Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-207/2023 28.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,934 qram çəkidə narkotik vasitə olan heroin və 0,171 qram psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 14 oktyabr 2022-ci il tarixdə, saat 19:55-də, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən qəsəbə bazarının yaxınlığındakı “Tac oil” yanacaqdoldurma mərkəzinin yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qara rəngli alt paltarının iç hissəsindəki ciblikdə saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 0,934 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 0,171 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 19:55 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən qəsəbə bazarının yaxınlığındakı “Tacoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu saxlamışlar. Bu zaman üzərində 1 büküm metamfetamin olmuşdur. Amma heroin olmamışdır. Onu oradan stadiona aparmışlar və orada üzərinə baxış keçirmişlər. 1 büküm metamfetamindən başqa onda heç nə olmamışdır. Amma ona 01 ədəd bükümdə narkotik vasitə heroin vermiş, çəkilişdə özünün olmasını bildirməsini demişlər. Qorxduğundan PBdə çəkiliş zamanı polislərin dediyi kimi ifadə vermişdir. Bununla bağlı heç yerə şikayəti olmamış, yalnız məhkəmədə bildirir. Amma ona qarşı heç bir zor tətbiq edilməmiş, hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Evlidir, himayəsində üç uşağı var, bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yəni üzərində aşkar olunan 0,171 qram çəkidə psixotrop maddə olan metamfetaminin ona məxsus olsa da, 0,934 qram çəkidə narkotik vasitə heroinin ona məxsus olmaması barədə göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, bunlar təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdidir. Məhkəmə hesab edir ki, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, şahid ifadələri, protokollar və işdə olan digər sübutlar əsasında Təqsirləndirilən şəxs 0,171 qram çəkidə psixotrop maddə metamfetaminin və 0,934 qram çəkidə narkotik vasitə heroinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 19:55 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən qəsəbə bazarının yaxınlığındakı “Tacoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi məqsədi ilə Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə PB-nə getmişdir. PB-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha ona bildirilməklə yanaşı, hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiəsi üçün vəkil seçməyi məqsədi ilə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X4 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X4 ona təqdim olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 2-ci PB- nin təhqiqatçısı polis kapitanı Taleh Abdullayev özünü təqdim etdikdən sonra ondan da, özünü təqdim etməsini xahiş etmişdir. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra təhqiqatçı, onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şiphəli bilindiyi üçün, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini, onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Həmçinin onu saxlayıb polis bölməsinə gətirən polis əməkdaşları da özlərini təqdim etmişlər. Sonra təhqiqatçı, onun hüquqlarını müdafiə etməsi məqsədi ilə ona təqdim edilmiş Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkillərinin adları olan siyahıdan seçdiyi vəkil X3 ona təqdim etmişdir. Ardınca təhqiqatçı, onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini elan edib, axtarış keçirilməzdən öncə, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, pridmet və ya narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynində olan şalvarın kəmərini açıb, daha sonra əynindəki qara rəngli alt paltarının iç cibliyində saxladığı 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə qəhvəyi rəngli kütləni, yəni narkotik vasitə olan heroini və 1 ədəd göy rəngli siqaret kağızma bükülmüş vəziyyətdə ağ rəngli kristal şəkilli kütləni, yəni psixotrop maddə olan metamfetamini çıxardıb təqdim edərək, həmin 1 büküm heroini və 1 büküm metamfetamini xx.xx.2022-ci il tarixdə günorta saat 2-3 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata, öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərindən aşkar olunaraq götürülmüş 1 büküm heroinə bənzər və 1 büküm metamfetaminə bənzər kütlələri büküldüyü sellofan və kağızla birlikdə tərəziyə qoyulub çəkisini ölçmüşdür. Həmin narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 1,0 qram, metamfetaminə bənzər kütlələnin çəkisinin isə 0,28 qram olması müəyyən edilmişdir. Ona qarşı heç bir zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamış, hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və o da iştirak etməsi üçün həmin qrupun tərkibinə daxil edilmişdir. xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən qəsəbə bazarının yaxınlığında pusqu qurulmuşdur. Saat 19:55-də Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, həmin ərazidə yerləşən “Tac oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında onu saxlamışlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra ona istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olduğunu bildirib, etirazının olubolmamasını soruşduqda, sonuncu etirazının olmadığını bildirərək, onlarla birlikdə 2-ci PBnə getmişdir. Polis bölməsinin xidməti otaqlarından birində təhqiqatçı polis kapitanı Taleh Abdullayev özünü təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını, hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkillərinin adlarının siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil Müseyib Məhərrəmov təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Öncə təhqiqatçı Taleh Abdullayev özünü təqdim etmiş və sonra saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün, polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirib, ondan və digər polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş etmişdir. O və digər polis əməkdaşları növbə ilə özlərini təqdim etdikdən sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edəcək müdafiəçi Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili X3 təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkilə heç bir etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edib tanış olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bildirişin vəkilinə verilməsini xahiş etmiş, vəkil bildirişdə göstərilən şübhəli şəxsin hüquq və vəzifələrini oxuyaraq Təqsirləndirilən şəxs tanış etmişdir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edərək, axtarış keçirilməzdən öncə, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya vasitə varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək, əynində olan şalvarın kəmərini açıb, daha sonra əynindəki qara rəngli alt paltarının “iç cibliyi”ndə saxladığı 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütləni və 1 ədəd göy rəngli siqaret kağızına bükülmüş kütləni çıxardıb təhqiqatçıya təqdim edərək, həmin bükümlərdən birinin “kakos”, yəni narkotik vasitə olan heroin, digərinin isə “patı”, yəni psixatrop maddə olan metamfetamin olduğunu, 2005-ci ildən narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təhqiqatçı, şəffaf sellofan kəsiyinə bükülmüş kütlənin içərisində olan tünd qəhvəyi rəngli maddənin aydın göründüyünü, narkotik vasitəyə bənzədiyini, spesifik iyə malik olduğunu bildirərək, həmin bükümü tərəziyə qoyulub çəkisini ölçdükdə kütlənin çəkisinin 1,00 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli kağız bükümü açdıqda, bükümün içərisində sellofan kəsiyinə bükülmüş vəziyyətdə ağ rəngli kristal şəkilli maddə olması aşkar edilmişdir. Həmin kütlə də, elektron tərəziyə qoyulub çəkisi ölçüldükdə çəkisinin 0,28 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, ancaq sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş bükümləri bu gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 2-3 radələrində, Coraq qəsəbəsində, tanımadığı şəxsdən 40 manat ödəyərək öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş hər iki bükümü-narkotik vasitə olan heroinə bənzər kütlə bükümünü və psixotrop maddə olan metamfetaminə bənzər kütlə bükümünü ayrı-ayrı zərflərə qoyub qablaşdırmış və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndəriləcəyini bildirmişdir. Hər iki qablaşdırma Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs vəkilin suallarını cavablandıraraq, polis əməkdaları tərəfindən heç bir fiziki zor və ya təziqə məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə və psixatrop maddəyə bənzər kütlə bükümlərinin özünə məxsus olduğunu və həmin maddələri qarışdırıb istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin satışı ilə məşğul olması barədə 2-ci polis bölməsinə əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inspektorları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan "Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, bazarın yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 19:55-də tutulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-422/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkanı tədbiri seçilmiş və həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən saat 19:55-dən hesablanmışdır. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli, "Diskə baxış keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı, Taleh Abdullayev özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən də, özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün, polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirib, onun yanında dayanmış polis əməkdaşlarından da özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları növbə ilə özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid2, baş serjant Şahid3 və polis mayoru Şahid1 olduqlarını bildirirlər. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edəcək müdafiəçi Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili X3 təqdim edir. Təqsirləndirilən şəxs vəkilə heç bir etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edib tanış olmasını xahiş edir. Təqsirləndirilən şəxs bildirişin onun vəkilinə verilməsini xahiş edir. Vəkil, bildirişdə göstərilən şübhəli şəxsin hüquq və vəzifələrini oxuyaraq Təqsirləndirilən şəxs tanış edir. Bundan sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edərək, axtarış keçirilməzdən öncə, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya vasitə varsa, təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək, əynində olan şalvarın kəmərini açıb, daha sonra əynindəki qara rəngli alt paltarının iç cibliyində saxladığı 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütləni və 1 ədəd göy rəngli siqaret kağızına bükülmüş kütləni çıxardıb təhqiqatçıya təqdim edərək, həmin bükümlərdən birinin “kakos”, digərinin isə “patı” olduğunu, 2005-ci ildən istifadə etdiyini bildirir. Təhqiqatçı şəffaf sellofan kəsiyinə bükülmüş kütlənin içərisində olan tünd qəhvəyi maddənin aydın göründüyünü, narkotik vasitəyə bənzədiyini, spesifik iyə malik olduğunu bildirərək, videogörüntünün 04:16-cı saniyəsində həmin bükümü tərəziyə qoyub çəkisini ölçür və kütlənin çəkisinin 1,00 qram olması müəyyən edilir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli kağız bükümü açdıqda, bükümün içərisində sellofan kəsiyinə bükülmüş vəziyyətdə ağ rəngli kristalşəkilli maddə olması aşkar edilir. Videogörüntünün 05:09-cu saniyəsində həmin kütlə elektron tərəziyə qoyulub çəkisi ölçüldükdə, 0,28 qram olması müəyyən edilir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş bükümləri bu gün saat 2-3 radələrində, Corat qəsəbəsində, tanımadığı şəxsdən 40 manat ödəyərək öz istifadəsi üçün aldığını bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş hər iki bükümü-narkotik vasitə olan heroinə bənzər kütlə bükümünü və psixotrop maddə olan metamfetaminə bənzər kütlə bükümü ayrı-ayrı zərflərə qoyub qablaşdırır və MEM-nə göndəriləcəyini bildirir. Hər iki qablaşdırma Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən imzalanır. Sonra Təqsirləndirilən şəxs vəkilin suallarını cavablandıraraq, polis əməkdaları tərəfindən heç bir fiziki zor və ya təziqə məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə və psixatrop maddəyə bənzər kütlə bükümlərinin onun özünə məxsus olduğunu və qarışdırıb “vurduğunu” bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5953 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №126”-li dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzaları olan 2 (iki) ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,934 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,171 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunan siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. İş materiallarınfa olan "Maddi sübut kimi tanıma haqqında" xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkarlanaraq götürülmüş, ilkin təmiz çəkisi 0,934 qram, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,884 qram olan narkotik vasitə heroin və ilkin təmiz çəkisi 0,171 qram, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,121 qram olan psixotrop maddə metamfetamin sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-314/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinin 21-2/3-847 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 02 ay 09 gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtardığı gün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Sumqayıt Tibb Mərkəzi PHŞ 3 nömrəli xəstəxananın 291 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli mənzil-istismar sahəsinin 2571 nömrəli xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barədə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016, xx.xx.2009 və xx.xx.2007-ci il təvəllüdlü üç uşağı var. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6342 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseində qeydiyyat alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə CM-nın 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016 və xx.xx.2009-cu il təvəllüdlü iki azyaşlı uşaqlarının və xx.xx.2007-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,884 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,121 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablansın və cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,884 qram narkotik vasitə heroin və 0,121 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-207/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-207/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver