Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-214/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “X33” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləmiş, üzərində məhkumluğu olmayan, Neftçala rayonu, Həsənabad qəsəbəsi, N.Ağahüseynov küçəsi, ev 27-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Mustafayev küçəsi 75, mənzil 121-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 2021-ci ilin may ayının əvvəllərində, Zərərçəkmiş şəxs6 Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi “Zeytun” B\Y18 ünvanında yerləşən 0,0579 ha torpaq sahəsində iki mərtəbəli bağ evinin tikintisi ilə bağlı müraciətindən sonra, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi və təmir edilməsi işləri ilə məşğul olan hüquqi ünvanı ünvan 2ən “X33” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi özünü təqdim edərək, sonuncu ilə 17 may 2021-ci il tarixdə Sumqayıt şəhəri, Yaşma bağları ərazisində görüşmüş, Zərərçəkmiş şəxs6 həyat yoldaşına məxsus torpaq sahəsində bağ evinin tikinti və təmiri ilə bağlı işləri görmək barədə xahişini qəbul edərək, bağ evini tikib, təmir etdirməyi öz üzərinə götürmüş, aralarında №022 saylı podrat müqaviləsi bağlayıb imzası və təsisçisi olduğu müəssisənin möhürü ilə təsdiq etməklə zərərçəkmişin etibarını qazandıqdan sonra, “X33” MMC-nin təsisçisi kimi öz qulluq mövqeyindən istifadə etməklə, həmin işləri 41000 (qırx bir min) manat müqabilində, ilkin ödəniş olaraq isə “sifarişçi” tərəfindən təmir işlərinin aparılması üçün “podratçıya” 11000 (on bir min) manat ödəniş etdikdən sonra, 17 may 2021-ci il tarixdə işə başlayaraq 08 avqust 2021-ci il tarixədək bağ evini tikib təmir etməklə təhvil verəcəyi barədə yalan vəd verməklə, üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, 18 may 2021-ci il tarixdə istifadəsində olan "xxxx"a məxsus plastik kartın bank hesabına Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən "xxxx" ASC-nin baş filialında Zərərçəkmiş şəxs6 tərəfindən köçürülmüş 9700 (doqquz min yeddi yüz) manatı, saat 16:05:07-də eyni ünvanda yerləşən “MilliÖn” ödəniş terminalı vasitəsi ilə köçürülmüş 1200 (bir min iki yüz) manatı, saat 16:07:47-də köçürülmüş 100 (bir yüz) manatı, ümumilikdə isə 11000 (on bir min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə almış, həmin pulun 10000 (on min) manatını ələ keçirərək, Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməli törətmişdir. O, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin aprel ayının sonlarında, Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin təmir edilməsi ilə bağlı müraciətindən sonra, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi və təmir edilməsi işləri ilə məşğul olan, hüquqi ünvanı ünvan 2ən “X33” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq özünü təqdim edərək, sonuncu ilə 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində görüşmüş, Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evində təmir işləri görmək barədə xahişini qəbul edərək, zərərçəkmiş şəxsə məxsus fərdi yaşayış evini təmir və dizayn etdirməyi öz üzərinə götürmüş, aralarında 25 aprel 2022-ci il tarixdə 07/XM/22 saylı podrat müqaviləsi bağlayıb imzası və təsisçisi olduğu müəssisənin möhürü ilə təsdiq etməklə zərərçəkmişin etibarını qazandıqdan sonra, “X33” MMC-nin təsisçisi kimi öz qulluq mövqeyindən istifadə etməklə, həmin işləri 21000 (iyirmi bir min) manat müqabilində, ilkin ödəniş olaraq isə “sifarişçi” tərəfindən təmir işlərinin aparılması üçün “podratçıya” 4000 (dörd min) manat ödəniş etdikdən sonra, işə başlayaraq 120 (bir yüz iyirimi) iş günü ərzində tam yerinə yetirib təhvil verəcəyi barədə yalan vəd verməklə, üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, 26 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən “Rahat” marketdə quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsi ilə istifadəsində olan "xxxx"a məxsus plastik kartın bank hesabına saat 12 radələrində Zərərçəkmiş şəxs8 tərəfindən köçürülmüş 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək, Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq cinayət əməli törətmişdir. O, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 2022-ci ilin sentyabr ayının əvvəllərində, Zərərçəkmiş şəxs3 özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Südçülük savxozu ərazisində yerləşən 3 sot torpaq sahəsində həyət evində təmir tikinti işləri aparılması ilə bağlı müraciətindən sonra, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi və təmir edilməsi işləri ilə məşğul olan hüquqi ünvanı ünvan 2ən “X33” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq özünü təqdim edərək, sonuncu ilə 08 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Südçülük savxozu ərazisində görüşmüş, Zərərçəkmiş şəxs3 özünə məxsus torpaq sahəsində tikinti və təmir işləri görmək barədə xahişini qəbul edərək, zərərçəkmiş şəxsə məxsus torpaq sahəsində həyət evini tikib, təmir etdirməyi öz üzərinə götürmüş, aralarında həmin tarixdə /XM/2022 nömrəli podrat müqaviləsi bağlayıb imzası və təsisçisi olduğu müəssisənin möhürü ilə təsdiq etməklə zərərçəkmişin etibarını qazandıqdan sonra, “X33” MMC-nin təsisçisi kimi öz qulluq mövqeyindən istifadə etməklə, həmin işləri 51300 (əlli bir min üç yüz) manat müqabilində, ilkin ödəniş olaraq isə “sifarişçi” tərəfindən təmir işlərinin aparılması üçün “podratçıya” 6400 (altı min dörd yüz) manat ödəniş etdikdən sonra, işə başlayaraq 120 (bir yüz iyirmi) iş günü ərzində tam yerinə yetirib təhvil verəcəyi barədə yalan vəd verməklə, üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, vahid niyyətlə əhatə olunan qəsdlə 08 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “PashaPay” ödəniş terminalı vasitəsi ilə istifadəsində olan "xxxx"a məxsus plastik kartın bank hesabına Zərərçəkmiş şəxs3 tərəfindən saat 14:13:48-də köçürülmüş 1000 manatı, saat 14:15:22-də köçürülmüş 1000 manatı, saat 14:16:56-da köçürülmüş 1000 manatı, saat 14:18:17-də köçürülmüş 1000 manatı, saat 14:19:56-da köçürülmüş 1000 manatı, saat 14:21:33-də köçürülmüş 1000 manatı, saat 14:22:39-da köçürülmüş 400 manatı, ümumilikdə isə 6400 (altı min dörd yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə alıb, həmin pulun 3400 (üç min dörd yüz) manatını ələ keçirərək, Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq cinayət əməli törətmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 2022-ci ilin oktyabr ayının əvvəllərində, Zərərçəkmiş şəxs7 özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən 6 sot torpaq sahəsində bir mərtəbəli həyət evinin tikilib təmir edilməsi ilə bağlı müraciətindən sonra, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi və təmir edilməsi işləri ilə məşğul olan hüquqi ünvanı ünvan 2ən “X33” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi özünü təqdim edərək, sonuncu ilə 26 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində görüşmüş, Zərərçəkmiş şəxs7 özünə məxsus torpaq sahəsində həyət evində tikinti və təmir işləri görmək barədə xahişini qəbul edərək, zərərçəkmiş şəxsə məxsus torpaq sahəsində həyət evində təmir tikinti işləri aparmağı üzərinə götürüb, aralarında həmin tarixdə /XM/2023 nömrəli podrat müqaviləsi bağlayıb imzası və təsisçisi olduğu müəssisənin möhürü ilə təsdiq etməklə zərərçəkmişin etibarını qazandıqdan sonra, “X33” MMC-nin təsisçisi kimi öz qulluq mövqeyindən istifadə etməklə, həmin işləri 36800 (otuz altı min səkkiz yüz) manat müqabilində, ilkin ödəniş olaraq isə “sifarişçi” tərəfindən təmir işlərinin aparılması üçün “podratçıya” 11040 (on bir min qırx) manat ödəniş etdikdən sonra, işə başlayaraq 90 (doxsan) iş günü ərzində tam yerinə yetirib təhvil verəcəyi barədə yalan vəd verməklə, üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, vahid niyyətlə əhatə olunan qəsdlə podrat müqaviləsinin bağlandığı gündən 11 noyabr 2022-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs7 tərəfindən hiss-hissə olmaqla mobil tətbiq vasitəsi ilə istifadəsində olan "xxxx"a məxsus plastik kartın bank hesabına köçürülmüş ümumilikdə 11040 (on bir min qırx) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək, Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməli törətmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 2023-cü ilin mart ayının ortalarında, Zərərçəkmiş şəxs4 özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 3,5 sot torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin tikilib təmir edilməsi ilə bağlı müraciətindən sonra, yaşayış və qeyri-yaşayış sahələrinin təmir və dizayn edilməsi işləri ilə məşğul olan hüquqi ünvanı ünvan 2ən “X33” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq özünü təqdim edərək, sonuncu ilə 16 mart 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində görüşmüş, Zərərçəkmiş şəxs4 məxsus torpaq sahəsində təmir və tikinti işləri görmək barədə xahişini qəbul edərək, zərərçəkmiş şəxsə məxsus torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evini tikib, təmir etdirməyi üzərinə götürmüş, aralarında 17 mart 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Armood” restoranında 09/XM/2023 nömrəli podrat müqaviləsi bağlayıb imzası və təsisçisi olduğu müəssisənin möhürü ilə təsdiq etməklə zərərçəkmişin etibarını qazandıqdan sonra, “X33” MMC-nin təsisçisi kimi öz qulluq mövqeyindən istifadə etməklə, həmin işləri 65060 (altmış beş min altmış) manat müqabilində, ilkin ödəniş olaraq isə “sifarişçi” tərəfindən təmir işlərinin aparılması üçün “podratçıya” 12760 (on iki min yeddi yüz altmış) manat ödəniş etdikdən sonra, işə başlayaraq 140 (bir yüz qırx) iş günü ərzində tam yerinə yetirib təhvil verəcəyi barədə yalan vəd verməklə, üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 tərəfindən 17 mart 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən “PashaPay” ödəniş terminalı vasitəsi ilə istifadəsində olan "xxxx"a məxsus plastik kartın bank hesabına saat 22:52:13-də köçürülmüş 1000 manatı, saat 22:55:42-də köçürülmüş 1000 manatı, saat 22:57:08-də köçürülmüş 1000 manatı, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən “PashaPay” ödəniş terminalı vasitəsi ilə saat 23:16:12-də köçürülmüş 1000 manatı, saat 23:17:31-də köçürülmüş 1000 manatı, saat 23:18:46-da köçürülmüş 1000 manatı, saat 23:19:53-də köçürülmüş 1000 manatı, saat 23:20:44-də köçürülmüş 1000 manatı, saat 23:21:35-də köçürülmüş 1000 manatı, saat 23:22:35-də köçürülmüş 1000 manatı, saat 23:23:37-də köçürülmüş 1000 manatı, saat 23:24:21-də köçürülmüş 600 manatı, 18 mart 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Nizami metro stansiyasının çıxışında yerləşən “PashaPay” ödəniş terminalı vasitəsi ilə saat 11:59:16-da köçürülmüş 1000 manatı, saat 12:01:28-də köçürülmüş 160 manatı, ümumilikdə isə 12760 (on iki min yeddi yüz altmış) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək, Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməli törətmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 2023-cü ilin mart ayının sonlarında, X8 özünə məxsus Göyçay şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 2 sot torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikilib təmir edilməsi ilə bağlı müraciətindən sonra, yaşayış və qeyri-yaşayış sahələrinin təmir və dizayn edilməsi işləri ilə məşğul olan hüquqi ünvanı ünvan 2ən “X33” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq özünü təqdim edərək, sonuncu ilə 30 mart 2023-cü il tarixdə Göyçay şəhəri ərazisində görüşmüş, Ülkər Rəsulovanın özünə məxsus torpaq sahəsində tikinti, təmir və dizayn işləri görmək barədə xahişini qəbul edərək, zərərçəkmiş şəxsə məxsus torpaq sahəsində fərdi yaşayış evini tikib, təmir etdirməyi öz üzərinə götürmüş, aralarında 20 mart 2023-cü il tarixdə 12/XM/2023 nömrəli podrat müqaviləsi bağlayıb imzası və təsisçisi olduğu müəssisənin möhürü ilə təsdiq etməklə zərərçəkmişin etibarını qazandıqdan sonra, “X33” MMC-nin təsisçisi kimi öz qulluq mövqeyindən istifadə etməklə, həmin işləri 38475 (otuz səkkiz min dörd yüz yetmiş beş) manat müqabilində, ilkin ödəniş olaraq isə “sifarişçi” tərəfindən tikinti və təmir işlərinin aparılması üçün “podratçıya” 5771 (beş min yeddi yüz yetmiş bir) manat ödəniş etdikdən sonra, işə başlayaraq 120 (bir yüz iyirimi) iş günü ərzində tam yerinə yetirib təhvil verəcəyi barədə yalan vəd verməklə, üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, vahid niyyətlə əhatə olunan qəsdlə podrat müqaviləsinin bağlandığı gün Göyçay şəhəri ərazisində 200 (iki yüz) manat nağd, daha sonra 31 mart 2023-cü il tarixdə Göyçay rayonu, H.Əliyev prospekti “Mega” marketdə yerləşən “PashaPay” ödəniş terminalı vasitəsi ilə istifadəsində olan "xxxx"a məxsus plastik kartın bank hesabına Ülkər Rəsulova tərəfindən saat 11:21:50-də köçürülmüş 1000 manatı, saat 11:25:21-də köçürülmüş 1000 manatı, saat 11:26:52-də köçürülmüş 1000 manatı, saat 11:28:26-da köçürülmüş 1000 manatı, saat 11:30:16-da köçürülmüş 1000 manatı, saat 11:32:25-də köçürülmüş 780 manat, ümumilikdə isə 5980 (beş min doqquz yüz səksən) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək, zərərçəkmiş şəxs Ülkər Rəsulovaya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməli törətmişdir. O, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 2023-cü ilin iyun ayının əvvəllərində, Zərərçəkmiş şəxs2 qaynatasına məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin təmir edilməsi ilə bağlı müraciətindən sonra, yaşayış və qeyri-yaşayış sahələrinin təmir edilməsi işləri ilə məşğul olan hüquqi ünvanı ünvan 2ən “X33” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq özünü təqdim edərək, sonuncu ilə 08 iyun 2023cü il tarixdə ünvan 4 ünvanında görüşmüş, Zərərçəkmiş şəxs2 qaynatasına məxsus fərdi yaşayış evində təmir işləri görmək barədə xahişini qəbul edərək, zərərçəkmiş şəxsin qaynatasına məxsus fərdi yaşayış evini təmir etdirməyi öz üzərinə götürmüş, aralarında 12 iyun 2023-cü il tarixdə 11/XM/2023 nömrəli podrat müqaviləsi bağlayıb imzası və təsisçisi olduğu müəssisənin möhürü ilə təsdiq etməklə zərərçəkmişin etibarını qazandıqdan sonra, “X33” MMC-nin təsisçisi kimi öz qulluq mövqeyindən istifadə etməklə, həmin işləri 40000 (qırx min) manat müqabilində, ilkin ödəniş olaraq isə “sifarişçi” tərəfindən təmir işlərinin aparılması üçün “podratçıya” 20000 (iyirimi min) manat ödəniş etdikdən sonra, işə başlayaraq 120 (bir yüz iyirimi) iş günü ərzində tam yerinə yetirib təhvil verəcəyi barədə yalan vəd verməklə, üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, vahid niyyətlə əhatə olunan qəsdlə mobil tətbiq vasitəsi ilə istifadəsində olan "xxxx"a məxsus plastik kartın bank hesabına Zərərçəkmiş şəxs2 tərəfindən 08 iyun 2023-cü il tarixdə saat 19:28-də köçürülmüş 180 manatı, 12 iyun 2023cü il tarixdə saat 10:51-də köçürülmüş 2500 manatı, saat 14:57-də köçürülmüş 1500 manatı, 19 iyun 2023-cü il tarixdə saat 16:46-da köçürülmüş 5000 manatı, 20 iyun 2023-cü il tarixdə saat 11:21-də köçürülmüş 5000 manatı, 21 iyun 2023-cü il tarixdə saat 14:45-də köçürülmüş 5000 manatı, 23 iyun 2023-cü il tarixdə saat 14:57-də köçürülmüş 810 manatı, ümumilikdə isə 19990 (on doqquz min doqquz yüz doxsan) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməli törətmişdir. Bundan başqa, o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 2024-cü ilin fevral ayının əvvəllərində, Zərərçəkmiş şəxs1 özünə məxsus Sumqayıt şəhəri, Yaşma bağları, “Ulduz” BY 610/554 ünvanında yerləşən bağ evinin təmir edilməsi ilə bağlı müraciətindən sonra, yaşayış və qeyri-yaşayış sahələrinin təmir edilməsi işləri ilə məşğul olan hüquqi ünvanı ünvan 2ən “X33” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq özünü Zərərçəkmiş şəxs1 təqdim edərək, sonuncu ilə 14 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, Yaşma bağları ərazisində görüşmüş, Zərərçəkmiş şəxs1 özünə məxsus bağ evində təmir işləri görmək barədə xahişini qəbul edərək, zərərçəkmiş şəxsə məxsus bağ evini təmir etdirməyi öz üzərinə götürüb, aralarında həmin tarixdə 06/XM/2024 nömrəli podrat müqaviləsi bağlayıb imzası və təsisçisi olduğu müəssisənin möhürü ilə təsdiq etməklə zərərçəkmişin etibarını qazandıqdan sonra, “X33” MMC-nin təsisçisi kimi öz qulluq mövqeyindən istifadə etməklə, həmin işləri 28400 (iyirimi səkkiz min dörd yüz) manat müqabilində, ilkin ödəniş olaraq isə “sifarişçi” tərəfindən təmir işlərinin aparılması üçün “podratçıya” 5000 (beş min) manat ödəniş etdikdən sonra, işə başlayaraq 75 (yetmiş beş) iş günü ərzində tam yerinə yetirib təhvil verəcəyi barədə yalan vəd verməklə, üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, vahid niyyətlə əhatə olunan qəsdlə podrat müqaviləsinin bağlandığı gün Sumqayıt şəhəri, Yaşma bağları ərazisində 200 (iki yüz) manat nağd, daha sonra mobil tətbiq vasitəsi ilə istifadəsində olan “Kapital Bank”a məxsus plastik kartın bank hesabına Zərərçəkmiş şəxs1 tərəfindən köçürülmüş 800 (səkkiz yüz) manatı, 15 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllə, Sülh küçəsində quraşdırılmış “Mpay” ödəniş terminalı vasitəsi ilə istifadəsində olan “Kapital Bank”a məxsus plastik kartın bank hesabına saat 13:42-də köçürülmüş 1200 manatı, saat 15:21-də köçürülmüş 2650 manatı, saat 15:28-də yenidən mobil tətbiq vasitəsi ilə istifadəsində olan “Kapital Bank”a məxsus plastik kartın bank hesabına köçürülmüş 150 manatı, ümumilikdə isə 5000 (beş min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq cinayət əməli törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən tikinti işləri ilə məşğul olaraq ustalıq etmiş, sonradan tikinti işini öyrəndiyindən 2021-ci ildə “X33” MMC-ni təsis etmişdir. Tikinti şirkəti yaratdıqdan sonra bir çox şəxslərin sifarişi əsasında fərdi qaydada fəaliyyət göstərən usta və fəhlələrdən ibarət təşkil etdiyi qruplarla Gəncə, Bakı şəhərləri və Abşeron rayonu ərazisində yerləşən bir çox evlərdə təmir tikinti işləri aparmışdır. Təxminən 2021-ci ildən kreditlə sifariş götürməyə başlamış, sifariş götürdüyü şəxslər əvvəlcədən razılaşdırdıqları məbləğin müəyyən hissəsini nəğd ödəmiş, sonradan isə sifariş məbləğinin qalan hissəsini, məbləğdən asılı olaraq hissə-hissə ödəmişlər. Bu cür sifarişləri qəbul etmək üçün bir çox sosial şəbəkələrdə, əsasəndə “İnstagram” sosial şəbəkəsində təsisçisi olduğu “X33” MMC-nin adından səhifə yerləşdirmiş, müxtəlif şəxslərin gördüyü işlərlə tanış ola bilməsi üçün gördüyü təmir tikinti işlərindən müxtəlif foto və video roliklər, özünə məxsus mobil nömrələri, həmçinin təmir tikinti işlərini hansı şərtlərlə apardığına dair məlumatlar yerləşdirmişdir. Bu cür sifariş qəbul etdiyi şəxslərdən biri də Zərərçəkmiş şəxs6 olmuşdur. Onunla ilk əvvəl təxminən 2021-ci ilin may ayının ortalarında sosial şəbəkə vasitəsi ilə tanış olmuş, sonradan Orxan ona zəng vurmuş, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi “Zeytun” B/Y 18 ünvanında yerləşən mülkiyyət hüququ ilə arvadı X11 məxsus olan 0,0579 ha torpaq sahəsində iki mərtəbəli bağ evi tikmək istədiyini bildirmişdir. Bundan sonra Orxanla birlikdə həmin torpaq sahəsinə baxış keçirmiş, tikiləcək evin layihəsi ilə onu tanış etmiş, 41000 manat müqabilində tikinti materialları və işçilik daxil razılaşdırdıqları layihə əsasında bağ evini tam tikib və təmir edərək ona təhvil verəcəyi ilə bağlı aralarında razılığa gəlmişlər. Bununla bağlı aralarında podrat müqaviləsi bağlanmış, Orxan tikinti materialları alması, eləcə də digər zəruri xərcləri ödəyə bilməsi üçün ona ilkin olaraq 11000 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Qalan pulu isə Orxan sonradan kredit şəklində yəni hissə-hissə ödəyəcəyini də öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2021-ci il tarixdə Orxan onun verdiyi bank kartının bank hesabına ümumilikdə 11000 manat ödəniş etmiş, bundan sonra həmin pulla lazım olan tikinti materiallarını almış və yaratdığı fəhlə və ustalardan ibarət briqada ilə işə başlamışdır. İlk əvvəl evin və evin ətrafına çəkiləcək hasarın təməlini (fundament) qazdırmış, evin və hasarın təməlini hazırlatmış, sonra isə müəyyən tikinti işləri görərək evin və hasarın bir hissəsini tikmişdir. Ancaq sonradan Orxanla torpaq sahəsinin əsl mülkiyyətçisi olan qaynatası arasında tikiləcək evin layihəsi ilə bağlı mübahisə yaranmış, Orxanın qayınatası evin onun təklif etdiyi layihə əsasında tikilməsini təklif etmiş, Orxan isə bununla razılaşmamışdır. Bundan başqa torpaq sahəsinin sənədləri qaydasında olmadığından gördükləri tikinti işləri ərazi icra nümayəndəliyi tərəfindən bir neçə dəfə dayandırılmışdır. Bundan sonra tikinti işlərini aparmaqdan imtina etmiş, hesablama apardıqda Orxanın ödədiyi pul müqabilində tikinti materialları aldığı və işçilərin haqqını ödədiyi məlum olmuş, Orxanı aldığı pulun müqabilində gördüyü işlərlə tanış etmiş, aldığı tikinti materiallarının siyahısını təqdim etmiş, Orxan isə bununla razılaşmamış və verdiyi pulu bütövlükdə geri qaytarmağını tələb etmiş, bundan sonra isə barəsində şikayət ərizəsi yazmışdır. Orxandan aldığı pulun təxminən 9300 manat məbləğini bütövlükdə aldığı tikinti materiallarının dəyərinin ödənilməsinə və işləyən işçilərin haqlarının ödənilməsinə sərf etmişdir. Bundan başqa, təxminən 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs8 ilk əvvəl sosial şəbəkə vasitəsi ilə, sonradan isə istifadəsində olan mobil nömrə vasitəsi ilə onunla əlaqə saxlayaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindəki yarımçıq tikilini təmir etdirmək istədiyini bildirmişdir. Bundan sonra onun təklifi ilə xx.xx.2022-ci il tarixdə göstərilən ünvana gedərək tikili ilə tanış olmuş, Pikəxanımın istəyi ilə tanış olduqdan sonra ona məxsus yarım tikilinin tikintisini başa çatdırmaq və təmir edərək ona təhvil vermək üçün ümumilikdə 21000 manat pul lazım olduğunu bildirmişdir. Həmçinin, ilk əvvəl işə başlamaq üçün ondan 4000 manat pul istəsə də, Pikəxanım ilkin olaraq cəmi 1500 manat pul ödəyə biləcəyini, qalan pulu isə sonradan verəcəyini bildirmişdir. Aralarında razılığa gəldikdən sonra podrat müqaviləsi bağlanmış, həmin podrat müqaviləsinə əsasən Pikəxanıma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən həyət evini 120 iş günü ərzində ümumi dəyəri 21000 manat təşkil edən məbləğ qarşılığında tikinti materialları və işçilik daxil tam təmir edərək ona təhvil verməyi, Pikəxanım isə ilkin olaraq 4000 manat, ümumi məbləğin qalan hissəsini təşkil edən 17000 manatı isə 36 ay müddətinə, ayda 472 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2022-ci il tarixdə Pikəxanım onun verdiyi bank kartının bank hesabına 1500 manat pul ödəmiş, qalan 2500 manat pulu isə bir neçə günə ödəyəcəyinə söz vermiş, ancaq sonradan Pikəxanım söz verdiyi məbləği ödəmədiyindən lazım olan tikinti materiallarını alıb işə başlaya bilməmişdir. Pikəxanım isə verdiyi pulu geri qaytarmağını tələb etmiş, ondan aldığı pulu geri qaytara bilməsi üçün ona müəyyən qədər vaxt verməsini xahiş etsə də o, bununla razılaşmamış və barəsində şikayət ərizəsi yazmış, bundan sonra Pikəxanımdan aldığı pulu bütövlükdə ona geri ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 ilk əvvəl sosial şəbəkə vasitəsi ilə, sonradan isə istifadəsində olan mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi “Şuşa” şəhərciyi ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istədiyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Amillə görüşərək ona məxsus torpaq sahəsinin yerləşdiyi əraziyə getmiş, torpaq sahəsi ilə və Amilin tikdirmək istədiyi evin layihəsi ilə tanış olduqdan sonra həmin torpaq sahəsində 170 kv2metr bir mərtəbəli, mansardlı yaşayış evini tikinti materialları daxil 51300 manata tikib ona təhvil verməsi ilə bağlı aralarında razılığa gəlmişlər. Bunun üçün Amil həmin məbləğin 6400 manatını əvvəlcədən, tikinti işləri başa çatdıqdan sonra qalan 6400 manatını ödəməyi, digər qalıq qalmış ümumilikdə 38500 manatı isə 48 ay müddətində, ayda 802 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüş, bununla bağlı aralarında podrat müqaviləsi bağlanmışdır. Bundan sonra Amil həmin gün ona verdiyi bank kartının bank hesabına 6400 manat pul ödəmişdir. Daha sonra həmin pulla lazım olan tikinti materiallarını almış və yaratdığı fəhlə və ustalardan ibarət briqada ilə işə başlamış, ilk əvvəl evin və evin ətrafına çəkiləcək hasarın təməlini (fundament) qazdırmış, evin və hasarın təməlini hazırlatmış, evə gələn yolu istifadə üçün yararlı vəziyyətdə gətirmiş, əraziyə tikintidə istifadə edilən üç maşın kubik daşı, bir maşın qum, dəqiq sayını xatırlamadığı sement kisələri gətizdirmişdir. Sonra isə müəyyən tikinti işləri görərək evin və hasarın bir hissəsini tikdirmiş, ancaq sonradan Amillə tikiləcək evin layihəsi ilə bağlı aralarında mübahisə yaranmışdır. Amil layihədən kənar sifarişlər verməyə başlamış, bundan başqa torpaq sahəsinin sənədləri qaydasında olmadığından gördükləri tikinti işləri ərazi icra nümayəndəliyi tərəfindən bir neçə dəfə dayandırılmışdır. Bundan sonra tikinti işlərini aparmaqdan imtina etmiş, hesablama apardıqda Amilin ödədiyi pulun 3400 manatı müqabilində tikinti materialları aldığı və işçilərin haqqını ödədiyi məlum olmuş, bundan sonra Amili aldığı pulun müqabilində gördüyü işlərlə tanış etmiş, aldığı tikinti materiallarının siyahısını təqdim etmiş, qalan 3000 manat pulu isə onun özünə qaytarmış, daha sonra aralarında yenidən razılıq olduğundan Amil ona 1500 manat pul vermişdir. İş alınmadığından Amil verdiyi pulu bütövlükdə geri qaytarmağını tələb etmiş, qalan pulu verməsə ondan ümumilikdə 6400 manat pul almağı ilə bağlı şikayət edəcəyini bildirmiş, bununla razılaşmadıqda isə onun barəsində şikayət ərizəsi yazmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs7 ilə ilk əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olmuş, sonradan Rauf onunla əlaqə saxlayaraq özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ərazisində yerləşən 6 sot torpaq sahəsində bir mərtəbəli həyət evi tikdirmək istədiyini bildirmişdir. Daha sonra Raufun təklifi ilə həmin torpaq sahəsinə gedib torpaq sahəsi və Raufun tikdirmək istədiyi evin layihəsi ilə tanış olmuşdur. Bundan sonra aralarında podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən 6 sot torpaq sahəsində bir mərtəbəli həyət evini 90 iş günü ərzində ümumi dəyəri 36800 manat təşkil edən məbləğ qarşılığında tikinti materialları və işçilik daxil təmir edərək sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Rauf isə ilkin ödəniş olaraq 11040 manat ödəniş etməyi, ümumi məbləğin qalan hissəsini təşkil edən 25760 manatı isə 24 ay müddətinə, ayda 1073 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, bundan sonra Rauf xx.xx.2022-ci il tarixdən başlamaqla xx.xx.2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ona verdiyi bank kartının bank hesabına 11040 manat pul ödəmişdir. Ancaq ailə vəziyyəti ilə əlaqədar işə başlaya bilməmiş, Rauf isə verdiyi pulu geri qaytarmağını tələb etmişdir. Ondan aldığı pulu geri qaytara bilməsi üçün ona müəyyən qədər vaxt verməsini ondan xahiş etsə də o, bununla razılaşmamış və barəsində şikayət ərizəsi yazmış, bundan sonra Raufdan aldığı pulu bütövlükdə ona geri ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 ilə ilk əvvəl sosial şəbəkə vasitəsilə tanış olmuş, sonradan isə Şəbnəm ona məxsus mobil nömrəyə zəng edərək özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3,5 sot ərazidə torpaq sahəsi olduğundan, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək istədiyini bildirmişdir. Bundan sonra onun təklifi ilə xx.xx.2023-cü il tarixdə Şəbnəmin həyat yoldaşı və özü ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsində görüşmüş, torpaq sahəsi və onun tikdirmək istədiyi evin layihəsi ilə tanış olmuşdur. Səhəri gün yəni, xx.xx.2023-cü il tarixdə yenidən Şəbnəm və həyat yoldaşı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Armood” restoranında görüşmüş, orda aralarında podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3.5 sot torpaq sahəsində 168 m2 iki mərtəbəli fərdi yaşayış evini 140 iş günü ərzində, ümumi dəyəri 65060 manat təşkil edən məbləğ qarşılığında tikinti materialları və işçilik daxil tam tikib və təmir edərək Şəbnəmə təhvil verməyi öhdəsinə götürmüşdür. Şəbnəm isə ilkin ödəniş olaraq 12760 manat ödəniş etməyi, ümumi məbləğin qalan hissəsini təşkil edən 52340 manatı isə 60 ay müddətinə, ayda 872 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, daha sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək olan müddətdə Şəbnəm ona verdiyi bank kartının bank hesabına hissə-hissə olmaqla ümumilikdə 12760 manat ödəniş etmişdir. Ancaq şəxsi işləri ilə əlaqədar işə başlaya bilməmiş, Şəbnəm və həyat yoldaşı isə verdiyi pulu geri qaytarmağını tələb etmişlər. Onlardan aldığı pulu geri qaytara bilməsi üçün ona müəyyən qədər vaxt vermələrini xahiş etsə də, onlar bununla razılaşmamış və barəsində şikayət ərizəsi yazmışlar. Bundan başqa, X18 ilk əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olmuş, sonradan Ülkər həmin vaxtlar istifadəsində olan mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq özünə məxsus Göyçay şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 2 sot torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istədiyini bildirmişdir. Bundan sonra onun təklifi ilə xx.xx.2023-cü il tarixdə Göyçay şəhərinə gedərək onunla görüşmüş, torpaq sahəsi və onun tikdirmək istədiyi evin layihəsi ilə tanış olmuşdur. Bundan sonra aralarında podrat müqaviləsi bağlanmış, Göyçay şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 2 sot torpaq sahəsində 90 m2 bir mərtəbəli fərdi yaşayış evini 120 iş günü ərzində, ümumi dəyəri 38475 manat təşkil edən məbləğ qarşılığında tikinti materialları və işçilik daxil tam tikib və təmir edərək sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüş, Ülkər isə ilkin ödəniş olaraq 5771 manat, tikintinin gedişatı zamanı daş hörgü işləri tam bitdikdən sonra yenidən 5771 manat ödəniş etməyi, ümumi məbləğin qalan hissəsini təşkil edən 26933 manatı isə 48 ay müddətinə, ildə 6733 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra həmin gün Ülkər nağd olaraq 200 manat özünə, xx.xx.2023-cü il tarixdə isə ona verdiyi bank kartının bank hesabına ümumilikdə 5780 manat ödəniş etmiş, ancaq o, şəxsi işləri ilə əlaqədar işə başlaya bilməmiş, Ülkər isə verdiyi pulu geri qaytarmağını tələb etmişdir. Ondan aldığı pulu geri qaytara bilməsi üçün ondan müəyyən qədər vaxt verməsini xahiş etsə də o, bununla razılaşmamış və barəsində şikayət ərizəsi yazmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 ilə ilk əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olmuş, sonradan Kamal həmin vaxtlar istifadəsində olan mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq Gəncə şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən İsraildə yaşayan qaynının evini təmir etdirmək istədiyini bildirmişdir. Onun təklifi ilə Gəncə şəhərinə gedərək həmin ünvana baxış keçirtmiş, sonra isə xx.xx.2023-cü il tarixdə müqavilə hazırlayaraq skayner vasitəsilə Gəncə şəhərinə göndərmiş, həmin müqaviləyə əsasən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini 120 iş günü ərzində ümumi dəyəri 40000 manat təşkil edən məbləğ qarşılığında tikinti materialları və işçilik daxil təmir edərək sifarişçiyə təhvil verməyini öhdəsinə götürmüş, Kamal isə ilkin ödəniş olaraq 20000 manat ödənişi dərhal, ümumi məbləğin qalan hissəsini təşkil edən 20000 manatı isə 24 ay müddətinə, ayda 833 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Zərərçəkmiş şəxs2 sonradan ona göndərdiyi müqaviləni imzalayaraq təkrar ona göndərmiş, sonradan isə o xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixinədək müxtəlif vaxtlarda ona məxsus olan Xalq Bank kartının bank hesabına 20000 manat pul göndərmişdir. Müqavilədə 10 gün ərzində təmir işlərinə başlayacağı qeyd edilsə də, işə başlaya bilməmiş, bundan sonra Kamalın qaynı Abbas telefon vasitəsilə zəng edərək 25 iyun tarixində evi boşaldacağını bildirərək, daha sonra təmirə başlamasını təklif etmişdir. Lakin, qeyd olunan tarixdə də əlində olan mövcud işi tamamlaya bilmədiyi üçün işə başlaya bilməmiş, həmin vaxt Novxanı qəsəbəsində ev təmir etmiş, usta briqadasının hamısı orda olmuşdur. xx.xx.2023-cü il tarixdə isə Abbas telefonda zəng edərək tələsdiklərini, ancaq onun artıq 5 gündür işlərini yubatdıqlarını, onlara belə sərf etmədiyini, valideynləri qohumlarından ibarət briqada tapdığını bildirərək, pullarını geri qaytarmasını tələb etmişdir. Həmin vaxt Abbas ona üç gün vaxt vermiş, lakin üç gün sonra o yenidən zəng vurduqda, ona pulunu hissə-hissə qaytarmasını təklif etmiş, ancaq Abbas razı olmamışdır. Pulun hamısın bütöv şəkildə geri qaytarmasını tələb etmiş, ancaq o, aldığı pulu digər işə yatırdığından və pulu qaytarmağı üçün əlindəki işi qurtarmalı olduğundan bu barədə ona bildirmiş, lakin Abbas razılaşmamış, bundan sonra iki dəfə də telefonla danışmışlar. Buna baxmayaraq pulu düzəldə bilməmiş, Kamalın verdiyi pulu ondan geri almaq üçün polisə müraciət etdiyini ona polis idarəsindən zəng gəldikdən sonra bilmişdir. Bundan sonra isə barəsində həbs qətimkan tədbiri seçildiyindən ondan aldığı pulu qaytara bilməmiş, sonradan isə gördüyü işləridə yarımçıq dayandırdığından iş gördüyü şəxslər gördüyü işi tamamlamadığından etməli olduqları ödənişləri etməmiş, beləcə külli miqdarda borcu yaranmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 2024-cü ilin fevral ayından tanımış, onunla sosial şəbəkədə tanış olmuş, sosial şəbəkədə aralarındakı danışıqdan sonra Zərərçəkmiş şəxs1 özünə məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisi “Ulduz” BY 610/554 ünvanında yerləşən iki mərtəbəli bağ evini təmir etdirmək qərarına gəldiyini bildirib, bu işdə ona köməklik göstərməyini xahiş etmişdir. Təsisçisi və rəhbəri olduğu “X33” MMC-nin evlərin təmiri ilə məşğul olduğunu bildirib, ona köməklik göstərəcəyinə söz vermiş, aralarındakı danışıq zamanı danışıb razılaşdıqlarından 2024-cü ilin fevral ayının əvvəllərində Güldəstəyə məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisi “Ulduz” BY 610/554 ünvanında yerləşən evə gedib evlə tanış olmuş, həmin iki mərtəbəli bağ evini təmir materialları daxil 28400 manata təmir edib ona təhvil verəcəyinə söz vermiş, bununla bağlı onunla təsisçisi və rəhbəri olduğu “X33” MMC arasında 14 fevral 2024-cü il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Zərərçəkmiş şəxs1 ona məxsus evdə təmir işlərinə başlaması üçün ona ilkin olaraq beş min manat, bundan sonrakı müddətdə yəni 2024-cü ilin mart ayında 3520 manat, sonradan isə 36 ay müddətində hər ay 552 manat olmaqla ona ümumilikdə 28400 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinə əsasən Zərərçəkmiş şəxs1 məxsus bağ evində dərhal təmir işlərinə başlamalı olmuş, daha sonra yəni, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 özünə məxsus bağ evində ona 200 manat, həmin gün istifadəsində olan “Kapital Bank”a məxsus 4169 7387 4407 1204 nömrəli bank kartına köçürmə yolu ilə 800 manat pul göndərmiş, 15 fevral 2024-cü il tarixdə eyni ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan “Kapital Bank” bank kartına köçürülmə yolu ilə 150 manat, 1200 manat və 2650 manat olmaqla, ümumilikdə isə 5000 (beş min) manat pul göndərmişdir. Ancaq Güldəstə sonradan ödəməsinə söz verdiyi 3520 manat pulu ona ödəməmiş, bu səbəbdəndə Güldəstəyə məxsus evdə təmir işlərinə başlaya bilməmişdir. Güldəstə ondan aldığı pulu geri qaytarmağını tələb etdikdə isə maddi imkanı olmadığından onun pulunu qaytara bilməmişdir. O, sifarişçilərlə onlara məxsus torpaq sahəsində ev tikməklə bağlı və ya evlərini təmir etməklə bağlı sifarişi görəcəyi işlərin dəyərinin bir hissəsini əvvəlcədən sifarişçilər tərəfindən ödənilməsi, qalan hissəsini isə təmir tikinti işləri başa çatdıqdan sonra hissə-hissə ona ödənilməsi ilə bağlı razılığa gələrək almış, bunu etməkdə məqsədi isə ilkin olaraq ona edilmiş ödənişlə müəyyən mal və materialları alaraq tikinti və təmir işlərinə başlamaq olmuşdur. Bundan başqa hər hansı bir şəxsdən pul aldıqda, həmin pulla ancaq həmin şəxsə məxsus torpaq sahəsində tikinti və ya evdə təmir işlərini görmək üçün xərcləməmiş, həmin pulun bir hissəsini isə digər sifariş götürdüyü torpaq sahəsində apardığı tikinti işləri və evdə gördüyü təmir işləri üçün mal və materiallar almaq üçün xərcləmiş, bir hissəsini isə işləyən usta və fəhlələrin zəhmət haqlarının ödənilməsi, eləcədə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bunu isə pul aldığı şəxslər işlərini başa çatdırdıqdan sonra qalan ödənişlərini edəndə, əldə etdiyi pul vəsaitlərini digər götürdüyü sifarişləri yerinə yetirmək üçün istifadə etmək üçün etmiş, ancaq sonradan həbs edildiyindən bunu bacara bilməmiş, pul alıb işlərini gördüyü şəxslər işləri yekunlaşdıra bilmədiyindən ona ödəniş etməkdən imtina etmiş, bu isə götürdüyü öhdəlikləri yerinə yetirməyə imkan verməmişdir. Həmçinin, məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, Sabunçu RPİ-nin 4-cü PB-də xx.xx.2023-cü il tarixdə saat 18:00da saxlanılmış, gecə orda qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə İdarəyə gətirilmişdir. Daha sonra son söz olaraq Zərərçəkmiş şəxs1, mülki iddiasına etiraz etmədiyini, ona dəymiş zərəri ödəyəcəyini, törətdiyi əməlindən peşman olduğunu, iki nəfər zərərçəkmiş şəxsə - Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 dəymiş zərəri tam şəkildə ödədiyini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi “Ulduz” BY 610/554 ünvanında yerləşən iki mərtəbəli bağ evi ona məxsusdur. Həmin bağ evini təmir etdirmək qərarına gəldiyindən bunun üçün usta axtarmağa başlamış, sosial şəbəkələrin birində yerləşdirilmiş elanlarla tanış olduqda Abid adlı şəxsin mobil nömrəsini əldə etmiş, həmin şəxslə əlaqə saxladıqda Abid adlı şəxs özünü evlərin təmiri ilə məşğul olan “X33” MMC-nin təsisçisi və rəhbəri kimi təqdim etmişdir. Təxminən 2024-cü ilin fevral ayının əvvələrində Abid ona məxsus evə gəlib evlə tanış olmuş, bundan sonra aralarında razılığa gəlmişlər, Abid ona məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisi “Ulduz” BY 610/554 ünvanında yerləşən iki mərtəbəli bağ evini təmir materialları daxil 28400 manata təmir edib ona təhvil verəcəyinə söz vermişdir. Bununla bağlı aralarında podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Abidin ona məxsus evdə təmir işlərinə başlaması üçün ona ilkin olaraq beş min manat, bundan sonrakı müddətdə yəni 2024-cü ilin mart ayında 3520 manat, sonradan isə 36 ay müddətində hər ay 552 manat olmaqla ona ümumilikdə 28400 manat pul ödəməli olmuş, podrat müqaviləsinə əsasən Abid ona məxsus bağ evində dərhal təmir işlərinə başlamalı olmuşdur. Bundan sonra Abid podrat müqaviləsini tərtib etmiş, hər ikisi podrat müqaviləsini imzaladıqdan sonra Abid həmin müqavilənin bir surətini ona vermişdir. Daha sonra yəni xx.xx.2024-cü il tarixdə özünə məxsus bağ evində ona 200 manat, həmin gün istifadəsində olan “Kapital Bank”a məxsus 4169 7387 4407 1204 nömrəli bank kartına köçürmə yolu ilə 800 manat pul göndərmişdir. 15 fevral 2024-cü il tarixdə isə eyni ilə istifadəsində olan “Kapital Bank” bank kartına köçürülmə yolu ilə 150 manat, 1200 manat və 2650 manat olmaqla, ümumilikdə isə 5000 (beş min) manat pul göndərmişdir. Bundan sonrakı müddətdə Abid nə söz verdiyi kimi təmir işlərinə başlamış, nədə təmir üçün istifadə ediləcək materialları gətirməmişdir. Hər dəfə onunla əlaqə saxladıqda o müxtəlif bəhanlər gətirərək vaxtı uzatmağa başlamış, bundan sonra Abidin onu aldatdığını başa düşüb xx.xx.2024-cü il tarixdə aralarında bağlanmış podrat müqaviləsini ləvğ etdirmiş və ondan pulunu geri tələb etməyə başlamışdır. Ancaq Abid pulunu geri qaytarmadığından onun barəsində şikayət ərizəsi yazmışdır. Abidin onu aldadaraq ona məxsus pulu ələ keçirtdiyini bildirmiş, təqsirləndirilən şəxsin tutulmasını istəmədiyini, sadəcə ona dəymiş maddi ziyanın ödənilməsi tələb etdiyini, eyni zamanda bu barədə mülki iddiasının təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxs X18 ifadəsində göstərmişdir ki, onun Göyçay rayonu, Z.Bünyadov küçəsində özünə məxsus 2 sot torpaq sahəsi olmuş, həmin torpaq sahəsində ev tikdirmək qərarına gəldiyindən bunun üçün bu işlə məşğul olan usta axtarmağa başlamış, “İnstagram” sosial şəbəkəsindəki səhifələrdən birində yerləşdirilmiş elanlarla tanış olduqda Abid adlı şəxsin mobil nömrəsini əldə etmiş, həmin şəxslə əlaqə saxladıqda Abid adlı şəxs özünü evlərin təmiri ilə məşğul olan “X33” MMC-nin təsisçisi və rəhbəri kimi təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə Abid yaşadığı Göyçay rayonuna gələrək torpaq sahəsi ilə tanış olmuş, bundan sonra aralarında razılığa gəlmişlər, Abid ona məxsus torpaq sahəsində 100 kv2metr bir mərtəbəli yaşayış evini tikinti materialları daxil 38475 manata tikib ona təhvil verəcəyinə söz vermişdir. Razılaşmaları isə müqavilədə nəzərdə tutulmuş məbləğin 30 faizini yəni, 12000 manatını əvvəldən verməli olduğu ilə əlaqədar olmuşdur ki, işə başlaya bilsin. Ancaq həmin vaxt o qədər pul olmadığından həmin pulun ancaq yarısını verə biləcəyini, qalan hissəsini isə bir həftə sonra ödəyəcəyini bildirmiş, Abid isə ilk olaraq 6000 manat pulu verməyini tələb etmiş, həmin pulla tikinti materiallarının pulunu ödəyib ona məxsus torpaq sahəsinə tikinti materialları gətirərək tikinti işlərinə başlayacağını bildirmişdir. Bundan sonra onun bu təklifi ilə razılaşmış, bununla bağlı aralarında 30 mart 2023-cü il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Abidin ona məxsus torpaq sahəsində tikinti işlərinə başlaması üçün ona ilkin olaraq 5771 manat, bundan sonrakı müddətdə yəni 48 ay müddətinə, ildə 6733 manat olmaqla, ümumilikdə 38475 manat pul ödəməli olmuşdur. Həmin podrat müqaviləsini Abid hazır vəziyyətdə gətirmiş, hər ikisi podrat müqaviləsini imzaladıqdan sonra Abid həmin müqavilənin bir surətini ona vermişdir. Daha sonra pulu ancaq səhər göndərəcəyini ona bildirdikdə, Abid oraya birlikdə gəldiyi xanımı ona təqdim edib onun şirkətin dizayneri olduğunu, heç olmasa 200 manat onlara yol xərclərini ödəmək üçün pul verməyini xahiş etmiş, ödəyəcəyi pul şirkətin hesabına keçdiyindən, onlara hər hansı məbləğ çatmadığını bildirmişdir. Bundan sonra orada Abidə 200 manat nəğd pul vermiş, səhəri gün isə yəni xx.xx.2024-cü il tarixdə yaşadığı Göyçay rayonu, H.Əliyev prospektində yerləşən “Mega” marketdə quraşdırılmış ödəniş terminalı vasitəsilə beş dəfə 1000 manat, bir dəfə isə 780 manat olmaqla Abidin ona verdiyi Xalq Banka məxsus bank kartının bank hesabına ümumilikdə 5780 manat pul göndərmişdir. Ancaq Abid söz verdiyi kimi bir həftə ərzində tikinti materiallarını ona məxsus torpaq sahəsinə gətirərək tikintiyə başlamadığından qalan pulu ona göndərməmişdir. Bundan sonrakı müddətdə Abid nə söz verdiyi kimi tikinti işlərinə başlamış, nə də təmir üçün istifadə ediləcək materialları gətirməmişdir. Onunla cəmi dörd gün ərzində əlaqə saxlaya bilmiş, hər dəfə onunla əlaqə saxladıqda o müxtəlif bəhanlər gətirərək vaxtı uzatmağa başlamışdır. Bundan sonra isə zənglərinə cavab verməmiş, zənglərini qadağan statusuna keçirmişdir. Abidin onu aldatdığını başa düşdükdən sonra isə müxtəlif instansiyalara şikayət ərizəsi yazmış, onu aldadaraq ona məxsus pulu dələduzluq yolu ilə ələ keçirtmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X18 xx.xx.2025-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə yazıb ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilməsini tələb etdiyini, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Sabunçu rayonu, yeni Ramana qəsəbəsi “Şuşa” şəhərciyi ərazisində yerləşən özünə məxsus 3 sot torpaq sahəsi olduğundan, həmin torpaq sahəsində ev tikdirmək qərarına gəlmiş, bunun üçün isə bu işlə məşğul olan usta axtarmağa başlamışdır. Sonradan “İnstagram” sosial şəbəkəsindəki səhifələrdən birində yerləşdirilmiş elanlarla tanış olduqda Abid adlı şəxsin mobil nömrəsini əldə etmiş, həmin şəxslə əlaqə saxladıqda Abid adlı şəxs özünü evlərin təmiri ilə məşğul olan “X33” MMCnin təsisçisi və rəhbəri kimi təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə Abidlə görüşüb ona məxsus torpaq sahəsinin yerləşdiyi əraziyə getmişlər, Abid torpaq sahəsi ilə tanış olduqdan sonra aralarında razılığa gəlmişlər. Abid ona məxsus torpaq sahəsində 170 kv2metr bir mərtəbəli, mansardlı yaşayış evini tikinti materialları daxil 51300 manata tikib ona təhvil verəcəyinə söz vermişdir. Ancaq razılaşmaları müqavilədə nəzərdə tutulmuş məbləğin 6400 manatını əvvəldən, tikinti işləri başa çatdıqdan sonra 6400 manatını ödəməsi ilə bağlı olmuş, qalan 38500 manatını isə 48 ay müddətində ayda 802 manat olmaqla ödəməsini öhdəsinə götürmüşdür. Bununla razılaşmış, Abid isə ilk 6400 manat pulu verməyini tələb etmiş, həmin pulla tikinti materiallarının pulunu ödəyib ona məxsus torpaq sahəsinə tikinti materialları gətirərək tikinti işlərinə başlayacağını bildirmişdir. Onun bu təklifi ilə razılaşmış, bununla bağlı aralarında xx.xx.2022-ci il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Abidin ona məxsus torpaq sahəsində tikinti işlərinə başlaması üçün ona ilkin olaraq 6400 manat, tikinti işləri başa çatdıqdan sonra yenidən 6400 manat, bundan sonrakı müddətdə yəni 48 ay müddətinə, ayda 802 manat olmaqla ümumilikdə 38500 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Həmin podrat müqaviləsini Abid hazır vəziyyətdə gətirmiş, hər ikisi podrat müqaviləsini imzaladıqdan sonra Abid həmin müqavilənin bir surətini ona vermişdir. Həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən Araz marketdə quraşdırılmış ödəniş terminalı vasitəsilə hissə-hissə olmaqla altı dəfə 1000 manat, bir dəfə isə 400 manat olmaqla Abidin ona verdiyi Xalq Banka məxsus bank kartının bank hesabına ümumilikdə 6400 manat pul göndərmiş, bundan təxminən bir ay keçdikdən sonra təxminən 1500 manat dəyərində iki maşın qum, bir maşında hörgü daşı “kubik” gətirib torpaq sahəsinə boşaltmışdır. Bundan sonrakı müddətdə Abid söz verdiyi kimi tikinti işlərinə başlamamış, hər dəfə onunla əlaqə saxladıqda o, müxtəlif bəhnalər gətirərək vaxtı uzatmağa başlamışdır. Onun dediyi bünövrəni özü qazdırmış, orda olan hasarı yan qonşular özləri üçün hasar çəkəndə çəkmiş, torpaq sahəsinə gedən yolu isə ordakı qonşular birləşərək özləri istifadə üçün yararlı vəziyyətə gətirmişlər. Abid bununla bağlı yalan ifadə vermiş, Abidin ondan pul aldıqdan sonra iş görmədiyini gördükdə isə ondan verdiyi pulu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs bundan sonra ondan aldığı puldan xx.xx.2022-ci il tarixdə 2000 manatını, xx.xx.2022-ci il tarixdə isə 1000 manatını, ümumilikdə 3000 manatı ona geri qaytarmış, o pulu həmin vaxtlar istifadəsində olan “Leobank” bank kartının bank hesabına ödəmişdir. Abid pulu ödədikdən sonra qalan pulu geri qaytarmaq üçün ondan müəyyən qədər vaxt istəmiş, bununla razılaşmışdır. Ancaq sonradan Abid yenidən iş başlayacağını bildirdiyindən xx.xx.2022-ci il tarixdə ona yenidən ona verdiyi bank kartının bank hesabına 1500 manat pul köçürtmüşdür. Bundan sonrakı müddətdə Abid yenidən söz verdiyi kimi tikinti işlərinə başlamamış, hər dəfə onunla əlaqə saxladıqda o, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Bundan sonra isə zənglərinə cavab verməmiş, zənglərini qadağa statusuna keçirmişdir. Abidin onu aldatdığını başa düşdükdən sonra isə müxtəlif instansiyalara şikayət ərizəsi yazmış, onu aldadaraq ona məxsus pulu dələduzluq yolu ilə ələ keçirtmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə yazıb ona dəymiş 6400 (altı min dörd yüz) manat ziyandan 1500 manat məbləğinin ödənildiyini, qalan zərərin ödənilməsini tələb etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu ona dəymiş zərərin ödənilməsini tələb etdiyini, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərilmişdir ki, ailəsi ilə birlikdə ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayır. ünvan 11şən ev yaşlı qayınatası X12 məxsus olmuşdur. Həmin evdə qayınatası öz həyat yoldaşı yəni, X13 ilə birlikdə yaşamışdır. Son vaxtlar evin şəraitinin pis olmasını nəzərə alaraq, evi təmir etdirmək qərarına gəlmiş, onlar yaşlı olduqları üçün kömək məqsədilə evin təmirini öz üzərinə götürmüşdür. Bu səbəblə xx.xx.2023-cü il tarixdə ev təmiri işləri ilə məşğul olan “X33” şirkəti ilə müqavilə bağlamış, müqavilənin şərtlərinə əsasən evin təmiri üçün ilkin olaraq 20000 (iyirmi min) manat, qalan 20000 manatı isə 24 ay müddətinə ayda 833 manat olmaqla kredit şəklində ödəməsini öhdəsinə götürmüş, beləliklə cəmi 40000 (qırx min) manat pul ödəməli olmuşdur. Həmin şirkətin nümayəndələri kimi özlərini təqdim edən iki nəfər İsrafil Məmmədov 51 ünvanında yerləşən evə baxış keçirmiş, həmin gün özünü şirkət sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə qeyd etdiyi ünvanda müqavilə bağlamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində ayrı-ayırlıqda ümumilikdə 20000 manat pulu öz “ATB” kartından həmin şirkətə məxsus "xxxx" və “Kapital bank” kartlarının bank hesablarına ödəmişdir. Şirkətlə aralarında bağlanan müqavilədə həmin şirkətin nümayəndələrinin 120 (bir yüz iyirmi) iş günü ərzində sifarişçinin yeni tələbləri olmadığı halda müqavilənin şərtlərini tam yerinə yetirilməli olduğu göstərilsə də, bir aya yaxın vaxt keçməsinə baxmayaraq heç bir iş görülməmiş, Təqsirləndirilən şəxs ilə əlaqə saxlasa da onlar gəlib işə başlamamışdır. Bundan sonra çıxılmaz vəziyyətdə qaldığından polis orqanlarına müraciət etmiş, Abidlə dəfələrlə aralarında telefon danışığı aparılsada Təqsirləndirilən şəxs hər dəfə yalan vədlər verərək işin başlanmasını yubatmışdır. Son olaraq Abidlə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, daha sonra həmin mobil nömrəyədə zəng çatmamış, daha sonra Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməmişdir. Ona dəymiş zərərdən hər hansı ödəniş edilmədiyini, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 12 ünvanında yaşayır. “X33” MMC adlı inşaat və təmir işləri görən şirkəti 2018-ci ildən “İnstagram” sosial şəbəkəsində izləmiş, həmin səhifədədə şirkətin gördüyü təmir və tikinti işləri ilə tanış olmuşdur. Bu barədə həyat yoldaşı İsmayıla da bildirmiş, hətta ona həmin səhifəni də göstərmişdir. 2023-cü ildə mart ayında həmin inşaat şirkətinin “İnstagram” sosial şəbəkəsində yerləşdirilmiş səhifəsi vasitəsi ilə əlaqə saxladıqda, özünü şirkətin müdiri kimi təqdim edən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, əvvəllər heç bir münasibətləri olmamışdır. Təqsirləndirilən şəxsla “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladıqda o, şirkətin güzəştli kompaniya elan etdiyini bildirmiş, Təqsirləndirilən şəxs təmir-tikinti işləri ilə bağlı qiymətləri bildirdikdə qiymətlər ona münasib gəldiyindən, aralarında şifahi şəkildə razılığa gəlmişlər ki, onun üçün də təmir tikinti işləri aparılsın. Özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3,5 sot ərazidə torpaq sahəsi olduğundan, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək istəmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə həyat yoldaşı İsmayıl ilə birlikdə Abidlə Abşeron rayonu, Saray qəsəbəsində görüşmüş, həmin vaxt Abid onların torpaq sahələrinə baxmış, orada 168 kv2metr sahəsi olan evin inşası ilə bağlı aralarında danışıq aparılmış, həmin görüşdən bir gün sonra isə “X33” MMC-nin direktoru kimi özünü təqdim edən Təqsirləndirilən şəxsla birlikdə Novxanı kəndində yərləşən onların inşa etdiyini bildirdiyi yarımtikili formasında olan fərdi yaşayış evinə baxmışlar. Bundan sonra həyat yoldaşı İsmayıl da Abidə inanmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Armood” restoranında Təqsirləndirilən şəxsla aralarında müqavilə bağlamış, həmin müqavilənin şərtlərinə görə isə bir gün ərzində ona 12760 manat pul ödəməyə razılaşmışdır. Həmin pulları müxtəlif ərazilərdən müxtəlif miqdarlarda “Million” ödəniş terminalı vasitəsi ilə ona verilmiş bank kartlarının bank hesablarına göndərmişdir. Sonuncu 160 manat pulu xx.xx.2023-cü il tarixdə saat 12.01-də Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının çıxışında yərləşən Million ödəmə terminalı vasitəsi ilə ödəmişdir. Bundan sonrakı müddətdə Abid söz verdiyi kimi tikinti işlərinə başlamamış, hər dəfə onunla əlaqə saxladıqda o, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, bundan sonra isə zənglərinə cavab verməmişdir. Abidin onu aldatdığını başa düşdükdən sonra isə müxtəlif instansiyalara şikayət ərizəsi yazmış, bu barədə xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra Yasamal RPİ-nın 26- cı PB-də ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə zamanı ona 12760 manat maddi ziyan dəymişdir. Ona dəymiş zərərdən heç bir ödəniş edilmədiyini və vururlmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında Whatsapp tətbiqi vasitəsilə video görünütü ilə dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, evdar qadındır, heç bir yerdə işləmir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evi ona məxsusdur. 2022-ci ilin aprel ayında həmin evin həyətində olan yarımçıq tikilini oğlu üçün təmir etdirmək qərarına gəlmiş, həmin vaxt da təsadüfən “İnstagram” sosial şəbəkəsində “X33” MMC-nin səhifəsinə rast gəlmişdir. Həmin səhifədə “X33” MMC-i tərəfindən 1 kv2metr tikilinin tikilməsi üçün 220 manat, 1 kv2metr tikilinin təmiri üçün 230 manat, ümumilikdə 1 kv2metr tikilinin tikilməsi və təmiri üçün isə 450 manat dəyərində kredit şərtləri ilə təmir və tikinti işləri icra edildiyi göstərimişdir. Həmin şərtlər onu qane etdiyindən səhifədə qeyd olunmuş telefon nömrəsi ilə elaqə saxlayıb özünü MMC-nin direktoru kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə onun dəvəti ilə Abid tək onların Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlib, yarımçıq tikiliyə baxış keçirmişdir. Baxış keçirdikdən sonra isə o, tikinti və təmir işlərini başa çatdırmaq üçün 21000 manat pul lazım olduğunu bildirmişdir. O, işə başlamaq üçün ilkin olaraq 4000 manat pul istəmiş, ona cəmi 1500 manat pulunun olduğunu demişdir. Abid bununla razılaşmış, qalan məbləği 3 ay ərzində hissə-hissə ödəməli olduğunu bildirmişdir. Bununla razılaşmış və 25 aprel 2022-ci il tarixdə saat 21 radələrində ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində Təqsirləndirilən şəxsla aralarında müqavilə bağlamışdır. Müqaviləni imzaladıqdan sonra səhərisi gün, yəni 26 aprel 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs verdiyi "xxxx" ASC-yə məxsus 5398 9322 4857 3076 nömrəli bank kartına Kürdəxanı qəsəbəsində yerləşən “Rahat” marketin nəzdində olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə 1500 manat pul ödəmişdir. Həmin pulu oğlu Şahid2la birlikdə ödəmiş, pulu ödədikdən sonra Təqsirləndirilən şəxs tərəfindən evində heç bir təmir tikinti işləri aparılmamışdır. Onunla telefon əlaqəsi saxlasa da, Abid müxtəlif bəhanələr gətirərək nə pulunu qaytarmış, nə də evində təmir tikinti işləri görməmişdir. Daha sonra Təqsirləndirilən şəxsla hüquq mühafizə orqanlarına şikayət etmiş, bundan sonra Təqsirləndirilən şəxs oana dəymiş 1500 manat məbləğində ziyanı ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yerləşən həyat yoldaşı X14 məxsus 6 sot torpaq sahəsi olduğundan, həmin torpaq sahəsində ev tikdirmək qərarına gəlmiş, bunun üçün bu işlə məşğul olan usta axtarmağa başlamışdır. Sonradan sosial şəbəkələrdən birində yerləşdirilmiş elanlarla tanış olduqda Abid adlı şəxsin mobil nömrəsini əldə etmiş, həmin şəxslə əlaqə saxladıqda Abid adlı şəxs özünü evlərin tikinti və təmiri ilə məşğul olan “X33” MMC-nin təsisçisi və rəhbəri kimi təqdim etmişdir. Təxminən 2021-ci ilin may ayının ortalarında Abidlə görüşüb torpaq sahəsinin yerləşdiyi əraziyə getmiş, Abid torpaq sahəsi ilə tanış olduqdan sonra, aralarında razılığa gəlmişlər. Abid həyat yoldaşına məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi “Zeytun” B/Y 18 ünvanında yerləşən torpaq sahəsində iki mərtəbəli, ümumi sahəsi 206.4 m2 olan bağ evini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tikib ona təhfıl verəcəyinə söz vermiş, bu işləri ümumilikdə 41000 manat müqabilində edəcəyini üzərinə götürmüşdür. Bu səbəbdən ona ilkin olaraq 11000 ödəniş etməyə söz vermişdir ki, Abid tikinti materiallarını ahb işə başlaya bilsin. Bundan sonra aralarında rəsmi olaraq podrat müqaviləsi bağlanmış, həmin müqaviləni Abid hazırlamış, daha sonra hər ikisi imzaları ilə müqaviləni təsdiq etmişlər. Bundan sonra Abid müqavilənin bir surətini ona vermiş, sonradan xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospektində yerləşən "xxxx" ASC-nin baş ofisində Abidin verdiyi bank kartının bank hesabına ilkin olaraq 9700 manat, daha sonra orda quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsi ilə 1200 manat, sonra isə 100 manat, ümumilikdə isə 11000 manat ödəniş etmişdir. Ancaq bundan sonrakı müddətdə Abid söz verdiyi kimi tikinti işlərinə başlamamış, hər dəfə onunla əlaqə saxladıqda o, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Sonda isə zənglərinə də cavab verməmişdir. Abidin onu aldatdığını başa düşdükdən sonra isə Yasamal RPİ-nin 27-ci PBnə şikayət ərizəsi yazmış, onu aldadaraq ona məxsus pulu dələduzluq yolu ilə ələ keçirtmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs6 xx.xx.2025-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə yazıb ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu ona dəymiş zərərin ödənilməsini tələb etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək ədalətli qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu İ.Məmmədov küçəsi, ev 19, mənzil 3-də ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin mart ayında özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 6 sot torpaq sahəsi almış və həmin torpaq sahəsini aldıqdan sonra, həmin torpaq sahəsində özünə bağ evi tikdirmişdir. Bağ evini tikdirdikdən sonra isə evin içərisində təmir işləri aparılması üçün “İnstagram” sosial şəbəkəsində “Ugur group İnsaat MMC” səhifəsi ilə rastlaşmış və həmin səhifədə yerləşdirilmiş təmir tikinti işləri ilə əlaqədar elanlarla maraqlananda, həmin şirkətin gözəl işləri olduğunu görmüşdür. Bundan sonra elana yerləşdirilmiş mobil nömrə ilə əlaqə saxladıqda Abid adlı şəxslə danışmış və həmin şəxs özünü həmin şirkətin rəhbəri olduğunu bildirmişdir. Danışıqlarından sonra Abidlə görüşərək Nardaran qəsəbəsində yerləşən bağ evinə getmiş və Abidlə evə baxdıqdan sonra, Abid hesablama apararaq ümumi evin təmiri üçün ondan 36.800 manat pul istəmişdir. Bununla razılaşmış, bundan sonra Abid ondan ilkin ödəniş olaraq 11040 manat pul ödəməli olduğunu bildirmiş, bununla razılaşaraq 26 oktyabr 2022-ci il tarixdə rəsmi olaraq Abidə məxsus “X34” MMC-nin şirkəti ilə aralarında müqavilə bağlamışdır. Müqavilə bağlanıldığı gündən etibarən, yəni xx.xx.2022-ci il tarixdən başlamaqla xx.xx.2022-ci il tarixədək olan müddət ərzində hissəhissə olmaqla özünə məxsus olan bank hesabından Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən bağ evindən Təqsirləndirilən şəxs ona göndərdiyi **********573076 nömrəli bank hesabına ümumilikdə 11040 manat pul ödəmiş, pulu ona ödədikdən sonra isə Təqsirləndirilən şəxs işi nə vaxt başlayacağını soruşanda, o hər dəfəsində ona müxtəlif bəhanələr gətirərək, bağ evində heç bir iş görməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona ödədiyi pulu geri qaytarmasını tələb etməyinə baxmayaraq, ondan aldığı pulun müqabilində heç bir iş görmədən müqavilənin şərtlərini pozmuş, pulunu geri qaytarmamışdır. Ödənişləri kart vasitəsi ilə etmiş, lakin, həmin ödəniş əməliyyyatları sonradan telefonundan silinmişdir. Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə yazıb ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxsov oğluna qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, onun həyat yoldaşı iş üzrə Zərərçəkmiş şəxs4 “X33” MMC adlı inşaat və təmir işləri görən şirkəti 2018-ci ildən “İnstagram” sosial şəbəkəsində izləmiş, həmin səhifədə də şirkətin gördüyü təmir və tikinti işləri ilə tanış olmuş, bu barədə ona da bildirmişdir. Onlar 2023-cü ildə mart ayında həmin inşaat şirkətinin “İnstagram” sosial şəbəkəsində yerləşdirilmiş səhifəsi vasitəsi ilə əlaqə saxladıqda, özünü şirkətin müdiri kimi təqdim edən Təqsirləndirilən şəxsla tanış olmuşlar. Təqsirləndirilən şəxsla “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladıqda o, şirkətin güzəştli kompaniya elan etdiyini bildirmiş, Təqsirləndirilən şəxs təmir-tikinti işləri ilə bağlı qiymətləri bildirdikdə qiymətlər onlara münasib gəldiyindən, aralarında şifahi şəkildə razılığa gəlmişlər. Həyat yoldaşına məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3,5 sot ərazidə torpaq sahəsi olduğundan, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək istəmişlər. Təxminən xx.xx.2023cü il tarixdə həyat yoldaşı ilə birlikdə Abidlə Abşeron rayonu, Saray qəsəbəsində görüşmüş, həmin vaxt Abid onların torpaq sahələrinə baxmış, orada 168 kv2metr sahəsi olan evin inşası ilə bağlı aralarında danışıq aparılmış, həmin görüşdən bir gün sonra isə “X33” MMC-nin direktoru kimi özünü təqdim edən Təqsirləndirilən şəxsla birlikdə Novxanı kəndində yərləşən onların inşa etdiyini bildirdiyi yarımtikili formasında olan fərdi yaşayış evinə baxmışlar. Bundan sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Armood” restoranında Təqsirləndirilən şəxsla aralarında müqavilə bağlamış, həmin müqavilənin şərtlərinə görə isə bir gün ərzində ona 12760 manat pul ödəməyə razılaşmışlar. Həmin pulları müxtəlif ərazilərdən müxtəlif miqdarlarda “Million” ödəniş terminalı vasitəsi ilə ona verilmiş bank kartlarının bank hesablarına göndərmişlər. Sonuncu 160 manat pulu xx.xx.2023-cü il tarixdə saat 12.01-də Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının çıxışında yərləşən Million ödəmə terminalı vasitəsi ilə ödəmişlər. Bundan sonrakı müddətdə Abid söz verdiyi kimi tikinti işlərinə başlamamış, hər dəfə onunla əlaqə saxladıqda o, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, zənglərə cavab verməmişdir. Abidin onları aldatdığını başa düşdükdən sonra hüquq mühafizə orqanlarına şikayət ərizəsi yazmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bidlrimişdir ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi “Ulduz” BY 610/554 ünvanında yerləşən iki mərtəbəli bağ evi onun arvadı Zərərçəkmiş şəxs1 məxsusdur. Həmin bağ evini təmir etdirmək üçün usta axtararkən sosial şəbəkələrin birində yerləşdirilmiş elanlarla tanış olduqda Abid adlı şəxsin mobil nömrəsini əldə etmiş, həmin şəxslə əlaqə saxladıqda Abid adlı şəxs özünü evlərin təmiri ilə məşğul olan “X33” MMC-nin təsisçisi və rəhbəri kimi təqdim etmişdir. Təxminən 2024-cü ilin fevral ayının əvvələrində Abid ona məxsus evə gəlib evlə tanış olmuş, bundan sonra aralarında razılığa gəlmişlər, Abid ona məxsus iki mərtəbəli bağ evini təmir materialları daxil 28400 manata təmir edib ona təhvil verəcəyinə söz vermişdir. Bununla bağlı aralarında podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Abidin ona məxsus evdə təmir işlərinə başlaması üçün ona ilkin olaraq 5000 manat, 2024-cü ilin mart ayında 3520 manat, sonradan isə 36 ay müddətində hər ay 552 manat olmaqla ona ümumilikdə 28400 manat pul ödəməli idilər. Daha sonra həyat yoldaşı tərəfindən hissə-hissə olmaqla ümumilikdə 5000 (beş min) manat pul Təqsirləndirilən şəxs göndərilmişdir. Bundan sonrakı müddətdə Abid nə söz verdiyi kimi təmir işlərinə başlamış, nədə təmir üçün istifadə ediləcək materialları gətirməmişdir. Hər dəfə onunla əlaqə saxladıqda o müxtəlif bəhanlər gətirərək vaxtı uzatmağa başlamış, bundan sonra Abidin onları aldatdığını başa düşüb ondan pulunu geri tələb etməyə başlamışlar. Ancaq Abid pulunu geri qaytarmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evi onun anası Zərərçəkmiş şəxs8 məxsusdur. 2022-ci ilin aprel ayında anası həmin evin həyətində olan yarımçıq tikilini təmir etdirmək qərarına gəlmiş, “İnstagram” sosial şəbəkəsində “X33” MMC-nin səhifəsinə rast gəlmiş, MMC-nin təklif etdiyi şərtlər onları qane etdiyindən, səhifədə qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlamışlar və özünü MMC-nin direktoru kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. xx.xx.2022-ci il tarixdə Abid tək onların Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlib, yarımçıq tikiliyə baxış keçirmişdir. Baxış keçirdikdən sonra isə o, tikinti və təmir işlərini başa çatdırmaq üçün 21000 manat pul lazım olduğunu bildirmişdir. O, işə başlamaq üçün ilkin olaraq 4000 manat pul istəmiş, anası cəmi 1500 manat pulunun olduğunu bildirmişdir. Abid də bununla razılaşmış, qalan məbləği 3 ay ərzində hissə-hissə ödəməli olduğunu bildirmişdir. Daha sonra 25 aprel 2022-ci il tarixdə saat 21 radələrində ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində Təqsirləndirilən şəxsla aralarında müqavilə bağlamışlar. Müqaviləni imzaladıqdan sonra səhərisi gün, yəni 26 aprel 2022-ci il tarixdə saat 12 radələrində onun anası Təqsirləndirilən şəxs verdiyi "xxxx" ASC-yə məxsus 5398 9322 4857 3076 nömrəli bank kartına Kürdəxanı qəsəbəsində yerləşən “Rahat” marketin nəzdində olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə 1500 manat pul ödəmişdir. Anası pulu onun yanında ödəmiş, lakin, pulu ödədikdən sonra Təqsirləndirilən şəxs tərəfindən heç bir təmir tikinti işləri aparılmamışdır. Abidlə telefon əlaqəsi saxlasalar da, Abid müxtəlif bəhanələr gətirərək nə pulunu qaytarmış, nə də təmir tikinti işləri görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (cild 1, i.v.1) Zərərçəkmiş şəxs1 Sumqayıt ŞPİ-nin 4-cü PB-yə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Sumqayıt şəhəri, Yaşma bağları ərazisində inşa etdiyi ikimərtəbəli evi təmir edəcəyi barədə vəd etmiş və ondan 5000 (beş min) manat pul almış və vədinə əməl etməyərək onun pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Qeyd edilən müraciət xx.xx.2024-cü il tarixdə daxil olmuşdur.(cild 1, i.v. 12) xx.xx.2024-cü il tarixli 06/XM/2024 nömrəli podrat müqaviləsindən görünür ki, “Sifarişçi” Zərərçəkmiş şəxs1 ilə “Podratçı” “X33” MMC, MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında podrat müqaviləsi bağlanmışdır. (cild 1, i.v. 17-23) ********** nömrəli qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 4169-73**-****-3934 nömrəli kart hesabından digər bank kartı hesabına Bakı şəhərində yerləşən “Birbank” mobil tətbiqi vasitəsi ilə 800,0 manat ödəniş edilmişdir. (cild 1, i.v.24) ********** əməliyyat nömrəli qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 4169-73**- ****-1204 nömrəli kart hesabına ünvan 14 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 1200 manat ödəniş edilmişdir. (cild 1, i.v.25) 666132904 nömrəli qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 4169-73**-****-1204 nömrəli kart hesabına “Birbank” mobil tətbiqi vasitəsi 150,0 manat ödəniş edilmişdir. (cild 1, i.v.26) ********** nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-1204 nömrəli kart hesabına ünvan 14 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 2650,0 manat ödəniş edilmişdir. (cild 1, i.v.27) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış və həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (cild 1, i.v.48-55) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəs qismində cəlb edilmişdir. (cild 1, i.v.56-57) Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi nəzərdə tutulmuşdur. (cild 1, i.v.60) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əsədov X16 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 10 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində 02 il müddətinə sınaq müddəti tətbiq olunmuş, xx.xx.2020-ci il tarixində cəzanın müddəti bitdiyi üçün şöbədə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixində Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 40.3-cü və Cinayət Məcəlləsinin 73-1.1-ci maddələrinə əsasən Cinayət Məcəlləsin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət işi üzrə icraata xitam verilmişdir. xx.xx.2023-cü il tarixində Lənkəran ŞRPŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2 maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət işinin icraatına xitam verilmişdir. Abşeron Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 40.3-cü və Cinayət Məcəlləsinin 73-1.1-ci maddələrinə əsasən Cinayət Məcəlləsin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət işinin icraatına xitam verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət təqibinə dair icraat üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. (cild 1, i.v.65-68) Cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işlərinin birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq olunan ********* və Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir. (cild 1, i.v. 71-75) Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Gəncə şəhəri Baş Polis idarəsinə Təqsirləndirilən şəxs onu aldadaraq ünvan 15 ünvanında yerləşən evi təmir edəcəyinə söz verməsi və ondan 20000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair ərizə ilə müraciət etmiş, qeyd edilən müraciət xx.xx.2023-cü il tarixdə İdarəyə daxil olmuşdur.(cild 1, i.v.79) xx.xx.2023-cü il tarixli 11/XM/2023 nömrəli podrat müqaviləsindən görünür ki, “Sifarışçi” Zərərçəkmiş şəxs2 ilə “Podratçı” “X33” MMC, MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında podrat müqaviləsi bağlanmışdır. (cild 1, i.v. 82-88) 85063518 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4198-41**-****-0902 nömrəli kart hesabına “atb” mobil tətbiqi vasitəsilə 1500.00 manat ödəniş edilmişdir. (cild 1,i.v.89) 61070205 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə, 4198-41**-****-0902 nömrəli kart hesabına “atb” mobil tətbiqi vasitəsilə 2500.00 manat ödəniş edilmişdir. (cild 1,i.v.90) 833907224 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4198-41**-****-0902 nömrəli kart hesabına “atb” mobil tətbiqi vasitəsi ilə 180 manat ödəniş edilmişdir. (cild 1, i.v.91) 1880138 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4198-41**-****0902 nömrəli kart hesabına “atb” mobil tətbiqi vasitəsi ilə 810.00 manat ödəniş edilmişdir. (cild 1, i.v.92) 612165808 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4198-41**-****-0902 nömrəli kart hesabına atb” mobil tətbiqi vasitəsi ilə 5000 manat ödəniş edilmişdir. (cild 1,i.v.93) 551350332 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4198-41**-****-0902 nömrəli kart hesabına “atb” mobil tətbiqi vasitəsi ilə 5000 manat ödəniş edilmişdir.(cild 1, i.v.94) 326553182 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4198-41**-****-0902 nömrəli kart hesabına “atb” mobil tətbiqi vasitəsi ilə 5000 manat ödəniş edilmişdir.(cild 1, i.v.95) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (cild 1, i.v.109-117) Şəxsi şübhəli şəxs qismində tanıma və barəsində axtarış elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs kimi tanınmış və Gəncə Şəhər BPİ-nin MSY-nə təhvil verilməsi üçün barəsində axtarış elan edilmişdir.(cild 1, i.v.121) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhər ərazisində tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir.(cild 1, i.v.146) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli olduğu üçün xx.xx.2023-cü ildə saat 17:00-da tutulmuşdur.(cild 1, i.v.158) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən 178.2.4cü maddəsinə tövsif edilmişdir. (cild 1, i. v. 163-164) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə həmin tarixdə saat 16:05-dən saat 16:45-dək üzləşdirmə istintaq hərəkəti aparılmışdır.(cild 1, i.v.166-168) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(cild 1, i.v.169-170) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (cild 1, i.v.176-177) Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-442/2023 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 26 noyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin əvvəli tutulduğu gündən, yəni 30 avqust 2023-cü il tarixdən hesablanmışdır. (cild 1,i.v.185-190) Cinayət işlərinin bir icraatda birləşdirilərək icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəsi altında icraatına qəbul edilərək istintaqı aparılmışdır.(cild 1,i.v.195-196) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış təhqiqat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cümaddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir.(cild 1, i.v 198) Zərərçəkmiş şəxs4 Yasamal RPİ-nin 26-cı PB-yə Təqsirləndirilən şəxs onu etibarından sui-istifadə edərək aldadıb 12760 manat məbləğində ziyan vurması bağlı ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən müraciət xx.xx.2023-cü il tarixdə İdarəyə daxil olmuşdur. (cild 1, i.v. 204) xx.xx.2023-cü il tarixli 09/XM/2023 nömrəli podrat müqaviləsindən görünür ki, “Sifarışçi” Zərərçəkmiş şəxs4 ilə “Podratçı” “X33” MMC, MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında podrat müqaviləsi bağlanmışdır. (cild 1, i.v. 207-213) Qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə “milliön” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs hesabına 22:52:13-də 1000 manat, saat 22:55:42-də 1000 manat, saat 22:57:08-də 1000 manat, saat 23:16:12-də 1000 manat, saat 23:17:31-də 1000 manat, saat 23:18:46-da 1000 manat, saat 23:19:53-də 1000 manat, saat 23:20:44də 1000 manat, saat 23:21:35-də 1000 manat, saat 23:22:35-də 1000 manat, saat 23:23:37-də 1000 manat, saat 23:24:21-də 600 manat ödəniş edilmişdir. (cild 1, i.v.214- 217) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə “milliön” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs hesabına saat 12:01:28-də 160 manat ödəniş edilmişdir. (cild 1, i.v.214) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə “milliön” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs hesabına saat 11:59:16-da 1000 manat ödəniş edilmişdir. (cild 1, i.v.216) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 2, i.v.1-2) Zərərçəkmiş şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmişdir. Dindirmə həmin gün 10:00-da başlamış, 11:00-da bitmişdir. (cild 2, i.v.8-9) Zərərçəkmiş şəxs6 Yasamal RPİ-nin 27-ci PB-yə Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək aldadıb 11000 manat məbləğində ziyan vurması ilə bağlı ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən müraciət xx.xx.2022-cü il tarixdə İdarəyə daxil olmuşdur. (cild 2, i.v. 22) xx.xx.2021-ci il tarixli 002 nömrəli podrat müqaviləsindən görünür ki, “Sifarışçi” Zərərçəkmiş şəxs6 ilə “Podratçı” “X33” MMC, MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında podrat müqaviləsi bağlanmışdır. (cild 2, i.v. 23-26) Cinayət işinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 21 avqust 2023-cü il tarixli qərarına əsasən, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir.(cild 2, i.v.44-45) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 may 2023-cü il tarixli qərarına əsasən, Zərərçəkmiş şəxs7 müraciətinə dair toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (cild 2, i.v.47) Zərərçəkmiş şəxs7 Sabunçu RPİ-nin 42-ci PB-yə Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək aldadıb 11040 manat məbləğində ziyan vurması ilə bağlı ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən müraciət xx.xx.2023-cü il tarixdə İdarəyə daxil olmuşdur. (cild 2, i.v. 51) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən, baxış Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, yeni bağlar massivində keçirilmişdir. Göstərilən ünvandakı fərdi ev təxminən 6 sot torpaqdan ibarətdir. Ev bir mərtəbəli, yeni tikili kürsülüdür. Həyətyanı sahədə bir hovuz, evə bitişik köməkçi otaq, ön hissədə yeni tikili eyvan mövcuddur. Evin giriş qapısı tünd qəhvəyi rəngdədir, yarısı isə şüşədən ibarətdir. Evin içərisinə daxil olduqda evin divarları yeni təmirdən çıxmış, tavan hissəsi yeni təmir olunmuş, elektrik naqilləri yeni çəkilmiş bir zaldan, geniş girişdən, iki otaqdan ibarətdir. Otaqların hər birinin giriş hissəsi və içərisi yeni təmir olunmuşdur. Əhəmiyyət kəsb edən detal əldə olunmamışdır. Ərazidə video müşahidə kameraları yox idi. Protokola baxış zamanı çəkilmiş foto şəkillər əlavə olunmuşdur. (cild 2, i.v.52-55) xx.xx.2022-ci il tarixli XM/2023 nömrəli podrat müqaviləsindən görünür ki, “Sifarışçi” Zərərçəkmiş şəxs7 ilə “Podratçı” “X33” MMC, MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında podrat müqaviləsi bağlanmışdır. (cild 2, i.v. 58-62) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 2, i.v.74) Zərərçəkmiş şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmişdir. (cild 2, i.v.82-85) Zərərçəkmiş şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmişdir. (cild 2, i.v.93-94) Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 30 dekabr 2022-ci il tarixli qərara əsasən, Zərərçəkmiş şəxs8 Əbdülrəhim qızının müraciətinə dair toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir.(cild 2, i.v.95) xx.xx.2022-ci il tarixli 07/XM/2022 nömrəli podrat müqaviləsindən görünür ki, “Sifarışçi” Zərərçəkmiş şəxs8 Əbdülrəhim qızı ilə “Podratçı” “X33” MMC, MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında podrat müqaviləsi bağlanmışdır. (cild 2, i.v. 103- 109) Zərərçəkmiş şəxs Həsənova X5 Rayon Prokurorluğuna Təqsirləndirilən şəxs onu etibardan sui-istifadə edərək aldadıb 1500 manat məbləğində ziyan vurması ilə bağlı ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən müraciət xx.xx.2022-ci il tarixdə İdarəyə daxil olmuşdur. (cild 2, i.v. 101) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən, Zərərçəkmiş şəxs8 Əbdülrəhim qızı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 2, i.v.115) Zərərçəkmiş şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmişdir. (cild 2, i.v.121-122) Axtarış elan edilməsi haqqında 01 aprel 2022-ci il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.(cild 2, i.v.134) Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi, cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. Cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilməsi nəzərə alınmaqla cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 2, i.v.143-144) Şübhəli şəxsin tutulması haqqında 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 18:00-da Bakı şəhəri Sabunçu RPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(cild 2, i.v.158) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(cild 2, i.v.171-172) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (cild 2, i.v.183-185) Bakı Şəhər Sabunçu Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-542/2023 nömrəli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 2 ,i.v.191-192) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs8 Əbdülrəhim qızı istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmiş 1500 manat pulu qəbul etmişdir. (cild 2, i.v.193) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs7 istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş 11040 manat puldan borclu olduğu 3540 manat pul ona ödənilmiş, o pulu qəbul etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona qarşı borcu qalmamışdır. (cild 2, i.v.194) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs7 istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmiş 3500 manat pulu qəbul etmiş, bundan başqa ona 4000 manat pul da ödənilmiş, hazırda Təqsirləndirilən şəxs ona 3540 manat borcu qalmışdır. (cild 2, i.v.195) Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, bu səbəbdən onun barəsində şikayət və tələbi yoxdur. (cild 2, i.v.196) Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, bu səbəbdən onun barəsində şikayət və tələbi yoxdur. (cild 2, i.v.197) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-562/2023 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığında saxlanılma müddəti 09 sentyabr 2023-cü il tarixədək müəyyən edilmişdir. (cild 2, i.v.198- 202) Zərərçəkmiş şəxs X4 rayon PŞ-yə Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək aldadıb 5800 manat məbləğində ziyan vurması ilə bağlı ərizə ilə müraciət etmiş, qeyd edilən müraciət xx.xx.2023-cü il tarixdə Şöbəyə daxil olmuşdur. (cild 2, i.v.225) Qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə “milliön” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs hesabına saat 11:21:50-də 1000 manat, saat 11:25:21-də 1000 manat, saat 11:26:52-də 1000 manat, saat 11:28:26-da 1000 manat, saat 11:30:16da 1000 manat, saat 11:32:25-də 780 manat ödəniş edilmişdir. (cild 2, i.v.228-229) xx.xx.2023-cü il tarixli 12/XM/2023 nömrəli podrat müqaviləsindən görünür ki, “Sifarışçi” X18 ilə “Podratçı” “X33” MMC, MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında podrat müqaviləsi bağlanmışdır. (cild 2, i.v. 230-236) Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-146/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri olan cinayət işinin icraatına xitam verilmişdir. (cild 3, i.v.1-7) Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-559/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlaılma müddəti 2 (iki) ay müddətinə uzadılmışdır. (cild 3, i.v.31-35) Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(125)-23/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay müddətinə, 26 mart 2024-cü il tarixədək uzadılmışdır. (cild 3, i.v. 53-56) Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(125)-32/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 4(125)-442/2023 nömrəli qərarı ilə seçilmiş (Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-23/2024 nömrəli qərarı ilə həbsdə saxlama müddəti uzadılmış) həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin son müddəti 26 mart 2024-cü il tarixədək müəyyən edilmişdir. (cild 3, i.v. 60-67) Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild 3, i.v.70-72) Şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə barəsində 15 fevral 2024-cü il tarixdə axtarış elan edilmiş Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 10:30 dəqiqədə Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir.(cild 3, i.v. 79) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 3, i.v.83-84) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (cild 3, i.v.92-95) Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 10:40-da ona təqdim edilmişdir. (cild 3, i.v.96-98) Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən barəsində xx.xx.2024-cü il tarixdə 736100 nömrəli axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:15-də Bakı şəhər ərazisində tutularaq Sumqayıt ŞPİ-nin 4cü PB-yə gətirilmişdir. (cild 3, i.v.130) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs kimi dindirilmişdir. (cild 3, i.v.152-153) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və ya əlavələr edilərək Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (cild 3, i.v.160-172) Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış və o həmin tarixdə saat 13:00-da saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir.(cild 3, i.v.189-192) Cinayət təqibinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Zərərçəkmiş şəxs3 Əıi oğlunun müraciəti əsasında toplanılmış NK-1/985 nömrəli ilkin yoxlama materialı icraatda olan ********* nömrəli cinayət işinə əlavə edilib araşdırması davam etdirilmişdir. (cild 3, i.v.194-195) Qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə “milliön” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs hesabına saat 14:13:48-də 1000 manat, saat 14:15:22-də 1000 manat, saat 14:16:56-da 1000 manat, saat 14:18:17-də 1000 manat, saat 14:19:56da 1000 manat, 14:21:33-də 1000, saat 14:22:39-da 400 manat ödəniş edilmişdir. (cild 3, i.v.204-205) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (cild 3, i.v. 229-237) xx.xx.2022-ci il tarixli /XM/2022 nömrəli podrat müqaviləsindən görünür ki, “Sifarışçi” Zərərçəkmiş şəxs3 ilə “Podratçı” “X33” MMC, MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında podrat müqaviləsi bağlanmışdır. (cild 3, i.v. 238-243) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən X18 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (cild 3, i.v.246-254) Qətimkan tədbirinin şərtlərini pozduğundan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild 3,i.v.288-291) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində müəyyən edilərək saxlanılmışdır. (cild 4, i.v.4) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-348/2024 nömrəli qərarına əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild 4, i.v.26-30) Cinayət işinin bir icraatda birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məvəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* və Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir. (cild 4, i.v.31-35) Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış materiala üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 4, i.v.38) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.(cild 4, i.v.75-76) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə də təqsirləndirilən şəxs qismində dindirilmişdir..(cild 4, i.v.82- 93) Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınaraq təqsirləndirilən şəxsə elan edilmişdir. (cild 4, i.v.94-96) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (cild 4, i.v.102-110) Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndilən şəxs qismində əlavə olaraq dindirilmişdir. (cild 4, i.v.118-123) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. (cild 4, i.v.134-137) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır.(cild 4, i.v.138-141) Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs3 barəsində ifadələrin yerində yoxlanılması istintaq hərəkəti aparılmışdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 4, i.v.142-146) Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs6 barəsində ifadələrin yerində yoxlanılması istintaq hərəkəti aparılmışdır. (cild 4, i.v.147-148) Zərərçəkmiş şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində əlavə olaraq dindirilmişdir. (cild 4, i.v.150-152) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrindən, həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiaham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, cinayət işi materiallarına əlavə edilməsi üçün Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 06/XM/2024 nömrəli Podrat müqaviləsi, 04 (dörd) ədəd ödəniş qəbzi, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 11/XM/2023 nömrəli Podrat müqaviləsi, 07 (yeddi) ədəd ödəniş qəbzi, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 09/XM/2023 nömrəli Podrat müqaviləsi, 14 (on dörd) ədəd ödəniş qəbzi, Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 002 nömrəli Podrat müqaviləsi, 04 (dörd) ədəd ödəniş qəbzləri, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli XM/2023 nömrəli Podrat müqaviləsi, Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 07/XM/22 nömrəli Podrat müqaviləsi, zərərçəkmiş şəxs X18 tərəfindən təqdim edilmiş 06 (altı) ədəd ödəniş qəbzləri, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli /XM/2022 nömrəli Podrat müqaviləsi, 07 (yeddi) ədəd ödəniş qəbzləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir.(cild 4, i.v.166-205) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.(cild 4, i.v. 209-214) Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndilən şəxs qismində əlavə olaraq dindirilmişdir.(cild 4, i.v.222-228) Elekton məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X20 və xx.xx.2018-ci il təvəllüdlü X27 adlı azyaşlı uşaqları var. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni qulluq mövqeyindən sui-istifadə etməklə özgənin əmlakını təkrarən ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir, o həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən qulluq mövqeyindən sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs7 dəymiş zərəri tamamilə, Zərərçəkmiş şəxs3 dəymiş zərəri qismən ödəməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları yəni, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslər X3, X15 dəymiş zərəri tamamilə, Zərərçəkmiş şəxs3 dəymiş zərəri qismən ödəməsini və himayəsində iki azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, vurulmuş zərərin həcmini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası, həmçinin dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi növündə əlavə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs islah edilməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin (əmlakın) qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həm də nəzərə alınsa ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam aradan qaldırmamışdır, bu da bir daha həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 01 (bir) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət, xx.xx.2024-cü il tarixdə saat 00:15-dən xx.xx.2024-cü il tarixə saat 13:00-dək tutulduğu 02 (iki) gün, ümumilikdə 09 (doqquz) ay 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasının qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhəkəmə, həmçinin hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməli, vurulmuş maddi ziyana görə 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumuna görə 51 (əlli bir) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Bu Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən vəkillərə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X10, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Maddi sübut kimi tanınmış - Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli 06/XM/2024 nömrəli Podrat müqaviləsi, 04 (dörd) ədəd ödəniş qəbzi, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 11/XM/2023 nömrəli Podrat müqaviləsi, 07 (yeddi) ədəd ödəniş qəbzi, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 09/XM/2023 nömrəli Podrat müqaviləsi, 14 (on dörd) ədəd ödəniş qəbzi, Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 002 nömrəli Podrat müqaviləsi, 04 (dörd) ədəd ödəniş qəbzləri, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli /XM/2023 nömrəli Podrat müqaviləsi, Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 07/XM/22 nömrəli Podrat müqaviləsi, zərərçəkmiş şəxs X18 tərəfindən təqdim edilmiş 06 (altı) ədəd ödəniş qəbzləri, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli /XM/2022 nömrəli Podrat müqaviləsi, 07 (yeddi) ədəd ödəniş qəbzləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarına əlavə edilmişdir və cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 01 (bir) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət, xx.xx.2024-cü il tarixdə saat 00:15-dən xx.xx.2024-cü il tarixə saat 13:00-dək tutulduğu 02 (iki) gün, ümumilikdə 09 (doqquz) ay 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin, vurulmuş maddi ziyana görə 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumuna görə 51 (əlli bir) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Maddi sübut kimi tanınmış - Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli 06/XM/2024 nömrəli Podrat müqaviləsi, 04 (dörd) ədəd ödəniş qəbzi, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 11/XM/2023 nömrəli Podrat müqaviləsi, 07 (yeddi) ədəd ödəniş qəbzi, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 09/XM/2023 nömrəli Podrat müqaviləsi, 14 (on dörd) ədəd ödəniş qəbzi, Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 002 nömrəli Podrat müqaviləsi, 04 (dörd) ədəd ödəniş qəbzləri, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli /XM/2023 nömrəli Podrat müqaviləsi, Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 07/XM/22 nömrəli Podrat müqaviləsi, zərərçəkmiş şəxs X18 tərəfindən təqdim edilmiş 06 (altı) ədəd ödəniş qəbzləri, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli /XM/2022 nömrəli Podrat müqaviləsi, 07 (yeddi) ədəd ödəniş qəbzləri cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 45 (qırx beş) saat hüquqi yardıma görə 35 saat 6 (altı) manatdan, 10 saat 11 (on bir) manatdan hesablanmaqla cəmi 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X10, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-214/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-214/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver