Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-210/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Çərkəz Qurbanov küçəsi, ev 2A, mənzil 19-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 1/52, mənzil 4-də qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Pereküşkül küçəsi, ev 58-də yaşayan, barəsində həbs tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 20 yanvar adlanan ərazidə olarkən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olan 04 ayrı-ayrı bükümlərdə 0,260 qram, 0,538 qram, 0,465 qram, 0,325 qram ümumi təmiz çəkiləri 1,588 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə axşam saatlarında həmin 04 bükümlərdən 01 bükümdə təmiz çəkisi 0,260 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi Pereküşkül küçəsində Təqsirləndirilən şəxs2 10 manata satmış, xx.xx.2021-ci il tarixdə saat 22:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Bəhlulzadə küçəsində yerləşən «Oba» marketin yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş eyni tərkibli 03 ayrı-ayrı bükümlərdə olan 0,538 qram, 0,465 qram, 0,325 qram olmaqla ümumi təmiz çəkisi 1,328 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və əməliyyat tədbirin davamı olaraq həmin tarixdə ona məxsus qırmızı rəngli «VAZ 2104» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobinin salonunun əşyalar üçün nəzərdə tutulmuş saxlanc yerinə baxış keçirilərkən üzərində heroin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Pereküşkül küçəsində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 0,260 qram çəkidə heroini 10 manata əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 18:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Pereküşkül küçəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,260 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərdi ki, Şahid1 tanıyır, onun tanışıdır. xx.xx.2021-ci il tarixdə saat 22:40-da tanışı Şahid1 ilə birlikdə «VAZ 2107» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində hərəkətdə olarkən, «Oba» marketin yaxınlığında polis əməkdaşları maşınını saxlatdırıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər, onlar da özlərini təqdim etmişlər. Həmin vaxt onlar onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını demişlər. Onları üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər, onlar da etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-yə 2-ci PB-nə getmişlər. Orada xidməti otaqların birində videoçəkiliş aparılaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, o həmin bildirişlə tanış olmuş, daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuş, o da əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 03 ayrı-ayrı bükümlərdə olan heroini və 01 ədəd açarı onlara təqdim etmişdir. Ondan həmin narkotiki haradan əldə etdiyi soruşulduqda, o da onlara demişdir ki, 04 ədəd bükümdə narkotik vasitə olan heroini təxminən 10 gün əvvəl Bakı şəhəri 20 yanvar adlanan ərazidə olarkən tanımadığı şəxsdən almış, 01 bükümünü də bir az əvvəl Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Pereküşkül küçəsində olarkən Elməddin adlı şəxsə 10 manata satmış, üzərindən aşkar olunmuş 03 bükümləri də satmaq və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərindən götürülmüş 03 ədəd ayrı-ayrı bükümlərdə olan narkotik vasitə olan heroin tərəzidə çəkilmiş, ondan açar barədə soruşulduqda, bildirmişdir ki, həmin açar «VAZ 2107» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşının açarıdır. Ondan avtomobilində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulduqda, o avtomobilində elektron tərəzinin olduğunu bildirmiş, daha sonra videoçəkiliş davam etdirilərək onlar, vəkillər, Təqsirləndirilən şəxs1, polis əməkdaşları ilə birlikdə bölmənin inzibati binasından çölə çıxaraq bölmənin həyətində saxlanılan «VAZ2104» markalı avtomobilə yaxınlaşmışlar, o avtomobilin qapısını açmış və həmin avtomobilə baxış keçirilərkən avtomobilin salonunun əşyalar üçün nəzərdə tutulmuş saxlanc yerindən 01 ədəd elektron tərəzi də aşkar olunmuşdur. Daha sonra videçəkiliş davam etdirilərək yenidən onlar hamısı bölmənin xidməti otağına qayıtmışlar və onun üzərindən aşkar edilmiş 03 ədəd ayrı-ayrı bükümdə heroin və maşınından aşkar edilmiş 01 ədəd elektron tərəzi qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Heroini Bakı şəhəri 20 yanvar metrosu yaxınlığından tanımadığı şəxsdən almış, tanımadığı şəxsdən aldığı narkotik vasitə olan heroin 4 ayrı-ayrı bükümdə olmuş, onun çəkisini dəqiq bilməmiş, tərəzidə çəkməmiş, onun 1 bükümünü qeyd etdiyi kimi saxlanılmamışdan əvvəl Elməddin adlı şəxsə Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi Perekeşkül küçəsində satmış, həmin narkotik vasitəni əldə etmək üçün tanımadığı şəxsə vermiş olduğu 10 manat məbləğində pul onun özünə məxsus olan pul olmuş, həmin narkotik vasitəni bir qismini satacaqdı, qalanı da özü istifadə edəcəkdi. Həmin narkotik vasitəni almaqda ona kömək edən olmamışdır, bunu tək etmişdir, Şahid1 onun üzərində narkotik vasitə olduğunu bilməmiş, ona bu barədə heç nə deməmiş, tərəzini əldə etdiyi narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək üçün gəzdirmiş, o hüquqlarını bilmiş, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 18:40-da Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Perekeşkül küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər, ona da özünü təqdim etməsini dedikdə, o da onlara özünü təqdim etmiş, həmin vaxt onlar onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını demişlər. Ona üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-yə 2-ci PB-nə getmiş, orada xidməti otaqların birində videoçəkiliş aparılaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, o həmin bildirişlə tanış olmuş, daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o vəkilə etiraz etməmiş, bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuş, o da əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş heroini onlara təqdim etmiş, ondan həmin narkotiki haradan əldə etdiyi soruşulduqda, o da onlara demişdir ki, həmin narkotik vasitə olan heroini yaşadığı ərazidə tanımadığı Rafik adlı şəxsə məxsus qırmızı rəngli dövlət qeydiyyat nişanını bilmədiyi «VAZ2104» markalı maşından şəxsi istifadəsi üçün 10 manata almış, üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin isə tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Həmin narkotik vasitəni əldə etmək üçün Rafik adlı şəxsin maşınında vermiş olduğu 10 manat məbləğində pul onun özünə məxsus olan pul olmuş, həmin narkotik vasitəni özü istifadə edəcəkdi. Həmin narkotik vasitəni almaqda ona kömək edən olmamış, bunu tək etmiş, o hüquqlarını bilir, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Narkotik vasitəni Rafik adlı şəxsə məxsus qırmızı rəngli dövlət qeydiyyat nişanını bilmədiyi «VAZ2104» markalı maşında Camal adlı şəxsdən almışdır, Rafikdən almamışdır, bununla bağlı göstərdiklərini təsdiq etmir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 22:40-da tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə onun idarə etdiyi «VAZ 2107» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində hərəkətdə olarkən, «Oba» marketin yaxınlığında polis əməkdaşları maşını saxlatdırıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər, onlara da özlərini təqdim etmələrini dedikdə, onlar da özlərini təqdim etmişlər. Həmin vaxt onlar Rafikə narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün onları saxladıqlarını demişlər və üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər, onlar da etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PBnə getmişlər. Polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı Fərhad Bayramov onlara özlərini təqdim etmiş, onlar da özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Fərhad Bayramov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Kərimxan Əsədovu təqdim olunmuş, o hüquq və vəzifələri ilə tanış olmuş, vəkilinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olubolmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş, o da əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 03 ayrıayrı bükümlərdə olan heroini, arxa sağ yan cibindən isə açarı təqdim etmişdir. Ondan həmin narkotiki haradan əldə etdiyi soruşulduqda, demişdir ki, həmin narkotik vasitə olan heroini təxminən 10 gün əvvəl tanımadığı şəxsdən Bakı şəhəri 20 yanvar metrosu yaxınlığında olarkən şəxsi istifadəsi üçün aldığını, 01 bükümünü də bir az əvvəl Elməddin adlı həxsə 10 manata satdığını, həmin bükümləri satmaq və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 03 ədəd ayrı-ayrı bükümlərdə olan narkotik vasitə olan heroin tərəzidə çəkilmiş, ondan açar barədə soruşulduqda, bildirmişdir ki, «VAZ 2107» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşının açarıdır. Rafikdən avtomobilində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulduqda, Rafik avtomobilində elektron tərəzinin olduğunu bildirmiş, daha sonra videoçəkiliş davam etdirilərək o polis əməkdaşları, vəkillər, Təqsirləndirilən şəxs1la birlikdə bölmənin inzibati binasından çölə çıxaraq bölmənin həyətində saxlanılan «VAZ2104» markalı avtomobilə yaxınlaşmışlar, Rafik avtomobilin qapısını açmış və həmin avtomobilə baxış keçirilərkən avtomobilin salonunun əşyalar üçün nəzərdə tutulmuş saxlanc yerindən 01 ədəd elektron tərəzi də aşkar olunmuşdur. Daha sonra videçəkiliş davam etdirilərək yenidən onlar hamısı bölmənin xidməti otağına qayıtmışlar və Rafikin üzərindən aşkar edilmiş 03 ədəd ayrı-ayrı bükümdə heroin və maşınından aşkar edilmiş 01 ədəd elektron tərəzi qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və Rafik də həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini nə vaxt, kimdən, haradan əldə etdiyini bilməmiş, Təqsirləndirilən şəxs1 üzərinə onun yanında şəxsi axtarış keçirilərkən o bildirmişdir ki, o narkotik vasitə olan heroini Bakı şəhərində kimdənsə alıb, gətirib Sumqayıt şəhərində 4 bükümdən birini tanışı Elməddinə satmış, onun bu barədə xəbəri olmamış, o Elməddini də tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Elməddin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 18:40-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Perekeşkül küçəsində müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə həmin polis bölməsinə getmişdir. Polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı Fərhad Bayramov ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs2 da özünü təqdim etmiş, daha sonra onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Fərhad Bayramov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Leyla Bədəlova təqdim olunmuş, o hüquq və vəzifələri ilə tanış olmuş, vəkilinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş, o da əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş heroini onlara təqdim etmişdir. Ondan həmin narkotiki haradan əldə etdiyi soruşulduqda, Elməddin də demişdir ki, həmin narkotik vasitə olan heroini yaşadığı ərazidə tanımadığı Rafik adlı şəxsə məxsus qırmızı rəngli dövlət qeydiyyat nişanını bilmədiyi «VAZ2107» markalı maşından şəxsi istifadəsi üçün 10 manata almış, daha sonra Elməddinin üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Elməddin də həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmişdir, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs2 saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Rafik adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi, eləcə də Təqsirləndirilən şəxs2 narkotik vasitə satması barədə məlumat aldıqdan sonra daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 22:40-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs1 tanışı Şahid1 ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Bəhlulzadə küçəsi ərazisində yerləşən “Oba” marketin yaxınlığında idarə etdiyi «VAZ 2107» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşında onlar tərəfindən saxlanılaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onları aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə dəvət etmişlər, onlar da etiraz etmədən onlarla birlikdə həmin polis bölməsinə getmiş, polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı Fərhad Bayramov onlara özlərini təqdim edərək, onlara da özünü təqdim etməsini xahiş edib, saxlanılmalarının səbəbini bildirmiş, Təqsirləndirilən şəxs1 və Şahid1 özlərini təqdim etmişlər, daha sonra onlar da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Fərhad Bayramov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Kərimxan Əsədov təqdim olunmuş, o hüquq və vəzifələri ilə tanış olmuş, vəkilinə etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş, o da əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 03 ayrı-ayrı bükümlərdə olan heroini, arxa sağ yan cibindən isə açarı onlara təqdim etmiş, ondan həmin narkotiki haradan əldə etdiyi soruşulduqda, o həmin narkotik vasitə olan heroini təxminən 10 gün əvvəl tanımadığı şəxsdən Bakı şəhəri 20 yanvar metrosu yaxınlığında olarkən şəxsi istifadəsi üçün aldığını, 01 bükümünü də bir az əvvəl Elməddin adlı həxsə 10 manata satdığını, həmin bükümləri satmaq və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Eyni zamanda Şahid1 də hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Valeriy Vəliyev təqdim olunmuş, o hüquq və vəzifələri ilə tanış olub vəkilinə etiraz etməmiş, sonra Şahid1 də üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuşdur. Şahid1 isə üzərində heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 03 ədəd ayrı-ayrı bükümlərdə olan narkotik vasitə olan heroin tərəzidə çəkilmiş, ondan açar barədə soruşulduqda, bildirmişdir ki, «VAZ 2107» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşının açarıdır. Ondan avtomobilində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulduqda, Rafik avtomobilində elektron tərəzinin olduğunu bildirmişdir. Daha sonra videoçəkiliş davam etdirilərək onlar, vəkillər, Təqsirləndirilən şəxs1, Şahid1lə birlikdə bölmənin inzibati binasından çölə çıxaraq bölmənin həyətində saxlanılan «VAZ2107» markalı avtomobilə yaxınlaşmışlar, Rafik avtomobilin qapısını açmış və həmin avtomobilə baxış keçirilərkən avtomobilin salonunun əşyalar üçün nəzərdə tutulmuş saxlanc yerindən 01 ədəd elektron tərəzi də aşkar olunmuşdur. Daha sonra videoçəkiliş davam etdirilərək yenidən onlar hamısı bölmənin xidməti otağına qayıtmışlar və Rafikin üzərindən aşkar edilmiş 03 ədəd ayrı-ayrı bükümdə heroin və maşınından aşkar edilmiş 01 ədəd elektron tərəzi qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və Rafik də həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Təqsirləndirilən şəxs1 və Şahid1 qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməmiş, Rafik könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, onlar saxlanılarkən heç bir müqavimət göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi, polis baş leytenantı Şahid4 da Təqsirləndirilən şəxs1 ilə bağlı Şahid2 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid5 göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Elməddin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 18:40-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Perekeşkül küçəsində müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə həmin polis bölməsinə getmişdir. Polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı Fərhad Bayramov ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs2 da özünü təqdim etmiş, daha sonra onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Fərhad Bayramov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Leyla Bədəlova təqdim olunmuş, o hüquq və vəzifələri ilə tanış olmuş, vəkilinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş, o da əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş heroini onlara təqdim etmişdir. Ondan həmin narkotiki haradan əldə etdiyi soruşulduqda, Elməddin də demişdir ki, həmin narkotik vasitə olan heroini yaşadığı ərazidə tanımadığı Rafik adlı şəxsə məxsus qırmızı rəngli dövlət qeydiyyat nişanını bilmədiyi «VAZ2107» markalı maşından şəxsi istifadəsi üçün 10 manata almış, daha sonra Elməddinin üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Elməddin də həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmişdir, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs2 saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 da Şahid5 ilə eyni məzmunlu ifadə verdi və onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 22:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, “Oba” marketin yaxınlığında tutulmuşdur.(i.v 14 İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-531/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 85-88 İ cild) İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2021-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 2-ci PB-nə gətirildikdən sonra inspektro-kriminalist saat 23:12-də rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik maddə satmaqda şübhəli olduğu üçün saxlanıldığı bildirilərək hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, bildirişlə tanış olmuş, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacağı izah olunaraq buna etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 hüquqlarını müadfiə edən vəkil X3 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 Əmirxan oğlunun üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş, 3 büküm qəhvəyi rəngli, bərk halda maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ondan aşkar olunan maddələr “Kokos”-dur, həmin “Kokos”u şəxsi istifadəsi üçün aldığını və üstündə gəzdirdiyini, pula ehtiyacı olduğundan satmaqla məşğul olduğunu etiraf etmişdir. Həmin bükülüləri açdıqda içərisində 3 büküm qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 götürülmüş içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümlər onun öz iştirakı ilə Çin istehsalı olan elektron məişət tərəzisində çəkilmişdir. Tərəzidə çəkilərkən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərin çəkisi ayrı-ayrılıqda 0,60 qram, 0,66 qram, 0,48 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bükümlərin ümumilikdə çəkisini müəyyən etmək üçün tərəzidə çəkilərkən çəkisinin 1,74 qram olduğu müəyyən edilmişdir. Bundan sonra ondan hər hansı qanunsuz vasitə saxlanıldığı soruşularkən o ona məxsus maşında elektron tərəzinin olduğunu bildirmişdir. Maşına baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı götürülən 3 büküm kütlə və maşından götürülmüş tərəzi Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilmək üçün qablaşdırılaraq DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir.(i.v 19, 97 İ cild) Məhkəmə iclasında həmin diskə baxış keçirildi və göstərilənlər təsdiq edildi. İş materiallarında olan “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Sumqayıt ŞPİ-nin 2-ci PBnin inzibati binasının qarşısıdır. Təqsirləndirilən şəxs1 məxsus VAZ 2107 markalı qırmızı rəngli avtomaşına baxış keçirilmişdir. Baxış zamanı maşının əşyalar saxlanc yerində 01 ədəd tərəzi aşkar olunmuşdur. Tərəzinin elektron tərəzi olduğu müəyyən olunaraq götürülmüşdür. Tərəzidən başqa maşına baxış zamanı heç nə aşkar edilməmişdir. Baxış zamanı elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Maşına baxış zamanı götürülən elektron tərəzi qablaşdırılaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir.(i.v 20 İ cild) İş materiallarında olan 6/4593 saylı, xx.xx.2021-ci il tarixli ekspet rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “.... şübhəli şəxs Təqsirləndirilən şəxs1....” sözləri olan 1 nömrəli zərfi açdqda içərisində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,538 qram, 0,465 qram, 0,325 qram, ümumi təmiz çəkisi 1,328 qram olan maddələr kusta üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “....şübhəli şəxs Təqsirləndirilən şəxs1.....” və “.....şübhəli şəxs H.Elməddin....” sözləri olan zərfdəki heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs1....” sözləri olan zərfdəki bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır və iz şəklində olduğundan heroinin çəkisini və digər heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır.(i.v 51-55 İ cild) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,328 qram olan kustar üsulla hazılanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir.(i.v 95 İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.(i.v 119-120 İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-617/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir.(i.v 121-123 İ cild) İş materiallarında olan “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan da görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni aldığı şəxsin Təqsirləndirilən şəxs1 olmasını bildirmiş, fotoşəkildə onu tanımışdır. (i.v.124-126) İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə, saat 18:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsində tutulmuşdur.(i.v 147 İ cild) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 190-191 İ cild) İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2021-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 2-ci PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs2 narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilərək hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, bildirişlə tanış olmuş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunaraq buna etirazının olub-olmaması soruşulmuşdur. Bundan sonra vəkil X2 Elməddin Kamran oğlundan bölməyə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təzyiqə məruz qaldığını, qeyri-insani rəftar olunduğunu soruşarkən o heç bir fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş, qəhvəyi rəngli, bərk halda maddə aşkar olunmuşdur. Soröu zamanı Təqsirləndirilən şəxs2 bildrmişdir ki, ondan aşkar olunan maddə “Kokos”dur, həmin “Kokos”u yaşadığı ərazidən tanımadığı Rafik adlı şəxsə məxsus qırmızı rəngli, dövlət qeydiyyat nişanını bilmədiyi VAZ2104 markalı maşından şəxsi istifadəsi üçün 10 manata aldığını və üstündə gəzdirdiyini etiraf etmişdir. Həmin bükümü açdıqda içərisində qəhvyi rəngli, bərk halda olan kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 götürülmüş içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm onun öz iştirakı ilə Çin istehsalı olan elektron məişət tərəzisində çəkilmişdir. Tərəzidə çəkilərkən qızılı rəngli siqaret kağızına bükülmüş kütlənin çəkisinin 0,38 qram olması müəyyən olunmuşdur. Bundan sonra götürülmüş kütlə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün ablaşdırılaraq DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir.(i.v 152, 197-199 İ cild) Məhkəmə iclasında həmin diskə baxış keçirildi və göstərilənlər təsdiq edildi. İş materiallarında olan 6/4594 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Şübhəli şəxs H.Elməddin...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,260 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(i.v 163-167 İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-669/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ifşa olunması məqsədilə üzərində əməliyyat axtarış tədbirlərinin keçirilməsi qanunauyğun hesab edilmişdir.(i.v 194 İ cild) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,210 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir.(i.v 195 İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən və işdə ola hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan 3996 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan aasılılıq sindromu “narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 228-229 İ cild) İş materiallarında olan 4539 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 230-231 İ cild) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid1 əməlində cinayət tərkibi olmadığından iş üzrə onun şübhəli şəxs kimi statusuna xitam verilmişdir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,238 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,210 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİnin məsul saxlanışına verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır.(i.v 238-248 İ cild) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gedəndə hər dəfə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid5 onu otağına çağıraraq döyür. Bu və Təqsirləndirilən şəxs2 göstərdiyi digər xüsusatlar məhkəmə iclasında araşdırıldı, eyni zamanda bununla bağlı Sumqayıt şəhər prokuroruna da məlumat verilərək orada da araşdırıldı, amma təsdiq edimədi. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 narkotik vasitəni Rafik adlı şəxsə məxsus qırmızı rəngli dövlət qeydiyyat nişanını bilmədiyi «VAZ2104» markalı maşında Camal adlı şəxsdən alması, Təqsirləndirilən şəxs1 almaması ilə bağlı göstərdiklərinə də məhkəmə tənqidi yanaşır və hesab edir ki, bu onun Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirmək, Şahid1 məsuliyyətə cəlb edilməsinə nail olmağa cəhd etməsidir. Çünki işin halları ilə bağlı, eyni zamanda Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs1 məxsus qırmızı rəngli «VAZ2104» markalı maşında Təqsirləndirilən şəxs1 alması ilə bağlı işdə kifayət qədər mötəbər və inandırıcı sübutlar vardır. İstintaq zamanı keçirilmiş tanınmaya təqdim edilmə protokolundan da görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni aldığı şəxsin Təqsirləndirilən şəxs1 olmasını bildirmiş, fotoşəkildə onu tanımışdır. Onun verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi əməlindən peşman olması və müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən islah oluna bilməz, ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilən cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cəzaçəkmənin əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispnaserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs2 bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal 2-ci qrup əlil olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs2 təyin edilən cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-210/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və o məhkəmə iclas zalından həbs edilmişdir. Buna görə də həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 14 oktaybr 2021-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2021-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 183,52 (91,76 manat + 91,76 manat) (bir yüz səksən üç manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfinin 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat hissəsi Təqsirləndirilən şəxs1, 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat hissəsi Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,238 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,210 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 02 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 hüquqlarının müadfiəsi üçün isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 22 (iyirmi iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 132 (bir yüz otuz iki) manat və Müdafiəçi2 132 (bir yüz otuz iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəza çəkilməsinin əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 oktyabr 2021-ci il tarixdən 16 oktyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəza çəkilməsinin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərinin 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat hissəsi Təqsirləndirilən şəxs1, 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat hissəsi Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar-Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,238 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,210 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 02 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsinlər. Vəkillər Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 132 (bir yüz otuz iki) manat olmaqla cəmi 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-210/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-210/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver