Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-208/2020 16.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Qubadlı rayonunun Aşağı Cibikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Qubadlı rayonunun Aşağı Cibikli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Quşçuluq yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 11:30 radələrində evi üçün elektrik xətti çəkməsinə görə qonşusu X13 ilə aralarında yaranmış mübahisə zamanı digər qonşu Zərərçəkmiş şəxs da mübahisəyə daxil edərək Araz Qasımova tərəfdar çıxdığını bəhanə gətirib yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişən sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2019-cu il tarixdə evə televizor apararkən Araz onun evinə daxil olaraq qabağını kəsmiş, evinə çəkilən elektrik xəttinin onun (Arazın) evinin navalçasına bağlanması ilə bağlı onu nalayiq ifadələrlə təhqir etmişdir. O, ailəsi yanında olduğu üçün Araza öz iradını bildirmişdir. O Araza televizoru evə qoyduqdan sonra söhbət etməyi təklif edən zaman Araz yenidən nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Həmin vaxt Samir gəlmiş və Arazdan nəyə görə onu təhqir etdiyini soruşanda Araz Samiri də təhqir etməyə başlamışdır. Daha sonra Araz cibindən vintaçan alət çıxarıb onun üzərinə gəlmək istəyən zaman Samir araya girib Arazın əlini burmuş, nəticədə vintaçan alət yerə düşmüşdür. Həmin vaxt Araz Samirlə əlbəyaxa olmağa başlamış və Samirin sol qulağından dişləmişdir. Daha sonra qonşuluqda yaşayan Faxir səsə gəlib Arazın tərəfini saxlamış, onun vurduğu yumruq zərbəsi Faxirin burun nahiyəsinə dəymişdir. Faxır onun arvadının əvvəllki ərinin dayısıdır, Faxırla, Arazla və digərləri ilə əvvəllər də aralarında mübahisələr olmuş, qonşu olduqları üçün hər dəfə barışmışlar. İndi də, zərərçəkən Faxir İbrahimovla barışmış, özünü təqsirli bilib ondan üzr istəmişdir. Onun əməlini istintaq orqanı düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə qiymətləndirmişdir. O, xuliqanlıq etməmişdir, ona görə də istintaqda özünü təqsirli bilməmişdir. Xahiş edir ki, əməli düzgün tövsif edilərək barəsində olan cinayət işinə xitam verilsin. Məhkəmə iclasında təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, zərərçəkən Faxir İbrahimovla barışmış, özünü təqsirli bilib ondan üzr istəmişdir. Onun əməlini istintaq orqanı düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə qiymətləndirmişdir. O, xuliqanlıq etməmişdir. Xahiş edir ki, əməli düzgün tövsif edilərək barəsində olan cinayət işinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Quşçuluq yaşayış massivində təxminən 5 sot bağ sahəsi var və həmin torpaq sahəsi bacısı Nəsilə Ağayevanın evinin yanında yerləşir. xx.xx.2019-cu il tarixdə, təxminən saat 09:00 radələrində görmüşdür ki, bacısı Nəsilənin həyətində qonşuluqda yaşayan Güloğlan və qohumu Samir digər qonşusu Arazı nalayiq söyüşlərlə söyərək döyürlər. O, araya girib Arazı onların əlindən almağa çalışmış və Güloğlana söyüş söydüyünə görə irad tutumuşdur. Bu zaman Güloğlan qəflətən onun burnuna yumruqla zərbə endirmiş və onun burnu qanamışdır, buna baxmayaraq o və bacısı Nəsilə Arazı onların əlindən alıb bayıra cıxarmış və həyət qapısının cəftəsini arxadan bağlamışlar. O, münaqişəni sakitləşdirən zaman Güloğlan nalayiq söyüşlər söydüyünə görə Güloğlana iradını bildirmiş, Güloğlan qəsdən onun burun nahiyəsinə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Güloğlanın arvadı onun bacısı Nəsilənin gəlini olmuş, Nəsilənin oğlundan ayrılıb Güloğlana getmişdir. Bu səbəbdən tez-tez aralarında mübahisələr olur. Əvvəllə də aralarında mübahisələr olmuş, indiki mübahisə də əvvəlkilərin davamı kimi baş vermişdir. Amma qonşuluqda yaşadıqlarından əvvəlki mübahisələri və dava-dalaşı öz aralarında həll etmişlər, bu dəfə isə polisə məlumat verilmişdir. Amma hazırda yenə barışmışlar, qonşuluqda yaşadıqlarından bir daha Güloğlanı bağışlamışdır, o da səhvini dərk edib üzr istəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Xahiş edir ki, ərizəsi nəzərə alınaraq iş üzrə icraata xitam verilsin, ya da Güloğlana başqa qaydada kömək edilsin, onun cəzalanmasını istəmir. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Xahiş edir ki, ərizəsi nəzərə alınaraq ona köməklik edilsin. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə, təxminən saat 10:00 radələrində o və qardaşı Faxir birlikdə yaşadığı evin yanında ona məxsus bağ sahəsində əkin işləri ilə məşğul olmuşlar. Həmin vaxt onlar görmüşlər ki, onun həyətində yaşayan keçmiş gəlini Nahidə və onunla qeyri-rəsmi yaşayan Güloğlan evlərinə gəlirlər. Onların yolu onun həyətindən keçdiyi üçün o gedib həyətin qapısını açmışdır. Onlar həyətə girərkən digər qonşusu Araz Güloğlana yaxınlaşıb öz evinin yaxınlığından keçən elektrik dirəyindən Güloğlanın elektrik xəttini götürüb naqilləri onun evinin damının navalçasına bağlayaraq işıq çəkdiyinə görə irad tutmuş, buna görə də Güloğlan nalayiq söyüşlərlə Arazı söyərək ona hücum etmişdir. O, araya girib Arazı itələyərək öz həyətinə salmış, buna baxmayaraq Güloğlan yerdən bir neçə daş götürüb Araza atmışdır. Həmin vaxt Nahidə gəlib Güloğlanı evə aparmaq istəmiş, lakin Güloğlan evə getməyərək Arazla əlbəyaxa olmuşdur. O və qardaşı Faxir araya girib onların münaqişəsini sakitləşdirmək istədikdə X12 tərəfdar çıxdığını səbəb gətirərək yumruqla Faxirin burun nahiyəsinə bir zərbə vurmuş, Faxirin burnu qanamışdır. Həmin vaxt Güloğlanın arvadı Nahidə də araya girib onlarla birlikdə münaqişəni sakitləşdirmişdir. Onlar Arazı həyətdən bayıra çıxarmış və həyət qapısının cəftəsini arxadan bağlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Onların arasında qohumluq əlaqəsi yoxdur və əvvəllər aralarında ədavət olmamışdır. xx.xx.2019-cu il tarixdə gecə Güloğlanın kirayədə qaldığı Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən evdə qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Güloğlanın Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən evinin hasarını tikmək üçün həmin evə getmişdir. O, Güloğlanın evinə girəndə çörək almaq yadına düşmüşdür. Buna görə də o, yaxınlıqda yerləşən mağazaya gedib çörək almışdır. O, çörək alıb geri qayıdanda Güloğlanın evinin həyətində səs-küy olduğunu görmüşdür. O, həyətə çıxanda görmüşdür ki, Güloğlanın qonşusu Araz onun Güloğlanın evi üçün çəkdiyi elektrik xəttinin onun evinin divarına dəydiyinə görə elektrik xətti çəkənin ünvanına nalayiq ifadələr işlədir. Elektrik xəttini o çəkdiyi üçün Arazın onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə o, Araza iradını bildirmiş və onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Arazla əlbəyaxa olmuş, Güloğlan və qonşuluqda yaşayan Faxir onları ayırmaq üçün araya girmişlər. Sonradan bilmişdir ki, Faxır xəsarət alıb, Faxırı kimin vurmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 göstərdi ki, Güloğlanla Allahverdiyev onun əridir. Onlar təxminən 2 ildir ki, ailə həyatı qurmuşlar. Güloğlan onun 2-ci əridir. Birinci nikahdan onun 2 övladı dünyaya gəlmişdir. Güloğlanla nikahdan isə övladı olmamışdır. İlk dəfə Nəsilənin oğlu ilə ailə həyatı qurmuşdur. O, əvvəldən Güloğlanı istədiyinə görə Nəsilənin oğlu ilə nikahı uzun çəkməmiş və o, Güloğlanla ailə həyatı qurmuş, buna görə də Nəsilə və onunla yaşayan Faxirin onlarla tez-tez mübahisələri olmuşdur. xx.xx.2019-cu tarixdə, saat 11:30 radələrində onlar yaşadıqları evə televizor apararkən Araz Güloğlanın qabağını kəsmiş və nalayiq ifadələr işlədərək Güloğlanı təhqir etmişdir. Güloğlan Araza öz iradını bildirib ona televizoru evə qoyduqdan sonra söhbət etməyi təklif etsə də, Araz yenidən nalayiq ifadələr işlədərək Güloğlanı təhqir etmişdir. Həmin vaxt Güloğlanın tanışı Samir onların evində olmuş, çörək alıb geri qayıdan zaman Arazdan nəyə görə Güloğlanı təhqir etdiyini soruşmuş, Araz Samiri də təhqir etməyə başlamış, onların arasında mübahisə, dava-dalaş olmuşdur. Qonşuluqda yaşayan Faxir səsə gəlib onların arasına girmişdir. Sonra Faxirin burnundan qan gəlməyə başlamışdır. O, Faxiri kimin vurduğunu görməmişdir. X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Güloğlanın evinə gedən elektrik xətti kəsildiyi üçün Güloğlan onun evinin yaxınlığından keçən elektrik dirəyindən elektrik xəttini götürüb naqilləri onun evinin damının navalçasına bağlayaraq özünə işıq çəkmişdir. Buna görə də o, xx.xx.2019-cu il tarixdə, təxminən saat 11:30 radələrində qonşusu Güloğlanın evinə gedərək onun çəkdiyi elektrik xəttinin onun evinin navalçasına bağladığı üçün onun ailə üzvlərinə təhlükə yaratdığını irad tutaraq elektrik xəttini başqa yerlə aparmağı tələb etmiş, Güloğlan isə onun dediklərinə əhəmiyyət verməmişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmış, mübahisə zamanı Güoğlan onun ünvanına nalayiq ifadələr işlətmiş, o Güloğlana cavab qaytarmış, aralarında dava düşmüşdür. Qonşuluqda yaşayan Faxir gəlib araya girərək onları sakitləşdirmək istədikdə Güloğlan yumruqla Faxirin burun nahiyəsinə bir zərbə vuraraq ona da xəsarət yetirmiş, bunu görən qonşuları Nəsilə və Güloğlanın arvadı Nahidə Güloğlan və Samiri çəkib öz həyətlərinə salaraq həyət qapısını arxadan bağlamışlar. İstintaq zamanı şahid qismində dindirilmiş X7 X4nun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1938 saylı rəyindən görünür ki, X8 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol ağız bucağının yarası, alt çənə nahiyəsinin sol hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, döş qəfəsinin ön sol və sağ yan səthinin, qarının sağ yan səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər və həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1939 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən və Tərtər Hərbi Məhkəməsinin 1(098)-430/2011 saylı, xx xxxxxx 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.1 və 331.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 329.1-ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 100 (yüz) manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 600 (altı yüz) manat cərimə cəzası təyin edilmiş, xx.xx.2013-cü ildə Milli Məclisin xx.xx.2013 tarixli “Amnistiya” qərarının 1.7-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər və andlı iclasçılar cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında olan faktiki münasibətləri, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin qonşu olmalarını və əvvəllər onların qohumluq əlaqəsinin olmasını, elektrik xəttinin çəkilməsi səbəbi ilə aralarında yaranan ziddiyyətləri, hadisənin də məhz bu narazılıqlar əsnasında baş verməsini, işin hallarını nəzərə almışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, dindirilmiş şahid ifadələri yalnız baxılan iş üzrə təqsirləndirilən şəxsə verilən ittihamın hüdudlarında, hadisənin törənmə səbəbi və təqsirləndirilən şəxsin ittiham olunduğu əməli törədib-törətməməsi ilə bağlı qiymətləndirilir. Hadisənin digər iştirakçılarının bir-birlərinə qarşı hər hansı hərəkətə yol verib-verməmələri, bir-birlərini döyüb-döyməmələri və s. barədə qiymətləndirmə aparılmır, hər hansı hallar müəyyən edilmir. Şahidlərin ifadələrinə qiymət verərkən məhkəmə göstərilən halları nəzərə alır və ancaq işdə olan digər sübutlarla təsdiq edilən şahid ifadələrini mötəbər sübut kimi qəbul edir. Bu baxımdan zərərçəkmiş şəxsin və şahid Nəsilə Ağayevanın ifadələrini ittihamın hüdudlarına aid hissədə inandırıcı sübut kimi qəbul edir. Onların ifadələri iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 1939 saylı rəyi ilə də təsdiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Buna əsas kimi istintaq orqanı hesab etmişdir ki, Güloğlan Alahverdiyev xuliqanlıq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişən sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaq orqanının bu qənaəti ilə razılaşmır. İstintaq orqanı nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs cinayəti şəxsi münasibətlər zəminində törətmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Baxılan işin hallarını göstərilən tələblər müstəvisində qiymətləndirdikdə belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq kimi qiymətləndirilə bilinəcək hərəkətlərin əlamətləri yoxdur. İstintaq orqanının özünün topladığı sübutlar, işin halları, iş üzrə sübutların qiymətləndirilməsi barədə istintaq orqanının digər hadisə iştirakçıları ilə bağlı qəbul etdiyi qərarlar Təqsirləndirilən şəxs ona istinad edilən ictimai-təhlükəli əməli xuliqanlıq niyyəti ilə törətməsini təkzib edir. Göstərilən halları nəzərə alaraq, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulduğundan onun əməli həmin maddə ilə tövsif edilməlidır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Ona görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmişdir. Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Namiq Mirzəzadənin arayışına əsasən X10 müdafiəçi kimi cinayət prosesində 14 saat iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 84 (səksən dörd) manat, Müdafiəçi 132 (yüz otuz iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü-ci maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X10 tərəfindən göstərilmiş hüquqi yardıma görə 84 (səksən dörd) manat, Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 132 (yüz otuz iki) manat məbləğində pul vəsaitləri dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-208/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-208/2020
16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver