Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-208/2023 20.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər- Fərzaliyev İsax Cəmil oğlu və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları, xx.xx.1978-ci ildə Ermənistan SSR, Yexeqnadzor rayonu, Gülüdüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 20 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Fərzaliyev İsax Cəmil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Xəmsə küçəsindəki fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,228 qram narkotik vasitə heroin və 0,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 19 iyul 2022-ci il tarixdə saat 05:19-da həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanında yerləşən Vahid adlı şəxsə məxsus dükanın qarşısında saxlanılaraq Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xətai küçəsində yerləşən Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 06:00-da orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində satış məqsədilə qanunsuz olaraq daşıyaraq saxladığı ayrıayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,060 qram, 0,044 qram, 0,048 qram, 0,029 qram olmaqla qəhvəyi rəngli toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan 5 ədəd bükümdə ümumi təmiz çəkisi 0,228 qram narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram, 0,048 qram və 0,063 qram olmaqla ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmin aşkar edilərək götürülmüşdür. Fərzaliyev İsax Cəmil oğlu satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,228 qram narkotik vasitə heroin və 0,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, 18 iyul 2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivindəki Xəmsə küçəsində yaşadığı evin həyətində 0,228 qram narkotik vasitə heroin və 0,171 qram psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs2 45 manat pul müqabilində qanunsuz olaraq satmış, Sumqayıt şəhər Polis idarəsinin 2-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 19 iyul 2022-ci il tarixdə saat 05:19-da həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanında yerləşən Vahid adlı şəxsə məxsus dükanın qarşısında saxlanılaraq Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xətai küçəsində yerləşən Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 06:00-da orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində satış məqsədilə qanunsuz olaraq daşıyaraq saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,060 qram, 0,044 qram, 0,048 qram, 0,029 qram olmaqla qəhvəyi rəngli toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan 5 ədəd bükümdə ümumi təmiz çəkisi 0,228 qram narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram, 0,048 qram və 0,063 qram olmaqla ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o əvvəllər narkotik istifadə etdiyinə və oğurluq etdiyinə görə azadıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhəri, X4 qəsəbəsi, Xəzri yaşayış massivində, Xəmsə küçəsində yaşayırdı. 3-4 il olar ki, narkotik vasitə heroin və patıdan istifadə edirdi. Ancaq narkotik vasitələrin satışı ilə məşğul olmayıb. İstifadə etdiyi narkotik vasitələri Xəmsə küçəsində yaşayan İsa adlı şəxsdən, əsl adının sonradan İsax olduğunu bildiyi şəxsdən alırdı. 18 iyul 2022-ci il tarixdə axşam saat 22 radələrində İsaxın yaşadığı evə gedərək ondan narkotik almaq istəmişdir. İsax özündə 5 büküm narkotik vasitə heroin və 4 büküm psixotrop maddə metamfetamin olduğunu bildirərək bir bükümünü 5 manata satdığını bildirmişdir. İsaxa 45 manat pul verib ondan 5 büküm heroin və 4 büküm metamfetamin almışdır. Bədənində ağrılar olduğuna görə bir büküm metamfetamini İsaxın yaşadığı evin həyətində qəbul edib yaşadığı evə qayıtmışdır. 19 iyul 2022-ci il tarixdə gecə saat 05 radələrində yata bilmədiyinə görə hava almaq məqsədilə yaşadığı evdən çıxmışdır. 15-20 dəqiqə sonra Xəmsə küçəsindəki Vahid adlı şəxsə məxsus dükanın qarşısından keçəndə mülki və polis formasında olan şəxslər ona yaxınlaşıb Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. O üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu şifahi bildirmişdir. Sonra polislərlə birlikdə 2-ci Polis bölməsinə gəlmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən narkotikin istifadəçisi kimi tutulmuşdur, o özünə siyahıdan vəkil seçmişdir. Vəkilin və polislərin iştirakı ilə videoçəkiliş aparılarkən o özü əynindəki şalvarın cibində Kent markalı siqaret qutusunda saxladığı 5 ədəd bükümdəki heroinləri və 3 ədəd bükümdəki metamfetaminləri çıxarıb təqdim etmişdir. Həmin bükümləri həmin vaxt İsa kimi tanıdığı şəxsdən özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş, elektron tərəzidə çəkilərək rəsmiləşdirilmişdir. Üzərindən aşkar olunan narkotik vasitələri özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. İsa adlı şəxsdən 5 büküm heroin və 4 büküm metamfetamini ayrı ayrı bükümlərdə almışdır. Həmin bükümlərdən bir büküm metamfetamini özü istifadə etmiş, qalanı isə üzərində qalmış və həmin narkotik vasitələri də polisdə özü könüllü təqdim etmişdir. İsaxdan narkotik vasitə alan zaman yanında heç kim olmamışdır. Narkotik vasitəni İsaxın evinin həyətində almışdır. İstər saxlanılan zaman, istərsə də 2-ci Polis Bölməsində olduğu müddətdə ona qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs2 heç vaxt heç kimə narkotik maddə satmadığını və ümumiyyətlə narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs Fərzaliyev İsax Cəmil oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Sumqayıt şəhəri, X3 qəsəbəsi, Xəzri yaşayış massivində, nömrəsiz fərdi evdə yaşayıb. Narkotik vasitələrdən çoxdan istifadə edirdi. Tutulmamışdan əvvəl taksi sürücüsü işləmişdir. Narkotik vasitələrdən istifadə etdiyinə, oğurluq cinayəti törətdiyinə, həmçinin yol nəqliyyat hadisəsi törətdiyinə görə əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, azadlıqdan məhrum etmə növündə cəza çəkmişdir. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra da narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs2la 2019-cu ildə tanış olmuşdur. Suliddin də Xəzri yaşayış massivində yaşayırdı. Suliddin ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Suliddin ilə tanış olduqdan sonra onun da narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Əvvəllər bir neçə dəfə Suliddin ilə bir yerdə narkotik vasitələrdən istifadə etmiş və ona da heç nəsiz narkotik maddə vermişdir. 18 iyul 2022-ci il tarixdə bədənində ağrılar olduğuna görə narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də Ruslan adlı tanışına zəng edərək ondan narkotik vasitə istəmişdir. Ruslan da 10 manat pul müqabilində narkotik vasitə verəcəyini bildirmişdir. Bundan sonra saat təxminən 13 radələrində Xəzri yaşayış massivində yerləşən Arzu marketin yaxdığında Ruslan ilə görüşüb Ruslana 10 manat pul verib ondan bir bükümdə narkotik vasitə heroin almışdır. Ruslandan narkotik vasitə heroin alıb evə qayıdanda Suliddin ona zəng edərək bədənində ağrılar olduğuna görə narkotik vasitə qəbul etmək istədiyini, ona narkotik vasitə heroin təşkil etməyini və ya onunla bir yerdə gedərək narkotik vasitə almağını xahiş etmişdir. Suliddinə özündə narkotik vasitə olmağını bildirib birlikdə istifadə etmək üçün onu yaşadığı evə çağırmışdır. Həmin gün saat 22 radələrində Suliddin onun yaşadığı evə gəlmişdir. Suliddin narkotik vasitə heroin istifadə etmək istədiyini bildirərək cibində 7 manat pulu olduğunu demişdir. Suliddin həmin pulu ona verəcəyini və bunun müqabilində ona narkotik vasitə verməyini xahiş etmişdir. Suliddindən 7 manat pulu almışdır. Daha sonra Ruslandan aldığı narkotik vasitəni özündə olan 2 ədəd şiprisdə hazır vəziyyətə gətirmişdir. Bundan sonra həmin narkotik vasitənin yarısını Suliddin öz damarına vuraraq qəbul etmişdir. Qalan yarısını da özü dəri altına vuraraq qəbul etmişdir. Suliddin narkotik vasitəni qəbul etdikdən sonra heroinin dozası çox olduğuna görə halı pisləşmiş və özünü pis hiss eləmişdir. Başa düşmüşdür ki, narkotik vasitədən Suliddinin halı pisləşmişdir. Ona görə də dərhal Suliddinin üzərinə soyuq su tökərək onu ayıltmışdır. Suliddin ayıldıqdan sonra bir qədər özünə gəlməsini gözləmişdir. Daha sonra isə Suliddin çıxıb getmişdir. 20 iyul 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Sumqayıt şəhər 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Suliddin narkotiklə tutulmuşdur. Suliddin tutulanda üstündən çıxan narkotiki ondan aldığını bildirdiyinə görə polislər onu da saxlayıb polis bölməsinə aparmışlar. Polisdə üzərinə video çəkilişlə vəkilin iştirakı ilə baxış keçiriləndə üzərindən narkotik vasitə aşkar olunmamışdır, bu məsələlər diskə yazılmışdır. O polisdə də Suliddinə narkotik satmadığını, yalnız birlikdə istifadə etdiklərini, buna görə Suliddinin ona 7 manat pul verdiyini bildirmişdir. Onun Suliddinə narkotik satması barədə Suliddinin ona qarşı ifadə verməsinin səbəbini bilmir. O özü narkotiki Ruslan adlı şəxsdən alırdı. Bu barədə Ruslan adlı şəxsin Xəzri yaşayış massivində yaşadığını, Ruslanın təxminən 30-35 yaşlarında, orta boylu, arıq bədən quruluşlu olduğunu, atası əvvəllər polis əməkdaşı olduğunu, Ruslanın ***-***-**-** nömrəli mobil telefondan istifadə etdiyini polisdə demişdir. O özü əvvəllər heç kimə narkotik vasitə satmamış, Suliddinin onun əleyhinə ifadə verməsinin səbəbini izah edə bilmir. O istifadə etdiyi mobil telefon nömrələrini polisə bildirmişdir. O saxlanılan zaman, istərsə də 2-ci Polis Bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs Fərzaliyev İsax Cəmil oğlu qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivində Xəmsə küçəsində yaşayan Təqsirləndirilən şəxs2 Tapdıq oğlunu xidməti ərazinin sakini kimi tanımış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 19 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi, üzərində daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət başında yaxalanması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin 2-ci Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra Şahid1 rəhbərliyi altında Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 Sabir oğlu və Polis Bölməsinin sahə rəisi, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəfindən Təqsirləndirilən şəxs2 ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivində Xəmsə küçəsi müşahidəyə götürülmüşdür. 19 iyul 2022-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs2 həmin küçədə yerləşən Vahid adlı şəxsə məxsus mağazanın qarşısından keçən zaman əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə gətirmişlər. 2-ci Polis Bölməsində təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı Suliddinə təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 əynindəki şalvarının cibindən siqaret qutusunun içərisində saxladığı bükülüləri çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bükülülərin ümumi sayı 8 ədəd olmuş, Suliddin 5 ədəd bükümün “kakos, yəni heroin, 3 ədəd bükümün isə “şüşə” adlandırılan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümləri İsa adlı şəxsdən özü istifadə etmək məqsədilə hər bükümünü 5 manata, cəmi 45 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 götürülmüş 5 ədəd narkotik vasitə heroinə oxşar kütələr və 3 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr elektron tərəzidə çəkilib hər birinin çəkisi müəyyən edilməklə müvafiq qaydada rəsmiləşdirilmişdir. Sonra Təqsirləndirilən şəxs2 barəsində toplanmış materiallar Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərdi ki, 19 iyul 2022-ci il tarixdə xidməti ərazidə yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi, üzərində daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət başında yaxalanması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar 2-ci Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra Elsəvər Əsədovun rəhbərliyi altında Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməliyyat müvəkkili Elsevər və sahə rəisi Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 19 iyul 2022-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs2 həmin küçədə yerləşən Vahid adlı şəxsə məxsus mağazanın qarşısından keçən zaman əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu 2-ci Polis Bölməsinə gətirmişlər. 2-ci Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasına etirazı olmadığını bildirmiş və videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarının cibindən əzilmiş siqaret qutusunun içərisində saxladığı siqaret kağızlarına bükülmüş 8 ədəd bükümləri çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 5 ədəd siqaret kağızına bükülmüş kütlələrin “kakos” adlandırılan narkotik vasitə heroin, 3 ədəd bükülünün psixotrop maddə “şüşə” adlandırılan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümləri İsa adlı şəxsdən özü istifadə etmək məqsədilə hər bükümü 5 manat olmaqla ümümlikdə 45 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 götürülmüş 5 ədəd narkotik vasitə heroinə oxşar kütələr və 3 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, rəsmiləşdirilmiş və protokol imzalanmışdırdir. Bundan sonra Təqsirləndirilən şəxs2 barəsində toplanmış materiallar Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onun narkotik vasitə heroin və psixotrop maddə metramfetamin aldığı şəxsin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivində Xəmsə küçəsində yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Xəmsə küçəsində saxlanılaraq 2-ci Polis Bölməsinə gətirilmişdir. Daha sonra isə barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin şəxsi istifadəsi üçün əldə edərək saxlaması ilə yanaşı bəzi hallarda onun da narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları Sumqayıt ŞPİ-nin 2-ci Polis bölməsinə daxil olmuşdur. İsax Fərzaliyevin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə mütəmadi olaraq Sumqayıt ŞPİ-nin 2-ci Polis bölməsinə əməliyyat məlumatları daxil olsa da onun bu cinayət əməlinin realizə olunması əvvəllər mümkün olmamışdır. Belə ki, İsax Fərzaliyev özünü İsa kimi tanıtdığından daxil olan əməliyyat məlumatlarında da onun adı İsa kimi göstərilmişdir. Lakin sonuncu dəfə Təqsirləndirilən şəxs2 tutulduqdan sonra üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddələri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivində Xəmsə küçəsində yaşayan İsa adlı şəxsdən əldə etdiyini bildirdikdən sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəasində İsa adlı şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən edilərək 27 iyul 2022-ci il tarixdə o, 2-ci Polis Bölməsinə gətirilmişdir. 2-ci Polis Bölməsində olan zaman İsax Fərzaliyev törətdiyi cinayət əməlini dolayı yolla qismən etiraf edərək Təqsirləndirilən şəxs2 tutulduğu gecə 7 manat pul müqabilində Təqsirləndirilən şəxs2 qoluna şiprisdə narkotik vasitə heroini ineksiya yolu ilə vurduğunu, lakin onun üzərindən aşkar olunan narkotik vasitələri və psixotrop maddələri ona satmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 Sabir oğlunun elan olunmuş ifadəsindən görünür ki, o, ibtadi istintaq zamanı ifadəsində Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan heroin və psixotrop maddə olan mütamfetaminin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilməsi barədə video görüntülər məhkəmə istintaqı zamanı nümayiş etdirilmişdir. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 18 iyul 2022-ci il tarixdə yaşadıqları Xəzri yaşayış massivində Xəmsə küçəsində Təqsirləndirilən şəxs1 ilə görüşərək, həmin vaxt 4 büküm metamfetamini və 5 büküm heroini 45 manata Təqsirləndirilən şəxs1 almasını sonuncunun üzünə qarşı demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının 19 iyul 2022-ci il tarixli, 6/3891 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün Nö 126 dairəvi möhür əksi, şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs2...” yazısı olan paketdəki, 5 (beş) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,060 qram, 0,044 qram, 0,048 qram, 0,029 qram, ümumi təmiz çəkisi 0,228 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram, 0,048 qram, 0,063 qram ümumi təmiz çəkisi 0,171 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Qeyd: Heroinin təmiz çəkisi 0,228 qram, tədqiqata sərf edildi: ümumi 0,05 qram, qalıq 0,178 qram. Metamfetminin ümumi təmiz çəkisi 0,171 qram, tədqiqata sərf edildi: ümumi 0,06 qram, qalıq 0,111 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 27 iyul 2022-ci il tarixli 4098 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli 5585 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, istər ibtidai istintaq, istərsə də məhkəmə baxışında Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 5 ədəd bükümdə ümumi təmiz çəkisi 0,42 qram olan heroinin və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,36 qram psixorop maddə metamfetaminin Təqsirləndirilən şəxs1 almasını təsdiq etmişdir. Bu hal Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi ilə yanaşı digər iş materialları ilə tam təsdiq edilmişdir. Lakin, məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 5 ədəd bükümdə ümumi təmiz çəkisi 0,42 qram olan heroinin və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,36 qram psixorop maddə metamfetaminin sonuncuya satmadığını, yalnız Təqsirləndirilən şəxs2la öz yaşadığı evin həyətində birlikdə narkotik maddə qəbul etdiyini, özünə aldığı narkotikdən Suliddinə də verdiyini bildirmışdır. Həmçinin, məhkəmə baxışında Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik maddələri özü istifadə etmək məqsədi ilə alaraq üzərində saxladığını bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən yayınmağa cəhd etməsi kimi qiymətləndirilməlidir. Belə ki, bu hallar işin faktiki halları ilə uyğunsuzluq təşkil etməklə özlərini müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə bir daha toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamaları barədə verdikləri ifadələri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özlərini müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə bir daha qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır, onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmçinin işin faktiki hallarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 üzərindən iki fərqli növdə 8 ədəd bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,42 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,36 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı üzərindən aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə heroini və metamfetamini İ.Fərzəliyevdən almasını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, daşıma da həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi nəzərə alınmalı hallar arasındadır. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik maddələrin müxtəlif növlərdə, yəni narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olması, həmçinin həmin narkotik maddələrin ayrı-ayrı xırda bükümlərə bükülməsi, həmin bükümlərin Təqsirləndirilən şəxs2 İ.Fərzəliyevdən alması və həmin bükümləri Təqsirləndirilən şəxs2 üzərində daşıması və onların narkotik maddələrin satışı ilə məşğul olmaları barədə əməliyyat tədbirini həyata keçirən orqanın əməkdaşına verilmiş məlumat bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs2 və İ.Fərzəliyev həqiqətən də Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş narkotiki və psixotrop maddəni satış məqsədilə əldə etmişdirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışın (tələbnamənin) və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməyən hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədən zaman Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 20 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti 15 gün müddətə uzadılmış, eyni məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti xx.xx.2022-ci il tarixdən hesablanmaqla 15 gün müddətə uzadılmış, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış, eyni məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 0,178 qram çəkidə narkotik vasitə heroin və 0,111 qram çəkidə psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, vəkillər Müdafiəçi2 və Müdafiəçi1 müvafiq olaraq onların müdafiəçisi təyin etmişdir. Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 15 saat olmaqla cəmi 30 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 0,178 qram çəkidə narkotik vasitə heroin və 0,111 qram çəkidə psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 göstərdikləri 15 saat hüquqi yardıma görə hər birinə 90 manat olmaqla, cəmi 180 manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-208/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-208/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver