Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-211/2025 18.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs(mülki iddiaçı): Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs(mülki cavabdeh): Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 19-cu məhəllə, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 sonuncunun qızı Gülşən Mirzəyeva üçün tibb bacısı sertifikatı alıb, işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 2023-cü ilin avqust-sentyabr ayları ərzində hissə-hissə olmaqla, 2023-cü ilin avqust ayının əvvəli, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 20/21 nömrəli binanın qarşısında əlbəəl 500 manat pul vəsaitini. 2023-cü ilin avqust ayının ortası Sumqayıt şəhəri. 9-cu mikrorayon ərazisində yerləşən 20/21 nömrəli binanın qarşısında əlbəəl 350 pul vəsaitini. 2023-cü ilin sentyabr ayının ortası Sumqayıt şəhəri. 9-cu mikrorayonda yerləşən “Araz” supermarketin yaxınlığında əlbəəl 500 manat pul vəsaitim və 2023-cü ilin sentyabr ayının sonu Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Araz” supermarketin yaxınlığında əlbəəl 1500 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qızma “Saray” yaşayış kompleksindən daxili ipoteka ilə mənzil almaqda köməklik göstərəcəyinə dair yalan verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs1 2024-cü ilin iyul ayı ərzində hissə-hissə olmaqla, 13 iyul 2024-cü il tarixdə, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü. Hacıbəyov küçəsində yerləşən “Bravo” supermarketin daxilində əlbəəl 8000 manat pul vəsaitini, 13 iyul 2024-cü il tarixdə, ünvan 1 ünvanında əlbəəl həmin günün məzənnəsi ilə 340 manat olan 200 ABŞ dolları pul vəsaitini, 14 iyul 2024-cü il tarixdə, Sumqayıt şəhəri, 9-cu mikrorayon. Ü. Hacıbəyov küçəsində yerləşən “Araz” supermarketin daxilindəki terminal vasitəsi ilə Ş. Məmişovaya bildirdiyi "xxxx" ASC-dən verilmiş adma olan 4169-73 **-*** *-0493 nömrəli bank kart hesabına köçürülmüş 2600 manat pul vəsaitini və 2024-cü ilin iyul ayının sonunda Ş. Məmişovadan götürdüyü sonuncunun adma olan "xxxx" ASC-nin “Bolkart” kart hesabından Sumqayıt şəhəri. 6-cı mikrorayon ərazisində çıxardaraq nağdlaşdırdığı 1005 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda -11945 (on bir min doqquz yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində hadisəni xatırlamadığını göstərmişdir. Eyni zamanda mülki iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədən azadlığa buraxılmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, 2023-cü ilin avqust ayının əvvəlləri Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən və anası X7 tərəfindən işlədilən kafedə olarkən Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 qızının tibb bacısı sertifikatı ala bilmədiyini, bu barədə köməklik edə biləcək kimisə tapa bilmədiyini demişdir. O Zərərçəkmiş şəxs2 pul vəsaitini ələ keçirmək məqsədi ilə tanışları vasitəsi ilə qızının tibb bacısı sertifikatı alması və iş \ eri ilə təmin olunması barədə ona köməklik edə biləcəyini, ilk olaraq sertifikat məsələsini həll edəcəyini, bunun üçün 500 manat pul lazım olduğunu demişdir. Birdəfəlik çox məbləğ deyəcəyi halda onunla razılaşmayacağım fikirləşərək 500 manat pul istəmişdir. Məqsədi hər dəfəsində az məbləğ deməklə hissə-hissə pulunu ələ keçirmək olmuşdur. Zərərçəkmiş şəxs2 onunla razılaşmış və təxminən 1 həftə sonra, yəni 2023-cü ilin avqust ayının əvvəli yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 20/21 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb, ondan qızına tibb bacısı sertifikatı almasında köməklik edəcəyinə dair verdiyi vəd qarşılığında 500 manat pulu əlbəəl götürmüşdür. Təxminən 3-4 gün sonra Zərərçəkmiş şəxs2la telefon əlaqəsi yaradıb sertifikatın həll olunmasından ötrü əlavə olaraq 350 manat pul lazım olduğunu demiş və həmin gün, yəni 2023-cü ilin avqust ayının ortası yaşadığı binanın qarşısında onunla görüşüb əlbəəl olaraq 350 manat pul götürmüşdür. Daha sonra 2023-cü ilin sentyabr ayının ortası Zərərçəkmiş şəxs2la telefon əlaqəsi yaradıb yalandan sertifikatın artıq hazırlanmaq ərəfəsində olduğunu, qızı Gülşən Mirzəyevanın işə düzələcəyi yerə birbaşa sertifikatın göndəriləcəyini deyib, hara işə düzəltmək istədiyini soruşmuşdur. Ə. Qənbərov qızının Bakı şəhəri, Xətai rayonunda yaşadığını və orada yerləşən 1 nömrəli qadın məsləhətxanasına işə düzəlməsini istəmişdir. O yalandan qızını 1 nömrəli qadın məsləhətxanasına laborant kimi işə düzəldəcəyini və bunun üçün əlavə olaraq 2000 manat pul verməli olduğunu deyib, beh olaraq ilk əvvəl 500 manat istəmişdir. Zərərçəkmiş şəxs2 həmin gün, yəni 2023-cü ilin sentyabr ayının ortası Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” supermarketin yaxınlığında 500 manat pulu əlbəəl olaraq ona vermişdir. Təxminən 2023-cü ilin sentyabr ayının sonu Ə. Qənbərovla telefon əlaqəsi yaradıb işin artıq yekunlaşmaq üzrə olduğunu və verməli olacağı 1500 manat pulu istəmişdir. Həmin gün, yəni 2023-cü ilin sentyabr ayının sonu Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” supermarketin yaxınlığında əlbəəl olaraq 1500 manat pulu Zərərçəkmiş şəxs2 götürmüşdür. Bundan sonra qısa müddət ərzində qızının işə başlayacağını, sertifikatın da birbaşa işədiyi yerə göndəriləcəyini demişdir. Bununla da. Zərərçəkmiş şəxs2 ümumilikdə 2850 manat pul götürmüşdür. Əldə etdiyi pulun tamamını övladlarının müalicəsinə xərcləmişdir. Daha sonra götürdüyü pulu geri qaytarmamışdır. Bundan başqa təkrarən, 2024-cü ilin iyun ayırım əvvəli tanışı Zərərçəkmiş şəxs1 ilə qarşılaşıb söhbət etdiyi zaman mənzil almaq istədi} ini. maddi imkanı yaxşı olmadığı üçün nağd birdəfəlik ödəniş edə bilmədiyini, daxili ipoteka ilə mənzillərin satıldığı öyrənsə də, bu qaydada ev satılan yerlərdən və evlərin ipoteka ilə alınması qaydasından məlumatsız olduğunu demişdir. Təqsirləndirilən şəxsmnda bu barədə heç bir məlumatı olmasa da, yaranmış borcları və övladlarının müalicə xərclərini qarşılamaqdan ötrü pul əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 tikinti şirkətlərində tanışlarının olduğunu, ipoteka ilə ev almasında ona köməklik edə biləcəyini və ilkin olaraq 15000 manat pul verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs1 hal-hazırda 15000 manat pulunun olmadığını, bankdan kredit götürərək pul əldə edib verə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 etibarını daha da qazanmaqdan ötrü birlikdə Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən müxtəlif yaşayış binalarına gedib, mənzillər ilə maraqlanmışlar. Sonda Sumqayıt şəhər ərazisində “Saray MTK” adı ilə tanınan “Saray'1 yaşayış kompleksindən daxili ipoteka ilə mənzil almaq barədə Zərərçəkmiş şəxs1 qərarlaşmışdır. O yalandan rahatlıqla oradan onun mənzil almasını təmin edəcəyimi bildirmişdir və tez bir zamanda 15000 manat pul vəsaitini ona verməli olduğunu demişdir. Daha sonra Zərərçəkmiş şəxs1 onunla görüşdüyü zaman bankla maraqlandığını, maksimum 8000 manat kredit götürə, əlavə olaraq isə 4000 manat pul tapa biləcəyini, yəni ümumilikdə 12000 manat pul verə biləcəyini demişdir. O Zərərçəkmiş şəxs1 pul vəsaitini ələ keçirməkdən ötrü geri qalan 3000 manat pulu Təqsirləndirilən şəxs onun yerinə verəcəyini demiş, daha da etibar qazanmağa çalışmışdır. Beləliklə də. Zərərçəkmiş şəxs1 Saray yaşayış kompleksindən daxili ipoteka ilə mənzil almasına köməklik edəcəyi barədə vermiş olduğu yalan vəd əsasında ilkin ödəniş adı ilə ilk əvvəl 13 iyul 2024- cü il tarixdə "xxxx" ASC-nin Sumqayıt şəhər filialına Zərərçəkmiş şəxs1 ilə birlikdə getmiş, orada öz adına Ş. Məmişova 8000 manat kredit götürdükdən sonra, pulun tamamım həmin tarixdə, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” supermarketin daxilində ondan əlbəəl götürüb yanında, Bravo marketin daxilində öz adına olan tam nömrəsini xatırlamadığım "xxxx" ASC-yə məxsus 4169-73**-****-0493 nömrəli bank kart hesabına köçürmüşdür. Pul vəsaitini hesabına köçürdükdən sonra həmin pulu “Saray” yaşayış kompleksində mənzillərin satışı ilə məşğul olan tanışma göndərəcəyini bildirmişdir. 8000 manat pul vəsaitini köçürdüyünü əks etdirən qəbzi Zərərçəkmiş şəxs1 götürüb özündə saxlamışdır. Daha sonra həmin tarixdə, yəni 13 iyul 2024-cü il tarixdə birlikdə Ş. Məmişovanın yaşadığı, ünvan 2 ünvanına gedib mənzildə 200 ABŞ dolları pul vəsaitini də əlbəəl olaraq Ş. Məmişovadan ona mənzil almaqda köməklik edəcəyi yalan vədi ilə almışdır. Pulu götürdüyü zaman mənzildə həmçinin Şahid də vardı. O pulun geri qalanını da gecikdirmədən verməli olduğunu bildirib, mənzildən getmişdir. Növbəti gün, yəni 14 iyul 2024-cü il tarixdə geri qalan pulun bir hissəsini ona vermələri üçün istifadəsində olan kart hesabının məlumatlarını Şöləyə bildirmişdir və həmin tarixdə adına olmaqla "xxxx" ASC-dən verilmiş 416973**-****-0493 nömrəli bank kart hesabına 2600 manat pul vəsaiti köçürülmüşdür. Son olaraq isə 2024-cü ilin iyul ayının sonlarında alacağı mənzilin ilkin ödəniş pulunu tamamlamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə Sumqayıt şəhəri. 6-cı mikrorayonda yerləşən "xxxx" ASC-nin filialına gedib onun adma “BolkarC kart hesabı götürüb, həmin tarixdə sözügedən ərazidə kart hesabındakı 1005 manat pulu nağdlaşdırıb götürmüşdür. Nəticədə Zərərçəkmiş şəxs1 daxili ipoteka ilə mənzil almasında köməklik edəcəyi adı ilə 11945 manat pulunu götürmüşdür. Əldə etdiyi pulun tamamı ilə borclarını bağlayıb övladlarının müalicəsinə xərcləmişdir. Daha sonra götürdüyü pulu geri qaytarmamışdır. Sözügedən əməllər tərəfindən tək törədilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, bir müddət olar ki, özünə mənzil almaq qərarına gəlmişdir. Lakin maddi imkanı yaxşı olmadığından tam ödənişlə mənzil ala bilmirdi. Müxtəlif tikinti şirkətlərinin daxili ipoteka ilə mənzil satışını həyata keçirdiklərini öyrənmişdir. Lakin rəsmi olaraq heç bir yerdə işləmədiyindən və daxili ipotekanın hansı şərtlərlə verilməsindən məlumatsız olmuşdur. Bu barədə məlumat əldə etməkdən ötrü ətrafındakı şəxslərlə soraqlaşırmış. Belə ki, Təqsirləndirilən şəxs ilə aralarında o, Sumqayıt şəhər, 9-cu mikrorayon ərazisində yaşadığı müddətdə qiyabi tanışlıq yaranmışdır. Təqsirləndirilən şəxsnm fərdi əməklə məşğul olan biri kimi tanıyırmış. 2024-cü ilin iyun ayının əvvəli Təqsirləndirilən şəxs ilə qarşılaşıb söhbətləşdiyi zaman özünə mənzil almaq istədiyini, daxili ipotekadan məlumatsız olduğunu demişdir. Təqsirləndirilən şəxs tikinti şirkətlərində tanışlarının olduğunu, bu barədə ona köməklik edə biləcəyini, ipoteka ilə mənzil almaq üçün ilkin olaraq 15000 manat pul verməli olduğunu demişdir. O hal-hazırda o qədər pulu olmadığını, bankdan kredit götürərək pul əldə edib ona verə viləcəyini və maksimum 12000 manat ödəniş edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs 12000 manat pulu ona verməyini, geri qalan 3000 manat pulu isə özünün Zərərçəkmiş şəxs1 yerinə ödəyəcəyini, həmin 3000 manat pulu daha sonra ona qaytarmalı olduğunu demişdir. O Təqsirləndirilən şəxs ona mənzil almaqda köməklik edəcəyi barədə vədinə inanıb ilk əvvəl onunla birlikdə Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən müxtəlif yaşayış binalarına gedib mənzillər ilə maraqlanmışlar. Sonda Sumqayıt şəhər ərazisində yerləşən “Saray” yaşayış kompleksindən mənzil almaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs rahatlıqla oradan Zərərçəkmiş şəxs1 mənzil almağını təmin edəcəyini demişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs onun etibarını qazandığından onun həqiqətən mənzil almaqda köməklik edib bunu təmin edəcəyini inanmışdır. Təqsirləndirilən şəxs ona daxili ipoteka ilə “Saray” yaşayış kompleksindən mənzil almaqda köməklik göstərməsi adı ilə 2024-cü ilin iyun ayı ərzində hissə-hissə pullar vermişdir. Belə ki. ilk əvvəl 13 iyul 2024-cü il tarixdə "xxxx" ASC-nin Sumqayıt şəhər filialına Təqsirləndirilən şəxs ilə birlikdə gedib orada öz adına 8000 manat kredit götürüb, pulun tamamını həmin tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” supermarketin daxilində Təqsirləndirilən şəxs əlbəəl vermişdir. Təqsirləndirilən şəxs 8000 manat pul vəsaitinin tamamını ondan görürüb, sözügedən marketdə yerləşdirilmiş terminal vasitəsi ilə öz adına olan "Kapital Bank” ASCyə məxsus 416973**-****-0493 nömrəli bank kart hesabına köçürüb, ona. bildirmişdir ki. daha sonra 8000 manat pul vəsaitinin tamamını mənzil almağını təmin etməkdən ötrü tanışına göndərəcək. O hesabına 8000 manat pul vəsaitini köçürdüyü qəbzi ondan götürərək özündə saxlamışdır. Daha sonra həmin tarixdə, yəni 13 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı, ünvan 3 ünvanına gedib orada qızı Şahid iştirakıyla 200 ABŞ dolları pul vəsaitini əlbəəl olaraq Təqsirləndirilən şəxsnm ona mənzil almaqda köməklik edəcəyi vədinə qarşılıq ona vermişdir. Növbəti gün, yəni 14 iyul 2024cü il tarixdə K. Əbilovanm istəyi ilə adına olan "xxxx" ASC-yə məxsus 416973**-****-0493 nömrəli bank kart hesabına qızı Şahid vasitəsi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Araz” supermarketin daxilində quraşdırılmış terminal vasitəsi ilə 2600 manat pul vəsaiti köçürmüşdür. Son olaraq isə 2024-cü ilin iyun ayının sonlarında alacağı mənzilin ilkin ödəniş pulunu tamamlamaq məqsədilə Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhəri. 6-cı mikrorayonda yerləşən "xxxx" ASC-nin filialına gedib adına “Bolkart” kart hesabı götürüb Təqsirləndirilən şəxs vermişdir və K. Əbilova həmin ərazidə kart hesabındakı 1005 manat pulu nağdlaşdırıb götürmüşdür. Bununla da, ona mənzil almaqda köməklik edəcəyi vədinə inanıb ümumilikdə 11945 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermiş olmuşdur. Bundan sonra K. Əbilova qısa müddət ərzində vədinə əməl edib, adına mənzil alacağını desə də, vədinə əməl etməmiş, aldadıldığını başa düşüb pulunu geri tələb etdikdə isə müxtəlif bəhanələrlə müddət qazanmağa çalışmış, nəticədə nə mənzil almaqda ona köməklik etmiş, nə də pulunu geri qaytarmışdır. Hazırda pulunu tələb edir, şikayətçidir. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qızı Gülşən Mirzəyeva Sumqayıt tibb kollecində orta-ixtisas təhsili almışdır. İş yeri olub qazanc əldə etməsindən ötrü ilk dəfə 2023-cü ilin iyun ayında tibb bacısı sertifikatı almasından ötrü imtahan vermiş, lakin imtahandan kəsilmişdir. Belə ki, 2023-cü ilin avqust ayının əvvəlləri Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, yaşadığı ünvanın qarşısında yerləşən kafedə olarkən, həmin kafeni işlədən X7 ilə aralarındakı söhbət zamanı ona qızının tibb bacısı sertifikatı ala bilmədiyini, bu barədə ona köməklik edə biləcək kimisə tapa bilmədiyini demişdir. Bu zaman onlara yaxınlaşıb özünü X3 Əbilova kimi təqdim etmiş şəxs qızına tanışları vasitəsi ilə tibb bacısı sertifikatı alması və qızının iş yeri ilə təmin olunması barədə ona köməklik edə biləcəyini demiş, ilk olaraq sertifikat məsələsini həll edəcəyini və bunun üçün 50 manat pul lazım olduğunu demişdir. O Səidə Əliyevanı uzun müddət tanıdığına və onun barəsində hər hansı neqativ bir söz eşitmədiyinə görə qızı Təqsirləndirilən şəxs ona yalan danışmayacağına inanıb bu barədə onunla razılaşmışdır. Belə ki, təxminən 1 həftə sonra, yəni 2023-cü ilin avqust ayının əvvəli yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 20/21 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb, qızına tibb bacısı sertifikatı almasında köməklik edəcəyinə dair verdiyi vədə inanıb 500 manat pulu əlbəəl vermişdir. Təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs onunla telefon əiaqəsi yaradıb sertifikatın həll olunmasından ötrü əlavə olaraq 350 manat pul lazım olduğunu demiş və həmin gün, yəni 2023-cü ilin avqust ayının ortası Zərərçəkmiş şəxs2 yaşadığı binanın qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb ona əlbəəl olaraq 350 manat pul vermişdir. Təqsirləndirilən şəxs qısa müddət ərzində qızının tibb bacısı sertifikatı almasını təmin edəcəyini demişdir. 2023-cü ilin sentyabr ayının ortası Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradıb sertifikatın hazırlanmaq ərəfəsində olduğunu, qızının işə düzələcəyi yerə birbaşa sertifikatın göndəriləcəyini deyib, hara işə düzəltmək istədiyini demişdir. O qızının Bakı şəhəri. Xətai rayonu, Gəncə prospektində yaşadığını və orada yerləşən 1 nömrəli qadın məsləhətxanasına işə düzəlməsini istədiyini demişdir. Təqsirləndirilən şəxs qızını 1 nömrəli qadın məsləhətxanasına laborant kimi işə düzəldəcəyini və bunun üçün əlavə olaraq 2000 manat pul verməli olduğunu deyib, beh olaraq ilk əvvəl 500 manat istəmişdir. O da həmin gün, yəni 2023-cü ilin sentyabr ayının ortası Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” supermarketin yaxınlığında 500 manat pul vəsaitini əlbəəl olaraq Təqsirləndirilən şəxs vermişdir. Təxminən 2023-cü ilin sentyabr ayının sonu Könül Əbilov onunla telefon əlaqəsi yaradıb işin artıq yekunlaşmaq üzrə olduğunu və ona verməli olacağı 1500 manat pulu istəmişdir. O da həmin gün, yəni 2023-cü ilin sentyabr ayının sonu Sumqayıt şəhəri. 9-cu mikrorayon ərazisində yerləşən “Araz” supermarketin yaxınlığında əlbəəl olaraq 1500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs qısa müddət ərzində qızının işə başlayacağını, sertifikatın da birbaşa işədiyi yerə göndəriləcəyini desə də. nə qızının sertifikatını alıb işlə təmin etmiş, nə də ümumilikdə ondan götürmüş olduğu 2850 manat pulu geri qaytarmışdır. Hazırda şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir, əks halda təqsirləndirilən şəxsin həbs edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid Mübariq qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən anası Zərərçəkmiş şəxs1 aldadılmasından məlumatlıdır. Təqsirləndirilən şəxs anasının adına “Saray” yaşayış kompleksindən mənzil almaqda köməklik göstərməsi adı ilə verilmiş pul vəsaitinin bir qismi onun iştirakı ilə, bir qismi isə özü tərəfindən verilmişdir. Belə ki, anası Zərərçəkmiş şəxs1 ilk əvvəl 13 iyul 2024-cü il tarixdə "xxxx" ASC-nin Sumqayıt şəhər filialına Təqsirləndirilən şəxs ilə birlikdə gedib orada öz adına 8000 manat kredit götürüb, pulun tamamını həmin tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü. Hacıbəyov küçəsində yerləşən “Bravo” supermarketin daxilində Təqsirləndirilən şəxs əlbəəl vermiş. Təqsirləndirilən şəxs 8000 manat pul vəsaitinin tamamını anasından götürüb, həmin marketdə yerləşdirilmiş terminal vasitəsi ilə öz adma olan "xxxx" ASC-yə məxsus 416973**-****-0493 nömrəli bank kart hesabına köçürdərək əldə etmişdir. Daha sonra həmin tarixdə, yəni 13 İyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən yaşadıqları, ünvan 2 ünvanında onun iştirakı ilə 200 ABŞ dolları pul vəsaiti əlbəəl olaraq Təqsirləndirilən şəxs verilmişdir. Növbəti gün, yəni 14 iyul 2024-cü il tarixdə K. Əbilovanın işləyi ilə adına olan ‘'Kapital Bank” ASC-yə məxsus 416973**-****-0493 nömrəli bank kart hesabına tərəfindən anasının ona verdiyi 2600 manat pul vəsaitinin tamamı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü. Hacıbəyov küçəsində yerləşən “Araz” supermarketin daxilində quraşdırılmış terminal vasitəsi ilə köçürülmüşdür. Son olaraq isə 2024-cü ilin iyun ayının sonlarında mənzilin ilkin ödəniş pulunu tamamlamaq məqsədi ilə anası Zərərçəkmiş şəxs1 adma olan “Bolkart” kart hesabı Təqsirləndirilən şəxs tərəfindən götürülərək hesabdakı 1005 manat pul nağdlaşdırıb götürülmüşdür. Bununla da, mənzil almaqda köməklik edəcəyi vədi ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 11945 manat pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmişdir. Lakin Təqsirləndirilən şəxs qısa müddət ərzində vədinə əməl edib, mənzil alacağını desə də, vədinə əməl etməmiş, nə də pulu geri qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şxəs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimakn tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, törədildiyi müəyyən edilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnun məhkumluğu olmamışdır. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-308/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. - xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən istintaq zamanı təqdim edilmiş üzərində “PashaPay MMC”, “VÖEN **********”, “ MilliÖn elektron ödəmə istemi”, “Terminal №52107”, “Sumqayıt şəh., Bravo”, “xx/xx/2024 11:48:00”, “’’Kapital Bank” xidmətinin nağd ödənişi”, “A.S.A. : Ə***** K***** N***** QİZİ”, “Kartın nömrəsi: 416973******0493”, “Məbləğ: 8000.00 (AZN)”, “Əməliyyat №: **********7” sözləri yazılmış 01 ədəd qəbzə baxış zamanı təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs həmin qəbzdə göstərilənlərin Zərərçəkmiş şəxs1 sonuncuya mənzil almaqda köməklik edəcəyi vədi qarşılığında 13 iyul 2024-cü il ixdə götürdüyü və Zərərçəkmiş şəxs1 yanında tərəfindən adına olan 416973******0493 nömrəli bank kart hesabına köçürdüyü 8000 manat pul vəsaitini əks etdirdiyini, bank kart hesabının adına olduğunu, yalnız tərəfindən istifadə edildiyini, lakin artıq bank kartını istifadə edilmədiyi və itirdiyi üçün rəqəmlərini xatırlamadığını bildirmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilməklə götürülmüş və Təqsirləndirilən şəxs verilmiş pul vəsaitinin 8000 manatlıq hissəsini əks etdirən 01 ədəd qəbz maddi sübut hesab edilmiş, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə sanış olduqdan sonra cinayət işinin materiallarında saxlanılmış, Zərərçəkmiş şəxs2 İlkin Əliyevə vermiş olduğu 250 manat borc pul ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ barədə məlumatlandırılmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-211/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş (həbssiz), cinayət işi üzrə icraat dayandırılmışdır. - xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2025-ci il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi “Nicat” restoranının qarşısında saxlanılaraq məhkəməyə təqdim olunmuşdur. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-211/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-211/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. - xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2025-ci il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhər Məhkəmə Kompleksinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin MSYnə təhvil verilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-211/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. - Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə dəymiş zərərin əvəzi olaraq 11495 manat, eləcə də dövlət rüsumu üzrə 124,48 manat çəkilmiş xərclərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” -143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnun ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxsnun təqsirləndirildiyi CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” - 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hadisəni xatırlamadığını bildirərək özünü verilən ittihamla təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən qeyd edilənlər özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki: - Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin iki hissəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməlidir, ona görə ki, təqsirləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu, davamlılığı və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd qəbz cinayət işi materiallarında saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 998/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 2288 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 18 (on səkkiz) saat (xx.xx.2025-ci il tarixədək 02 saat, xx.xx.2025-ci il tarixədək 16 saat) vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 188 (bir yüz səksən səkkiz) manat (2x6+16x11) dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən Təqsirləndirilən şəxs dəymiş zərərin əvəzi olaraq 11495 (on bir min dörd yüz doxsan beş) manat və dövlət rüsumu üzrə 124,48 (bir yüz iyirmi dörd manat qırx səkkiz qəpik) manat Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 mülki iddiada qeyd edilən miqdarda, yəni 11495 (on bir min dörd yüz doxsan beş) manat maddi ziyan vurulması təsdiq edilmişdir. Buna görə də iş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd qəbz cinayət işi materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 11495 manat məbləğində pul və 124,48 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat (xx.xx.2025-ci il tarixədək 02 saat, xx.xx.2025-ci il tarixədək 16 saat) hüquqi yardıma görə 188 (bir yüz səksən səkkiz) (2x6+16x11) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-211/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-211/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver