Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-209/2024 07.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Qubadlı rayonu Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 12-ci mikrorayon ev 11, mənzil 38-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdə, saat 23:45 radələrində BC kateqoriyalı, AF 706349 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X5” markalı Xetçbek tipli, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində üzü Sumqayıt şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində yolu soldan sağa doğru keçmək istəyən piyada-xx.xx.1992-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs vurmaqla ehtiyatsızlıqdan sonuncuya sol qasıq sümüyününü qapalı yerdəyişən sınığı, hər iki baldır sümüklərinin yuxarı 1/3-nin açıq çoxqəlpəli yerdəyişən sınıqları, qapalı kəllə beyin travması, baş beyin əzilməsi, başın, əllərin, hər iki aşağı ətrafın yara və sıyrıntıları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Toyota Carolla minik markalı 50EN719 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Həmin avtomobillə 07 avqust 2023-cü il tarixdə gecə saatlarında Sumqayıt şəhəri X3 qəsəbəsindən üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən avtomobildə dayısı oğlu Şahid2 olmuşdur. Getdikləri yol qaranlıq olmuş, işıqlandırma olmamışdır. Hadisə baş verən ana kimi qarşıdan və arxadan avtomobil gəlməmişdir. O öz yolunda təxminən 60 km/saat sürətlə hərəkətdə olmuş, qeyd etdiyi sürətlə üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən təxminən 1-2 metr məsafədən yolun əks hərəkət istiqamətindən, yəni dənizkənarından qəsəbəyə tərəf çəpəki formada yolu soldan sağa keçmək istəyən piyada görmüş və dərhal piyadanı vurmamaq üçün əyləci basıb avtomobilin sükanını sağa tərəf çəkmişdir. Lakin hadisənin qarşısını ala bilməmiş və nəticədə adını sonradan bildiyi, piyada-Zərərçəkmiş şəxs avtomobilinin qabaq orta hissəsi ilə vurmuşdur. Vurduqdan sonra avtomobili yolun kənarında saxlayıb piyadaya tərəf qaçmış, onun başından qan gəldiyindən avtomobildə olan parça ilə onun başını bağlamış və təcili tibbi yardıma zəng vurmuşdur. Özü hadisə yerində gözləmiş və TTY əməkdaşları gələndən sonra o İlkin ilə birlikdə Sumqayıt şəhər TTYX-yə getmişdir. İlkin xərclərini əməliyyat pulu daxil olmaqla çəkmiş, sonradan qalan pulu da ödəməklə zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı ödəmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəmişdir. Onunla barışıq əldə etmişdir. Əməlindən peşmandır. Təqsirini etiraf edir. İşin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrində işdən çıxıb taksi ilə Sumqayıt şəhəri Xəzri yaşayış massivinə gedib qəsəbəyə girən yolda piyada keçidində avtomobildən düşmüş, adi yerişlə yolu keçməyə başlamış, təxminən yolun orta xəttində H.Zeynalabdin qəsəbəsi (Nasosnu) istiqamətindən şəhər istiqamətinə avtomobil sürətlə gəlməsini görüb dayanmış və bir addım geri getmişdir. Sonra avtomobil qabaq hissəsi ilə onu vurmuşdur. Hadisədən sonra o, özündə olmamışdır. Hazırda təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən 7000 manat zərər ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, hazırda şikayəti yoxdur. Dəymiş ziyan 7000 manat ödənilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qubadlı RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjnatı Şahid1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində o, Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal o, hadisə yerinə getmişdir. Hadisə yerinə gedəndən sonra ona məlum olmuşdur ki, bir az əvvəl Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “X5” markalı, 50EN719 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri Səməd Vurğun küçəsində hərəkətdə olarkən yolu soldan sağa doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq ona xəsarətlər yetirmişdir. Daha sonra hadisə yerinə çağırılmış təcli-tibbi yardım maşını ilə xəsarət almış şəxs Sumqayıt şəhər TTYX-na aparılmışdır. Bundan sonra hadisə yeri sürücünün, onun, hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri, hadisə yerinin sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserinə aparılaraq orada o, sərxoşluq müayinəsindən keçirilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, 07 avqust 2023-cü il tarixdə bibisi oğlu Əmikişi Məmmədovun idarə etdiyi Toyota Carolla minik markalı avtomobillə Sumqayıt şəhəri X3 qəsəbəsi ilə hərəkətdə olarakən o, qabaq oturacaqda Əmikişinin yanında oturmuşdur, avtomobildə onlardan başqa heç kim olmamışdır. Getdikləri yol qaranlıq olmuş, işıqlandırma olmamışdır. Əmikişi öz yolunda təxminən 65-70 km/saat sürətlə hərəkətdə olmuşdur. Qeyd etdiyi sürətlə üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən yolun əks hərəkət istiqamətində dayanmış avtomobildən düşən sərnişinin yola baxmadan yolu soldan sağa keçmək istədiyini görmüş, hadisə anidən olduğundan Əmikişi adını sonradan bildiyi piyada-Zərərçəkmiş şəxs avtomobilin qabaq orta hissəsi ilə vurmuşdur. Vurduqdan sonra, avtomobili yolun kənarında saxlayıb piyadaya tərəf qaçmışlar və görmüşlər ki, başından qan gəlir. Əmikişi parça ilə onun başını bağlamış və sonra təcili tibbi yardıma zəng vurmuşdur. Onlar hadisə yerində gözləmişlər. TTY əməkdaşları gələndən sonra Əmikişi İlkin ilə birlikdə Sumqayıt şəhər TTYX-na getmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan 4298 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AF 706349 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1532 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol qasıq sümüyünün qapalı yerdəyişən sınığı, hər iki baldır sümüklərinin yuxarı 1/3-nin açıq çoxqəlpəli yerdəyişən sınıqları, qapalı kəllə beyin travması, baş beyin əzilməsi, başın, əllərin, hər iki aşağı ətrafın yara və sıyrıntılarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023- cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1-1ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3327 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Toyota Corolla markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə X2 ilə nikah bağlamışlar. İş materiallarında olan şəxiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Məhəmmədli Raul və xx.xx.2012-ci il təvəllüdlü Məhəmmədli Sona adlı övladları vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “BC” kateqoriyalı AF706349 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan Sumqayıt şəhər və Şabran rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadəsində piyadanı görmə anını 1-2 metr göstərsə də, şahid ifadəsində zərərçəkmiş şəxsin başqa avtomobildən düşərək yolu keçməsini bildirir, avtomobilin sürəti də nəzərə alınmaqla təqsirləndirilən şəxsin irəli sürdüyü təhlükənin yaranma anına dair mülahizəni inkar edir və ibtidai araşdırmanın müəyyən etdiyi faktlarla ekspert rəyinin gəldiyi nəticədə hər hansı zidiyyət müəyyən olunmadığı təsdiq olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublaksı Konstitusiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli Plenum qərarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcüd deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-209/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-209/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver