Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-21/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Samux rayonu Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işsiz, Samux rayonu Əhmədbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili Qoşunlarında tanışının olmasını və ora işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunu Azərbaycan Respublikası Daxili Qoşunlara müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən «Əli 94» uzuz marketin yaxınlığında 1000 manat məbləğində nağd pulu ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən “Yellobank”a işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunun qardaşı Şahid Bakı şəhərində yerləşən “Yellobank”a mütəxəssis kimi işə düzəldilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən «Əli 94» uсuz marketin yaxınlığında 1000 manat məbləğində nağd pulu ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs 2022-ci ilin iyul ayının ortalarından tanıyır. Belə ki, Fəqani onunla birlikdə onun əvvəllər fəhlə işlədiyi Sumqayıt şəhərində yerləşən plastik qabların istehsalı sahəsində fəhlə işləmiş, onun qardaşı X6 dializ xəstəsi olduğu üçün 2022-ci ilin ilin iyul ayında ona pul lazım olmuşdur. Belə ki, həmin ərəfədə o, Fəqani ilə görüşərkən sonuncu ona hərbidə işləmək istədiyini bildirmiş, o da Fəqaniyə yalandan daxili qoşunlarda tanışının olduğunu, istəyəcəyi təqdirdə onu həmin qoşunda MAXE (müddətdən artıq xidmət edən) qismində işə düzəldə biləcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən Fəqanini Sumqayıt şəhərində yerləşən daxili qoşunların hərbi hissəsinə MAXE kimi işə düzəldəcəkdi. O Fəqaniyə bu barədə tanışı ilə danışıb xəbər edəcəyini bildirmiş, daha sonra Fəqani həmin işdən çıxmışdır. 2022-ci ilin iyul ayının təxminən 21-22-də o, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Fəqaniyə zəng edərək ona yalandan tanışı ilə onun işini danışdığını, məhkumluq haqqında arayış, təhsil haqqında attestat, tərcümeyi hal və 3x4 ölçüdə şəkillər gətirməsini söyləmişdir. Fəqani də həmin sənədləri hazırlayıb ona zəng edib sənədləri hazırladığını bildirmişdir. 2022-ci ilin iyul ayının 23 və ya 24-də Fəqani ilə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən «Əli 94» ucuz marketin yanında görüşmüş, sonuncu onunla görüşə qardaşı Şahidla birlikdə gəlmişdir. Fəqani sənədləri ona vermiş, o da Fəqaniyə yalandan səhərisi günü sənədləri aparıb Bakı şəhərində yerləşən Daxili Qoşunların Baş İdarəsinə verəcəyini bildirmiş və çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə o Fəqaniyə zəng edərək görüşmələrini bildirmişdir. Həmin gün saat 14 radələrində Fəqani qardaşı Şahidla birlikdə yenə də Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən «Əİi 94» ucuz marketin yanına getmiş və onlar görüşmüşlər. Söhbət əsnasında o, Fəqaniyə onun işinin həlli üçün 1000 manat pul lazım olduğunu söyləmişdir. Məqsədi də onun pulunu ələ keçirtmək olmuşdur. Fəqani də onunla razılaşaraq həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə saat 13 radələrində həmişəki yerdə görüşmüşlər. Qardaşı ilkin də Fəqaninin yanında olmuş və özünə məxsus olan 1000 manat pulu qardaşı İlkinin yanında ona vermişdir. O, Fəqaniyə yalandan avqust ayının 8də DQ-ın baş idarəsində qəbul komissiyası olacağını və ora gedəcəyini demişdir. Həmin vaxt söhbət əsnasında o, İlkinin hardasa işləyib-işləmədiyini soruşmuş, Fəqani də işləmədiyini, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdiyini, bank sektorunda işləmək istədiyini bildirmişdir. İlkin özü də Fəqaninin sözlərini təsdiq etmişdir. xx.xx.2022-ci il tarixdə Fəqani ona zəng edib komissiya barədə maraqlandıqda, o yalandan Fəqaniyə hələlik qəbulun saxlanıldığını və onunla əlaqə saxlayacağını demişdir. xx.xx.2022-ci il tarixdə saat 21:45 radələrində o, ya ***-***-**-**, ya da ***-***-**-** saylı mobil telefon nömrəsindən Fəqaniyə zəng edərək yalandan qardaşı İlkini Bakı şəhərində yerləşən «Yeİİobanka» mütəxəssis kimi işə düzəldə biləcəyini, bunun üçün 1000 manat pul lazım olduğunu demişdir. Bu dəfə də məqsədi pulu ələ keçirtmək olmuşdur. O, İlkinin hərbi biletini, diplomun kserosurətini və məhkumluq haqqında arayışı 1000 manat pulla birlikdə səhər, yəni xx.xx.2022-ci il tarixdə onunla görüşəndə vermək lazım olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Fəqani ona zəng edib İlkinin sənədləri topladığını bildirmiş, daha sonra onlar həmin gün saat 14 radələrində yenə də Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Əli 94” ucuz marketin yanında görüşmüşlər. X7 sənədlərini və 1000 manat pulu ona vermiş, İlkin də onun yanında olmuş, o da Fəqani və İlkinə yalandan xx.xx.2022-ci il tarixdə saat 10:00-da İlkinin Bakı şəhərində yerləşən “Yellobank”-ın baş ofisinə getməsini söyləmişdir. xx.xx.2022-ci il tarixdə İlkin ona zəng edib işi ilə bağlı maraqlandıqda, o müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. 2022-ci ilin dekabr ayında isə Fəqani ona zəng edib artıq ona verdiyi ümumilikdə 2000 manat pulu geri tələb etmiş, o isə Fəqaniyə yalandan narahat olmamasını, işini düzəldəcəyini deyib onları aldatmışdır. Sonradan ona məlum olmuşdur ki, Fəqani onun barəsində şikayət etmişdir. Əldə etdiyi puldan da heç kimə verməmiş, qardaşı Zahid Əliyevin müalicəsinə sərf etmişdir. Cinayət İşinin istintaq materiallarına əlavə edilmiş onunla Zərərçəkmiş şəxs ilə arasında olan səsyazısını əks etdirən 01 ədəd CD disklə tanış olaraq bildirmişdir ki, həmin səsyazısmda olan səs ona məxsusdur, sözügedən səsyazısında o, Fəqani ilə onun işə düzəltməsi üçün pulu götürdüyünü və işini düzəldəcəyini demişdir. Əməlindən çox peşmandır. Hazırda zərəçəkmişə dəymiş ziyan tərəfindən tam olaraq olaraq ödənilmiş, onunla barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan başqa, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarından dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarından dövlət büdcəsinə ödəniş etmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının ortalarından tanımaqla, onunla birlikdə əvvəllər fəhlə işlədiyi Sumqayıt şəhərində yerləşən plastik qabların istehsalı sahəsində fəhlə işləmişdir. Həmin ərəfədə söhbət əsnasında o, Vahidə hərbidə işləmək istəyidiyini bildirmiş, Vahid də ona daxili qoşunlarda tanışının olduğunu, istədiyi təqdirdə onu həmin qoşunda MAXE (müddətdən artıq xidmət edən) qismində işə düzəldə biləcəyini demişdir. Aralarında olan razılaşmaya əsasən Vahid onu Sumqayıt şəhərində yerləşən daxili qoşunların hərbi hissəsinə MAXE kimi düzəltməli idi. Vahid ona bu barədə tanışı ilə danışıb xəbər edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o işdən çıxmışdır. İki gün sonra, yəni 2022-ci ilin iyul ayının təxminən 21-22-də Vahid ona istifadəsində olan 051- 369-74- 99 saylı mobil telefondan zəng edərək tanışı ilə onun işini danışdığını, məhkumluq haqqında arayış, təhsil haqqında attestat, tərcümeyi hal və 3x4 ölçüdə şəkillər gətirmək lazım olduğunu demiş, o da, həmin sənədləri hazırlayıb Vahidə zəng edib sənədləri hazırladığını bildirmişdir. 2022-ci ilin iyul ayının 23 və ya 24-ü tarixlərində Vahid onunla Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Əli 94” ucuz marketin yanında görüşmüşdür. O Vahidlə görüşə qardaşı Şahidla birlikdə gedərək sənədləri Vahidə vermiş, sonuncu ona səhərisi günü sənədləri aparıb Bakı şəhərində yerləşən Daxili Qoşunların Baş İdarəsinə verəcəyini bildirmiş, sonra çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Vahid ona zəng edərək görüşmələrini bildirdikdə o, həmin gün saat 14 radələrində qardaşı Şahidla birlikdə yenə də Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Əli 94” ucuz marketin yanında görüşmüşlər. Söhbət əsnasında Vahid ona işinin həlli üçün 1000 manat pul lazım olduğunu söyləmiş, o da Vahidlə razılaşaraq həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə saat 13 radələrində həmişəki yerdə görüşmüşdür. Qardaşı İlkin də yanında olmuş, o özünə məxsus olan 1000 manat pulu qardaşı İlkinin yanında Vahidə vermişdir. Vahid avqust ayının 8-də DQ-ın Baş İdarəsində qəbul komissiyası olacağını, ora gedəcəyini bildirmişdir. Həmin vaxt söhbət əsnasında Vahid ondan İlkinin haradasa işləyibişləmədiyini soruşmuş, o da İlkinin işləmədiyini, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdiyini, bank sektorunda işləmək istədiyini demiş, İlkin özü də onun sözlərini təsdiq etmişdir. Vahid də maraqlanıb bir söz deyəcəyini bildirərək çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə o, Vahidin ona zəng etmədiyini görmüş, özü zəng edib komissiya barədə maraqlandıqda, Vahid hələlik qəbulun saxlanıldığını, onunla əlaqə saxlayacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 21:44-də Vahid ya ***-***-**-**, ya da ***-***-**-** saylı mobil telefon nömrəsindən ona zəng edərək qardaşı İlkini Bakı şəhərində yerləşən “Yellobanka” mütəxəssis kimi işə düzəldə biləcəyini, bunun üçün 1000 manat pul lazım olduğunu bildirmiş onlar da razılaşmışlar. Vahid hərbi bileti, diplomun kserosurətini və məhkumluq haqqında arayışı alıb 1000 manat pulla birlikdə səhər, yəni xx.xx.2022-ci il tarixdə onunla görüşəndə vermək lazım olduğunu söyləmişdir. xx.xx.2022ci il tarixdə səhər saatlarında qardaşı İlkin Vahidin dediyi sənədləri topladıqdan sonra o, Vahidə zəng etmiş və onlar saat 14 radələrində yenə də Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən «Əli 94» ucuz marketin yanında görüşmüşlər. Orada o, İlkinin sənədləri və özünə məxsus 1000 manat pulu Vahidə vermişdir. İlkin də yanında olmuşdur. Vahid xx.xx.2022-ci il tarixdə saat 10:00-da İlkinin Bakı şəhərində yerləşən «Yellobank»ın baş ofisinə getməsini söyləmişdir. xx.xx.2022-ci il tarixdə qardaşı İlkin ona zəng edib işi ilə bağlı maraqlandıqda, o müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Beləliklə də, Vahid həm onun, həm qardaşı İlkinin işini yubadaraq, müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. 2022-ci ilin dekabr ayında Vahidə zəng edib artıq ona verdiyi ümumilikdə 2000 manat pulu geri tələb etmiş, o isə narahat olmamağı, işi düzəldəcəyini deyib onları aldatmışdır. 2023cü ilin yanvar ayında Vahidə zəng etdikdə ona zəng çatsa da telefonu açmamış, bəzən isə telefonu ümumiyyətlə söndürmüşdür. O görəndə ki, Vahid işi həll etmir və yaxud pulu geri qaytarmır, məcbur olub 2023-cü ilin fevral ayında Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 2000 manat ziyan vurulmuşdur. Hazırda dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam olaraq ödənilmiş, onunla barışmış, bu səbəbdən sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid da Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə vermişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında Suqmqayıt şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1); 14 aprel 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 52) “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 56-57) “axtarışda olan şəxsin tutulması haqqında” 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdı saxlanılaraq Sumqayıt ŞPİ gətirilmişdir. (i.v. 59) 14 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddədə nəzərdə tutulmuş ittiham ona 25 aprel 2023-cü il tarixdə elan edilmişdir. (i.v 54-55, 68) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.2.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsiləndirilməsi barədə ifadəsi alınmışdır (i.v. 74-77); 25 aprel 2023-cü il tarixdə Sumqayıt şəhər prokuroru tərəfindən CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti rədd edilmişdir. (i.v. 80-85) “qətimkan tədbirinin seçilməsi barədə” 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 86-87); Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 25 fevral 2023-cü il tarixli “təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında olan səsyazılarını özündə əks etdirən 01 ədəd CD diski Sumqayıt ŞPİ-nin 3-cü PB-yə təqdim etmişdir. (i.v. 11) Məhkəmə iclasında tədqiq edilən 01 ədəd CD diskə baxış keçirilən zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında danışıq zamanı sonuncunun pulu götürdüyünü və işin düzələcəyi barədə danışıqlar əks olunduğu məlum olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 24 gün islah işləri cəzasına məhkum olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Samux rayon icra və prbasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 199/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs AR Milli Məclisinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən ona təyin edilmiş islah işləri cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (i.v. 91-92,113) Qeyd olunana əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan “qəbz”dən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 500 manat ödəniş edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 112) “sübutların qiymətləndirilməsi haqqında” 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD disk maddi sübut kimi tanınaraq, iş materiallarında saxlanılmış iş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin, şahidin ifadələri sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 93-100); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllləri CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2- 1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. (CM-nin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Pleniumun 25 iyul 2022-ci il tarixli qərarı) Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə arasında olan səsyazılarını özündə əks etdirən 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə arasımda olan səsyazılarını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-21/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-21/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver