Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-216/2022 15.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş, məhkumluğu olan, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,307 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 13.20 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Y.Məmmədov küçəsində olan Məscidin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş, Polis Bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindəki 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,307 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13.20 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində olduğu zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər və Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkilişlə, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah edilmiş və müdafiəçi təqdim edilmişdir. O, buna etiraz etməmiş və ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansısa vasitə olub-olmaması soruşulduqda o, özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü çıxararaq təqdim etmişdir. Həmin kağız açılaraq içərisinə baxıldığı zaman içərisində ağ rəngli kristalşəkilli maddə olduğu görünmüş və ondan bu maddənin nə olduğu soruşulduqda, "şüşə" metamfetamin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdidiyini bildirmişdir. Həmin kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. O, həmin bükümdə olan metamfetamini xx.xx.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, həmin şəxsi əvvəlcədən tanımadığını, söhbət əsnasında həmin şəxsə narkotik vasitə tapmaqda kömək etməsini bildirdiyini və həmin şəxs üzərində olan bükümü 20 manat müqabilində ona satdığını, həmin şəxsin təxminən 30-35 yaşlarında olduğunu, digər əlamətlərini xatırlamadığını, ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmadığını və polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zorakılıq edilmədiyini göstərmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, ŞPİ-nin 4-cü PB-nın sahə rəisi, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2021-ci il tarixdə saat 13:20-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində Məscidin yaxınlığında olan zaman saxlamışlar, həmin şəxsə özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib 4-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə gəlmişdir. 4-cü PB-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Zoya Hüseynova təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə müdafiəçisi Zoya Hüseynovanın iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmış, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X3 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli idman şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda həmin şəxs aşkar olunan maddənin narkotik vasitə “’şüşə” olduğunu, həmin maddəni həmin gün yəni, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata aldığını şəxsi istifadəsi üçün üzərində saxladığını söyləmişdir. Həmin gümüşü rəngli siqaret kağızı bükümü təhqiqatçı tərəfindən açılarkən içərisindən ağ rəngli, kristalşəkilli spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş ağ rəngli, kristalşəkilli maddə elektron tərəziyə qoyularaq çəkilmiş və həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilmədiyini, həmin şəxsin könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etdiyini, Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini haradan əldə etdiyi və nə məqsədlə üzərində saxladığı soruşulduqda, həmin maddəni xx.xx.2021- ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata aldığını şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini, hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirildiyini, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmadığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 da Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan “metamfetamin” aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir Görüntüdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də xidməti otaqların birində 4-cü PB-nın təhqiqatçısı, polis mayoru X5 Rəvan Əbdülrəhman oğluna əvvəlcə özünü təqdim edir. Həmin vaxt Sumqayıt ŞPİ-nin 4-cü PB-nın əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Sonra X3 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün 4-cü PB-nə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Zoya Hüseynovanı təqdim edir. X3 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli idman şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs bükümün içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin narkotik vasitə “şüşə” olduğunu, həmin maddəni həmin gün yəni, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını söyləyir. Həmin gümüşü rəngli siqaret kağızı bükümü təhqiqatçı tərəfindən açılarkən içərisindən ağ rəngli, kristalşəkilli spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş ağ rəngli, kristalşəkilli maddə elektron tərəzidə qoyularaq çəkilir və çəkisinin 0,68 qram olması müəyyən olunur. Daha sonra təhiqiqatçı tərəfindən həmin şəxsin üzərinə şəxsi axtarış keçirilir və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur.Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırlır, DİNnin128 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4366 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ..."yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,307 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,307 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq – 0,257 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 xx.xx.2021-ci il tarixli, 4926 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 0,307 qram psixotrop maddə olan metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,257 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-500/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MİTİB-yi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmünün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əhv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edildi ki, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,307 qram psixotrop maddə olan metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,257 qram metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114,0 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,257 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114,0 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ013501**********6944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-216/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-216/2022
15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver