Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-215/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1997-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5 otaq 89 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan və eyni zamanda satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda yəni 07 ədəd bükümdə ümumi təmiz çəkisi 0,723 qram ağ rəngli kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 20 sentyabr 2024-cü il tarixdə saat 14:30 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 29 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən yuxarda qeyd edilən psixotrop maddə olan metamfetamin və əynindəki idman gödəkçəsinin sol yan cibindən üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 03 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş, qəhvəyi rəngli, 01 ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram, 3 ədəd həbdə isə 0,12 qram təşkil edən, xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən narkotik vasitə olan metadon tərkibli həbləri əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixli qərarla CM-nin 234.1-ci maddəsinə əsasən barəsində xx.xx.2024-cü il tarixli 736899 nömrəli axtarış işini realizə etmək, eyni zamanda narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 17 oktyabr 2024-cü il tarixdə saat 12:36 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən Puşkin küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş, qəhvəyi rəngli, 01 ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram, 3 ədəd həbdə 0,12 qram təşkil edən həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən narkotik vasitə olan metadon tərkibli həblər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən, yəni CM-nin 234.1-ci madəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu ilk dəfə polis əməkdaşları xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 11 saylı yataqxananın qarşısında saxlamışlar. Həmin vaxt o, tanışları İsmət, Elbrus və İsmayıl adlı şəxslərlə birlikdə olmuşlar. Polis əməkdaşları İsmayıl və Elbrusu buraxsalar da, onunla İsməti ŞPİ-nə gətirmişlər. Həmin vaxt onun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə rəsmiləşdirmək istəsələr də o, buna etiraz etmiş, o, bu işlə məşğul olmadığını bildirmişdir. Eyni zamanda polis əməkdaşlarına 2025-ci ilin yanvar ayının 7-də mərhum atasının ildönümü mərasimi olacağını bildirərək azadlıqda qalmaq istədiyini bildirmişdir. Bundan sonra ona əməlini CMnin 234.1-ci maddə ilə rəsmiləşdirəcəklərini və sonra buraxacaqlarını bildirmişlər. Bu səbəbdən o, 7 çet (büküm) narkotiki və 1 ədəd elektron tərəzinin onun olmasını qəbul etmişdir. Qeyd edir ki, növbəti dəfə polis əməkdaşları onu 17 oktyabr 2024-cü il tarixdə tutmuşlar. Onu 3 ədəd narkotik vasitə olan metadon həbi ilə rəsmiləşdirmiş bundan sonra Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən təcridxanaya gətirmişlər. Müstəntiq tərəfindən ifadəsi alınması üçün MSY-nə gətirildikdən sonra xx.xx.2024-cü il tarixdə tutulduğu işlə bağlı ona həmin əmələ görə CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürüldüyünü öyrənmişdir. Qeyd edir ki, özünü həmin maddə ilə deyil, CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilir. Sonuncu dəfə 17 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları onu saxlayarkən müstəntiq tərəfindən axtarışa verildiyini, müstəntiqin onu axtardığını ona bildirmişlər. Bu zaman ona istənilən halda tutulacağını bildirərək, könüllü olaraq hansı növ narkotik maddə ilə rəsmiləşdirilməsini bildirməyi ona təkif etmişlər. Ona narkotik vasitə metadon həbi və ya heroinlə rəmişləşdirilməsi ilə bağlı qarşısına seçim qoymuşlar. O, da öz növbəsində daha yüngülünə razı olmasını bildirdiyini qeyd etmişdir. Polis əməkdaşları Puşkin küçəsində ona 3 ədəd metadon həbi verərək, götürmə prosesini videoya çəkmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, fəhlə işləyərək özünün dolanışığını təmin etmişdir. Narkotik vasitələrdən nəişə (marexuana), heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Anası və bacıları ilə birlikdə Yaşıldərə bağlar massivində yaşamışdır. Narkotiki ona Rauf adlı əməliyyat müvəkkili vermiş, boynuna götürməsini tələb etmişdir. Rauf onu döymüş, yerə yıxaraq təpikləmişdir. Lakin ilk dəfə tutularkən 48 saat saxlanıldıqdan sonra buraxıldığı üçün döyülməsi barədə heç bir orqana şikayət etməmişdir. Lakin oktyabr ayında ikinci dəfə tutulduqdan sonra bu barədə prokurorluğa şikayət etmiş, araşdırma zamanı hər hansı zorakılığa məruz qalmaması müəyyən edilmiş, bu barədə qərar qəbul edilmişdir. Ona evindən külli miqdarda narkotik vasitə çıxaracaqları ilə hədələdikləri üçün o, metadon həblərinin ona məxsus olması ilə razılaşmışdır. Saxlanılarkən üzərində mobil telefon olsa da, üzərində nömrə olmamışdır. 26 dekabr 2024-cü il tarixdə prokurorluğa şikayət vermiş, lakin qeyd etdikləri öz təsdiqini tapmamışdır. Tutularkən döyülməsi barədə barəsində həbs qətimkan tədbiri seçilərkən işinə baxan hakimə də məlumat vermişdir. Qeyd edir ki, ikinci dəfə tutularkən onu kimsə döyməmiş, nalayiq hərəkətlər edilməmişdir. Eyni zamanda bildirir ki, xx.xx.2024-cü il tarixdə tutulması ilə bağlı əməli CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi ilə rəsmiləşdirilərək məhkəməyə verilsəydi bununla razılaşacaqdı. Belə ki, CM-nin 234.1-ci maddəsində 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur və o, da bu həddə cəza istəyir, çünki satışla məşğul olmamışdır. Bu səbədən CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmək istəmir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində CM-nin 234.1-ci madəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə tutulduğu gündən təxminən 3-4 gün əvvəl o, Saray bağlar massivində üzümçülük adlanan ərazidə olarkən təsadüfən rastlaşdığı, əvvəllər tanımadığı şəxsdən özü istifadə etmək üçün 40 manata 07 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almış, o, həmin maddəni istifadə etmək üçün üzərində saxlamış, həmin gün saat 14:30 dəqiqədə o, Sumqayt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 29 nömrəli məktəbin yaxınlığında olarkən iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirərək, ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, etiraz etməmiş, birlikdə Pİ-nə gəlmişlər. Pİ-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o, əynindəki şalvarın cibindən bir ədəd bükümü və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Bildirir ki, bükümün içərisində 07 ədəd bükümdə metamfetamin olmuşdur. Tərəzi ilə bağlı qeyd edir ki, həmin tərəzini Yaşıldərə yaşayış massivində kanalın kənarından tapmış və bu tərəzidən heç bir yerdə istifadə etməmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilmişdir. Həmin maddə qablaşdırılaraq möhürlənmişdir. O, saxlanılarkən və Pİ-də olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Bundan başqa bildirir ki, xx.xx.2024-cü il tarixdə tutulduğu gündən təxminən bir həftə əvvəl o, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən təsadüfən rastlaşdığı, əvvəllər tanımadığı şəxsdən özü istifadə etmək üçün 40 manata 04 ədəd bükümdə narkotik vasitə olan metadon həbini almış, o, həmin həblərin bir ədədini özü istifadə etmiş, qalan 03 ədədini isə istifadə etmək üçün üzərində saxlamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 12:36 dəqiqədə o, Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən Puşkin küçəsində olarkən üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini bildirib, ona üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Polis əməkdaşlarından biri telefon vasitəsi ilə videoçəkiliş aparmış, o, əynindəki şalvarın cibindən 03 ədəd narkotik vasitə olan metadon həbini, 5 manat 60 qəpik pulu, 01 ədəd cib dəsmalını və gödəkçənin cibindən 01 ədəd “Keno” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi metadon həbləri qablaşdırılmışdır. Qablaşdırma aparıldıqdan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya, predmet aşkar olunmamışdır. Bunban sonra müvafiq sənədləşmə aparılması üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş, birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Pİ-də xidməti otaqların birində videoçəkilişlə, vəkilin iştirakı ilə üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, üzərində olan 03 ədəd metadon həbini polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda cibindən 5 manat 60 qəpik pulu, 01 ədəd cib dəsmalını və gödəkçəsinin cibindən 01 ədəd “Keno” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir qanınsuz əşya-predmet və ya narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarışdan sonra təqdim etdiyi pul, cib dəsmalı və siqaret qutusu özünə qaytarılmışdır. O, saxlanılarkən və Pİ-də olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqısatqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat əsasında həmin gün saat 14:30 dəqiqədə əməliyyat qrupunun üzvü Şahid3lə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 29 nömrəli tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, ona nədə şübhələnildiyini izah edərək Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Yusif etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, xidməti otaqlardan birində videoçəkilişlə, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki gödəkçənin cibindən 01 ədəd elektron tərəzi və əynindəki şalvarın cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Xatırladığı qədərilə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm içərisində 07 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş və ümumi çəkisi müəyyən olunmuşdur. Bundan sonra həmin bükümlər və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi və satışı ilə məşğul olması ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələri kimlərə satışı ilə bağlı məlumat əldə olunmamışdır. Məhkəmə iclasında Şahid1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadə verməklə özünü müdafiə etmək və məsuliyyətdən yayınmağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə eyni zamanda onun CM-nin 234.1-ci maddəsi ilə barəsində axtarış elan edildiyi üçün əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat əsasında saat 12:36 dəqiqədə, Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində yerləşən Puşkin küçəsində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmış, Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi və eyni zamanda axtarışda olduğu üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah etmişlər. Onlar ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif etmiş, Əzizov əynindəki şalvarın cibindən konvalyutun içərisində 03 ədəd narkotik vasitə olan metadona bənzər həbi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin həblərin narkotik vasitə olan “metadon” həbləri olduğunu bildirmişdir. Aşkar olunmuş 03 ədəd dərman həbi zərfə qoyularaq qablaşdırılmış, onun üzərinə baxış keçirilsə də qanunsuz başqa heç bir predmet aşkar olunmamışdır. Bundan sonra videoçəkiliş dayandırılmış, Təqsirləndirilən şəxs sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nə dəvət etmiş, sonuncu etiraz etməmişdir. Onlar birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş və xidməti otaqlardan birində videokamera ilə ona hüqüq və vəzifələri ilə bağlı bildirişi təqdim edilmiş, vəkilin iştirakı ilə harada saxlanıldığını və saxlanılarkən üzərindən nə aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində 03 ədəd metadon həbi olduğunu bildirərək təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan metadon həblərinin qablaşdırıldığı 01 ədəd zərfi təhqiqatçıya təqdim etmiş, təhqiqatçı təqdim olunmuş zərfə baxış keçirib zərfin möhürləndiyini və iştirakçılar tərəfindən imzalandığını göstərmişdir. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edərək ifadə vermiş şahid CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid4 da Şahid1 və Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 12:20) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “Əməliyyat Axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs həmin tarixdə saat 12:36-da Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində yerləşən Puşkin küçəsində saxlanılaraq üzəri yoxlanılmış, özü 3 ədəd narkotik vasitə olan metadona bənzər həbi təqdim etmişdir. (i.v. 11-12); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 17 oktyabr 2024-cü il tarixdə, saat 12:36 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 25); 19 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 59-60) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.67-69); Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 17 oktyabr 2024-cü il tarixdən hesablanmışdır.(i.v.198-199). “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 24030790 saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilməklə istintaq ********* nömrə altında davam etdirilmişdir. (i.v. 70-71) “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 sentyabr 2024cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə 24030790 saylı cinayət işi başlanmış (saat 14:30) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 74) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 20 sentyabr 2024-cü il tarixdə, saat 14:30 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 92); Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 130-131) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 22 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.141-142); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v.144-145); “Əməliyyat Axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12:36 dəqiqədə Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən Puşkin küçəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış, Polis əməkdaşı Şahid2 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs axtarışda olduğunu, eyni zamanı narkotk vasitələrin qanunsuz istifadəsində, daşınmasında şübhəli olduğunu bildirərək saxlanıldığı yerdə üzərinə baxış keçiriləcəyini bildirir. Sonra polis əməkdaşı və Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər. Şahid2 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın arxa cibindən 01 ədəd cib dəsmalını, sağ yan cibindən kağız pulları, sağ yan cibinin üzərindəki kiçik cibdən qəpikləri və sağ yan cibindən 03 ədəd dərman həbini çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin dərman həblərinin nə olduğunu və haradan əldə etdiyini soruşulduqda o, həblərin narkotik tərkibli metadon həbləri olduğunu, təxminən bir həftəəvvəl Saray qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 40 manata 04 ədəd metadon həbini aldığını, 01 ədədini istifadə etdiyini, digərlərini isə istifadə etmək üçün üzərində saxladığını, ağrıları olduqda qəbul edəcəyini bildirir. Bundan sonra 03 ədəd metadon həbi zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də qanunsuz heç bir şey aşkar olunmur. Bundan sonra videoçəkiliş dayandırılır. “şəxsi axtarışın keçirilməsi haqqında” haqqında 17 oktyabr 2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə saat 12:36 dəqiqədə Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən Puşkin küçəsində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilib üzərindən 03 ədəd narkotik vasitə olan metadon həbi aşkar edildikdən sona müvafiq sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nə gətirilmişdir. Xidməti otaqların birində videokamera ilə Təqsirləndirilən şəxs nə üçün saxlanıldığı və Polis İdarəsinə gətirildiyi izah edilir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X5 təqdim olunur. O, vəkilə etiraz etmir. Təqsirləndirilən şəxs harada saxlanıldığını və saxlanılarkən üzərindən nə aşkar olunduğunu soruşulur. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində Puşkin küçəsində saxlanıldığını, saxlanılarkən üzərində 03 ədəd metadon həbi olduğunu, həmin həbləri tutulduğu gündən təxminən bir həftə əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 40 manata 04 ədəd həb aldığını, həmin həblərdən 01 ədədini istifadə etdiyini, 03 ədədini isə istifadə etmək üçün üzərində saxladığını bildirir. Bundan sonra Şahid2 Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan metadon həblərinin qablaşdırıldığı 01 ədəd zərfi təhqiqatçıya təqdim edir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmur. Təhqiqatçı təqdim olunmuş zərfə baxış keçirib zərfin möhürləndiyini və iştirakçılar tərəfindən imzalandığını göstərir. Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını bildirir. (i.v. 33) “şəxsi axtarışın keçirilməsi haqqında” haqqında 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30 dəqiqədə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 29 nömrəli məktəbin yaxınlığında Sumqayıt ŞPİnin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə gətirilmiş, xidməti otaqların birində videokamera ilə ona nə üçün saxlanıldığı və Polis İdarəsinə gətirildiyini izah edilir və ona hüqüq və vəzifələri ilə bağlı bildirişi təqdim edilir. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunur, vəkilə etiraz etmir. İlk öncə ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsini təklif edilir. Təqsirləndirilən şəxs əynindəki idman gödəkçəsinin sol yan cibindən 01 ədəd elektron tərəzi və əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim edir. Həmin büküm açıldıqda içərisində siqaretin gümüşü rəngli kağızma bükülmüş 07 ədəd büküm aşkar olunur. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində “şüşə” psixotrop maddə olan metamfetamin olduğunu deyir. O, həmin psixotrop maddəni tutulduğu gündən iki gün əvvəl Saray qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 40 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini, elektron tərəzini isə tutulduğu gündən 3-4 gün əvvəl Yaşıldərə yaşayış massivi ərazisində kanalın kənarından tapdığını deyir. Həmin bükümlərə baxarkən içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar olunur. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 07 ədəd bükümdə olan maddələr elektron tərəzidə çəkilir və ümumi çəkisinin 1,11 qram olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etmir. Bundan sonra psixotrop maddə olan metamfetaminə bənzər maddə və elektron tərəzi qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra sənədləşmə işləri aparılması üçün çəkiliş dayandırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4657 nömrəli 21 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfin içərisində 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,096 qram, 0,117 qram, 0,105 qram, 0,071 qram, 0,178 qram, 0,074 qram, 0,82 qram ümumi təmiz çəkiləri 0,723 qram olan ağ rəngli kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir; bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. (i.v. 115-119) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4921 nömrəli 18 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutdakı, 3 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir. 1 ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram, 3 ədəd həbdə isə 0,12 qram təşkil edir, Metadon tərkibli həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. (i.v. 46-50) Səhiyyə Nazirliyinin MTE və PAB X9 xx.xx.2024-cü il tarixli, 1825 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (i.v. 185-186) AR Səhiyyə Nazirliyi Respublika X7 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 6619 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 249-250). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə hökm dəyişdirilərək Əzizova 01 il 02 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə dəyişdirilərək Əzizova CM-nin 67.1, 68.1.1-1, 69.3 və 177.2.3-cü maddələri ilə 02 il 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəhi Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 22 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs CM-nin (67.1, 76.6.3 maddələrinin təlləblər ilə ) 234.1-ci maddəsi ilə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cu il tarixli hökmü ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 153-155, 200-212, 215-222) CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda – cinayətlərin təhlükəli residivi sayılır. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2ci madddələrinə ilə yeni ittiham edilmiş və barəsində seçilmiş “həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmənarkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.513 qram narkotik vasitə psixotrop maddə metamfetamin, 03 ədəd metadon həbi, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 03 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 256-269); Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsi tərəfindən məhkəmənin müraciətinə cavab olaraq göndərilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından toplanmış material üzrə CM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittihamla təqsirli bilməməsi, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi, o cümlədən ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin dəyişdirdiyi hissələrlə bağlı gəldiyi nəticəni qeyd etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü i tarixdə tutularkən polis əməkdaşları tərəfindən döyüldüyünü, onu fiziki və psixi işgəncələr yetirildiyini bildirsə də, o, nədənsə bu barədə həmin vaxt hər hansı orqana şikayət etməmiş, üzərindən aşkar edilmiş 7 bükümdə narkotik vasitənin və elektron tərəzinin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs bu halı, yəni şikayət etməməsini polis əməkdaşlarının onu MSY-də 48 saat saxladıqdan sonra buraxılması ilə izah etmişdir. Halbuki, o, növbəti dəfə, yəni 17 oktyabr 2024-cü il tarixdə özünün də qeyd etdiyi kimi saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməməsinə və ya hər hansı fiziki və ya psixi zorakılığa məruz qalmamasına baxmayaraq məhz xx.xx.2024-cü il tarixdə döyülməsi ilə ilə bağlı dekabr ayında prokurorluğa şikayət etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində “Həbs” qətimkan tədbirinin seçilməsi ilə bağlı verilən təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının audio və video yazısına baxış keçirilərkən Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu saxlayarkən bir iki dəfə ayaqlarına vurduqlarını bildirmiş, cinayət işinə mahiyyəti üzrə baxılarkən isə ümumiyyətlə 17 oktyabr 2024-cü il tarixdə döyülmədiyini bildirmişdir. İş materiallarına əlavə olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan bir gün sonra yəni xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə tibbi ekspertizasının rəyində onun bədəni üzərində xəsarət və xəsarət izinin aşkar olunmadığı qeyd edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Baş prokurorluğundan əldə edilmiş cavab məktubundan və sorğuya əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə araşdırma aparılmış, nəticədə toplanmış material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Yusif Əziz məhkəmə iclasında verilmiş sualara cavab olaraq bildirmişdir ki, o, CM-nin 234.1-ci maddəsi ilə özünü ona görə təqsirli bilir ki, həmin maddənin sanksiyasında CM-nin 234.2-ci maddəsinə nisbətdə daha az, yəni 1 idən 3 ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmuşdur. Göründüyü kimi əslində Təqsirləndirilən şəxs etmiş olduğu cinayət əməlini dolayısı ilə etiraf etsə də, məhz məsuliyyətini yüngülləşdirmək məqsədilə, yəni daha yüngül həddə cəza ilə cəzalanmasına nail olmaq üçün ibitdai istintaqda verdiyi ifadəsini dəyişdirmiş, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Təqsirləndirilən şəxs əməli CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə görə Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-ci il tarixli, 8 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə bükümlər şəklində olmaqla-ümumilikdə 07 bükümdə olmuş, həmçinin onun üzərində xüsusi avadanlıq yəni elektron tərəzi də aşkar edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1 və 234.2-ci madddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən halları müəyyən etməmişdir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs bundan öncə də narkotik vasitələrdən qanunsuz istifadə etdiyi üçün bir neçə dəfə məhkum olunmasını, məhkumluğu ödənilməmiş yenidən eyni məzmunlu cinayət törətməsini, narkotik vasitələrdən hələ də istifadə edərək olunmamasını, cəzasını ağırlaşdıran halı, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17 okyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. . Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 194 (bir yüz doxsan dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 0.513 qram psixotrop maddə metamfetamin, 03 ədəd narkotik vasitə olan metadon həbi və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 03 ədəd disk və həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılan məhkəmə iclasının audio və video yazısının olduğu disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 tərəfindən 18 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Gülnür Qasımlıya 108 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 04 (dörd) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdən 22 sentyabr 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli həbsdə olunduğu 17 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 194 (bir yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, təmiz qalıq çəkisi 0.513 qram psixotrop maddə metamfetamin, 02 ədəd narkotik vasitə metadon həbi və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin. Ümumilikdə 04 (dörd) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-215/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-215/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver