Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-213/2024 21.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs bacısı oğlu Şahid2 Sumqayıt TTYS-da porter (sanitar) vəzifəsinə işə düzəldəcəyi və eləcə də Şahid2 işə düzəldikdən sonra yüksək məvacib alması üçün sonuncunun həbi biletində müharibə veteranı olması ilə bağlı qeyd aparılmasını təşkil edəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq həmin işin görülməsi müqabilində 2022-ci ilin mayoktyabr aylarında, hissə-hissə olmaqla, yəni xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri, 13cü mikrorayon ərazisində yerləşən Təcili Tibbi yardım stansiyasının qarşısında Zərərçəkmiş şəxs 3000 manat, həmçinin Təqsirləndirilən şəxs çatdırması üçün Zərərçəkmiş şəxs, Şahid2 verdiyi və sonuncunun 2022-ci ilin iyun ayında, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin qarşısında Təqsirləndirilən şəxs verdiyi 1000 manat, eləcə də, Təqsirləndirilən şəxs çatdırması üçün Zərərçəkmiş şəxs Şahid2 verdiyi və sonuncunun xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhər Tibb Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs verdiyi 2000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qızma ümumilikdə 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 1 saylı TTTYS- də mühafizəçi işlədiyi müddətdə, 2022-ci ilin may ayından etibarən tanımışdır. Həmin vaxtda Esmira orada tibb bacısı işləmişdir. Həmin müddətdə 1 saylı TTTYS-da sürücü işləyən Pərviz ona yaxınlaşaraq Esmiranın ona sözü olduğunu bildirmişdir. Bundan sonra o, Esmira ilə görüşüb söhbət etdikdə, Esmira öz bacısı oğlu Şahid2 Sumqayıt şəhər TTTYSna porter vəzifəsinə işə düzəltmək istədiyini ona demiş, o da Sumqayıt şəhər TTTYS-da hazırda porter vəzifəsi yerinin olmadığını Esmiraya bildirmişdir. Esmira bacısı oğlu Elvini səhiyyə sektorunda hər hansı bir işə düzəltməsini, Elvin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşadığı üçün Elvini H.Z.Tağıyev qəsəbəsində yerləşən xəstəxanada işə düzəltməsini ondan xahiş etmişdir. O, H.Z.Tağıyev qəsəbəsində yerləşən xəsatəxanada iş yeri olub-olmaması barədə maraqlanıb Esmiraya məlumat verəcəyini və Elvini işə düzəldəcəyi halda ona “hörmət” edəcəyini desə də, konkret olaraq Esmira ilə onun arasında hər hansı bir məbləğ söhbəti olmamışdır. Sumqayıt Tibb Mərkəzinin kadrlar şöbəsinin əməkdaşı olan Sevinc xanımdan maraqlandıqda Sevinc xanım da həmin müddətdə vakansiya olmadığını, boş ştat olduğu zaman ona məlumat verəcəyini bildirmişdir. 2022-ci ilin iyun ayında bu barədə Esmiraya bildirmiş və ştat boşaldığı zaman Esmiraya məlumat verəcəyini demişdir. Təxminən 2022-ci ilin iyun ayının axırlarında Esmira ona bacısı oğluna aid olan hərbi bileti, şəkilləri, şəxsiyyt vəsiqəsini, əmək kitabçasını, yaşayış yerindən arayışı, sağlamlıq haqqında arayışları vermiş və o, sənədləri Sevinc xanıma təqdim etmişdir. Elvinin də onun bacısı oğlu olduğunu, onun qazi, yəni 44 günlük Qarabağ müharibəsi əlili olduğu üçün Elvinə ona görə köməklik edilməsini xahiş etmişdir. O, vakansiya olduğu zaman ona məlumat veriləcəyini bildirilmişdir. 2023-cü ilin avqust ayının axırlarında o, Sumqayıt şəhər 3 saylı xəstəxanada təsərrüfat işləri üzrə fəhlə yerinin boş olduğunu öyrənmiş, bu barədə Esmiraya demişdir. Esmira da, porter işini istədiyini bildirmişdir. O, Esmiraya 5-6 ay sonra porter yerinin olacağını, o zaman bacısı oğlunu həmin işə keçirə biləcəyini demişdir. Esmira da onunla razılaşmış və təki bacısı oğlunun səhiyyə sektoruna işə düzəlməsini istəmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllində o, Elvini işə düzəlmək üçün ərizə yazmaq məqsədi ilə Esmiraya zəng etmişdir. Onlar da Səhiyyə şöbəsinin qarşısına getmişlər. O da Esmiraya bacısı oğlunun fəhlə işinə düzəlməsi barədə ərizə yazması üçün çağırdığını demişdir. Sonra da o, Elvinlə birlikdə Sevinc xanımın yanına getmişdir. Orada Sevinc xanımın yanında Elvin ərizəsini yazmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri Səhiyyə Şöbəsinin müdiri olan Səkinə xanım Elvinin Sumqayıt şəhəri 3 saylı xəstəxanada fəhlə kimi işə düzəlməsi barədə əmr imzalamış və xx.xx.2022-ci il tarixdə Elvin işə çıxmağa başlamışdır. Ancaq Elvin beş gün işə çıxdıqdan sonra işə getməmişdir. 2022-ci ilin oktyabr ayında Elvinin iş yerinə yoxlama gələcəyi üçün o, Elvinə zəng edərək işə çıxmasını istəmiş, Elvinin anası telefonu götürərək onunla danışmış və oğlunun işinin nə üçün hələ də alınmadığını, Elvinin nə zaman işə çıxacağını soruşmuşdur. O, Elvinin bir aydır ki, işlədiyini hətta maaş da aldığını bildirmişdir. Esmira ona zeng edərək buna görə onunla mübahisə etmiş və onu Elvinin anasına məlumat verməkdə günahlandırmışdır. 2022-ci ilin noyabr ayında o, Esmira ilə görüşdükdə Esmira, Sumqayıt şəhər Tibb Mərkəzinə getdiyini və orada Mərkəzin müdiri Səkinə xanımla danışaraq sonuncuya pul vemək üçün ondan 10000 manat pul alındığını bildirmişdir. Şahid4 isə onun Elvini bacısı oğlu kimi təqdim etdiyi üçün işə düzəldiyini, heç kimdən pul almadığını qeyd etmişdir. Bir neçə müddət sonra Elvin ərizəsini yazaraq işdən azad edilmişdir. Elvini işə qəbul etməsi üçün Şahid4 və ya hər hansı bir şəxsə rüşvət verməmişdir. Bundan başqa Esmira ilə bacısı oğlunun işini düzəltmək məqsədi ilə söhbət etdikləri zaman o, bacısı oğlu Şahid2 müharibə veteranı statusu almaq istədiyini, lakin bacısı oğlu Elvinin hərbi biletində döyüşlərdə iştirak etməməsi barədə qeyd aparıldığını, onu düzəltmək üçün Müdafiə Nazirliyinə getməli olduğunun ona deyildiyini bildirdiyini, kömək etməsini xahiş etdiyini, o da Elvinin hərbi biletini götürüb Sumqayıt şəhər Səfərbərlik və hərbi Çağırış Xidmətinin Sumqayıt şəhər idarəsinə getmiş, lakin orada hərbi biletə möhür vurdura bilməmiş, o Esmiranı aldadıb pulu almışdır. Ümumilikdə Esmiradan dəqiq xatırlamasa da 2500 və ya 2700 manat pul almışdır. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyindən, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun bacısı oğlu Şahid2 Vətən müharibəsi iştirakçısıdır. Müharibədən sonra Elvinin dilində qüsur yarandığına görə Elvini işə düzəltməkdə çətinlik çəkmişdir. Buna görə o, işlədiyi X13 Stansiyasının sürücüsü Şahid3 xahiş etmişdir ki, onun bacısı oğlu Elvinin işə düzəlməsinə köməklik etsin. Pərviz ona müharibə iştirakçısı olan Təqsirləndirilən şəxs adlı tanışının başqa şəxslərə iş düzəltdiyini və Elvini də işə düzəldə biləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə onun bacısı X3, bacısı oğlu Şahid2, Şahid3 və Pərvizin tanışı Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhər Səhiyyə şöbəsinin inzibati binasının qarşısında görüşmüşlər. Görüş zamanı o, İsaya, Elvini Sumqayıt şəhər Təcili X9 porter (sanitar) kimi işə düzəltdirmək istədiyini demişdir. İsa, Elvinin porter (sanitar) kimi işə düzəlməsinə köməklik edəcəyini, buna görə 5000 manat pul verməli olduğuqlarını demişdir. İsanın deməsinə görə Sumqayıt Tibb Mərkəzinin müdiri Şahid4 ilə yaxın əlaqəsi olmuş və 5000 manat pulu Şahid4 rüşvət verməklə Elvini Sumqayıt TTTYS-nın məntəqələrinin birində porter vəzifəsinə işə düzəltdirəcəkdir. Sonradan İsa, mobil telefonunun “Whatsapp” proqramı vasitəsi ilə Şahid4 ona göndərdiyi səs yazısını ona göndərmişdir. O, Şahid4 işi ilə əlaqədar tanımışdır və Səkinənin səsini eşitmişdir. İsa ona Şahid4 səs yazısını göndərdikdə o, səsin həqiqətən də Şahid4 aid olduğunu anlamışdır. Həmin səs yazısında Şahid4 İsaya “hə, İsa gələrsən, uşağı da götürüb gələrsən” məzmunlu səs yazısı göndərmişdir. İsa həmin səs yazısını ona göndərmişdi ki, onda İsanın, Elvini işə düzəltdirə biləcəyinə inam yaransın və o, İsaya inanmışdır. xx.xx.2022-ci il tarixdə o, özünə məxsus 3.000 manat pulu Elvini porter işinə düzəltməsi üçün, işlədiyi Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Təcili Tibbi yardım stansiyasının qarşısında Pərviz və İsa ilə görüşüb İsaya vermişdir. İsa da, Pərvizi kağız zərf almaq üçün göndərmişdir və qeyd etmişdir ki, həmin pulu Şahid4 açıq şəkildə verməyi ayıb olacaq, buna görə Pərvizi zərf almaq üçün göndərmişdir. İsa, Elvinin şəxsiyyət vəsiqəsini, hərbi biletini, əmək kitabçasını, həkim müayinəsindən keçib sağlamlıq haqqında arayış almasını istəmişdir. Bir neçə gün sonra Elvin həkim müayinəsindən keçib sağlamlıq haqqında arayış almış və digər sənədləri İsaya vermişdir. 2022-ci ilin iyun ayında İsa ona zəng edib bildirmişdir ki, Elvinin hərbi biletində onun 44 günlük Qarabağ müharibəsində döyüşlərdə iştirak etməməsi barədə qeyd aparıldığını və həmin yazının üzərindən xətt çəkildiyini, buna görə də Elvinin mühairbə iştirakçısı kimi tanınmayacağını və işə düzəldiyi zaman əmək haqqı aldığı vaxt onun əmək haqqından vergi ödənişlərinin tutulacağını demişdir. Hərbi biletdə olan həmin məsələni düzəldib həll etsə, “müharibə veteranı yazdırsa” Elvinin əmək haqqından vergi ödənişlərinin tutulmayacağını, daha çox əmək haqqı alacağını bildirmişdir. O da razılaşmışdır. 2022-ci ilin iyun ayında bacısı oğlu Elvin və o, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sumqayıt baş idarəsinin qarşısında İsa ilə görüşümüşlər və Elvin, Elvinin hərbi biletində onun döyüşlərdə iştirak etməməsi barədə olan qeydi düzəldib, Elvinin müharibə zamanı döyüşlərdə iştirakçı kimi qeyd olunmasının həll etməsi məqsədi ilə İsaya verməsi üçün, Elvinə verdiyi 1000 manat pulu İsaya vermişdir. İsa həmin pulu alıb SHXÇDX Sumqayıt baş idarəsinə daxil olmuş və bir müddət sonra çölə çıxıb, “İlqar” adlı SHXÇDX əməkdaşı ilə görüşüb işi həll etdiyini bildirmişdir. O, İsaya inandığı üçün hərbi biletdə hər hansı bir düzəliş olub-olmamasına baxmamışdır. xx.xx.2022-ci il tarixdə İsa ona “Whatsapp” proqramı ilə şəkil göndərərək Elvinin artıq Sumqayıt Tibb Mərkəzinə işə qəbul edilməsi ilə bağlı ərizə yazdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə İsa onu Sumqayıt Tibb Mərkəzinin qarşısına çağırmış, Elvinin işə qəbul əmrinin verildiyini demişdir. O, Elvinlə birlikdə həmin yerə gedib görmüşdür ki, İsanın təqdim etdiyi əmrdə Elvinin Sumqayıt şəhər 3 saylı xəstəxanada fəhlə vəzifəsinə təyin edilməsi göstərilmişdir. Əmri Şahid4 imzalamışdır. Həmin əmri İsa bizə təqdim etmişdir. O, İsaya etiraz etməmiş ki, onlar pulu X1 X9 sanitar (porter) kimi işə qəbul edilməsi üçün vermişdir. İsa Şahid4 ilə aralarında narazıçılıq olduğu üçün Elvini birbaşa porter işinə qəbul etdirə bilmədiyini, müəyyən müddət sonra, söz verdiyi kimi Elvinin sanitar işinə keçirilməsini təşkil edəcəyini bildirmişdir. Bir neçə gün sonra İsa ona zəng edib, Elvini sanitar işinə düzəltmək üçün razılaşmalarına uyğun olaraq ümumilkdə verməli olduğu 5000 manat pulun qalan 2.000 manatını da verməsini istəmiş və qısa müddət ərzində Elvini porter işən keçirəcəyini bildirmişdir. Həmin pulu da Şahid4 rüşvət verməklə həll edəcəyini bildirmişdir. xx.xx.2022ci il tarixdə Elvin Sumqayıt şəhər Tibb Mərkəzinin qarşısında İsa ilə görüşərək onun göndərdiyi 2.000 manat pulu İsaya vermişdir. Lakin, Elvini porter vəzifəsinə dəyişdirəcəyini bildirsə də, heç bir nəticəsi olmamışdır. Elvin qısa bir müddət fəhlə vəzifəsində işləsə də, sonra ərizəsini yazıb öz arzusu ilə işdən azad edilmişdir. Elvinin sanitar (porter) kimi işə qəbul edilməməsi ilə bağlı o, dəfələrlə İsa ilə görüşüb danışsa da, İsa, Elvini həmin işə düzəltməmişdir. Bu səbəbdən də, o, Sumqayıt Tibb Mərkəzi X7 müavini Şahid1 və eləcə də, Sumqayıt Tibb Mərkəzinin direktoru Şahid4 qəbulunda olarkən, Şahid1 və Şahid4 onlara pul verilmədiyini, Elvinin təmənnasız olaraq fəhlə kimi işə götürdüyünü, lakin Elvinin işləmədiyini bildirmişlər. Sonradan Elvinin hərbi biletinə baxdıqda hərbi biletdə heç bir düzəliş edilmədiyini, Elvinin hərbi biletində müharibə veteranı olması ilə bağlı qeyd olmadığını aşkar etmişdir. Bu səbəbdən də, 2022-ci ilin noyabr ayının sonları SHXÇDX Sumqayıt baş idarəsinə gedib orada İlqar adlı məsul şəxslə görüşüb İsa adlı qazinin İlqarın yanına gedib bacısı oğlu Elvinin hərbi biletində hər hansı bir düzəliş edilməsi, Elvinin hərbi biletində müharibə veteranı olması ilə bağlı qeyd aparılması barədə danışıbdanışmadığını soruşduqda İlqar, İsa adlı şəxsi tanımadığını, İsanın ümumiyyətlə onun yanına gəlmədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onun bacısı oğlu Şahid2 Sumqayıt TTTYS-nın birində işə düzəltdirəcəyi adı ilə aldadaraq 5000 manat pulunu və Elvinin hərbi biletində müharibə veteranı olması ilə bağlı qeyd aparılmasını təşkil edəcəyi adı ilə aldadaraq 1000 manat pulunu alıb ələ keçirdiyini başa düşmüşdür. Məhkəmə gedişatı zamanı Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona dəymiş ziyandan 1700 manat ödənildiyini, qalan məbləğin də qaytarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində 23 oktyabr 2020-ci il tarixdə qismən səfərbərlik elan edilməsi ilə əlaqədar SHXÇDX-nin Sumqayıt Baş idarəsi tərəfindən səfərbərliyə cəlb edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mingəçevir şəhər və Goranboy rayonu, Goran qəsəbəsi ərazilərində yerləşən hərbi hissələrində ehtiyatda olduğunu, həmin hərbi hissələrdə təlimlərdə iştirak edərkən həyəcanlandığı üçün dilində qüsur yarandığını qeyd edərək bildirdi ki, 2022-ci ilin may ayında onun xalası Zərərçəkmiş şəxs onu işə düzəltdirmək üçün Sumqayıt Təcili tibbi yardım stansiyasının sürücüsü Pərvizdən köməklik etməsi üçün xahiş etmişdir. Pərviz onları 19 may 2022-ci il tarixdə İsa adlı şəxslə tanış etmişdir. İsa özünü qazi kimi təqdim etmişdir. Pərviz də İsanın qazi olduğunu demişdir. 19 may 2022-ci il tarixdə o, anası X3 və xalası Zərərçəkmiş şəxs ilə birlikdə Sumqayıt şəhər Səhiyyə şöbəsinin qarşısına getmişlər. Orada Pərviz və İsa ilə görüşmüşlər. X5 Sumqayıt Təcili X9 sanitar kimi işə düzəltməsini xahiş etmişdir. İsa Səhiyyə şöbəsinin müdiri Şahid4 rüşvət verməklə onu həmin işə düzəltdirəcəyini vəd edib 5.000 manat pul istəmiş, onlar razılaşmışlar. xx.xx.2023-cü il tarixdə X14 Təcili tibbi yardım stansiyasının qarşısında İsaya 3.000 manat pul vermişdir. Qalan pulu da yerəcəyini öhdəsinə götürmüşdür. O, şəxsiyyət vəsiqəsini, hərbi biletini, əmək kitabçasını İsaya vermişdir. İşə düzələnə qədər demək olar ki, hər gün İsa onu Səhiyyə şöbəsinin qarşısına çağırmış, o, hər gün gedib orada saatlarla gözləyirmiş ki, onu kimsə qəbul edəcək. Həmin vaxtlarda o, Səhiyyə şöbəsində kadrların işinə baxan Sevinc xanımın qəbulunda olmuş, işə qəbul barədə ərizə yazmışdır. İsa qəbulda onun xalası oğlu olduğunu, müharibə veteranı olduğunu Şahid4 bildirmişdir. Şahid4 onu qəbul etməkdə məqsədi işə qəbul etməsi ilə bağlı onunla tanış olmuşdur. 2022-ci ilin iyun ayında İsa, X14ya zəng edib onun hərbi biletində döyüşlərdə iştirak etməsi barədə qeyd aparıldığını və həmin yazının üzərindən xətt çəkildiyini, buna görə də müharibə iştirakçısı kimi tanmmayacağını və işə düzəldiyi zaman əmək haqqı aldığı vaxt onun əmək haqqından vergi ödənişlərinin tutulacağını demişdir. Hərbi biletdə olan həmin məsələni düzəldib həll etməsi üçün o, 2022-ci ilin iyun ayında Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsinin qarşısında, X14 il birlikdə İsa ilə görüşüb, xalası Esmiranın İsaya verməsi üçün öncədən ona verdiyi 1000 manat pulu İsaya vermişdir. İsa SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsinin inzibati binasına girib bir müddət sonra çıxmış və işi həll etdiyini bildirmişdir. 05 sentyabr 2022-ci il tarixdə İsa, X14ya zəng edib onun işə qəbul edilməyi ilə bağlı əmr verildiyini demişdir. O, xalası ilə birlikdə Sumqayıt Səhiyyə şöbəsinin qarşısına getmişdir. İsa Şahid4 imzaladığı əmri onlara təqdim etmişdir. Orada onu 3 saylı şəhər xəstəxanasına fəhlə vəzifəsinə təyin edildiyi göstərilmişdir. O və xalası Esmira buna etiraz edib onun porter (sanitar) kimi işə qəbul edilmək üçün pul verdiklərini demişlər. İsa Şahid4 ilə aralarında narazıçılıq olduğu üçün onu birbaşa porter işinə qəbul etdirə bilmədiyini, müəyyən müddət sonra, söz verdiyi kimi onun porter (sanitar) işinə keçirilməsini təşkil edəcəyini bildirmişdir. Bir neçə gün sonra İsa X14ya zəng edib, onu sanitar işinə düzəltmək üçün razılaşmalarına uyğun olaraq ümumilkdə verməli olduqları 5000 manat pulun qalan 2.000 manatını da verməsini xalası Esmiradan istəmiş və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Tibb Mərkəzinin qarşısında İsa ilə görüşərək xalası Esmiranın göndərdiyi 2.000 manat pulu İsaya vermişdir. O, bir müddət 3 saylı Sumqayıt şəhər xəstəxanasında fəhlə kimi işləmişdir. Lakin sonradan ərizə yazıb öz arzusu ilə işdən azad edilmişdir. İsa X14dan ümumilikdə 6000 manat pul almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2012-ci ildən Sumqayıt Tibb Mərkəzi PHŞ-in TTTYS-nm sürücüsü işlədiyini, Zərərçəkmiş şəxs tanıdığını, İsanı qazi kimi tanıdığını, İsanın özünü ona qazi kimi təqdim etdiyini, sonradan İsanın onun yaşadığı məhəllənin yaxınlığında qaldığını öyrəndiyini bildirmişdir. O, işdən kənar müddətdə özünə məxsus “Opel” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs ona iş yoldaşı kimi yaxınlaşıb, həmin vaxt TTTYS-da olan İsa adlı qazini göstərib İsaya etibar edib İsa ilə iş görmək istədiyini demişdir. O isə Esmiranın özünün İsa ilə danışmasını bildirmişdir. O, İsa ilə Esmiranın arasında vasitəçi olmamışdır. Esmira ilə onun arasında bu danışıq olandan bir neçə gün sonra görmüşdür ki, Esmira ilə İsa hamıya özlərini xalaoğlu-xalaqızı kimi təqdim edirlər və çox mehribandırlar. O, taksi fəaliyyəti ilə məşğul olanda TTTYS-nm qarşısında avtomobili saxlayıb müştəri gözlədiyi üçün Esmira, İsa, Esmiranın bacısı oğlu Elvin mütəmadi olaraq onun avtomobilində müştəri kimi hər yerə getmişlər. Dəfələrlə onları müxtəlif yerlərə aparmışdır. Hətta Esmira ilə İsanı bir dəfə Sədərək ticarət mərkəzinə aparmışdır. Esmira özünə və İsaya paltar almışdır. Onun Esmira ilə İsanın arasında olan razılıqdan, Elvinin işə düzəltməklərindən maşında aralarında olan danışıqlar zamanı məlumatı olmuşdur. Lakin həmin şəxslər onun yanında razılaşmamış, onun yanında İsaya pul verməmişlər. Elvinin işə düzəldilməsi ilə bağlı dəfələrlə Sumqayıt Tibb Mərkəzinə, SHXÇDX-nin Sumqayıt baş idarəsinə, H.Z.Tağıyev qəsəbəsində yerləşən xəstəxanaya, TTTYS-na onun idarə etdiyi avtomobili sürdürmüşlər. Lakin o kimə rüşvət verilməklə Elvini işə düzəldəcəklərini, nə qədər pul verdiklərini bilməmişdir. Elvin xəstəxanaya işə düzəldikdən bir müddət sonra İsa ondan soruşmuşdur ki, bu necə adamdır ki, işə getmir. O da özündən soruşmasını bildirmişdir. Esmiranın və digərlərinin nə üçün onun yanında pul verdiklərini bilməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid5 elan edilmiş ifadəsində xx.xx.2020-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin Səfərbərlik hazırlığı və Səfərbərlik şöbəsinin baş zabiti vəzifəsində xidmət etdiyini qeyd edərək bildirmişdir ki, 2022-ci ilin noyabr ayında özünü Zərərçəkmiş şəxs adı ilə təqdim edən qadın onun iş yerinə gedib Təqsirləndirilən şəxs adlı “qazi”nin onun yanına gedib Esmiranın bacısı oğlu Şahid2 hərbi biletində hər hansı bir düzəliş edilməsi, Elvinin hərbi biletində müharibə veteranı olması ilə bağlı qeyd aparılması barədə onunla danışıbdanışmadığını, onun Şahid2 hərbi biletində hər hansı bir düzəliş aparmağı və ya möhür vurmağı barədə soruşduqda o, Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını, İsanın ümumiyyətlə onun yanına gəlmədiyini bildirmişdir. Esmira ona bildirmişdir ki, İsa adlı şəxs Esmiranın bacısı oğlu Elvinin hərbi biletində müharibə veteranı olması ilə bağlı qeyd aparılmasını təşkil edəcəyi adı ilə Esmiradan 1000 manat pul almış və həmin pulu sözügedən işin görülməsi müqabilində SHXÇDX-nin Sumqayıt şəhər Baş İdarəsinin Səfərbərlik hazırlığı Səfərbərlik şöbəsinin əməkdaşı İlqar adlı şəxsə, yəni ona verdiyini demişdir. O, Şahid2 hərbi biletinə baxdıqda aydın olmuşdur ki, Elvin 44 günlük Qarabağ müharibəsi dövründə N saylı hərbi hissənin nəzdində xidmətdə olmuşdur. Ancaq həmin hərbi hissə müharibə vaxtı gözləmə mövqeyində olaraq döyüşlərdə iştirak etməmişdir. Bu səbəbdən də Şahid2 müharibə veteranı hesab edilməmişdir. O, həmin məlumatları Esmira adlı qadının nəzərinə çatdırmış və İsa adlı şəxsin Esmiranı aldadıb pulunu ələ keçirməsi barədə polisə müraciət etməsini tövsiyyə etmişdir. Həmçinin o, müharibə vetranı adının və müvafiq vəsiqəsinin verilməsinin yalnız Müdafiə Nazirliyinin səlahiyyəti daxilində olduğunu, SHXÇDX-nin belə bir səlahiyyəti olmadığını qeyd etmişdir. İş materiallarında olan Şahid5 xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, Azərbaycan Respublikasında keçiriləcək geniş miqyaslı hərbi təlimlərlə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş, lakin adları şahidlər siyahısında olmayan Şahid1 və Şahid4 məhkəmə iclasına dəvət edilməri üçün iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbardalıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblər barədə məhkəməyə məlumat verməmişlər. Şahidlərin iştirakı təmin edilməsi məqsədi ilə barələrində məhkəməyə məcburi qaydada gətirilmə haqqında qərar qəbul edilmiş, lakin onların iştirakı məhkəmədə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq dindirilmiş Şahid1 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadəni elan etməklə kifayətlənmək mümkündür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində 2006-cı il tarixdən 2023-cü il tarixədək Sumqayıt səhiyyə şöbəsində(hazırkı Sumqayıt Tibb Mərkəzində) aparıcı mütəxəssis (hazırkı X7 müdir müavini ) vəzifəsində çalışdığını, hal-hazırda Sumqayıt TM-də kompyuter üzrə operator vəzifəsində çalışdığını qeyd edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2022-ci ilin sentyabr ayının əvvəlləri Sumqayıt TM-nin direktoru Şahid4 onu otağına çaxırıb həmin vaxt Şahid4 yanında olan Təqsirləndirilən şəxs təqdim edərək Qarabağ müharibəsi qazisi olduğunu, İsanm yanındakı digər Şahid2 isə İsanın yaxın qohumu olduğunu deyərək, səbətində olan problemlərə görə İsanı işə qəbul edə bilmədiyini, əvəzində isə İsanın xahişi ilə İsanın qohumu Elvini işə qəbul etmək niyyətində olduğunu, Elvinin TTTYS-da porter vəzifəsinə işə qəbul olunmaq istədiyini, ancaq boş porter ştatı olmadığından Elvini Sumqayıt 3 saylı şəhər Xəstəxanasında fəhlə vəzifəsinə işə qəbul etməsi üçün ərizəsini almasını xahiş etmişdir. Elvinlə İsa onun xidməti otağına keçmişlər və Elvin Sumqayıt 3 saylı şəhər Xəstəxanasında fəhlə vəzifəsinə işə qəbul olunması üçün ərizə yazıb ona təqdim etmişdir. Təxminən iki-üç gün sonra Elvin müvafiq sənədləri- sağlamlıq haqqında arayışı, şəxsiyyət vəsiqəsinin surtətini, hərbi biletin surətiniaparıb ona vermişdir. Bundan sonra Şahid2 Sumqayıt 3 saylı şəhər Xəstəxanasına fəhlə vəzifəsinə işə qəbul edilməsi barədə direktor Şahid4 tərəfindən əmr verilmişdir. Ancaq təxminən 2-3 ay sonra Elvin işdən azad olunması barədə ərizə ilə müraciət etmiş və işdən azad olunmuşdur. Elvin işdən azad olunduqdan bir neçə gün sonra, Elvinin xalası Esmira adh qadın Elvinlə birlikdə onun iş otağına gedərək, İsanın, Elvini fəhlə vəzifəsinə yox, Şahid4nm vasitəsi ilə porter vəzifəsinə işə düzəldəcəyini vəd verdiyini, bunun üçün də, İsanın ondan xeyli miqdarda pul aldığını bildirmişdir. O, Esmiranın dedikləri barədə heç bir məlumatı olmadığını, dirakorun tələbi ilə Elvinin ərizəsini aldığını və Elvinin təmənnasız olaraq işə qəbul olunduğunu bildirmişdir. Hətda Esmira, Şahid4nm da qəbuluna girərək narazıçılğını bildirdikdə, direktor Şahid4, İsanın əməllərindən məlumatsız olduğunu, İsanı 2-ci Qarabağ müharibəsi qazisi kimi tanıdığını bu səbəbdən də İsanın xahişini nəzərə alaraq qohumu kimi təqdim etdiyi Elvini işə qəbul elədiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində 2020-ci ilin iyun ayından Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində çalışdığını, qeyd edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin əvvələrindən tanıyır. Belə ki, həmin tarixdə o, 1 saylı Sumqayıt şəhər xəstəxanasında olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq 44 günlük Qarabağ müharibəsi qazisi olduğunu və İsanı qəbul etməsini xahiş etmişdir. O, istədiyi vaxt qəbuluna gələ biləcəyini İsaya bildirmişdir. Həmin gündən təxminən 3-4 ay sonra təxminən 2022-ci ilin sentyabr ayının əvvəlləri Təqsirləndirilən şəxs, Şahid2 adlı şəxslə birlikdə onun qəbul otağına gedərək, Elvinin onun qohumu olduğunu və Elvini işə qəbul etməsini xahiş etmişdir. O, Elvini 3 saylı Sumqayıt şəhər xəstəxanasında fəhlə vəzifəsinə işə qəbul edəcəyini bildirmişdir. Həmin şəxslər onunla razılaşmışlar. O, X7 müdir əvəzi vəzifəsində çalışan Şahid1 yanma çağıraraq Elvinin işə qəbul olunması barədə ərizəsini almasını xahiş etmişdir. Elvin ərizə yazdıqdan bir neçə gün sonra-xx.xx.2023-cü il tarixdə-Elvinin 3 sayh Sumqayıt şəhər xəstəxanasına fəhlə vəzifəsinə qəbul olunması barədə əmr imzalamışdır. Ancaq Elvin bir neçə gün işə çıxsa da, sonradan işə çıxmadığı üçün Elvinin işdən azad etmişdir. Elvin işdən azad edildikdən sonra Elvin xalası Zərərçəkmiş şəxs ilə birlikdə onun qəbul otağına gedərək, Elvinin porter vəzifəsinə işə qəbul edilməsi üçün Təqsirləndirilən şəxs 5000 manat pul verdiyini, İsanın da həmin məbləği Elvini işə qəbul etməyi üçün ona verdiyini deməsini bildirmişdir. O, heç kimin ona pul vermədiyini, Elvini təmənnasız olaraq fəhlə kimi işə götürdüyünü, lakin Elvin işə getmədiyi üçün işdən azad olunduğunu, Elvinin porter vəzifəsinə qəbul ediləcəyi barədə heç bir öhdəlik götürmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin 13774/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:05-də Quba rayon ərazisində tutularaq Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə təqdimat verilməsindən ötrü Sumqayıt şəhər Prokurorluğuna müraciət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə olunmaından imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30-da Sumqayıt şəhər ərazisində tutularaq Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rüstəm oğlu Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 03 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Bundan başqa o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, ********* nömrəli cinayət işi təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2019-cu il tarixdə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Şahid4 və Şahid5 əməllərində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından həmin maddə ilə barələrində cinayət təqibinin başlanmasını Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən rədd olunması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rüşvət verməyə təhrik etməyə heç bir istintaq sənədləri ilə təsdiq edilmədiyindən həmin xüsusat üzrə Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 3-13-58/2-16088 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli axtarış qərarına əsasən xx.xx.2024-cü il tarixdə 735603 saylı axtarış işi açılmış və keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasıana təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 3- 16-17/42/2-1217 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-213/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər”. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növündən nisbətən yüngül, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ cərimə cəzasına nisbətdə daha ağır cəza növü olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin iki hissəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasında inzibati ərazi hüdudlarında kənara çıxmama kimi qoyulan məhdudiyyətlərdə onun peşəsi, himayəsində azyaşlı uşağının olması və ailənin dolanmasına təsir edəcək amillər nəzərə alınmalı, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulmuş və ona həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 04 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv - hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X4rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli (iş № 1(060)-213/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 172/2024 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (hesab № AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 27 (iyirmi dörd) gün müddət bir gün azadlıqdan məhrum etmə cəzasının iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 27, mənzil 8 üvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər X6 həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-213/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-213/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver