Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-210/2023 18.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Qubadlı rayonu, Məlikəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Məlikəhmədli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Betonzavod ərazisi fərdi ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan qardaşı X6 məxsus “Vaz 21074” markalı **-GG-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Sumqayıt şəhəri, 20 Yanvar küçəsindən Bakı küçəsinə dönən zaman həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmalqa yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda Sumqayıt şəhəri, Bakı küçəsindəki yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomaşının qabaq sol tərəfi ilə vurub yerə yıxmış, nəticədə piyada Zərərçəkmiş şəxs sağ said sümüklərinin aşağı 1\3-nin açıq yerdəyişən sınığı, saidin arxa səthinin yarası, alının hemotoması, sol gözətrafının, sağ budun qançırı ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, özünün sürücülük vəsiqəsi yoxdur. X2 adına Vaz 21074 minik markalı **-GG-*** dövlət nömrə nişanlı avtomaşını vardır, amma qardaşı 2-ci Qarabağ müharibəsi qazisi olduğuna görə özü avtomaşını idarə etmək vəziyyətində deyildir. Bu səbəbdən də özü onu müxtəlif xəstəxanalara aparır və maddi durumu pis olduğuna görə özünə sürücülük vəsiqəsi ala bilmir. Zərərçəkmiş şəxs əvvələr görməmişdir. Onunla heç bir ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində qardaşı Eruzu xəstəxanaya aparıb onu daha sonra evə gətirib düşürtmüş, həmin vaxtı təxminən saat 19:30-da Eruzun yaşadığı evdə qohumları Elnarə və Aynuru da evlərinə düşürtmək qərarına gəlmişdir. Bu zaman Elnarə və Aynur avtomaşının arxa oturacağında əyləşmiş, onları Sumqayıt şəhəri, Betonzavod ərazisinə aparmaq üçün yola düşmüş, avtomaşını özü idarə etmişdir. Avtomaşınla Sumqayıt şəhəri, 20 Yanvar küçəsindən üzü Avtovağzal istiqamətində hərəkət etməyə başlamış, avtovağzal dairəsindən sağ tərəfə, yəni Sumqayıt şəhəri, Bakı küçəsinə dönmək üçün sağ dönmə işığını yandırmış və 40 km\saat sürətlə həmin yeri dönüb Bakı küçəsinə tərəfə keçmək istəyən zaman yolu soldan sağa doğru iti addımlarla keçən piyada X7 qarşısına çıxmış və ona 4 metr qalmış tormoz əyləcini basmış və həmin vaxt avtomaşının qabaq sol tərəfi ilə ona yavaşca toxunmuş və o da yerə yıxılmışdır. Bundan sonra cəld maşından düşərək qadını avtomaşına qoyub onu xəstəxanaya çatdırmış, orada Zərərçəkmiş şəxs qol nahiyyəsindən xəsarət aldığını öyrənmiş, hadisə zamanı avtomaşında Aynur və Elnarə olmuş, ətrafda kənar şəxləri görməmiş, hadisə zamanı o sürücülük vəsiqəsi olmadan avtomaşını idarə etmiş, piyada Zərərçəkmiş şəxs avtomaşının qabaq sol tərəfi ilə vurmuş, maşında da heç bir əzik izi olmamış, hadisə zamanı o içkili olmamışdır. Qardaşı 2-ci Qarabağ müharibəsi qazisidir, özü ailəlidir, 3 uşağı var. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə bərabər zərərçəkmiş şəxslərin, şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində qohumlarının evindən çıxıb evə getmək istəyən zaman Sumqayıt şəhəri, Avtovağzal ərazsində yerləşən Bakı küçəsinə gəlmiş, bu zaman qarşısına yol çıxmış və həmin yolu keçmək üçün sağa və sola baxmış, ətrafda heç bir maşın olmadığını görüb yolu keçmək istəyən zaman təxminən 2 metrə yaxın yol keçən zaman qəfildən Vaz 2107 markalı **-GG-*** dövlət nömrə nişanlı avtomaşın ona tərəf gələrək həmin avtomaşının qabaq tərəfi ona dəymiş, zərbənin təsirindən yerə yıxılmış, qəfildən özünə gələn zaman özünün maşının içərisində olduğunu və xəstəxanaya aparıldığını görmüşdür. Xəstəxanada hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini öyrənmiş, hadisə zamanı Təqsirləndirilən şəxs yanında 2 nəfər tanımadığı qadın olmuş, hadisə Sumqayıt şəhəri, Avtovağzal ərazisində Bakı küçəsində baş vermişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, ondan üzr istənilməmişdir, amma özü onu bağışlayir, şikayəti yoxdur, heç olmasa qolunu tam müalicə etdirməsi üçün köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o 2021-ci il tarixdə özünə etibarnamə ilə Vaz 21074 markalı **-GG-*** dövlət nömrə nişanlı avtomaşın almışdır. Həmin avtomaşın ona məxsus olsa da 2-ci Qarabağ Müharibəsində xəsarət aldığına görə həmin avtomaşını qardaşı Təqsirləndirilən şəxs idarə etməsi üçün vermişdir. İsa həmin avtomaşınla onu xəstəxanalara aparırdı. Onun sürücülük vəsiqəsi olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə axşam radələrində qardaşı İsa onu avtomaşını ilə evə gətirən zaman evdə Elnarə və Aynuru görmüşlər, onlar da evdən çıxmaq istəyərkən İsa onları aparıb düşürdəcəyini demiş, həmin vaxt Aynur və Elnarə İsanın idarə etdiyi avtomaşına əyləşib getmişlər, bir müddət sonra qardaşı İsa ona zəng edib maşınla adam vurduğunu söyləmiş, cəld xəstəxanaya gedib çatan zaman Zərərçəkmiş şəxs adlı şəxsin xəsarət almasını görmüşdür, hadisə zamanı onun avtomaşınına heç bir ziyan dəyməmiş, qardaşı İsadan heç bir şikayəti, tələbi yoxdur, ona maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. xx.xx.2022-ci il tarixdə axşam radələrində rəfiqəsi Elnarə ilə birlikdə Təqsirləndirilən şəxs qardaşı Eruzgildə olan zaman Təqsirləndirilən şəxs oraya gəlmiş və evə getməyə hazırlaşan zaman Təqsirləndirilən şəxs onları özünün evə aparcağını söyləmişdir, bundan sonra Elnarə ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı **-GG-*** dövlət nömrə nişanlı avtomaşının arxa oturacağında əyləşmişdir. Avtomaşını Təqsirləndirilən şəxs idarə etmiş, Sumqayıt şəhəri, Beton zavod istiqamətində hərəkət etməyə başlamışlar. Sumqayıt şəhəri, 20 Yanvar küçəsində üzü Avtovağzal istiqamətində hərəkətdə olan zaman dairədə İsa avtomaşını Bakı küçəsinə tərəf döndərmək istəyən zaman qəfildən yolu soldan sağa iti addımlarla keçən qadın piyadanı görmüş və tormoz əyləcinə bassa da, o qadın piyadanı avtomaşının qabaq sol tərəfi ilə vurub yerə yıxmışdır. İsa avtomaşını saxlayıb maşından düşərək qadını yerdən qaldırıb avtomaşına qoymuş və təcili olaraq onu xəstəxanaya çatdırmış, xəstəxanada piyadanın Zərərçəkmiş şəxs olduğunu öyrənmiş, ona ilkin tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. Hadisə zamanı Elnarə avtomaşının arxa oturacağında əyləşmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protkoldan görünür ki, hadisə yerinin sxemi və fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, bunun nəticəsində hadisənin baş verməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan AE035733 saylı, xx.xx.2018-ci il tarixli sürücülük vəsiqəsindən görünür ki, Şahid1 xx.xx.2028-ci il tarixədək sürücülük hüququ vardır. İş materiallarında olan AD 900204 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21074 minik markalı, göy metallik rəngli, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. İş materiallarında olan etibarnamədən görünür ki, X5 tərəfindən VAZ 21074 minik markalı, göy metallik rəngli, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixədək Şahid1 sürmək üçün etibar edilmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nin xx.xx.2022-ci il tarixli 4041 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 1234 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər olmuşdur:sağ said sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişən sınığı. Saidin arxa səthinin yarası, alının hematoması, sol gözətrafının, sağ budun qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 016-302-5925-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına kompyuter bazasına əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. İş materiallarında olan məhkəməyol-nəqliyyat hadisələri ekspertizasının 8/2601 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Vaz 21074 markalı, 90GG248 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsininn 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 1 saylı “İnşaatçı” MK-nin xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xaraketrizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsinin 05/09İS/042723-22 saylı, xx.xx.2022-ci il tarixli arayışından və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 3 azyaşlı uşağı (xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-cı il təvəllüdlü X10) vardır. İş materiallarında olan 1 saylı şəhər xəstəxanasının poliklinika şöbəsinin 548 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız tip şəxsiyyət pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 3098 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman onda “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə emək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məəcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, əhval-ruhiyyəninn dəyişkən olması və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Törətdiyi əməl zamanı öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1 və 93.1.3-cü maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi müddətdə psixatriya stasionarında məcburi müalicə təyin olunmuş, xx.xx.2009-cu ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 95.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixatriya stasionarına keçirilmiş, xx.xx.2011-ci ildə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 384.1, 486,487, 520 və 520.7-ci maddəsinə əsasən barəsində ümumi tipli psixstasionarda məcburi müalicə ləğv edilərək cəzasının qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən ruhi xəstəliklə əlaqədar olaraq ümumi tipli psixiateriya stasionarında məcburi müalicəyə göndərilmə şərti ilə azad olunmuş, xx.xx.2017-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından məhkumun müadfiəçisinin verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilmiş və material birinci instansiya məhkəməsinə qaytarılmış, xx.xx.2017-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli həbsdən azad edilməsi qərara alındığından 3 saylı istintaq təcridxanasından azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ilini çəkmək üçün ümumi rejimli cəzaşəkmə müəssisəsinə göndərilmiş, xx.xx.2018-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsaən Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 3 saylı şəhər poliklinikasının təqdimatı təmin edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 il 09 ay 27 gününü çəkməsi üçün müəssisəyə qaytarılmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 13 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022ci ildə cəzasını çəkib qurtarmışdır. Bundan başqa o Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 70-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona 02 il müddətinə şərti sınaq müddəti müəyyən edilmiş, xx.xx.2018-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2016cı il tarixli hökm dəyişdirilərək CM-nin 70-ci maddəsi hökmdən çıxarılmış və CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 10 ay 27 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bundan başqa o Binəqədi RPİ-nin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 39.1.11-ci maddəsinə əsasən barəsində olan CMnin 29 və 177.2.1-ci maddələri ilə cinayət işinə xitam verilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid1 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surəti aiddiyatı üzrə Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İş üzrə Vaz 21074 markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq həmin avtomaşının sahibi Şahid1 saxlanılması nəzərə alınmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində—saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Beləliklə, məhkəmə işdəki sübutların müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, 3 azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Onun təqdim etdiyi hesabatdan görünür ki, o təqsirləndirilən şəxsin müdafiəsinin təmin edilməsi üçün 20 saat sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüziyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut olan Vaz 21074 markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin sərəncamında qalması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Maddi sübut olan Vaz 21074 markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin sərəncamında qalması nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüziyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-210/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-210/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver