Məhkəmə qərarları › İş №1(060)-213/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-213/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-213/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli (himayəsində 03 azyaşlı övladı var), orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 479-da qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Məmmədseyid oğlu 12 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 0,184 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 13.10.2020-ci il tarixdə saat 15:46 dəqiqədə Sumqayıt şəhəri, 11-ci mikrorayon, “Qarajlıq” adlanan ərazidə saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 0,184 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 24.11.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Corat bağları, 2396 G saylı evinin darvazasının qapısının açıq olmasından istifadə edib həyətə qanunsuz daxil olaraq həyətdə olan 1100 (bir min yüz) manat dəyərində 2019-cu ilin istehsalı “Mondial” markalı avtomat ötürücüsü 50 ss olan 01 ədəd qara rəngli mopedi, 60 (altmış) manat dəyərində olan qara rəngli mopedin 01 ədəd yük yerini, 60 (altmış) manat dəyərində olan 01 ədəd qara rəngli sürücü motokaskanı, 10 (on) manat dəyərində olan qara rəngli moped üçün 01 ədəd rezin ayaqaltını, 4 (dörd) manat dəyərində üzərində «Exploit,10-250 mm» markalanma yazıları olan 01 ədəd vintaçanı (qaz açarını) gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 1234 (bir min iki yüz otuz dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 479-da ailə üzvləri ilə birlikdə yaşayır. 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bir neçə il olar ki müəyyən zaman fasiləsi ilə narkotik vasitələr qəbul edir. 12.10.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəimanov rayonuna dostunun yanına getmiş. Geri qayıdarkən Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 10 AZN məbləğə şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin alıb əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. 13.10.2020-ci il tarixdə saat 15:40 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən qarajlar cərgəsi ilə gedərkən üç nəfər polis əməkdaşları ona yaxınlaşıb videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirmişlər. O da etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı şəxsi istifadəsi ücün aldığı siqaretin qızılı kağızına bükülmüş içərisində narkotik vasitə olan heroin aşkar edilmiş, polis əməkdaşları həmin narkotik vasitəni haradan və hansı məqsədlə əldə etməsini ondan soruşanda, o bir gün əvvəl Bakı şəhəri Şamaxinka adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 AZN məbləğə aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərindən narkotik vasitə aşkar edilməsi ilə bağlı sənədləşdirmə aparmaq üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. Orada xidməti otaqların birində üzərindən aşkar olunan narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi 0,25 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən narkotik vasitə aşkar edilməsi barədə tərtib edilən sənədləri imzalamışdır. 24.11.2020-ci il tarixdə təxminən saat 21 radələrində Sumqayıt şəhəri, Corat bağları ərazisində olarkən Zərərçəkmiş şəxs 2396 saylı evinin qarşısında keçəndə onun darvazasının açıq olduğunu görmüşdür. O, darvazadan içəri baxıb həyətdə bir ədəd qara rəngli moped olduğunu görmüş,darvazanın qapısının açıq olmasından istifadə edərək həmin mopedi oğurlamaq qərarına gəlmişdir. Ətrafa baxıb heç kəsin gəlmədiyini əmin olduqdan sonra darvazanın qapısından içəri daxil olmuş, həyətə daxil olub mopedi həyətdən yavaş-yavaş əli ilə sürərək çıxartmış və mopedi yaşadığı ünvana gətirmişdir. O mopeti evə gətirmişdir. Moped “Mondial” markalı olmuş, oturacağının üzərində “mondial” sözləri yazılmışdır. Həmçinin o evdə mopedə baxanda yük yerinin içərisində moto kaska, vintaçan və ayaqaltısı olduğunu görmüşdür. O onlara əl dəymədən elə yük yerində saxlamışdır.Bir neçə gün sonra polis əməkdaşları onunla söhbət edəndə o polis əməkdaşlarına hadisəni törətdiyini etiraf etmiş və mopedi öz evində saxadığını demişdir. 01.12.2020-ci il tarixdə mopedi yük yerindəki digər əşyalarla birlikdə polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Başqa heç bir yerdən oğurluq etməmiş və heç kəslə əlbir olmamışdır. Narkotik vasitəni aldığı şəxsi həmin gün görmüş, əvvəllər onu tanımamış, onunla heç bir münasibəti olmamışdır. Törətdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri Corat Bağları ev 2396G-də ailəsi ilə birlikdə yaşayır, özünə məxsus “Mondial” markalı avtomat ötürücüsü 50SS olan dövlət qeydiyyat nişanı olmayan mopeti var və mopetlə restoranların çatdırılma xidmətində kuryer işləyir. O, həmin mopeti təxminən avqust ayında Bakı şəhərindən 1200 manata almış, mopeti 2019-cu il istehsallıdır, qara rəngli idi, oturacağının üzərində isə “Mondial” sözləri yazılmışdır. Həmçinin kuryerliklə məşğul olduğu üçün o, mopedinə 1 ədəd 80 manat dəyərində yük yeri, 1 ədəd 80 manat dəyərində motokaska, 1 ədəd 15 manat dəyərində mopet üçün rezin ayaqaltı və 1 ədəd 6 manat dəyərində vintaçan (qaz açarı) almışdır. O, hər gün işdən evə gələndə idarə etdiyi mopeti yaşadığı evinin həyətində, darvazadan içəridə saxladığını bildirmişdir. Hər gün olduğu kimi 24.11.2020-ci il tarixdə təxminən saat 22 radələrində o, işdən evə gəlmiş, mopeti evinin həyətində saxlayıb evə getmiş, 25.11.2020-ci il tarixdə təxinən saat 9-10 radələrində o, səhər durub işə getmək üçün evdən çıxanda mopedin saxladığı yerdə olmadığını görmüş, ilk öncə düşünmüş ki, bəlkə hansısa dostu mopeti ondan xəbərsiz götürüb, lakin o, dostlarından mopeti götürüb götürmədiklərini soruşmuş, onlar da mopeti götürmədiklərini demişlər. O, mopetini axtarmış, lakin tapa bilmədiyindən təxminən saat 11 radələrində DİN-nin 102 xidmətinə zənb edib özünə məxsus mopetnin oğurlanması barədə məlumat vermişdir. Təxminən 15 dəqiqə keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlib hadisə yerini müayinə etmişlər. Oğurluq hadisəsindən 5 gün keçdikdən sonra polis əməkdaşları onu Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər, ona məxsus mopeti oğurlayan şəxsi tapdıqlarını, mopetində həmin şəxsdə olduğunu demişlər. O, bölmədə ona məxsus mopedin Coratda yaşayan Təqsirləndirilən şəxs oğurlayıb aparıb öz evlərinin həyətində saxladığını öyrənmişdir.Ona məxsus mopeti oğurlanarkən mopetin üzərində yuxarıda qeyd etdikləri yük yeri, motokaska, mopetin ayaqaltısı və vintaçan olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsinə ona ümumilikdə təxminən 1400 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində yuxarıda qeyd etdiyi əşyalardan başqa hər hansı bir əmlakı oğurlanmamışdır. Həmçinin zərərçəkmiş şəxs təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən ondan şikayətçi olduğunu bildirərək barəsində cəza tətbiq edilməsini bildirdi. Məhkəmədə ifadəsi elan edilmiş, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsindən görünür ki, 13.10.2020-ci il tarixdə Sumqayıt şəhərində Natiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 13.10.2020-cu il tarixdə, saat 15:46-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon “Qarajlıq” adlanan ərazidə müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 Museyibə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Baş təhqiqatçı Ruslan Vəliyev ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs bildirişlə tanış olmuşdur. Daha sonra baş təhqiqatçı Ruslan Vəliyev rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt baş təhqiqatçı Ruslan Vəliyev ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişdir. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd ədəd bükümdə olan heroini onlara təqdim etmişdir. Ondan həmin bükümü haradan əldə etdiyini soruşduqda, Natiq onlara demişdir ki, həmin 01 ədəd bükümdə olan heroini 12.10.2020-ci il tarixdə səhər satlarında Bakı şəhəri «Şamaxinka» adlanan ərazidə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata alıbdır. Daha sonra həmin yerdə Natiqin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, heroin götürülmuş, videoçəkiliş dayandırılmış və o, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunmuşdur. Natiq də buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Natiqin Museyibin üzərindən götürülmüş heroin onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Natiq də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir.Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-cü PB-nin Cinayət Axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 13.10.2020-ci il tarixdə Sumqayıt şəhərində Natiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 13.10.2020-cu il tarixdə, saat 15:46-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 11ci mikrorayon “Qarajlıq” adlanan ərazidə müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 Museyibə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Baş təhqiqatçı Ruslan Vəliyev ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs bildirişlə tanış olmuşdur. Daha sonra baş təhqiqatçı Ruslan Vəliyev rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt baş təhqiqatçı Ruslan Vəliyev ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişdir. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd ədəd bükümdə olan heroini onlara təqdim etmişdir. Ondan həmin bükümü haradan əldə etdiyini soruşduqda, Natiq onlara demişdir ki, həmin 01 ədəd bükümdə olan heroini 12.10.2020-ci il tarixdə səhər satlarında Bakı şəhəri «Şamaxinka» adlanan ərazidə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata alıbdır. Daha sonra həmin yerdə Natiqin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, heroin götürülmuş, videoçəkiliş dayandırılmış və o, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunmuşdur. Natiq də buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Natiqin Museyibin üzərindən götürülmüş heroin onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Natiq də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir.Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-cü PB-nin sahə rəisi polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, 13.10.2020-ci il tarixdə Sumqayıt şəhərində Natiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 13.10.2020-cu il tarixdə, saat 15:46-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon “Qarajlıq” adlanan ərazidə müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 Museyibə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Baş təhqiqatçı Ruslan Vəliyev ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs bildirişlə tanış olmuşdur. Daha sonra baş təhqiqatçı Ruslan Vəliyev rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt baş təhqiqatçı Ruslan Vəliyev ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişdir. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd ədəd bükümdə olan heroini onlara təqdim etmişdir. Ondan həmin bükümü haradan əldə etdiyini soruşduqda, Natiq onlara demişdir ki, həmin 01 ədəd bükümdə olan heroini 12.10.2020-ci il tarixdə səhər satlarında Bakı şəhəri «Şamaxinka» adlanan ərazidə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata alıbdır. Daha sonra həmin yerdə Natiqin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, heroin götürülmuş, videoçəkiliş dayandırılmış və o, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunmuşdur. Natiq də buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Natiqin Museyibin üzərindən götürülmüş heroin onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Natiq də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir.Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir.Cinayət işinin materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14.01.2021-ci il tarixli, 9/6005 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş maddi sübutların 2020-ci ilin noyabr ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: -bir ədəd 2019-cu ilin istehsallı «Mondial» markalı avtomat ötürücüsü 50 ss olan moped -1100 manat; -bir ədəd xarici görünüşünə görə istifadə edilmiş qara rəngli mopedin yük yeri -60 manat; -bir ədəd xarici görünüşünə görə istifadə edilmiş qara rəngli sürücü motokaskası -60 manat; -bir ədəd xarici görünüşünə görə istifadə edilmiş qara rəngli moped üçün rezin ayaqaltı -10 manat; -bir ədəd üzərində «Exploit 10-250 mm» markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istifadə edilmiş vintaçan (qaz açarı) 4 manat. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14.10.2020-ci il tarixli, 6/2161 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş”yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,184 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 19.11.2020-ci il tarixli, 3253 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 13.10.2020-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükmüdə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 13.10.2020-ci il tarixdə Sumqayıt şəhəri, 11-ci mikrorayon «Qarajlıq» adlı ərazisində bir nəfər orta boylu, orta bədən quruluşlu şəxs gəlir, videokameraya çatmasına az qalmış polis əməkdaşları ona yaxınlaşır və özlərini təqdim edirlər. Həmin vaxt polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 1-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev həmin şəxsə yaxınlaşıb özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra digər polis əməkdaşı da özlərini təqdim edirlər. Sumqayıt ŞPİ-nin 1cü PB-nin baş təhqiqatçısı X4 Museyibə narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli olduğunu deyərək, ona hüquq və vəzifələrini izah edir. Daha sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirir, o da etiraz etmir. Həmin vaxt baş təhqiqatçı X4 Museyibə üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşur, onu təqdim etməyi təklif edir. Natiq də əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümdə olan heroini çıxarıb onlara təqdim edir. Ondan həmin bükümləri haradan əldə edildiyi soruşduqda, Natiq bildirir ki, 01 ədəd bükümdə olan heroini bir gün əvvəl, 12.10.2020-ci il tarixdə Bakı şəhəri «Şamaxinka» adlanan ərazidə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata alıbdır. Daha sonra həmin yerdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, heroin götürülür və bölmədə sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan 01.12.2020-ci il tarixli təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Pərvaiz Qasımovun yaşadığı evin həyətindən oğurladığı «Mondial» markalı qara rəngli avtomat ötürücüsü 50 ss olan mopedi və mopetin üzərində olan yük yeri, yük yerinin içərisində qara rəngli motokaska, 1 ədəd vintaçan (qaz açarı) və ayaqaltı yerində 1 ədəd rezin ayaqaltını Sumqayıt ŞPİ-nin 1-ci PB-yə təqdim etmişdir. Cinayət işinin materiallarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,134 qram narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına, Təqsirləndirilən şəxs təqdim etdiyi “Mondial” markalı avtomat ötürücüsü 50 ss olan 01 ədəd qara rəngli moped, qara rəngli mopedin 01 ədəd yük yeri, 01 ədəd qara rəngli sürücü motokaskası, qara rəngli moped üçün 01 ədəd rezin ayaqaltısı, üzərində «Exploit,10-250 mm» markalanma yazıları olan 01 ədəd vintaçan (qaz açarı) saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. DİN-in BƏSİİ-nin təqdim etdiyi 15.10.2020-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 28.06.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli 149441 saylı arayışdan görünür ki,Sumqayıt şəhər Məhkəməsinin 28.06.2019-cu il tarixli hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş məhkum Təqsirləndirilən şəxs 12.10.2020-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulmasına dair 13 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. 14 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. 15 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 06 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğundan ********* saylı cinayət işi üzrə barəsində axtarış verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 14.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş. İş üzrə icraat təzələnmişdir. Sumqayıt şəhər Məhkəməsinin 15.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək sonuncu məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. 01 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulmasına dair 01 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Məmməseyid oğlu 02.12.2020-ci il tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. 02.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə istintaq olunan ********* və ********* saylı cinayət işləri ********* nömrəsi altında bir icraatda birləşdirilmiş və Təqsirləndirilən şəxsəməli CM-nin 177.2.3 və 234.1-ci maddələrinə tövsif olunmuşdur. 02.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.1-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdəqalma müddətinin əvvəli 01 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Sumqayıt şəhər məhkəməsinin 26 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 12.10.2020-ci il tarixli, 1523 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2015,2016 və 2017-ci il təvəllüdlü 3 azyaşlı uşağı vardır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmaması göstərilmişdir. Sübutların qiymətləndirilməsinə dair 23.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 177.2.1 və 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir, bu səbəbdən də ondan şikayətçidir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar himayəsində 3 azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs əvvəllər də cinayət törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin cəzasını çəkib qurtardıqdan sonra, lakin məhkumluğu üzərindən götürülməmiş yenidən cinayət əməlləri törətmişdir. Bu da həmin şəxsin hələ də islah olunmadığını göstərir.Bu səbəbdən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 01 dekabr 2020-ci il tarixdən hesablanmalıdır.Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13-15 oktyabr 2020-ci il,14-15 noyabr 2020-ci il tarixlərində şübhəli şəxs kimi və təqsirləndirilən şəxs kimi tutulduğu 04 gün ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o yaşayış yeri üzrə Narkoloji Dispanserdə qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,134 qram çəkidə narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 189 (yüz səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,134 qram narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi “Mondial” markalı avtomat ötürücüsü 50 ss olan 01 ədəd qara rəngli moped, qara rəngli mopedin 01 ədəd yük yeri, 01 ədəd qara rəngli sürücü motokaskası, qara rəngli moped üçün 01 ədəd rezin ayaqaltısı, üzərində «Exploit,10-250 mm» markalanma yazıları olan 01 ədəd vintaçan (qaz açarı) saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alnmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 fevral 2021-cu il tarixli (iş № 1(060)- 213/2021) qərarını icra edərək, 18 fevral 2021-cu il tarixli 147/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmiş, mülki iddia da, verilməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 -ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılsın və üzərində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 189 (yüz səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,134 qram narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi “Mondial” markalı avtomat ötürücüsü 50 ss olan 01 ədəd qara rəngli moped, qara rəngli mopedin 01 ədəd yük yeri, 01 ədəd qara rəngli sürücü motokaskası, qara rəngli moped üçün 01 ədəd rezin ayaqaltısı, üzərində «Exploit,10-250 mm» markalanma yazıları olan 01 ədəd vintaçan (qaz açarı) saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alnsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun “xxxx” ASC -nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar