Məhkəmə qərarları › İş №1(060)-216/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-216/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-216/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, 14 nömrəli H.Z.Tağıyev yol sahəsinin qəbuletmə park məntəqəsinin yol mantyoru işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12.10.2020-ci il tarixdə, saat 07:45 radələrində Bakı-Quba magistral yolunun 33-cü kilometrliyində özünə məxsus “VAZ 210430” minik markalı, **-DD- *** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhəri istiqamətində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq sürətdən və hərəkət şəraitindən asılı olaraq, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısı almaq üçün düzgün ara məsafəsi seçməli olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq həmin tələblərə riayyət etməməklə, idarə etiyi avtomobilin ön tərəfi ilə yolun soluna dönmə əməliyyatını həyata keçirmək üçün dayanmış X4 məxsus “Mercedes Benz C 240” minik markalı **-DX- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, həmin avtomobil yolun əks hərəkət hissəsinə çıxaraq ön tərəfi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan X2 məxsus “Renault Megane” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön tərəfi ilə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “Renault Megane” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 bud sümüyünün orta 1/3-nin sınığı, sağ incik sümüyünün aşağı 1/3-nin, sağ medail topuğun yerdəyişmiş sınığı, distal qamış-incik sümüyünün sınığı, sağ pəncənin bayıra yarımçıxığı, Vİ-Vİİ fəqərənin arxa çıxıntılarının az yerdəyişən sınığı, sağ İİİ-İV-V-Vİ qabırğaların yerdəyişən sınığı, Vİİ qabırğanın yerdəyişməyən sınığı, travmatik hemotoroks, hər iki ağ ciyərin aşağı paylarının kontuziyaları, sağ diz qapağının aşağı qütbünün sınığı, sol dirsək oynağının arxa səthinin, sol dirsək oynağının ön səthinin yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, həmin avtomobildə olan sərnişinlər; Zərərçəkmiş şəxs2 sol mil sümyünün başının qapalı yerdəyişən sınığı, sol göz yuvası ətrafının, başının hemotoması, sıyrılmış yarası, bel-oma nahiyəsinin və hər iki baldırın qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid, Zərərçəkmiş şəxs3 döş qəfəsinin sağ yarısının küt travması, sağdan İX-X qabırğaların yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid, Zərərçəkmiş şəxs7 QKBT, baş beyin silkələnməsi, ənsə nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs5 sol çiyin üstü nahiyyənin sıyrığı, alın nahiyəssinin və sol əlin sıyrılmış yarası, döş qəfəsinin yumşaq toxumalarının əziyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, “Mercedes Benz C 240” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs6 döş qəfəsinin sağ yarısının yumşaq toxumların əziyi, hər iki budun qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs4 burunun yumşaq toxumalarının əziyi, sol gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, sol dirsəyin, sol dizin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 12.10.2020-ci il tarixdə təxminən saat 07:10 radələrində yaşadığı Sumqayıt şəhəri 51-ci məhəllədəki evdən özünə məxsus olan sürücülük vəsiqəsi əsasında idarə etdiyi Vaz210430 markalı 50DD443 dövlət qeydiyyat nişanlı avtomobillə Yaşma bağlar massivində yerləşən iş yerinə getmək üçün Bakı-Quba yolunun Quba istiqamətindəki hərəkət zolağına daxil olmuşdur. Avtomobilin hərəkəti üçün ona maneə yaradacaq hər hansı hal və ya şərait olmamışdır. Hava şəraiti açıq aydın olmuş, yer quru olmuş, yağış yağmamışdır. Avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Saat 07:45 radələrində Bakı-Quba yolunun 33-cü kilometrliyinə çatmışdır. STP zavdodun qabağında təxminən 50 metr öndə Mercedes markalı avtomobilin sola meyilləndiyini, sürətini azaltdığını görmüşdür. Təxminən həmin avtomobilə 10 metr məsafə qalmış Mercedes markalı avtomobilin sürücüsü sola dönmə işarəverici işığını yandırmışdır. O, dərhal əyləcə basıb sükanı sağa bursa da toqquşmadan yayına bilməmişdir. İdarə etdiyi VAZ 210430 markalı avtomobilin sol ön tərəfi ilə Mercedes markalı avtomobilin arxa sağ tərəfi toqquşmuşdur. Toqquşmadan sonra Mercedes markalı avtomobil yolun əks hərəkət hissəsinə dorğu getmişdir. Bu zaman Mercedes markalı avtomobil ön tərəfi ilə Renault Megane markalı avtomobilin ön tərəfi ilə toqquşmuşdurlar. Hadisə nəticəsində Mercedes markalı avtomobildə olan sürücü Zaur, sərnişin Elcan, Renault Megane markalı avtomobilin sürücüsü Tarıyel, sərnişinlər Şəhriyar, Əlizaman, Mehman və Rəşad müxtəlif bədən xəsarətləri almışdırlar. O, dərhal 103 qaynar xəttinə zəng edib hadisə yerinə həkim briqadasının göndərilməsini xahiş etmişdir. Az sonra hadisə yerinə gəlmiş TTYX avtomobilinə əvvəlcə ən ağır xəsarət almış Tarıyeli qoyub yola salmışlar. İkinci TTYX avtomobilinə isə Mehman Əlizaman və Rəşadı qoyub yola salmışlar. Zaur və Elcan isə hadisə yerində olan tanışlarının avtomobili ilə xəstəxanaya getmişdirlər. O, hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Hadisə anında Mercedes markalı avtomobili təxminən ilk olaraq 50 metrdən görmüş, onun dönməyə başladığını isə 10 metrdən görmüşdür. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri tam olaraq ödədiyini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını göstərərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. 09.03.2021-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, 12.10.2020-ci il tarixdə təxminən saat 07:10 radələrində yaşadığı evdən çıxıb iş yerinə getmək üçün atası Əmrəddin Səfərova məxsus etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi Renault Megane markalı 50DP907 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yoluna daxil olmuşdur. Təxminən saat 07:20 radələrində tanışı Zərərçəkmiş şəxs3 ona zəng edərək Bakı Quba yolunda olduqlarını onları da götürməyini xahiş etmiş, xahiş əsasında o, geri qayıtmışdır. Əlizamanın yanında qardaşı Mehman və tanışları Rəşad olmuşdur. Bir az gedəndən sonra yolun kənarında tanışı Şəhriyarı görmüşdür. Yolda qalmasın deyə Şəhriyarı da götürmüşdür. Şəhriyar avtomobildə ön sağ sərnişin oturacağında, Rəşad, Əlizaman və Mehman isə arxa salonda əyləşmişdirlər. Saat 07:40 radələrində Bakı-Quba yolunun 33-cü kilometrliyinə çatmışdırlar. Avtomobili təxminən 80 km/saat sürətltə idarə etmişdir. Hərəkətinə maneə yaradacaq hər hansı hal və ya şərait olmamışdır. Bütün diqqəti yolda olmuşdur. Yolun hərəkət hissəsi quru, asfalt olmuşdur. 33-cü km-də yolun əks hissəsində qırıq-qırıq xətlərin yanında sola dönmə işarəverici işıqlarını yandırmış, Mercedes markalı avtomobilin yerində dayandığını görmüşdür. Eyni zamanda sağ tərəfdə isə yolun ehtiyyat hissəsində marka və modelinə diqqət etmədiyi avtobus sərnişin daşıyan nəqliyyat vasitəsi dayanmışdır. İdarə etdiyi avtomobil Mercedes markalı avtomobilə çatmağa təqribən 10 metr məsafə qalmışdır ki, anidən Mercedes markalı avtomobilin arxasından düzünə hərəkət edən VAZ2104 markalı avtomobil ön hissəsi ilə Mercedes markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbədən önə hərəkət etmiş Mercedes markalı avtomobil onun hərəkətdə olduğu yola daxil olmuşdur. O, sükanı sağa bursa da məsafə yaxın olduğu üçün toqquşmadan yayına bilməmişdir. İdarə etdiyi Megane markalı avtomobilin sol ön tərəfi Mercedes markalı avtomobilin sağ ön künc tərəfi ilə toqquşmuşdur. Toqquşma nəticəsində onun bud sümüyü, sağ incik sümüyü, sağ topuq sümüyü, sağ pəncə sümüyü, Vİ-Vİİ fəqərələrimin sümüyü, sağ İİİ-İV-V-Vİ,Vİİ qabırğaları, sağ diz qapağı sınmış, ciyərləri, sol dirsək oynağı, sol dirsək oynağı əzilmişdir. Sonradan onun müalicəsinə Təqsirləndirilən şəxs yardım etmişdir. Hazırda səhhəti normaldır. Zərərçəkmiş şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını və sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. 09.03.2021-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 12.10.2020-ci il tarixdə təxminən saat 07:20 radələrində yaşadığı evdən qardaşı Zərərçəkmiş şəxs5la birgə Hökməli qəsəbəsindəki iş yerinə getmək üçün çıxmışlar. Həmin vaxt onlarla birgə işləyən Zərərçəkmiş şəxs2 də yanlarında olmuşdur. Bakı-Quba yoluna çıxanda qarşılarından tanışları Tarıyel Səfərovun idarə etdiyi avtomobillə keçdiyini görüb onun istifadəsində olan mobil nömrəyə zəng edib geri qayıtmasını və onları də götürməsini xahiş etmişdir. Tarıyel qayıtdıqdan sonra idarə etdiyi Renault Megane markalı 50DP907 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol sərnişin oturacağında, Mehman arxa orta oturacaqda, Rəşad isə arxa sağ oturacaqda əyləşmişdir. Bir neçə kilometr irəlilədikdən sonra Tarıyel yol qırağında dayanmış Şəhriyarı avtomobilə mindirmişdir. Şəhriyar avtomobilin ön sağ sərnişin oturacağında əyləşmişdir. Saat 07:40 radələrində Bakı Quba yolunun 33-cü kilometrliyinə çatmışlar. Tarıyel avtomobili təxminən 80 km/saat sürəltə idarə edirdi. Hərəkətinə maneə yaradacaq hər hansı hal və ya şərait olmamışdır. Bütün diqqəti yolda olmuş, yolun hərəkət hissəsi quru, asfalt olmuşdur. 33-cü km-də yolun əks hissəsində qırıq-qırıq xətlərin yanında sola dönmə işarəverici işıqlarını yandırmış Mercedes markalı avtomobil yerində dayanmışmış. Eyni zamanda sağ tərəfdə isə yolun ehtiyyat hissəsində marka və modelinə diqqət etmədiyi avtobus sərnişin daşıyan nəqliyyat vasitəsi dayanmışdır. Tarıyelin idarə etdiyi avtomobil Mercedes markalı avtomobilə çatmağına təqribən 10 metr məsafə qalmışdır ki, anidən Mercedes markalı avtomobilin arxasından düzünə hərəkət edən VAZ2104 markalı avtomobil ön hissəsi ilə Mercedes markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbədən önə hərəkət etmiş Mercedes markalı avtomobil Tarıyelin hərəkətdə olduğu yola daxil olmuşdur. Tarıyel sükanı sağa bursa da məsafə yaxın olduğu üçün toqquşmadan yayına bilməyərək Tarıyelin idarə etdiyi Renault Megane markalı avtomobilin sol ön tərəfi Mercedes markalı avtomobilin sağ ön künc tərəfi ilə toqquşmuşdur. Toqquşma nətiəsində onun sağdan 9-10-cu qabırğaları sınmışdır. Hadisədən sonra orada olan sürücülər və hadisə yerinə toplaşmış kənar şəxslərin köməkliyi ilə onu və avtomobildə olan digər sərnişinləri avtomobildən düşürtmüşdürlər. Hadisə yerinə çağırılmış TTY avtomobili ilə o və digər xəsarət alanlar, yəni Rəşad, Mehman və Şəhriyarı Travmatologiya xəstəxanasına çatdırılmışlar. Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını və sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. 09.03.2021-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 , Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 ifadələrində X3 və Zərərçəkmiş şəxs3 ifadələrində göstərdiklərini təsdiq edərək sonuncularla eyni məzmunlu ifadə verdilər. 09.03.2021-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 12.10.2020-ci il tarixdə təxminən saat 07:20 radələrində yaşadığı evdən çıxıb STP zavodunda iş yerinə atasının adına qeydiyyatda olan lakin ona məxsus etirbarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Mercedes Benz C 240” minik markalı 50DX936 dövlət qeydiyyat nişanlı avtomobillə gedərkən, Sumqayıt şəhərinin çıxış hissəsindəki dairədən iş yoldaşı Zərərçəkmiş şəxs4 da götürmüşdür. Quba istiqamətində Bakı-Quba yoluna daxil olmuşdur. Elcan avtomobilin ön sağ sərnişin oturacağında əyləşmişdir. Saat 07:40 radələrində Bakı-Quba yolunun 33-cü kilometrliyinə çatmışlar. STP zavodunun qarşısında qırıq-qırıq xətlərə çatanda sola dönmə işarəverici işığını yandırıb, sürətini tam dayanma həddinə çatdırıb qırıq qırıq xəttin üstündə dayanmışdır. Elə bir vəziyyətdə avtomobili saxlamışdır ki, həm soldan həm sağdan digər avtomobillərin rahat hərəkəti üçün yetərli məsafə qalmışdır. Təxminən 3 saniyyə müddətində avtomobil dayanıqlı vəziyyətdə qalmışdır. X13 markalı avtomobilin gəldiyini, yəni Bakı şəhəri istiqamətində hərəkətdə olduğunu görürmüş. Həmin avtomobillə aralarında təqribən 10-15 metr məsafə qalanda anidən arxadan dəyən zərbədən onun avtomobili yolun əks hissəsinə çıxmışdır. Nə baş verdiyini anlamamışdır. Zərbənin təsirindən yolun əks hissəsinə çıxanda, yolun əks tərəfində hərəkətdə olan Renault Markalı avtomobilin sol ön hissəsi ilə onun idarə etdiyi avtomobilin ön tərəfi toqquşaraq avtomobillər dayanmışdır. O və Zərərçəkmiş şəxs4 müxtəlif bədən xəsarətləri almışlar. İkisi də yerə düşəndə anlamışdır ki, idarə etdiyi Mercedes markalı avtomobili arxa hissəsindən sonradan adının Natiq olduğunu bildiyi Vaz2104 markalı avtomobilin sürcüsü idarə etdiyi avtomobillə vurmuşdur. Megane markalı avtomobildə olan sürcücü və sərnişin heyyəti daha çox xəsarət almışdırlar. Onları hadisə yerinə çağırılmış TTY avtomobili ilə Travmatologiya xəstəxanasına yola salmışlar. Həmin vaxt Natiq hadisə yerində olmuş və xəsarət alanlara bacardığı köməkliyi etməyə çalışmışdır. O, başqa avtomobillə Elcanı da götürüb xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxs6 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödədinldiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. 09.03.2021-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs4 ifadəsində Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiklərini təsdiq edərək sonuncu ilə eyni məzmunlu ifadə verdi. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 30.12.2020-ci il tarixli 8/2201nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ210430 markalı 50DD443 dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən,Renault Megane markalı 50DP907 dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Zərərçəkmiş şəxs1 avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən; hərəkət üçün təhlükə yaranan anda Renault Megane markalı 50DP907 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 54.7 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərinə “”Yol hərəkəti haqqında” Azərbaycan respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır.Hərəkət üçün təhlükə yaranan anda Renault Megane markalı 50DP907 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 54.7 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 tormozlama əməliyyatı aparmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuş, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sürücü Zərərçəkmiş şəxs1 hərəkətlərində Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən,Mercedes Benz C240 markalı 50DX936 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs6 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 05.12.2020-ci il tarixli 1382 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Bud sümüyünün orta 1/3-nin sınığı, sağ incik sümüyünün aşağı 1/3-nin, sağ medail topuğun yerdəyişmiş sınığı, distal qamış-incik sümüyünün sınığı, sağ pəncənin bayıra yarımçıxığı, Vİ-Vİİ fəqərənin arxa çıxıntılarının az yerdəyişən sınığı, sağ İİİ-İV-V-Vİ qabırğaların yerdəyişən sınığı, Vİİ qabırğanın yerdəyişməyən sınığı, travmatik hemotoroks, hər iki ağ ciyərin aşağı paylarının kontuziyaları, sağ diz qapağının aşağı qütbünün sınığı, sol dirsək oynağının arxa səthinin, sol dirsək oynağının ön səthinin yaraları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt Şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 12.10.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 03.11.2020-ci il tarixli 1321 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Döş qəfəsinin sağ yarısının küt travması, sağdan İX-X qabırğaların yerdəyişən sınığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 12.10.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 03.11.2020-ci il tarixli 1322 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol mil sümyünün başının qapalı yerdəyişən sınığı, sol göz yuvası ətrafının, başının hemotoması, sıyrılmış yarası, bel-oma nahiyəsinin və hər iki baldırın qançırları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 12.10.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 03.11.2020-ci il tarixli 1320 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol çiyin üstü nahiyyənin sıyrığı, alın nahiyyəsinin və sol əlin sıyrılmış yarası, döş qəfəsinin yumşaq toxumalarının əziyi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 12.10.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvuramaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 14.11.2020-ci il tarixli 1368 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs7 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: QKBT, baş beyin silkələnməsi, ənsə nahiyəsinin əzilmiş yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 12.10.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvuramaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 31.10.2020-ci il tarixli 1292 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Döş qəfəsinin sağ yarısının yumşaq toxumların əziyi, hər iki budun qançırları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 12.10.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvuramaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 31.10.2020-ci il tarixli 1293 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Yumşaq toxumalarının əziyi, sol gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, sol dirsəyin, sol dizin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 12.10.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 12.12.2020-ci il tarixli 302-4498-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12.05.2016-ci il tarixdən BC kateqoriyalı AC223934 saylı, Zərərçəkmiş şəxs1 25.06.2018-ci il tarixdən B kateqoriyalı AC 241596 saylı və Zərərçəkmiş şəxs6 02.05.2013-cü il tarixdən BC kateqoriyalı AE002070 saylı 10 illik sürücülük vəsiqəsi almışdır. Kompyuter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdurlar. Cinayət işi materiallarında olan 13.05.2016-cı il tarixdə verilmiş nəqliyyat vasitəsinin AC seriyalı 707765 №li qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ ******* markalı 50DD 443 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs adına 12.05.2016-cı il tarixdən 12.05.2026-cı ilədək qüvvədə olan AC223934 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. Sumqayıt şəhər narkoloji dispanserinin 12 oktyabr 2020-ci il tarixli, 5744 saylı aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir və ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 15.01.2021-ci il tarixli arayışdan (tələbnamədən) müəyyən olunur ki, hazırki cinayət törədilən zaman Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyani tam olaraq ödədiyini, hazırda ona qarşı şikayətlərinin və tələblərinin olmadığını və onunla barışdıqlarını göstərərək, sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdirlər. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş maddi ziyani tam olaraq ödədiyini nəzərə alıb barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-21.06.2020-ci il təvəllüdlü X9 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə yardım göstərməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, peşimançılığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11.02.2021-ci il tarixli (iş № 1(060)-216/2021) qərarını icra edərək, 17.02.2021-ci il tarixli 131 saylı orderə əsasən vəkil X7 onun vəkili təyin etmişdir. Müdafiəçi X11 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X6 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün: Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar