Məhkəmə qərarları › İş №1(060)-210/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-210/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-210/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs , Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1991-ci ildə Cəlilabad rayonu, Privolnoye kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 05 (beş) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışları X4 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 17.06.2020-ci il tarixdə saat 13:32-də X2 işlədiyi Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «EZO» parfümeriya mağazasından Ə.Qurbanova məxsus içərisində 20 (iyirmi) manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 300 (üç yüz) manat dəyərində «Samsunq Galaxy A 40» markalı mobil telefonu gizli talayaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışları X4 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 19.06.2020-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən «Bazarstore» mağazasından ümumilikdə 667,39 (altı yüz altmış yeddi manat otuz doqquz qəpik) manat dəyərində müxtəlif növ ərzaq məhsullarını gizli talayıb mağazadan çölə çıxmaq istəyərkən mağazanın nəzarətçisi R. Rəcəbov tərəfindən saxlanıldığından, iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək oğurluq cinayətinə cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 11.10.2020-ci il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs məxsus “Tac” pərdə-cehiz mağazasında olarkən həmin mağazadakı stolun üstündə olan Zərərçəkmiş şəxs məxsus üzərində 100 manat dəyərində ***-***-**-** №-li SİM kartı, 30 manat dəyərində ***-***-**-** №-li NAR kartı olan 550 manat dəyərində “Samsung A 51” markalı mobil telefonu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 680 (altı yüz səksən) manat məbləğində maddi zərər vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 11.10.2020-ci il tarixdə saat 15:00 radələrində o, yaşadığı evdən çıxıb Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisindəki “Tac” pərdə-cehiz mağazasına gəlmişdir ki, orada satılan pərdələrə baxsın. O, mağazanın içərisində gəzib baxarkən orada olan stolun üstünə qoyulmuş “Samsung A 51” markalı mobil telefon diqqətini çəkmişdir. O, həmin vaxtı qərara gəlmişdir ki, stolun üstünə qoyulmuş mobil telefonu oğurlasın. Çünki maddi vəziyyəti çətin olduğu üçün ona pul lazım olmuşdur. Məqsədi o olmuşdur ki, mobil telefonu oğurladıqdan sonra satıb pul əldə etsin, sonra həmin pulu öz ehtiyacları üçün xərcləsin. O, ətrafa diqqət yetirdikdə heç kəsin ona baxmadığını görüb stola yaxınlaşıb mobil telefonu gizlincə götürmüş, sonra mağazadan çölə çıxmışdır. Bir qədər aralandıqdan sonra telefonda olan iki ədəd nömrəni çıxarıb xatırlamadığı yerə tullamışdır. Daha sonra Sumqayıt şəhəri, 3-cü mikrorayon ərzisində yerləşən mobil telefonların satıldığı dükana gəlmişdir. Orada işləyən üzdən tanıdığı şəxsə “Samsung A 51” markalı mobil telefonun özünə məxsus olduğunu, ona görə də həmin telefonu satmaq istədiyini demişdir. Sonra həmin şəxsə oğurladığı mobil telefonu 185 manata satmışdır. Eləcə də o, ifadəsində mağazadan Zərərçəkmiş şəxs məxsus “Samsung A 51” markalı mobil telefonu oğurlayarkən onu heç kəsin görmədiyini, Zərərçəkmiş şəxs məxsus “Samsung A 51” markalı mobil telefonu oğurlayarkən ona heç kəsin köməklik etmədiyini, həmin oğurluğu tək törətdiyini, maddi vəziyyəti çətin olduğu üçün ona pul lazım olduğunu, məqsədinin mobil telefonu oğurladıqdan sonra satıb pul əldə etmək, həmin pulu ehtiyacları üçün xərcləmək olduğunu, ona görə də Zərərçəkmiş şəxs məxsus “Samsung A 51” markalı mobil telefonu oğurladığını, mobil telefonu satmaq istədiyi şəxs telefonun özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satmaq istədiyini, həmin şəxsin ona inanaraq mobil telefonu aldığını göstərmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilməmişdir. Ona elan olunmuş digər ittihamlar üzrə o, məhkəmə məsuliyyətinə verilmiş və barəsində məhkəmə hökmü çıxarılaraq 05 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ona görə də bunları nəzərə alınmasını, əməlindən peşman olduğu üçün ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən bir ilə yaxındır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Tac” pərdə-cehiz dükan ona məxsusdur. 11.10.2020-ci il tarixdə saat 15:00 radələrindəo, özünə məxsus “Samsung A 51” markalı mobil telefonunu dükanın içərisindəki masanın üzərinə qoymuşdur. Həmin vaxtı dükanda müştərilər çox olduğu üçün başı onlara qarışmışdır. Saat 16:30 radələrində o, masaya yaxınlaşıb mobil telefonumu götürmək istəyən zaman orada olmadığını görmüşdür. O, həmin mobil telefonun oğurlandığını başa düşüb DİN-nin 102 xidmətinə zəng vurub mobil telefonunun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra o, öz mobil nömrəsinə dəfələrlə zəng vursa da zənglərinə cavab verən olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə hər hansı cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizanın 21.01.2021-ci il tarixli, 9/5790 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ümumillikdə 680 (altı yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Samsung A 51” markalı mobil telefonu oğurlaması barədə videogörüntünü əks etdirən 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 sentyabr 2020-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlandığı 02 gün və 26 noyabr 2020-ci il tarixdən 06 aprel 2020-ci il tarixədək həbsdə olduğu 04 ay 11 gün, cəmi 04 ay 13 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 05 (beş) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11.01.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29.01.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. İbtidai istintaq orqanı tərəfindən X3 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas - onun qabaqcadan əlbir olun bir qrup şəxslərlə oğurluq və oğurluğa cəhd etməsi faktı ilə bağlı törətdiyi cinayət əməlləri üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərildikdən sonra, R. Xubaliyevanın başqa bir epizodda - yəni, 11.10.2020-ci il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs məxsus “Tac” pərdə-cehiz mağazasında olarkən həmin mağazadakı stolun üstündə olan Zərərçəkmiş şəxs məxsus üzərində 100 manat dəyərində ***-***-**-** №-li SİM kartı, 30 manat dəyərində ***-***-**-** №-li NAR kartı olan 550 manat dəyərində “Samsung A 51” markalı mobil telefonu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 680 manat məbləğində maddi zərər vurmaqla oğurluq cinayətini törətməsinin müəyyən edilməsi olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə deyil, daha yüngül yəni Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və iş materiallarında olan digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmədə müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı Röyalə Xubaliyevanın Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirliliyi barədə ittiham aktını tərtib edərkən əvvəlki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə olan ittihamı da ona elan etmiş və ittiham aktı bu qaydada təsdiq edilməklə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarından göründüyü kimi Sumqayıt şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü ilə Röyalə Xübaliyeva Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib 05 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Məhkəmə hökmündən göründüyü kimi, 17.06.2020-ci il və 19.06.2020-ci il tarixlərdə törədilmiş oğurluq cinayətləri üzrə Röyalə Xubaliyeva barəsində Sumqayıt şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli itttiham hökmü çıxarıldığından, hazırkı cinayət işi üzrə həmin epizodlara görə Röyalə Xubaliyevanın əməlində oğurluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, ona CM-in 177.2.2-ci maddəsi ilə verilmiş ittihamın (cinayətin təkrar törədilməsi) Azərbaycan Respublikasi CM-in 177.1-ci maddəsinə tövsif edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, X1 Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində oğurluq cinayətinin təkrar törədilməsi olmadığından, ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə ittihamın Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə cinayə cəzası daşımalıdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regıonal Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat sərf etmişdir. Ona görə də, 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, islah olunması məqsədilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 05 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia verilmədiyindən, məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: X1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 05 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Cəlilabad rayonu, Privolnoye kəndindəki evi tərk etməmək, Cəlilabad rayonun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar