Məhkəmə qərarları › İş №1(060)-215/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-215/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-215/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, X10, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə İsmayıllı rayonu, Aşıqbayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 01 azyaşlı övladı var), orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, məhkumluğu ödənilmiş, İsmayıllı rayonu Aşıqbayramlı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 inam və etibarından sui-istifadə edib Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən maşın bazarında olan «Mersedes- Benz» markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına görə kredit verəcəyinə dair vəd verib aldadaraq vahid qəsdlə 04.10.2020-ci il tarixdə saat 10 radələrində Sumqayıt maşın bazarında onun mili məzənnə ilə 510 (beş yüz on) manat olan 300 (üç yüz) ABŞ dolları, həmin gün saat 23:50 radələrində «xxxx» MMC-nin sürücüsü Şahid7 vasitəsi ilə göndərdiyi 100 (yüz) manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs4 ümumilikdə 610 (altı yüz on) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 inam və etibarından sui-istifadə edib Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən maşın bazarında olan «Mersedes- Benz» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına görə kredit verəcəyinə dair vəd verib aldadaraq vahid qəsdlə 18.10.2020-ci il tarixdə saat 09 radələrində Sumqayıt şəhər maşın bazarında 200 (iki yüz) manat, həmin radələrdə maşın bazarında yerləşən ofisində 500 (beş yüz) manat, həmin gün saat 19:10 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 14/2 binanın yaxınlığında olan «Milliön» aparatı vasitəsi ilə onun dediyi dostu X1 bank kart hesabına köçürtdüyü 50 (əlli) manat, 19.10.2020-ci il tarixdə saat 09 radələrində Sumqayıt ŞPİ-nin DYPŞ-nin Qİ və TBŞ-nin yaxınlığında 100 (bir yüz) manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X5 inam və etibarından sui-istifadə edib Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən maşın bazarında olan «Opel-Astra» markalı avtomobilin alınmasına görə kredit verəcəyinə dair vəd verib aldadaraq, vahid qəsdlə 15.11.2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhər maşın bazarında 300 (üç yüz) manat, 16.11.2020-ci il tarixdə səhər saatlarında Sumqayıt ŞPİ-nin DYPŞ-nin yanında 2300 (iki min üç yüz) manat pulunu ələ keçirməklə, zərərçəkmiş şəxs Ramin Fərzaliyevə ümumilikdə 2600 (iki min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 inam və etibarından sui-istifadə edib Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən maşın bazarında olan «VAZ 21014» markalı avtomobilin alınmasına görə kredit verəcəyinə dair vəd verib aldadaraq, vahid qəsdlə 15.11.2020-ci il tarixdə səhər saatlarında Sumqayıt maşın bazarında 300 (üç yüz) manat, 15.11.2020-ci il tarixdə saat 18:05-də Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşən «Araz» marketdə olan «E-manat» vasitəsi ilə onun dediyi X8 «xxxx» ASC-dəki ******************** saylı kart hesabına köçürdüyü 200 (iki yüz) manat, 16.11.2020-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhər maşın bazarında yerləşən kafedə 2800 (iki min səkkiz) manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs3 ümumilikdə 3300 (üç min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, məlum hadisə zamanı onlarla Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən maşın bazarında tanış olmuşdur. Zərərçəkmiş şəxs4 maşın bazarında olan «Mersedes- Benz» markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili alacağına dair vəd verib aldadaraq 04.10.2020-ci il tarixdə hissə-hissə olmaqla onun 510 manat olan 300 (üç yüz) ABŞ dolları və 100 (yüz) manat pulunu ələ keçirməklə, ona ümumilikdə 610 (altı yüz on) manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, həmin 610 manat pulun 300 ABŞ dollarını (510 manatını) Qurban ona Sumqayıt şəhər maşın bazarında, 100 manatını isə onun göndərdiyi tanımadığı taksi sürücüsünə vermiş, sonuncu da həmin puldan 90 manatını «E-manat» vasitəsi ilə dostu X1 bank kart hesabına köçürmüş, o da həmin pulu Sumqayıt şəhəri 40-cı məhəllə ərazisində yerləşən «xxxx» ASC-nin Sumqayıt şəhər filialındakı bankomatdan çıxarıb ələ keçirtmişdir. 10 manatı isə sürücüyə xidmət haqqı kimi özünə götürməsini dediyi üçün həmin pulu özünə götürmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən maşın bazarında olan «Mersedes-Benz» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına görə 3200 (üç min iki yüz) manat kredit verəcəyinə dair vəd verib aldadaraq 18.10.2020-ci il tarixdə onun Sumqayıt şəhər maşın bazarında 200 (iki yüz) manat, daha sonra maşın bazarında yerləşən ofisində 500 (beş yüz) manat, həmin gün saat 19:10 radələrində Zərərçəkmiş şəxs1 «Milliön» aparatı vasitəsi ilə onun dediyi dostu X1 bank kart hesabına köçürtdüyü 50 (əlli) manat, 19.10.2020-ci il tarixdə saat 09 radələrində Sumqayıt ŞPİ-nin DYPŞ-nin Qİ və TBŞ-nin yaxınlığında 100 (bir yüz) manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 bank hesabına köçürtdüyü 50 manatı Sumqayıt şəhərində yerləşən «xxxx» ASC-nin dəqiq xatırlamadığı hansı filialından çıxartmışdır. Beləliklə də o Zərərçəkmiş şəxs1 aldadaraq onun ümumilikdə 850 manat pulunu ələ keçirtmişdir. Bundan başqa, o X5 Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən maşın bazarında olan «Opel-Astra» markalı avtomobilin alınmasına görə kredit verəcəyinə dair vəd verib aldadaraq, 15.11.2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhər maşın bazarında 300 (üç yüz) manat, 16.11.2020-ci il tarixdə səhər saatlarında Sumqayıt ŞPİ-nin DYPŞ-nin yanında 2300 (iki min üç yüz) manat pulunu ələ keçirməklə, ona ümumilikdə 2600 (iki min altı yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən maşın bazarında olan «VAZ 21014» markalı avtomobilin alınmasına görə kredit verəcəyinə dair vəd verib aldadaraq, 15.11.2020-ci il tarixdə səhər saatlarında Sumqayıt maşın bazarında onun 300 (üç yüz) manat, 15.11.2020-ci il tarixdə saat 18:05-də «E-manat» vasitəsi ilə onun dediyi tanışı X8 «xxxx» ASC-dəki kart hesabına köçürdüyü 200 (iki yüz) manat, 16.11.2020-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhər maşın bazarında yerləşən kafedə 2800 (iki min səkkiz) manat pulunu ələ keçirmişdir. Kərimin «E-manat» vasitəsi ilə bank hesabına köçürtdüyü 200 manat pulu o, Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən «xxxx» ASC-nin Sumqayıt filialından çıxartmışdır. Beləliklə də, o Ramini aldadaraq onun ümümilikdə 3300 (üç min üç yüz) manat məbləğində pulunu ələ keçirtmişdir. Raminin ələ keçirtdiyi 3300 manat pulundan 1000 manatını onun ailə üzvləri ona qaytarmışdır. Həmin şəxslərdən pulları aldadıb almış, yalandan demişdir ki, guya maşın kreditlə sənədləşdirir. Lakin belə bir niyyəti olmamışdır. Məqsədi də pullarını ələ keçirtmək olmuşdur. Onlardan alıb ələ keçirtdiyi pullardan da heç kimə verməmiş, onun aldatmaq barədə niyyətindən heç kimin xəbəri olmamış, əldə etdiyi pulları şəxsi təlabatına sərf etmişdir. Törətdiyi əməldən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 04.10.2020-ci il tarixdə, saat 10 radələrində özünə avtomobil almaq üçün dostları Şahid1 və Şahid2 ilə birlikdə Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən maşın bazarı adlanan əraziyə getmişdir. Orada tünd rəngli Mercedes Benz C klass markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobili bəyəndikdən sonra maşın bazarının ərazisində olan ofisə yaxınlaşmışlar. Ofisdə özünü Elfaq kimi təqdim edən şəxsə Mercedes Benz C klass markalı bəyəndiyini, onu almaq istədiyini demişdir. Elfaq maşınları kreditlə sənədləşdirməsi işi ilə məşğul olan şəxs idi. Onlar ofisdən çölə çıxıb həmin maşina yaxınlaşmışlar. Maşının adını bilmədiyi, tanımadığı sahibi və dostları Elmin və İntiqam da yanlarında olmuşlar. Elfaq maşının sahibi ilə maşının qiymətini danışıb 10100 manata razılaşmışlar. Həmin puldan 3500 manat pulu o əvvəlcədən Elfaqa verəcəydi, qalan 6600 manat pulu isə Elfaq bank yolu sənədləşdirib ayba-ay ona 300 manat verəcəydi. Həmin vaxt Elfaq ondan 300 ABŞ dolları istəmiş, o ondan həmin pulu nə məqsədlə istədiyini soruşduqda, Elfaq ona 100 ABŞ dollarını maşının sahibinə, 200 ABŞ dollarını isə maşını kreditə sənədləşdirilməsi üçün özünə götürəcəyini demişdir. O da həmin 300 ABŞ dolları məbləğində pulu maşının sahibi, dostları İntiqam və Elminin yanında Elfaqa vermişdir. Elfaq həmin puldan 100 ABŞ dolları maşının sahibinə vermiş, qalan 200 ABŞ dolları özündə saxlamışdır. Ondan şəxsiyyət və sürücülük vəsiqəsinin əsillərini də istədiyi üçün ona vermişdir. 04.10.2020-ci il tarixdə saat 23 radələrində o evdə olarkən Elfaq istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən ona zəng atmışdır, onun konturu olmadığı üçün özü ona zəng etmişdir. Elfaq ona demişdir ki, ona təcili 100 manat pul lazımdır, yaxınlaşsın «Milliön» aparatına onun deyəcəyi kart hesabına həmin pulu köçürtsün. O Elfaqa çölə çıxa bilməyəcəyini demişdir. Elfaq da ona taksi maşın göndərəcəyini, çıxıb həmin pulu ona verməsini bildirmişdir. O da Elfaqa taksi maşını gələndə xəbər edəcəyini demişdir. Həmin vaxt Elmin də evdəydi. Həmin gün saat 23:04də Elfaq mobil telefonundan onun istifadəsində olan mobil telefon nömrəsinə sms göndərib «taksi gəlir qaqa», saat 23:42-də isə «***-***-**-** yığ bu nömrənin konturu yoxdur» sözlərini yazmışdır. O da həmin nömrəyə zəng edib, ona hara gəlməsi üçün istiqamət vermişdir. Təxminən 5 dəqiqə sonra, yəni saat 23:50 radələrində həmin adını bilmədiyi şəxs onun yaşıdığı evin yanına gəlmiş, onlar orada görüşmüşlər və o ona Elfaqa çatdırması üçün 100 manat məbləğində pulu vermişdir. Elfaqın deməsinə görə o həmin 100 manat pulu da maşının pulundan çıxacaqdı. O Elfaqa zəng edib pulu taksi sürücüsünə verdiyini demişdir. Elfaq ona 05.10.2020-ci il tarixdə səhər vaxtı Sumqayıt ŞPİ-nin DYŞ-nin yanına gəlməsini bildirdiyi üçün o da onunla razılaşaraq 05.10.2020-ci il tarixdə səhər saat 10 radələrində dostu Elminlə birlikdə həmin yerə getmişdir. Maşının sahibi də orada olmuşdur. O görəndə ki, Elfaq gəlməyib, özü ona zəng edib harada olduğunu soruşmuşdur. Elfaq da ona gələ bilməyəcəyini, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən BDYPİ-yə getməsini, maşının arendatorunu, yəni maşını alıb satanı da yanına göndəcəyini, onların məsələlərini həll edəcəyini bildirmişdir. Onlar da ora getmişlər. Həmin vaxt o görəndə ki, onun dediyi adam gəlmir. Elfaqa bir neçə dəfə zəng etmiş, ona zəng çatsa da, o telefonu qaldırmamışdır. Həmin gün saat 16 radələrində o ona sms yazaraq «sənədlərimi və pulumu qaytarsın, zəngimi açsın, başqa yerdən maşın alacam» sözünü demişdir. Həmin gün saat 21:43-də Elfaq ona sms yazaraq «səbirli ol, sənə qəşəng maşın verəcəm» sözünü demişdir. Lakin Elfaq yenədə onu aldatmış, telefon zənglərini açmasa da, sms yazmışdır. Daha sonra Elfaq müxtəlif bəhanələr gətirməklə vaxtı uzadıb onun pulunu və sənədlərini qaytarmamışdır. O da məcbur olub bu barədə polisə şikayət etmişdir. Daha sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-yə dəvət olunaraq orada ondan izahat alınmışdır. Elfaqla olan sms yazışmalarını da o, Sumqayıt ŞPİ-ni 5-ci PB-yə təqdim etmişdir. Beləliklə Elfaqın bu dələduzluq hərəkətləri nəticəsində ona ümumilikdə 610 manat məbləğində ziyan vurulmuşdur. Onun şəxsiyyət və sürücülük vəsiqəsində hazırda Elfaqdadır, onları da qaytarmamışdır. Ona dəymiş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 18.10.2020-ci il tarixdə, saat 09 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən «Maşın Bazarı» adlanan əraziyə özünə avtomobil almaq üçün bibisi oğlu Şahid3 ilə birlikdə getmişlər. Maşın bazarı ərazisində olarkən o bir ofis və üzərində kreditə verilir sözləri yazılmış bir lövhə görüb həmin ofisə daxil olmuşdur. Orada olarkən özünü Elfaq kimi təqdim edən şəxsə bildirmişdir ki, özünə münasib qiymətə maşın axtarır. Elfaq ondan nə qədər pulunun olduğunu soruşmuş. O da ona 3000 manat pulunun olduğunu demişdir. Elfaq ona gedib 6500 manatlıq maşın tapmasını demişdir. O da onunla razılaşmış, daha sonra maşın bazarında həmin qiymətə uyğun maşın axtarmağa başlamışdır. Orada «Mersedes Benz» markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomaşını bəyənib sahibi olan Səbuhi adlı şəxslə söhbət etmişlər. Səbuhi maşının qiyməti 6500 manat demişdir. O isə ona üstündə 3000 manat nağd pulun olduğunu, avtomobili kreditə sala bilib-bilməcəyini Səbuhidən soruşmuşdur. Səbuhi problem yoxdur deyib avtomobilin qiymətini 6500 manat olduğu deyib orada Elfaq adlı arendatora yaxınlaşmışlar. Elfaq Səbuhi ilə danışdıqdan sonra avtomobilin qiymətini 6200 manata danışmış və Səbuhi onunla razılaşmışdır. Bu zaman Elfaq ona bildirmişdir ki, ilkin olaraq 200 manat pul versin, kredit sənədləşməsini aparması üçün ofisə getsinlər. O da paltarının cibi olmadığı üçün pulları Elşənə verdiyindən Elşəndən 200 manat pulunu alıb Elfaqa vermişdir. Sonra o Elşən Elfaq və Səbuhi sənədləşməni aparmaq üçün Elfaqın maşın bazarı ərazisindəki ofisinə yaxınlaşmışlar. Elfaq avtomobilin bütün sənədləşməsini və avtomobilin qalan 3200 manatını kreditə salaraq onlara verəcəyini öz boynuna götürməklə 500 manat pul istəmiş və o yenə Elşəndən 500 manat öz pulunu alıb orada Elfaqa vermişdir. Bundan sonra Elfaq ona məxsus sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin seriya nömrələrini yazıb götürmüş və öz dəftərinə qeydiyyat aparmışdır. Bundan sonra Səbuhi özünə məxsus «Mersedes Benz» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomaşını gətirib ofisin qarşısında saxlamış və onlar sağollaşaraq çıxıb getmişlər. O Elşənlə ayrılmış və öz evinə getmişdir. Bundan sonra həmin axşam saat 19:10 radələrində o evdə olarkən Elfaq ona zəng edib bir nəfərin «xxxx» kartı hesabına 50 manat pul yükləməsini bildirmişdir. Elfaq həmçinin ona demişdir ki, kiməsə maşın alıb həmin pulu beh kimi həmin kartadn çıxarıb başqa bir maşın aldığı şəxsə beh verəcək. O da yaşadığı Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 14/2 binanın yaxınlığında olan Milli ön aparatı vasitəsi ilə Elfaqın dediyi adamın kart hesabınqa 50 manat pul köçürtmüş, lakin pul köçürdüyü şəxsin adı barədə Elfaqdan heç nə soruşmamışdır. Elfaq ona demişdir ki, həmin 50 manat pulu ona verəcək puldan çıxacaq. Pul köçürmə barədə qəbzi özün də saxlsa da, sonra itirmişdir. Səhəri gün, yəni 19.10.2020-ci il tarixdə, saat 09 radələrində o tək Bakı şəhərindən çıxaraq Sumqayıt şəhərinə gəlib Elfaqla maşın bazarı ərazisindəki ofisdə görüşmüşdür. Daha sonra Elfaqla birlikdə Sumqayıt ŞPİ-nin DYPŞ-nin Qİ və TBŞyə getmişlər. «Mersedes Benz» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomaşın sahibi Səbuhi də ora gəlmişdir. Orada Elfaq ondan digər avtomobilləri sənədləşdirdiyi üçün 300 manat pul istəmiş və o da həmin pulu ona vermişdir. Elfaq həmin 300 manat pulu da onun verəcəyi puldan çıxacağını demişdir. Bundan sonra Elfaq şöbədən çıxıb sənədləşmə alınmadığı üçün Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən BDYPİ-yə getmələrini, orada sənədləşmənin 100 faiz alınacağını bildirmiş və onlar birlikdə ora getmişlər. Onlar BDYPİ-nə çatdıqda, Elfaq çöldə gözləmələrini söyləmiş və içəri girib çıxdıqdan sonra sənədləşmənin bu gün alınmadığı üçün bir az əvvəl ona verdiyi 300 manat puldan 200 manat pulunu geri qaytarıb sabah düzəldəcəyini bildirmiş və onlar ayrılmışlar. Sonradan səhəri gün, yəni 20.10.2020-ci il tarixdə və ondan sonrakı günlərdə o Elfaqla əlaqə saxlayıb pulumu ondan geri istəsə də onun ya mobil telefonuna zəng çatmamış, ya da müxtəlif bəhanələrlə Elfaq onu aldadaraq pulunu geri qaytarmamışdır. Beləliklə də, Elfaqın ona qarşı etdiyi dələduzluq hərəkətləri nəticəsində ona ümumilikdə 850 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir.Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir və barəsində sərt cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermis X10 ifadəsində göstərdi ki, 08.11.2020-ci il tarixdə saat 08 radələrində o dostu Şahid5la birlikdə Sumqayıt şəhəri, 76cı məhəllə ərazisində yerləşən Maşın Bazarı adlanan əraziyə getmişlər. Həmin vaxt Cahid öz «Volksvagen Passat» markalı avtomobili orada satacaqdır. Onlar maşın bazarının ərazisində yerləşən bir ofisə yaxınlaşıb maşının kreditlə sənədləşməsi ilə maraqlanmışlar. Belə ki, həmin ofisdə işləyən Elfaq adlı şəxsə kreditlə maşın almaq istədiyini demişdir. O da ona demişdir ki, 40 faizlə kreditə sənədləşdirə bilər və ona öz vizit kartasını vermişdir. Onlar Cahidlə birlikdə çıxıb getmişlər. 15.11.2020-ci il tarixdə, səhər saatlarında o dostu Cahidlə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Maşın Bazarı adlanan əraziyə özünə avtomobil almaq üçün yenidən getmişdir. Orada olarkən Opel-astra markalı avtomaşını bəyənib maşının sahibi Murad adlı şəxslə söhbət etmişlər. Həmin vaxt o Elfaqın ona verdiyi vizikartdakı ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib demişdir ki, maşın tapıbdır, gəl görüşək. Elfaq da ona ofisinə gəlməsini demişdir. O da onun ofisinə gedib, onu da götürüb həmin maşının yanına gətirmişdir. Elfaqa maşını göstərib demişdir ki, bunu alır. Elfaq da ona problemin olmadığını demişdir. O da Elfaqa Murada beh vermək istədiyini demişdir. Elfaq da ona çıxardıb verməsini demişdir. O da Elfaq, Cahidin yanında Murada 100 manat beh vermişdir. Avtomobili Muradla 6700 manata razılaşmışdır. Elfaq ona demişdir ki, kredit müqasiləni bağlamaq üçün ona 300 manat beh vermək lazımdır ki, sənədləri hazırlasın. Belə ki, müqaviləyə əsasən maşının pulunun bir hissəsini özü, qalan hissəsini isə Elfaq özü qoymaqla maşını alıb ona verəcəkdir, onun ödədiyi maşının pulu da aylara bölünərək 18 aya 376 manat pul ödəməliydi. O da 300 manat pulu Cahidin yanında Elfaqa vermişdir. Elfaq ona səhər, yəni 16.11.2020-ci il tarixdlə Sumqayıt ŞPİ-nin DYPŞ-yə gəlməsini, orada sənədləşdirməni edəcəyəni demişdir. Maşının sahibi olan Murada demişdir ki, səhər saat 10-da Sumqayıt DYPŞ-də olsun. 16.11.2020-ci il tarixdə səhər saatlarında o Elfaqa zəng edib Sumqayıt ŞPİ-nin DYPŞ-yə getdiyini demişdir. Elfaq da ora getməməsini, maşın bazarının çölündə onların kafesinin olduğunu, ora gəlməsini dediyi üçün o da kafeyə gedərək orada Elfaqla görüşmüşdür. Həmin vaxt Murada zəng edib Sumqayıt ŞPİ-nin DYPŞ-də olduğunu demişdir. Elfaq ona demişdir ki, Opel-astra markalı avtomaşının sənədləşməsi üçün ona əlavə olaraq 2300 manat pul versin. O da 2300 manat pulu çıxardıb ona vermişdir. Elfaq demişdir ki, ondan başqa 2 nəfər şəxs də gələcək, onlarda gəlsin birlikdə Sumqayıt DYPŞyə sənədləşmə üçün gedəcəklər. Mən pulu sayıb Elfaqa verərkən həmin 2 nəfərdən, sonradan ad və soyadını bildiyim Kərim və yanında olan başqa şəxs yanına gəldikdə, onlar da onlar da Elfaqa pul verdiyini görmüşlər. Elfaq onun yanında Kərim adlı şəxsdən də miqdarını bilmədiyi qədər pul almışdır. Elfaq onlardan pulu aldıqdan sonra ofisə gedib gələcəyini demişdir. Onlar da kafedə onu gözləməyə başlamışlar. Bir neçə dəqiqədən sonra onun qayıtmadığını görüb istifadəsində olan mobil telefon nömrəsinə zəng etdikdə, Elfaq ona Sumqayıt ŞPİ-nin DYPŞ-yə getdiyini ora gəlmələrini demişdir. O da Kərimin maşını ilə ora getmişdir. Murad da orada olmuşdur. Onlar Elfaqı orada tapmayıb ona zəng etdikdə, telefonuna zəng çatmamışdır. Onlar yenidən maşın bazarındakı ofisə qayıtmışlar, ofisə daxil olduqda görmüşlər ki, ofisin arxa pəncərəsi açıqdır, pəncərədən çölə baxdıqda yağış yağdığı üçün pəncərənin qarşısında olan ayaq izlərini görüb başa düşmüşdür ki, Elfaq bir az əvvəl həmin pəncərədən qaçmışdır. Bundan sonra o aldıldığını başa düşüb DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Beləliklə də Elfaqın bu hərəkəti nəticəsində ona 2600 manat ziyan vurulmuşdur.Maddi ziyanın ödənilmədiyindən təqsirləndirilən şəxsdənt şikayətçidir və barəsində sərt cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermis Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 15.11.2020-ci il tarixdə, saat 10 radələrində özünə avtomobil almaq üçün dostu Vüsal ilə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Maşın Bazarı adlanan əraziyə getmişdir. Orada maşınlara baxarkən VAZ 21014 markalı avtomaşını bəyənmiş, maşının sahibi olan adını bilmədiyi şəxslə danışıb qiymətini dəqiqləşdirmişlər. Həmin şəxs ona maşını 7500 manat satdığını demişdir. Onun üzərində 3500 manat pul olduğundan, 4000 manat ona kredit lazım olmuşdur. Bu səbəbdən o, həmin kredit məsələsi ilə məşğul olan şəxsin mobil telefon nömrəsini orada maşınların üzərində olan vizitkartdan tapıb Elfaq adlı şəxsin mobil telefon nömrəsinə zəng edib belə bir maşın tapdığını, ona 4000 manat kredit lazım olacağını demişdir. Elfaq onlardan harada olduqlarını soruşmuş, onlar da ona maşın bazarının içərisindəki yerlərini demişlər. Elfaq bir neçə dəqiqədən sonra yanına gəlmişdir. Elfaqı ilk dəfə idi ki, orada görmüş, əvvəllər onu tanımamış, onların heç bir münasibətləri olmamışdır. Söhbət əsnasında Elfaq ona demişdir ki, maşın bazarının sahibi Sabirin oğludur. Onlar razılaşmışlar ki, Elfaq ona 4000 manat kredit verəcək və üzərinə 40 faiz gələcək. Onlar Elfaqla razılaşandan sonra o, maşının sahibinə 200 manat beh vermişdir. Elfaq maşının sahibinə demişdir ki, maşını bazarın qarşısında olan ona məxsus salonun qarşısında aparıb saxlasın. Həmin vaxt dostu Vüsal və maşının sahibi maşına əyləşib bazarın ərazisindən Elfaqın dediyi yerə getmişlər. Elfaq maşnna görə ona 300 manat beh verməsini deyib, şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəni istəmişdir. O da onunla razılaşaraq maşın bazarına gəldiyi idarə etdiyi «Daevo Centra» markalı avtomaşına yaxınlaşmış və şəxsiyyət və sürücülük vəsiqəsi ilə 300 manat pulu Elfaqa vermişdir. Elfaqla danışmışlar ki, səhər yəni 16.11.2020-ci il tarixdə, saat 10 radələrində maşın bazarında olan ona məxsus ofisə gəlsin. Elfaq onun sənədlərinin şəklini mobil telefonla çəkərək özünə qaytarmışdır. Onlar sağollaşmışlar, o Vüsalgilin yanına getmişdir. Maşının sahibinə demişdir ki, səhər saat 10-da Elfaqın ofisinə gəlsin, onlar da gələcəklər Daha sonra onlar ayrılmışlar. Həmin gün saat 17 radələrində Elfaq ona zəng edib demişdir ki, təcili 200 manat pul lazımdır, o hansısa maşın alır, maşına görə beh verir və X9 adına olan kart hesabının nömrəsini ataraq həmin karta pulu köçürməsini istəmişdir. O da ona başqa yerdə olduğu üçün heç cürə çıxa bilmədiyini demişdir. Elfaq ona çox xahiş etdiyi üçüno Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı- Sumqayıt şossesinin sağ tərəfində yerləşən Araz marketə gedərək, oradan E-manat vasitəsilə Elfaqın dediyi X2 hesabına həmin 200 manat pulu köçürtmüşdür. 16.11.2020-ci il tarixdə səhər saat 10:00 radələrində o yenidən Vüsalla birlikdə maşın bazarında yerləşən Elfaqın ofisinin yanına getmişlər, ona zəng Elfaq ona ofisin yanındakı kafedə olduğunu, ora keçməsini demişdir. Maşının sahibi də orada olmuşdur. O Vüsalla birlikdə kafeyə daxil olmuşlar və Elfaqla kafedə olan ayrıca otağa keçmişlər. Orda Elfaq başqa 2 nəfər tanımadığı şəxslə birlikdə oturmuşlar. Onlardan biri adını sonradan bildiyi Ramin olmuşdur. Həmin vaxt o görmüşdür ki, Ramin Elfaqa məbləğini bilmədiyi pul vermişdir. Onlarda onun kimi kredit maşın sənədləşdirirdilər. O Vüsalla birlikdə onların yanında əyləşmişlər. Elfaq ona qalan pulu verməsini dediyi üçün, o qalan 2800 manat pulu Ramin adlı şəxs və dostu X6 yanında Elfaqa vermişdir. Elfaq pulu sayıb təhvil almış və özü gəzdirdiyi kitabçada qeydlər aparmışdır. Daha sonra Elfaq otaqdan telefonla danışmaq adı ilə çıxmışdır. O həmin vaxt Vüsala demişdir ki, baxsın görsün Elfaq hara çıxdı. Vüsal da onun arxasınca çıxıb daha sonra yanına qayıdıb demişdir ki, Elfaq ofisə giribdir. Təxminən 5 dəqiqə Elfaqı kafedə gözləyib onun qayıtmadığını görüb ona zəng etdikdə telefonu qaldırıb demişdir ki, Sumqayıt ŞPİ-nin DYPŞ-yə gedir, ora getsinlər. Ramin adlı şəxs də onun maşınına minərək onlar Sumsqayıt ŞPİ-nin DYPŞ-yə getmişlər. Onlar ora çatdıqda görmüşdür ki, Elfaq orada da yoxdur. O Elfaqa zəng etdikdə onun telefonuna düşmək olmamış, məşğul gedirdi. O şübhələnmişdir ki, Elfaq nəsə onlarla oyun oynayır. Onlar yenidən maşın bazarına qayıdıb ofisə keçib qapını açıb içəriyə keçdikdə, arxa pəncərədən pəncərənin qarşısında ayaq izləri görüb başa düşmüşlər ki, Elfaq ofisin arxa pəncərəsindən qaçıbdır. Sonra ona dəfələrcə zəng vursa da telefonuna zəng çatmamışdır. Daha sonra o DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Maşının sahibinə verdiyi 200 manat behi o ona qaytarmışdır. Maşının sahibinin nömrəsi 070 275 76 21 olduğunu bilmişdir. Beləliklə də, Elfaqın bu hərəkətləri nəticəsində ona ümumilikdə 3300 manat məbləğində ziyan vurulmuşdur.Vurduğu ziyanın 1000 manatını qaytarmışdır. Lakin buna baxmayaraq təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermis Şahid1 ifadəsində göstərdi ki, 04.10.2020-ci il tarixdə, saat 10 radələrində Qurban özünə avtomobil almaq üçün onunla və dostları Şahid2 ilə birlikdə Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən maşın bazarı adlanan əraziyə getmişlər. Orada Qurban tünd rəngli Mercedes Benz C klass markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobili bəyəndikdən sonra maşın bazarının ərazisində olan ofisə yaxınlaşmışlar. Ofisdə özünü Elfaq kimi təqdim edən şəxsə X20 C klass markalı bəyəndiyini, onu almaq istədiyini demişdir. Elfaq maşınları kreditlə sənədləşdirirdi. Onlar ofisdən çölə çıxıb həmin maşina yaxınlaşmışlar. Maşının adını bilmədiyi, tanımadığı sahibi də yanlarında olmuşdur. Elfaq maşının sahibi ilə maşının qiymətini danışıb 10100 manata razılaşmışlar. Həmin puldan 3500 manat pulu Qurban əvvəlcədən Elfaqa verəcəydi, qalan 6600 manat pulu isə Elfaq bank yolu sənədləşdirib Qurban ayba-ay ona 300 manat verəcəydi. Həmin vaxt Elfaq ondan 300 ABŞ dolları istədiyi üçün Qurban ondan həmin pulu nə məqsədlə istədiyini soruşmuşdur. Elfaq da ona 100 ABŞ dollarını maşının sahibinə, 200 ABŞ dollarını isə maşını kreditə sənədləşdirilməsi üçün özünə götürəcəyini bildirmişdir. Qurban da həmin 300 ABŞ dolları məbləğində pulu maşının sahibi, onların yanında Elfaqa vermişdir. Elfaq həmin puldan 100 ABŞ dolları maşının sahibinə vermiş, qalan 200 ABŞ dolları özündə saxlamışdır. Elfaq Qurbandan şəxsiyyət və sürücülük vəsiqəmin əsillərini də istədiyi üçün Qurban ona vermişdir. Daha sonra onlar aralaşmışlar. 04.10.2020-ci il tarixdə saat 23 radələrində o evdə olarkən görmüşdür ki, Qurban Elfaqla danışır, sonuncu da telefonda Qurbana deyir ki, ona təcili 100 manat pul lazımdır, yaxınlaşsın «Milliön» aparatına onun deyəcəyi kart hesabına həmin pulu köçürtsün. Qurban da ona çölə çıxa bilmədiyini demişdir. Həmin vaxt Elfaq ona taksi maşını göndərəcəyini, çıxıb həmin pulu ona verməsini bildirmişdir. Təxminən 40 dəqiqə sonra o görmüşdür ki, Qurban Elfaqın dediyi həmin taksi sürücüsü ilə danışdıqdan sonra evdən çölə çıxıb 100 manat pulu həmin şəxsə vermişdir. Daha sonra həmin günün səhərisi, yəni 05.10.2020-ci il tarixdə səhər saat 10 radələrində Qurban onunla birlikdə Elfaqın dediyi Sumqayıt ŞPİ-nin DYPŞ-yə getmişlər. Maşının sahibi də orada olmuşdur. Onlar görəndə ki, Elfaq gəlməyib, Qurban ona zəng edib harada olduğunu soruşmuşdur. Elfaq da ona demişdir ki, o gələ bilməyəcək, gedin Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən BDYPİ-yə, maşının arendatorunu, yəni maşını alıb satanı da yanına göndərir ora gələcək, o məsələni həll edəcək. Onlar da ora getmişlər. Həmin vaxt onlar görəndə ki, Elfaqın dediyi adam gəlmir. Qurban Elfaqa bir neçə dəfə zəng emiş, ona zəng çatsa da, o telefonu qaldırmamışdır. Qurban görəndə ki, Elfaq onu aldadır, məcbur olub bu barədə polisə şikayət etmişdir. Daha sonra onlar Sumqayıt ŞPİ-nin 5-ci PB-yə dəvət olunaraq orada izahat alınmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, 18.10.2020-ci il tarixdə, saat 09 radələrində o dayısı oğlu Zərərçəkmiş şəxs1la birlikdə Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən «Maşın Bazarı» adlanan əraziyə getmişlər ki, Elçin özünə avtomobil alsın. Maşın bazarı ərazisində olarkən onlar bir ofis və üzərində kreditə verilir sözləri yazılmış bir lövhə görmüşlər və həmin ofisə daxil olmuşlar. Orada olarkən özünü Elfaq kimi təqdim edən şəxsə Elçin bildirmişdir ki, özünə münasib qiymətə maşın axtarır. Elfaq ondan nə qədər pulunun olduğunu soruşmuşdur. Elçin də ona demişdir ki, 3000 manat pulu var. Elfaq da ona demişdir ki, gedib 6500 manatlıq maşın tapsın, sonra onu çağırsın, səhərisi günü də Sumqayıt ŞPİ-nin DYPŞ-yə gedəcəklər. Elçin də onunla razılaşmış, daha sonra maşın bazarında həmin qiymətə uyğun maşın axtarmağa başlamışlar. Orada «Mersedes Benz» markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomaşını bəyənib sahibi olan Səbuhi adlı şəxslə söhbət etmişlər. Səbuhi maşının qiyməti 6500 manat demişdir. Elçin isə ona demişdir ki, üstündə 3000 manat nağd pulu var və avtomobili kreditə sala biləcəyini Səbuhidən soruşmuşdur. Səbuhi problem yoxdur, avtomobilin qiyməti 6500 manat olduğu deyib orada yerləşən Elfaq adlı arendatora yaxınlaşmışlar. Elfaq Səbuhi ilə danışdıqdan sonra avtomobilin qiymətini 6200 manata danışmış və Səbuhi onunla razılaşmışdır. Bu zaman Elfaq Elçinə bildirmişdir ki, maşının kreditini sənədləşdirməsi üçün ilkin olaraq 200 manat pul ona versin. Elçin də paltarının cibi olmadığı üçün pulları ona verdiyindən, ondan 200 manat pulunu alıb Elfaqa vermişdir. Sonra o, Elçin, Elfaq və Səbuhi sənədləşməni aparmaq üçün Elfaqın maşın bazarı ərazisindəki ofisinə yaxınlaşmışlar. Elfaq avtomobilin bütün sənədləşməsini və avtomobilin qalan 3200 manatını kreditə salaraq onlara verəcəyini öz boynuna götürməklə 500 manat pul istəmiş və Elçin yenə ondan öz 500 manat pulunu alıb orada Elfaqa vermişdir. Bundan sonra Elfaq Elçinə məxsus sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin seriya nömrələrini yazıb götürmüş və öz dəftərinə qeydiyyat aparmışdır. Səbuhi özünə məxsus «Mersedes Benz» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomaşını gətirib ofisin qarşısında saxlamış və onlar sağollaşaraq çıxıb getmişlər. O Elçinlə ayrılmış və öz evinə getmişdir. Sonradan Elçindən ona məlum olmuşdur ki, o Elfaqın dediyi adamın «xxxx» kartı hesabına 50 manat pul da yükləmiş, 19.10.2020-ci il tarixdə, səhər satlarında isə saat 09 radələrində Elfaqa Sumqayıt ŞPİ-nin DYPŞ-nin Qİ və TBŞ-də 300 manat pul vermiş, sonradan sənədləşmə alınmadığı üçün Elfaq həmin pulun 200 manatını Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən BDYPİ-nin yanında ona geri qaytarmışdır. Həmin söhbətlərdə o iştirak etməmiş və Elçinin 50 və 300 manat pul verilməsinin şahidi olmamış, bu barədə sonradan Elçindən eşitmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, 18.10.2020ci il tarixdə özünə məxsus Mercedes Benz markalı ** FB *** dövlət qeydiyyat nişanlı tünd rəngli avtomaşını satmaq üçün Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Maşın Bazarı adlanan əraziyə getmişdir. Həmin gün saat 11:00 radələrində 2 nəfər ona yaxınlaşıb avtomobili neçəyə satdığını soruşmuşlar. O onlara avtomobili 6500 manata satdığını bildirmişdir. Həmin şəxs özünü Elçin kimi ona təqdim etmişdir. Bundan sonra onlar hər ikisi avtomobilə baxmışlar və onlardan Elşən getmiş və üzərindən 5 dəqiqə keçmiş Maşın Bazarında arendator kimi işləyən, əvvəllər tanımadığı Elfaq adlı şəxslə birlikdə gəlmişlər. Ondan Elfaq yenidən avtomobilin qiymətinin neçəyə olduğunu soruşduqda 6500 manat olduğunu bildirmişdir. Lakin Elfaqla son qiymətini 6200 manata razılaşmışdır. Bundan sonra Elfaq Elçinə tərəf baxıb demişdir ki, “Çıxart avtomobilin sahibinə 200 manat beh versin və avtomobilin qapılarını bağlayıb aparaq salonun qarşısına. Bu sözdən sonra Elşən cibindən 200 manat pulu çıxardıb onun yanında Elfaqa vermiş və Elfaqda həmin pulun beh olduğunu deyib ona vermiş və avtomobili ofisin qarşısına sürməsini bildirmişdir. O bundan sonra avtomobili ofisin qarşısına sürmüş və qapılarını bağlayıb çıxıb getmişdir. Getməmişdən əvvəl onlar hamısı ona sabahı gün, yəni 19.10.2020-ci il tarixdə maşın bazarındakı ofisin qarşısına gəlməsini bildirmişlər. 19.10.2020-ci il tarixdə saat 09:00-da o qeyd edilən ünvanda olmuş, Elçin, Elfaqla birlikdə avtomobilinə əyləşərək Sumqayıt şəhəri DYPŞ-nin Qİ və TBŞ-yə sənədləşmə üçün getmişlər. Lakin Elfaq orada idarəyə girib işi alındıra bilmədiyi üçün yenidən oradan Abşeron rayonu Xırdalan şəhərində yerləşən BDYPİ-yə getmişlər. Orada da Elfaq işi həll edə bilmədiyi üçün yenidən Sumqayıt şəhəri DYPŞ-nin Qİ və TBŞ-yə qayıdıb gəlsələr də iş yenidən alınmadığı üçün Xırdalan şəhərində yerləşən BDYPİ-yə Elfaq qayıtmağa təklif etdikdə o daha onunla razılaşmamışdır. O da Elçinə demişdir ki, pulunu gətirib verib avtomobili götürə bilər və onlardan ayrılıb çıxıb getmişdir. X12 arasında olan söhbətdə iştirak etməmişdir. Lakin elə oldu ki, Elfaq Elçinin işini həll edə bilməmiş, maşını alan şəxslərdən də heç bir xəbər çıxmamışdır. Sonradan isə ona məlum olmuşdur ki, Elfaq Elçini aldatdığı üçün sonuncu onun barəsində polisə şikayət etmişdir. Elçin də verdiyi 200 manat behi istmədiyi üçün hal-hazıradək həmin pulu ona qaytarıb verməmişdir. Üstəlik 18.10.2020-ci il tarixdə Elçindən beh aldığı üçün avtomobilini satışdan çıxartmışdır. Məhkəmədə şahid qismində ifadə vermis Şahid7 ifadəsində göstərdi ki, təxminən 1 ilə yaxındır ki, «xxxx» MMC-də sürücüsü işləyir. Ona mərkəzdən ünvan, telefon nömrəsi və müştərini hara aparması barədə məlumat verildikdən sonra həmin müştərini deyilən ünvandan götürüb qeyd edilən ünvana çatdırır. 04.10.2020-ci il tarixdə, saat 23:10 radələrində ona mərkəzdən sifariş daxil olmuş və sifarişdə Xocasən dairəsindən Bakı şəhəri, Şamaxinka adlanan əraziyə müştəri çatdırmalı olmuşdur. Qiymət 2 azn qeyd edilmişdir. O ona verilən 055 862 30 30 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb ünvanı soruşduqda, həmin şəxs özünü Elfaq olduğunu bildirib 050 247 16 80 mobil telefon nömrəsini verib onunla əlaqə saxlamasını xahiş etmişdir. Elfaqa konturunun olmadığını bildirdikdə, Elfaq ona həmin şəxsin özünün onunla əlaqə saxlayacağını demişdir. Elfaqla danışıq zamanı Elfaq ona həmin nömrənin sahibindən 100 manat pul götürəcəyini, həmin 100 manatdan 10 manatını özünə xidmət haqqı kimi götürüb 90 manatını isə E-manat vasitəsilə onun deyəcəyi şəxsin bank kart hesabına göndərəcəyini bildirmişdir. O Elfaqın dediyi kimi həmin nömrə ilə əlaqə saxlayıb, ünvanı dəqiqləşdirmiş və həmin şəxsin ona dediyi istiqamət əsasında Abşeron rayonu, Xocasən qəsəbəsi Ruslan Abdullayev küçəsi, döngə 18-də yerləşən evin qapısına getmişdir. Saat 23:40 radələri olardı, orada qapıya çıxan adını bildirməyən şəxs ondan Elfaqın göndərdiyini soruşmuş, eyni anda Elfaq ona zəng etmişdir. O danışığı bitirdikdən sonra həmin qapıdakı şəxs Elfaqla danışdıqdan sonra ona 100 manat pul vermişdir. O 100 manatı götürüb oradan uzaqlaşıb Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospekti, Şamaxinka adlanan ərazisindəki Lukoil YDM-də olan marketə daxil olub Elfaqa zəng etmişdir. Elfaq da ona həmin 90 manat pulu X1 bank kart hesabına göndərməsini demişdir. O da marketdə olan E-manat vasitəsilə 90 manat pulu Elfaqın dediyi həmin şəxsin bank kart hesabına göndərmişdir. Sonra o Elfaqla əlaqə saxlayıb pulu göndərdiyini ona bildirmişdir. Elfaq ona qəbzi (çeki) özündə saxlamasını sonra ondan gəlib götürəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Elfaq bir neçə şəxsi aldadaraq onların pullarını ələ keçirtmişdir. Bu məsələ ilə bağlı Elfaqın barəsində polisə şikayət olunmuşdur. O da Elfaqın barəsində araşdırma aparılan Sumqayıt ŞPİ-nin 5-ci PB-yə dəvət olunaraq oradan izahat vermiş və həmin qəbzi (çeki) bölməyə təqdim etmişdir. O Binyamin Nəsirovu tanımamış, heç vaxt görməmişdir. Özünü Elfaq kimi təqdim edən şəxsi də tanımamış, onu görməmişdir. Elfaqla ancaq mobil telefonla danışmışlar, başqa onunla heç bir əlaqəsi, ünsiyyəti olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsinjdən görünür ki, o da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişdir. Məhkəmədə şahid qismində ifadə vermis Şahid5 ifadəsində göstərdi ki, 08.11.2020ci il tarixdə saat 08 radələrində o dostu Ramin Fərzaliyevlə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Maşın Bazarı adlanan əraziyə getmişlər. Həmin vaxt o öz «Volksvagen Passat» markalı avtomobili orada satacaqdı. Onlar maşın bazarının ərazisində yerləşən bir ofisə yaxınlaşıb maşının kreditlə sənədləşməsi ilə maraqlanmışlar. Belə ki, həmin ofisdə işləyən Elfaq adlı şəxsə Ramin kreditlə maşın almaq istədiyini demiş, o da Raminə 40 faizlə kreditə sənədləşdirə biləcəyini deyib öz vizit kartasını Raminə vermişdir. Onlar Raminlə birlikdə çıxıb getmişlər. 15.11.2020-ci il tarixdə, səhər saatlarında o dostu Raminlə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Maşın Bazarı adlanan əraziyə avtomobil almaq üçün yenidən getmişlər. Orada olarkən Ramin Opelastra markalı avtomaşını bəyənib maşının sahibi Murad adlı şəxslə söhbət etmişlər. Həmin vaxt Ramin Elfaqın ona verdiyi vizikartdakı ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib demişdir ki, maşın tapıbdır gəlsin görüşək. O da ona demişdir ki, ofisinə gəlsin. Onlar da onun ofisinə getmişlər, onu da götürüb həmin maşının yanına gətirmişlər. Ramin Elfaqa maşını göstərib demişdir ki, bunu alır. O da problemin olmadığını demişdir. Ramin Murada beh vermək istədiyini demişdir. Elfaq da ona çıxardıb verməsini bildirmişdir. Ramin də Elfaq və onun yanında Murada 100 manat beh vermişdir. Ramin avtomobili Muradla 6700 manata razılaşmışdır. Elfaq ona demişdir ki, kredit müqasiləni bağlamaq üçün ona 300 manat beh vermək lazımdır ki, sənədləri hazırlasın. Ramin 300 manat pulu onun yanında Elfaqa vermişdir. Elfaq Raminə demişdir ki, səhər, yəni 16.11.2020-ci il tarixdlə Sumqayıt ŞPİ-nin DYPŞ-yə gəlsin orada sənədləşdirmə edəcək. Ramin maşının sahibi olan Murada da demişdir ki, səhər saat 10-da Sumqayıt DYPŞ-də olsun. Lakin həmin günün səhəri, yəni 16.11.2020-ci il tarixdə onun öz şəxsi işləri olduğu üçün o Raminlə görüşə bilməmişdir. Sonradan ona Ramindən məlum olmuşdur ki, o Elfaqla həmin günü görüşüb 300 manat puldan əlavə olaraq Sumqayıt ŞPİnin DYPŞ-nin yanında ona 2300 manat pul da vermişdir. X21 məsələsini həll etməyib aldadaraq onun ümumilikdə 2600 manat pulunu ələ keçirtmişdir. Bu səbəbdən Ramin Elfaqın barəsində polisə şikayət etmişdir. Həmin məsələ ilə bağlı o da Sumqayıt ŞPİ-nin 5ci PB-yə dəvət olunaraq izahat vermişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid6 Nofruz oğlu ifadəsindən görünür ki, 15.11.2020-ci il tarixdə, səhər saat 10 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Maşın Bazarı adlanan əraziyə özünə məxsus VAZ 21014 markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq məqsədilə gətirmişdir. Orada olarkən əvvəllər tanımadığı Kərim və Vüsal adlı şəxslər ona yaxınlaşıb avtomobili almaq istədiklərini bildirmişlər. O etiraz etmədən avtomobili 7500 manata satmağı razılaşmışdır. Avtomobili bəyənən Kərim adlı şəxs ona 200 manat beh vermiş və avtomobili arendator vasitəsilə ondan almaq istədiyini bildirmişdir. Çünki deməsinə görə cibində 3500 manatı olduğunu qalan pulu isə arendator vasitəsilə ödəyə biləcəyini bildirmişdir. Bundan sonra tanımadığı Elfaq adlı arendator onlara Kərimlə birlikdə yaxınlaşmışlar və avtomobili bəyənib sənədləşməni 16.11.2020-ci il tarixə saxlamışlar. Bundan sonra nə hadisələr baş verdiyinin şahidi olmamışdır. Sonradan ona məlum oldu ki, iş baş tutmamışdır. Elfaq Kərimi aldatmışdır. Mən də bu söhbətdən sonra 16.11.2020-ci il tarixdə aldığım 200 manat pulu Kərimə Sumqayıt şəhər Maşın bazarı ərazisi adlanan ərazidə ofisin qarşısında ona geri qaytarmış və o çıxıb getmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmədiyindən o təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Ramin Fərzəliyev tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyindən o təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyindən o təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinin materiallarından görünür ki.200736398 saylı cinayət işi 23 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhər prokuroru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən vət.Zərərçəkmiş şəxs1 və X3 müraciətləri üzrə toplanmış ilkin yoxlama materialı üzrə CM-nin 178.2.2-ci maddəsi üzrə başlanmış və Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi Əmrah Rüstəmov tərəfindən icraata qəbul edilmişdir. Cinayət işi materiallarından görünür ki, 21.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində onun Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar çıxarılaraq , istintaq orqanından gizləndiyi üçün ona həmin maddədə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmadığından, həmin tarixdə barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulmasına dair 30 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, barəsində Azəröbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar çıxarılmış Təqsirləndirilən şəxs 30 dekabr 2020-ci il tarixində saat 17:00-da 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyt nəticəsində tutularaq istintaqa təqdim olunmuşdur. 31.12.2020-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək Təqsirləndirilən şəxs CMnin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin materiallarından görünür ki. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 01.01.2021-ci il tarixli qərarı ilə 23.02.2021-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 30 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş 07.01.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aşıqbayramlı kəndi inzibati ərazi dairəsiüzrə nümayəndəsi tərəfindən verilmiş 05.01.2021ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Həmçinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aşıqbayramlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabir oğlu barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır Cinayət işinin materiallarında olan 30 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərardan görünür ki, X4 istifadəsində olan 050 247 16 80 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ********** saylı mobil telefon nbmrəsi arasında aparılmış SMS mübadiləsindən çıxarışlar, Şahid7 və Zərərçəkmiş şəxs3 təqdim etdiyi ödəniş qəbzləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün işin halları ilə bağlı ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olması, həmçinin CMnin 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərdən birinə dəymiş maddi ziyanın qismən ödənilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirəndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərdən bir nəfərinə dəymiş maddi ziyanın qismən ödənilməsi istisna olmaqla dəymiş ziyanın ödənilməməsini cəza təyinində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11.02.2021-ci il tarixli (iş № 1(060)-215/2021) qərarını icra edərək 18 fevral 2021-ci il tarixli 146/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış, X4 istifadəsində olan 050 247 16 80 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ********** saylı mobil telefon nbmrəsi arasında aparılmış SMS mübadiləsindən çıxarışlar, Şahid7 və Zərərçəkmiş şəxs3 təqdim etdiyi ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, X10, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmiş, mülki iddia da, verilməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, X10, Zərərçəkmiş şəxs3 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 30 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış SMS mübadiləsindən çıxarışlar və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, X10, Zərərçəkmiş şəxs3 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun “xxxx” ASC -nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar