Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-212/2023 10.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ünvan 2nda Təqsirləndirilən şəxs2 üçün tikintisini birgə apardıqları digər evin təmirinə nəzərdə tutulmuş təxminən 4000 (dörd min) manat pulu itirdikdən sonra həmin miqdarda pulu bərpa etmək üçün özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs təşkil edərək 19 avqust 2022-ci il tarixdə, saat 00:30 radələrində Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən qonşuları Zərərçəkmiş şəxs məxsus mənzildən oğurluq etmək üçün həmin yaşayış sahəsinin həyət qapısının qarşısına gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs2 hər hansı bir şəxs gələrsə Təqsirləndirilən şəxs1 xəbər verməsi üçün küçədə pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə yaşayış sahəsinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, həyətdə yerləşən birmərtəbəli evə pəncərələrdən və giriş qapısından üzərində özü ilə gətirdiyi mətbəx bıçağından istifadə edərək daxil olmağa çalışsa da, pəncərə və qapını aça bilməyib pəncərəni sındırmaq istəyərkən ev sahibi Zərərçəkmiş şəxs onların qanunsuz hərəkətlərindən xəbər tutub evin giriş qapısından həyətə çıxaraq yaşayış sahəsinin həyətində onunla qarşılaşdığı üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz iradələrindən aslı olmayan səbəblərə görə cinayətə yönəlmiş əməllərini başa çatdıra bilməyib oğurluğa cəhd etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2nda valideynləri və qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşayır. Qardaşı nişanlı olduğundan, onlar yaşadıqları evin həyətində qardaşı Təqsirləndirilən şəxs2 ailə həyatı qurduqdan sonra yaşayacağı onlara məxsus olacaq digər bir evin tikintisini aparırlar. Həmin evin tikintisi üçün istifadə edilən pul ailə üzvləri tərəfindən ona həvalə edilmişdir. Evin tikintisi üçün ayrılmış pulun bir qismi istifadə edildikdən sonra təxminən 4000 manat pulları qalmışdır. Evin damını örtmək üçün şiferlər və digər lazımı əşyaları almaq üçün Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Daş bazarına getmişdir. Oraya gedərkəndə pulu üzərində götürmüşdür. Lakin həmin gün Daş bazarına getdikdən sonra şiferləri almaq istədikdə pulun cibində olmadığını və itirdiyini görmüşdür. Bu barədə valideynlərinə deyəcəyi halda əziyyətlə qazandıqları pulun itməsi xəbəri və nəticədə evi tikə bilməməkləri onlara pis təsir edəcəyini fikirləşib bu barədə yalnız qardaşı Təqsirləndirilən şəxs2 deyib məlumat vermişdir. Valideynləri qardaşının evlənməyindən ötrü evin tikintisinin tezliklə yekunlaşmasını istədiyindən itirdiyi pulu bərpa etmək üçün qardaşı ilə birlikdə banklardan kredit götürmək istəsələr də, heç bir yerdə işləmədiklərindən müsbət nəticə almamışdırlar. Həmin miqdarda pulu borc olaraq əldə edə biləcəkləri kimsə də olmamışdır. Buna görə də, o qardaşı Təqsirləndirilən şəxs2 oğurluq edərək qazanc əldə edib evin tikintisinə davam edə biləcəklərini deyib qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs həyat yoldaşı və qızı ilə yaşadığını, lakin həyat yoldaşı Qərənfilin səhhəti ilə bağlı olaraq evdə yaşayanların rayona getdiyini, evdə heç kimin olmadığını, həmin evə oğurluq məqsədi ilə daxil olub oradan 3-4 min pul və ya satışından həmin miqdarda pul əldə edə biləcəkləri əşyaları oğurlamağı təklif etmişdir. Təqsirləndirilən şəxs2 ilk əvvəl bununla razı olmasa da, daha sonra yenə də başqa bir yerdən pul əldə edə bilmədiklərindən Aqşinin təklifi ilə razılaşmışdır. Oğurluğun planı onun tərəfindən hazırlanmışdır. Belə ki, oğurluq etmək üçün həmin evin həyət qapısının qarşısına gəldikdə ilk əvvəl Elçini səsləyəcək, evdən heç bir səs gəlmədikdən sonra isə Təqsirləndirilən şəxs2 həyət qapısının qarşısında dayanıb kənar şəxslərin həmin evə gəlib-gəlməməsini müşahidə edəcək, o isə hasardan atlanıb həyətə daxil olacaq, daha sonra isə evə daxil olub oradan pul və ya satışından qazanc əldə edə biləcəkləri əşyaları oğurlayıb, hasarın üzərindən oğurlayacağı əşyaları qardaşı Vahaba verib daha sonra özü hasarın üzərindən atlanıb həyətdən çıxacaqdır. Daha sonra onlar oğurluq əməli nəticəsində əldə etdikləri pullarla evin tikintisini davam etdirəcəkdilər. Təxminən 3 gün Aqşin kənardan Zərərçəkmiş şəxs yaşadığı evdə kiminsə olub-olmadığını, həmçinin oraya ev sakinlərinin və ya kənar şəxslərin daxil olub-olmadığını müşahidə etmişdir. Müşahidə etdiyi zamanlarda orada heç kimi görmədiyindən, evdə heç kimin olmadığı qənaətinə gəlib oğurluq edə biləcəklərini fikirləşmişdir və 19 avqust 2022-ci il tarixdə onlar Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək üçün qardaşı ilə bildikdə saat 00:30 radələrində yaşadıqları evi tərk etmişlər və dayısına məxsus evin açarını götürüb, həyətdəki yarım tikilidən isə əlcək və vintaçan götürmək üçün oraya daxil olmuşdur. Bir cüt əlcək götürsə də, vintaçan tapa bilməmişdir, əvəzində qapı və pəncərə açmağında istifadə etmək üçün bıçaq götürmək məcburiyyətində qalmışdır. Həmçinin oğurluq zamanı həmin evə o daxil olacağından, evdə və həyətində müşahidə kameralarının olma ehtimalını fikirləşib özünə məxsus olan papağın göz nahiyyələrinə düşən hissələrində götürdüyü bıçaqla iki ədəd kəsiklər yaradaraq əynindəki şalvarın cibinə qoyub evdən çıxaraq, götürdüyü bir cüt əlcəyi əlinə geyinmişdir və Təqsirləndirilən şəxs2 əlcəyi həyətə və evə o daxil olacağından əl-barmaq izinin heç bir yerə düşməməsi üçün geyindiyini demişdir. Götürdüyü papaq və bıçaq barədə Təqsirləndirilən şəxs2 heçnə deməmişdir. Onlar birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyət qapısının qarşısına gəlib, evdə heç kimin olmamağından əmin olmaq üçün Elçini səsləyiblər, heç bir cavab səsi eşitmədiklərindən evdə heç kimin olmadığı qənaətinə gəldiklərindən Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında olan razılığa əsasən evin həyət qapısının çöl tərəfində gözləyib kənar şəxslərin gəlib-gəlməməsini müşahidə etməyə başlamışdır və o, hasardan atlanaraq həyətə daxil olmuşdur. Müşahidə kamerasının olma ehtimalına görə cibindən bir ədəd göz nahiyələri kəsilmiş papağı çıxardıb üzünü örtəcək şəkildə başına geyinmişdir. Həmin zaman yaşayış sahəsinin həyətində və evdə işıq yanmadığından evdə heç kimin olmamadığından tam əmin olmuşdur. Yaşayış sahəsinin həyət qapısı kilitli olduğundan və evdə heç kimin olmadığını zənn etdiyindən evin giriş qapısınının da kilitli olacağını fikirləşib tələsməyərək, yavaşyavaş evin pəncərəsinə tərəf irəliləmişdir. Həyət qapısı tərəfdən evin birinci pəncərəsinə yaxınlaşıb ilk əvvəl əli ilə təzyiq göstərib açmağa çalışsa da, kilitli olduğundan yaşadığı ünvandan götürdüyü bıçağı əynindəki şalvarın cibindən çıxardıb pəncərənin kilit hissəsinə fiziki təsir göstərərək açmağa çalışmışdır, lakin birinci yaxınlaşdığı pəncərəni kilitdən açmağı mümkün olmadığından digər pəncərələri yoxlamağa başlamışdır və digər pəncərələri də kilitdən açmağı mümkün olmadığından həyəcanlanmağa başlamışdır. Qapının kilitinə əli ilə və bıçaqla təzyiq göstərsə də heç bir nəticə əldə edə bilməmişdir. Evin giriş qapısını da kilitdən aça bilmədiyindən, pənəcərəni sındırıb içəri daxil olmaq qərarına gəlib pəncərə tərəfə getdikdə evin giriş qapısı açılmışdır və Zərərçəkmiş şəxs qapıdan çıxdığını görmüşdür. O, evdə heç kimin, o cümlədən Zərərçəkmiş şəxs olmadığını fikirləşdiyindən qəfildən onun evin giriş qapısından çıxmasıyla özünü itirmişdir. Oğurluq əməlini başa çatdıra biləməyəcini bilib, oradan uzaqlaşmaqdan ötrü Zərərçəkmiş şəxs əli ilə itələyib oradan getmək istədikdə sonuncu onun hərəkətinin qarşısını aldığıdan, o, əlindəki bıçaqla Zərərçəkmiş şəxs qorxudmağa çalışmışdır ki, ondan yayınsın və arxası ilə düşmədən həyətdən çıxa bilsin. Bu zaman isə Zərərçəkmiş şəxs bıçaqla birlikdə əlindən tutaraq hərəkət etməyinin qarşısını almışdır. O, ondan uzaqlaşmaqdan ötrü əlini bıçaqdan çəkməyə çalışsa da Zərərçəkmiş şəxs əlindən bərk tutduğundan xəsarət almasından ehtiyat edib hərəkət edə bilməyib, itələşərək əlini çəkib oradan uzaqlaşmaq istəyən vaxt evin giriş qapısından Zərərçəkmiş şəxs qızı Şəhrizad Mustafayeva çıxmışdır və onları görüb qışqırmağa başlamışdır, Zərərçəkmiş şəxs Şəhrizaddan iç tərəfdən əl kiliti ilə bağlanmış həyət qapısını açıb oradan uzaqlaşmasını istəmişdir. Şəhrizad qışqıra-qışqıra, dərhal həyət qapısını kilitdən açıb küçəyə çıxmışdır. Zərərçəkmiş şəxs fikrinin qızı üzərində olduğunu görüb əlini bıçaqdan çəkə bilməmiş və dərhal həyət qapısından çıxıb oradan uzaqlaşmağa başlamışdır. Həyətdən qaçarkən də əlinə geydiyi əlcəyin bir tayı və bıçaq evin həyətində yerə düşmüşdür. Elçin arxasınca gəlməyə çalışsa da onu tuta bilməmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı ünvandan qaçıb çıxdıqda qardaşı Təqsirləndirilən şəxs2 orada görməmişdir. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə oğurluq məqsədi ilə gedərkən də üzərlərində telefon götürmədiklərindən onunla əlaqə saxlaya bilməmişdir. Hadisənin baş verdiyi yerdən uzaqlaşdıqdan sonra dəqiq olaraq xatırlamadığı ərazidə papağı və əlcəyin digər tayını çıxarıb atmışdır, daha sonra Sumqayıt şəhər ərazisində piyada hərəkətini bir müddət davam etdirib digər istiqamətdən geri qayıdaraq yaşadıqları ünvana gəlmişdir. Evə gəldiyi zaman Zərərçəkmiş şəxs yaşadığı evin həyətində baş verənləri Təqsirləndirilən şəxs2 danışmışdır. Qardaşı Vahaba ümumiyyətlə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə gedənədək hər hansı alət və ya vasitədən istifadə edəcəyini deməmişdir. Onların məqsədi Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin yaşadıqları mənzildə olmadığı zaman oradan gizlin olaraq oğurluq edib pul və ya satıb qazanc əldə edə biləcəyi əşya götürmək olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs2la aralarında əvvəlcədən, həyətə daxil olduqdan və Zərərçəkmiş şəxslə qarşılaşdıqdan sonra basqın etmək, o cümlədən zor tətbiq etmək kimi bir niyyətləri olmamışdır. Zərərçəkmiş şəxs xəsarət almaması üçün əli ilə yavaş hərəkət etməyə çalışmış, Şəhrizad Mustafayeva qışqıraraq küçəyə çıxdığı zaman Elçinin fikri qızı üstündə olduğundan əli zəifləşib, o da bundan istifadə edib əlini onun əlindən və bıçaqdan çəkib oradan uzaqlaşa bilmişdir. Əlini çəkərkəndə əlçəyin bir tayı və bıçaq orada yerə düşmüşdür. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, nişanlı olduğundan o, qardaşı və atası yaşadıqları evin həyətində onun ailə həyatı qurduqdan sonra yaşayacağı ayrı bir evin tikintisinə başlamışlar. Həmin evin tikintisi üçün istifadə edilən pul ailə üzvləri tərəfindən qardaşı Təqsirləndirilən şəxs1 verilmişdir. Evin tikintisi üçün ayrılmış pulun bir qismi istifadə edildikdən sonra təxminən 4000 manat pul qalmışdır. Təqsirləndirilən şəxs1 evin damını örtməkdən ötrü şiferlər almaq üçün Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Daş bazarına getmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 evə qayıtdıqda tikintiyə ayrılmış pulu Daş bazarı adlanan ərazidə itirdiyini, tapmağa çalışsa da nəticəsiz olduğunu ona demişdir. Valideynləri evin tikintisinin tezliklə yekunlaşmasını istədiyindən, pulun itməsi barədə onlara heç nə deməyib qardaşı Aqşınlə banklardan kredit götürmək istəsələr də, heç bir yerdə işləmədiklərindən müsbət əldə edə bilməmişlər. Daha sonra qardaşı Aqşin ona oğurluq edərək qazanc əldə edib evin tikintisinə davam edə biləcəklərini deyib, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs həyat yoldaşı və qızı ilə yaşadığını, lakin onların rayona getdiyini, evdə heç kimin olmadığını, həmin evə oğurluq edib itirdiyi pulun əvəzini əldə edə biləcək əşyaları oğurlamağı təklif etmişdir. İlk əvvəl bununla razı olmasa da, daha sonra başqa bir yerdən pul əldə edə bilmədiklərindən Aqşinin təklifi ilə razılaşmışdır. Oğurluğun planı Təqsirləndirilən şəxs1 tərəfindən hazırlanmışdır. Belə ki, oğurluq etmək üçün həmin evin həyət qapısının qarşısına gəldikdə Elçini səsləyəcək, evdən heç bir səs gəlmədikdən sonra isə o, həyət qapısının qarşısında dayanıb kənar şəxslərin həmin evə gəlibgəlməməsini müşahidə edəcəkdir, Aqşin isə hasardan aşıb həyətə və sonra evə daxil olub oradan pul və ya satışından qazanc əldə edə biləcəyləri əşyaları oğurlayıb, hasarın üzərindən oğurlanmış əşyaları ona verib daha sonra özü hasarın üzərindən atdanıb həyətdən çıxacaqdır. Aqşin evə daxil olduqdan sonra pul yox, əşyalar götürəcəyi təqdirdə oğurluq əməlindən sonra birlikdə evin giriş qapısının açarı yaşadıqları ünvanda olan Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən dayısı Ağakişi Ağakişiyevə məxsus evə gedib əşyaları orada qoyub sonra yaşadığları ünvana qayıdacaqdırlar. Bir neçə gün ərzində hissə-hissə olmaqla oğurladığları əşyaları satıb qazanc əldə edəcəkdirlər. Bir neçə gün sonra Aqşin yenidən Zərərçəkmiş şəxs məxsus sözügedən fərdi yaşayış evini müşahidə etdiyini və müşahidə etdiyi zamanlarda orada heç kimi görmədiyini dediyindən, onlar həmin evdə heç kimin yaşamadığından əmin olmuşdur və 19 avqust 2022-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək üçün ilk əvvəl o, təxminən 10 dəqiqə sonra Aqşin yaşadıqları evdən çıxmışdır. Evdən gec çıxmasının səbəbini soruşduqda isə bir cüt əlcəyi göstərib, həyətə və daha sonra evə o, daxil olacağından əl barmaq izinin heç yerə düşməməsindən ötrü o, evdən çıxdıqdan sonra dayısına məxsus evin giriş qapısının açarını götürərək, həyətdəki yarımtikiliyə gedib həmin əlcəyi götürdüyünü və bu səbəblə də, evdən gec çıxdığını demişdir, daha sonra əlcəyin hər iki tayını əlinə geyinmişdir. Onlar birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyət qapısının qarşısına gəlib, Elçini səsləmışlər, heç bir cavab səsi eşitmədiylərindən evdə heçkimin olmadığı qənaətinə gəlib Aqşin hasardan atdanaraq həyətə daxil olmuşdur. O isə əvvəlcədən aralarında olan razılığa əsasən evin həyət qapısının çöl tərəfində gözləyib kənar şəxslərin gəlib-gəlməməsini müşahidə etməyə başlamışdır. Aqşin həyətə daxil olduqdan bir qədər sonra o evin giriş qapısının açıldığını eşitdikdə ilk əvvəl Aqşin qapını açdığını fikirləşmişdir, lakin daha sonra Zərərçəkmiş şəxs qızı Şəhrizadın qışqırığını, daha sonra isə Zərərçəkmiş şəxs qışqıraraq Şəhrizaddan həyətdən küçəyə çıxmasını tələb etdiyini eşitmişdir. Evin boş olmadığı, Zərərçəkmiş şəxs və onun qızının evdə olduğu ona məlum olduğundan, onu görəcəklərindən ehtiyat edib cəld oradan uzaqlaşmağa başlamışdır. Arxasıyca heç kimin gəlmədiyini görüb həmin ərazi ətrafında bir neçə dəqiqə gözləyib qardaşının başına nə gəldiyini öyrənməkdən ötrü Zərərçəkmiş şəxs yaşadığı ünvana qayıtmışdır. Bu zaman darvaza qapısının açıq olduğu, həyətdə bir neçə qonşunun olduğunu, Zərərçəkmiş şəxs və qızı Şəhrizad Mustafayevanın həyəcanlı olduqlarını, lakin qardaşının orada olmadığını görmüşdür. Bir müddət qonşularla birlikdə orada qaldıqdan sonra yaşadığı ünvana geri qayıtmışdır və Təqsirləndirilən şəxs1 evdə olduğunu görmüşdür. Baş verənləri soruşduqda Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə hasardan atdanıb daxil olduqdan sonra müşahidə kamerasının olma ehtimalına görə ondan xəbərsiz yaşadığları ünvanda götürüb cibində saxladığı papağı çıxardıb üzünü örtəcək şəkildə başına geyindiyini, yaşayış sahəsinin həyət qapısı kilitli olduğundan və evdə heç kimin olmadığını zənn etdiyindən evin giriş qapısının da kilitli olacağını fikirləşib ondan xəbərsiz biçaq götürüb qapı-pəncərəni kilitdən açmağında istifadə etməkdən ötrü üzərində saxladığını, lakin yaxınlaşdığı pəncərəni kilitdən açmağının mümkün olmadığından digər pəncərələri yoxlamağa başladığını və digər pəncərələri də kilitdən açmağı mümkün olmadığından, əli ilə və bıçaqla təzyiq göstərsə də heç bir nəticə əldə edə bilmədiyini, pənəcərəni sındırıb içəri daxil olmaq qərarına gəlib pəncərə tərəfə getmək istədikdə evin giriş qapısının üzərinə doğru açıldığını və Zərərçəkmiş şəxs onun qarşısında dayandığını, qəfildən onunla üz-üzə gəlməsi ilə birlikdə özünü itirdiyini, oradan uzaqlaşmaqdan ötrü əlindəki bıçaqla Zərərçəkmiş şəxs qorxudmağa çalışdığını, bu zaman isə Zərərçəkmiş şəxs bıçaqla birlikdə əlindən tutaraq hərəkət etməyinin qarşısını aldığını, ondan uzaqlaşmaqdan ötrü əlini bıçaqdan çəkməyə çalışsa da Zərərçəkmiş şəxs əlindən bərk tutduğundan Elçinin xəsarət almasından ehtiyat edib hərəkət edə bilmədiyini, həmin zaman evin giriş qapısından Zərərçəkmiş şəxs qızı Şəhrizad Mustafayevanın çıxdığını və onları həmin vəziyyətdə görüb qışqırmağa başladığını, Zərərçəkmiş şəxs Şəhrizaddan həyət qapısını açıb oradan uzaqlaşmasını istədikdən sonra Şəhrizad qışqıra-qışqıra, dərhal həyət qapısını kilitdən açıb küçəyə çıxdıqda Zərərçəkmiş şəxs fikrinin qızı üzərində olduğunu görüb əlini bıçaqdan çəkə bilib dərhal həyət qapısından çıxaraq oradan uzaqlaşdığını demişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən özünə məxsus fərdi evdə yaşayır. Həyat yoldaşı X1 yaranmış problemlərlə bağlı müalicə alması və istirahət etməsindən ötrü Ağstafa rayonuna getdiyindən bir müddətdir ki, həmin ünvanda o, qızı Şəhrizad Mustafayeva ilə birlikdə qalır. 19 avqust 2022-ci il tarixdə yaşadığı ünvanda qızı Şəhrizad Mustafayeva ilə televizora baxdıqdan sonra yataq otağına keçmişdir. Qızı isə hələ də televizora baxmışdır. Bir qədər sonra, yəni saat 00:30 radələrində qızı Şəhrizad yataq otağına gələrək onu səsləmiş o, qızına cavab verdikdə, evlərinin həyətində kimisə gördüyünü ona demişdir. Dərhal evin həyətində kiminsə olubolmadığını müəyyənləşdirməkdən ötrü ilk əvvəl evin dəhlizinin pəncərələrindən həyətə baxsa da, həyətin işıqları sönülü olduğundan heçnə görməyib, evin kilitli olan giriş qapısını açmışdır. Qapını açdıqda beli qapıya tərəf olmuşdur. Qapının arxasında kiminsə olduğunu və ona tərəf gəldiyini hiss etmişdir. Həmin tərəfə döndükdə isə başında üzünü örtəcək şəkildə papaq olan bir nəfərin həyətdə olduğunu və əlindəki bıçağı ona doğru hərəkət etdirməyə başladığını görmüşdür. Əli ilə onun əlindən bıçaqla birlikdə tutub hərəkət etməməsindən ötrü müqavimət göstərmişdir. Həmin zaman qızı Şəhrizad giriş qapısından çölə çıxıb onları həmin vəziyyətdə gördükdə həyəcanlanaraq qışqırmağa başlamışdır. O, qızının həyəcanlandığını görüb, Şəhrizada həyət qapısını açıb küçəyə çıxmasını tələb etmişdir. Qızı həyət qapısını kilitdən açıb küçəyə çıxmışdır. Onun fikri və diqqəti qızının üzərində olduğundan həmin şəxs öz əlini onun əlindən çəkməyi bacarmışdır və həyət qapısından qaçaraq küçəyə çıxıb qaçmışdır. O, arxası ilə getmək istədikdə artıq ona çata bilməyəcəyini başa düşüb geri qayıtmışdır. Həmin şəxsin əlindən bıçağın kəsici hissəsi ilə birlikdə tutduğu zaman, həmçinin digər əli ilə də müqavimət göstərib həmin şəxsin qarşısını almaq istədikdə aralarındakı itələşmə zamanı evin divarına dirsəyi dəydiyindən əlində və dirsək nahiyyəsində sıyrıq və yaralar əmələ gəlmişdir. Həmin şəxs öz əlini onun əlindən çəkib oradan uzaqlaşdıqda bıçaq və əlinə geyindiyi əlcəyin bir tayı həyətdə yerə düşmüşdür. Hadisədən dərhal sonra DİN-nin 102 xidmətinə zəng edib, polis bölməsinə ərizə ilə müraciət edərək izahat vermişdir. Zəng etməzdən əvvəl yaşadığı evin həyətində münaqişə yaranan zaman qızı onun tələbi ilə həyət qapısını açıb küçəyə çıxdıqda, qızı ona küçədə həyət qapısının qarşısından bir nəfərin uzaqlaşaraq qaçdığını demişdir. Həyətə daxil olan şəxs ondan evdəki pulları verməyini tələb etməmişdir, sadəcə ona tərəf bıçaq hərəkət etdirdiyini gördüyündən həmin şəxsin ona hədə-qorxu gəlib evdəki pulları və ya qiymətli əşyaları götürmək üçün həyətə qanunsuz daxil olduğunu fikirləşmişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evin keçirilmiş, yaşayış sahəsinin həyəti daş hasarla əhatə olunmuşdur, həyətə giriş üçün dəmir qapı qoyulmuşdur, yaşayış sahəsinin həyətində birmərtəbəli ev vardır, evin 03 ədəd plastik materialdan pəncərəsi, 01 ədəd dəmir materialdan qapısı vardır, baxış keçirilməsinə iştirak edən zərərçəkmiş şəxs-Elçin Məmmədov sözügedən hadisənin evin giriş qapısının qarşısında olduğunu, həyətə daxil olan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, Təqsirləndirilən şəxs2 isə hadisə zamanı həyət qapısının qarşısında gözlədiyini bildirmişdir. İş materiallarında olan ilkin təhqiqat zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli “təqdim etmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs oğlu tərəfindən sözügedən hadisə zamanı həyət daxil olan şəxsin əlində olmuş 01 ədəd qatlanmayan tipli, tiyə və dəstəkdən ibarət, dəstək hissəsinin hər iki səthində qəhvəyi rəngli ləkələr olmaqla, tiyə hissəsində ləkələr olunmayan bıçağı və 01 ovuc səthi qara rəngli, digər hissələri göy rəngli, istifadə edilmiş, arxa səthində “SİZE 10” sözləri yazılmış, arxa səthində tünd qəhvəyi rəngli ləkələr olan əlcək tayı təqdim edilməklə götürülmüşdür. İş materiallarında olan istintaq zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli “təqdim etmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, zərəçəkmiş şəxs- Zərərçəkmiş şəxs tərəfindən 19 avqust 2022-ci il tarixdə, saat 00:30 radələrində yaşadığı ünvana daxil olmuş şəxslə arasında baş vermiş münaqişə zamanı əyninə geymiş olduğu 01 ədəd ağ-mavi-tünd göy rəngli zolaqlı, qısaqol, yaxalığında iki ədəd düymə olan, boynunda “Aguascutum” yazılmış, istifadə edilmiş, səthində qanabənzər ləkələr olan köynək təqdim edilməklə götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 19 avqust 2022-ci il tarixdə saat 16:50-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddəsi ilə ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-352/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilən üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Elçin Məmmədova məxsus Sumqayıt şəhəri. Xəzər bağlarında yerləşən yaşayış sahəsinə Təqsirləndirilən şəxs1 tək olaraq daxil olmuş, Təqsirləndirilən şəxs2 küçədə, sözügedən yaşayış sahəsinin həyət qapısının qarşısında ətrafı müşahidə edərək onu gözləmiş, Təqsirləndirilən şəxs1 həyətə daxil olduqdan sonra Elçin Məmmədov evin giriş qapısını açaraq həyətə çıxmış, bu zaman Təqsirləndirilən şəxs1 oğurluq əməlini başa çatdıra bilməyəciyini başa düşüb Elçin Məmmədovdan yayınıb həyətdən çıxmasından ötrü sonuncu istiqamətində əlində olan bıçağı nümayiş etdirərkən Zərərçəkmiş şəxs bıçağın kəsici hissəsindən tutaraq Aqşin Əliyevin hərəkətinin qarşısını almış, daha sonra Zərərçəkmiş şəxs diqqətinin yayınmasıyla həyətdən çıxıb yaşayış sahəsindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 üzləşmə zamanı, Zərərçəkmiş şəxs zor tətbiq edərək və ya belə hədə ilə basqın etmək niyyətinin olmadığını, sadəcə oğurluq məqsədi ilə yaşayış sahəsinə daxil olduğunu sonuncunun üzünə demişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 1407 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2nda qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailə tərkibi atası-1968-ci il təvəllüdlü Şirinov Azər Ağaşirin oğlu, anası-1967-ci il təvəllüdlü X4, qardaşı 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ibarətdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 19 avqust 2022-ci il tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3cü maddələri ilə ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs X7 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs həyətə Təqsirləndirilən şəxs1 daxil olsa da, hadisənin baş verdiyi zaman qızı Şəhrizad Mustafayevanın onun tələbi ilə həyət qapısından çölə çıxdıqda uzaq məsafədə birini gördüyünü, həmin şəxsi də Təqsirləndirilən şəxs2 oxşatdığı dedikdən sonra əməlin törədilməsində onun da iştirakından şübhələndiyini sonuncunun üzənə qarşı bir daha demiş və Təqsirləndirilən şəxs2 sözügedən əməlin törədilməsində iştirakını təsdiqləyərək, yaşayış sahəsinin həyətinə Təqsirləndirilən şəxs1 daxil olduğunu və məqsədlərinin oğurluq etmək olduğunu etraf edərək bildirmişdir. İş materiallarında olan Ambulator, X11 Kartasından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs “sol əlin arxa səthinin sol dirsək oynağının arxa səthin sağ əlin İİ və İİİ barmağının kəsilmiş yarası” xəsarətləri vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədildiyi müəyyən edilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsindən həmin Məcəllənin 29,177.2.1, 29,177.2.3, 181.2.3 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 547/MTKŞ-2022 saylı məhkəmə-tibbikriminalistik ekspertizası rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ-mavi-tünd göy rəngli zolaqları olan materialdan hazırlanmış, qısaqol, yaxalığı iki ədəd düymə ilə bağlanan, üzərində geyilmə izləri qeyd edilən, səthi qəhvəyimitli rəngli qanabənzər ləkələrlə bulaşmış, boyunun astar səthinə “Aguascutum” sözü yazılmış etiket tikilmiş, uzunluğu 675mm, çiyin nahiyyəsində eni 450mm, qollarının uzunluğu 260mm olan köynəyin üzərində zədə aşkar edilmir. -Təqdim edilmiş 01 ədəd ovuc səthi qara rəngli, digər hissələri göy rəngli materialdan hazırlanmış, üzərində çoxsaylı geyimlə izləri olan, arxa səthinə “SİZE 10” sözləri yazılmış, ölçüləri 235x150mm, barmaq yuvaları ayrı-ayrılıqda, arxa səthində bir qədər tünd qəhvəyi rəngli ləkələr olan əlcək tayının üzərində aşağıdakı zədələr var:
1. ovuc səthi qara rəngli, digər hissələri göy rəngli materialdan hazırlanmış, üzərində çoxsaylı geyimlə izləri vardır, arxa səthinə “SİZE 10” sözləri yazılmışdır, ölçüləri 235x150mm- dir, barmaq yuvaları ayrı-ayrılıqdadır, arxa səthində bir qədər tünd qəhvəyi rəngli ləkələr qeyd edilir, üzərində aşağıdakı zədələr var;
2. Əlcəyin ovuc səthində, 1-ci və 2-ci barmaqlar proyeksiysında daha çox olmaqla, ölçüləri İxlmm-dən 45x20mm-ə qədər olan çoxsaylı dəlib-keçən zədələr var. Zədələrin kənarları sapların qeyri-düz qırılmış uclarında təşkil olunmuş, onlardakı liflər saçaqlanmış, ucları müxtəlif səthlər üzrə dururlar, zədə uclarında sonsaplarda zədələnmə qeyd edilmir, sonuncudan əvvəlki saplar zədə oxu boyunca qeyri-düz bölünmüşlər, zədə kənarlarında və uclarında bəzi sapların ucları nazilmiş,sivrilmişdir. Qeyd edilən zədələrin morfoloji əlamətlərinə əsasən demək olar ki, bu zədələr küt yaranma mexanizminə malik cırılmış zədələrdir. -Təqdim edilmiş 01 ədəd bıçaq- qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 268mm-dir. Bıçaq işçi vəziyyətdə, yəni tiyənin kəsici kənarı aşağı, dəstəyi müayinə edənə tərəf tutmaqla müayinə edilir. Bıçağın tiyəsi - gümüşü rəngli metaldandır, orta xətt boyun uzunluğu 150mm, eni əsasında 30mm, ortada 23mm, uc hissədə İmm-dir. Tiyənin bir kənarı itilənmiş(ülgücü), digər kənarı itilənməmiş, kütdür(küpü). Tiyənin kəsici kənarının konturu əsasında ucuna qədər nisbi qövsvari formada yuxarı qalxaraq digər kənarla birləşir, kəsici kənar iki tərəfdən itilənmişdir, itilənmə hündürlüyü İmm-dir, kafi itilikdədir. Tiyənin küpünün konturu əsasında 90mm məsafəyədək düz istiqamətlidir, bu məsafədən sonra nisbi qövsvari formada aşağı əyrilik əmələ gətiri və tiyənin kəsici kənarı ilə iti bucaq altında birləşərək tiyənin ucunu əmələ gətirir. Tiyənin ucu orta xətt səviyyəsində yerləşir, kafi itilikdədir. Tiyənin küpünün en kəsiyi “p”-varidir, qalınlığı 2mm-ə qədərdir, qabırğaları zəif biruzə olunur. Tiyənin səthi hamardır, üzərində işlənmə izləri qeyd olunur, sol yan səthinə “CROVN BİRD, STAİNLESS STEEL. Kitchen Knife” sözləri və “heyvan başf'nm təsviri həkk olunmuşdur. Tiyənin üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Bıçağın dəstəyi- üzərinə ağ rəngli yapışqanlı lent(leykoplastıraoxşar) sarınmış və qismən tiyənin əsasını örtmüşdür, yuxarı kənarının konturu düz, aşağı kənarının konturu nisbi dalğavaridir, uzunluğu 118mm, eni 21mm-dən 27mm-ə qədər, qalınlığı 18mm-dir. Dəstəyin üzərində qəhvəyimtil rəngli qanaoxşar maddə hissəcikləri qeyd olunur, üzərində sonradan hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Təqdim edilmiş bıçağın forma və konstruktiv xüsusiyyətlərinə, hazırlanma materialı və qaydasına, üzərində zavod nişanının olmasına görə demək olar ki, bıçaq zavod üsulu ilə hazırlanmışdır. Təqdim olunmuş bıçaqla E.N.Tixonovun “Soyuq silahların kriminalistik ekspertizası” adlı ədəbiyyatındakı sənaye və kustar üsulu ilə hazırlanmış tiyəli soyuq silahların. Təsərrüfat-məişət və xüsusi təyinatlı bıçaqların əlamətləri arasında müqayisəli tədqiqat aparıldı. Məlum oldu ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 686/2022-MTBŞ saylı məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, maddi sübutları məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir:
1. Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən)
2. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: AB(İV) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən)
3. X5 ABO sistemi üzrə qrup göstəricisi: AB(İV) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, əlcəyin sol tayı və Zərərçəkmiş şəxs məxsus kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri AB(İV) qruplu şəxsə(şəxslərə), o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs1 məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin balfa (İİİ) qruplu Təqsirləndirilən şəxs2 qarışmış qanının olması da inkar olunmur (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 23/1232 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:
1. Zərərçəkmiş şəxs Sumqayıt şəhər TTYX-na müraciət edərkən sol əlinarxa səthinin, sağ əlin İİ barmağının kəsilmiş yarası, sol dirsək nahiyyəsinin sıyrığı olmuşdur.
2. Qeyd olunan xəsarətlərdən sağ əlin İİ barmağının, sol əlin arxa səthinin yarasıkəsici kənarh alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, sol dirsək nahiyyəsinin sıyrığı-küt əşya təsirindən törənmişdir, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdikdən bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər, birlikdə və ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə törədildiyi müəyyən edilmiş əməlin hüquqi tövsifi dəyişdirilməklə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin məcəllənin 29,177.2.1, 29,177.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri qüvvəsində saxlanılmaqla edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması rədd edilmiş, araşdırma zamanı zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs tərəfindən təqdim edilməklə götürülmüş 01 ədəd ağ-mavi-tünd göy rəngli zolaqlı, qısaqol, yaxalığında iki düymə olan, boynunda "Aguascutum" yazılmış, istifadə edilmiş, səthində qanabənzər ləkələr olan köynək, 01 ədəd ovuc səthi qara rəngli, digər hissələri göy rəngli, istifadə edilmiş, arxa səthində "SİZE 10" sözləri yazılmış, arxa səthində tünd qəhvəyi rəngli ləkələr olan əlcək tayı və 01 ədəd qatlanmayan tipli, tiyə və dəstəkdən ibarət, dəstək hissəsinin hər iki səthində qəhvəyi rəngli ləkələr olmaqla, tiyə hissəsində qana şübhəli ləkələr olunmayan bıçaq cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından maddi sübut hesab edilərək cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra sözügedən əşyalar məhkəməyədək saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə yenidən ittiam elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiam elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-502/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 19 dekabr 2022-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ovla barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onların özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxslərin törədilmiş əməldə hər birinin rolu, əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onlara təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs2 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxslərin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla onlara təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış araşdırma zamanı götürülmüş 01 ədəd ağ-mavitünd göy rəngli zolaqlı, qısaqol, yaxalığında iki düymə olan, boynunda "Aguascutum" yazılmış, istifadə edilmiş, səthində qanabənzər ləkələr olan köynək Zərərçəkmiş şəxs qaytarılmalı, 01 ədəd qatlanmayan tipli, tiyə və dəstəkdən ibarət, dəstək hissəsinin hər iki səthində qəhvəyi rəngli ləkələr olmaqla, tiyə hissəsində qana şübhəli ləkələr olunmayan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməli, 01 ədəd ovuc səthi qara rəngli, digər hissələri göy rəngli, istifadə edilmiş, arxa səthində "SİZE 10" sözləri yazılmış, arxa səthində tünd qəhvəyi rəngli ləkələr olan əlcək tayı məhv edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-942/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 2020 saylı orderə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 vəkili, xx.xx.2022-ci il tarixli 2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 vəkili təyin etmişdir. Müdafiəçilər məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi1 15 saat, Müdafiəçi2 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 6 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış araşdırma zamanı götürülmüş 01 ədəd ağ-mavitünd göy rəngli zolaqlı, qısaqol, yaxalığında iki düymə olan, boynunda "Aguascutum" yazılmış, istifadə edilmiş, səthində qanabənzər ləkələr olan köynək Zərərçəkmiş şəxs qaytarılsın; 01 ədəd qatlanmayan tipli, tiyə və dəstəkdən ibarət, dəstək hissəsinin hər iki səthində qəhvəyi rəngli ləkələr olmaqla, tiyə hissəsində qana şübhəli ləkələr olunmayan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilsin; 01 ədəd ovuc səthi qara rəngli, digər hissələri göy rəngli, istifadə edilmiş, arxa səthində "SİZE 10" sözləri yazılmış, arxa səthində tünd qəhvəyi rəngli ləkələr olan əlcək tayı məhv edilsin. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zaur Hacıyev