Məhkəmə qərarları › İş №1(060)-215/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-215/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-215/2022 13.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Gürcüstan Respublikasının, Bolnisi rayonu Saraçlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 38, mənzil 70-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 63 ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 21,923 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 31.10.2021-ci il tarixdə saat 00:25-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «Səda Store» marketin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 2 ədəd göy rəngli «Sobranie» siqaret qutularından birindən 28 ədəd ayrı-ayrı qızılı rəngli siqaret kağızına bükülmüş ümumi təmiz çəkisi 9,774 qram, digərindən 35 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş ümumi təmiz çəkisi 12,149 qram olmaqla cəmi ümumi çəkiləri 21,923 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 31.10.2021-ci il tarixdə, saat 00:25 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, Səda Store marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pİ-yə dəvət etmişlər. Bundan əvvəl onun maşınına baxış keçirərək maşının sağ qapısının cibində saxladığı 2 ədəd göy rəngli Sobranie siqaret qutusunda olan narkotik vasitəni götürmüşlər. Narkotik vasitəni ona vermişlər ki, videoçəkilişdə təqdim etsin. Sonra Pİ-nə getmişlər və orada deyildiyi kimi etmişdir. Belə ki, Pİ-də üzərinə şəxsi axtarış keçirilmiş, o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 2 ədəd göy rəngli Sobranie siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutularının içərisində olan 28 və 35 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümlər açıldıqda içərisində spesifik iyə malik, yaşıl rəngli qurudulmuş narkotik vasitə olan “Marixuana”ya bənzər ot kütləsinin olduğu müəyyən olunmuş, sorğu zamanı o aşkar olunan ot kütlələrinin "Marixuana” olduğunu, aşkar olunmuş ot kütləsini 4-5 gün bundan qabaq, Sumqayıt şəhərinin girişində avtomobili saxlayıb siqaret çəkən zaman yol qırağında sellofan torbada gördüyünü və təpikləyib baxdıqdan sonra götürərək şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmin vaxt üzərindən aşkar olunmuş içərisində ot kütlələri olan bükümlər tərəziyə qoyulub çəkilən zaman birinci siqaret qutusundakı bükümlərin sayının 28 olmaqla, ümumilikdə çəkisinin 13 qram olduğu, ikinci siqaret qutusundakı bükümlərin sayının 35 olmaqla, ümumilikdə çəkisinin 15 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin bükümlər siqaret qutuları ilə birlikdə qablaşdırılmışdır. Əməlindən peşmandır, narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır, bir daha belə hallara yol verməyəcəkdir. Buna görə də ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin üzərindən deyil avtomobilindən götürülməsi barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Hüseyn oğlu ifadəsində göstərmişdir ki, 31.10.2021-ci il tarixdə Sumqayıt şəhərində Atlıxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 31.10.2021-ci il tarixdə, saat 00:25-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Səda Store” marketin yaxınlığında müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə İdarəyə gətirilmiş, idarəyə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı Elnur Feyzullayev ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmiş, daha sonra onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Elnur Feyzullayev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Mehdi Cəlalzadə təqdim olunmuş, o hüquq və vəzifələri ilə tanış olub vəkilinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 2 ədəd göy rəngli Sobranie siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutularının birinin içərisində 28, digərinin içərisində isə 35 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümlərdə spesifik iyə malik, yaşıl rəngli qurudulmuş narkotik vasitə olan “Marixuana”ya bənzər ot kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Atlıxan Namazov ondan aşkar olunan ot kütlələrinin "Marixuana” olduğunu, aşkar olunmuş ot kütləsini 4-5 gün bundan əvvəl Sumqayıt şəhərinin girişində avtomobili saxlayıb siqaret çəkən zaman yol qırağında sellofan torbada gördüyünü və təpikləyib baxdıqdan sonra torbanı götürərək içərisində olan mariuxananı şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərindən aşkar olunmuş marixuana tək-tək və ümumilikdə tərəzidə çəkilərək, həmin 02 ədəd siqaret qutularına yığılıb Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və Atlıxan da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən o, heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında iş üzrə Cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı X4, kiçik inspektoru Şahid3 oğlu və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru X8 da Əli Hüseyovun ifadəsinə oxşar ifadələr vermişlər. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 31.10.2021-ci il tarixli protokoldan görünr ki, 31.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmişdir. (i.v 20) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 01.11.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan təlbiri seçilmiş, həbsin əvvəli 31.10.2021-ci il tarixdən hesablanmışdır. (i.v 73-75) İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 31.10.2021-ci il tarixli, 7/1124 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki “SOBRANİE” adlı siqaret qutusunun içərisində sayı 28 ədəd “qızılı” rəngli kağız bükümlərdə ümumi çəkisi-9,774 qram və həmin kağız paketdə digər “SOBRANİE” adlı siqaret qutusunun içərisində sayı 35 ədəd “qızılı” rəngli kağız bükümlərdə ümumi çəkisi-12,149 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-21,923 qramdır.(i.v 35-39) İş materiallarında olan əlavə məhkəmə-bioloji ekspertizasının 03.12.2021-ci il tarixli, 7/1138 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qəhvəyi rəngli katız paketdəki kağız paketdə 02 ədəd «Sobranie» adlı siqaret qutusunun içərisində marixuanaların ayrıayrılqda təmiz çəkiləri: sayı 28 ədəd «qızılı» rəngli kağız bükümlərdə 0,350 qram, 0,387 qram, 0,324 qram, 0,352 qram, 0,370 qram, 0,333 qram, 0,394 qram, 0,395 qram, 0,263 qram, 0,338 qram, 0,307 qram, 0,355 qram, 0,376 qram, 0,312 qram, 0,394 qram, 0,302 qram, 0,387 qram, 0,368 qram, 0,388 qram, 0,294 qram, 0,328 qram, 0,357 qram, 0,270 qram, 0,325 qram, 0,349 qram, 0,376 qram, 0,332 qram, 0,348 qram, ümumi çəkisi 9,674 qram və digər qutuda sayı 35 ədəd «qızılı» rəngli kağız bükümlərdə 0,376 qram, 0,285 qram, 0,367 qram, 0,370 qram, 0,331 qram, 0,364 qram, 0,417 qram, 0,393 qram, 0,351 qram, 0,335 qram, 0,333 qram, 0,330 qram, 0,332 qram, 0,363 qram, 0,341 qram, 0,346 qram, 0,308 qram, 0,385 qram, 0,327 qram, 0,398 qram, 0,368 qram, 0,376 qram, 0,285 qram, 0,347 qram, 0,328 qram, 0,340 qram, 0,292 qram, 0,337 qram, 0,284 qram, 0,359 qram, 0,344 qram, 0,322 qram, 0,301 qram, 0,358 qram, 0,346 qram, ümumi çəkisi 12,049 qramdır. İki ədəd siqaret qutusunda olan marixuanaların sayı 63 ədəd, tədqiqatdan sonra ümumi qalıq çəkisi- 21,723 qramdır.(iv.101-103) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18.11.2021-ci il tarixli, 4542 saylı rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 99-100) İş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 31.10.2021-ci il tarixdə Sumqayıt şəhərində Atlıxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında 31.10.2021ci il tarixdə, saat 00:25-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Səda Store” marketin yaxınlığında müəyyən olunaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmiş və İdarədə xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs baş təhqiqatçı Elnur Feyzullayev özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Elnur Feyzullayev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Mehdi Cəlalzadə təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olub vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 2 ədəd göy rəngli Sobranie siqaret qutusunu təqdim edir, həmin siqaret qutularının birinin içərisində 28, digərinin içərisində isə 35 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümlərdə spesifik iyə malik, yaşıl rəngli qurudulmuş narkotik vasitə olan “Marixuana”ya bənzər ot kütləsinin olduğu müəyyən olunur. Sorğu zamanı Atlıxan Namazov ondan aşkar olunan ot kütlələrinin "Marixuana” olduğunu, aşkar olunmuş ot kütləsini 4-5 gün bundan əvvəl Sumqayıt şəhərinin girişində avtomobili saxlayıb siqaret çəkən zaman yol qırağında sellofan torbada gördüyünü və təpikləyib baxdıqdan sonra torbanı götürərək içərisində olan mariuxananı şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Daha sonra onun üzərindən aşkar olunmuş marixuana təktək və ümumilikdə tərəzidə çəkilərək, həmin 02 ədəd siqaret qutularına yığılıb Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Bundan sonra videoçəkiliş dayandırılır.(i.v 26-27, 81-83) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 21,723 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış, saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir.(i.v 45-46, 81-83, 110-116) İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi 09.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 97-98) İş materiallarında olan 11 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan (28.04.2010-cu il təvəllüdlü X5 və 19.08.2012-ci il təvəllüdlü X6) iki uşağı var. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibinə görə eyni olan ümumi çəkisi 21,793 qram olan 63 bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, bükümlərin sayı onun satış məqsədini təsdiq edir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, yetkinlik yaşına çatmayan iki uşağı olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nın tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 31 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 05 (beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 21,723 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 31 oktyabr 2021-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 21,723 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar