Məhkəmə qərarları › İş №1(060)-211/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-211/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-211/2024 22.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbavcan Respublikası vətəndaşı, subay, orta təhsilli, «Dönəritto» dönər evində kuryer işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:43 radələrində idarə eldiyi mexaniki nəqliyyat vasitəsi hesab edilməyən mühərrik həcmi 49 kub.sm olan «Jianshe Tiger» modelli dövlət qeydiyyat nişanı olmayan mopedlə Sumqayıt şəhəri, Sülh küçəsində yolun sağdan ikinci hərəkət zolağı ilə 40 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlərin görməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq öz hərəkəti istiqamətində, yəni Sumqayıt şəhəri, Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində yolu sağ tərəfindən sol tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi mopedin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncuya sol mil sümüyünün tipik yerini dəyişən qapalı sınığı, sol gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası, üst dodağın selikli qişasının səthi əzilmiş-cırılmış yarası, sol çənə, sol baldırın, sol bud nahiyyələrinin qançırları ilə müşayət olunan, dərəcəsinə görə Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR dərəcəli bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayında Karvan Ticarət mərkəzinin arxasında «Army» marketlə üzbəüz yerləşən «Dönəritto» dönər evində çatdırılma işində işləməklə, həmin dönər evində işləyən Elvin adlı şəxsin ona verdiyi dövlət qeydiyyat nişanı olmayan mopedlə dönər evində hazırlanan dönər və digər qida məhsullarını sifariş əsasında sifariş olunan yerlərə, evlərə və digər obyekt və müəsssisələrə çatdırır. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi həmin mopedlə işdən çıxıb evə gedərkən, Sumqayıt şəhəri, Sülh küçəsi ilə Nərimanov küçəsinin kəsişməsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə təxminən 40 km/saat sürətlə hərəkətdə olduğu zaman, «Muğanbank»ın qarşısına çatdıqda həmin yolda yerləşən piyada zolağı ilə yolun sağ kənarından digər tərəfinə yolu keçmək istəyən iki-üç nəfər qadın qəflətən qarşısına çıxmış, həmin an qadınlardan iki nəfəri qaçaraq yolu tez keçməyə çalışmış, o həmin an mopedlə həmin qadınları vurmamaq üçün mopedi sağ istiqamətə döndərmiş, elə bu an yolu keçmək istəyən qadınlardan biri mopedin qarşısına çıxdığı üçün tormoz əyləcini sıxsa da mopedin qabaq hissəsi həmin qadına dəymiş, zərbənin təsirindən qadın yerə yıxılaraq xəsarət almış, moped isə asfalt örtüyün üzərinə aşdığı üçüb özü baş nahiyyəsindən xəsarətlər almışdır. Hadisədən sonra bir neçə dəqiqə huşum özündə olmamış, sonradan hadisə yerinə təcili tibbi yardım maşını vasitəsi ilə onu və xəsarət almış piyada qadını xəstəxanaya aparmışlar. Xəstəxanadan tibbi müayinələrdən keçdikdən sonra evə buraxılmış, hadisə vaxtı mopedi idarə edərkən spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Hadisə vaxtı idarə etdiyi mopedi işlədiyi «Dönəritto» dönər evindən ona verildiyindən həmin mopedin sənədlərini təqdim edə bilməyəcəyini bildirmişdir. Hadisə vaxtı o hərəkət etdiyi yolda öz hərəkəti üzrə svetoforun yaşıl işığı yanmış, piyadalar üçün isə qırmızı işıq olmuşdur. Hadisə baş verən zaman mopedi üzərində heç kim olmamış tək olmuş, hərəkətdə olduğu zaman, həmin piyada yolun sağ tərəfindən sola doğru hərəkətə başlamış, təxminən 18-20 metr məsafədən görmüş, əyləci sıxsa da dayandıra bilməmişdir. O piydanın hərəkətini davam etdirdiyini gördükdə, ayaq əyləcini sıxaraq sükanı sola döndərmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 20:45 radələrində işdən evə getmək üçün Sumqayıt şəhəri, Sülh küçəsi ilə Nərimanov küçəsi kəsişməsində yerləşən yolayrıcında olan piyada zolağı yolun sağ kənar hissəsindən digər tərəfinə keçmək istədikdə təxminən 3-4 metr məsafə qət etdikdən sonra Sülh küçəsindən sürətlə hərəkət edən dövlət qeydiyyat nişanı olmayan moped sürücüsü idarə etdiyi mopedin qabaq hissəsi ilə onun sol nahiyəsindən vuraraq asfalt örtüyünün üzərinə yıxmış, nəticədə o, bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Hadisədən sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını vasitəsi ilə xəstəxanaya yerləşdirilmiş, xəstəxanada bir gün müalicə aldıqdan sonra evə buraxılmışdır. Hadisə vaxtı 01 (bir) ədəd 100 (bir yüz) manat dəyərində olan qol saatı, 115 (bir yüz on beş) manat dəyərində olan eynəyi zədələnməklə ona maddi ziyan dəymişdir. Hadisə nəticəsində o, sol qolunun mil sümüyünün sınıq xəsarəti, baş nahiyyənin və bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Onu vuraraq xəsarət yetirmiş mopedin üzərinə gəldiyini təxminən 2-3 metr məsafədən görmüşdür.Təqsirləndirilən şəxs ilə barışmışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1098 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sonuncuya sol mil sümüyünün tipik yerini dəyişən qapalı sınığı, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, üst dodağın selikli qişasının səthi əzilmiş-cırılmış yarası, sol çənə, sol baldırın, sol bud nahiyələrinin qançırlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa uzun müddətə pozulmasına səbəb olmuş AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/2315 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsin zərərçəkmiş şəxs kimi tanınma barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 20:43 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan mopedlə Sumqayıt şəhəri, Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində işıqforun qırmızı işığında yolu sağdan sol tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs mopedin qabaq hissəsi ilə vurur. İş materiallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübüt kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, həmçinin yol nəqliyyat hadisəsi baş vermiş yerin fotoşəkilləri və sxemi çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl özünün etirafedici ifadəsi və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 267.1-ci maddəsinin sanksiyası həddində, cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 85,00 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 85,00 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar