Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-212/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: X2, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11/13, mənzil 10-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, 30 may 2020-ci il tarixdə, saat 12:17-də, «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Nərimanov küçəsi ilə Sülh prospekti istiqamətində idarə edərək, Nərimanov küçəsi ilə Sülh prospektinin kəsişməsində «X13» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozub, işıqforun qırmızı işığı yandığı halda nəqliyyat vasitəsini stop xətt və piyada keçidi qarşısında saxlamayaraq və hərəkətini davam etdirərək, arxa sağ hissəsi ilə Sülh prospekti ilə Nərimanov küçəsi istiqamətində hərəkətdə olan Şahid1 idarə etdiyi «Mersedes Bens E 270 JDİ» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş və zərbənin təsirindən «Məktəbli» mağazasının qarşısındakı səkiyə çıxaraq, piyada yolu ilə hərəkət edən piyadalar – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vurub, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ budun yuxarı ön səthinin, sağ budun aşağı 1/3-nin bayır səthinin, sağ diz oynağının ön səthinin, sol diz oynağının ön səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin, üst dodağın orta hissəsinin selikli qişasının qançırları, üst çənədə solda 1 böyük azı dişin, alt çənədə soldan 1 böyük azı dişin tac hissədən sınıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına yüngül zərər vurmaqla, Zərərçəkmiş şəxs3 sol dirsək oynağının arxa səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sol baldırın aşağı 1/3-nin bayır-arxa səthini bütünlüklə əhatə edən, sağ baldırın yuxarı 1/3-nin ön iç səthinin qançırları, sağ baldırın yuxarı 1/3-nin iç səthinin, sağ baldırın orta 1/3-nin iç səthinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına yüngül zərər vurmaqla və Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması, baş-beyinin yüngül dərəcəli əzilməsindən sonrakı vəziyyət, üzün sağ yarısının, boyunun, sağ çiyin və sağ bud nahiyələrinin yumşaq toxumlarının əziyi, sağ göz qapağının hematoması, travmatik konyuktivit, travmatik eşitmə sinirinin nevriti ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaqla, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 30 may 2020-ci il tarixdə, saat 12:40 radələrində, Sumqayıt şəhəri, Sülh prospekti ilə Nərimanov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verən günə kimi o, əslən Ermənistan Respublikasının Sisiyan rayonunun Ağdü kəndindən olan həmkəndlisi X6 ona verdiyi etibarnamə əsasında «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Alidə Həsənovanı lazımı yerlərə aparıb-gətirirmişdir. Alidə xanım həmin avtomobili ona 3 il müddətinə, ayda 400 (dörd yüz) manat pul ödəmək şərti ilə icarəyə vermiş, avtomobilin bütün xərclərini özü çəkmiş və avtmobilin dəyərini ödəyib qurtarandan sonra Alidə xanım avtomobili onun adına keçirməli olmuşdur. «BC» kateqoriyalı sürücülük vəsiqəsini 2016-cı ildə almış, yol hərəkəti qaydalarını pozduğuna və cəriməni vaxtında ödəmədiyinə görə 2018-ci ildə Sumqayıt şəhər Məhkəməsi tərəfindən 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmiş, lakin o sürücülük vəsiqəsini heç yerə təqdim etməmiş və avtomobili idarə etməyə davam etmişdir. Hal-hazırda isə sürücülük vəsiqəsini evdə harasa qoyduğu üçün və hara qoyduğu yadından çıxdığı üçün tapa bilmir. 30 may 2020-ci il tarixdə, saat 11:00 radələrində o X6 adına olan «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobildə onu Saray qəsəbəsinə yas mərasiminə aparıb düşürdüb Sumqayıt şəhəri, Nərimanov küçəsi ilə avtomobili idarə edərək Sumqayıt Kolxoz Bazarının yanına gəlmiş, orada Nərimanov küçəsi ilə Sülh prospektinin kəsişməsində quraşdırılmış işıqforun altında, Nərimanov küçəsinin kənarında avtomobili saxlayıb yolun kənarındakı köşkdə işləyən tanışından siqaret almış və həmin tanışı ilə bir neçə dəqiqə söhbət edəndən sonra yenəə avtomobilə əyləşmişdir ki, Saray qəsəbəsinə gedib Alidə xanımı yas yerindən götürüb Sumqayıt şəhəri, 5-ci mikrorayondakı yaşadığı evinə gətirsin. Saat 12:40 radələrində idarə etdiyi avtomobilə əyləşib avtomobili yerindən tərpədərək, təxminən saatda 20 – 30 kilometr sürətlə avtomobili idarə edərək, Nərimanov küçəsi ilə Sülh prospektinin kəsişməsinə daxil olmuş və həmin zaman Sülh prospekti ilə hərəkət edən «Mersedes Bens E 270 JDİ» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sağ hissəsindən vurmuşdur. Zərbənin təsirindən onun idarə etdiyi avtomobil qabağa fırlana-fırlana hərəkətini davam etdirərək, «Məktəbli» mağazasının qarşısındakı səkiyə çıxıb, səkinin kənarındakı dəmir bardyuru aşırtmış və piyada yolu ilə hərəkət edən 3 nəfər piyada gedən qadınları vuraraq dayanmışdır. Həmin vaxt o idarə etdiyi avtomobilin qadınları vurduğunu bilməmiş və yoldan keçən insanların onun idarə etdiyi avtomobilə baxdıqlarını görüb avtomobildən düşmüş, 3 nəfər qadınların xəsarət aldıqlarını görüb onları idarə etdiyi avtomobillə vurduğunu başa düşmüşdür. Ona görə də, idarə etdiyi avtomobilin arxa yük hissəsindəki 5 litrlik su qabını götürüb xəsarət alan qadınların üzlərinə su vurmuş və onlara yardım göstərmək istəmişdir. Hadisə yerində o və ora yaxınlaşan şəxslərdən kimsə «103» xidmətinə zəng etmişlər ki, təcili yardım avtomobili gəlib xəsarət alan qadınlara tibbi yardım göstərilməsi üçün onları xəstəxanaya aparsın, lakin həmin zaman yoldan keçən post-patrul xidməti avtopatrulu hadisə yerinə yaxınlaşmış, polis əməkdaşları, o özü və digər tanımadığı şəxslər xəsarət alan qadınları post-patrul avtomobilinə mindirmişlər və Sumqayıt şəhər TTYX-na aparmışlar. Onu və onun avtomobili ilə toqquşan digər avtomobilin sürücüsü, sonradan Anar kimi tanıdığı cavan oğlanı, alkoqol sərxoşluğu müayinəsindən keçirmək üçün polislər Sumqayıt şəhər Narkoloci Dispanserə aparmışlar. Bundan sonra, onu, Sumqayıt şəhər Pİ-nin TŞ-nə gətirmişlər, orada izahat vermiş və Sumqayıt şəhər Pİ-dən çıxıb Sumqayıt şəhər TTYX-na, avtomobillə vurduğu qadınların səhhəti ilə maraqlanmağa getmişdir. Həmin vaxt və bundan sonra bir neçə gün xəstəxanaya gedərək qadınların vəziyyəti ilə maraqlanmış, lakin maddi vəziyyəti çətin olduğu üçün onlara elə bir köməklik göstərə bilməmişdir. Təhqiqat araşdırmasında hər 3 nəfər avtomobillə vurduğu, sonradan Ellada, Xalidə və Solmaz kimi tanıdığı qadınların, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yüngül xəsarət almaları barədə rəylər verilmişdir. Hadisə zamanı o, Nərimanov küçəsi ilə Sülh prospektinin kəsişməsində qarşısında olan işıqforun yaşıl işığının yandığını güman etmişdir, çünki həmin vaxt fikirli olduğu üçün və tələsdiyi üçün işıqforun hansı işığının yandığına fikir verməmişdir. Lakin təhqiqat araşdırılması zamanı hadisə yerində olan kameradan diskə köçürülmüş videogörüntüyə baxandan sonra hadisə zamanı işıqforun qırmızı işığında Nərimanov küçəsi ilə Sülh prospektinin kəsişməsinə daxil olduğunu görmüş və günahı olduğunu başa düşmüşdür. Avtomobillə vurduğu Solmaz adlı qadının az ağır xəsarət aldığı barədə rəylə tanış olmuşdur, bununla bağlı səmimi peşmançılıq hissi keçirir, ona görə də, bunların nəzərə alınmasını xahiş edir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hisəsi əzildiyi üçün avtomobilin sahibi X10 həmin avtomobili istəməyərək avtomobili ona verdiyini, həmin avtomobili satıb, ona başqa avtomobil alıb verməsini bildirmiş və o, həmin «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili öz puluna düzəltdirib, onu 15000 (on beş min) manata sataraq Alidə xanıma 15500 (on beş min) manata «Jhevrolet Cruze» markalı başqa avtomobil alıb vermişdir. Bunu qeyd etməkdə məqsədi, həmin avtomobilin zədələnməsi nəticəsində heç kimə ziyan dəymədiyini bildirməsidir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən saatda 20 – 30 kilometr sürətlə idarə etmiş, «Mersedes Bens E 270 JDİ» markalı, **-DX- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 avtomobili hansı sürətlə idarə etdiyini deyə bilmir. O sürücülük hüququndan məhrum edildiyini bilməmiş, bu hadisə baş verəndən sonra bunu bilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun sürücülük vəsiqəsi özündə, üstündə olmuş, onu heç kim ondan istəməmiş, həmin hadisədən sonra sürücülük vəsiqəsini evdə harasa qoymuş və hal-hazırda tapa bilmir. O, heç yerdə işləmədiyi üçün və maddi imkanı çətin olduğu üçün Sumqayıt şəhər Məhkəməsinin 26.02.2018-ci il tarixli qərarına əsasən, sürücülük hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı hal-hazırki vaxta kimi heç bir tədbir görə bilməmiş və sürücülük hüququnun bərpa olunması üçün bununla bağlı olan cərimələri bu günə kimi ödəyə bilməmişdir, nə vaxt maddi imkanı düzələrsə onda həmin cərimələri ödəyəcəkdir. Məhkəmənin gedişində 800 manat pul toplayaraq zərərçəkmiş şəxsə vermişdir, əlavə pul vermək üçün imkanı yoxdur. Amma zərərçəkmiş şəxs onunla barışmamış və dəymiş ziyanı tam tələb edir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 30 may 2020-ci il tarixdə, saat 12:00 radələrində yaşadığı mənzildən çıxıb Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yaşayan bacısı gilə getmişdir. Bunun üçün saat 12:40 radələrində Sumqayıt şəhəri, Sülh prospektinin səkisi ilə piyada hərəkət edərək Nərimanov küçəsinə keçmiş və «Məktəbli» kitab mağazasının sol yan hissəsi ilə piyada səkisindən parka daxil olmaq istəmişdir. Həmin vaxt Sülh prospekti ilə Nərimanov küçəsinin kəsişməsində «Mersedes Bens» markalı avtomobillə göy rəngli «Kia Rio» markalı avtomobil toqquşmuş və zərbənin təsirindən «Kia Rio» markalı avtomobil ona dəyərək xəsarət yetirmişdir. Bundan sonra gözünü açıb xəstəxanada olduğunu görmüşdür. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın tam ödənilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi X4 bildirdi ki, təqsirləndirilən şəxsdən şikayətçidir, məhkəmə iclasında 800 manat ödənilsə də dəymiş ziyanın tam ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs1 nümayəndəsi X2 imzaladığı 17 may 2021-ci il tarixli qəbzdən görünür ki, o dəymiş ziyanın bir hissəsi kimi Təqsirləndirilən şəxs 800 manat almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 «X15» Sumqayıt şəhər şöbəsinin məhkəmə-tibb eksperti Şahid2 göstərdi ki, məhkəmə-tibbi ekspertizasının 11.06.2020-ci il tarixli, 646 nömrəli ilkin rəyində Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən qapalı kəllə-beyin travması, baş-beyinin yüngül dərəcəli əzilməsi müvafiq əsasnaməyə əsasən yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilmişdir. Stasionar müalicə bitdikdən sonra Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər 2 nömrəli poliklinikada nevropatoloqun yanında 42 gün ambulator müalicədə olmuş və ona «qapalı kəllə-beyin travması, baş-beyinin yüngül dərəcəli əzilməsindən sonrakı vəziyyət» diaqnozu qoyulmuşdur. Müvafiq cədvəl üzrə qapalı kəlləbeyin travması, baş-beyinin yüngül dərəcəli əzilməsinin qalıq əlamətləri 20 gündən çox davam edirsə, bu az ağır xəsarət kimi qiymətləndirilir. Ona görə də, onun tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 04.09.2020-ci il tarixli, 40/646 nömrəli əlavə rəyində Zərərçəkmiş şəxs1 aldığı bədən xəsarətləri az ağır kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 30 may 2020-ci il tarixdə, saat 12:00 radələrində özünə məxsus və taksi kimi fəaliyyət göstərdiyi «Mersedes Bens E 270 JDİ» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində sərnişinləri düşürdüb Sumqayıt şəhərinə qayıtmış və saat 12:40 radələrində Sumqayıt şəhərinə çatmış, Sumqayıt şəhəri, Sülh prospekti ilə «Göyərçin» abidəsi istiqamətində hərəkət etmişdir ki, Dənizkənarı bulvar boyu yerləşən Səməd Vurğun küçəsi ilə yaşadığı Corat qəsəbəsinə getsin. Özünə məxsus avtomobildə tək, Sülh prospektinin özünə aid yolunun orta hissəsi ilə təxminən 60 km/saat sürətlə hərəkət edərək Sülh prospekti ilə Nərimanov küçəsinin kəsişməsinə yaxınlaşan zaman, Sülh prospekti ilə Nərimanov küçəsinin kəsişməsində olan işıqfora qədər təxminən 10-15 metr məsafə qalmış qarşısındakı işıqforun yaşıl işığı yandığından öz yoluna davam etmiş, işıqforun yaşıl işığı sönüb-yanmağa başlamışdır, o avtomobilinin hərəkətini davam etmişdir ki, Sülh prospekti ilə Nərimanov küçəsinin kəsişməsini keçib getsin. Həmin zaman sol tərəfdən, Nərimanov küçəsindən Sülh prospekti istiqamətində hərəkət edən, sonradan bildiyi «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısındakı işıqforun qırmızı işığında Nərimanov küçəsi ilə Sülh prospektinin kəsişməsinə daxil olaraq arxa sağ hissəsi ilə onun avtomobilinin qabaq hissəsi ilə toqquşmuş və həmin avtomobilin sürücüsü avtomobili düz sürüb keçib getmişdir. O isə belə bir hadisənin baş verəcəyini gözləmədiyindən toqquşma baş verdiyi yerdə avtomobilini saxlayıb düşmüş və ətrafda olan insanların qarşıya, onun avtomobili ilə toqquşub sürüb keçən «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi istiqamətdə qaçdıqlarını görmüşdür. O, çoxsaylı insanların həmin yerə qaçaraq getdiklərini görərək həmin yerə yaxınlaşmamış və tez bir anda X16 avtomobilləri həmin yerə gələrək xəsarət alanları xəstəxanaya aparmışlar. Sonradan isə bilmişdir ki, «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Akif adlı orta yaşlı kişi küçələrin kəsişməsində qarşısındakı işıqforun qırmızı işığında keçərək onun avtomobili ilə toqquşandan sonra sürüb düz keçərək qarşıda yolun kənarında olan 3 nəfər piyada qadınları vurmuş və həmin qadınlar müxtəlif xəsarətlər almışlar. Bundan başqa, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təhqiqat araşdırılması zamanı həmin hadisə ilə əlaqədar diskə yazılmış görüntülərə baxış keçirilmiş və o, həmin görüntülərdə görmüşdür ki, o, özünə məxsus və idarə etdiyi «Mersedes Bens E 270 JDİ» markalı, **- DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sülh prospekti ilə hərəkət edərək, Nərimanov küçəsinə daxil olmamışdan 1-2 saniyə əvvəl qarşısındakı işıqforun yaşıl işığı sönübyanmış, həmin zaman o, küçələrin kəsişməsinə daxil olmuş və küçələrin kəsişməsinə daxil olduğu zaman işıqforun sarı işığı yanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, özünə məxsus «Mersedes Bens E 270 JDİ» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda təxminən 60 km. sürətlə idarə etmiş və qarşısındakı işıqforun yaşıl işığı yandığı üçün, sonra isə sönüb-yandığı üçün, avtomobilinin hərəkətini davam etdirərək küçələrin kəsişməsinə daxil olmuşdur ki, tez həmin yeri sürüb keçsin, lakin sol tərəfdən, Nərimanov küçəsindən işıqforun qırmızı işığında «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin küçələrin kəsişməsinə daxil olacağını gözləmədiyindən hadisənin qarşısını almaq üçün heç nə edə bilməmişdir. Həmin yol-nəqliyyat hadisəsi zamanı «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hansı sürətlə hərəkət etdiyini bilmir, çünki həmin avtomobilin sol tərəfdən qəflətən onun yoluna çıxacağını gözləməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı özünə məxsus «Mersedes Bens E 270 JDİ» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildə üzü «Göyərçinin» abidəsi istiqamətində hərəkət etdiyi Sülh prospektinə, Nərimanov küçəsi ilə üzü Saray qəsəbəsi istiqamətində hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun qırmızı işığında daxil olduğunu ümumiyyətlə görməmiş, çünki həmin avtomobilin və hər-hansı bir başqa avtomobilin işıqforun qırmızı işığında küçələrin kəsişməsinə daxil olduğunu ağlına gətirməmişdir. Ona görə də, yalnız toqquşma baş verən zaman Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun qırmızı işığında küçələrin kəsişməsinə daxil olduğunu bilmişdir. O, «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun qırmızı işığında küçələrin kəsişməsinə daxil olduğunu heç bir məsafədən görməmiş, bunu yalnız toqquşma baş verən anda başa düşmüşdür, çünki hadisə baş verməmişdən qabaq işıqforun yaşıl işığı sarı işığına keçən zaman idarə etdiyi avtomobildə həmin küçələrin kəsişməsinə daxil olmuşdur, həmin zaman avtomobili yolun ortasında saxlaya bilməzdi və birinci «stop» xəttə kimi hərəkətimi davam etdirməli idi, yoxsa qəza şəraiti yaradardı. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 30 may 2020-ci il tarixdə, saat 12:00 radələrində, onlar, dayısı qızı və eyni zamanda onun həyat yoldaşı Ramilin əmisinin həyat yoldaşı Zərərçəkmiş şəxs3 ilə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən qadın məsləhətxanasına getmişlər. Saat 12:30 radələrində qadın məsləhətxanasından çıxıb, Sumqayıt şəhəri, Sülh prospekti, «Məktəbli» mağazasının qarşısı ilə dükanlara baxa-baxa, avtobus dayanacağına tərəf getmişlər. Həmin zaman arxadan bərk təkər səsi eşidib, özlərini itirmişlər, nə baş verdiyini başa düşməmişlər və bir anda göy rəngli xarici markalı avtomobilin fırlanaraq, arxası ilə onların üstünə gəldiyini görmüşlər. Onlar qorxudan özlərini itirmişlər və həmin göy rəngli xarici markalı avtomobil onlara dəymişdir. Lakin bu ani bir zamanda baş verdiyi üçün, hadisənin necə baş verdiyini tam xatırlamır. Bildiyinə görə, həmin avtomobil birinci Xalidəyə, sonra isə ona dəymiş, onlar yerə yıxılmışlar və hər ikisi xəsarətlər almışlar. Bunu görən ətrafdakı çoxsaylı tanımadıqları insanlar və polis əməkdaşları onlara yaxınlaşaraq köməklik göstərmişlər və onları avtomobilə mindirib Sumqayıt şəhər TTYX-na aparmışlar. Sonradan onlara məlum olmuşdur ki, həmin yol-nəqliyyat hadisəsi baş verməmişdən qabaq «Kia Rio» markalı avtomobillə «Mersedes Bens E 270 JDİ» markalı avtomobil toqquşmuş və zərbənin təsirindən «Kia Rio» markalı avtomobil fırlanaraq gəlib yolun kənarında birinci Solmaz adlı qadını, sonra isə onları vurmuşdur. Onlar bir neçə gün xəstəxanada müalicə alandan sonra evə buraxılmışlar. Həmin hadisə onların arxasında baş verdiyi üçün «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı və «Mersedes Bens E 270 JDİ» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hansı sürətlə hərəkət etdiklərini və Sumqayıt şəhəri, Sülh prospekti ilə Nərimanov küçəsinin kəsişməsində onlardan hansının işıqforun hansı işığında hərəkətini davam etdiyini görməmiş, yalnız «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərbədən fırlanaraq gəlib arxası ilə onlara dəydiyini görmüşdür. Zərərçəkmiş şəxs3 istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş, Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin baş inspektoru, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 30 may 2020-ci il tarixdə o, tək idarə etdiyi **- YP-*** dövlət qeydiyyat nişanlı, 2035 çağırışlı YPX-ti avtomobilində Sumqayıt şəhəri ərazisində 8 nömrəli marşrut üzrə xidmətdə olarkən, saat 13:00 radələrində efir vasitəsi ilə ratsiyada Sumqayıt şəhəri, Nərimanov küçəsi ilə Sülh prospektinin kəsişməsində «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Mersedes Bens E 270 JDİ» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində zərbənin təsirindən «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Sülh prospektinin kənarındakı «Məktəbli» mağazasının qarşısındakı səkiyə çıxaraq, piyada yolu ilə hərəkət edən 3 nəfər qadınları vurub, onlara xəsarətlər yetirdiyini demişlər və o, hadisə yerinə getmişdir. Hadisə yerində ona məlum olmuşdur ki, Şahid1 özünə məxsus «Mersedes Bens E 270 JDİ» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildə Sumqayıt şəhəri, Sülh prospekti ilə üzü «Göyərçinin» abidəsi istiqamətində hərəkət etdiyi zaman Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov küçəsi ilə «Karvan» Ticarət Mərkəzi tərəfdən hərəkət edərək, qarşısındakı işıqforun qırmızı işığında küçələrin kəsişməsinə daxil olmuş və Şahid1 idarə etdiyi avtomobil qabaq hissəsi ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa sağ hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil qabağa fırlanafırlana hərəkətini davam etdirərək, «Məktəbli» mağazasının qarşısındakı səkiyə çıxıb, piyada yolu ilə hərəkət edən 3 nəfər qadınları vurub, onlara xəsarətlər yetirərək, dayanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan qadınları Sumqayıt şəhər TTYX-na aparmışlar. Hadisə yerinə təhqiqatçı gəlib, hadisə yerinə baxış keçirmiş və onlar, birlikdə hadisə yerini müayinə etmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı günah «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuş, çünki, o, küçələrin kəsişməsinə qarşısındakı işıqforun qırmızı işığında daxil olmuş və bu, Sumqayıt şəhər Pİ-nin «Təhlükəsiz şəhər» xidmətinin kameralarında öz əksini tapmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04.06.2020-ci il tarixli, 602 nömrəli rəyindən müəyyən olunmuşdur ki, 1984-cü il təvəllüudlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 1839 nömrəli xəstəlik tarixinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1. Zərərçəkmiş şəxs2 bədənində aşağıdakı xəsarətlər vardır: sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ budun yuxarı ön səthinin, sağ budun aşağı 1/3-nin bayır səthinin, sağ diz oynağının ön səthinin, sol diz oynağının ön səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin, üst dodağın orta hissəsinin selikli qişasının qançırları, üst çənədə solda 1 böyük azı dişin, alt çənədə soldan 1 böyük azı dişin tac hissədən sınıqları. 2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 30.05.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni, YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. (cild 1, i.v. 58-61) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04.06.2020-ci il tarixli, 603 nömrəli rəyindən müəyyən olunmuşdur ki, 1973-cü il təvəllüudlü Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 1842 nömrəli xəstəlik tarixinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1. Zərərçəkmiş şəxs3 bədənində aşağıdakı xəsarətlər vardır: sol dirsək oynağının arxa səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sol baldırın aşağı 1/3-nin bayır-arxa səthini bütünlüklə əhatə edən, sağ baldırın yuxarı 1/3-nin ön iç səthinin qançırları, sağ baldırın yuxarı 1/3-nin iç səthinin, sağ baldırın orta 1/3-nin iç səthinin sıyrıqları. 2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 30.05.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni, YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. (cild 1, i.v. 62-65) İş materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının 04.09.2020-ci il tarixli, 40/646 nömrəli rəyindən müəyyən olunmuşdur ki, 1968-ci il təvəllüudlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 1838 nömrəli xəstəlik tarixinə, 2 saylı poliklinikanın tərtib etdiyi arayışa əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1. Zərərçəkmiş şəxs1 11.06.2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşağıdakı xəsarətlər olmuşdur: qapalı kəllə-beyin travması, baş-beynin yüngül dərəcəli əzilməsindən sonrakı vəziyyət, alının sağ yarısının əzilmiş yarasının, üzün sağ yarısının, boyunun, sağ çiyin və sağ bud nahiyələrinin yumşaq toxumlarının əziyi, sağ göz qapağının hematoması, travmatik konyuktivit, travmatik eşitmə sinirinin nevriti. 2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla, 30.05.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (cild 1, i.v. 93-97) İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 07.07.2020ci il tarixli, 8/759 nömrəli rəyinə əsasən, 1-2. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə; - hərəkət üçün təhlükə yaranan anda «Mersedes Bens E 270» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda «Mersedes Bens E 270» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3-4. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, onun, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (cild 1, i.v. 66-69) 30 may 2020-ci il tarixdə, saat 12:17-də, Sumqayıt şəhəri, Nərimanov küçəsi ilə Sülh prospektinin kəsişməsində «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı və «Mersedes Bens E 270 JDİ» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 3 nəfər piyada qadınların xəsarət almaları ilə bağlı videogörüntülər, həmin ərazidə quraşdırılmış Sumqayıt şəhər Pİ-nin «Təhlükəsiz Şəhər» xidmətinin STŞ-011 kamerasından DVD diskə köçürülərək disk istintaqa təqdim edilmiş və diskə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, 30 may 2020-ci il tarixdə, saat 12:17-də, Sumqayıt şəhəri, Sülh prospektinin və Nərimanov küçəsinin kəsişməsi şərq hissədən qərb istiqamətində görünür və küçədə avtomobillərin hərəkəti müşahidə edilir. Görüntüdən göy rəngli «Kia Rio» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin N.Nərimanov küçəsində işıqforun altında dayanması, sonra hərəkətə başlayaraq N.Nərimanov küçəsi ilə Sülh prospektinin kəsişməsinə daxil olduğu, həmin vaxt «Mersedes Bens E 270 JDİ» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sülh prospekti ilə orta zolaqla yolayrıcı istiqamətində hərəkət edərək, «stop» xəttdən əvvəl ox işarəsinə çatmamış işıqforun sarı işığında yolayrıcıya daxil olduğu, qabaq hissəsi ilə «Kia Rio» markalı, **-HS- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsi ilə toqquşduğu və sonuncu avtomobilin, zərbənin təsirindən «Məktəbli» mağazasının qarşısında yerləşən piyada səkisinə düşdüyü müəyyən olunur. (cild 1, i.v. 39-40) Məhkəmə iclasında da həmin görüntülər nümayiş olunmuş və göstərilənlər təsdiq edilmişdir. Sumqayıt şəhər Pİ-nin «Təhlükəsiz Şəhər» xidmətinin STŞ-011 kamerasından, baş vermiş yol-nəqliyyat hadisəsinin DVD diskə köçürülmüş videogörüntülərində iş üçün əhəmiyyətə malik olan hallar əks olunduğundan və diskə yazılmış videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən, həmin DVD disk iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 may 2020-ci il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi yeri Sumqayıt şəhəri, Sülh küçəsi ilə Nərimanov küçəsinin kəsişməsidir, yolun hərəkət hissəsi üfüqi, düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 23 metr, hərəkət hissəsinin eni 6 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün sarı rəngli ayırma zolağı vardır, işıqforla yol ayrıcı nizamlanır, piyada keçidi vardır. (cild 1, i.v. 5-13) İş materiallarında olan 30 may 2020-cu il tarixli, 2778 və 2779 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, hadisə vaxtı sürücülər Şahid1 və Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışlar. (i.v. 14-15) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 05.10.2020-ci il tarixli tələbnamədən, hökmün və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikasıməhkəməsinin 25.06.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddəsi ilə 07 il azadlıqdan məhrum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 25.09.2007-ci il tarixli qərarı ilə cəza 5 ilə endirilmiş, 01.12.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu olmayan şəxsdir. (cild 1, i.v. 146-148, 189-193, 198-216) İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin 06.01.2021-ci il tarixli məktubundan, “Axtarışda olanın tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə, saat 11:00-da Sumqayıt şəhəri ərazisində saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin MSY-nə təhvil verilmişdir. (cild 2, i.v. 1-2) İş materiallarında olan 07.01.2021-ci il tarixli qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 07.01.2021-ci il tarixdə, saat 14:20-də Sumqayıt şəhər Pİ-nin MSY-dən azad edilərək, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (cild 2, i.v. 37-42) İş materiallarında olan AD № 609617 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və etibarnamədən görünür ki, «kio rio minik» markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur, X12 həmin avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs 05.08.2026-cı il tarixədək etibarnamə vermişdir. (cild 1, i.v. 20-21) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 05.11.2020-ci il tarixli, 110626-1220 nömrəli məktubda, Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş 31.10.2020-ci il tarixli, 302-4136-1220 nömrəli məktubda Təqsirləndirilən şəxs 05.08.2016-cı il tarixdə AJ saylı, «BJ» kateqoriyalı 10 illik sürücülük vəsiqəsi aldığı, 26.02.2018-ci il tarixdən Sumqayıt şəhər Məhkəməsi tərəfindən 6 ay müddətinə sürücülük hüququndan məhrum edildiyi, lakın sürücülük vəsiqəsini təqdim etmədiyi bildirilmişdir. (cild 1, i.v. 49, 176, 217). İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 26 fevral 2018-ci il tarixli, 3(060)-739/2018 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. (cild 1, i.v.218) İş materiallarında olan AC № 746476 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və etibarnamədən görünür ki, «mersedes benz e270 cdi minik» markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur, X9 həmin avtomobillə bağlı səlahiyyətləri X3 11.08.2020-ci il tarixədək etibar etmişdir. (cild 1, i.v. 16-17) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 2, i.v. 45) Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 27.10.2012-ci il təvəllüdlü bir uşağı vardır. (cild-2, i.v.26-30) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “X13” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “X13” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X13” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X13” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “X13” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəliliyik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmişşəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.14 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir uşağı olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İşdə olan “Axtarışda olanın tutulması barədə” protokoldan, 07.01.2021-ci il tarixli qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə, saat 11:00-da tutulmuş, 07.01.2021-ci il tarixdə, saat 14:20-də Sumqayıt şəhər Pİ-nin MSY-dən azad edilmişdir. Ona görə də, onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ziyanın bir hissəsi kimi 800 manat verilsə də zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənilməsini tələb etmiş, amma mülki iddia verməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdən 07.01.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut bir ədəd disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-212/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-212/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver