Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-209/2022 11.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, otaq 119 ünvanında qeydiyyatda olmuş və yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 17.08.2021-cu il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 1,766 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 18 avqust 2021-ci il tarixdə, saat 12:30-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində, 7 nömrəli yataqxananın qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 1,766 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ona verilən ittihamda göstərilən cinayət əməlini törətdiyini etiraf etmişdir. Cinayət işi üzrə şahidlər dindirilmiş, digər sübutlar toplanmış, ittiham aktı tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət məhkəməyə daxil olduqdan sonra baxılması üçün hazırlıq iclasına təyin olunmuş, təqsirləndirilən şəxs məhkəməyə gəlməmiş və məlum olmuşdur ki, o ölmüşdür. Bununla bağlı 10.01.2022-ci il tarixli məktubla onun ailə üzvlərinə bildiriş təqdim edilmış, hazırlıq iclası təxirə salınmışdır. 10.01.2022-ci il tarixli bildirişdə Təqsirləndirilən şəxs ailə üzvlərinə izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdikdən sonra öldükdə ( ölən şəxsə bəraət verilməsi zərurəti olduğu hallar istisna edilməklə) cinayət təqibinə xitam verilir. Cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 39.1.5ci maddəsinə əsasən xitam verilməsi bəraət verici əsas hesab edilmir. 31.01.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs anası X2 iştirakını təmin etmək mümkün olmuş, o oğlunun 30.12.2021-ci ildə öldüyünü, ancaq ölüm haqqında şəhadətnamə almadıqlarını bildirmiş, ərizə verərək onun Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. X1 Emil Yavər oğlunun hüquqi varisi kimi tanınmış və Təqsirləndirilən şəxs ölümü ilə bağlı sənədlər təqdim edilməsi ilə bağlı hazırlıq iclası təxirə salınmışdır. Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin 31.01.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1987-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, otaq 119 ünvanında ölümü ilə bağlı məlumat daxil olmuş, həmin məlumat qeydə alınmış və Sumqayıt Şəhər Prokurorluğuna göndərilmişdir. 10.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt Şəhər Prokurorluğunun 10.02.2022-ci il tarixli, 751C-21 saylı məktubu ilə Təqsirləndirilən şəxs 30.12.2021-ci ildə ölməsi ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi təqdim edilmiş və göstərilmişdir ki, Təqsirləndirilən şəxs ölümü ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılmış, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin keçirdiyi məhkəmə-tibbi ekspertizasının 30.12.2021-ci il tarixli, 145 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 30.12.2021-ci ildə ölmüşdür, onun ölümünə səbəb tiryək qrupuna aid olan alkoloidin sintetik analoqu olan metamfetaminlə zəhərlənmə olmuşdur. Məhkəməyə təqdim edilmiş 12 noyabr 1987-ci il taixdə qeydə alınmış, 5569 saylı doğum haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs 2 noyabr 1987-ci ildə anadan olmuşdur, anası X5, atası X3r. 03.02.2022-ci ildə məhkəməyə daxil olmuş X2 ərizəsindən görünür ki, onun oğlu Təqsirləndirilən şəxs 30.12.2021-ci il tarixdə ölmüşdür. Xahiş edir ki, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilsin. Cinayət işinə mahiyyəti üzrə baxılmasını istəmir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs hüquqi varisi X2 ərizəsinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayətprosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə cinayət təqibinə bi Məcəllənin 39.1.5-ci maddələrində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilənə qədər ölməsini və ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Təqsirləndirilən şəxs öldüyü üçün həmin məhkəmə məsrəfi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1.716 qram heroin məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 40, 43.3, 299, 300, 305, 306-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Cinayət işi üzrə 65 (altmış beş) manat ekspertiza xərci dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1.716 qram heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-209/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-209/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver