Məhkəmə qərarları › İş №1(060)-213/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-213/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-213/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.877 qram çəkidə narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 0.368 qram çəkidə psixatrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitə heroinin 0.455 qram çəkidə olan hissəsini 01 ədəd şəffaf sellofan bükümdə, həmin psixatrop maddə melamfetaminin 0,175 qram çəkidə olan hissəsini 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə 14 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, “Dünya” marketin yaxınlığında tanışı Şahid3 satmış, 14 noyabr 2022-ci il tarixində, saat 16:10-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsi ərazisində yerləşən “Dünya” marketin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq PB-nə gətirilmiş, PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibindən 01 ədəd şəffaf sellofan bükümdə içərisində 0.422 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli siqaret kağız bükümün içərisindən 0.193 qram çəkidə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İlkin məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 16:10 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində olan zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. İki ildir ki, narkotik vasitədən istifadə edir. O, narkotik vasitəni və psixotrop maddəni Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata almışdır. Tanışı İlham adlı şəxs ona narkotik vasitə aldığı zaman onun üçün də almasını, pulunu sonra verəcəyini demiş, o da aldığı narkotik vasitəni İlhama vermiş, İlham da ona sonra 20 manat verəcəkmiş. O, İlhama təxminən yarım qramdan aşağı heroin adlanan narkotik vasitəni aldığı qiymətə, yəni 20 manata vermiş, həmin narkotik vasitəni İlhama satan günü tutulmuş, İlhamı da ondan sonra tutmuşlar. Polis bölməsində olarkən ona qarşı təzyiq olmuş, onu döymüşlər. Sonrakı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitəni Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış, həmin narkotik vasitədən tanışı olan İlham adlı şəxsə verdiyini, narkotik vasitə və psixatrop maddə aldığı şəxsi tanımadığını, narkotik vasitə və psixatrop maddə satışı ilə məşğul olmadığını, lakin İlham adlı tanışına pay formasında verdiyini, İlhamı uzun müddətdir ki, tanıdığını, İlhamla görüşdükdə ondan psixatrop maddə və narkotik vasitə istədiyini, o da İlhama hər ikisindən bir büküm pay formasında verdiyini, pulun isə İlhamın ona olan borcu olduğunu, həmin narkotik vasitə və psixotrop maddə ilə əlaqəsi olmadığını bildirmişdir. Əməlindən peşmandır. İ Qarabağ müharibəsi iştirakçısıdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 16:10 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən «Dünya» marketin yaxınlığında olan zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdilər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu polis bölməsinə dəvət etmişlər. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qarnınla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Həmin vaxt özü əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümü, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin şəffaf sellofan büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin’ə bənzər maddənin, 1 ədəd gümüşü rəngli kağız büküm açılan zaman həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan "metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin “kakos” ağ rəngli kristal şəkilli maddənin “şüşə” olduğunu, həmin maddələri bu gün səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını və üzərində saxladığını, bu gün günorta saatlarında İlham adlı şəxsə ağrıları olduğu üçün almış olduğu narkotik vasitələrdən verdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin'ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0.49 qram olduğu, 1 ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0.27 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadədə ona verilən suallara cavab olaraq üzərindən aşkar olunan narkotik vasitə olan heroini şəxsi istiladəsi üçün üzərində saxladığını və həmin narkotik vasitədən tanışı olan İlham adlı şəxsə verdiyini, narkotik vasitə və psixatrop maddə aldığı şəxsi tanımadığını, narkotik vasitə və psixatrop maddə satışı ilə məşğul olmadığını, lakin İlham adlı tanışına pay formasında verdiyini, İlhamı uzun müddətdir ki, tanıdığını, İlhamla görüşdükdə ona ağrılarının olduğunu deyib ondan psixatrop maddə və narkotik vasitə istədiyini, o da İlhama yazığı gəldiyi üçün hər ikisindən bir büküm pay formasında verdiyini, o, bir müddət əvvəl İlhama narkotik vasitə və psixatrop maddə verdiyini, pulun həmin borc olduğunu, saxlanılan zaman nə psixi nə də fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsindəki ziddiyətləri izah edə bilməmiş, hansısa hala, sübuta istinad etməmişdir. Məhkəmə bunu təqsirləndirilən şəxsin özünü müdafiə üsulu hesab edir. Təqsirləndirilən şəxs sonradan ifadəsində göstərdikləri xüsusatlar digər sübutlarla müqayisəli şəkildə araşdırılmış, ancaq həmin hallar təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ- nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Saat 16:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Dünya” marketin yaxınlığında olduğunu görüb onu saxlamış, özlərini təqdim etdikdən sonra onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. PB-də xidməti otaqların birində üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim edilərək Sumqayıt şəhər Reginal Vəkil Bürosundan vəkil təqdim edilmişdir. Bundan sonra ona üzərində qanunsuz əşyaları təqdim edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü və 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükümün içərisindəki maddənin “kakos”, yəni narkotik vasitə “heroin”, gümüşü rəngli siqaret kağızı bükümün içərisindəki maddənin “şüşə” olduğunu, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Bununla yanaşı həmin narkotik vasitə və psixatrop maddədən səhər saatlarında tanıdığı İlham adlı şəxsə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin yarım qram olduğu, 1 ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin yarım qramdan az olduğu müəyyən edilmiş, bükümlər xüsusi qaydada qablaşdırılaraq, ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Şəxs saxlanılarkən ona qarşı heç bir təzyiq olmamışdır. İlham adlı şəxsi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təxminən 7 ildir ki, narkotik vasitələrin və psixatrop maddələrin qəbulu ilə məşğul olur. O, xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “OBA” marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu polis bölməsinə dəvət etmişlər. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 1 ədəd şəffaf sellofan büküm, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü aşkar edilmişdir. Həmin şəffaf sellofan büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin, 1 ədəd gümüşü rəngli kağız büküm açılan zaman həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin “kakos”, ağ rəngli kristal şəkilli maddənin “şüşə” olduğunu, həmin maddələri Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində Dünya marketin yaxınlığında Zakirin ona şəxsi istifadəsi üçün pay verdiyini, Zakirin narkotik vasitə satmadığını, sadəcə özü ondan narkotik vasitə istədiyi üçün Zakirin özünə məxsus narkotik vasitədən ona pay kimi vermişdir. Zakirə verdiyi pulun narkotik vasitəyə aidiyyatı olmamış, həmin pul onun Zakirə olan borcu olmuşdur. Başqa bir şəxs narkotik vasitə almaq üçün ona pul vermiş, o da narkotik vasitə almaq məqsədi ilə deyil, həmin pulu Zakirə olan borcunu qaytarmaq üçün ona vermişdir. Zakiri 1 ildir ki, tanıyır. Ondan cəmi bir dəfə narkotik vasitə pay almışdır. İstintaq zamanı narkotik vasitəni Zakirdən alması ilə bağlı ifadə verməmiş, həmin hissə müstəntiq tərəfindən yazılmışdır. Məhkəmə iclasında ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “OBA” marketin yaxınlığında olan zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu polis bölməsinə dəvət etmişlər. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Həmin vaxt özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümü, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin şəffaf sellofan büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin, 1 ədəd gümüşü rəngli kağız büküm açılan zaman həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin “kakos”, ağ rəngli kristal şəkilli maddənin “şüşə” olduğunu, həmin maddələri bu gün təxminən saat 13- 14 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində Dünya marketin yaxınlığında “Ziko” adlı şəxsdən şəxsi istifadəsi üçün 23 manata aldığını və üzərində saxladığını, əvvəllər də həmin şəxsdən narkotik vasitə aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan ”heroin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0.59 qram olduğu, 1 ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0.24 qram olduğu müəyyən edilmişdir. Onun üzərindən aşkar olunmuş maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilmiş, Samsung markalı ***-***-**-** nömrə ilə işləyən mobil telefon əhəmiyyət kəsb edə biləcəyindən götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Dünya” marketin yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 16:10-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan göy rəgnli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümü, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etdi. Həmin şəffaf sellofan büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin, 1 ədəd gümüşü rəngli kağız büküm açılan zaman həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin “kakos”, ağ rəngli kristal şəkilli maddənin “şüşə” olduğunu, həmin maddələri bu gün səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını və üzərində saxladığını, bu gün günorta saatlarında İlham adlı şəxsə ağrıları olduğu üçün almış olduğu narkotik vasitələrdən satdığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman, həmin maddənin çəkisinin 0,49 qram olduğu, 1 ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə tərəziyə qbyulub çəkilən zaman, həmin maddənin çəkisinin 0,27 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmədi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/6551 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №127” dairəvi möhür əksləri olan, "Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,422 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,193 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində "Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə olan metamfetamin üzərində "Vət. Şahid3 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə olan metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Üzərində Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə olan heroin üzərində “Vət. Şahid3 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə olan heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasilələr"-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,372 qram heroin, tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,143 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1755 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 254/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən CM-nin 226-1 maddəsinin 1-ci hissəsi, 55-ci maddələri ilə təqsirli bilinərək narkomaniyadan məcburi müalicə olunmaqla 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1997-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0.422 qram olmuş heroin, 0,193 qram olmuş metamfetamin, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,372 qram çəkidə narkotik vasitə heroin və 0,143 qram çəkidə psixatrop maddə metamfetamin sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda orada “20221114_170021.mp4” sözləri yazılmış həmin qovluq müəyyən edilir ki, orada 08 dəqiqə 29 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntünün ilk saniyəsində polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Anar Axundov özünü təqdim edir. Sonra qarşısında duran şəxsə özünü təqdim etməsini bildirir və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, Dünya marketin yaxınlığında saxlanılmasını, üzərinə şəxsi axtarış keçirilməsindən ötrü 3-cü PB-nə gətirildiyini bildirir. Sonra digər şəxslərə özlərini təqdim etməsini xahiş edir və həmin şəxslər özlərini təqdim edərək 3-cü PB-nin əməliyyat müvəkkiləri, polis kapitanı Şahid2 və polis leytenantı Şahid1 olduğunu bildirirlər. Sonra müdafiəçi özünü təqdim edərək Sumqayıt şəhər Regional Vəkil Bürosunu vəkili Günay Cəfərova olduğunu bildirir. Pİ-də hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilir və ona bir daha tanış olması bildirilir. Bundan sonra ona üzərində qanunsuz əşyaları təqdim edilməsi xahiş edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümü, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etdi. Həmin şəffaf sellofan büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin, 1 ədəd gümüşü rəngli kağız büküm açılan zaman həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin “kakos”, ağ rəngli kristal şəkilli maddənin “şüşə’’ olduğunu, həmin maddələri bu gün səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını və üzərində saxladığını, bu gün günorta saatlarında İlham adlı şəxsə ağrıları olduğu üçün almış olduğu narkotik vasitələrdən satdığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin’’ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman, həmin maddənin çəkisinin 0,49 qram olduğu, 1 ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə tərəziyə qoyulub çəkilən zaman, həmin maddənin çəkisinin 0.27 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmədi. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüffatı İstehsalat Birliyinin 15 saylı MKS tərəfindən verilmiş 291 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, ailə tərkibi anası-1947-ci il təvəllüdlü X3, bacısı-1967-ci il təvəllüdlü X2, qardaşı- 1972-ci il təvəllüdlü X4, bacısı-1973-cü il təvəllüdlü X5, bacısı oğlu-2008-ci il təvəllüdlü X11, bacısı oğlu-2012-ci il təvəllüdlü X6 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 7087 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsinə yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact disk maddi sübut kimi tanınması və işə əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,422 qram olan heroin və 0.193 qram metamfetamin, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0.372 qram çəkidə narkotik vasitə heroin və 0,143 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclasın məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:50-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilərək Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində təzyiqə məruz qalması və döyülməsi ilə bağlı ifadəsi öz təsdiqini tapmamış, keçirilmiş məhkəmə tibbi ekspertizasında da Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. Məhkəmə həmçinin Şahid3 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətinin olması, Təqsirləndirilən şəxs ona narkotik vasitə satmaması, yalnız pay verməsi və ona olan borcun qaytarılması məqsədi ilə 20 manat pulun verilməsi kimi ifadəsi təqsirləndirilən şəxsin onun məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş müdafiə xarakterli ifadədir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, məhkəmə-kimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.372 qram çəkidə narkotik vasitə heroin və 0,143 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-943/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 2019 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.372 qram çəkidə narkotik vasitə heroin və 0,143 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 22 (iyirmi iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar