Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-215/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Balaəhməd qızının, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan. Lerik rayonu, Şingədulan kəndində qeydiyyatda olan və ünvan 1-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində, saat 21:45-də yaşadığı ünvan 1-da anası Zərərçəkmiş şəxs Balaəhməd qızının ona narkotik vasitə almağa pul verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı evdə olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sifətinin sol nahiyəsindən bir dəfə vuraraq sol almacıq nahiyyənin cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası kimi xəsarət yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, əvvəllər narkotik istifadəsinə görə məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, lakin sonradan cəzadan şərti azad olunmuşdur. O, azadlığa çıxdıqdan sonra hər hansı bir işlə məşğul olmamışdır. Ara-sıra fəhləlik etmişdir. Azadlığa çıxdıqdan sonra çox az vaxtlarda narkotik vasitələrdən istifadə etmişdir. Son vaxtlar isə, demək olar ki, istifadə etmir. xx.xx.2022-ci il tarixdə axşam saat 21:45 radələrində evdə olan zaman atası ilə aralarında mübahisə yaranmışdır. Sonra evin mətbəxinə keçmişdir. Yenidən qonaq otağına qayıdan zaman anası Məhəbbət qarşısına çıxmışdır. Anası bıçaq götürərək onun üzərinə hücum çəkmişdir. O anasının əlindən bıçağı alaraq stolun üzərinə qoymuşdur. Bu zaman polislər gəlmişdir. Anasının bədəni üzərində heç bir xəsarət olmamışdır. Eyni zamanda bildirir ki, mübahisə pul səbəbindən olmamış, həmin vaxt stolun üzərində 30 manat pul olmuş, əgər pul istəsəydi həmin pulu götürmüş olardı. İstintaq zamanı verdiyi ifadə elan olunarkən elə bir ifadə vermədiyini, ifadənin müstəntiq tərəfindən yazıldığını, onun tərəfindən sadəcə imza edildiyini bildirdi. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə axşam saat 21:45 radələrində evdə olan zaman atasından ona pul verməsini xahiş etmişdir. Atası ondan nə üçün istədiyini soruşduqda o, narkotikdən qurtarmaq üçün istədiyini demişdir. Atası onunla razılaşmamış və ona pul verməmişdir. O əsəbləşmiş və mübahisə yaratmışdır. Sonra qışqıra-qışqıra evin mətbəxinə keçmişdir. Sonra atasını qorxutmaq üçün mətbəxdən mətbəx bıçağı götürüb yenidən qonaq otağına qayıtmışdır. Lakin qonaq otağında anası Məhəbbət qarşısına çıxmışdır. O, qışqıra-qışqıra anasından pul verməsini istəmişdir. Anası onunla razılaşmamışdır. O da əsəbi olduğu üçün anasının boğazından sıxmış və əlindəki bıçaqla qorxutmuşdur. Sonra anası pul vermədiyi üçün bıçaqla üz nahiyəsinə xəsarət yetirmişdir. Anası əlindən qaçıb çölə çıxmışdır. O, tez bıçağı sellofana qoyub evdə gizlətmişdir. Sonra polislər gəlib onları aparmışlar. PB-də izahatları alındıqdan sonra evə qayıtmışlar. Anası və atası evə gəlmədiyi üçün o, tez bir zamanda anasına xəsarət yetirdikdən sonra evdə gizlətdiyi mətbəx bıçağını evin yaxınlığında olan zibilliyə atmışdır. O, PB-də olan zaman anasına heç bir xəsarət yetirmədiyini, əməlini dərk etmədiyi üçün dediyini göstərmişdir. Lakin indi əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Balaəhməd qızı ifadəsində göstərdi ki, Bəgəliyeva Seymur Fikrət oğlu onun oğludur. Onların münasibətləri pisdir. Oğlu Seymur narkotik vasitələrin və psixatrop maddələrin istifadəsi ilə məşğul olur, bununla yanaşı tüfeyli həyal tərzi keçirir, heç bir yerdə işləmir. Dəfələrlə evdə onunla mübahisə edərək narkotik vasitə alması üçün ondan pul istəmişdir. Lakin buna etiraz etdikdə daha da pis rəftar edərək ona əl qaldırmışdır. xx.xx.2022-ci il larixdə saai 21:45 radələrində yaşadığı evdə olan zaman Seymur əri Fikrətin üzərinə gedərək əsəbi formada Fikrətdən pul istəmişdir. Fikrət isə Seymurdan pulu nə üçün istədiyini soruşduqda Seymur Fikrətə narkotik vasitə alacağını demişdir. Fikrət Seymura etiraz etmiş və bundan sonra Seymur qışqırmağa başlamışdır. Seymur qışqıra-qışqıra otaqdan çıxmışdır. Fikrət qorxduğu üçün cəld özünə məxsus olan mobil telefonu götürüb evdən çıxmışdır. O, evdə Seymura öz iradlarını bildirmiş və atası ilə nə üçün elə danışdığını demişdir. Seymur onun iradlarından daha da hiddətlənmişdir. Bundan sonra onun üzərinə hücum çəkmiş, onun boğazından tutaraq sıxmışdır. O, Seymurun əlindən birtəhər çıxmışdır. Bundan sonra Seymur evdə olan mətbəx bıçağını götürüb üzərinə hücum çəkmişdir. Onun sifətinə bıçaqla vurub xəsarət yetirmişdir. Sonra onun üzündən qan axmağa başlamış və o, qaçaraq evdən çölə çıxmışdır. Çöldə əri Fikrətlə qarşılaşmış, əri ondan nə olduğu soruşduqda baş verənləri danışmışdır. Fikrət ona evdən çıxdıqdan sonra qorxduğu üçün polisə məlumat verdiyini demişdir. Bir neçə dəqiqə sonra polislər yaşadıqları yerə gəlmişlər və onları PB-nə aparmışlar. PB-də izahatlarını almışlar. Bundan sonra o, yaşadığı həyətə qayıtmışdır. Həyətdə onunla qonşuluqda yaşayan Şahid2 ona yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. O, Günaya baş verənləri danışmışdır. Günay ona təhlükəsizliyi üçün Günayın evində qalmağı təklif etmişdir. O,. Günayla razılaşmış və bir müddət Günayın evində qalmışdır. Hal-hazırdada yaşadığı evdə qalmamır, arada bir Seymur evdə olmayanda evə gediir. Məhkəmədən Bəgəliyeva Seymur Fikrət oğlu barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etdi ki, Zərərçəkmiş şəxs Balaəhməd qızı onun arvadıdır. Onların münasibətləri çox yaxşıdır. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixatrop maddələrdən istifadə etməsi ilə bağlı məlumatı vardır. Bu səbəbdən Seymurun evdə davamlı olaraq mübahisələr salır, onları yaşadıqları evdən qovur. xx.xx.2022-ci il larixdə saat 21:45 radələrində yaşadığı evin qonaq otağında divanda uzandığı zaman oğlu Seymurun onun üzərinə gələrək əsəbi formada ondan pul istəmişdir. O, Seymurdan pulu nə üçün istədiyini soruşduqda Seymur ona narkotik vasitə alacağını demişdir. O, Seymura pul verməyəcəyini dedikdə Seymur qışqırmağa başlamışdır. O, Seymurun digər otağa keçdiyini görüb, qorxduğu üçün özünə məxsus olan mobil telefonu götürüb evdən çıxmışdır. Çölə çıxdıqdan sonra bu barədə polisə məlumat vermişdir. Təxminən 15 dəqiqə sonra arvadı Zərərçəkmiş şəxs üzünü tutmuş halda çölə çıxmışdır. O, Məhəbbətdən nə baş verdiyini soruşduqda Seymurun onu boğduğunu və sonra sifətinin sol nahiyəsinə bıçaqla vurub xəsarət yetirdiyini demişdir. Təxminən bir neçə dəqiqə sonra polis gəlmişdir. Arvadı Məhəbbəti və oğlu Seymuru PB-nə aparmışlar. O da ailə üzvləri ilə PB-nə getmişdir. PB-də arvadı Məhəbbətlə oğlu Seymurun izahatı alındıqdan sonra buraxılmışlar. Sonra onlar həyətə gəlmişlər. Arvadı təhlükəsizliyi üçün qonşuları Günayın evinə getmişdir. O isə çöldə gecələməli olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, X2 onunla qonşuluqda yaşayır. Onların münasibətləri çox yaxşıdır. Bir qonşu kimi bir birilərinin evinə get-gəlləri vardır. Onun Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixatrop maddələrdən istifadə etməsi ilə bağlı məlumatı vardır. Bu səbəbdən Seymurun evdə davamlı olaraq mübahisələr saldığını, valideynlərini yaşadığı evdən qovduğunu bilirdi. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində anasıgilin yaşadığı evdən geri qayıtdıqda, həyətdə hal-hazırda adlarını xatırlamadığı qonşuların öz aralarında Məhəbbətlə Seymurun yenidən mübahisə etdiyini, mübahisə nəticəsində Seymurun Məhəbbətin sifətinin sol nahiyəsinə bıçaqla xəsarət yetirdiyini bilmişdir. Bundan sonra Məhəbbətin həyətə gəldiyini görmüşdür. O, Məhəbbətə yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Məhəbbət ona Seymurla mübahisə etdiyini, Seymurun boğazından tutaraq sıxdığını, sonra bıçaqla üzünün sol nahiyəsinə xəsarət yetirdiyini, Məhəbbətin baş verən hadisə ilə bağlı polisə məlumat verdiyini bildirmişdir. O, Məhəbbətə təhlükəsizliyi üçün gedib onunla qalmağı məsləhət görmüşdür. Məhəbbət onunla getməyə razılaşmış və bir müddət onunla yaşamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Balaəhməd qızının yüngül dərəcəli xəsarət alması faktı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 3082 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bəgəliyeva Seymur Fikrət oğlu ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 3082 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bəgəliyeva Seymur Fikrət oğlunun ailə üzvləri anası-1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Balaəhməd qızın və atası-1972-ci il təvəllüdlü Şahid1 ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Bəgəliyeva Seymur Fikrət oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1423 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Balaəhməd qızının bədəni üzərində “sol almacıq nahiyəsinin cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası” xəsarəti vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Balaəhməd qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Bəgəliyeva Seymur Fikrət oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-74/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bəgəliyeva Seymur Fikrət oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Bəgəliyeva Seymur Fikrət oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 221.3, 228.4-cü maddələrinin tərkibi olmadığı müəyyən edildiyindən barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 09 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Bununla da Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından və Təqsirləndirilən şəxs hazırki törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olduğundan onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olmaq üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə qənaətə gəlir ki, əvvəllər məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, eyni zamanda törədilmə şəraiti və üsulunu nəzərə alsaq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs olunmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Müdafiəçi məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-938/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 2006 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-215/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-215/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver