Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-213/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Ermənistanın Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 2-ci mikrorayon ev 30/2, mənzil 43-də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi Üzümlük massivi fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qardaşı Arzuman Tacirova təyin olunmuş 18 il azadlıqdan məhrumetmə cəzasını 6 ilə endirilməsində köməklik göstərə biləcəyinə dair yalan vəd verib 7000 manat müqabilində razılaşaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı Notariat Kontorunda borc müqaviləsi ilə 3500 manat, daha sonra Arzuman Tacirova təyin olunmuş həmin azadlıqdan məhrumetmə cəzasını 1 ilədək də endirilməsində köməklik göstərəcə biləcəyi adı ilə yalan vəd verib Zərərçəkmiş şəxs1nm yeznəsi Şahid2 vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 12:23-də Lerik şəhərində yerləşən Avtovağzal dairəsinin yanında yerləşən «Oba» marketdə quraşdırılan «Emanat» ödəmə terminalı ilə ona məxsus "xxxx" ASC-yə məxsus 16973xxxxxx7939 saylı bank kart hesabına göndərdiyi 500 manat, həmin gün saat 13:09-da Lerik şəhəri İ.Qayıbov küçəsində yerləşən «Oba» marketdə quraşdırılmış «Paşapay» ödəmə terminalı ilə yenədə sözügedən karta göndərdiyi 500 manat, xx.xx.2023-cü il tarixdə saat 09:02-də Lerik şəhərində Avtovağzal dairəsinin yanında yerləşən «Oba» marketdə quraşdırılan «Emanat» ödəmə terminalı ilə həmin karta göndərdiyi 500 manat və Arzuman Tacirovun cəza çəkmə müəssisəsindən 1 həftəlik istirahət etmək üçün evə buraxdıracağı adı ilə yalan vəd verib aldadaraq 2023-cü ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs1nm yaşadığı Sumqayıt şəhəri Qurd Dərəsi bağlar massivindəki fərdi evində 300 manat olmaqla ümumilikdə 5300 manat pulunu ələ keçirərək xeyli miqdarda dələduzluq etmişdir. Bundan başqa, o təkrarən aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Abşeron rayonu Qoradil qəsəbəsində yerləşən su idarəsindən təzə traktor icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən «Yaşıl» marketlə üzbəüz yerləşən avtobus dayanacağında 1500 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Nadir adlı tanışı ona müraciət edərək demişdir ki, onun tanışı Zərərçəkmiş şəxs1 qardaşı X2 Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə məhkumdur və ona kömək etmək lazımdır. Həmin vaxt o Nadir vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və Bəstinin yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivində yerləşən evində Roza adlı xanımın iştirakı ilə görüşmüş, Ədliyyə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə münasibəti olduğunu və 7000 manat müqabilində Arzuman Tacirova təyin olunmuş 18 il azadlıqdan məhrumetmə cəzasını 6 ilə endirilə biləcəyinə köməklik edə biləcəyini, ilkin olaraq 3500 manat, daha sonra isə 3500 manat pul verməli olacaqlarını bildirmişdir. Bəsti də onunla razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində onlar Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı Notariusda görüşmüşlər, orada onunla Bəsti arasında kredit (borc) müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən Bəsti ona 3500 manat pulu vermiş, Bəsti ona pulu verərkən yanında Roza adlı qadında olmuş, özü isə həmin 3500 manat pulu götürüb Bəstinin dediyi məsələsini həll etmədən, pulu öz şəxsi ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Bundan sonra pula ehtiyacı olduğu üçün o xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bəstiyə zəng edərək ona yalandan demişdir ki, guya Arzumanın cəzasının 1 ildə endirə biləcəyi adı ilə xx.xx.2023-cü il tarixdə günorta saatlarında iki dəfəyə, yəni 500 bir, 500 bir olmaqla ümumilikdə 1000 manat, xx.xx.2023-cü il tarixdə səhər saatlarına isə 500 manat olmaqla cəmi 1500 manat pul onun kart hesabına göndərilmişdir. O həmin pulu da nağdlaşdırıb heç kimə verməyərək, öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra, ona pul lazım olduğu üçün o 2023-cü ilin oktyabr ayının axırlarında günorta saatlarında Bəstiyə zəng edib bütün məhkumları 1 həftəlik istirahət etmək üçün evə buraxıla biləcəyini bildirib, Arzumana da məzuniyyət tətbiq olunması üçün Bəstigilin evində ondan 300 manat pul almışdır. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs2 7-8 ildir ki, tanıyır, o traktor sürür. Özü isə elektrik, eləcə də kanalizasiya xətlərinin çəkilişi ilə məşğul olmuşdur. O Süleymanın işi ilə bağlı ona hər zaman müştəri tapmaqda köməklik göstərmiş və bundan da qazanc əldə etmişdir. İndiyə qədər Süleymanla aralarında heç bir problem olmamışdır. 2024-cü ilin ilin sentyabr ayının ortalarında pula ehtiyacı olduğu üçün su idarəsinə məxsus traktoru 1500 manat müqabilində ona icarəyə verəcəyini söyləmiş, Süleyman da ona inanaraq həmin məbləği vermişdir. Süleymandan aldığı 1500 manat pulu isə heç kimə vermədən, öz şəxsi ehtiyaclarına sərf etmiş və onun traktor məsələsini həll etməmişdir. Həmin puldan 1200 manat geri qaytarmışdır. O cinayət işinin istintaq materiallarına əlavə edilmiş 01 ədəd disklə tanış olarkən həmin diskdəki səs yazılarının ona məxsus olduğunu, oradakı sözləri özü dediyini bildirmişdir. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurduğu ziyanı sonuncunun qaynı Şahid2 vasitəsi ilə tam olaraq ödəmiş, lakin buna baxmayaraq hissəvi olaraq yenə də ödəməyə hazırdır. Əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs2a qalan 300 manatı da ödəməyə hazır olmasını, övladının olmasını nəzərə alınmasını və ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qohumu X2 Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə məhkumdur. 2023-cü ilin sentyabr ayında qohumu Nadir və qonşusu Roza onu özünü Eldar adlı polis əməkdaşı kimi təqdim edən Nağı adlı şəxslə tanış etmiş və onlar onun evdə Roza və Nadirin iştirakı ilə görüşmüşlər, həmin görüşdə Eldar Ədliyyə Nazirliyinin rəhbərliyinin vasitəsilə 7000 manat müqabilində Arzuman Tacirova təyin olunmuş 18 il azadlıqdan məhrumetmə cəzasını 6 ilə endirəcəyini, ilkin olaraq 3500, daha sonra isə yenidən 3500 manat pul verməli olduqlarını bildirmişdir. Bundan sonra o yeznəsi Şahid2 3500 manat pul vəsaiti alaraq xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı Notariusda borc müqaviləsi ilə 3500 manat pul vəsaitini qonşusu Rozanın iştirakı ilə özünü Eldar kimi təqdim edən Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o evdə olarkən Nağı onun mobil telefonuna zəng edərək, Arzumanın cəzasının 1 ildə endirə biləcəyini deyib ondan 1500 manat pul istəmiş, o da onunla razılaşmışdır. Ona "xxxx" ASC-yə məxsus 416973xxxxxx7939 saylı bank kart hesabını mobil telefon nömrəsinin votsapma göndərib, həmin pulu ora atmasını xahiş etmişdir. O da pul olmadığı üçün Lerik rayonu, Xəlfəkücə kəndində yaşayan qardaşı Ağadadaş Fazilova zəng edib ona borca 1500 manat pul verməsini xahiş etmişdir. Ağadadaş da ona demişdir ki, həmin pul onda yoxdur yeznəsi Şahid2 deyər, o həll edər və o Nağının ona göndərdiyi bank kart hesab nömrəsini ona göndərib, demişdir ki, pulu həmin bank kart hesabına göndərsin. Sonradan ona məlum olmuşdur ki, Şahid2 Lerik rayonunda olarkən xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə da 500 manat «Emanat» və «Paşapey» ödəmə terminalları vasitəsi ilə həmin bank kart hesabına göndərmişdir. Həmin ödəniş qəbzlərini də o təqdim etmişdir. Həmin pulu ödədikdən sonra Ramin ona zəng edib bildirmişdir ki, pulu Nağının bank kart hesabına göndəribdir. 2023-cü ilin oktyabr ayının axırlarında günorta saatlarında o evdə olarkən Nağı ona zəng edib bildirmişdir ki, bütün məhkumları 1 həftəlik istirahət etmək üçün evə buraxıllar, Arzumanı da 1 həftəlik evə buraxdıra bilər, bunun üçün əlavə 300 manat pul lazımdır. O da razılaşmış və həmin gün Nağı axşam saatlarınla onun yaşadığı evə getmiş, o da 300 manat pulu əri Rüstəm Hüseynovun yanında Nağıya vermişdir. Həmin 300 manat pul da ona məxsus pul olmuşdur. Lakin Nağı onu aldadaraq Arzumanın cəzasının endirilməsi, eləcə də onun 1 həftəlik buraxılması məsələsini həll etməmişdir. O ondan pulu tələb edəndə, müxtəlif bəhanələr gətirərək pulu qaytaracığım desə də, pulunu da gətirib verməmişdir. Ramindən borca götürdüyü ümumilikdə 5000 manat pulu onun özünə sonradan qaytarmışdır. Beləliklə də, Nağı onun ümumilikdə 5300 manat pulumu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Bu səbəbdən o polisə şikayət etmişdir. O polisə şikayət etdikdən sonra Nağı 5300 manat puldan, 1200 manat pulu ona qaytarmışdır. Daha sonra məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməməsini nəzərə alaraq həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o özü traktor sürüb ailəsini dolandırır. Təqsirləndirilən şəxs 7-8 ildir ki, tanıyır, Nağı ona işi ilə bağh müştəri tapmaqda köməklik göstərmiş, beləcə özü də buradan qazanc əldə etmiş, indiyə qədər aralarında heç bir problem olmamışdır. 2024-cü ilin ilin sentyabr aymm ortalarında o Nağının elektrik işlədiyi Abşeron rayonu Saray qəsəbəsində yerləşən Saray Tikinti bazarında olarkən söhbət əsnasında ona demişdir ki, təzə və daha böyük traktor var, həmin traktor Abşeron rayonu Qoradil qəsəbəsində yerləşən su idarəsindədir, həmin traktor icarəyə verilir, onu oradan götürüb ona icarəyə verəcəkdir və o həmin traktorla daha keyfiyyətli iş görə bilər, lakin bunun üçün o ona 1500 manat pul verməlidir. O da onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o Təqsirləndirilən şəxsla birlikdə təklikdə Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən «Yaşıl» marketlə üzbə-üz yerləşən avtobus dayanacağında görüşmüş və həmin 1500 manat pulu Nağıya vermişdir. Nağı pulu götürüb ona demişdir ki, xx.xx.2024-cü il tarixədək traktor ona çatacaq və çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə o görəndə ki, Nağıdan xəbər çıxmır, özü ona zəng edib məsələ barədə maraqlandıqda, Nağı ona 2-3 gündə gözləməsini bildirmişdir. Bundan sonra o hər dəfə ona zəng edib məsələ barədə maraqlandıqda, Nağı ona müxtəlif bəhanələr gətirərək aldatmışdır. Pulunu geri tələb etdikdə isə Nağı pulunu qaytaracağına söz versə də, 1500 manat pulunu da geri qaytarmamışdır. O da məcbur olub bu barədə polisə şikayət etmişdir. 2024-cü ilin noyabr ayının təxminən 19-da Nağı 1500 manatdan puldan, ona 500 manat pulu qaytarmışdır. Hazırda Nağının ona 1000 manat verəcəyi var. Nağı ilə onun bu məsələ ilə bağlı telefon danışıqları da olmuş, həmin səs yazılarını da o diskə köçürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Müxtəlif bəhanələrlə onun pulunu verməmişdir. Onun həbs edilməsinə razı olduğunu bildirmişdir. Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Rayonda yaşayır, yol uzaq olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmir. Bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini xahiş edir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur. O bilmişdir ki, Bəstinin qardaşı X2 Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə məhkumdur, onun cəzasının aşağı endirilməsinə kömək edə biləcək şəxs axtarırdı və bu barədə qohumu Nadiri demişdir. Nadir də özünü Eldar kimi təqdim edən Nağı ilə Bəstini calamışdır. Belə ki, 2023-cü ilin sentyabr ayında o Bəstinin evində olarkən Nadir həmin Nağı ilə ora gəlmişdir. Orada söhbət əsnasında Nağı Ədliyyə Nazirliyinin rəhbərliyinin vasitəsilə 7000 manat müqabilində Arzuman Tacirova təyin olunmuş 18 il azadlıqdan məhrumetmə cəzasını 6 ilə endirəcəyini, ilkin olaraq 3500, daha sonra isə yenidən 3500 manat pul verilməlidir. Bəsti də razılaşmışdır. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində o Bəsti ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı Notariusa gedərək Nağı ilə görüşmüşlər və Bəsti ilə onun arasında kredit (borc) müqaviləsi bağlanılaraq orada Bəsti 3500 manat pulu onun yanında Nağıya vermişdir. Sonra Nağı çıxıb getmişdir. Bundan sonrakı söhbətlərdə o iştirak etməmiş, şahidi olmamışdır. Ancaq Bəstidən eşidib, bilmişdir ki, Nağı həmin 3500 manat puldan əlavə ondan 1800 manat pul da almış, lakin verdiyə vədə əməl etmədən aldadıb məsələni həll etməmişdir. Bu səbəbdən də Bəsti polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, X2 Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə məhkumdur. 2023-cü ilin sentyabr ayında baldızı Zərərçəkmiş şəxs1 ona müraciət edərək bildirmişdir ki, tanışı Nadir onu özünü Eldar kimi təqdim edən Nağı adlı polis əməkdaşı ilə tanış etdiyini və sonuncu vasitəsilə 7000 manat müqabilində Aruzman Tacirova təyin olmuş 18 il azadlıqdan məhrum etmə cəzasını 6 ilə endirəcəyini, ilkin olaraq 3500, daha sonra isə yenidən 3500 manat pul verməli olduğunu bildirib, 3500 manat pulu ona borca verməsini xahiş etmişdir. O da həmin gün 3500 manat pulu gətirib Bəstiyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 3 saylı Notariusda borc müqaviləsi ilə 3500 manat pul vəsaitini özünü Eldar kimi təqdim edən Təqsirləndirilən şəxs vermişdir. O həmin söhbətdə iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o işi ilə əlaqədar olaraq Lerik şəhərində olarkən, Ağadadaş ona zəng vuraraq, Bəstinin ona zəng vurub Arzumanın məsələsi ilə bağlı borca 1500 manat pul istədiyini, həmin pulu işi həll edən Nağıya verəcəyini bildirib, 1500 manat ona köməklik etməsini xahiş etmişdir. O da ona demişdir ki, köməklik edər və Ağadadaş ona həmin Nağı adlı şəxsin bank kart hesab nömrəsini onun istifadəsində olan mobil telefonunun votsapına göndərmişdir. O da xx.xx.2023-cü il tarixdə saat 12:23-də Lerik şəhərində yerləşən Avtovağzal dairəsinin yanında yerləşən «Oba» marketdə quraşdırılan «Emanat» ödəmə terminalı vasitəsi ilə Nağmm "xxxx" ASC-yə məxsus 416973xxxxxx7939 saylı bank kart hesabına 500 manat, həmin gün saat 13:09-da Lerik şəhəri İ.Qayıbov küçəsində yerləşən «Oba» marketdə quraşdırılmış «Paşapay» ödəmə terminalı vasitəsi ilə yenədə sözügedən karta 500 manat, xx.xx.2023- cü il tarixdə saat 09:02-də Lerik şəhərində yerləşən Avtovağzal dairəsinin yanında yerləşən «Oba» marketdə quraşdırılan «Emanat» ödəmə terminalı vasitəsi ilə 500 manat pul həmin karta göndərməklə, Nağmm bank kart hesabına ümumilikdə 1500 manat pul göndərmişdir. Həmin pul ona məxsus olmuşdur. Daha sonra o Bəstiyə zəng edib pulu göndərdiyini demiş və ödəniş qəbzlərini də onun votsapına göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Nağı Bəstidən əlavə olaraq 300 manat pul istəmiş, həmin 300 manat pulu da Bəsti yaşadığı evində Nağıya vermişdir. Lakin o həmin söhbətdə iştirak etməmiş, şahidi olmamışdır. Sonradan Nağı verdiyi vədə əməl etməmişdir. Nağı Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi üçün ona hər hansı miqdarda pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qardaşı X2 Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə məhkumdur. 2023cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ona müraciət edərək bildirmişdir ki, Pentiensiar Xidmətin Mirsaleh adlı rəisi Ermənistanın Dərələziz rayonundandır və həmin rayondan olan şəxs vasitəsilə Arzumana kömək etmək mümkündür. O Eldar adlı tanışının Dərələzizdən olduğunu bildiyi üçün ona müraciət etmiş o, isə ona həmin şəxslə yaxın əlaqəsinin olduğunu demişdir. Bundan sonra o Eldarla Bəstinin evinə getmiş və onları tanış etmişdir. Daha sonra o onların danışıqlarında iştirak etməmişdir. Sonradan Bəstinin ona danışmasından bilmişdir ki, Bəsti Eldara ümumilikdə 5300 manat pul vermiş, əslində həmin şəxsin adı Eldar yox Nağı olmuş, həmin şəxsdə ona qarşı dələduzluq edərək pulunu ələ keçirtmişdir. Daha sonra o, Bəsti və Ramin dəfələrlə əlaqə saxlayaraq Nağıdan pulu qaytarmasını tələb etmişlər, lakin o müxtəlif bəhanələr gətirərək işi həll edəcəyini, Arzumanın azadlığa çıxmasına nail olacağını deyib onları arxayın etmişdir. Nağı Bəstinin işinin həll etmədiyi üçün və ümumilikdə 5300 manat pulunu ələ keçirtdiyinə görə, Bəsti onun barəsində polisə şikayət etmişdir. Cinayət işinin 55-ci vərəqində olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. Cinayət işinin 75-76-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin 87-ci vərəqində olan xx.xx.2024-cü il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla arasında olan telefon danışıqlarının səs yazılarını özündə əks etdirək 01 ədəd CD diski təqdim etdiyindən, götürülmüşdür. Cinayət işinin 88-89-cü vərəqində olan səs yazılarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Zərərçəkmiş şəxs2 1500 manat pul almışdır. Cinayət işinin 33-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 101-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 108-109-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli AR CM 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edimişdir. Cinayət işinin 128-135-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi, eləcə də xx.xx.2023 və xx.xx.2023-cü il tarixli 03 ədəd ödəniş qəbzləri, eləcə də Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının səs yazılarını özündə əks etdirək 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 43-45-ci vərəqələrində Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmiş və Sumqayıt ŞPŞ-nin xx.xx.2020-ci il tarixli 62 saylı arayışına əsasən cəriməni tam ödəmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, telefon danışığını səs yazılarını əks etdirən 01 ədəd CD disc məhkəmə iclasında tədqiq edilmişdir. Həmin səs yazısında zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyanın ödənilməsini təsdiq etməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkən Zərərçəkmiş şəxs1 dəymiş ziyanın qalan hissəsinin, sonuncunun qaynı olan, həmçinin iş üzrə şahid qismində tanınan Şahid2 ödəməsi öz təsdiqini tapmamışdir. Belə ki, Şahid2 məhkəmə iclasında iştirak edərkən Bəsti Zeynalovaya ödənilməsi üçün ona hər hansı miqdarda pul verilmədiyini bildirmişdir. Bundan başqa təqsirləndirilən tərəfindən təqdim edilmiş səs yazılarında da ziddiyyətlər mövcuddur. Səs yazısı zərərçəkmiş şəxsin iştirakı ilə keçirilən məhkəmə iclasında tədqiq edilmiş, zərərçəkmiş və təqsirləndirilən şəxs arasında aparılan telefon danışıqlarında maddi ziyanın ödənilməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də hər hansısa miqdarda məbləği Şahid2 vermiş olsa da, həmin fakt zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla və təkrarən törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə əməlindən peşman olmasını, dəymiş ziyanları qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı qismən ödəməsini nəzərə alaraq hesab edir ki, CMnin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 24 noyabr 2024-cü il tarixdən 25 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırkı hökmün qəbul edildiyi tarixdən, yəni 25 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi, eləcə də xx.xx.2023 və xx.xx.2023-cü il tarixli 03 ədəd ödəniş qəbzləri, eləcə də Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının səs yazılarını özündə əks etdirən 01 ədəd CD disk və məhkəmə araşdırması müddətində Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş yazılarını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 noyabr 2024-cü il tarixdən 25 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi, eləcə də xx.xx.2023 və xx.xx.2023-cü il tarixli 03 ədəd ödəniş qəbzləri, eləcə də Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının səs yazılarını özündə əks etdirək 01 ədəd CD disk və Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı müddətində təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-213/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-213/2025
25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver