Məhkəmə qərarları › İş №1(060)-212/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-212/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-212/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,215 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 20 avqust 2024cü il tarixdə saat 11:30-da Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən “İbo” marketin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,215 qram xeyli miqdarda qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa ittiham aktına əsasən, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq ümumilikdə 0,797 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 17 oktyabr 2024-cü il tarixdə saat 22:50-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən keçən 33 saylı marşrut xəttinin yolunda Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaret qutusunun içərisində 11 (on bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,031 qram, 0,089 qram, 0,062 qram, 0,111 qram, 0,081 qram, 0,089 qram, 0,099 qram, 0,082 qram, 0,090 qram, 0,041 qram, ümumi təmiz çəkisi 0,797 qram qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əsassız olaraq tutulmuşdur. O, ilk dəfə heç bir qərar olmadan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən evindən tutulub aparılmışdır. Onun üzərində narkotik vasitə olmamışdır. O, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yaşayır. Sumqayıt ŞPİnin 1-ci X10 və Azər adlı iki nəfər əməkdaşı xx.xx.2024-cü il tarixdə onun evinə gəlmişlər. Polis əməkdaşları qapını döyüb, özlərini təqdim edib, daha sonra məcburi şəkildə evə girmişlər. Həmin vaxt evdə ondan başqa kimsə olmamışdır. Polis əməkdaşları ona onlarla birlikdə bölməyə getməli olduğunu söyləmiş, Güloğlan onu evdə döymüşdür. O da məcbur qalıb polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Bölmədə ona bir büküm verərək, çəkiliş zamanı cibindən çıxarıb təqdim etməsini demişlər. Onu evdən Güloğlan və Azər aparmışdır. Ruslan adlı əməliyyatçını tanımadığını və sonuncunun orada olmadığını bildirmişdir. Daha sonra onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşmə apararaq onu buraxmışlar. Bundan sonra, oktyabr ayında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 33 saylı marşrut xəttinin yolunda taksi ilə gedən zaman taksinin yolunu kəsərək maşını saxlamış, taksinin arxasınca iki maşın gəlmiş, həmin maşında Sumqayıt şəhər Polis İdarəsindən 3-4 nəfər polis əməkdaşı olmuşdur. Onun yanında isə heç kim olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən nalayiq ifadələr işlədilmiş, o, maşında Polis İdarəsinə aparılarkən polis əməkdaşı Həbib tərəfindən döyülmüşdür. Polis əməkdaşları onun baş nahiyəsinə yumruqla vurmuşlar. Polis əməkdaşları onu İdarəyə aparmış və ona ayrılmış bükümləri üzərinə götürməsini bildirmişlər. O, buna etiraz etsə də, daha sonra məcbur qalıb əməli boynuna götürmüşdür. Xəsarət almasa da, onun baş nahiyəsinə yumruqla vurub, qolunu burmuşlar. Narkotik vasitəni ona baş idarədən Həbib adlı şəxs vermişdir. O, narkotik vasitədən sonuncu dəfə ilk tutulmasından öncə istifadə etmiş, adətən heroindən istifadə etmişdir. Daha sonra müalicə almış, narkotik vasitədən istifadə etməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı məcbur qaldığı üçün, ona Həbib tərəfindən cinayət əməlini boynuna alması barədə təzyiqlər olduğu üçün özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsi barədə ifadə vermişdir. O təcridxanaya daxil olarkən bədənində ağrı olduğunu bildirmiş, lakin, heç bir xəsarət izi olmadığından ona ağrını kitabçaya yaza bilmədiklərini söyləmişlər. Onun üzərində heç bir xəsarət olmadığından döyülmə barədə qeyd aparılmamışdır. Onu həbs üçün məhkəməyə gətirəndə də CM-nin 234.1-ci maddəsilə gətirdikləri üçün ona edilən təzyiqlər barədə məlumat verməmişdir. Şəxsi axtarış zamanı isə polis əməkdaşlarının yanında müdafiəçiyə ona edilən təzyiqlər barədə məlumat verməyə qorxmuşdur. Lakin, istintaqın sonunda onun əməlini CM-nin 234.2-ci maddəsinə dəyişmişlər. Bundan sonra o, döyülməsi və ona qarşı edilən zorakılıq hərəkətləri ilə bağlı Prokurorluğa şikayət etmişdir. Onun şikayəti əsasında araşdırma aparılmış və ona bu barədə məktub göndərilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi bildirilmişdir. Qeyd olunan qərardan şikayət verməmişdir. Göstərilənlərə əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, əvvəllər Rusiya Federasiyasının, Sank-Peterburq şəhərində yaşamış, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən bir ay əvvəl Azərbaycan Respublikasına gəlmişdir. Xeyli müddət əvvəl narkotik tərkibli və psixotrop maddələr istifadə etmiş, buna görə də Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar getdiyi Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən, Nərimanov metrostansiyasının girişlərinin birində adını, soyadını, ata adını, eləcə də barəsində digər anket məlumatlarını bilmədiyi əvvəllər tanımadığı şəxslə qarşılaşdıqda, həmin şəxs ona yaxınlaşaraq narkotik vasitə olan və kakos adlandırılan heroin almaq istəyib istəmədiyini soruşmuş, bundan sonra həmin şəxsə 10 manat verərək, həmin şəxsdən bir ədəd sellofan bükümdə narkotik vasitə olan “kakos” adlandırılan heroin almış və sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Səhəri gün, yəni xx.xx.2024cü il tarixdə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “İbo” marketin yaxınlığında olarkən, ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməklə daşınmasında şübhəli olduğundan saxlanıldığını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişdir. Bundan sonra etiraz etmədən polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getmiş, həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığı narkotik vasitə üzərində olmuş, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getdikdən sonra, bölmənin inzibati binasındakı otaqlardan birinə dəvət edilmiş, orda ona təqdim edilmiş siyahıdan seçdiyi müdafiəçinin iştirakı ilə ona ilk əvvəl hüquq və vəzifələri izah olunmuş, sonra isə üzərində qanunla saxlanılması və ya daşınması qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmiş, bundan sonra əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı, içərisində narkotik vasitə heroin olan bükümü, həmin cibində olan kağız və metal pul əskinasları ilə birlikdə çıxarıb təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Ondan təqdim etdiyi bükümün içərisindəki maddənin nə olduğunu, nə vaxt, hardan və kimdən, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən metrostansiyanın çıxışlarının birində təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılsa da üzərindən başqa hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş sellofan bükümdəki narkotik vasitə olan “kakos” adlandırılan heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,27 qram olması müəyyən edilmiş, sonra isə qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş kağız və metal pul əskinasları isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi ona izah edilərək özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq protokolu imzalamışdır. Bundan başqa, polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən təsadüfən qarşılaşdığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə qırx manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün on bir ədəd bükümdə narkotik vasitə olan heroin almış və sonradan istifadə etmək məqsədilə siqaret qutusunun içərisinə qoyaraq üzərində saxlamışdır. Bundan sonra isə yaşadığı Sumqayıt şəhərinə geri qayıtmış, sonradan, yəni həmin gün saat 22:50-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində 33 saylı marşurut xəttinin yolu adlanan ərazidə olarkən ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edib, polis əməkdaşları olduqlarını, narkotik tərkibli və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Bundan sonra etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getməyə razılıq vermiş, polis idarəsinə gəldikdən sonra isə polis idarəsinin xidməti otaqlarının birinə daxil olmuşlar. Orda hüquq və qanuni mənafelərinin müdafiəsi üçün təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 ona təqdim edilmiş, həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə, həmçinin video kameranın yaddaşına qeyd edib video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi də bildirilmiş, üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub olmaması soruşulmuşdur. Etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşlarının təklifi ilə əynindəki idman şalvarının sağ yan cibində siqaret qutusunun içərisində saxladığı içərisində on bir ədəd bükümdə narkotik vasitə heroin olan siqaret qutusunu çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümlərdəki maddələrin narkotik vasitə olan heroin olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl həmin gün Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə qırx manat pul verərək, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi, içərilərində narkotik vasitə heroin olan bükümlərin içərisinə baxış keçirilmiş, daha sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitənin ümumi çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılmış və üzərində qeydlər aparılaraq götürülmüşdür. Daha sonra üzərinə əlavə olaraq polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq protokolu imzalamışdır. xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə heroini satmaq fikri olmamış, narkotik vasitə heroini xeyli müddətdir istifadə etdiyindən, həmin narkotik vasitə heroinləri də şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcə də digər qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. xx.xx.2024-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitə heroinləri alarkən, həmin narkotik vasitələr on bir ədəd xırda bükümlərə qablaşdırılmış, narkotik vasitə aldığı şəxsin hansı səbəbdən ona satdığı narkotik vasitələri xırda bükümlərə qablaşdırmasının səbəbi ona məlum deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 1- ci PB-yə Əkrəm adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Əkrəm adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olubolmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əkrəm adlı şəxsin xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Corat bağ massivi, ev 2504-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən “İbo” marketin yaxınlığında olduğu müəyyən edilmiş, həmin gün saat 11:30-da həmin ərazidə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid2 ilə yaxınlaşaraq onu saxlamışlar. Daha sonra ona özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli və ya psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcədə istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən, onlara qarşı heç bir müqavimət göstərmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirib, raport tərtib etməklə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin cinayət axtarışı üzrə kiçik inspekroru Şahid2, eləcədə Təqsirləndirilən şəxs, ona təyin edilmiş müdafiəçinin iştirakları ilə ona hüquq və vəzifələri izah edilmiş, narkotik tərkibli və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında və qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulmuş, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu təsdiq edərək xidməti otaqdakı masaya yaxınlaşaraq əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü, kağız və metal pul əskinaslarını çıxarıb təqdim etməklə, xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən digər hər hansı saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş sellofan bükümün içərisinə baxış keçirilərkən isə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Ondan aşkar edilmiş sellofan bükümdəki kütlənin nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində saxladığını soruşduqda, o həmin kütlənin narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, narkotik vasitəni həmin gün Bakı şəhəri ərazisində əvvəllər tanımadığı, təsadüfən tanış olduğu, adını, soyadını, ata adını və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş içərisində qəhvəyi rəngli kütlə olan sellofan büküm elektron tərəzidə çəkildikdə ümumi çəksinin 0,27 qram olması müəyyən edilmiş, daha sonra isə qablaşdırılmaqla götürülmüşdür. Məhkəmənin sualına cavab olaraq Şahid1 bildirmişdir ki, o və Azər Təqsirləndirilən şəxs çöldə, yolun qırağında saxlamış, onun evinə girməmişlər, Güloğlan həmin tədbirdə iştirak etməmiş və Təqsirləndirilən şəxs saxlanılarkən onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermiş, məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs evini tanımır, onu Ruslanla Corat bağları ərazisində narkotik vasitə və ya psixotrop maddəni üzərində gəzdirməsi və qəbuluna dair əməliyyat məlumatı əsasında saxlamışlar. Saxlanılarkən Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Hafiz oğlu ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə Əkrəm adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də Əkrəm adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, bundan sonra keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Əkrəm adlı şəxsin xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Corat bağ massivi, ev 2504-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 22:50-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən keçən 33 saylı marşrut xəttinin yolunda Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3la yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamış, ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcə də satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-yə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis idarəsinə gətirib, raport tərtib etməklə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİnin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3, eləcə də Təqsirləndirilən şəxs, ona təqdim edilmiş müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu təsdiq edərək əynindəki idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxış keçirilərkən siqaret qutusunun içərisindən ümumilikdə 11 (on bir) ədəd siqaretin gümüşü rəngli kağızlarına bükülmüş bükümlər aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin içərisində nə olduğunu, nə vaxt, kimdən, harda, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda, o üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni həmin gün Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən təsadüfən qarşılaşdığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə qırx manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüş bükümlərin içərisinə baxış keçirildikdə, hər bir bükümün içərisində ayrı-ayrılıqda qəhvəyi rəngli maddələrin olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kağız bükümlər birlikdə elektron tərəzidə çəkildikdə, ümumi çəkilərinin 1,37 qram təşkil etməsi müəyyən edilmiş, bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq da şəxsi axtarış keçirilsə də, onun üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş içərisində qəhvəyi rəngli kütlə olan bükümlər içərisi boş zərflərə qablaşdırılaraq götürülmüş, sonda isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmənin sualına cavab olaraq Şahid4 ona əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri satması və istifadəsi üzrə gəldiyini, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını ehtimal edib yaxınlaşıb, onu saxladıqlarını, heç kimin təqsirləndirilən şəxsi döymədiyini, onu saxlayarkən taksidə olmadığını, piyada olduğunu, bükümləri özü şəxsən təqdim etdiyini, məhkəmədə yalan danışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 Hafiz oğlunun ifadəsi ilə eyni məzmunda ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs taksidə olmamış, sonuncu piyada hərəkətdə olarkən onun və Elnur tərəfindən saxlanılmış, onun barəsində narkotik vasitələrin satışı ilə bağlı və saxlanılanadək əvvəl tutulmağı barədə onlarda məlumat olmamış, tutularkən təqsirləndirilən Təqsirləndirilən şəxs onlar tərəfindən heç bir təzyiq göstərilməmiş, döyməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs saxlanılarkən onlara heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:50 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübuti əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır.(i.v.26) Şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə saat 23:34-dən saat 23:46-dək şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək müdafiəçi təqdim olunmuşdur, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyaların olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd Sabranie markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusu açılan zaman siqaret qutusunun içərisində ümumilikdə 11 ədəd gümüşü rəngli kağız bükümlərin olduğu, həmin bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 11 ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 1,37 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir.(i.v.28-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4928 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,022 qram, 0,031 qram, 0,089 qram, 0,062 qram, 0,111 qram, 0,081 qram, 0,089 qram, 0,099 qram, 0,082 qram, 0,090 qram, 0,041 qram ümumi təmiz çəkisi 0,797 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olmuş, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata qəbul edildi 0,797 qram; nümunə götürüldü 0,11 qram maddə, qalıq 0,687 qram maddə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. (i.v.43-47) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə saat 12:00-da ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.56-57) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində dindirilmişdir.(i.v.64-66) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-328/2024 nömrəli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v.74-75) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 11 (on bir) ədəd bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,031 qram, 0,089 qram, 0,062 qram, 0,111 qram, 0,081 qram, 0,089 qram, 0,099 qram, 0,082 qram, 0,090 qram, 0,041 qram ümumi təmiz çəkiləri 0,797 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ümumi təmiz çəkisi 0,797 qram olan narkotik vasitə heroindən tədqiqata ümumi 0,11 qram sərf edildikdən sonra qalıq 0,687 qram çəkisinin qalması nəzərə alınaraq, qalıq qalmış narkotik vasitə heroin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v.76-77) Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə cinayət işinin istintaqı davam etdirilmişdir. Birləşdirilmiş cinayət işlərinin nömrəsi ********* kimi saxlanılmışdır.(i.v.80-81) Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir.(i.v.84) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur.(i.v.100) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasə qərara alınmışdır.(i.v.107) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokol və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə saat 13:06-dan saat 13:13-dək şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyaların olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin 01 ədəd sellofan bükümün içərisində tünd qəhvəyi rəngli maddə olması aşkar edilmiş, həmin 01 ədəd sellofan büküm içərisində olan tünd qəhvəyi rəngli maddələrlə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,27 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə narkotik vasitənin olan heroin olduğunu, həmin maddəni Bakı şəhərində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. (i.v.109-111) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4253 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən tünd qəhvəyi rəngli maddə; 1)/imza/ Təqsirləndirilən şəxs; 2)/imza/ Müdafiəçi; 3)/imza/ Şahid1; 4)/imza/ Şahid2; Təhqiqatçı: /imza/ Şəhriyar Kərimli” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi : 0,215 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edildi 0,215 qram, nümunə götürüldü 0,05 qram, 0,165 qram heroin geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. (i.v.120-124) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v.135-136) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində dindirilmişdir.(i.v.144-146) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir.(i.v.148-149) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Xıdırlı X7 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.(i.v.153-154) Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.(i.v. 159-167) xx.xx.2024-cü il tarixli əməmliyyat tapşırığına verilmiş cavabda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilməsi və onların narkotik vasitələrin və psixotrop maddələrin satışı, qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməməsi qeyd edilmişdir. (i.v. 184) Doğum haqqında arayışdan görünür ki, X12 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Mənsimova Şəfa V. qızıdır. (i.v. 185) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsin X2 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 6179 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.190-191) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 xx.xx.2024-cü il tarixli, 1816 nömərli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (i.v.192-194) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, video görüntülər olan 02 (iki) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 11 (on bir) ədəd bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 11 (on bir) ədəd bükümdə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ümumi təmiz çəkisi 0,797 qram olan narkotik vasitə heroindən tədqiqata ümumi 0,11 qram sərf edildikdən sonra qalıq 0,687 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış narkotik vasitə heroinin saxlanması üçün Sumqayıt ŞPİ-nin sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ümumi təmiz çəkisi 0,215 qram olan narkotik vasitə heroindən tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 0,165 qram çəkisinin qalması nəzərə alınaraq, qalıq qalmış narkotik vasitə heroinin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdiriərək və ya əlavələr edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (i.v.216-217) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.224-227) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun məktub və ona əlavə edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında xx.xx.2025-ci il tarixdə Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru ədliyyə müşaviri Elşən Məmmədov tərəfindən CPM-nin 39.1.1-ci maddəsinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Məhkəmə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, həqiqətən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımış, lakin bu satış məqsədi ilə edilməmişdir. Tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 234.2ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin, həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, ona irəli sürülmüş bu ittihamın əsasını yalnız sonuncunun üzərində aşkar edilmiş narkotik vasitənin bükümlərinin sayı təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli epizod üzrə əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddə ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham edilən əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda hər birində təmiz çəkiləri- 0,022 qram, 0,031 qram, 0,089 qram, 0,062 qram, 0,111 qram, 0,081 qram, 0,089 qram, 0,099 qram, 0,082 qram, 0,090 qram, 0,041 qram, ümumi təmiz çəkisi 0,797 qram olan heroini əldə edib özündə gəzdirib saxlamışdır. Həmin əməl isə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki, istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. İbtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.2-ci maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Müəyyən edilmişdir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edərkən, yalnız narkotik vasitənin 11 büküm olmasını əsas götürülmüş, lakin, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi və ya satması ilə bağlı heç bir sübut əldə edilməmişdir. Cinayətin subyektiv cəhətinin ünsürlərindən olan “məqsəd” Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı şəxs (şəxslər) ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Onun əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə prosesində ifadə vermiş şahidlər Sumqayıt ŞPİnin CAŞ-nin əməliyyat müvəkkili Şahid4 və Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 məhkəmə iclasında verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını ehtimal etmişlər və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəqiq məlumat olmamışdır. Həmçinin cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2024-cü il tarixli məktubunda da göstərilir ki, Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı üzrə tərəflərindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilməsi və onların narkotik vasitələrin və psixotrop maddələrin satışı, qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün həmin narkotik vasitənin ayrı-ayrı bükümlərdə olması kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Narkotik vasitənin ayrıayrı bükümlərdə olması yalnız satışla bağlı şübhə yarada bilər, həmin şübhələrin real olmasını isə konkret sübutlar əsasında müəyyən etmək olar. Müvafiq sübutlar olmadan yalnız şübhə əsasında şəxsə ittiham elan edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən digər sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamışdır, bundan başqa təqsirləndirilən şəxsin üzərindən, evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə narkotik vasitənin və ya elektron tərəzinin aşkarlanmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan başqa, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Sadalananlardan da, göründüyü kimi, sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına dair ibtidai istintaq orqanının gəldiyi qənaət ehtimallara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olması, müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün əsas ola bilər. Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallardan sübut kimi istifadə edilməsi üçün əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və CPM-nin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına xx.xx.2024-cü il tarixli polis əməkdaşı tərəfindən tərtib edilən raport əlavə edilmişdir. Lakin, həmin raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və saxlaması barədə məlumat olması göstərilmişdir. xx.xx.2024-cü il tarixli əməliyyat məlumatında və həmin tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri gəzdirməsi və saxlaması barədə məlumat olması qeyd edilsə də, həmin epizod üzrə şahidlər Şahid4 və Şahid3 məhkəmənin sualına cavab olaraq ifadələrində dəqiq satışla bağlı məlumat olmadığını və narkotik vasitələrin satışı ilə məşğul olmasını ehtimal etdikləri üçün saxladıqlarını bildirmişlər. Qeyd edilən ehtimal təqsirləndirilən şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham verilməsinə əsas vermir. CPM-in 125.1-ci maddəsinə əsasən isə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı şübhələr olduğundan tam, hərtərəfli araşdırma aparılsa da, yekunda bununla bağlı heç bir nəticə əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İndiki halda narkotik vasitənin xırda bükümlərdə olmasından əlavə başqa sübutlar mövcud deyil. Yalnız bu halın mövcud olması şəxsə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün kifayət etmir. İndiki halda narkotik vasitənin xırda bükümlərdə olmasından əlavə başqa sübutlar mövcud deyil. Yalnız bu halın mövcud olması şəxsə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün kifayət etmir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında polis əməkdaşları tərəfindən döyüldüyünü, ona qarşı zor tətbiq edildiyini bildirmiş və qeyd edilən hal üzrə Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmamış və xx.xx.2025-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin qərarla razı olmadığını desə də, qərardan şikayət verilmədiyini bildirmişdir. İşin digər halları ilə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə üzərində saxlaması öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında tutularkən üzərində ümumiyyətlə narkotik vasitənin olmaması, şəxsi axtarış zamanı təqdim etdiyi bükümlərin polis əməkdaşları tərəfindən psixi və fiziki təsir nəticəsində üzərinə qoyulması barədə bildirdikləri özünü müdafiə xarakterlidir və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün edilən cəhddir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntülərdən aydın olur ki, təqsirləndirilən şəxs sərbəst şəkildə bükümləri cibindən çıxarıb təqdim etmiş, müdafiəçinin verdiyi suallara cavab olaraq narkotik vasitənin ona məxsus olduğunu, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitəni şəxsi istifadə etmək üçün aldığını, ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilmədiyini, konfidensial görüşə ehtiyac olmadığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək araşdırma müddətində ifadəsində verilən suala qələmlə yazdığı cavabında (iş materialı-səhifə 224) narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini qeyd etmişdir. Bundan əlavə cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin dindirilmə protokollarında ifadəsində özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, ona xx.xx.2024-cü il tarixdə CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edildikdən sonra verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini – narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini qeyd etmiş, şəxsin özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilməsi vəsatət olaraq qiymətləndirilmiş və bu barədə qərar qəbul edilmiş, vəsatət tam olaraq rədd edilmişdir. Təqsirləndirilən şəxs rədd edilmə barədə qərarla tanış olarkən, təkrarən öz vəsatətini müdafiə etmişdir. Həmin müdafiənin hər hansı prosessual mahiyyəti olmasa da, qeyd olunanlar onu göstərir ki, təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün kifayət qədər imkanı olmuş, buna baxmayaraq CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Qeyd olunanlar Təqsirləndirilən şəxs məhkəmə iclaslarında bildirdiklərinin özünümüdafiə xarakterli olduğunu təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərətəyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Xıdırlı X7 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Lakin, o, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, o cümlədən narkotik vasitənin növünü və miqdarını, yüngülləşdirici hal kimi təqsirləndirilən şəxsin azyaşlı uşağının olmasını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6179 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6179 nömrəli rəyini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,687 qram və 0,165 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci cəmi 125 (bir yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,687 qram və 0,165 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi- 125 (bir yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 55 saata görə 405 (dörd yüz beş) manat (40 saat 6 manatdan, 15 saat 11 manatdan hesablanmaqla) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar