış və onlara yaxınlaşıb mübahisə etməyə başlamış və bu vaxt əlində olan belin dəmir hissəsi ilə Eldənizin bir dəfə qoluna və kürək nahiyyəsinə vurmuşdur. Eldəniz kənara qaçdıqda isə həmin bel ilə Eldənizə məxsus hadisə yerində dayanmış, **-DG-*** dövlət nömrə nişanlı avtomaşının ön alın şüşəsinə vurmuşdur. Mübahisə zamanı bir qadın onu sakitləşdirib, kənara çəkib, beli onun əlindən alıb apardı həyətə salmışdır. Buna görə də polisə məlumat vermiş, həmin yerə polis əməkdaşları gəlmiş, birlikdə polis bölməsinə getmişlər. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, orada Eldəniz, Mübariz, İlqar sonradan İlqarın həyat yoldaşı olduğunu öyrəndiyi qadın, Əliqismətin həyat yoldaşı olmuşdur. Mübahisə zamanı İlqarın əlində bel görmüşdür. Məhkəmə-tibbi ekspertizasının 26.10.2020-ci il tarixli, 1333 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bazu oynağının şişkinlik və ağrı hesabına məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, döş qəfəsinin arxa sol hissəsinin qançırı, sol bazunun orta 1/3-nin bayır səthinin, sol bazunun aşağı1/3nin bayır səthinin sıyrıqlarından ibarət xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalar) təsirindən yaranmışdırlar, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla 24.10.2020-ci il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 03.12.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədə görünür ki,Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15.01.2021-ci il tarixində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar çıxarılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 221-ci maddəsinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanmasının rədd olunasına dair qərar çıxarılmışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 221-ci maddəsinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanmasının rədd olunasına dair qərar çıxarılmışdır. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs oğlu Həsən Zeynalovun Nihat Həsənova qarşı əxlaqsız hərəkətlər etməsi mötəbər sübutlarla təkzib olunduğundan həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspert rəyi vəcinayət işinin materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 05.03.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü tam təqsirli bilir. Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 05.03.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı iddia və tələbi yoxdur və sonuncunun barəindəki cinayət təqibinə xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli (iş № 1(060)-207/2021) qərarını icra edərək, 17 fevral 2021-cu il tarixli 134 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-207/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-207/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver