Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-21/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək sonuncunu “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsində qaynaqçı kimi işə düzəldəcəyini yalan vəd verib aldatmaqla vahid niyyətlə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs 1000 (bir min) manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 200 (iki yüz) manat, xx.xx.2021-ci il tarixdə saat 10:56 radələrində Ədalət Səfərovun adına olan 5103 0714 3348 0148 nömrəli hesab kartına Quba rayonu, H.Əliyev prospekti 188, “İrsad Elektroniks” mağazasının həyətində yerləşən “Milli Ön” terminalı vasitəsi ilə göndərilmiş 100 (bir yüz) manat, xx.xx.2021-ci il tarixdə saat 11:48 radələrində Ədalət Səfərovun adına olan 5103 0714 3348 0148 nömrəli hesab kartına Quba rayonu, H.Əliyev prospekti 24 saat marketin daxilində yerləşən “Milli Ön” terminalı vasitəsi ilə göndərilmiş 300 (üç yüz) manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 20 (iyirmi) manat pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1620 (bir min altı yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saleh kimi tanıdığı əsl adı Sevindik olan şəxsi təxminən 10 ilə yaxındır tanıyır. Belə ki, onlar birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində daşınmaz əmlak alqı-satqısı ilə məşğul olmuşlar. 2021-ci ilin iyul ayında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində olarkən Sevindik onu Elman adlı şəxslə tanış etmiş və Abşeron rayonu, Saray qəsəbəsi ərazisində evini satdığını demişdir. Söhbət əsnasında Elman ona işə düzəlmək istədiklərini bildirmiş və Sevindik ona Elmana köməklik etməsini xahiş etmişdir. O, Elmana “Azəriqaz” təmir tikinti idarəsində qaynaqçı kimi işə düzəlməsinə köməklik edəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Elman ona zəng edərək onunla görüşmək istədiyini demişdir. O, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində kafedə Saleh və Elmanla görüşmüş, orada Elmana bu işin 1000 (bir min) manat məbləğə başa gələciyini demişdir. Həmin vaxt Elman Salehin yanında 1000 (bir min) manat pulu çıxardıb ona vermişdir. Daha sonra o, Elmana zəng edərək təyinatının Qusar rayonuna alınması üçün 300 (üç yüz) manat pul verməsini də demişdir. Elman xx.xx.2021ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində ona 200 (iki yüz) manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə Vatsapla atdığı X1 adına olan “Kapital bank” hesab kartına 100 (bir yüz) manat göndərmişdir. O, Elmana zəng edərək əlavə 300 (üç yüz) manat pul lazım olduğu üçün xx.xx.2021-ci il tarixdə həmin hesab kartına 300 (üç yüz) manat pul da göndərmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Elmanla Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində Aviakassanın yaxınlığında görüşmüş və sənədləri taksiylə yola saldığı üçün Elmandan 20 (iyirmi) manat pul almışdır. O, Elmandan aldığı 1620 (bir min altı yüz iyirmi) manat puldan heç kimə vermədiyini, həmin pulu şəxsi ehtiyacları üçün xərclədiyini, əvvəllər həmin idarədə işlədiyi üçün Elmanı həmin idarəyə düzəltməyi fikirləşdiyini, lakin Elmanı işə düzəldə bilmədiyini, Elmanla vatsap proqramı vasitəsi ilə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə mesajlaşdığını, səslər atdığını, həmin yazışmaların və səslərin ona məxsus olduğunu bildirmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də barəsində amnistiya tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən onun barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1 ildən artıqdır Sumqayıt şəhəri, Kolxoz bazarı ərazisində makler kimi çalışan Saleh adlı şəxsi o, Abşeron rayonu, Saray qəsəbəsində olan evinin satışında köməklik etdiyi üçün tanıdığını bildirmişdir. Sonradan Saleh kimi tanıdığı şəxsin adının Sevindik olduğunu öyrənmişdir. xx.xx.2021-ci il tarixdə Sevindiklə görüşüb onu işə düzəltməyinə köməklik etməsini xahiş etmişdir. Sevindik ona tanışı Akif adlı şəxsin mobil nömrəsini vermiş və zəng vuraraq həmin şəxslə görüşdükdə ona köməklik edə biləcəyini bildirmişdir. O, Akifə məxsus ***-***-**-** saylı mobil nömrəylə əlaqə saxlayıb görüşmüş, Akif ona “Azəriqaz” Təmir Tikinti İdarəsinə qaynaqçı kimi işə düzəldə biləcəyini bildirmiş və ondan 1000 (bir min) manat pul istəmişdir. O, həmin şəxslə razılaşıb xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Nənəmin təndiri” adlanan yerin qarşısında yolun digər tərəfində olan kafedə çay içərək 1000 (bir min) manat pulu Sevindiyin yanında Akifə vermişdir. Bundan sonra Akif onun göndərişini Qusar rayonuna etmək üçün əlavə 300 (üç yüz) manat pul verməli olduğunu bildirmişdir. O, 200 (iki yüz) manat pulu xx.xx.2021-ci il tarixdə qeyd etdiyi kafenin yaxınlığında Akifə vermişdir. Bundan sonra 100 (bir yüz) manat pulu xx.xx.2021-ci il tarixdə saat 10:56:56 radələrində Quba rayonu, H.Əliyev prospekti 188, “İrşad Elektroniks” mağazasının həyətində olan “Milli Ön” aparatı vasitəsilə 100 (bir yüz) manat pulu Akifin ona Vatsap vasitəsi ilə göndərdiyi X1 adına olan son nömrəsi 5****0148 olan “Kapital bank” kartına yükləmişdir. Bundan sonra o xx.xx.2021-ci il tarixdə Akiflə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində Aviakassa deyilən yerdə görüşüb yaxınlıqda çayxanada oturmuşlar, söhbət zamanı Akif ondan əlavə 300 (üç yüz) manat pul istəmiş və göndərişə lazım olacağını bildirmişdir. O, etiraz etməyərək səhəri gün xx.xx.2021-ci il tarixdə Akifin ona Vatsap vassitəsi ilə göndərdiyi X1 adına olan son nömrəsi 5****0148 olan “Kapital bank” hesab kartına saat 11:48:07 radələrində 300 (üç yüz) manat pulu Quba rayonu, H.Əliyev prospekti 219, “24 saat” marketin daxilində olan “Milli Ön” terminalı vasitəsilə göndərmişdir. xx.xx.2021-ci il tarixdə Akif ondan 20 (iyirmi) manat pulu Sumqayıt şəhəri, 3cü mikrorayon ərazisində istəmiş və sənədlərin göndərilməsi üçün verəcəyini bildirmişdir. O, etiraz etməyərək sonuncu 20 (iyirmi) manat pulu Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində Aviakassa deyilən yerin yaxınlığında Akifə vermiş, sonra Akif ona xx.xx.2021-ci il tarixdə işə çıxacağını bildirmiş və həmin tarixdə o, Akifə zəng vurub məsələ ilə bağlı soruşduqda Akif ona 01 (bir) həftə də gözləməyini bildirmişdir. O, bir neçə gün gözləmişdir. Akif sonradan ona müxtəlif bəhanələr gətirərək işin gecikdiyini və alınmadığını bildirmişdir. O, da bundan sonra Akifin onu aldatdığını başa düşüb xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. İş materiallarında olan olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan ödənilmiş heç bir şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini və məhkəmə iclaslarını onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İstintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi ödəniş qəbzləri, 01 (bir) ədəd DVD diski və A4 kağız formatında Vatsap ani mesajlaşma mübadiləsi vasiəsi ilə olan mesaj mətnləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 32.4, 312-ci maddələrinin, Zərərçəkmiş şəxs 32.4, 312-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini, maddi ziyanı tam ödəməsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi ödəniş qəbzləri, 01 (bir) ədəd DVD diski və A4 kağız formatında Vatsap ani mesajlaşma mübadiləsi vasiəsi ilə olan mesaj mətnləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi ödəniş qəbzləri, 01 (bir) ədəd DVD diski və A4 kağız formatında Vatsap ani mesajlaşma mübadiləsi vasiəsi ilə olan mesaj mətnləri cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-21/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-21/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver