Məhkəmə qərarları › İş №1(060)-209/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-209/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-209/2021 09.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 8,863 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib bir hissəsini üzərində, qalan hissəsini “Mercedes E- Klass” markalı, **-DS-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 24.09.2020-ci il tarixdə saat 14:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanının yaxlınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, 24 sentyabr 2020-ci il tarixdə saat 16:00 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,451qram, 0,311 qram, 0,351 qram narkotik vasitə qurudulmuş marixuana və əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes E-Klass” markalı, **-DS-*** qeydiyyat nişanlı avtomobilə həmin gün saat 17:00 radələrində baxış keçirilən zaman avtomobilin içərisindəki sürət qutusunun yanında olan qara rəngli plastik qabda 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,407 qram, 0,579 qram, 0,345 qram, 0,469 qram, 0,457 qram, 0,618 qram, 0,572 qram, 0,574 qram, 0,327 qram, 0,323 qram, 0,468 qram, 0,481 qram, 0,375 qram, 0,524 qram, 0,316 qram, 0,452 qram və 0,463 qram ümumilikdə 20 ədəd bükümdə təmiz çəkisi 8,863 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə, yəni anası Sərvin Dadaşova, qardaşı Tural Dadaşov, həyat yoldaşı Səbinə Dadaşova və azyaşlı övladları Nazim Dadaşzadə və Məsumə Dadaşzadə ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub ailəsini dolandırır. Təxminən 5 aydır ki, narkotik vasitənin nəşə, yəni qurudulmuş marixuana növündən istifadə edir, təxminən 22 sentyabr 2020-ci il tarixdə yaşadığı Sumqayıt şəhərindəki evi yaxınlığında yerləşən parkda gəzərkən yerdən sellofan bağlamada maddələrin olduğunu görüb əlinə götürmüş, həmin maddələr kağız bükümlərdə 03 ədəd olmuşdur. O, bükümləri açdıqda içində narkotik vasitə olan marixuana olduğunu görmüş və özü də marixuana istifadəçisi olduğundan onları götürmüşdür, həmin bükümləri cibinə qoymuşdur. 24 sentyabr 2020-ci il tarixdə saat təxminən 14:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini istəmiş, o da öz anket məlumatlarını demişdir. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib baş idarayə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, vəkillə söhbət etmiş, ona etirazının olmadığını bildirdikdən sonra barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etmək, özündə saxlamaq, daşımaq, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə baxış keçirilməyə başlanılmış və təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins materiallı şalvarının arxa sol cibindən sənədləri, şalvarının ön sağ yan cibindan bir ədəd avtomobil açarını, şalvarının ön sol yan cibindən pul vəsaitini və 03 ədəd kağız bükümdə maddələri masanın üzərinə qoymaqla təqdim etmiş, ardınca şalvarının ciblərini tam olaraq göstərməyini, ayaqqabılarını çıxarmağını təklif etmişlər, o da deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya madda aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmışdır. Sənədlərə baxış zamanı onlardan birinin özünə aid sürücülük vəsiqəsi, digərinin isə adına olan **- DS-*** dövlət nömrə nişanlı Mercedes E-Klass markalı avtomobilə aid texniki şəhadətnamə olduğu məlum olmuş, vəsiqə araşdırma üçün əhəmiyyət kəsb edə biləcəyindən saxlanılmaqla, şəhadətnamə və maşının açarı özünə qaytarılmışdır. Ardınca təqdim etdiyi pul vəsaiti sayılaraq 693 manat 40 qəpik olduğu məlum olmuş və özünə qaytarılmışdır. Bundan sonra 03 ədəd kağız bükümlərə baxış keçirilməsinə başlanılmış, o isə həmin bükümlərin içində narkotik vasitə olan marixuana olduğunu demişdir. Bükümlərə baxış zamanı içində marixuana olduğu məlum olmuşdur. O, təqdim etdiyi bükümlərdəki narkotik vasitə olan nəşəni iki gün əvvəl yaşadığı evin yaxınlığındakı parkdan sellofan bağlamada tapdığını və marixuana olduğunu bildikdən sonra həmin marixuananı üzərində götürdüyünü, marixuana istifadəçisi olduğunu bildirmiş, həmçinin sorğu zamanı idarə etdiyi avtomobildə də narkotik vasitə olan marixauana olduğunu və təqdim edə biləcəyini qeyd etmişdir. Üzərindən aşkar edilmiş bükümlərdəki narkotik vasitə ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza atmışdır. Avtomobilində isə 17 büküm narkotik vasitə olmamışdır. Sadəcə ona belə ifadə verməsi ilə bağlı təzyiqlər edildiyindən ifadəsində avtomobilində daha 17 büküm narkotik vasitə olmasına dair ifadə verməsini bildirmişdir. Törətdiyi əməldən peşmandır. Himayəsində iki azyaşlı uşağının da olmasını nəzərə alaraq Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs istintaqda vermiş olduğu və məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, o, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. İfadəsində göstərmişdir ki, 22 sentyabr 2020-ci il tarixdə yaşadığı Sumqayıt şəhərindəki evimin yaxınlığında yerləşən parkda gəzərkən yerdən sellofan bağlamada maddələrin olduğunu görüb əlinə götürmüş, həmin maddələr kağız bükümlərdə saylan 20 ədəd olmuşdur. O, bükümləri açdıqda içində narkotik vasitə olan marixuana olduğunu görmüş və özü də marixuana istifadəçisi olduğundan onları götürmüşdür, həmin bükümlərin 03 ədədini cibinə qoymuş, 17 ədədini isə özünə məxsus olmaqla idarə etdiyi Mercedes E-Klass markalı, **- DS-*** dövlət nömrə nişanlı avtomobilin sürət qutusunun yanındakı siqaret qabına yığmışdır və həmin narkotik vasitə-nəşədən istifadə etməmişdir. 24 sentyabr 2020-ci il tarixdə saat təxminən 14:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişdilər. Polis əməkdaşları ondan özünü təqdim etməyini istəmiş, o da öz anket məlumatlarını demişdir. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib baş idarayə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, vəkillə söhbət etmiş, ona etirazının olmadığını bildirdikdən sonra barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etmək, özündə saxlamaq, daşımaq, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə baxış keçirilməyə başlanılmış və təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins materiallı şalvarının arxa sol cibindən sənədləri, şalvarının ön sağ yan cibindan bir ədəd avtomobil açarını, şalvarının ön sol yan cibindən pul vəsaitini və 03 ədəd kağız bükümdə maddələri masanın üzərinə qoymaqla təqdim etmiş, ardınca şalvarının ciblərini tam olaraq göstərməyini, ayaqqabılarını çıxarmağını təklif etmişlər, o da deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya madda aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmışdır. Sənədlərə baxış zamanı onlardan birinin özünə aid sürücülük vəsiqəsi, digərinin isə adına olan **- DS-*** dövlət nömrə nişanlı Mercedes E-Klass markalı avtomobilə aid texniki şəhadətnamə olduğu məlum olmuş, vəsiqə araşdırma üçün əhəmiyyət kəsb edə biləcəyindən saxlanılmaqla, şəhadətnamə və maşının açarı özünə qaytarılmışdır. Ardınca təqdim etdiyi pul vəsaiti sayılaraq 693 manat 40 qəpik olduğu məlum olmuş və özünə qaytarılmışdır. Bundan sonra 03 ədəd kağız bükümlərə baxış keçirilməsinə başlanılmış, o isə həmin bükümlərin içində narkotik vasitə olan marixuana olduğunu demişdir. Bükümlərə baxış zamanı içində marixuana olduğu məlum olmuşdur. O, təqdim etdiyi bükümlərdəki narkotik vasitə olan nəşəni iki gün əvvəl yaşadığı evin yaxınlığındakı parkdan sellofan bağlamada tapdığını və marixuana olduğunu bildikdən sonra həmin marixuananı üzərində götürdüyünü, marixuana istifadəçisi olduğunu bildirmiş, həmçinin sorğu zamanı idarə etdiyi avtomobildə də narkotik vasitə olan marixauana olduğunu və təqdim edə biləcəyini qeyd etmişdir. Üzərindən aşkar edilmiş bükümlərdəki narkotik vasitə ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza atmışdır.Üzərindən aşkar edilmiş sürücülük vəsiqəsi araşdırma zəruriyyəti olaraq saxlanılmışdır. Ardınca videoçəkiliş dayandırılmış və bu barəda protokol tərtib edilmişdir. Bundan sonra ona məxsus avtomobilə baxış keçirilməsinə başlanılmış, baxış başlanmamışdan əvvəl BMCMİ-nin rəhbərliyinin adına tədbir iştirakçıları tərəfindən baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış, avtomobilin arxa yük yerinin qarşısında baxış keçirilməsi üçün icazə istənilmiş və etiraz etmədikdən sonra ondan şəxsi axtarış zamanı avtomobildə olduğunu dediyi narkotik vasitələri təqdim etməyini bildirilmişlər. O, avtomobilin sükan tərəfinə yaxınlaşıb üzərində olan avtomobilin açarı ilə qapını açıb sürət qutusunun yanından siqaret qabı olduğunu bildirdiyi qara rəngli plastik materiallı qabı yerindən çıxarıb, ağızlıq hissəsini çıxarıb baxış keçirilməsi üçün təqdim etmiş, qabın içindəki kağız bükümlər sayılmış və 17 ədəd olduğu məlum olmuşdur. Bükümlər bir-bir açılmaqla baxış keçirildikdə içərilərində narkotik vasitə olan marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Ardınca ona məxsus avtomobildən aşkar olunmuş 17 ədəd kağız bükümlərdə narkotik vasitə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və özü də iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza atmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Vəzifəsi cinayətkarlıqla mübarizə, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 24 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr ve psixotrop maddələr əldə etməsi, özündə, idarə etdiyi avtomobildə saxlayaraq daşıması ve satışı ilə məşğul olması ile bağlı məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ile Baş İdarənin rəisina raportla məruzə etmiş, icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş və baş idarənin rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, baş əməliyyat müvəkkili Rüstəm Elçindən və əməliyyat müvəkkili Şahid3 ibarət qrup yaradılmış, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirilmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olmasını dəqiqləşdirib həmin ünvana getmişlər. Həmin gün təxminən saat 14:00 radələrində qeyd edilən yerə getmişlər, Təqsirləndirilən şəxs həmin yerde gördükləri üçün ona yaxınlaşmışlar, həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus Mercedes E-klass markalı, **-DS-*** nömrəli avtomobilinin yanında dayanmış, Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Özlərini təqdim etdikdən sonra ondan anket məlumatlarını soruşmuşlar. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdiyi üçün ona narkotik maddələrin ve psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib baş idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla razılaşmış, buna görə də Təqsirləndirilən şəxs Mercedes E-klass markalı, 50- DS-047 nömrəli avtomobili ilə birlikdə BMCMİ-yə gətirmişlər. BMCMİ-ye gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təyin olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini ve bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra videoçakilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bundan sonra masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins materiallı şalvarının arxa sol cibindən sənədləri, şalvarının ön sağ yan cibindən bir ədəd avtomobil açarını, şalvarın ön sol yan cibindən pul vəsaitini və 03 ədəd kağız bükümdə maddələri masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmış, sənədlərə baxış zamanı onlardan birinin özünə aid sürücülük vəsiqəsi, digərinin isə adına olan **-DS-*** dövlət nömrə nişanlı Mercedes E- Klass markalı avtomobilə aid texniki şəhadətnamə olduğu məlum olmuş, vəsiqə araşdırma üçün əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmaqla, şəhadətnamə və maşının açarı özümə qaytarılmış, ardınca təqdim etdiyi pul vəsaiti sayılaraq özünə qaytarılmışdır. Bundan sonra 03 ədəd kağız bükümlərə baxış keçirilməsinə başlanılmış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içində narkotik vasitə olan marixuana olduğunu demişdir. Bükümlərə baxış zamanı içərisindən narkotik vasitə marixuanaya bənzər maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki narkoti vasitə marixuanaya bənzər maddəni iki gün əvvəl yaşadığı evin yaxınlığındakı parkda sellofan bağlamada tapdığını və marixuana olduğunu bildikdən sonra həmin marixuananı üzərində götürdüyünü, marixuana istifadəçisi olduğunu bildirmişdir. Həmçinin, sorğu zamanı idarə etdiyi avtomobildə də narkotik vasitə olan marixauana olduğunu və təqdim edə biləcəyini demişdir. Onun üzərindən aşkar edilmiş bükümlərdəki narkotik vasitə ekspertiza tədqiqatına təqdim olunması üçün götürülərək qablaşdırılaraq möhürləndi və iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Üzərindən aşkar edilmiş sürücülük vəsiqəsi araşdırma zəruriyyəti olaraq saxlanılmış, ardınca videoçəkiliş dayandırılmışdır. Bundan sonra protokol tərtib edilərək, ucadan oxunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməsinə başlanmışdır. Baxış başlanmamışdan əvvəl ərizə yazaraq tədbir iştirakçıları tərəfindən baxış keçirilməsinə etirazının olmamasını bildirmiş, avtomobilin arxa yük yerinin qarşısında baxış keçirilməsi üçün ondan icazə istənilmiş və etiraz edilmədikdən sonra ondan şəxsi axtarış zamanı avtomobildə olduğunu dediyi narkotik vasitələri təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs avtomobilin sükan tərəfində yaxınlaşıb üzərində olan avtomobilin açarı ilə qapını açıb sürət qutusunun yanından siqaret qabı olduğunu bildirdiyi qara rəngli plastik materiallı qabı yerindən çıxarmış, ağızlıq hissəsini çıxarıb baxış keçirilməsi üçün təqdim etmişdir. Qabın içindəki kağız bükümlər sayılmış və 17 ədəd olduğu məlum olmuşdur. Bükümlər bir-bir açılmaqla baxış keçirildikdə içərilərində narkotik vasitə olan marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Ardınca ona məxsus avtomobildən aşkar olunmuş 17 ədəd kağız bükümlərdə narkotik vasitəyə bənzər maddələr müvafiq ekspertiza tədqiqatina teqdim olunması üçün qablaşdırılaraq götürülmüş, möhürlənmiş və digər iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza edilmişdir. Ardınca avtomobilin yük hissəsinə və avtomobilin salonunda olan saxlanc yerlərine baxış keçirilmiş, kənar əşya və maddə aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilərək, ucadan oxunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Şahid2 hazırda Təqsirləndirilən şəxs onun üzərində cəmi 03 ədəd büküm olmasına dair, avtomobilindən 17 büküm narkotik vasitənin tapılmamasına dair verdiyi ifadəsinin özünü müdafiə xarakteri daşıdığını, ona heç bir təzyiq göstərilmədiyini bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Vəzifəsi cinayətkarlıqla mübarizə, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 24 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr ve psixotrop maddələr əldə etməsi, özündə, idarə etdiyi avtomobildə saxlayaraq daşıması ve satışı ilə məşğul olması ile bağlı məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ile Baş İdarənin rəisina raportla məruzə etmiş, icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş və baş idarənin rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, baş əməliyyat müvəkkili Rüstəm Elçindən və baş əməliyyat müvəkkili Şahid2 ibarət qrup yaradılmış, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirilmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olmasını dəqiqləşdirib həmin ünvana getmişlər. Həmin gün təxminən saat 14:00 radələrində qeyd edilən yerə getmişlər, Təqsirləndirilən şəxs həmin yerde gördükləri üçün ona yaxınlaşmışlar, həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus Mercedes E-klass markalı, **-DS-*** nömrəli avtomobilinin yanında dayanmış, Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Özlərini təqdim etdikdən sonra ondan anket məlumatlarını soruşmuşlar. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdiyi üçün ona narkotik maddələrin ve psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib baş idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla razılaşmış, buna görə də Təqsirləndirilən şəxs Mercedes E-klass markalı, 50- DS-047 nömrəli avtomobili ilə birlikdə BMCMİ-yə gətirmişlər. BMCMİ-ye gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təyin olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini ve bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra videoçakilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bundan sonra masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins materiallı şalvarının arxa sol cibindən sənədləri, şalvarının ön sağ yan cibindən bir ədəd avtomobil açarını, şalvarın ön sol yan cibindən pul vəsaitini və 03 ədəd kağız bükümdə maddələri masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmış, sənədlərə baxış zamanı onlardan birinin özünə aid sürücülük vəsiqəsi, digərinin isə adına olan **-DS-*** dövlət nömrə nişanlı Mercedes E- Klass markalı avtomobilə aid texniki şəhadətnamə olduğu məlum olmuş, vəsiqə araşdırma üçün əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmaqla, şəhadətnamə və maşının açarı özümə qaytarılmış, ardınca təqdim etdiyi pul vəsaiti sayılaraq özünə qaytarılmışdır. Bundan sonra 03 ədəd kağız bükümlərə baxış keçirilməsinə başlanılmış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içində narkotik vasitə olan marixuana olduğunu demişdir. Bükümlərə baxış zamanı içərisindən narkotik vasitə marixuanaya bənzər maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki narkoti vasitə marixuanaya bənzər maddəni iki gün əvvəl yaşadığı evin yaxınlığındakı parkda sellofan bağlamada tapdığını və marixuana olduğunu bildikdən sonra həmin marixuananı üzərində götürdüyünü, marixuana istifadəçisi olduğunu bildirmişdir. Həmçinin, sorğu zamanı idarə etdiyi avtomobildə də narkotik vasitə olan marixauana olduğunu və təqdim edə biləcəyini demişdir. Onun üzərindən aşkar edilmiş bükümlərdəki narkotik vasitə ekspertiza tədqiqatına təqdim olunması üçün götürülərək qablaşdırılaraq möhürləndi və iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Üzərindən aşkar edilmiş sürücülük vəsiqəsi araşdırma zəruriyyəti olaraq saxlanılmış, ardınca videoçəkiliş dayandırılmışdır. Bundan sonra protokol tərtib edilərək, ucadan oxunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməsinə başlanmışdır. Baxış başlanmamışdan əvvəl ərizə yazaraq tədbir iştirakçıları tərəfindən baxış keçirilməsinə etirazının olmamasını bildirmiş, avtomobilin arxa yük yerinin qarşısında baxış keçirilməsi üçün ondan icazə istənilmiş və etiraz edilmədikdən sonra ondan şəxsi axtarış zamanı avtomobildə olduğunu dediyi narkotik vasitələri təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs avtomobilin sükan tərəfində yaxınlaşıb üzərində olan avtomobilin açarı ilə qapını açıb sürət qutusunun yanından siqaret qabı olduğunu bildirdiyi qara rəngli plastik materiallı qabı yerindən çıxarmış, ağızlıq hissəsini çıxarıb baxış keçirilməsi üçün təqdim etmişdir. Qabın içindəki kağız bükümlər sayılmış və 17 ədəd olduğu məlum olmuşdur. Bükümlər bir-bir açılmaqla baxış keçirildikdə içərilərində narkotik vasitə olan marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Ardınca ona məxsus avtomobildən aşkar olunmuş 17 ədəd kağız bükümlərdə narkotik vasitəyə bənzər maddələr müvafiq ekspertiza tədqiqatina teqdim olunması üçün qablaşdırılaraq götürülmüş, möhürlənmiş və digər iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza edilmişdir. Ardınca avtomobilin yük hissəsinə və avtomobilin salonunda olan saxlanc yerlərine baxış keçirilmiş, kənar əşya və maddə aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilərək, ucadan oxunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Şahid3 hazırda Təqsirləndirilən şəxs onun üzərində cəmi 03 ədəd büküm olmasına dair, avtomobilindən 17 büküm narkotik vasitənin tapılmamasına dair verdiyi ifadəsinin özünü müdafiə xarakteri daşıdığını, ona heç bir təzyiq göstərilmədiyini bildirdi. Məhkəmə hesab edir ki, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən həmin ifadələri sübut kimi qiymətləndirilməlidir. Məhkəmədə ifadəsi elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsindən göruünür ki, o da Şahid2 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 8,863 qram olan, tədqiqat və istintaq zamanı aparılmış ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 8,463 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi və və ona məxsus avtomobilə baxış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən istintaq zamanı maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25.09.2020-ci il tarixli, 7/659 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən...» yazısı və imzalar olan kağız paketdəki, 03 (üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri: 0,459 qram; 0,311 qram; 0.351 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs avtomobilindən...» yazısı və imzalar olan kağız paketdəki, 17 (on yeddi) ədəd kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri: 0,407 qram; 0,579 qram; 0,345 qram; 0,469 qram; 0,457 qram; 0,618 qram; 0,572 qram; 0,574 qram; 0,327 qram; 0,323 qram; 0,468 qram; 0,481 qram; 0,375 qram; 0,524 qram; 0,316 qram; 0,452 qram; 0,463 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi- 8,863 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-kimyəvi ekspertizasının 25.09.2020-ci il tarixli, 7/659 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə təyin edilmiş Məhkəmə-narkoloji ekspertizasının 30.12.2020-ci il tarixli, 3570 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılmasına dair 24 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs üzərində 24 senyabr 2020-ci il tarixində saat 16:00-da Sonu markalı rəqəmsal videoaparat vasitəsi ilə videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının ön sol yan cibindən içərisində yaşıl ot rəngli spessifik iyə malik kütlə olan 03 ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan avtomobilə baxış keçirilməsi haqqında 24 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə şübhəli şəxsin özü avtomobili açarla açaraq idarə etdiyi özünə məxsus ** DS *** dövlət nömrə nişanlı Mersedes E klass CDİ 270 markalı avtomobilin sürət qutusunun yanında olan siqaret qabı olduğunu bildirdiyi qara rəngli plastik materiallı qabı yerindən çıxardaraq ağızlıq hissəsini çıxardıb baxış keçirilməsi üçün təqdim etmiş və həmin qabın içərisində içində yaşıl rəngli ot kütləsi halında spessifik iyə malik kütlə olan 17 ədəd büküm aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 10.08.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhum edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2021-ci il tarixli qərarından görünür ki, birinci instaniya məhkəməsinin hökmü ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 27 sentyabr 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2021ci il tarixində saat 15:30-da Sumqayıt şəhərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından DİN-in BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis mayoru X3 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. 201900489 saylı cinayət işi 25 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə başlanmışdır. İş materiallarında olan 25 sentyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Rnespublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli 4 (005)- 1134/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 sentyabr 2020-ci il tarixindən hesablanmışdr. Cinayət işinin materiallarından görünür ki.201900489 saylı cinayət işi 19.11.2020-ci il tarixində ibtidai istintaqın aparılması üçün Sumqayıt ŞPİ-nə göndərimişdir. İbtidai istintaqın aparılmasının həvalə olunmasına dair 03 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Baş prokurorunun qərarından görünür ki,CM-nin 234.2-ci maddəsi ilə başlanmış cinayət işi ibtidai istintaqın aparılması üçün DİN-in Sumqayıt ŞPİ-nə göndərilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunmuş və ona 16 dekabr 2020-ci il tarixində həmin maddə üzrə yeni ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 21 dekabr 2020ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbs müddətinin uzadılmasına dair Sumqayıt şəhər prokurorunun təqdimatı və müstəntiqin vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir.Həmin tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 17.10.2020-ci il tarixli arayışdan görünür ki, Dadaşov X1 müalicədə olmayıb və qeydiyyatda yoxdur. Respublika Psixiatriya Xəstəxanası X5 tərəfindən verilmiş 7307 saylı,21.10.2020ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Cinayət işinin materiallarında olan 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş 7 saylı MKS tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010 və 2011-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etiraf edici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə. Avtomobilə baxış keçirilməsinə dair protokollar, məhkəmə-kimyəvi ekspertizasının rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun təqsirini qismən etiraf edərək üzərində cəmi 03 ədəd bükümdə narkotik vasitə olmasına, avtomobilində narkotik vasitə olmamasına və digər bükümlərin ona aid olmamasına dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünümüdafiə xarakterli olduğundan sübut kimi qiymətləndirilməməlidir.Belə ki, Təqsirləndirilən şəxs özünün 24 sentyabr 2020-ci il tarixli izahatında, 25 sentyabr 2020-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs kimi dindirmələrində, həmçinin cinayət işi artıq Sumqayıt Şpi-də istintaq olunarkən 16 dekabr 2020-ci il tarixində vermiş olduğu ifadəsində avtomobilində saxladığı içində narkotik vasitə olan qurudulmuş marixuana olan 17 ədəd bükümün də ona məxsus olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal törətdiyi əməldən səmimi peşman olması, məhkumluğunun olmaması, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanını tərk etməmək, Sumqaıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr -21 dekabr 2020-ci il tarixlərində həbsdə saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, təqsirləndirilən şəxsin həbsdə qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti cəza təyin olknmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 8,463 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli (iş № 1(060)-209/2021) qərarını icra edərək, 17 fevral 2021-ci il tarixli 142 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş ) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şbəsində qeydiyyata alındığı andan hesablansın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqaıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 8,463 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar