Məhkəmə qərarları › İş №1(060)-209/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-209/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-209/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Ermənistan SSR, Quqark rayonu, Gözəldərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, məhəllə 41. yataqxana 14-də qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Xəzri MK” yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 31 iyul 2019-cu il tarixdən başlayaraq xx.xx.2006-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3741/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 13 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 12 avqust 2022-ci il tarixə kimi qətnamə üzrə ümumilikdə 10770,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, yaşadığı ərazidə işəmuzd fəhlə kimi işləyir, gündəlik qazancı 15-20 manat təşkil edir, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır, sonuncu ilə xx.xx.2007-ci il tarixdə ailə qurmuş, həmin nikahdan Əli və Həmid adlı övladları doğulmuş, ilk dövrlərdə münasibətləri normal olsa da, sonradan Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğundan ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs 2019-cu ildə məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3741/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, ondan 31 iyul 2019cu il tarixdən başlayaraq xx.xx.2006-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrasını təmin etməmiş, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd müxtəlif sahələrdə işləmiş, icra məmuru tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2020-ci il və xx.xx.2021 -ci il tarixli qərarlarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib hər bir qərar üzrə barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin aliment borcu üzrə icra müddətində cəmi 750,00 manat məbləğində ödəniş etmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 10770,00 manat təşkil etmişdir. Alimentin icra olunmamasının səbəbİ keçmiş yoldaşı Zərərçəkmiş şəxs uşaqlarla görüşməsinə icazə verməməsidir, bundan başqa digər səbəb, aliment borcunun məbləğinin yüksək olmasıdır, lakin özü fəhlə kimi işləsə də, az məbləğdə aylıq aliment ödəməyə imkanı var, eyni zamanda işsiz olduğu müddətdə məsuliyyətsizliyindən ərazi üzrə Məşğulluq Mərkəzinə müraciət etməmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşimandır. Məhkəmə qətnaməsinə hörmətlə yanaşır və icrasından yayınmır, sadəcə maddi vəziyyəti pis olduğundan və işləmədiyindən borcunu tam ödəyə bilməmişdir. Bundan sonra aybaay ödəniş edə bilər. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3741/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 31 iyul 2019-cu il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icra işi xx.xx.2020-ci il tarixdə başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, Qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020- ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarları ilə hər biri üzrə 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya qətnaməni icra etmək üçün yenidən müddət verilməsinə baxmayaraq, borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə cəmi 750,00 manat məbləğində ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 10770,00 manat məbləğində aliment borcu ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, yaşadığı Sumqayıt şəhərində təmir-tikinti sahəsində işəmuzd qəlibçi kimi işləyir, qazanc əldə etməsinə baxmayaraq alimentin ödənilməsindən yayınır, borclu Təqsirləndirilən şəxs icra müddəti ərzində icra məmurunun çağırışlarından və məhkəmə qərarların icrasından yayınmışdır. Təqsirləndirilən şəxs bir ata kimi də öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, qətnamə üzrə yaranmış 10770,00 manat aliment borcun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş edir. Aliment borcunu Təqsirləndirilən şəxs tələb edir, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs 9470 manat aliment borcunu da tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-3741 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 160,00 manat, cəmi 320,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə borcluya göndərilmiş, borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmiş, çağırışlara gəlmədiyindən Təqsirləndirilən şəxs barəsində axtarış qərarı qəbul olunaraq xx.xx.2020-ci il tarixdə icra edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş, görülmüş tədbirlər nəticəsinə borclu polis əməkdaşları tərəfindən saxlanılaraq icra idarəsinə gətirilmiş, izahatı alınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə tərtib edilmiş protokol əsasında borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmiş, məcburi icra tədbiri olaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, Təqsirləndirilən şəxs yenidən çağırışlara gəlmədiyindən barəsində axtarış qərarı qəbul olunaraq xx.xx.2021-ci il tarixdə icra edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş, görülmüş tədbirlər nəticəsinə borclu polis əməkdaşları tərəfindən saxlanılaraq icra idarəsinə gətirlmiş, bir daha izahatı alınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə borclu A.Təqsirləndirilən şəxsbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün borcluya yenidən müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu tərəfindən 750,00 manat aliment vəsaiti ödənilsə də, icra sənədi üzrə 10770,00 manat aliment borcu yaranmışdır. Eyni zamanda məhkəmə qərarının icrası üzrə tələbin məcburiliyi dəfələrlə həm şifahi, həm də rəsmi xəbərdarlıq formasında nəzərinə çatdırılmasına baxmayaraq, borclu Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-3741 saylı, xx.xx.2019-cu il tarixli qətnaməni icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları ifadəsində təsdiq etdi. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3741/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 31 iyul 2019-cu il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında 22.07,2020-ci il və xx.xx.2021-ci il tarixli qərarlarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3741/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarıında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1370/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-409/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan X2 7 saylı Ərazi Məşğulluq Filialının məktubuna əsasən, Təqsirləndirilən şəxs işlə təmin olunması üçün mərkəzə müraciət etməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3285/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin 125 10352 1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində tutularaq xx.xx.2022-ci il tarixdə MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 400 manat ödəniş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmiş, iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, icra işindəki məlumatları, icra ilə bağlı görülən tədbiləri nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu növ cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə tutulmuş, 12 noyabr 2022-ci il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 (iki) gün müəyyən olunaraq Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut, müsadirə olunası əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar