Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-212/2024 06.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Müdafiəçi3 və Müdafiəçi1, Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Müdafiəçi4 iştirakı ilə xx xxxxxx 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə saat 14:00 radələrində Şahid2 uşaqlarını götürmək üçün Şahid2 və X3 ilə birlikdə qaynatasının yaşadığı ünvan 2 ünvanına getmiş və mənzilin dəhlizində orada yaşayan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ilk öncə Zərərçəkmiş şəxs2 yumruqla vurmaqla üzün sol yarısının yumşaq toxumalarının əziyi-qançırı, gözün ağlı qişasına qansızma, solda ağız boşluğunun selikli qişasının yarası, sol bazunun, sol bud-çanaq oynağının qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs1 yumruqla vurmaqla sağ gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, sağ gözaltı nahiyyənin yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 arvadı Şahid2 onun anası X1 ilə birlikdə Sumqayıt şəhər 13 saylı tam orta məktəbdə işləyir, həmçinin ailəvi tanışlıqları vardır. Bundan başqa o, Şahid2, həmçinin ailəsinə sürücülük edir. Belə ki, 24 avqust 2023-cü il tarixdə, saat 14:00 radələrində Şahid2 onunla telefon əlaqəsi saxlayaraq getməli yeri olduğunu və onun yaşadığı ünvan 3 ünvanından götürməyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin ünvanın qarşısına gedib Marala zəng edərək çatdığını bildirmiş və Maral da anası X3 ilə birlikdə gələrək onun avtomobilinə əyləşmişlər. Avtomobilə əyləşdikdən sonra Maral onları Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanına aparmağı istəmişdir. Yolda hərəkətdə olarkən Şahid2 ilə Gülara Yusifova arasında olan danışıqdan başa düşmüşdür ki, Şahid2 uşaqlarını görməkdən ötrü Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gedir. Onlar Zərərçəkmiş şəxs1 yaşadığı ünvana çatmış və avtomobili binanın giriş qapısının qarşısında saxladıqdan sonra Şahid2 və anası Gülara Yusifova avtomobildən düşüb binanın blokunun birinci mərtəbəsinə daxil olaraq Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə tərəf getmişlər. Bloka daxil olduqları zaman o, avtomobildə gözləmiş və biraz sonra səs-küy eşidərək avtomobildən düşüb bloka tərəf getmişdir. Blokun qarşısına çatdıqda Maral və Gülaranın, həmçinin Zərərçəkmiş şəxs1 və onun valideynlərinin blokda mənzilin giriş qapısının qarşısında səs-küylə bir-biri ilə danışdıqlarını, Münasibin isə Şahid2 və Gülara Yusifovanın ünvanına nalayiq ifadələr işlədərək, çıxıb getmələrini əl-qol hərəkətləri ilə kobud surətdə tələb etdiyinin görmüşdür. Mübahisə zamanı Gülara Yusifovanın yerə yıxıldığını görüb onu yerdən qaldırmaq üçün Gülaraya yaxınlaşmış və bu zaman Zərərçəkmiş şəxs1 onun da ünvanına nalayiq ifadələr işlətmişdir. Münasibin onun üstünə gəldiyini görüb və onu vuracağından qorxub, oradan uzaqlaşmaqdan ötrü birinci o, Münasibin üz nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmiş və qaçmaq isdəyərkən Münasibin atası Zərərçəkmiş şəxs2 və anası Şahid1 onun paltarından tutub qaçmasının qarşısını almağa çalışarkən o, dartınmış və Zərərçəkmiş şəxs2, Şahid1 və o, birlikdə blokda yerə yıxılmışdır. O, qorxub tez yerdən qalxaraq qaçıb avtomobilə əyləşib oradan bir qədər uzaqlaşmışdır. Bir neçə dəqiqə sonra Şahid2 ona zəng edərək avtomobili tapa bilmədiyini və harada olduğunu soruşmuş, o da Münasib və valideynlərindən qorxuduğu üçün oradan uzaqlaşdığını demişdir. Şahid2 həmin ünvandan çıxdıqlarını və yaxınlıqda yerləşən Araz marketin ətrafında onu gözlədiyini bildirmişdir. Bundan sonra o, həmin əraziyə gəlmiş və Şahid2 iki uşağı və Gülara Yusifova ilə birlikdə avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs2 və Şahid1 vurmamış, lakin qaçmaq istəyərkən həmin şəxslər onu tutub saxlamağa çalışdıqları zaman yerə yıxılmaları nəticəsində yaranmışdır. O, zərərçəkmiş şəxslərin mənzilinə daxil olmadığını, hadisənin də mənzilin giriş qapısının qarşısında, blokda baş verdiyini bildirdi. O, zərərçəkmiş şəxslərdən üzürxahlıq etdiyini və törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təkrarən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında verdiyi ifadəyə uyğun ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, Şahid2 onun həyat yoldaşı olmuş və onların birgə nikahlarından iki övladı var. Onlar boşanmaq qərarına gələrkən Şahid2 iki uşağı ilə birlikdə ondan ayrılaraq, anası ilə yaşamağa başlamışdır. Övladları da anaları Şahid2 ilə birlikdə yaşasa da, bəzi vaxtlarda Marala məlumat verməklə uşaqları öz yaşadığı ünvan 2 ünvana gətirmişdir. Belə ki, 24 avqust 2023-cü il tarixdə oğlu Ramal onun yaşadığı ünvanda olmuş, uşaqlarının birgə vaxt keçirməsindən ötrü günorta saatlarında qızı Rənanı da bağçadan götürərək yaşadığı ünvana gətirmək qərarına gəlmişdir. Narahat olmamasından ötrü Şahid2 ilə telefon əlaqəsi yaradıb bu barədə məlumat vermiş və Maral etiraz etmədiyi üçün o, qızı Rənanı bağçadan götürərək yaşadığı ünvana gətirmişdir. Təxminən bir neçə saat sonra Maral onun mobil telefonuna zəng etmiş, əvvəlcə qızıyla daha sonra onunla danışaraq qızını yaşadığı ünvana gətirməyini tələb etmiş, lakin o uşağın valideyni olduğunu, onunla birgə qalmaq hüququ olduğunu bildirdikdə Maral uşaqların onunla birgə qalmasını istəmədiyini demiş və aralarında sözlə mübahisə etmişdir. Bundan sonra Maral onun atası Zərərçəkmiş şəxs2 mobil telefonuna zəng eləmiş və zəng edən şəxsi Maral olduğunu gördükdə, zəngə özü cavab vermişdir. Maral onun atası ilə danışmaq istədiyini dedikdə, nə sözü varsa ona deməsini bildirərək telefonu söndürmüşdür. Təxminən 20-25 dəqiqə sonra mənzilin qapısının şiddətli döyüldüyünü eşitmiş, dəhlizə çatdıqda atası Zərərçəkmiş şəxs2 mənzilin giriş qapısını açdığını görmüş və həmin vaxt Şahid2 yüksək səslə danışdığı üçün atası Zərərçəkmiş şəxs2 onları içəri dəvət etmişdir. Həmin vaxt Şahid2, anası X3 və sürücüsü kimi işləyən Təqsirləndirilən şəxs birlikdə mənzilə daxil olmuşlar. Maral uşaqları aparmaqdan ötrü səsləyib yanına çağırmışdır. O, atası ilə mübahisə etməməyi və onu söhbət etməkdən ötrü zala dəvət etmişdir. Maral buna etiraz edib uşaqları götürüb getmək istədiyini bildirmişdir. Həmin vaxt Maral ilə birgə gələn Təqsirləndirilən şəxs qəflətən atası Zərərçəkmiş şəxs2 üzünə yumruq zərbəsi endirmişdir. Atası yerə yıxılmış və o, nə baş verdiyini anlamadan Təqsirləndirilən şəxs bir yumruq da ona vurmuşdur. O, zərbənin təsirindən özünü itirmişdir. Elmir dərhal mənzili tərk etmək istəyərkən, atası Şahin və anası Şahid1 Elmirin paltarından tutub saxlamağa çalışmışlar. Elmir dayanmayaraq oradan uzaqlaşmağa davam etdiyi üçün atası və anası evin giriş qapısının qarşısında pilləkənlərin yanında yerə yıxılmış və Elmir oradan qaçıb uzaqlaşmışdır. Həmin zaman da Maral mənzilin zalında olan uşaqlarını götürüb anası Gülara ilə birlikdə oradan çıxıb getmişlər. Daha sonra baş verənlər barədə o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, hadisənin evin daxilində baş verdiyini və hadisə vaxtı kənar şəxslərin olmadığını bildirmişdir. Məhkəmə iclasında təkrarən zərərçəkmiş şəxs qismində dindirilmiş X4 əvvəlki məhkəmə iclasında verdiyi ifadəyə uyğun ifadə vermişdir. Əlavə olaraq o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onun barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, oğlu Zərərçəkmiş şəxs2 və arvadı Şahid1 ilə birgə ünvan 2 ünvanında yaşayır. Oğlu Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid2 ayrıldıqdan sonra Maral övladları ilə birgə valideynlərinin ünvanına köçmüşdür. Uşaqlar Maral ilə birgə yaşasa da, bəzi vaxtlarda Münasib uşaqları yaşadıqları ünvana gətirirmiş. Belə ki, 24 avqust 2023-cü il tarixdə Münasibin oğlu Ramal onlar ilə birlikdə olmuşdur. Münasib oğlunun darıxmamasından ötrü qızını da yaşadıqları ünvana gətirmək üçün həmin gün saat 14 radələrində Münasib qızını bağçadan götürərək yaşadıqları evə gətirmişdi. Təxminən bir neçə dəqiqə sonra Şahid2 Zərərçəkmiş şəxs1 zəng edərək qızı Rəna ilə danışmaq istədiyini bildirmiş və oğlu Münasib onu Rəna ilə danışdırmışdır. Telefon danışığı zamanı nəvəsi hər şeyin yaxşı olduğunu, hətta həmin gün onlarla birgə qalmaq istədiyini anasına demişdir. Bu zaman Maral uşaqların onlarla birgə qalmasını istəməyərək uşaqların hər ikisini onun yaşadığı ünvana gətirməsini Münasibdən tələb etmişdir. Münasib uşaqların atası olduğunu və onunla da birgə qalma hüququ olduğunu bildirmiş və telefonu söndürmüşdür. Bir dəqiqə sonra Maral onun mobil telefon nömrəsinə zəng etmiş və Münasib yenə də zəngə özünün cavab verəcəyini bildirərək, Maral ilə aralarında yenidən sözlə mübahisə edərək telefonu söndürmüşdür. Təxminən 20-25 dəqiqə sonra yaşadıqları mənzilin qapısının şiddətli döyüldüyünü eşitmişdir. Həmin vaxt o, zalda nəvələri və arvadı ilə birlikdə olmuş, Münasib isə paltarlarını dəyişməkdən ötrü yataq otağına keçmişdir. O, mənzilin giriş qapısına yaxınlaşıb qapını açdıqda Münasib artıq dəhlizdə, giriş qapısının yanında olmuşdur. Giriş qapısını açdıqda Şahid2 səs-küy saldığı üçün onları içəri daxil olmasının istəmiş və Maral, onun anası X3 və sürücüsü kimi işləyən Təqsirləndirilən şəxs ilə birlikdə mənzilə daxil olmuşlar. Maral onlarla danışmaq istəmədiyini deyib, uşaqları səsləyərək birlikdə getmələrindən ötrü yanına çağırmışdır. Zərərçəkmiş şəxs1 heç nə deməyərək sakitcə gözləyirdi, arvadı və nəvələri isə zalda olmuşdur. O, mübahisə etməyin lazım olmadığını deyib, uşaqların zalda olduğunu və birlikdə söhbət etməkdən ötrü Maral və digərlərini zala dəvət etmişdir. Maral buna etiraz edib uşaqları götürüb getmək istədiyini təkrarən bildirmiş və uşaqları onlara verməyəcəyini demişdir. O, yenidən zala keçib normal söhbət etməyi təklif etdiyi zaman bir anda Maral ilə birgə gələn Təqsirləndirilən şəxs onun üzünə yumruq zərbəsi endirmiş və o zərbənin təsirindən yerə yıxılmışdır. Başını qaldırdıqda Təqsirləndirilən şəxs bir yumruq da Münasibin üzünə vurduğunu və mənzili tərk etmək istəyərək giriş qapısından bloka çıxmağa çalışdığın görmüşdür. Elmirin qaçıb uzaqlaşmasının qarşısını almaqdan ötrü o və arvadı Gülşən Elmirin paltarından tutub saxlamağa çalışmışlar. Elmir isə qaçmağa davam etdiyi üçün o və arvadı evin giriş qapısının qarşısında pilləkənlərin yanında yerə yıxılmışlar və Elmir oradan qaçıb uzaqlaşmışdır. Həmin zaman da Maral mənzildə olan uşaqlarını götürüb anası Gülara ilə birlikdə oradan çıxıb getmişdir. Daha sonra baş verənlər barədə o və oğlu Münasib DİNnin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onun barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təkrarən zərərçəkmiş şəxs qismində dindirilmiş X7 əvvəlki məhkəmə iclasında verdiyi ifadəyə uyğun ifadə vermişdir. Əlavə olaraq o, Təqsirləndirilən şəxs onun mənzilinə qanunsuz daxil olaraq ona basqın etdiyini və bu səbəbdən ona ağır ittiham verilməsi üçün işin ibtidai istintaqa nəzarət edən prokurora geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Novruq qızı ifadə verərək bildirdi ki, əri Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs1 ilə birgə ünvan 2 ünvanında yaşayır. Oğlu gəlini Şahid2 ayrılandan sonra o, övladları ilə birgə valideynlərinin yaşadığı ünvana köçmüşdür. Lakin arada bir Münasib uşaqları yaşadıqları ünvana gətirirmiş. Belə ki, 24 avqust 2023-cü il tarixdə Münasibin oğlu Ramal onların evində olarkən, Münasib oğlunun darxmamasından ötrü qızı Rənanı da yaşadıqları ünvana gətirmək üçün uşaqların anası Maral ilə telefon əlaqəsi saxlamış və onun razılığın aldıqdan sonra həmin gün saat 14 radələrində Münasib qızını bağçadan götürərək evə gəlmişdir. Onlar evə gəldikdən bir neçə dəqiqə sonra Şahid2 oğlu Münasibə zəng edərək qızı ilə danışmaq istədiyini bildirmiş və nəvəsi telefonla danışarkən həmin gün onlarla birgə qalmaq istədiyini anasına bildirmişdi. Bundan sonra Maral Münasiblə telefonda danışan zaman sözlə mübahisə etmiş və uşaqların onlarda qalmayacağını bildirərək evə gətirməsini tələb etmişdir. Bundan bir neçə dəqiqə sonra Maral əri Zərərçəkmiş şəxs2 mobil telefonuna zəng etmiş və həmin zəngə də oğlu Münasib cavab verərək mübahisə etmişlər. Təxminən 20-25 dəqiqə sonra mənzilin qapısının şiddətli döyüldüyünü eşitmişdir. Həmin vaxt o, zalda nəvələri və əri ilə birlikdə olmuş, Münasib isə əynini dəyişməkdən ötrü yataq otağına keçmişdir. Əri Şahin zaldan dəhlizə keçərək qapını açmış və onun ardıyca oğlu Münasib də dəhlizə çıxmışdır. Zaldan evin giriş qapısı göründüyü üçün o, gələnlərin Şahid2, Maralın anası X3 və Maralın sürücülüyünü edən Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Hər üç şəxs içəri daxil olmuş və Maral uşaqları götürməkdən ötrü gəldiklərini əsəbi şəkildə deməyə başlamışdır. Münasib və o, gəlini Marala heç nə deməmiş və nəvələri də zalda özləri üçün oynamışlar. Lakin əri Zərərçəkmiş şəxs2 Marala sakit olmasını, zala keçib birlikdə söhbət etməyi təklif etmiş və zala dəvət etmişdir. Buna qarşılıq olaraq isə Maral içəri keçməyə ehtiyac olmadığını, uşaqları götürüb getmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 yenidən zala dəvət edib birlikdə söhbət etməyi təklif edəndə, mübahisəyə ehtiyac olmadığını dediyi zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzünə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən Şahin yerə yıxılmış və Şahin yerə yıxıldığı üçün o, dəhlizə gəlmiş və bu zaman Təqsirləndirilən şəxs bir yumruq da oğlu Zərərçəkmiş şəxs1 vurub mənzildən qaçmağa çalışmışdır. O və əri Şahin Elmirin qaçmasına mane olmaqdan ötrü mənzilin giriş qapısından bloka çıxdığı zaman sonuncunun paltarından tutub saxlayarkən Təqsirləndirilən şəxs hərəkətinə davam etdiyi üçün o və əri Şahin giriş qapısının qarşısında, pilləkanların yanında yerə yıxılmışdır. O yıxıldığı zaman yerdə Elmirin paltarından hələdə tutmağa çalışdığından yerdə sürünmüşdür, lakin Təqsirləndirilən şəxs oradan qaçıb uzaqlaşmışdır. Həmin zaman isə Maral mənzildə olan uşaqlarını götürüb anası ilə birlikdə oradan uzaqlaşmışdır. Məhkəmə iclasında təkrarən şahid qismində dindirilmiş Şahid1 Novruq qızı əvvəlki məhkəmə iclasında verdiyi ifadəyə uyğun ifadə vermişdir. Əlavə olaraq o, bildirmişdir ki, hadisə evin daxilində baş vermiş, hadisə vaxtı ətrafda onlardan başqa kənar şəxslər olmamış, evin qapısını həyat yoldaşı Zərərçəkmiş şəxs2 açmış və gəlinləri Maral yüksək səslə danışdığı üçün Şahin onların hər üçün evə dəvət etmişdir. Elmir əvvəlcə Şahini daha sonra isə oğlu Münasibi yumruqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, o, ünvan 3 ünvanında anası X3 və övladları ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 ilə əvvəllər evli olmuş, evlilik müddətində aralarında çoxsaylı mübahisələr olmuş və bu səbəbdən nikahları pozulmuşdur. Övladları isə onunla birlikdə yaşayır. Belə ki, 24 avqust 2023-cü il tarixdə, təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs1 qızı Rənanı bağçadan götürüb birgə vaxt keçirməkdən ötrü bir neçə saatlıq yaşadığı evə aparacağını bildirmişdir. Həmin vaxt oğlu Ramal atası evində olduğundan, o qızının darıxmayacağını fikirləşib və səbəbdən Münasiblə razılaşmışdır. Lakin bağça müəllimi daha sonra onunla əlaqə saxlayıb qızının həmin gün halsız olduğunu, gün boyu onun üçün darıxıb ağladığını, bağçadan qızı Rənanı onun götürmədiyini görüb pis olduğunu müşahidə etdiyini və səhəti ilə bağlı qızı ilə maraqlanmağını istəmişdir. Ona görə də Zərərçəkmiş şəxs1 zəng edib qızının necə olduğunu, qızı ilə danışmaq istədiyini bildirmişdir. Qızı ilə danışan zaman o, özünü yaxşı hiss etmədiyini, onu öz yaşadığı evə gəlib aparmağı istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1la danışaraq qızının səhəti ilə bağlı narahat olduğunu, gəlib qızını götürmək istədiyini bildirmişdir. Bunu dedikdən sonra Zərərçəkmiş şəxs1 onunla mübahisəyə, ünvanına nalayiq ifadələr işlətməyə, onu söyməyə başlayaraq qızının özü ilə qalacağını demişdir. O, bir ana kimi qızının səhətinə görə narahat olduğunu, qızının bu gün onunla qalmasının məsləhətli olduğunu dedikdə, bu səfər də onu söyüb, haqqına girərək yalandan pozğunluqla məşğul olduğunu deyib telefonu söndürmüşdür. O, qızına görə narahat olduğundan mübahisə olmaması üçün qızını götürməsə belə, gedib görmək istədiyindən bu dəfə də Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 mobil nömrəsinə zəng edib əlaqə saxlamağa çalışmışdır. Lakin telefona yenə də Zərərçəkmiş şəxs1 cavab vermiş və ona atası ilə danışmaq istədiyini bildirdikdə Münasib atası Şahinlə danışmayacağını deyib, yenidən söyüb, təhqir etmişdir. Bundan sonra o, Münasibibin yaşadığı ünvan 2 ünvanına getmək qərarına gəlmiş və ailə sürücü kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs zəng edərək yaşadığı ünvandan onu götürməsini bildirmişdir. Bir müddət sonra Elmir gəlmiş və o, anası ilə birlikdə avtomobilə əyləşib Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanına sürməsini bildirmişdir. Təxminən saat 14 radələrində Münasibin yaşadığı ünvana çatmış və o anası ilə avtomobildən düşmüş, Elmir isə onları avtomobildə gözləmişdir. O və anası Gülara bloka daxil olub Münasibin yaşadığı mənzilin qapısını döymüşlər. Qapı açıldıqda Zərərçəkmiş şəxs1, onun atası Zərərçəkmiş şəxs2 mənzildən çıxaraq giriş qapısının qarşısında onları qarşılamış, Münasibin anası Şahid1 isə mənzilin daxilində dayanaraq onlara tərəf baxırmış. O, qızını və digər uşağını görmək üçün gəldiyini demək istəyərkən, Zərərçəkmiş şəxs1 qışqıraraq ünvanına alçaldıcı ifadələr işlədərək onu blokdan qovmağa başladı. Münasib səs-küy saldığı üçün o və anası Gülara Münasibə sakit tərzdə və söyüş söymədən danışmasını bildirmişlər. Lakin Münasib nalayiq ifadələrinə davam etmiş və onları oradan qovmağa çalışdıqda anası Gülara Yusifova yerə yıxılmışdır. Bu zaman Təqsirləndirilən şəxs avtomobildən Gülaranın yerə yıxıldığını görüb tez bloka daxil olmuş və mənzilin giriş qapısının qarşısında anası Gülaranı yerdən qaldırıb oradan götürməyə çalışdıqda Zərərçəkmiş şəxs1 bu dəfə də Elmirin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Elmir onun anasını yerdən qaldırmağa çalışdığı üçün başı aşağı vəziyyətdə olmuş və başını qaldırdıqda isə Münasib Elmirin üzərinə doğru gəldiyini görüb vuracağından qorxaraq Münasibin üz nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmiş və qaçmağa çalışmışdır. Bu zaman isə Münasibin atası Şahin və anası Gülşən onun paltarından tutub qaçmasının qarşısını almağa başlamışlar. Təqsirləndirilən şəxs isə qaçmağa çalışdığı üçün hərəkətini davam etdirdiyindən hər üçü birlikdə yerə yıxılmışlar. Yıxıldıqdan sonra Şahin və Gülşən Elmirdən əllərini çəkdikləri üçün Elmir oradan qaçıb uzaqlaşmışdır. Bundan sonra o, uşaqları səsləyib yanına çağırmış və birlikdə oradan uzaqlaşaraq çıxmışlar. Biraz kənarlaşdıqdan sonra Elmirlə əlaqə saxlamış və Elmir 9-cu mikrorayon ərazisində Araz marketin yaxınlığına gələrək onları yaşadığı ünvana aparmış və daha sonra Elmir onlarla sağollaşıb ayrılmışdır. Hadisə vaxtı Elmir Münasibdən başqa heç kimi vurmamışdır. Elmir oraya yalnız anası yerə yıxıldıqdan sonra gəlmiş və anasını yerdən qaldırmağa çalışmışdır. Nə o, nə Gülara Yusifova, nə də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin mənzilinə daxil olmamışlar. Məhkəmə iclasında təkrarən şahid qismində dindirilmiş Şahid2 əvvəlki məhkəmə iclasında verdiyi ifadəyə uyğun ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü tarixli 1458 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər – üzün sol yarısının yumşaq toxumalarının əziyi-qançırı, gözün ağlı qişasına qansızma, solda ağız boşluğunun selikli qişasının yarası, sol bazunun, sol bud-çanaq oynağının qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi inkar olunur. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü tarixli 1459 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – sağ gpzətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, sağ gözaltı nahiyyənin yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs öz əməlini könüllü olaraq etiraf etməsini və törətdiyi əməldən peşman olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 17 (on yeddi) saat vaxt sərf etmişdir. Ona görə də 102 (yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2023cü il tarixdən 25 avqust 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə ona 102 (yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-212/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-212/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver